Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4140/2024 15.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 qızının katibliyi, iddiaçılar İddiaçı2 və İddiaçı3 iştirakı ilə, iddiaçılar İddiaçı2 və qeyrilərinin cavabdeh Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı2 və qeyriləri cavabdeh Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2, İddiaçı3 və İddiaçı1 Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin inzibati binasının ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Mədən 1 ünvanına qeydiyyata alınmaları öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəmə bildirişinə cavab olaraq, cavabdeh nümayəndəsinin iştirakı olmadan işə baxılması xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada digər İddiaçı1 məlum olan qeydiyyat ünvanına məhkəmə bildirişi göndərilmiş, lakin məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə digər iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyət təqdim edilən xx.xx.2024-cü il tarixli, 18/2-2132/24 nömrəli məktubda qeyd edilmişdir ki, xx.xx.1968-ci il təvəlüdlü İddiaçı2 xx.xx.1987-ci il tarixdən xx.xx.2009-cu il tarixədək Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, (keçmiş Qızıldaş qəsəbəsi Şamaxı yolu) ev 5Q, mənzil 63-də, xx.xx.2009-cu il tarixdən hazırki vaxtadək ünvan 3 ünvanında qeydiyyatdadır; xx.xx.1987-ci il təvəllüdlü İddiaçı3 xx.xx.2005-ci il tarixdən xx.xx.2009-cu il tarixədək Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 5Q, mənzil 63-də, xx.xx.2009-cu il tarixdən hazırki vaxtadək ünvan 5 ünvanında qeydiyyatdadır; xx.xx.1988-ci il təvəllüdlü İddiaçı1 21,06.2004-cü il tarixdən xx.xx.2009-cu il tarixədək Bakı şəhəri.Müşfiqabad qəsəbəsi, Şamaxı yolu, ev 5Q, mənzil 63-də, xx.xx.2009-cu il tarixdən hazırki vaxtadək ünvan 3 ünvanında qeydiyyatdadır. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı2 və İddiaçı3 bildirmişdirlər ki, iş üzrə mübahisə həll edilmişdir. Belə ki, onlara məxsus şəxsiyyət vəsiqələri aktiv statusda olduğundan mübahisənin məhkəmədə baxılmasına zərurət qalmamışdır. Məhkəmədən iddianın təmin olunmasını nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdirlər. Məhkəmə tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 18/2-2132/24 nömrəli məktubundan görünür ki, iddiaçılar hazırki vaxtadək ünvan 3 ünvanında qeydiyyatdadırlar. İPM-in: 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər; 67.2-ci maddəsinə əsasən, sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər; 67.3-cü maddəsinə əsasən, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçının tələbi təmin edildiyindən və işin mahiyyəti üzrə artıq mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 67, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı2 və qeyrilərinin cavabdeh Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-4140/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4140/2024
15.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver