Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4133/2020 14.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə qarşı məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 10 noyabr 2003-cü il təvəllüdlü X11 məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxxxx 1970-ci il larixdə Qubadlı rayonu, Tarovlu kəndində anadan olmuşdur. 1993-cü ildən bəri Qubadlı rayonundan məcburi köçkündür. Hazırda yuxarıda göstərilən ünvanda övladları ilə birlikdə yaşayır. Qeyd edir ki, o X12 ilə 1996-cı ildə faktiki nikaha daxil olaraq ailə qurmuşdur. Nikah 07 noyabr 1997-ci il tarixdə rəsmiləşdirmişdir. Birgə nikahdan 3 övladları dünyava gəlmişdir. 16 dekabr 1997-ci il təvəllüdlü X13, 30 sentyabr 1999-cu il təvəllüdlü X7 və 10 noyabr 2003-cü il təvəllüdlü X1 Şəhər Məhkəməsinin 08 iyul 2014-cü il tarixli qətanməsinə əsasən aralarındakı nikaha xitam verilmiş, birgə nikahdan olan uşaqları iddiaçının yanında qalması qət edilmişdir. Qeyd edir ki, o "məcburi köçkün" statusuna və onu təsdiq edən vəsiqəyə malikdir. Həmçinin müharibə veteranıdır. Bundan əlavə övladları 16 dekabr 1997-ci il təvəllüdlü X13 və 30 sentvabr 1999-cı il təvəllüdlü X7 "məcburi köçkün” statusuna və onu təsdiq edən vəsiqəvə malikdir. Bu baxımından onun himayəsində yaşayan oğlu X16 məcburi köçkün hesab edilməli, ona məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilməlidir. Lakin cavabdeh tərəf "Azərbavcan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün" statusu və oıuı təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalan"nm 4.1.6-cı maddəsinə istinad etməklə onun bu tələbini təmin etməkdən imtina etmişdir. Qeyd edir ki, övladları illərdir ki onun vanında və himayəsindədir. O da məcburi köçkündür və uşaqlar da analarının deyil, onun himayəsindədir. Yəni ki, bir məcburi köçkünün himayəsindədir. Digər tərəfdən də 2 övladı məcburi köçkündür. Ona görə də hesab edir ki, belə bir mövqe yalnışdır və qanunsuzdur. Odur ki, məhkəməyə müraciət edərək hüquqlarımın pozulmasını aradan qaldırmaq istəyir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun verilməsi” tələbi tam əsassız olduğundan və heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasında qaçqınların və məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Əsasnaməsinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 05 iyun 2013-cü il tarixdə qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ına uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ına uyğun olaraq “məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqəni almaq niyyətində olan şəxs müvəqqəti məskunlaşdığı şəhər və rayon icra hakimiyyətində müvəqqəti yaşayış yeri üzrə qeydiyyatdan keçməlidir. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqəni almaq niyyətində olan şəxs bu Qaydaların 2.4-cü bəndində göstərilən sənədləri Komitənin yerli nümayəndələri, Komitənin yerli nümayəndələri olmayan şəhər və rayonlarda isə icra hakimiyyəti orqanları vasitəsi ilə Komitəyə təqdim etməlidir. Məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi haqqında ərizə və ona əlavə edilən sənədlər Komitəyə təqdim edildikdən sonra Komitə sədrinin və ya onun müavininin dərkənarına əsasən status sənədlərinə baxan aidiyyəti şöbəyə ünvanlanır. Şəxsə “məcburi köçkün” statusu verilməsi və ya bundan imtina edilməsi haqqında qərar ərizənin Komitədə qeydə alındığı gündən bir ay müddətində qəbul edilir. İddiaçı Cavadov X10 müraciəti əsasında övladı xx.xx.2003-cü il təvəllüdlü X11 məcburi köçkün statusunun verilməsi ilə əlaqədar təqdim edilmiş sənədlər Komitənin Status sektorunda araşdırılmış və müəyyən olunmuşdur ki, Cavadov X15 rayonunun işğalından sonra xx.xx.1997-ci il tarixdə Sumqayıt şəhər Nikah evində X8 ilə rəsmi nikaha daxil olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4629/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi ilə İddiaçı ilə X8 arasındakı nikah pozulmuşdur. Bununla yanaşı, İddiaçı Qubadlı rayonu, Tarovlu kəndində, X3 isə ünvan 2 ünvanında daimi qeydiyyatda olması müəyyən olunmuşdur. Odur ki, X9 anası X3 daimi qeydiyyat ünvanı işğal olunmuş rayon (şəhər) olmadığından “Qaçqınlara və məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən, ona məcburi köçkün statusunun verilməsindən imtina edilmişdir. Belə ki, Qaçqınlara və məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən, valideynlərindən yalnız atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış (16 yaşlı) uşaqlara məcburi köçkün statusu verilir. X9 atası Cavadov X15 rayonundan məcburi köçkün olaraq xx.xx.2016-cı il tarixli AA356334 saylı məcburi köçkün vəsiqəsinə malik olsa da və daimi yaşayış yeri üzrə qeydiyyat ünvanı Qubadlı rayonu, Tarovlu kəndi olsa da, X9 anası X3 qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) deyil, məhz Sumqayıt şəhəridir. Bununla yanaşı İddiaçı xx.xx.2020-ci il tarixli iddia ərizəsində xx.xx.2002-ci il tarixdə Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin 37 nömrəli əmri ilə təsdiq edilmiş, xx.xx.2002-ci il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Milli Bankı ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 2744 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanmasına dair” Təlimatın 4-cü hissəsinin 4.6-cı bəndinə istinad edərək, onun himayəsində olan X9 məcburi köçkün olmasını iddia etməsi tamamilə əsassızdır. Bildirirlər ki, sözügedən Təlimat qüvvədə olduğu müddət ərzində məcburi köçkünlərə yemək xərci üçün aylıq müavinətin verilməsi məsələlərini tənzimləmişdir. Qeyd olunan Təlimat məcburi köçkünlərə məcburi köçkün statusunun verilməsini tənzimləmədiyindən, bu təlimata əsasən E. M.Cavadova məcburi köçkün statusu verilə bilməz. Xüsusilə vurğulamaq lazımdır ki, həmin Təlimat artıq qüvvədən düşmüşdür. Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli 1206 nömrəli “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Fərmanı ilə yeni müavinət forması olan “vahid aylıq müavinət”in verilməsi təsdiq edilmişdir. Həmin Fərmana uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydasının təsdiq edilməsi haqqında 24 yanvar 2017-ci il tarixli 11 nömrəli Qərarı qəbul edilmişdir. Hal-hazırda məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli Qərarı təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydasının tələblərinə uyğun olaraq həyata keçirilir. Beləliklə, X9 anası X3 daimi yaşayış yeri üzrə qeydiyyatı işğal olunmuş rayon olmadığından, Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanununa və “Qaçqınlara və məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a müvafiq olaraq X11 məcburi köçkün statusu verilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər İPM-in bu müddəasının tələblərini və Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 iyul 2020-ci il tarixli Məlumatına əsasən Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar X2 tövsiyələrini, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 2020-ci il 02 iyul tarixli Qərarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 23 aprel tarixli 6 nömrəli Qərarındakı yanaşmanın davam etdirilməsinin zəruriliyini nəzərə alaraq, icraat iştirakçılarına bildiriş göndərilmiş, bildirişini aldıqdan sonra 2020-ci il 30 iyul tarixədək məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən işə baxılmasının mümkünlüyünə dair yazılı mövqelərini (o cümlədən, elektron rabitə vasitələri ilə) məhkəməyə bildirmələri təklif olunmuşdur. Tərəflərin şifahi dinləmələr keçirilmədən işə baxılmasına etirazları məhkəməyə daxil olmamışdır. Göstərilənlərə əsasən məhkəmə tərəflərin iştirakı olmadan şifahi dinləmələr keçirmədən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan, -Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4629/2014 saylı 08 iyul 2014-cü il tarixli Qətnaməsindən görünür ki, Sumqayıt şəhər Nikah Evi tərəfindən 23 avqust 2002-ci il tarixdə verilmiş AZE seriyalı 13327073 saylı nikahın bağlanması haqqında şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı ilə X8 arasında nikah 07 noyabr 1997-ci il tarixdə Sumqayıt şəhər nikah evində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 757 saylı akt qeydi ilə qeydiyyat aparılmışdır. - Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4629/2014 saylı 08 iyul 2014-cü il tarixli Qətnaməsindən görünür ki, İddiaçı iddiası təmin olunaraq, onunla X8 arasında 07 noyabr 1997-ci il tarixdə Sumqayıt şəhər Nikah evində bağlanmış nikahın pozulması, nikahın pozulmasından sonra 16 dekabr 1997-ci il təvəllüdlü X13, 30 sentyabr 1999-cu il təvəllüdlü X7 və 10 noyabr 2003-cü il təvəllüdlü X16 atası İddiaçı yanında qalması qət edilmişdir. - Sumqayıt şəhər Qeydiyyat Şöbəsinin AZ-İ№203321 saylı 11 oktyabr 2014-cü il tarixli Nikahın pozulması haqqında Şəhadətnaməsindən görünür ki, İddiaçı ilə X8 arasında olan nikah ləğv edilərək, nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 11 oktyabr 2014-cü il tarixdə 412 № ilə akt qeydi aparılmışdır. -AA1542373 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2003-cü il təvəllüdlü X16 anadan olmuşdur. -Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsi tərəfindən 16 mart 2016-cı il tarixdə verilmiş AA seriyalı, 356334 saylı məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı məcburi köçkün statusu verilmişdir. -Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsi tərəfindən 20 aprel 2016-cı il tarixdə verilmiş AA seriyalı, 359261 saylı məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, X5 məcburi köçkün statusu verilmişdir. -Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsi tərəfindən 20 aprel 2016-cı il tarixdə verilmiş AA seriyalı, 359262 saylı məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, X4 məcburi köçkün statusu verilmişdir. İşdə olan cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 01/8505 saylı, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı ona məcburi köçkün statusunun verilməsi ilə əlaqədar ərizəsinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə daxil olmuş ərizəsinə baxılmış və bildirilmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə)” “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideynin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusu verilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, cavabdeh inzibati orqan iddiaçının oğlunun məcburi köçkün kimi qeydə alınmasının mümkünsüzlüyünə əsas kimi anasının qeydiyyatının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon olmadığını göstərmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. «Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) «məcburi köçkün» statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair» Qaydaların əsas anlayışlar adlanan hissəsindən görünür ki, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) – Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Yetkinlik yaşına çatmayanların yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, qəyyumların və himayəçilərin yaşayış yeri sayılır. Həmin Qaydaların 4.1 və 4.1.6-cı bəndlərinə əsasən «məcburi köçkün» statusu və onu təsdiq edən vəsiqə valideynlərindən atası «məcburi köçkün» statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan,Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara verilir. İş materiallarından görünür ki, iddiaçının oğlu xx.xx.2003-cü il təvəllüdlü X9 valideynlərindən atası İddiaçı məcburi köçkün statusuna malik olsa da, lakin anası X3 qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) deyildir. O, hazırda ünvan 4 ünvanında qeydiyyatdadır. Halbuki yuxarıda istinad olunan Qaydaların 4.1 və 4.1.6-cı bəndlərinə əsasən «məcburi köçkün» statusu və onu təsdiq edən vəsiqə valideynlərindən atası «məcburi köçkün» statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan,Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara verilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmadığından onun oğlu xx.xx.2003-cü il təvəllüdlü X11 «məcburi köçkün» statusunun verilməsindən imtina edilməsi əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci, 33.1-ci, 68-69-cu 75.4-cü, 81-ci və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-4133/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4133/2020
14.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver