Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4142/2020 28.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil , Cavabdeh Bakı şəhəri Nizami rayon Bələdiyyəsinin nümayəndələri X5, X2 iştirаkları ilə, İddiаçı İddiaçı cаvаbdеh Bakı şəhəri Nizami rayon Bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Bakı şəhəri Nizami rayonu Bələdiyyəsinəqarşı iddia ərizəsi ilə Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Nizami rayon Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, № 94 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər Nizami rayon Bələdiyyəsi xx xxxxxxx 2019-cu il tarixdə, 94 saylı Qərarı qəbul edərkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 8.1.1 və 8.1.2- ci maddalərinə, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanunun 7.1.1, 7.1.2 və 7.1.5-ci maddələrini rəhbər tutmuş, ona məxsus əmlakın sahəsinin illik vergisi 1376,52 (bir min üç yüz yetmiş altı) manat, illik torpaq vergisi isə 87,52 (səksən yeddi) manat, 2017-2019-cu illər üçün əmlak və torpaq vergi borcu 4392 (dörd min üç yüz doxsan iki) manat, gecikdirilmiş faiz borcu isə 1090 (bir min doxsan) manat olmaqla ümumilikdə həqiqətə uyğun olmayan 5482 (beş min dörd yüz səksən iki) manat təşkil etdiyi qərarına gəlmişdir. Halbuki, Nizami rayon Bələdiyyəsinin xx xxxxxxx 2019-cu il tarixli, 94 saylı Qərarı tamamilə qanunsuzdur və ləğv edilməlidir. İlk növbədə nəzərə almaq lazımdır ki, X3 Qanunun 43.3-cü maddəsinin tələbinə əsasən yerli vergilər vəödənişlər ilə bağlı qərarlar bələdiyyəüzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir.Lakin, Nizami rayon Bələdiyyəsinin xx xxxxxxx 2019-cu il tarixli, 94 saylı Qərarından da göründüyü kimi həmin Qərar yalnız Nizami rayon Bələdiyyəsinin sədr əvəzi V.C.Tarquliyev tərəfindən qəbul edilmişdir. Bu Qərarın qəbul edilməsi ilə bağlı qanunvericiliyə uyğun olaraq yığıncaq keçirilməmiş və bələdiyyə üzvləri dəvət edilməmişdir. Ümumiyyətcə V.C.Tarqulitevin belə bir qərar qəbul etmək səlahiyyətinin olub-olmaması halı da onda şübhə doğurur.Nizami Bələdiyyəsi qəbul etdiyi xx xxxxxxx 2019-cu il tarixli, 94 saylı qərarında dəfələrlə ödənişləri heyata keçirməyi ilə bağlı xəbərdar edilməyini, hətta bildirişlər belə verdiklərini göstərmişlər. Lakin o Nizami Bələdiyyəsinin xx xxxxxxx 2019-cu il tarixli, 94 saylı qərarından Bakı şəhər Nizami rayon məhkəməsinin iddiaçının icra və probasiya şöbəsinə məcburi gətirilməsi barədə icra məmurunun təqdimatının təmin edilməməsi barədə qərardadının surətinin göndərilməsi nəticəsində xəbəri olmuşdur, (məktub xx.xx.2020-ci ildə poçt vasitəsi ilə ünvanına çatdırılmışdır). Halbuki, indiyə kimi Nizami Bələdiyyəsi tərəfindən iddiaçı heç vaxt dəvət edilməmiş, iddiaçıya ödənişlər barədə nə şifahi nə də ki yazılı məlumat verilməmişdir.Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Bakı şəhəri Nizami rayon Bələdiyyəsinin nümayəndələri X8 və X6 iddia tələbinə etiraz edərək bildirmişdirlər ki, Bakı şəhəri Nizami rayon Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, № 94 saylı qərarı X3 Qanunun tələblərinə uyğun qəbul olunmuşdur. Belə ki, Bakı şəhər Nizami Bələdiyyəsinin 04 saylı ümumi iclasının protokolundan da göründüyü kimi, xx xxxx 2018-ci il tarixli iclasda 16 altı bələdiyyə üzvü iştirak etmiş, fiziki şəxslərə torpaq və əmlak vergisinin hesablanması müzakirə olmuş və nəticədə xx xxxxxxx 2019-cu il tarixdə bununla bağlı qərar qəbul edilmişdir. Sonda iddia tələbinin təmin olunmamasını xahiş etdilər. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, cavabdehin nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir .İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsini xahiş edir. Hansı ki. həmin aktla iddiaçıya borc hesablanmışdır. İPM-in 32.1 -ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İş materiallarından aydın göründüyü kimi, iddiaçı mübahisələndirilən aktdan Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(007)-56\2020 saylı qərardadının göndərişindən sonra məlumatlı olmuş, xx.xx.2020-ci il tarixində iddia məhkəmənin dəftətxanasına daxil olmuşdur. Həmin vaxtadək mübahisələndirilən aktın iddiaçıya çatdırılmasına dair cavabdeh orqan sübut təqdim edə bilməmişdir. Beləliklə, iddiaçı aktın mübahisələndirməsi üçün müddəti ötürməmişdir. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə əsaslıdır. Belə ki, iş materiallarında olan sənədlər: -Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, 8-ci km, Qara Qarayev prospekti 91 C ünvanında yerləşən 3341,3 m2 olan qeyri-yaşayış sahəsi mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 41 nömrəli reyestr kitabının 3817 nömrəli vərəqində qeydiyyata alınmışdır. -Bakı şəhər Nizami Bələdiyyəsinin 04 saylı ümumi iclasının xx xxxx 2018-ci il tarixli protokolundan görünür ki, həmin iclasda Nizami bələdiyyəsinin sədri V.Quliyev və 16 nəfər bələdiyyə üzvü iştirak etmiş, bələdiyyə sədri V.Quliyev təklif irəli sürərək, Nizami rayonunda fiziki şəxslərə məxsus əmlak və torpaq vergisi ödənilmədiyi halda ödənişdən boyun qaçıran fiziki şəxslərin hər ümumi iclasda müzakirə edilməməsi və həmin gün çıxarılan qərara əsasən protokoluna istinad edərək icra məmuruna qərar kimi protokoldan çıxarış edib, Nizami bələdiyyəsinin sədrinin imzası ilə məktub tərtib edilərək, icra məmuru şöbəsinə icra üçün göndərilməsi ilə bağlı məsələyə münasibət bildirilməsini xahiş etmiş və 16 nəfər səs çoxluğu ilə təklif lehinə qəbul olunmuşdur. - “Torpaq və əmlak vergisinin ödənilməsi barədə” xx xxxxxxx 2019-cu il tarixli, 94 №-li Bakı şəhəri Nizami Bələdiyyəsinin xx xxxx 2018-ci il tarixli, 04 saylı qərarına edilmiş əlavədən görünür ki, xx.xx.1994-cı ildə anadan olmuş Həbibova (əvvəlki soyad Mehdiyeva) Leyla Vurğun qızına Nizami rayonu Q.Qarayev 91 c ünvanında yerləşən ona məxsus qeyri-yaşayış 3.441,3 kv.m əmlaka və 875,2 kv.m torpaq sahəsinə görə 2017- 2019-cu illər üçün 4.392,12 manat və 1.090,71 manat gecikdirilmiş faiz hesablanıb, ümumilikdə 5.482,83 manat borc yaranması, yaranan borc Həbibova (əvvəlki soyadı Mehdiyeva) Leyla Vurğun qızından tutularaq Bakı şəhəri Nizami Bələdiyyəsinin “xxxxxxxxxxxx” ASC-nin 1 saylı Nizami filialında olan hesabına ödənilməsi qərara alınmışdır. -Azərbaycan Respublikası Bakı şəhəri Nizami Bələdiyyəsinin Bakı şəhəri Nizami rayonu İcra Şöbəsinə ünvanladığı 02/635 saylı, xx xxxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, “İcra haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən, borclu fiziki şəxs Həbibova (əvvəlki soyadı Mehdiyeva) Leyla Vurğun qızının əmlakı Bakı şəhəri Nizami rayonu, Q.Qareyv prospekti 91 C ünvanında yerləşdiyi üçün Nizami bələdiyyəsinin xx.xx.2019-cu il tarixli əmlak və torpaq vergisi borcunun ödənilməsi barədə qərar icra olunması üçün göndərilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********79 saylı məktubundan görünür ki, X4 adına (xx.xx.1994-cü il təvəllüdlü) Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 91 C saylı ünvanda yerləşən qeyri-yaşayış binası (ümumi sahəsi 3.441, 3 kv.m əsas sahəsi 1.578,5 kv.m) xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. - **********1509 saylı tədiyyə bildirişindən görünür ki, X7 2019-cu ili üçün 5.482,83 manat məbləğində əmlak və torpaq vergisinə aid tədiyyə bildirişində imzadan imtina olunması, vergi ödəyicisinin telefonu qrafasında “Pərviz”adlı şəxsin əlaqə nömrəsi göstərilmişdir. -Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(007)-56/2020 saylı qərardadı ilə, Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Könül Allahverdiyevanın borclu İddiaçı məcburi gətirilməsi haqqında təqdimatın təmin edilməməsi qərara alınmışdır. İşdə olan sənədlərdən məlum olur ki, Bakı şəhəri Nizami rayon Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, № 94 saylıinzibati aktı (qərarı) ilə, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev 91 c ünvanında yerləşən ona məxsus qeyri-yaşayış 3.441,3 kv.m əmlaka və 875,2 kv.m torpaq sahəsinə görə 2017-2019-cu illər üçün 4.392,12 manat və 1.090,71 manat gecikdirilmiş faizın tutulması qərara alınmış və qərar icra edilməsi üçün Nizami rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İddiaçı bələdiyyənin onun barəsində qəbul etdiyi sənədlər barəsində xəbəri olmadığından, surəti ona təqdim edilmədiyi halda məcburi icraya yönəldilməsi mövcud qanunvericiliyin tələblərinə zidd olduğu üçün, həmçinin, mübahisə predmetini təşkil edən qərarın Nizami rayon Bələdiyyəsinin sədr əvəzi V.C.Tarquliyev tərəfindən qəbul edildiyinə əsaslanaraq, həmin qərarın ləğv edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə tərəfindən araşdırılmalı hal odur ki, Nizami rayon Bələdiyyəsinin İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev 91 c ünvanında yerləşən qeyriyaşayış əmlakına əmlak vergisinin və torpaq sahəsinə görə torpaq vergisinin hesablanması səlahiyyətinin olub-olmamasıdır. Fiziki şəxslərə əmlak və torpaq vergisinin hesablanması isə bələdiyyələrin ərazi vahidlərinə uyğun olaraq Azərbaycan Respublikası Vergi Məcəlləsinin və “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanunun normaları ilə tənzimlənir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 4.4-cü maddəsinə əsasən, yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər. Həmin Məcəllənin 8.1.1-ci və 8.1.2-ci maddələribə əsasən, fiziki şəxslərin əmlak və torpaq vergisi yerli vergilərə(bələdiyyə vergiləri) aiddir. Həmin Məcəllənin 196-ci maddəsinə əsasən, bu Məcəllənin 197-ci maddəsində göstərilən vergitutma obyektləri olan fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir. Həmin Məcəllənin 197.1.1-ci maddəsinə əsasən, rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililərin və ya onların hissələrinin (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri vergitutma obyektləri sayılır. Həmin Məcəllənin 200.4-cü, 200.5-ci və 200.6-cı maddələrinə əsasən, bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər. Cari il üçün verginin məbləği bərabər hissələrlə - həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir. Fiziki şəxslərdən əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən, torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. Həmin Məcəllənin 208.1-ci və 208.3-cü maddəsinə əsasən, torpaq vergisi torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında müəyyənləşdirilir. Tikililərin və qurğuların altında olan torpaqlara, həmçinin obyektlərin sanitariya mühafizəsi üçün zəruri olan torpaq sahələrinə görə torpaq vergisi tutulur. Müvafiq orqanlar tərəfindən hər il iyulun 1-dək fiziki şəxslərə torpaq vergisi hesablanılır və tədiyə bildirişləri avqustun 1-dən gec olmayaraq onlara çatdırılır. Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş X1 1-ci maddəsinin 2-ci bəndinə əsasən, yerli vergilərin və ödənişlərin müəyyən edilməsi bələdiyyə iclaslarında həll edilir. Həmin Nizamnamənin 6-cı maddəsinə əsasən, bələdiyyə iclaslarında baxılan yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə, digər qərarlar isə bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Bələdiyyə aktları dərc və ya əhaliyə digər üsulla elan edildiyi gündən qüvvəyə minir. X3 Azərbaycan Respublikasının Qanunun 16-cı maddəsinin 3-cü bəndinə görə, bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. İclasın protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsi göstərilməlidir. Protokol təsdiqlənənədək bələdiyyə üzvünün onun mətni ilə tanış olmaq və öz yazılı qeydlərini bildirmək hüququ vardır. Bələdiyyənin iclas protokolu müvafiq kitabda qeydiyyata alınır, həmin kitab üzrə verilən nömrə protokolun nömrəsi hesab olunur. Həmin Qanunun 43-cü maddəsinin 1-ci və 3-cü bəndlərinə əsasən, yerli vergiləri, ödənişləri, habelə onların ödənilməsi üzrə güzəştləri bələdiyyələr Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və qanunlarına uyğun müəyyənləşdirirlər. Yerli vergi və ödənişlərin ödənilməsi banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçirilir. Bələdiyyələr tərəfindən yerli vergi və ödənişlərin nağd şəkildə qəbul olunması qadağandır. Yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ-ci bəndinə görə, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Konstitusiyasının 144-cü maddəsinin 4-cü bəndinə görə, bələdiyyələrin iclaslarında yerli vergilərin və ödənişlərin müəyyən edilməsi bələdiyyələrin iclaslarında həll edilir. Konstitusiyanın 145-ci maddəsinin 3-cü bəndinə görə, yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir. Şərh olunan maddələrin normalarına görə, vergi ödəyiciləri olan fiziki şəxslərdən vergitutma obyektlərinə görə əmlak, torpaq sahəsinə görə isə torpaq vergisinin müəyyən edilməsi və həmin ödənişlərin tələb edilməsi bələdiyyələrin səlahiyyətindədir. Bələdiyyələr isə əhatə etdiyi ərazi vahidlərinə uyğun olaraq, təşkil olunmuş bələdiyyə iclaslarında bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə vergilər və ödənişlərə dair qərarlar qəbul edirlər. İşin mübahisə predmetini təşkil edən Bakı şəhəri Nizami rayon Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, № 94 saylı inzibati aktının topraq və əmlak vergisinin tələb edilməsi haqqında qərar kimi qəbul edilməsi qanunaziddir. Belə ki, mübahisələndirilən inzibati akta Məhkəmə tərəfindən qiymət verilərkən, müəyyən olunmuşdur ki:
1. Bakı şəhəri Nizami rayon Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, № 94 saylı inzibati aktı xx xxxx 2018-ci il tarixli ümumi iclas protokolunun nəticəsidir;
2. Bakı şəhəri Nizami rayon Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, № 94 saylı inzibati aktı sədr əvəzi olan V.C.Tarquliyev tərəfindən imzalanmış və Bakı şəhəri Nizami Bələdiyyəsinin sənədlər üçün olan möhürü ilə təsdiq edilmişdir.
Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, İddiaçı barəsində qəbul edilmiş Bakı şəhəri Nizami rayon Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, № 94 saylı inzibati aktı özündə Azərbaycan Respublikası Konstitusiyanın 145-ci maddəsinin 3-cü bəndinin və X3 Azərbaycan Respublikasının Qanunun 43-cü maddəsinin 3-cü bəndlərində göstərilən səciyyəvi xüsuslara malik deyildir. Belə ki, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Bakı şəhəri Nizami Bələdiyyəsi tərəfindən xx xxxx 2018-ci il tarixdə keçirilmiş ümumi gündəlik iclasında fiziki şəxslərə məxsus əmlak və torpaq vergisinin ödənilməsinin hər ümumi iclasda müzakirə olunmamasının və həmin protokola istinad olunaraq, Nizami bələdiyyəsinin sədrinin imzası ilə məktubun icra üçün göndərilməsi ilə bağlı müzakirələr olunmuş və həmin təklif səsə qoyularaq, 16 bələdiyyə üzvü tərəfindən lehinə səsi ilə qərar qəbul olunmuşdur. Məhkəmə tərəfindən xx xxxx 2018-ci il tarixdə keçirilmiş ümumi gündəlik iclasında əmlak və torpaq vergisinin tutulmasına dair qəbul edilmiş qərarın mövcudluğu ilə bağlı sorğu göndərilmiş, lakin cavabdeh tərəfindən sorğuya rəsmi cavab verilməmişdir. Məhkəmə iclasında iştirak edən, cavabdehlərin nümayəndələri V.Məsimov və İ.Məmmədov xx xxxx 2018-ci il tarixdə keçirilmiş ümumi gündəlik iclasında əmlak və torpaq vergisinin tutulmasına dair qərarın mövcud olmamasını bildirmişdirlər. Göründüyü kimi, cavabdeh Bakı şəhəri Nizami Bələdiyyəsi tərəfindən xx.xx.2019-cu il tarixli, № 94 saylı inzibati akt qəbul olunarkən, Bakı şəhəri Nizami Bələdiyyəsinin xx xxxx 2018-ci il tarixli, 04 saylı ümumi iclas protokoluna istinad olunmuşdur. Halbuki, qüvvədə olan qanunvericiliyin tələblərinə görə, yerli vergilər və ödənişlər ilə bağlı bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə qərarlar qəbul olunur. Məhkəmə qeyd edir ki, bələdiyyələr tərəfindən xx xxxx 2018-ci il tarixdə keçirilmiş ümumi iclas protokolunda bələdiyyə üzvləri tərəfindən üçdə iki səs çoxluğu ilə fiziki şəxslərə məxsus əmlak və torpaq vergisinin ödənilməsinin hər ümumi iclasda müzakirə olunmaması ilə bağlı təklif qəbul olunsa da, həmin iclas protokolu qərar ilə rəsmiləşdirilməmişdir. Hətta, həmin iclasın sonunda qərar qəbul olunsa idi belə, fiziki şəxslər barəsində fərdi qaydada bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə qərar qəbul olunmalıdır. Belə olan halda, cavabdehin xx xxxx 2018-ci il tarixli, 04 saylı ümumi iclas protokoluna istinad edərək qərar qəbul etməsi, Azərbaycan Respublikası Konstitusiyanın 145-ci maddəsinin 3-cü və X3 Azərbaycan Respublikasının Qanunun 43-cü maddəsinin 3-cü bəndlərinin tələblərinə ziddir. Bundan savayi, Məhkəmə, Bakı şəhəri Nizami Bələdiyyəsi tərəfindən xx.xx.2019-cu il tarixli, № 94 saylı inzibati aktın sədr əvəzi V.C.Tarquliyev tərəfindən imzalanmasına münasibət bildirir. Belə ki, X3 Azərbaycan Respublikasının Qanunun 19-cu maddəsinin 1-ci, 2-ci, 4-cü və 5-ci bəndlərinə əsasən, bələdiyyənin sədri yeni seçilmiş bələdiyyənin birinci iclasında bələdiyyə üzvləri sırasından açıq və ya gizli səsvermə yolu ilə seçilir. Bələdiyyənin sədri bələdiyyə üzvlərinin yarısından çoxunun səsini topladıqda seçilmiş hesab olunur. Ehtiyac olduqda bələdiyyə bələdiyyə sədrinin müavinlərini seçir. Bələdiyyə sədrinin müavinləri bələdiyyə üzvləri sırasından açıq və ya gizli səsvermə yolu ilə seçilir. Bələdiyyə sədrinin müavinləri bələdiyyə üzvlərinin yarıdan çoxunun səsini topladıqda seçilmiş hesab olunur. Bələdiyyənin sədri əmr və sərəncamlar verir, bələdiyyənin qərarlarını imzalayır. Bələdiyyə sədrinin müavini bələdiyyə sədrinin ona aid etdiyi məsələləri həll edir, bələdiyyə sədri olmadıqda onun səlahiyyətlərini həyata keçirir. Həmin Qanunun 11-ci maddəsinə əsasən, bələdiyyələr hüquqi şəxsdirlər, onların öz möhürü, ştampı və bankda hesabı olur. Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimatının 24-cü bəndinə əsasən, sənəd, ona rəsmi xarakter və hüquqi qüvvə verilməsi məqsədilə rəsmiləşdirilməlidir. Rəsmiləşdirmə sənədin imzalanması, təsdiq edilməsi, qeydə alınması və ona möhür vurulması vasitəsilə həyata keçirilir. Şərh olunan maddənin normalarına görə, bələdiyyənin qərarlarını imzalamaq səlahiyyəti bələdiyyənin sədrinə məxsusdur. Bələdiyyə sədri olmadıqda isə bələdiyyə sədrinin müavini bələdiyyə sədrinin ona aid etdiyi məsələləri həll edir, yəni imza hüququna malik olur. Həmin inzibati akt (qərar) bələdiyyənin möhürü ilə təsdiq olunur. İş materiallarında olan Bakı şəhəri Nizami Bələdiyyəsi tərəfindən xx.xx.2019-cu il tarixli, № 94 saylı inzibati akt bələdiyyənin sədr əvəzi V.C.Tarquliyev tərəfindən imzalansa da, həmin şəxsin sədr əvəzi kimi səlahiyyətini təsdiq etmək mümkün olmamışdır. Həmçinin, “V.C.Tarquliyevin” səlahiyyətlərini təsdiq edən sənədlərə məhkəmə iclaslarında təqdim olunmamışdır. Bundan başqa, sözügedən inzibati akt, Bakı şəhəri Nizami Bələdiyyəsinin xx xxxx 2018-ci il tarixli, 04 saylı ümumi iclas protokolundan fərqli olaraq, əlavə möhür (sənədlər üçün) ilə təsdiqlənmişdir. Bundan başqa, cavabdeh tərəfindən təqdim olunmuş Bakı şəhəri Nizami Bələdiyyəsi tərəfindən xx.xx.2019-cu il tarixli, № 94 saylı inzibati aktının “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə riayət olunmamasına, həmçinin tədiyyə bildirişinin iddiaçıya rəsmi qaydada təqdim edilməməsinə münasibətdə, Məhkəmə aşağdakıları əsas gətirir: Belə ki, Vergi Məcəlləsinin 84-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisinə verginin hesablanması haqqında bildiriş göndərilir. Verginin hesablanması haqqında bildirişdə aşağıdakılar göstərilir: 84.0.1. vergi ödəyicisinin adı və ya obyektin adı; 84.0.2. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi; 84.0.3. bildirişin tarixi; 84.0.4. bildirişin aid olduğu obyekt və bildirişin əhatə etdiyi vergi dövrü və ya vergi dövrləri; 84.0.5. verginin növü, hesablanmış verginin və faizlərin məbləği; 84.0.6. verginin ödənilməsinə dair tələb və ödəmənin müddətləri; 84.0.7. verginin ödənildiyi yer və üsul; 84.0.8. verginin hesablanmasına əsas olmuş hallar; 84.0.9. şikayət etmə qaydası. İnzibati aktın forması və inzibati akta dair tələblər “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda qəti olaraq müəyyən edilmişdir. Həmin Qanunun 57.1-ci maddəsinə görə qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Həmin Qanunun 59.1-ci maddəsinə əsasən yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.1. inzibati aktı qəbul etmiş orqanın adı; 59.1.2. inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; 59.1.3. inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; 59.1.6. inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü. Həmin Qanunun 71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Hazırki iş üzrə qanuniliyi mübahisələndirilən Nizami bələdiyyəsinin xx.xx.2019-cu il tarixli inzibati aktında (qərarında) isə qanunvericiliyin tələb etdiyi məlumatlar, o cümlədən həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat göstərilməmişdir. Bundan əlavə, Nizami rayon bələdiyyəsinin torpaq və əmlak vergisi ilə bağlı tədiyyə bildirişlərin, o cümlədən, mübahisələndirilən xx.xx.2019-cu il tarixli inzibati aktın (qərarın) ünvanladığı fiziki şəxs - İddiaçı təqdim edilməsi ilə bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 62.1-ci maddəsinə görə inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. 62.3-cü maddəsinə əsasən bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Məhkəmə toplanmış sübutlara məcmusu ilə qiymət verərək belə nəticəyə gəlir ki, Nizami rayon bələdiyyəsi tərəfindən İddiaçı istifadəsində olan obyektin torpaq və əmlak vergisinə dair tədiyyə bilidirişi və xx xxxxxxx 2019-cu il tarixli inzibati aktı (qərarı) vergi ödəyicisinə təqdim edilmədən və rəsmi qaydada ona göndərilmədən məcburi icraya yönəldilməklə mövcud qanunvericiliyin tələbləri pozulmuşdur. Həmçinin, sözügedən inzibati aktın Azərbaycan Respublikası Konstitusiyanın 145-ci maddəsinin 3-cü bəndinin, X3 Azərbaycan Respublikasının Qanunun 43-cü maddəsinin 3-cü bəndinin və “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət olunmaması, qərarın ləğvi üçün əsasdır. İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Bütün göstərilənlərə əsasən Məhkəmə işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, İddiaçı Vurğu qızı barəsində qəbul edilmiş Bakı şəhəri Nizami rayon Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, № 94 saylı inzibati aktı (qərarı) ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58, 68-69, 73.1 və 85.1-ci maddələrini rəhbər tuturaq, Məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı Vurğu qızı barəsində qəbul edilmiş Bakı şəhəri Nizami rayon Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, № 94 saylı inzibati aktı (qərarı) ləğv edilsin. Qərardan, təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər
Sədrlik edən: Aytən Oruczadə