Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4132/2023 07.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilin qeyriyaşayış sahəsi kimi dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X13 Ağa qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X5, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilin qeyri-yaşayış sahəsi kimi dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 131 nömrəli xx.xx.2022-ci il tarixli “ölçülərin dəqiqləşdirilməsi və qeyri-yaşayış sahəsinə keçirilməsi barədə” sərəncamına uyğun olaraq İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən 1 nömrəli mənzilin qeyri-yaşayış sahəsi kimi dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 18 ünvanında yerləşən 1 nömrəli mənzil Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş ********** nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışa əsasən onun xüsusi mülkiyyətində olmuşdur. Mənzil qəzalı vəziyyətdə olduğundan tərəfindən rekonstruksiya, təmir-bərpa işləri aparılmış və mənzil yenidən planlaşdırılmışdır. Belə ki, yaşayış sahəsinin arakəsmələri sökülərək yerləri dəyişdirilmiş, mənzildəki yardımçı sahələr hesabına otaqların sahələri genişləndirilmiş, mənzilin zirzəmisi qazılaraq əlavə mətbəx və sanitar qovşaq quraşdırılmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 23.2-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən planlaşdırılması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. Mənzilin yenidən planlaşdırılması nəticəsində 1-ci mərtəbəsində olan hissəsinin sahəsi 70 kv.m, altı qazılaraq mənzilə birləşdirilmiş zirzəmini təşkil edir. Ümumi sahədəki fərq, mənzildə aparılmış rekonstruksiya, təmirbərpa və yenidən planlaşdırma nəticəsində yaranmışdır. Nəsimi rayon İcra Hakimiyyətinə müraciət edərək ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 18 ünvanında yerləşən 1 nömrəli mənzilinin ölçülərinin dəqiqləşdirilməsinə və yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsinə dair sərəncam verilməsini xahiş etmişdir. Nəsimi Rayon İcra Hakimiyyəti X6 X1 61 nömrəli, xx.xx.2022-ci il tarixli rəyi və “Qəbul aktına əsasən “vətəndaş X3 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 18 ünvanında yerləşən 1 nömrəli mənzilinin 1-ci mərtəbəsində olan hissəsinin sahəsi 70 kv.m, zirzəmisi 50 kv.m, ümumi sahəsi 120 kv.m ölçülər daxilində qeyri-yaşayış sahəsinə keçirilməsi məqsədəuyğun hesab edilmişdir”. Bu barədə 17 saylı MİKS-in xx.xx.2022-ci il tarixli Aktı və cizgisi tərtib olunmuşdur. Bakı şəhəri, Nəsimi Rayon icra Hakimiyyəti başçısının 131 nömrəli, xx.xx.2022- ci il tarixli “ölçülərin dəqiqləşdirilməsi və qeyri-yaşayış sahəsinə keçirilməsi barədə” sərəncamına əsasən X3 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 18 ünvanında yerləşən 1 nömrəli mənzilin ölçüləri dəqiqləşdirilərək yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilmişdir. Daha sonra X4 tərəfindən müvafiq hüquqmüəyyənedici sənədlərlə birlikdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi qəbul etməli olduğu inzibati aktı qəbul etməmiş, yalnız cəmi 50 kv.m sahəyə Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış vermişdir. Hesab edirlər ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin bu hərəkəti qanunsuzdur və ümumi sahəsi 120 kv.m ölçülər daxilində qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmalıdır. Cavabdeh daşınmaz əmlaka dair hüquqların qeydiyyat idarəsidir, hüquq müəyyən edən idarə deyil. Mübahisə predmeti olan daşınmaz əmlakda hüquq müəyyən edən müvafiq orqan Bakı şəhəri Nəsimi rayon icra Hakimiyyətidir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı ünvan 3 ünvanında yerləşən mənzilin yaşayış fondundan qeyri-yaşayış sahəsinə keçirilərək üzərindəki hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, mənzilin yaşayış fondundan qeyri-yaşayış sahəsinə keçirilərək üzərindəki hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə iddiaçının ərizəsi ********** nömrə ilə icra edilmişdir. Həmin ərizənin icrası zamanı texniki inventarlaşdırma işləri aparılarkən mənzilə bitişik əlavə sahələrin inşa olunduğu və sahələrin binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan hissədə yerləşdiyi müəyyən edilmişdir. Bu səbəbdən əlavə sahələr üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tərəflərindən mümkün olmamışdır. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1 -ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Bu obyektlərə mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş torpaq sahəsi aiddir.
5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 18, Yeni Qaydalarla: AZ1010, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 50.20 kv.m olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə ********** qeydiyyat nömrəsi, xx.xx.2022-ci il qeydiyyat tarixi, **********92-05101- 083003 reyestr nömrəsi ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir.
8. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 18, Yeni Qaydalarla: AZ1010, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin xx.xx.2022-ci il tarixdə olan vəziyyətinə əsasən texniki pasport tərtib edilmişdir.
9. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti X6 X1 61 nömrəli xx.xx.2022-ci il tarixli Qəbul Aktına əsasən İddiaçı rayon İcra Hakimiyyətinə müraciət edərək, ünvan 6 saylı evin ona məxsus 1 saylı mənzilinin ölçülərinin dəqiqləşdirilməsinə və yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsinə dair sərəncam verilməsini xahiş etmişdir. Müəyyən edilmişdir ki, S.Rüstəm küçəsi 18 saylı 1 mərtəbəli evin 1 saylı mənzili DƏDRX-nin ********** nömrəli xx.xx.2022-ci il tarixli çıxarışına tam mülkiyyət hüququ ilə ümumi sahəsi 44.2 kv.m–dən ibarət olmaqla İddiaçı məxsusdur. Komissiya üzvləri tərəfindən ünvanda aparılan yenidən ölçmə zamanı aşkar edilmişdir ki, mənzil və mənzilin zirəzmisinin faktiki ümumi sahəsi 120.0 kv.m-dir. Mənzilin 1-ci mərtəbədə olan hissəsinin sahəsi 70.0 kv.m, mənzilin altında qazılaraq mənzilə birləşdirilmiş zirzəminin sahəsi isə 50.0 kv.m təşkil edir. Ümumi sahədəki fərq, mənzildə aparılmış rekonstruksiya, təmir-bərpa, yenidənqurma və qazılmış zirzəminin mənzilə əlavə edilməsi səbəbindən yaranmışdır. Hal-hazırda mənzildən qeyri-yaşayış sahəsi kimi istifadə olunur və qonşu mənzillərdən təcrid olunmuş ayrıca giriş-çıxışı vardır (Bu barədə 17 saylı MKİS-in xx.xx.2022-ci il tarixli aktı və cizgisi əlavə olunmuşdur). Qeyd edilənləri nəzərə alaraq, komissiya İddiaçı məxsus Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 18 saylı 1 mərtəbəli evin 1 saylı mənzilinin 1-ci mərtəbəsində olan hisəssinin sahəsi 70 kv.m, zirzəmisi 50 kv.m, ümumi sahəsi isə 120 kv.m ölçülər daxilində qeyriyaşayış sahəsinə keçirilməsi məqsədəuyğun hesab etmişdir.
10. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti X6 X1 61 nömrəli xx.xx.2022-ci il tarixli rəyinə əsasən, İddiaçı məxsus Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 18 saylı 1 mərtəbəli evin 1 saylı mənzilinin 1-ci mərtəbəsində olan hisəssinin sahəsi 70 kv.m, zirzəmisi 50 kv.m, ümumi sahəsi isə 120 kv.m ölçülər daxilində qeyri-yaşayış sahəsinə keçirilməsi məqsədəuyğun hesab edilmişdir.
11. Bakı şəhəri Nəsimi rayon İcra hakimiyyəti başçısının 131 nömrəli 10 may 2022-ci il tarixli sərəncamına əsasən RİH nəzdində İdarələrarası Komissiyasının rəyi təsdiq edilərək İddiaçı məxsus Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 18 saylı 1 mərtəbəli evin 1 saylı mənzilinin 1-ci mərtəbədə olan hissəsinin sahəsi 70 kv.m, zirzəmisi 50.0 kv.m, ümumi sahəsi isə 120.0 kv.m hesab edilərək qeyri-yaşayış sahəsinə keçirilmişdir.
12. Bakı şəhəri Nəsimi rayon İcra hakimiyyəti başçısının aparatı tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 200 saylı qərarı ilə təsdiq edilmiş forma əsasında “İddiaçı məxsus Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 18 saylı 1 mərtəbəli eivn 1 saylı mənzilinin “yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsi haqqında” bildiriş verilmişdir.
13. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli **********94 321-3-30/2-14094/2023 nömrəli məktubla ünvan 5 ünvanda yerləşən qeyriyaşayış sahəsinə dair İdarənin arxivində olan müvafiq sənədlərin surətləri məhkəməyə təqdim eidlmşdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
14. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
15. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
16. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
17. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
18. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
19. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
20. Belə ki, məhkəmə cavabdehin etirazında əks olunan imtinanın əsasları ilə bağlı aparılmış məhkəmə araşdırması nəticəsində işin faktiki hallarına hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir. 21.Cavabdehin sözügedən qeyri-yaşayış sahəsinə dair etirazında göstərilən dəlil aşağıdakı kimi olmuşdur: - İddiaçının ərizəsinin icrası zamanı texniki inventarlaşdırma işləri aparılarkən mənzilə bitişik əlavə sahələrin inşa olunduğu və sahələrin binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan hissədə yerləşməsi.
22. Məhkəmə cavabdehin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir:
23. Məhkəmə araşdırması zaman işin halları ilə müəyyən edilmişdir ki, iddiaçı ünvan 6 ünvanında yerləşən 1 nömrəli mənzili iddiaçı alğı-satqı müqaviləsi əsasında əldə etdikdən sonra Nəsimi rayon İcra Hakimiyyətinə müraciət edərək, ona məxsus mənzilin ölçülərinin dəqiqləşdirilməsinə və yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsinə dair sərəncam verilməsini xahiş etmişdir. Rayon İcra Hakimiyyəti X6 X1 xx.xx.2022-ci il tarixli 61 nömrəli rəyinə və qəbul aktına əsasən müəyyən edilmişdir ki, S.Rüstəm küçəsi 18 saylı 1 mərtəbəli evin 1 saylı mənzili DƏDRX-nin ********** nömrəli xx.xx.2022-ci il tarixli çıxarışına tam mülkiyyət hüququ ilə ümumi sahəsi 44.2 kv.m–dən ibarət olmaqla İddiaçı məxsus olmuşdur. Komissiya üzvləri tərəfindən ünvanda aparılan yenidən ölçmə zamanı aşkar edilmişdir ki, mənzil və mənzilin zirəzmisinin faktiki ümumi sahəsi 120.0 kv.m-dir. Mənzilin 1-ci mərtəbədə olan hissəsinin sahsi 70.0 kv.m, mənzilin altında qazılaraq mənzilə birləşdirilmiş zirzəminin sahəsi isə 50.0 kv.m təşkil edir. Ümumi sahədəki fərq, mənzildə aparılmış rekonstruksiya, təmir-bərpa, yenidənqurma və qazılmış zirzəminin mənzilə əlavə edilməsi səbəbindən yaranmışdır. Hal-hazırda mənzildən qeyri-yaşayış sahəsi kimi istifadə olunur və qonşu mənzillərdən təcrid olunmuş ayrıca giriş-çıxışı vardır. Göstərilənlər nəzərə alınaraq, Bakı şəhəri Nəsimi rayon İcra hakimiyyəti başçısının 131 nömrəli 10 may 2022-ci il tarixli sərəncamına əsasən RİH nəzdində İdarələrarası Komissiyasının rəyi təsdiq edilərək İddiaçı məxsus Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 18 saylı 1 mərtəbəli evin 1 saylı mənzilinin 1ci mərtəbədə olan hissəsinin sahəsi 70 kv.m, zirzəmisi 50.0 kv.m, ümumi sahəsi isə 120.0 kv.m hesab edilərək qeyri-yaşayış sahəsinə keçirilmişdir.
24. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.9-cu maddəsinə əsasən Bu Məcəllənin 21.8-ci maddəsində göstərilən yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin başa çatması sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənir. Yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının aktı sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Qəbul komissiyasının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiqləyir və keçirilmiş sahənin yaşayış və ya qeyriyaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır.
25. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Həmin Məcəllənin 24.5-ci maddəsinə əsasən razılaşdırmanı həyata keçirən orqan razılaşdırma barədə qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 24.6-cı maddəsinə əsasən Bu Məcəllənin 24.5-ci maddəsində nəzərdə tutulmuş sənəd yaşayış sahəsinin yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının aparılması üçün əsasdır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının başa çatması razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyasının aktı ilə təsdiqlənir. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən qəbul komissiyasının aktı razılaşdırmanı həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir.
26. Beləliklə qanunvericiliyin tələblərindən göründüyü kimi, yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin başa çatması sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqləndiyindən, yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının aktı sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməli olduğundan və eləcə də, qəbul komissiyasının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiqləyən və keçirilmiş sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsas olduğundan, sözügedən hüquqmüəyyənedici sənədlər iddiaçıda mövcud olmaqla onun tərəfindən cavabdehə tam şəkildə təqdim olunmasına baxmayaraq, cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.
27. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24-cü maddəsinin tələblərinə əsasən: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.
28. Digər tərəfdən məhkəmə cavabdehin sözügedən dəlilinə münasibətdə əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, işdə olan müvafiq icra hakimiyyəti orqanının qəbul aktının surətindən görünür ki, iddiaçıya məxsus mənzilin ümumi sahəsindəki fərq mənzildə aparılmış rekonstruksiya, təmir-bərpa, yenidənqurma və qazılmış zirzəminin mənzilə əlavə edilməsi səbəbindən yaranmışdır. Mənzil iddiaçı tərəfindən qeyri-yaşayış sahəsi kimi istifadə olunur və qonşu mənizllərdən təcrid olunmuş ayrıca-giriş çıxışı vardır.
29. Göründüyü kimi, iddiaçı tərəfindən əlavə sahənin inşa edilməsi və əlavə sahələrin birdən çox sahəyə xidmət etmək üçün nəzərdə tutulan hissədə yerləşməsi halı mövcud olmayıb, əlavə sahə iddiaçıya məxsus mənzilin altındakı qazılmış zirzəminin mənzilə əlavə edilməsi nəticəsində yaranmışdır. Həmin zirzəmi iddiaçının mənzilinə əlavə olunmaqla qonşu mənzillərdən təcrid olunmuş vəziyyətdə iddiaçının istifadəsindədir.
30. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehin sözügedən əsasla imtinası formal olmaqla iddiaçının mülkiyyət hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb olmuşdur.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, ... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). ...Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilibedilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulubqoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir.
32. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, iddiaçı hazırki iş üzrə hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən mənzildə aparılmış təmir-bərpa, yenidənqurma, rekonstruksiya işlərindən sonra qeyri-yaşayış sahəsinin dəqiqləşmiş ölçülərə uyğun olaraq qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etməkdə haqlı olmuşdur.
33. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” 1 saylı Protokolun (Paris, 20 mart 1952-ci il) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
34. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X9rşı” qərarının 139-cu bəndində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqları və maraqla da, “mülkiyyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunla tərəfindən həmin marağın “mülkiyyət hüququ hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət hesab edilməsinin qarşısını almır.
35. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsində göstərilən «mülkiyyət» və «əmlak» anlayışı iqtisadi maraq-ların geniş spektrini özündə ehtiva edir. Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairə-sinə daşınar və daşınmaz əmlak, maddi və qeyri maddi maraqlar, məsələn, səhmlər, patentlər, iddia barədə arbitraj qərarı, pensiya hüququ, ev sahibinin icarə almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iqtisadi maraqlar, hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi və sair daxildir. Nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqları-nın mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından «mülkiy-yət» anlayışı müstəqil məna daşıyır.
36. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
37. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
38. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
39. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 131 nömrəli xx.xx.2022-ci il tarixli “ölçülərin dəqiqləşdirilməsi və qeyri-yaşayış sahəsinə keçirilməsi barədə” sərəncamına uyğun olaraq İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən 1 nömrəli mənzilin qeyri-yaşayış sahəsi kimi İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət qeydiyyatına alınaraq bu barədə reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva