Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-414/2024 04.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının direktoru Nümayəndə1 və cavabdehin nümayəndəsi X6 iştirakı ilə, iddiaçı "xxxx" firmasının cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişafı və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə qarşı X13 və X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “hərəkət cədvəli qrafikinin bərpa olunması və və s ”tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" firması cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə (bundan sonra mətndə DANX) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" firmasının istifadəsində olan 204 №-li Bakı-Kəmərli (Qazax) marşurutunun hərəkət cədvəli qrafiki vaxtının hər iki tərəfdən (həm Bakı, həm də Kəmərlidən) saat 20:45-ə, Qazax avtovağzalından isə saat 23:00-a bərpa olunmaqla iddiaçının adına istifadə hüququnun tanınması, cavabdeh DANX və 3-cü şəxslər X3 və X13 tərəfindən iddiaçıya vurulmuş zərərə görə 500.000 (beş yüz min) manat pul kompensasiyasının ödənilməsi öhdəliyinin müştərək qaydada cavabdehin və 3-cü şəxslərin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə əsl olmayan cavabdeh DANX əsl cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişafı və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə əvəz olunmuşdur. Sonradan iddiaçı direktoru tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddiaçı 20 il istifadəsində olan 204 №-li Bakı - Kəmərli (Qazax) marşurutunun hərəkət cədvəli qrafiki vaxtının Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan cavabdeh “AYNA” X16 tərəfindən Bakı və Kəmərlidən çıxma vaxtının saat 21:45-ə, Qazax-Bakı istiqamətində Kəmərlidən Qazax avtovağzalına daxil olma vaxtının saat 22:45-ə, həmin avtovağzaldan çıxma vaxtının isə saat 23:00-a bərpa olunması və cavabdeh tərəfindən iddiaçıya dəymiş zərərə görə 270.000 (iki yüz yetmiş min) manat məbləğində pul kompensasiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edilmişdir. Tələb onunla əsaslandırmışdır ki, firmasının cavabdeh DANX-a qarşı 20 ildir istifadəsində olan, 204 №-li Bakı-Kəmərli (Qazax) marşurutunun hərəkət cədvəli qrafiki vaxtının hər iki tərəfdən, həm Bakı, həm də Kəmərlidən saat 19:45-ə (sonradan 20:45-ə), Qazax avtovağzalından (bundan sonra mətndə AV) isə saat 23:00-a bərpa olunmaqla istifadə hüququnun tanınması, vurulmuş maddi zərərin ödənilməsi və s. öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə Bakı İnzibati Məhkəməsində 11 mart 2022-ci il tarixdə tərəflərindən iddia qaldırılmışdır. 2-1(112)-7305/2022 saylı inzibati iş icraata götürülmüş, iş üzrə xx.xx.2022 ci il tarixli Sərəncam verilərək, tərəflərə göndərilmiş, işin hazırlıq icraatı 24 may 2022-ci il tarixə təyin edilmişdir. Bundan sonra məhkəmə baxışları, iclasları, araşdırmaları olmuş, sorğular verilmiş, dəqiqləşdirmələr aparılmış, axırıncı məhkəmə iclası xx.xx.2022-ci il tarixdə olmuşdur. xx.xx.2022-ci il tarixdə DANX-nin rəhbərliyinin rəsmi qəbulunda olmuş və razılaşmışlar ki, məsələni məhkəmədən kənar danışıqlar yolu ilə həll etsinlər, onlar da məhkəmədən sənədləri geri götürsünlər. 16.08 2022-ci il tarixdə onlar məhkəməyə iddianı geri götürmək barədə ərizə vermişdir. Məhkəmə xx.xx.2022-ci il tarixdə iş üzrə iddianın geri götürülmüş sayılması barədə 2- 1(112)-7305 saylı qərardad qəbul etmişdir. Lakin 15 gün ərzində DANX-ti tərəfindən heç bir tədbir görülməmiş, bir neçə rentabelsiz, gəlirsiz marşurutlar təklif edilərək növbəti dəfə onları aldadaraq onların qrafikini müxtəlif bəhanələrlə bərpa etməmişlər. Buna görə də yenidən iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurətində qalmışlar. 204 №-li, Bakı- Kəmərli (Qazax)-Bakı şəhərlərarası sərnişin daşıma marşurut xətti 2000-ci ildən pandemiyaya (Covid-19) qədər fasiləsiz "xxxx" firmasının istifadəsində olmuşdur. Həmin vaxtdan müntəzəm olaraq avtobuslarla sərnişin daşıma fəaliyyətini həyata keçirmişlər. xx.xx.2006-cı il tarixdən 5 il müddətinə AR Nəqliyyatı Nazirliyi tərəfindən verilmiş, qeydiyyat nömrəsi NNL 000388, 023590 №-li Lisenziya əsasında fəaliyyət göstərmiş, 04 may 2012-ci il tarixdən yenə də 5 il müddətinə NN-dən qeydiyyat №-si NNL 003506, 030628 №-li lisensiya, lisensiya kartları, fərqlənmə nişanları alaraq fəaliyyət göstərmişdir. 20 (iyirmi) ildir dövlət büdcəsinə, vergi orqanlarına “Fərqlənmə Nişanı” vasitəsi ilə külli miqdarda vergilər ödənilmişdir, DSMF-yə ödəmələr etmişdir. Fəaliyyətləri zamanı "xxxx" firmasına Sərəncamla 204 №-li marşurut üzrə avtobusların hərəkət cədvəli və sxemi verilərək təsdiq olunmuşdur. 2010-cu ilin may ayına qədər Bakı şəhərindən, eləcə də Kəmərli yaşayış məntəqəsindən yola düşmə vaxtı saat 19:45 (sonradan 20:45) olmuşdur. Qazax AV-dan çıxma vaxtı isə axşam saat 23:00 olmuşdur. 2010-cu ilin may ayında gecə reysləri bağlandıqdan sonra hərəkət cədvəlləri və qrafikləri dəyişdirilmiş və onlara yeni hərəkət cədvəli və qrafiki verilmişdir. Həmin hərəkət cədvəli və qrafıkdə isə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola düşmə vaxtı saat 15:25, Kəmərli yaşayış məntəqəsindən səhər saat 09:00-dan çıxmaqla saat 10:45-də Qazax AV-da olmuşlar. 5 aya qədər bu qrafiklə işçi qaydasında işləmişlər. 5 aydan sonra yenə də çətinliklər yaranmışdır. “M-Trans” şirkəti onlara süni maneələr yaratmışdır. Sonradan keçmiş DANX "xxxx" MMC (2006-cı ildə yaradılmış) tərəfindən “Hərəkət cədvəli və qrafiki" yenidən dəyişdirilmişdir. Bakıdan yola düşmə vaxtı saxlanılmaqla, Kəmərlidən yoladüşmə vaxtı 16:30 olmuşdur. Bakı şəhərinə çatma isə gecə saat 01:00 göstərilsə də Bakı şəhərinə faktiki çatma gecə saat 02:00-03:00 arası olmuşdur. Bu isə sərhəddə yaşayan kənd camaatının (təhlükəsizlik, təsərüfat və s.) haqlı narazılığına səbəb olurdu. Sonradan ümumi razılığa gəlinmişdir ki, Kəmərli, Qaymaqlı, Aslanbəyli kəndləri Ermənistanla sərhəd kəndləri olduğu üçün formal olaraq qrafikdə 16:30 göstərilsə də əvvəlki qrafiklə işləsinlər. Beləliklə 2010-cu ildən 2021-ci ilə qədər Bakı BAV-dan yola düşmə vaxtı gündüz 15:25 olmaqla, Kəmərlidən isə yola düşmə vaxtı 2010-cu ildən əvvəl olan öz qrafikləri ilə saat 20:45-də, saat 22:45-də Qazax Avtovağzalına daxil olmaqla, saat 23:00-da Qazaxdan çıxaraq səhər saat 06:00-da Bakı BAV-a çatmışlar. Yəni 20 ildir ki, onlar bu qaydada müntəzəm fəaliyyət göstərmişdir. Nəhayət pandemiyadan sonra (Covid-19), 12 iyul 2021ci ildə fəaliyyətlərini bərpa etdikdən sonra keçmiş "xxxx" MMC-nin “Sərnişin daşımaların tənzimlənməsi şöbəsinə müraciət etmişlər ki, sənədləri rəsmiləşdirsinlər. Onlar fərqlənmə nişanı aldıqlarına, müqavilə bağladıqlarına, pul ödədiklərinə baxmayaraq bayram günləri onları işləməyə qoymamış və süni maneələr yaradılmışdır. Onlara bildirilmişdir ki, artıq 6 ədəd gecə reysi açılıb. Onlar öz qrafıklərindən çıxmırlar, yolda onlara mane olurlar. Hərəkət cədvəlində Kəmərli (Qazax)-Bakı istiqaməti üzrə xx.xx.2021-ci il tarixli “Mütəxəssis rəyində” göstərildiyi kimi Kürdəmir AV-dan 23:55-də çıxan avtobusun Bakı BAV-na gecə saat 01:00-da çatması göstərilmişdir. Təqdim edilən hərəkət cədvəllərində göstərdiyi kimi Kürdəmir AV-dan Bakı BAK-na olan məntəqələrarası məsafə 189 km-dir. Bu isə o deməkdir ki, avtobus 189 km/saat sürətlə hərəkət etməlidir ki, hərəkət cədvəli üzrə göstərilən vaxtda 1 saat 05 dəqiqə ərzində Bakı BAV-na çatsın. Bu isə texniki və fıizki cəhətdən mümkün deyildir. Bakı BAK-dən 15:25-də çıxma hissəsində Bakı BAK-dən Kürdəmir AV-na saat 18:05- də çatması üçün verilən vaxt 2 saat 40 dəqiqə təşkil edir ki, burada orta sürət MMC-nin hesablanmasına görə 70 km/saat hesablanmışdır. MMC tərəfindən verilmiş hərəkət cədvəli Kəmərlidən-Bakıya geri qayıdan hissəsində isə Kürdəmir AV-dan Bakı BAK-nə çatmaq üçün 1 saat 05 dəqiqə vaxt verilmişdir. Bu isə yuxarıda qeyd etdikləri kimi heç bir məntiqə sığmır, normativ aktların tələbinə zidd olmaqla ağlabatan deyildir.Hesab edirlər ki, bu süni maeçiliklər və qanunsuzluqlar aradan qaldırılmalı, 204 №-li marşurutun Kəmərlidən Bakı istiqamətinə öz əvvəlki çıxma vaxtıqrafıki saat 20:45-ə, Qazax AV-dan isə saat 23:00-a bərpa olunmalıdır. Qeyd olunan qanunsuzluqlar nəticəsində onlara ziyan dəymişdir. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, Cavabdeh publik hüquqi şəxs Dövlət Avtomobil Nəqliyyat Xidmətinin hüquqi varisi deyil. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan qurumlarla əlaqədar 1463 nömrəli Fərmanın imzalandığı eyni gündə, yəni 11 oktyabr 2021-ci il tarixində həmçinin “Dəniz nəqliyyatı sahəsində idarə etmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 1462 nömrəli Fərman imzalanmışdır. Həmin Fərmana əsasən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X11, habelə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X11 tabeliyində X1 Mərkəzi, eləcə də Nəqliyyat və Texniki-Təminat İdarəsi publik hüquqi şəxslərin əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində “Dövlət Dəniz və Liman Agentliyi” publik hüquqi şəxs yaradılmışdır. Qeyd edilən Fərmanın 3.2-ci bəndinə əsasən, “Dövlət Dəniz və Liman Agentliyi” publik hüquqi şəxs bu Fərmanın 1-ci hissəsində göstərilən qurumların hüquqi varisidir, onların hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir. Göründüyü kimi, eyni nazirliyin tabeliyində olan müəssisələr barədə ölkə Prezidenti tərəfindən eyni gündə iki Fərman 1462 və 1463 imzalanaraq hüquqi forması publik hüququ şəxs olan iki Agentlik yaradılmış, bunlardan biri, yəni “Dövlət Dəniz və Liman Agentliyi” əsasında yaradılmış müəssisələrin hüquqi varisi elan edilsə də, digəri yəni Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi isə əsasında yaradılmış müəssisələrin hüquqi varisi kimi tanınmamışdır. “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2021ci il tarixli 1463 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tabeliyində “Nəqliyyat-Servis”, “1 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “2 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “1 saylı Gəncə Regional Nəqliyyat”, “2 saylı Quba Regional Nəqliyyat”, “3 saylı Şirvan Regional Nəqliyyat”, “4 saylı Lənkəran Regional Nəqliyyat”, “5 saylı Yevlax Regional Nəqliyyat”,“6 saylı Şəki Regional Nəqliyyat”, “7 saylı Göyçay Regional Nəqliyyat”, “8 saylı Sumqayıt Regional Nəqliyyat”, “9 saylı Ucar Regional Nəqliyyat”, “10 saylı Şəmkir Regional Nəqliyyat”, “11 saylı Tovuz Regional Nəqliyyat”, “12 saylı Beyləqan Regional Nəqliyyat”, “13 saylı Cəlilabad Regional Nəqliyyat”, “14 saylı Şamaxı Regional Nəqliyyat”, “15 saylı Mingəçevir Regional Nəqliyyat” məhdud məsuliyyətli cəmiyyətlərinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində "xxxx" və “Nəqliyyat Təlim-Tədris Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətlərinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (bundan sonra - Agentlik) publik hüquqi şəxs yaradılmış, həmin Fərmanın 2-ci hissəsinə əsasən qeyd edilən qurumları yuxarıda adları qeyd edilən müəssisələrin əmlakı yeni yaradılmış publik hüquqi şəxsə verilmiş, dövlət orqanlarına müvafiq normativ hüquqi aktların, X16n nizmnaməsinin hazırlanması və qeyd edilən fərmandan irəli gələn digər məsələlərin həll edilməsi məqsədi ilə müddətlər göstərilməklə vaxt verilmişdir. Həmin Fərmanın 3.1-ci bəndinə əsasən Agentlik avtomobil nəqliyyatı sahəsində tənzimləməni, Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə daşımalara və digər avtomobil nəqliyyatı xidmətlərinə ehtiyacın təmin edilməsini, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə nəzarəti (Bakı şəhərinin inzibati ərazisində ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmə və nəzarət istisna olmaqla) həyata keçirən publik hüquqi şəxsdir; Azərbaycan Respublikası Prezidentinin 08 sentyabr 2022-ci il tarixli 1842 nömrəli Fərmanı ilə “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi” təsdiq edilmiş, həmçinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 iyul 472 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir. Ləğv edilmiş həmin Fərmanın 1-ci hissəsində qeyd edilmişdir: “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (bundan sonra - Xidmət) avtomobil nəqliyyatı sahəsində (Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma istisna olmaqla) dövlət tənzimləməsini, əhalinin və iqtisadiyyatın avtomobil nəqliyyatı ilə daşımalara və digər nəqliyyat xidmətlərinə ehtiyacının təmin olunmasına, beynəlxalq və ölkə daxili sərnişin və yük daşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır”. Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2021-ci il tarixli 1463 nömrəli Fərmanından da göründüyü kimi, Dövlət Avtomobil Nəqliyyatı Xidməti ləğv edilmişdir. Bu zaman yeni yaranan Cavabdeh Publik hüquqi şəxs (Bundan sonra-AYNA) Dövlət Avtomobil Nəqliyyat Xidməti və yuxarıda adları qeyd edilən digər müəssisələrin hüquqi varisi kimi qeyd edilməmişdir. Hal-hazırda ləğv edilmiş Dövlət Avtomobil Nəqliyyat Xidmətinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 iyul 472 nömrəli Fərmanı ilə təsdiq edilmiş və hal-hazırda qüvvədən düşən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti haqqında Əsasnaməsinin 5-ci bəndinə əsasən Xidmətin sərəncamında ancaq dövlət əmlakı olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Proqramın” 5.4-cü bəndinə əsasən: “Dövlət əmlakı Azərbaycan Respublikasının dövlət orqanlarına və dövlət büdcəsindən maliyyələşən qeyrikommersiya təşkilatlarına onların vəzifə və funksiyalarının icrası, habelə dövlət müəssisələrinə onların təsərrüfat fəaliyyətinin təmin edilməsi məqsədi ilə müəyyən edilmiş qaydada istifadəyə verilir. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, dövlət büdcəsindən maliyyələşən təşkilatlara təhkim edilmiş dövlət əmlakı onlar tərəfindən kommersiya məqsədləri üçün istifadə edilmir”. Göründüyü kimi, keçmiş DANX-tinin mülkiyyətində hər- hansı bir əmlak olmamışdır. Həmin əmlak dövlət mülkiyyətində olmaqla DANX-nin ancaq sərəncamında olmuşdur. Məhz yuxarıda qeyd edilən normalara əsasən hal-hazırda yaranmış AYNA Xidmətin hüquqi varisi kimi hesab edilə bilməz. İddiaçı tərəfindən sübut olaraq təqdim edilmiş müqavilədən göründüyü kimi, "xxxx" MMC ilə İddiaçı Firması arasında Bakı-Kəmərli marşrutu ilə avtobuslarla sərnişin daşınması sahəsində əlaqəli fəaliyyət göstərməsi məqsədi ilə müqavilə bağlanmış və qeyd edilən müqavilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021 -ci il tarixədək qüvvədə olmuşdur. Qeyd edilən müqavilədən göründüyü kimi, hal-hazırda tərəflər arasında bağlanmış müqavilənin müddəti bitdiyindən, tərəflərin arasında hər - hansı hüquqi münasibətlər yoxdur. Bundan sonra əhalinin gecə vaxtı şəhərlərarası (rayonlararası) sərnişin daşımalarına olan tələbatı müəyyən edilmiş və müvafiq tədbirlər həyata keçirilərək aşağıdakı marşrut xətləri üzrə hərəkət cədvəlləri təşkil edilmişdir: - Qırmızı Körpüdən (Sınıq Körpüdən) saat 18:00, Bakıdan saat 19:20 olmaqla, Bakıdan saat 21:00, Qırmızı Körpüdən (Sınıq Körpüdən) saat 21:00 olmaqla, Bakıdan saat 23:00, Qırmızı Körpüdən (Sınıq Körpüdən) saat 22:00 olmaqla, Bakıdan saat 22:00, Qırmızı Körpüdən (Sınıq Körpüdən) saat 23:00 olmaqla , Bakıdan saat 00:00, Qırmızı Körpüdən (Sınıq Körpüdən) saat 00:00 olmaqla, Bakı-Qırmızı Körpü (Sınıq Körpü) şəhərlərarası hərəkət cədvəlləri üzrə marşrut xətləri müvəqqəti istismara verilmişdir. Eyni zamanda Qazax-Qırmızı Körpü istiqamətindən gündüz vaxtı da müntəzəm qrafiklər üzrə müvafiq qaydada saat 07:00-dan başlayaraq saat 18:00-dək hər 30 dəqiqədən bir əhaliyə müntəzəm qrafik üzrə şəhərlərarası sərnişin daşımaları xidməti göstərilir. Hazırda Qazax avtovağzalından Kəmərli kəndinə - 4 ədəd, Qaymaqlı kəndinə - 2 ədəd, Aslanbəyli kəndinə - 2 ədəd avtobusla müntəzəm qrafik üzrə rayondaxili sərnişin daşımaları həyata keçirilir. Yuxarıda qeyd edilən marşrutlar üzrə sərnişin daşıma həmin ərazi üzrə əhalinin tələbatını tam ödədiyindən Qazax rayonu Kəmərli və ətraf kəndlərin sakinləri tərəfindən Bakı-Kəmərli və əks istiqamət üzrə marşrut xəttinin açılması barədə Xidmətə heç bir müraciət daxil olmamışdır. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın 4.22-ci bəndinə əsasən, şəhərlərarası (rayonlararası) müntəzəm avtobus marşrutlarının şəhərlərin (rayon mərkəzlərinin) və ya qəsəbələrin ərazisində yerləşən başlanğıc və təyinat məntəqəsi yalnız avtovağzal və ya avtostansiya olmalıdır. İddiaçının qeyd etdiyi Kəmərli yaşayış məntəqəsində isə avtovağzal (avtostansiya) yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 5 fevral tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtovağzal və avtostansiya haqqında Əsasnamə”də avtovaqzal və avtostansiyaların təşkil edilməsi, qeydiyyata alınması və fəaliyyət göstərilməsi müfəssəl şəkildə qeyd edilmişdir. Həmin Əsasnamənin 2.2-ci maddəsinə əsasən Hər bir avtovağzalın (avtostansiyanın) onun kateqoriyasına uyğun pasportu olmalıdır. Pasport avtovağzalın (avtostansiyanın) fəaliyyət göstərməsi üçün rəsmi sənəd hesab edilir. Avtovağzalı (avtostansiyanı) təşkil edən təsərrüfat subyekti pasport almaq üçün Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə bu Əsasnamənin 1 nömrəli əlavəsinə uyğun formada ərizə təqdim etməlidir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o Bakı-Kəmərli marşrutu ilə 20 ildir istifadə edir. Bunu sübut etmək məqsədi ilə o, məhkəməyə Keçmiş Nəqliyyat Nazirliyi tərəfindən ona verilmiş iki ədəd Lisenziyaları təqdim etmişdir. Onlara baxdıqda müəyyən edilir ki, onların hər birinin güvədə olma müddəti 5 ildir. Həmin lisenziyalardan birincisi ona 17 oktyabr 2006-cı ildə, digəri isə 04 may 2012-ci ildə verilmişdir. Beləliklə, qeyd edilən lisenziyalardan göründüyü kimi, həmin lisenziyalar ona avtomobil nəqliyyatı ilə şəhərlərarası sərnişin daşıma fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə cəmi 10 il müddətində verilmiş verilmişdir. Bununla əlaqədar onu qeyd etmək istərdik ki, Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffavlığın təmin edilməsi haqqında” 2015-ci il 19 oktyabr tarixli 650 nömrəli və “lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərman ilə avtomobil nəqliyyatı ilə daşıma fəaliyyətinə lisenziyanın tətbiqi dayandırılmışdır. xx.xx.2023-cü il tarixdə saat 09:30 da keçirilən Qazax rayonun Kəmərli kəndində heç vaxt rəsmi qaydada nə avtovağzal nə də ki, avtostansiya nə hal-hazırda ləğv edilmiş Dövlət Avtomobil Nəqliyyat Xidməti, nə də ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qeydiyyata alınmamışdır. Göründüyü kimi, iddiaçının qeyd etdiyi Qazax rayonu Kəmərli kəndindəki avtostansiya qanunsuz fəaliyyət göstərmişdir. Qeyd edilən fəaliyyət qanunsuz sahibkarlıq fəaliyyətidir. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.ci maddəsinə əsasən daşıyıcılar avtomobil nəqliyyatı ilə müntəzəm beynəlxalq, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarının yerinə yetirilməsinə sifarişçinin keçirdiyi müsabiqə əsasında cəlb olunurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”nın 1.5-ci bəndinə görə müsabiqənin qalibləri müntəzəm marşrutlar üzrə və ya marşrutların müvafiq reysləri üzrə sərnişindaşıma xidmətləri göstərilməsi hüququnu əldə edirlər. Qanunvericiliyə görə, daşıyıcılar müntəzəm marşrutlar üzrə keçirilən müsabiqələrin nəticələrinə uyğun olaraq, Xidmət ilə “avtomobil nəqliyyatı ilə marşrut üzrə sərnişindaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilə” bağlamaqla, dövlətə məxsus marşrutlar üzrə sərnişindaşıma xidmətləri həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın 4.2-ci bəndinə əsasən avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarını yerinə yetirən daşıyıcılar aşağıdakılara malik olmalıdırlar: 4.2.5. müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunması üçün keçirilmiş müsabiqə nəticəsində bağlanılmış müqaviləyə. Göründüyü kimi, hər-hansı bir marşrutun hər- hansı bir daşıyıcı tərəfindən həyata keçirilməsi məhz daşıyıcılar arasında keçiriləcək müsabiqə vasitəsi ilə həyata keçirilir və həmin müsabiqədən kənar heç bir marşrutun hər-hansı bir daşıyıcıya təhkim edilməsi qanunsuzdur. İddiaçı əsassız olaraq hal-hazırda da mövcud olmayan Bakı-Kəmərli marşrutunu özünün əmlakı hesab edərək bunun əsaslandırması məqsədi ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.2-c maddəsi və Vergi Məcəlləsinin 13.2.8-ci maddəsinə istinad etmişdir. İddiaçıya heç bir maddi ziyan vurulmamışdır. Əksinə, iddiaçının özünün də etiraf etdiyi kimi, hərəkət etdiyi Kəmərli kəndinin ərazisində təşkil etdiyi avtostansiya qanunsuz fəaliyyət göstərdiyindən həmin fəaliyyət qanunsuz sahibkarlıq fəaliyyətidir və iddiaçı həmin fəaliyyət nəticəsində əldə etdiyi gəlirlər qanunsuzdur. Etiraza əlavə təqdim edilərək bildirilmişdir ki, iddiaçı avtovağzalı (avtostansiyası) olmayan Qazax rayonun Kəmərli kəndində Bakı şəhərinə müntəzəm marşrut açılması öhdəliyinin Agentliyinin üzərinə qoyulmasını, faktiki olaraq cavabdehin səlahiyyətlərinin aşmasını tələb edir. Marşrutlar üzrə müsabiqələr təşkil edilir və bu barədə məlumat verilir. Qanunvericiliyin tələbinə əsasən avtobus marşrutlarının başlanğıc və təyinat məntəqəsi yalnız avtovağzal və ya avtostansiya olmalıdır . Kəmərli kəndində isə heç vaxt və halhazırda da avtovağzal (avtostansiya) olmamışdır. Avtovağzal olmayan yaşayış məntəqəsi olan Kəmərli kəndindən şəhərlər və rayonlararası marşrut üzrə sərnişin daşınması inzibati xəta qanunvericiliyinin pozuntusuna səbəb olur. Bakı İnzibati Məhkəməsinin 16 may 2023-cü il tarixli qərardadı ilə iddia dəymiş ziyana görə 270 min manat məbləğində dəymiş zərərə görə kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi hissəsində qeyri mümkün hesab edilmişdir. Bakı İnzibati Məhkəməsinin 16 may 2023-cü il tarixli qərarı ilə mahiyyəti üzrə qiymətləndirilən hissədə qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması barədə qərardad ləğv edilmiş, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Qərardadın mahiyyəti onunla bağlıdır ki, iddiaçının dəymiş zərərin ödənilməsi ilə əlaqədar cavabdehə müraciət mövcud olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 29 fevral 2024-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin qərarından verilmiş şikayət qismən təmin edilərək qərarın ləğv edilməsi, işə yenidən baxılması üçün göndərilməsi qərara alınmışdır. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək "xxxx" firmasının 20 ildir istifadəsində olan 204 №-li Bakı-Qazax-Kəmərli marşurutunun hərəkət cədvəli qrafiki vaxtının Bakı (BAK) və Kəmərlidən çıxma vaxtının saat 20:45-ə, Qazax-Bakı istiqamətində Kəmərlidən Qazax AV-na daxil olmaqla vaxtının 22:45, Qazax AV-dan çıxma vaxtının isə saat 23:00-a bərpa olunmaqla iddiaçının adına istifadə hüququnun tanınması, Cavabdeh tərəfindən iddiaçıya vurulmuş zərərə görə 500.000 (beş yüz min) manat pul kompensasiyasının ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi xahiş edilmişdir. Ərizə icraata qəbul edilmişdir. Üçüncü şəxslər üçüncü şəxs qismində qoşulma barədə qərardadın ləğv edilməsini ərizə ilə xahiş etmiş, sonradan isə həmin ərizənin baxılmadan geri qaytarılması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" firmasının direktoru iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdii Məhkəmə iclasında cavabdehin nümayəndəsi yazılı etiraza uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. DANX tərəfindən "xxxx" firmasına ünvanlanmış 104-02/254-21 saylı xx.xx.2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Xidmətə ünvanlanmış Bakı-Kəmərli (Qazax rayonu) müntəzəm marşrut xətti üzrə hərəkət qrafikinin dəyişdirilərək saat 19:45 müəyyən edilməsi barədə 27 iyul 2021-ci il; tarixli 34/E nömrəli müraciətə aidiyyəti üzrə baxılmışdır. Müraciətdə qeyd olunanların birgə araşdırılması məqsədilə "xxxx" MMC (bundan sonra- Cəmiyyət) tərəfindən ünvanlarına 2021-ci il 02 avqust tarixində teleqram göndərilmiş və eyni zamanda telefon əlaqəsi saxlanılaraq cəmiyyətə dəvət edilmiş, lakin, firma (səlahiyyətli şəxs) müraciətin araşdırılmasında iştirak etməkdən imtina etmişdir. 2010-ci ildən şəhərlərarası sərnişin daşımalarında təhlükəsizlik tədbirlərinin artırılması məqsədilə ölkə daxilində sutkanın gecə saatlarında sərnişindaşıma fəaliyyəti məhdudlaşdırılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 may 2019-cu il tarixli xx/xx/2575-15 nömrəli tapşırığını rəhbər tutaraq sərnişin daşımalarına olan tələbatı təmin etmək məqsədilə yol şəraiti imkan verən bir sıra istiqamətlər üzrə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin müvafiq əmri ilə şəhərlərarası (rayonlararası) müntəzəm marşrutlarda günün gecə saatlarında sərnişindaşıma fəaliyyəti bərpa edilmişdir. Bundan sonra Cəmiyyət tərəfindən əhalinin gecə vaxtı şəhərlərarası (rayonlararası) sərnişin daşımalarına olan tələbatının müəyyən edilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilərək aşağıdakı marşrut xətləri üzrə hərəkət cədvəlləri təşkil edilmişdir: - Bakıdan saat 19:20 və Qırmızı körpüdən saat 18:00 olmaqla, Bakıdan saat 21:00 və Qırmızı Körpüdən saat 21:00 olmaqla, Bakıdan saat 23:00 və Qırmızı Körpüdən saat 22:00 olmaqla, Bakıdan saat 22:00 və Qırmızı Körpüdən 23:00 olmaqla, Bakıdan saat 00:00 və Qırmızı Körpüdən saat 00:00 olmaqla “Bakı-Qırmızı Körpü” şəhərlərarası hərəkət cədvəlləri üzrə marşrut xətləri müvəqqəti istismara verilmişdir. Hal-hazırda Qazax avtovağzalından Kəmərli kəndinə - 4 ədəd, Fərəhli kəndinə - 2 ədəd, Qaymaqlı kəndinə - 2 ədəd, Aslanbəyli kəndinə - 2 ədəd avtobusla qrafik üzrə müntəzəm sərnişin daşımaları həyata keçirilir ki, bu da həmin ərazi üzrə əhalinin tələbatını tam olaraq təmin edir. DANX "xxxx" MMC tərəfindən "xxxx" firmasına ünvanlanmış 127-05-127/4-21 saylı, xx.xx.2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Xidmətə ünvanlanmış “204 nömrəli Bakı-Kəmərli (Qazax)-Bakı marşrutu üzrə sərnişindaşımaların daşıyıcı "xxxx" firmasına həvalə olunmasına dair verilmiş sənədlərin surətlərinin təqdim edilməsi barədə sorğuya baxılmışdır. “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanı ilə avtomobil nəqliyyatı ilə daşıma fəaliyyətinə lisenziyanın tətbiqi dayandırılmış və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli Qanununun qəbul edilməsi ilə avtomobil nəqliyyatı ilə daşıma fəaliyyətinə icazə tətbiq edilmişdir. Həmin Qanunun 3 nömrəli əlavəsinin 34-cü bəndinə əsasən, Azərbaycan Respublikası ərazisində avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının “Fərqlənmə nişan”ları əsasında həyata keçirilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda keçmiş Nəqliyyat Nazirliyi tərəfindən "xxxx" firmasına 2006-cı və 2012-ci illərdə 5 illik müddətə verilmiş lisenziyaya dair sənədlər saxlanılmamışdır. Hal-hazırda "xxxx" firması ilə Cəmiyyət arasında “Daşıyıcılarla sərnişin daşınması sahəsində əlaqəli fəaliyyət haqqında” Bakı-Kəmərli (Qazax) - Bakı marşrut xətti üzrə sərnişindaşımalara dair 12.07.2.021-ci il tarixdə bağlanmış müqavilə qüvvədədir. Həmin müqavilənin müddəti xx.xx.2021-ci il tarixində bitir. DANX "xxxx" MMC tərəfindən "xxxx" firmasına ünvanlanmış 127-07/372 saylı xx.xx.2021-ci il tarixli və 127-07/386 saylı xx.xx.2021-ci il tarixli eyni məzmunlu məktublarda qeyd olunmuşdur ki, Bakı-Kəmərli (Qazax) - Bakı marşrutunun hərəkət cədvəli üzrə Bakıdan və Qazaxdan saat 19.45 qrafiki onlara təklif olunur. Qazaxdan isə saat 11:00-a olan hərəkət qrafikinin onlara verilməsi bu istiqamətdə sərnişindaşımalarını yerinə yetirən digər sahibkarların hüquqlarına toxunduğundan, mümkünsüz hesab edilir. DANX tərəfindən "xxxx"firmasına ünvanlanmış 104-02-09/377-21 №-li, xx.xx.2021ci il tarixli məktubunda qeyd olunmuşdur ki, ləğv edilmiş Nəqliyyat Nazirliyi tərəfindən "xxxx" firmasına 2006-cı və 2012-ci illərdə 5 il müddətinə lisensiyalar verilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi proseduralarının sadələşdirilməsi və şəffaflığın təmin edilməsi haqqında 2015-ci il 19 oktyabr tarixli 650 nömrəli və “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” 2015ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanları ilə avtomobil nəqliyyatı ilə daşıma fəaliyyətinə lisenziyanın tətbiqi dayandırılmışdır. "xxxx"firması ilə Xidmətin tableyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Bakı-Kəmərli (Qazax) marşurutu üzrə sərnişin daşımaya dair 3 (üç) ay müddətinə “Daşıyıcılarla sərnişin daşınması sahəsində əlaqəli fəaliyyət haqqında” müqavilə bağlanmışdır. Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mərkəzi Arxivində 204 nömrəli Bakı-Kəmərli (Qazax) marşurutunun istifadəsinin daşıyıcı "xxxx"firmasına həvalə olunması barədə sənədlər aşkar edilməmişdir. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən “Ekspert” LTD müəssisəsinə ünvanlanmış 1-xx-xx/5708-21 saylı xx.xx.2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Bakı-Kəmərli (Qazax r-nu) müntəzəm marşrut xətti üzrə hərəkət qrafikinin dəyişdirilərək saat 19:45 müəyyən edilməsi barədə 27 iyul 2021-ci il tarixli 32/E nömrəli müraciətlərinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində baxılmışdır. Müraciətdə göstərilənlərin birgə araşdırılması məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin "xxxx" MMC (bundan sonra-Cəmiyyət) tərəfindən "xxxx" müəssisəsinə 2021-ci il 02 avqust tarixində teleqram göndərilərək və eyni zamanda onunla telefon əlaqəsi saxlanılaraq cəmiyyətə dəvət edilmişdir. Lakin onlar müraciətin araşdırılmasında iştirak etməkdən imtina etmişdir. 2010-cu ildən şəhərlərarası sərnişin daşımalarında təhlükəsizlik tədbirlərinin artırılması məqsədilə ölkə daxilində sutkanın qaranlıq vaxtı sərnişindaşıma fəaliyyəti məhdudlaşdırılmışdır. Bununla belə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 may 2019-cu il tarixli xx/xx/2575-15 nömrəli tapşırığını rəhbər tutaraq, sərnişin daşımalarına olan tələbatı təmin etmək məqsədilə yol şəraiti imkan verən bir sıra istiqamətlər üzrə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin müvafiq əmri ilə şəhərlərarası (rayonlararası) müntəzəm marşrutlarda sutkanın qaranlıq vaxtı sərnişindaşıma fəaliyyəti bərpa edilmişdir. Ölkə ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün insanlar arasında təmasın minimuma endirilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində 24 mart 2020-ci il saat 00:00-dan etibarən xüsusi karantin rejimi elan etməsi ilə əlaqədar ölkə üzrə şəhərlərarası (rayonlararası) sərnişindaşıma fəaliyyəti dayandırılmış və 26 may 2021-ci il tarixli Qərarı ilə 2021-ci il 31 may tarixindən etibarən bu daşımalar bərpa edilmişdir. Hazırda Qazax avtovağzalından Kəmərli kəndinə 4 ədəd, Fərəhli kəndinə 2 ədəd, Qaymaqlı kəndinə 2 ədəd, Aslanbəyli kəndinə 2 ədəd avtobusla qrafik üzrə müntəzəm sərnişindaşımaları həyata keçirilir ki, bu da həmin ərazi üzrə əhalinin tələbatını tam olaraq ödəyir. Həmçinin Qazax-Qırmızı Körpü istiqamətində müəyyən edilmiş qrafiklər üzrə saat 07:00-dan başlayaraq 18:00-dək 30 dəqiqəlik intervalla müntəzəm marşrutlar üzrə sərnişindaşıma xidməti göstərilir. Bakı-Kəmərli (Qazax) marşrutunun Kəmərli kəndindən Bakı istiqaməti üzrə hərəkət cədvəlinin saat 19:45-dən saat 16:30-a keçirilməsinə etiraz edən Kəmərli kənd sakinlərinin siyahısının onlar tərəfindən yazılmış müraciətə əlavə edilməsi ilə bağlı bildirilmişdir ki, Kəmərli kənd sakinləri tərəfindən Bakı-Kəmərli və əks istiqamət üzrə marşrut xəttinin hərəkət cədvəlləri ilə bağlı Cəmiyyətə heç bir şikayət daxil olmamışdır. “Bakı-Qırmızı-Körpü” istiqamətində yeni təsdiq edilmiş hərəkət cədvəlləri üzrə sutkanın qaranlıq vaxtı sərnişindaşıma həyata keçirən daşıyıcılar 05 avqust 2021-ci il tarixində Cəmiyyətə müraciət edərək, "xxxx" firmasının istifadəsində olan avtobuslarla Bakı-Kəmərli (Qazax) qrafikindən kənara çıxaraq, Kəmərli, Qaymaqlı və Asianbəyii kəndlərindən qeyri-qanuni sərnişin daşıma xidməti həyata keçirməklə onların fəaliyyətinə maneçilik törətdiyini bildirmişlər. "xxxx"-yə məxsus avtobusların Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisinə buraxılmaması ilə bağlı qeyd edilməlidir ki, "xxxx" MMC tərəfindən verilən məlumata əsasən, sərnişindaşıma xidmətlərinin göstərilməsi Cəmiyyətə həvalə edilmiş Bakı-Kəmərli (Qazax) marşrutu üzrə Bakıdan yola düşmə vaxtı saat 15:25 olmaqla 12 iyul 2021-ci il tarixdən 18 iyul 2021-ci il tarixinədək Bakı Beynəlxalq Avtovağzal Kompleksinə və Qazax Avtovağzalına girmədən sərnişindaşıma həyata keçirmiş, bir müddət sonra isə marşrut üzrə fəaliyyətlərini dayandırmışdırlar. "xxxx" MMCnin əməkdaşları barəsində müraciətlərində qeyd edilənlər aparılan araşdırma zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən “Ekspert” LTD firmasına ünvanlanmış 1-xx-xx/7559-21 saylı xx.xx.2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, "xxxx" firması tərəfindən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə ünvanlanmış Qazax - Bakı marşrutunun hərəkət cədvəli barədə müraciətə baxılmışdır. Müraciətdə göstərilənlərin araşdırılması məqsədilə etibarnamə əsasında müəssisənin təsisçisini təmsil edən X4 xx.xx.2021-ci il tarixində "xxxx" MMC-də olmuşdur və ona Qazax - Bakı şəhərlərarası marşrut xəttinin hərəkət cədvəli (Qazax avtovağzalından saat 17:15, saat 19:45, saat 20:00 və saat 01:00) təklif edilmişdir. X5 təklif olunan hərəkət cədvəlləri üzrə sərnişin daşımalarından imtina etmişdir. Bununla bağlı "xxxx" Firmasının təsisçisi Nümayəndə1 xx.xx.2021-ci il tarixli 127-04/365 nömrəli məktub göndərilmiş və bir daha yuxarıda qeyd edilən marşrut xətti üzrə hərəkət cədvəli ona təklif edilməklə qısa müddət ərzində həmin təkliflərə münasibət bildirməsinin vacibliyi nəzərinə çatdırılmışdır. Eyni zamanda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın 4.22-ci bəndinə əsasən, şəhərlərarası (rayonlararası) müntəzəm avtobus marşrutlarının şəhərlərin (rayon mərkəzlərinin) və ya qəsəbələrin ərazisində yerləşən başlanğıc və son təyinat məntəqəsi yalnız avtovağzal (avtostansiya) olmalıdır. Eyni məzmunlu müraciətlərlə bağlı "xxxx" Firmasına xx.xx.2021-ci il tarixli 127-07/372 nömrəli və xx.xx.2021-ci il tarixli 127-07/386 nömrəli cavab məktubları göndərilmişdir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 3-27103/2-803/2023 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydasına əsasən, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən 2022-ci ildə “Bakı-Şuşa-Bakı”, “Bakı-Ağdam-Bakf, “Əhmədbəyli-Şuşa- Əhmədbəyli”, “Bərdə-Ağdam-Bərdə”, “Bakı-Füzuli-Bakı”, “Bakı-Sabirabad- Bakı”, “Bakı- Lənkəran-Bakı”, “Bakı-Astara-Bakı” marşrutları üzrə müsabiqə elan olunmuşdur və komissiya üzvləri tərəfindən qalib müəyyənləşdirilərək, daşıyıcı ilə sərnişindaşıma fəaliyyətinin göstərilməsi üçün 3 (üç) ilədək “Avtomobil nəqliyyatı ilə marşrut üzrə sərnişindaşıma xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlanılmışdır. Cari ilin 13 fevral tarixində “Bakı-Biləsuvar-Bakı", “Bakı-Ağcabədi-Bakı”, “Bakı- Qazax-Bakı”, “Bakı- Quba-Bakı”, “Bakı-Qusar-Bakı” marşrutları üzrə, 02 mart tarixində “Bakı- Qusar-Bakı”, “Bakı-Lənkəran-Bakı”, “Bakı-Xudat-Bakı”, “Bakı-SDK-Bakı”, “Ceyranbatan qəsəbəsi- Xocəsən metro stansiyası-Ceyranbatan qəsəbəsi”, “Masazır qəsəbəsi-Xocəsən metro stansiyası- Masazır qəsəbəsi” marşrutlar üzrə, 07 aprel tarixində isə “Mingəçevir şəhərdaxili 5 nömrəli”, “Mingəçevir şəhərdaxili 12 nömrəli”, “Bakı-Xudat-Bakı”, “Bakı- Xaçmaz-Bakı”, “Bakı-Nabran-Bakı”, “Bakı-Şabran-Bakı” və “Bakı-Quba-Bakı” marşrutları üzrə müsabiqə elan olunmuşdur. Sərnişindaşıma fəaliyyətinin yaxşılaşdırılması istiqamətində mərhələli şəkildə işlər davam etdirilir və gələcəkdə “Bakı-Sınıq Körpü (Qazax)-Bakı” marşrutu üzrə müsabiqənin keçirilməsi həyata keçiriləcəkdir. Qeyd olunan cavab məktubuna əlavə olunmuş Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti "xxxx" MMC tərəfindən qəbul edilmiş “Bakı-Qırmızı Körpü” şəhərlərarası marşurut xəttinin istismarı haqqında” 07/s №-li, 15 iyul 2021-ci il tarixli sərəncamın surətindən müəyyən olunur ki, “Bakı-Qırmızı Körpü” şəhərlərarası müntəzəm marşurut xəttinin hərəkət cədvəli üzrə gecə saatlarında (Bakıdan saat 22:00-Qırmızı Körpüdən saat 23:00) “Vətən” firmasının sərnişindaşıma fəaliyyətinin dayandırılması və həmin hərəkət cədvəli üzrə sərnişindaşımalarının yerinə yetirilməsi müvəqqəti olaraq fiziki şəxslər X7 və X2 həvalə edilməsi qərara alınmışdır. Cavabdehin 19 avqust 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, üçüncü şəxsin və iddiaçının tələb etdiyi marşrut xətləri fərqlidir. Sərnişin daşımalarına cəlb edilmə müsabiqə vasitəsi ilə həyata keçirilir. Qeyd olunur ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi”nin: 1.1. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (bundan sonra – Agentlik) avtomobil nəqliyyatı sahəsində (bundan sonra – müvafiq sahə) tənzimləməni, Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə daşımalara və digər avtomobil nəqliyyatı xidmətlərinə ehtiyacın təmin edilməsini, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə nəzarəti həyata keçirən publik hüquqi şəxsdir. 2.1. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.1.3. avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarının təşkilini və bu sahədə dövlət sifarişinin (Şuşa şəhərinin ərazisində müntəzəm şəhərdaxili sərnişindaşımalar üzrə dövlət sifarişi istisna olmaqla) formalaşdırılmasını təmin etmək;[3] 2.1.4. avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarını tənzimləyən icazə sisteminin tətbiqini təmin etmək və bu sahədə nəzarəti həyata keçirmək; 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Agentliyin vəzifələri aşağıdakılardır: 3.1.16. dövlət sifarişi əsasında avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarının yerinə yetirilməsinə daşıyıcıları müsabiqə qaydasında cəlb etmək, müsabiqənin qalibləri ilə müvafiq marşrut üzrə sərnişin daşınması (sərnişin daşınmasının təşkili) haqqında müqavilə bağlamaq və müqavilə şərtlərinə əməl olunmasına nəzarət etmək; “Avtomobil nəqliyyatı haqqında” Qanunun: 21.1. Avtomobil nəqliyyatı ilə müntəzəm beynəlxalq, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarının təmin olunması məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən marşrut şəbəkəsi müəyyənləşdirilir və dövlət sifarişi formalaşdırılır. 21.2. Daşıyıcılar avtomobil nəqliyyatı ilə müntəzəm beynəlxalq, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarının yerinə yetirilməsinə sifarişçinin keçirdiyi müsabiqə əsasında cəlb olunurlar. Müsabiqədə iştiraka görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə ödəniş edilir.[31] 21.3. Sifarişçi müsabiqəyə müntəzəm avtobus marşrutlarını və ya daşımaların intensivliyini, həmçinin rentabelliyini nəzərə alaraq marşrutların müvafiq reyslərini çıxarır. 21.4. Müsabiqənin qalibləri müntəzəm marşrutlar və ya marşrutların müəyyən reysləri üzrə sərnişindaşıma xidmətləri göstərmək hüququnu əldə edirlər. 21.5. Sifarişçi müsabiqənin qalibinin maddi-texniki bazasını nəzərə alaraq hər bir şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) marşruta dair 5 ilədək, lakin 3 ildən az olmayan müddətə, beynəlxalq marşruta dair isə 3 ilədək, lakin 1 ildən az olmayan müddətə müvafiq marşrut üzrə sərnişin daşınması (sərnişin daşınmasının təşkili) haqqında müqavilə bağlayır. Müsabiqənin qalibi olan daşıyıcı dövlət sifarişi əsasında sərnişin daşımalarını yerinə yetirə bilmədikdə yaxud lazımi qaydada yerinə yetirmədikdə və ya onunla bağlanmış müqavilənin digər şərtlərini pozduqda sifarişçi həmin müqaviləni birtərəfli qaydada vaxtından əvvəl ləğv etmək hüququna malikdir. 21.6. Müəyyən marşrut üzrə müsabiqədə yalnız bir iddiaçı olan daşıyıcı iştirak etdikdə, müvafiq müqavilə yalnız həmin daşıyıcının müsabiqənin bütün tələblərinə uyğun olduğu halda bağlanılır. 21.7. Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın: 4.2. Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarını yerinə yetirən daşıyıcılar aşağıdakılara malik olmalıdırlar: 4.2.5. müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunması üçün keçirilmiş müsabiqə nəticəsində bağlanılmış müqaviləyə; 4.3. Müntəzəm marşrutların açılmasına yalnız onların keçəcəyi yolların vəziyyəti, hərəkətin təhlükəsizliyinin, habelə bu marşrutlarda istismar ediləcək avtonəqliyyat vasitələrinin daşımalara yararlığının təmin olunması baxımından Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Şuşa şəhərinin ərazisində müntəzəm şəhərdaxili sərnişindaşımaya münasibətdə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və BDYPİ tərəfindən birgə yoxlanıldıqdan sonra icazə verilir. Yoxlamanın nəticələri aktla rəsmiləşdirilir və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Şuşa şəhərinin ərazisində müntəzəm şəhərdaxili sərnişindaşımaya münasibətdə isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən zəruri məlumatlar göstərilməklə marşrutun pasportu hazırlanaraq təsdiq edilir. 4.6. Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrut üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunması Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsabiqə yolu ilə həyata keçirilir. Sifarişçi müntəzəm marşrut üzrə sərnişin daşımalarının yerinə yetirilməsinə dair müsabiqədə qalib gəlmiş daşıyıcı ilə müvafiq müqavilə bağlayır və marşrutun təsdiq edilmiş pasportunu verir. 4.22. Şəhərlərarası (rayonlararası) müntəzəm avtobus marşrutlarının şəhərlərin (rayon mərkəzlərinin) və ya qəsəbələrin ərazisində yerləşən başlanğıc və son təyinat məntəqəsi yalnız avtovağzal (avtostansiya) olmalıdır. “Avtovağzal və avtostansiya haqqında Əsasnamə”nin: .3. Bu Əsasnamənin məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakılardır: 1.3.1. avtovağzal - yaşayış məntəqələrində sərnişinlərə xidmət göstərilməsi üçün nəzərdə tutulmuş və 75-dən artıq sərnişin tutan gözləmə zalı, bilet kassaları, ana və uşaq otağı, baqajların saxlama kameraları, iaşə, mədəni-məişət və sanitar-gigiyenik təyinatlı sahələri, tibbi yardım və polis məntəqələri, inzibati binası və ya xidməti otaqları, sürücülərin istirahət otağı, sərnişinlərin minib-düşməsi üçün perronu, avtobusların reyslərarası dayanması üçün meydançası və təmizləmə postları, habelə şəhər nəqliyyatının və taksi minik avtomobillərinin dayanması üçün vağzalyanı sahəsi olan bina və qurğular kompleksi; 1.3.2. avtostansiya - yaşayış məntəqələrində sərnişinlərə xidmət göstərilməsi üçün nəzərdə tutulmuş, 75-dək sərnişin tutan gözləmə zalı, ən azı bir xidməti otağı, bilet kassası, sanitar-gigiyenik təyinatlı sahəsi, sərnişinlərin minib-düşməsi üçün perronu olan qurğu; 2.1. Avtovağzallar (avtostansiyalar) sərnişin daşınmasını yerinə yetirən daşıyıcılara və sərnişinlərə xidmət göstərilməsi məqsədi ilə ayrı-ayrı şəhərlərdə və rayonların inzibati mərkəzlərində, habelə sərnişin axını intensiv olan iri nəqliyyat qovşaqlarında təşkil olunur. 2.2. Hər bir avtovağzalın (avtostansiyanın) onun kateqoriyasına uyğun pasportu olmalıdır. Pasport avtovağzalın (avtostansiyanın) fəaliyyət göstərməsi üçün rəsmi sənəd hesab edilir. Avtovağzalı (avtostansiyanı) təşkil edən təsərrüfat subyekti pasport almaq üçün Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə bu Əsasnamənin 1 nömrəli əlavəsinə uyğun formada ərizə təqdim etməlidir. 2.3. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti müvafiq ərizə daxil olduğu gündən 15 gün müddətində bu Əsasnamənin 3 nömrəli əlavəsinə uyğun formada pasportun verilməsi məsələsinə baxır. 2.4. Ərizəçi bu Əsasnamənin 2.2-ci bəndində göstərilən sənədləri təqdim etmədikdə (bu Əsasnamənin 2.2-1-ci bəndinin tələbləri nəzərə alınmaqla) yaxud avtovağzalın (avtostansiyanın) ərizədə göstərilən kateqoriyası bu Əsasnamənin 4 nömrəli əlavəsində müəyyən edilən müvafiq kateqoriya üçün minimal tələblərə uyğun gəlmədikdə, pasport verilməsindən imtina edilir. Hazırkı işin faktiki hallarından da göründüyü hazırkı inzibati mübahisə “iddiaçının istifadəsində olmuş hal-hazırda istifadəsində olmaması səbəbindən istifadə hüququnun tanınmaqla 204 №-li Bakı-Qazax-Kəmərli marşurutunun hərəkət cədvəli qrafiki vaxtının bərpa olunması və Cavabdeh tərəfindən iddiaçıya vurulmuş zərərə görə 500.000 (beş yüz min) manat pul kompensasiyasının ödənilməsi ilə əlaqədardır. Qeyd olunmalıdır ki, hazırkı növ iddia tələbləri üzrə AR İPM-nin 14-cü maddəsinin tələbləri baxımından iddianın təminini istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübut edilməlidir ki, məhkəmə hesab edir ki, həmin faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübut edilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi iddiaçı Bakı-Qazax-Kəmərli marşurutunun hərəkət cədvəli qrafiki vaxtının bərpa olunmasını, istifadə hüququnun tanınmasını xahiş edir. Nəzərə alınmalıdır ki, qeyd olunan marşrut üzrə üzrə istifadə hüququnun tanınması və marşrut xəttinin bərpası üçün yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri baxımından Bakı, Qazax və Kəmərli üzrə avtovağzal (avtostansiyanın) mövcudluğu mütləqdir. Belə ki, yuxarıda göstərilən qanunvericilik normalarının tələblərində də qeyd edildiyi kimi şəhərlərarası (rayonlararası) müntəzəm avtobus marşrutlarının şəhərlərin (rayon mərkəzlərinin) və ya qəsəbələrin ərazisində yerləşən başlanğıc və son təyinat məntəqəsi yalnız avtovağzal (avtostansiya) olmalıdır. Avtovağzal və avtostansiyanın anlayışı da qanunvericiliklə təsbit edilmişdir ki, yaşayış məntəqələrində sərnişinlərə xidmət göstərilməsi üçün nəzərdə tutulmuş və 75-dən artıq sərnişin tutan gözləmə zalı, bilet kassaları, ana və uşaq otağı, baqajların saxlama kameraları, iaşə, mədəni-məişət və sanitar-gigiyenik təyinatlı sahələri, tibbi yardım və polis məntəqələri, inzibati binası və ya xidməti otaqları, sürücülərin istirahət otağı, sərnişinlərin minib-düşməsi üçün perronu, avtobusların reyslərarası dayanması üçün meydançası və təmizləmə postları, habelə şəhər nəqliyyatının və taksi minik avtomobillərinin dayanması üçün vağzalyanı sahəsi olan bina və qurğular kompleksi və ya yaşayış məntəqələrində sərnişinlərə xidmət göstərilməsi üçün nəzərdə tutulmuş, 75-dək sərnişin tutan gözləmə zalı, ən azı bir xidməti otağı, bilet kassası, sanitar-gigiyenik təyinatlı sahəsi, sərnişinlərin minib-düşməsi üçün perronu olan qurğu müvafiq olaraq avtovağzal və avtostansiya anlayışlarını ehtiva edir. Hər bir avtovağzalın (avtostansiyanın) onun kateqoriyasına uyğun pasportu olmalıdır. Pasport avtovağzalın (avtostansiyanın) fəaliyyət göstərməsi üçün rəsmi sənəd hesab edilir. Lakin, işin faktiki hallarından, eləcə də həmin texniki pasportun verilməsinə münasibətdə səlahiyyətli olan qurum kimi cavabdehin mövqeyindən də aydın olur ki, Kəmərli yaşayış məntəqəsində göstərilən pasportla təmin edilmə mövcud olmamış, həmin yaşayış məntəqəsində avtovağzal və ya avtostansiya mövcud olmamışdır. Odur ki, göstərilən normaların tələbindən kənar qaydada iddiaçının tələbinin təminindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının müvafiq müqavilələrlə fəaliyyət göstərmiş olduğu dövrdə həmin marşrut xətti ilə hərəkətinin həyata keçirilməsi də cavabdehin imtinasının qanunsuzluğuna dəlalət etmir. Doğrudur “İnzibati icraat haqqında” Qanunun: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Lakin, hazırkı iş üzrə cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə uyğun olmayan inzibati praktikanın davam etdirilməsi zərurətinin olmaması, yuxarıda göstərilən 13.2-ci maddənin tələbindən də irəli gəlir. Belə ki, yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər ki, hazırkı hal üzrə qanunvericiliyin tələblərinə uyğun praktikanın seçilməsi mütləqdir. Daşımanın sərnişinlə bağlı olması da, məhkəmə hesab edir ki, marağın ictimai olması baxımından hər hansı şübhə doğurmadığından, məhkəmə hesab edir ki, hazırkı inzibati orqanın avtovağzal və ya avtostansiyası olmayan yaşayış məntəqəsinə münasibətdə daşımanı həyata keçirməsinə münasibətdə qanunsuz inzibati praktikanın dəyişdirilməməsi istisna edilir. Təsadufi deyildir ki, AR İXM-nin: 322.0. Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarının pozulmasına, yəni: 322.0.1. müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusların müəyyən edilmiş hərəkət cədvəlinə və ya hərəkət sxeminə riayət olunmamasına, o cümlədən müntəzəm şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə daşımalar zamanı başlanğıc, aralıq və son təyinat məntəqəsinin avtovağzaldan (avtostansiyadan) kənarda olması inzibati tənbeh tədbiri əsası qismində çıxış edir. Məhkəmə hesab edir ki, həmin marşrut xətti üzrə bərpanın həyata keçirilməsi və istifadənin tanınması inzibati tənbeh tədbiri üzrə məsuliyyətin istisna əsası qismində çıxış edə bilməz. Bundan əlavə, məhkəmə hesab edir ki, yuxarıda göstərilən qanunvericilik normalarının tələbləri baxımından avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrut üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunması Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsabiqə yolu ilə həyata keçirilir. İddiaçı isə yeni qanunvericiliyin tələblərinin ona şamil edilməməsi və müsabiqədən kənar qaydada marşrut xəttinin bərpasını xahiş edir ki, məhkəmə hesab edir ki, qanunvericiliyin tələbi, yeni tənzimləmə olsa belə mütləqdir və münasibətin ictimai əhəmiyyəti müsabiqənin keçirilməsini, sərnişin daşımalarını həyata keçirməklə bağlı müraciət edən şəxsin müraciətinin müsabiqə üzrə yoxlanılmasını və daşımanın həyata keçirilməsinə yararlılığının müəyyən edilməsini tələb edir. Odur ki, həmin müsabiqədən kənar qaydada daşımalara hər hansı şəxsin cəlb edilməsi yol verilməz hesab edilməklə hazırkı iddianın təminini istisna edir. Təsadufi deyildir ki, Qaydaların tələbi baxımından 21.6-ci maddəyə görə müəyyən marşrut üzrə müsabiqədə yalnız bir iddiaçı olan daşıyıcı iştirak etdikdə, müvafiq müqavilə yalnız həmin daşıyıcının müsabiqənin bütün tələblərinə uyğun olduğu halda bağlanılır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-414/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-414/2024
04.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver