Məhkəmə qərarları › İş №2-1(112)-414/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-414/2022

11.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-414/2022 11.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X4 kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “iddiaçının 25.05.1992-ci il tarixindən 12.05.1994-cü il tarixinədək, elan olunan atəşkəsə qədər və təxris olunduğu 09.02.1996-cı il tarixinədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan 825, N və N saylı hərbi hissələrdə bütün xidmətlərini hərbi hissələrdə tələb olunan əmrlər əsasında araşdırılmalarının nəticəsi barədə qərar qəbul edilməsi və qəbul edilmiş qərarın araşdırılmasının nəticəsi olaraq 25.05.1992-ci il tarixindən 12.05.1994-cü il tarixinədək elan olunan atəşkəsə qədər və təxris olunduğu 09.02.1996-cı il tarixinədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan 825, N və N saylı hərbi hissələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi barəsində qərardan irəli gələn ehtiyata buraxılmağı haqqında arxiv arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “İddiaçı 25.05.1992-ci il tarixindən 12.05.1994-cü il tarixinədək, elan olunan atəşkəsə qədər və təxris olunduğu 09.02.1996-cı il tarixinədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan 825, N və N saylı hərbi hissələrdə bütün xidmətlərini hərbi hissələrdə tələb olunan əmrlər əsasında araşdırılmalarının nəticəsi barədə qərar qəbul edilməsi və qəbul edilmiş qərarın araşdırılmasının nəticəsi olaraq 25.05.1992-ci il tarixindən 12.05.1994-cü il tarixinədək elan olunan atəşkəsə qədər və təxris olunduğu 09.02.1996-cı il tarixinədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan 825, N və N saylı hərbi hissələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi barəsində qərardan irəli gələn ehtiyata buraxılmağı haqqında arxiv arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiа ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7162/2020 saylı işi üzrə qəbul etdiyi 26.11.2020-ci il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Qərardadddan narazı qalan iddiaçı apellyasiya şikayəti təqdim edərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7162/2020 saylı, 26.11.2020-ci il tarixli qərardadının ləğv edilməsini və işə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1067/2021 saylı işi üzrə qəbul etdiyi 11.03.2021-ci il tarixli qərardadı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7162/2020 saylı işi üzrə qəbul etdiyi 26.11.2020-ci il tarixli qərardadı ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1968-ci il təvəllüdlüdür. O, Azərbaycan Respublikası Səfərbərlik Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin Yevlax rayon İdarəsi tərəfindən 19.05.1985-ci il tarixindən SSRİ-nin Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış, 28.03.1988-ci il tarixində xidmətini başa vurmuşdur. 25.05.1992ci il tarixdən 12.05.1994-cü il tarixədək Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin tərkibində olan N saylı hərbi hissəyə könüllü olaraq döyüşən ordunun tərkibində Qazax rayonunda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş və 09.02.1996-cı il tarixində həmin hərbi hissədən tərxis olunmuşdur. İddiaçının yaralanması barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 06.03.2019-cu il tarixli, 199 nömrəli Qərarında da qeyd edilmişdir ki, Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır sözü ilə qeyd edilib. Azərbaycan Respublikasının Hərbi Prokurorluğu Qazax Hərbi Prokurorluğunun 07.03.2016-cı il tarixli, 12/HP-1019 nömrəli arayışında qeyd edilmişdir ki, Qazax rayon Prokurorluğunda 01.01.2010-cu il tarixdən bu günədək olan qeydiyyat kitablarında İddiaçı barəsində Hərbi Prokurorluqda təqsirləndirici material olmamışdır. 825 nömrəli Hərbi hissə X1 Hissə Üzrə 01 may 1992-ci il tarixli, 8 nömrəli çıxarışında qeyd edilmişdir ki, Aşağıda göstərilənlər 01.05.1992-ci il tarixdən N nömrəli hərbi hissənin 1-ci batalyonunun şəxsi heyətinin siyahısına daxil edilsin və bütün növ təminat növləri yazılsın. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 06 yanvar 1998-ci il tarixli, 4 saylı əmri ilə qüvvəyə minmiş “Müharibə Veteranı” “Silahli Qüvvələr Veteranı” və “Əmək Veteranı” adlarının verilməsinin qayda və şərtləri haqqında Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair təlimatın 1.6-cı bəndinə əsasəən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, X3 və Milli Təhlükəsizlik Nazirliklərinin Orqanları və ya hərbi hissələr tərəfindən verilmiş arayışlar) əsasında verilir. Azərbaycan Respublikası Müdafiə X2 02.10.2020-ci il tarixli, 9/2-9865 nömrəli Arxiv arayışında qeyd edilmişdir ki, iddiaçının hərbi biletinin 3-cü və 6-cı səhifəsində qeydlər aparılmayıb. Halbuki, iddiaçının hərbi biletinin 3-cü və 6-cı səhifəsində göstərilmişdir ki, iddiaçı Azərbaycan Respublikası SHXÇDX-nin Yevlax rayon şöbəsi tərəfindən 25.05.1992-ci il tarixdən 12.05.1994-cü il tarixədək elan olunan atəşkəsə qədər döyüşən ordunun tərkibində 825,730 və N saylı təkrar həqiqi hərbi xidmətə çağırılmış və tərxis edildiyi 09.02.1995-ci il tarixədək Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında 12 may 1994-cü il tarixində Atəşkəs elan edilənədək iştirak etmiş, bu səbəbdən hərbi biletində həmin qeydlər aparılmışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən iddiaçıya göndərilən Arxiv arayışında göstərilənlərlə də təsdiq olunur ki, iddiaçının hərbi xidməti barəsində arxivdə məlumatların olmaması onun təqsiri ucbatından olmamışdır. Əgər hərbi hissə həmin vaxtı əhatə edən sənədləri arxivə göndərməyibsə onun təqsiri nədir? Bəlkədə döyüşlərin qızğın vaxtlarında əmrlərinin olduğu qərargah yanıb? İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, iddia tələbi mümkün hesab edilə bilməz. Hazırkı iddia AR İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsində təsbit edilən məcburetmə haqqında iddiadır. Bu qəbildən olan iddialar üçün xüsusi mümkünlük şərti iddiaçının məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana müraciət etməsi və bunun nəticəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina edilməsi və ya inzibati orqanının hərəkət və hərəkətsizliyi nəticəsində hüquq və qanuni mənafelərinin pozulmasının əsaslandırılması təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Qərarının 1.4-cü bəndinə əsasən iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasında əvvəl aparılan hüquqi dəyərləndirmədir. Qərarın 9-cu bəndinə əsasən İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üçün tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə öhdəliyinin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əmək olunması və.s) də mövcudluğu yoxlanılmalıdır. Bununla əlaqədar bildirilmişdir ki, İddiaçı barəsində Mərkəzi Arxivdə olan əmrlər əsasında araşdırma aparılaraq 02.10.2020-ci il tarixli, 9/2-9865 nömrəli arayış təqdim edilmiş, həmin arayışda iddiaçı döyüş əməliyyatları aparılarkən hərbi hissəni özbaşına tərk etdiyinə görə ştatdan kənar edilərək bütün növ təminatlardan silinməsi bildirilmişdir. Beləliklə də, iddiaçı hərbi hissəni özbaşına tərk etdiyindən qanuni əsaslarla ehtiyata buraxılmasına dair arayış verilə bilməz. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 1.1-ci bəndinə əsasən inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri olan ilkin şərt onun mümkün olmasıdır, 1.2-ci bəndinə əsasən iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 2.3-cü bəndinə əsasən ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı onun 25.05.1992-ci il tarixindən 12.05.1994-cü il tarixinədək, elan olunan atəşkəsə qədər və təxris olunduğu 09.02.1996-cı il tarixinədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan 825, N və N saylı hərbi hissələrdə bütün xidmətlərini hərbi hissələrdə tələb olunan əmrlər əsasında araşdırılmalarının nəticəsi barədə qərar qəbul edilməsi və qəbul edilmiş qərarın araşdırılmasının nəticəsi olaraq 25.05.1992-ci il tarixindən 12.05.1994-cü il tarixinədək elan olunan atəşkəsə qədər və təxris olunduğu 09.02.1996-cı il tarixinədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan 825, N və N saylı hərbi hissələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi barəsində qərardan irəli gələn ehtiyata buraxılmağı haqqında arxiv arayışının verilməsi barədə cavabdeh Müdafiə Nazirliyi tərəfindən qərar qəbul edilməsini arzu edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində göstərilmişdir: ”1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.” Həmin Qanunun 20-ci maddəsinə əsasən,hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin Qanunun 28.1.-ci maddəsinə görə inzibati icraat fiziki və ya hüquqi şəxsin ərizəsi əsasında başlanılır. Həmin Qanunun 52-ci maddəsində göstərilmişdir: “1. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. 52.2. Azərbaycan Respublikasının müvafiq qanunları ilə bu Qanunun 52.1- ci maddəsində nəzərdə tutulmuş müddətdən az və ya çox müddət müəyyən oluna bilər.52.3. İnzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması üçün bu Qanunun 52.1-ci maddəsində nəzərdə tutulmuş müddətdən daha artıq müddət tələb olunduğu hallarda, inzibati icraatın müddəti inzibati orqan tərəfindən hər dəfə 30 gün olmaqla iki dəfə uzadıla bilər. İnzibati orqan tərəfindən müddətin uzadılması barədə maraqlı şəxsə məlumat verilir. 52.4. Bu Qanunun 52.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müddətin uzadılmasına səbəb olan hallar inzibati orqan tərəfindən inzibati aktda əsaslandırılmalıdır. 52.5. İnzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində göstərilən “25.05.1992-ci il tarixindən 12.05.1994-cü il tarixinədək, elan olunan atəşkəsə qədər və təxris olunduğu 09.02.1996-cı il tarixinədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan 825, N və N saylı hərbi hissələrdə bütün xidmətlərini hərbi hissələrdə tələb olunan əmrlər əsasında araşdırılmalarının nəticəsi barədə qərar qəbul edilməsi və qəbul edilmiş qərarın araşdırılmasının nəticəsi olaraq 25.05.1992-ci il tarixindən 12.05.1994-cü il tarixinədək elan olunan atəşkəsə qədər və təxris olunduğu 09.02.1996-cı il tarixinədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan 825, N və N saylı hərbi hissələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi barəsində qərardan irəli gələn ehtiyata buraxılmağı haqqında arxiv arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə tələblə məhkəməyə qədər cavabdehə müraciət etməmişdir. Belə ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılmazdan əvvəl hazırkı iddia tələbi ilə bağlı cavabdeh Müdafiə Nazirliyinə müraciət etməsinə dair heç bir sübut və ya müraciətə dair cavab məktubu iddia ərizəsinə əlavə olunmamış və iddia ərizəsi məhkəməyə təqdim edildikdən sonra da məhkəməyə təqdim edilməmişdir. Məhkəmə tərəfindən 09 fevral 2022-ci il tarixli məktub ilə, iddiaçıya iddia ərizəsində göstərilmiş tələblə bağlı cavabdehə müraciət edilməsinə dair sübut və ya cavabdehin imtina məktubunun təqdim edilməsi bildirilmişdir. Lakin iddiaçı tərəfindən məhkəmənin tələbi yerinə yetirilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “iddiaçının 25.05.1992-ci il tarixindən 12.05.1994-cü il tarixinədək, elan olunan atəşkəsə qədər və təxris olunduğu 09.02.1996-cı il tarixinədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan 825, N və N saylı hərbi hissələrdə bütün xidmətlərini hərbi hissələrdə tələb olunan əmrlər əsasında araşdırılmalarının nəticəsi barədə qərar qəbul edilməsi və qəbul edilmiş qərarın araşdırılmasının nəticəsi olaraq 25.05.1992-ci il tarixindən 12.05.1994-cü il tarixinədək elan olunan atəşkəsə qədər və təxris olunduğu 09.02.1996-cı il tarixinədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan 825, N və N saylı hərbi hissələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi barəsində qərardan irəli gələn ehtiyata buraxılmağı haqqında arxiv arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkünlük şərtlərinə əməl edilmədən verilmişdir. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 35-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “iddiaçının 25.05.1992-ci il tarixindən 12.05.1994-cü il tarixinədək, elan olunan atəşkəsə qədər və təxris olunduğu 09.02.1996-cı il tarixinədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan 825, N və N saylı hərbi hissələrdə bütün xidmətlərini hərbi hissələrdə tələb olunan əmrlər əsasında araşdırılmalarının nəticəsi barədə qərar qəbul edilməsi və qəbul edilmiş qərarın araşdırılmasının nəticəsi olaraq 25.05.1992-ci il tarixindən 12.05.1994-cü il tarixinədək elan olunan atəşkəsə qədər və təxris olunduğu 09.02.1996-cı il tarixinədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan 825, N və N saylı hərbi hissələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi barəsində qərardan irəli gələn ehtiyata buraxılmağı haqqında arxiv arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cə məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar