Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4137/2021 01.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Bakı İnzibati Məhkəməsi hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas) iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı “yaşayış yeri üzrə qeydiyyata alınması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı “ ailəsi ilə birlikdə yaşadığı ünvan 1 ünvanında yerləşən evə qeydiyyata alınması barədə vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə X4 arasında 25 mart 2006-cı il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra əri ilə birlikdə faktiki yaşadığı evə köçmüşdür. İddiaçı dəfələrdə qeydiyyat orqanına müraciət etsə də onu ərinin evinə qeydiyyata almaqdan imtina etmişlər. Sonuncu dəfə xx.xx.2019-cu il tarixdə müraciət etmişdir. Lakin cavabdeh orqan iddiaçının müraciətini icra etməkdən imtina etmişdir. Əsas səbəb kimi yaşayış sahəsinə köçməyə əsas verən sənəd kimi reyestrdən çıxarış tələb etmişlər. İddiaçının qeyd edilən ünvana mülkiyyət hüquqlarını təsdiq edən sənəd mövcud deyildir. Bu səbəbdən Bakı şəhəri, Cavabdeh xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, mülkiyyət hüquqlarını göstərən sənəd polis İdarəsinə təqdim olunmalı sənədlərin siyahısındadır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə iddiaya dair etirazın tələb edilməsinə baxmayaraq cavabdeh Bakı şəhər Binəqədi rayon Polis İdarəsi iddia tələbinə etirazını məhkəməyə bildirməmişdir. Azərbaycan Respublikasının İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cаvаbdеh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, məhkəməyə təqdim etdiyi məktubunda isə işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Оdur ki, məhkəmə işə cаvаbdеhin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi E.Zeynalov iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini nəzərdən keçirərək, iddiaçının nümayəndəsini dinləyərək, məhkəmə iclasında tədqiq olunmuş sübutları tam və hərtərəfli araşdırdıqdan sonra qiymətləndirərək hesab edir ki,iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən iddia tələblərini təsdiq edən sübut qismində iddiaçının Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surəti, cavabdehin 07 yanvar 2020-ci il tarixli, 101-448417-3220 nömrəli imtina məktubu, nikah haqqında şəhadətnamə, ailə üzvlərinin şəxsiyyət vəsiqələri və 2944-cü məhəllə ev 10 üçün 27 nömrəli MKİS-in təsdiq etdiyi cizgisi təqdim edilmişdir. Məhkəmə iş mateiallarından müəyyən etdi ki, İddiaçı Azərbaycan Respublikası vətəndaşıdır, Zaqatala şəhəri,Vaqif küçəsi,ev 34-də qeydiyyatdadır; iddiaçı ilə X4 25 mart 2006-ci ildə nigahları bağlamışlar; iddiaçının əri X4 2016-ci ildə, onların övladları 2008-ci il təvəllüdlü X2 2013-cü ildə, 2014-cü il təvəllüdlü X3 isə 2014-cü ildə ünvan 2 ünvanına ASAN -2 xidmət tərəfindən qeydiyyata alınmışlar.İddiaçının həmin ünvana qeydiyyata alınması barədə müraciəti cavabdeh Bakı şəhər Cavabdeh tərəfindən təmin edilməmişdir.İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə aşagıda qeyd edilənlərə əsasən iddiaçının iddiasını əsassız hesab edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə görə, şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə uyğun olaraq, vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması dedikdə, ona ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən və ya yaşayış yerini dəyişdirmiş vətəndaşın yeni yaşayış yerinə gəldikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınması başa düşülür. Həmin maddəyə əsasən yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizəanketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə;2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Göründüyü kimi qanunverici qeydiyyata alınmanın hansı sənədlər əsasında həyata keçirilməli olduğunu dəqiq müəyyən etmişdir və qanunun qeyd edilən maddəsinin mənasından görünür ki, şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması üçün əsaslardan biri yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd, digəri isə vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsidir. İşin faktiki hallarına əsasən İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı onun yaşadığı ünvan 1 ünvanında yerləşən evə qeydiyyata alınması üçün həmin evlə bağlı mülkiyyət hüququ, icarə (və ya kirayə) müqaviləsi, nə də digər qanuni əsasları mövcud deyildir və bunun nəticəsi olaraq o cavabdeh orqana qanunla tələb olunan sənədləri təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı “iddiaçının ailəsi ilə birlikdə yaşadığı ünvan 1 ünvanında yerləşən evə qeydiyyata alınması barədə” iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 68-69-cu, 85-ci,110-cu maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı “iddiaçının ailəsi ilə birlikdə yaşadığı ünvan 1 ünvanında yerləşən evə qeydiyyata alınması barədə” iddia tələbi rədd edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-4137/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4137/2021
01.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver