Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4146/2022 28.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının qanuni nümayəndəsi İddiaçı iştirakı ilə, İddiaçı X6 cavabdeh Azərbaycan Respublikası X2rşı (üçüncü şəxs: Azərbaycan Respublikası Təhsil Nazirliyi) “kollecdə təhsil hüququnun təmin edilməsi və s.” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qızının kollecdə təhsil hüququnun təsdiqləyib təmin edilməsi və ona dəymiş 8.500 manat məbləğində təzminatın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin mahiyətindən aydın olur ki, iddiaçı iddiaçı, ovladının topladığı bala uyğun olaraq təhsil hüququnun cavabdeh tərəfindən reallaşdırılmadığını qeyd edir və tələbi onunla əsaslandırır ki, cavabdeh təhsil hüququnun reallaşdırılmasını elektron ərizədən asılı etmiş, bununla bağlı kağızlı ərizənin qəbulundan imtina etmişdir. Halbuki, ərizələrin hamısı qəbul edildikdən sonra toplanan ballara uyğun olaraq imtahan prosesi davam etdirilməli və təhsil hüququ pozulmamalı idi. Bundan əlavə, iddiaçı qeyd edir ki, elektron ərizələrin qəbulu ilə bağlı da əsassız məhdudiyyətlər yaradılmış və çox qısa müddətlər müəyyən edilmiş, lazımı qaydada o, elektron ərizənin qəbulu ilə bağlı tələblər barədə nə o, nə də övladı xəbərdar edilməmiş, cavabdeh bu məsələdə səhlənkarlıq etmişdir. Nəticədə isə övladımın kollec təhsili alması ilə bağlı hüquqları pozulmuş, elektron ərizənin vaxtında təqdim edilməməsinə əsaslanılmışdır. Bununla da iddiaçı övladının təhsil hüququnun pozulması ilə yanaşı mənəvi zərərin də vurulduğunu iddia etmişdir. Bakı İnzibati Məhkəməsinin 24.12.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. Sonradan iddiaçı 28 yanvar 2022-ci il tarixdə iddia tələbinə dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 28.01.2022-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilərək iddiaçının əsl iddiaçı X8 ilə əvəz edilməsini, İddiaçının qanuni nümayəndəsi qismində tanınmasını, iddia tələbinin “iddiaçının müvafiq tədris ilində (iyun 2021-ci il üzrə) ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında əldə etdiyi nəticə (122 bal) əsasında qazanmış Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəznində Azərbaycan Dövlət Pedaqoji Kollecində ibtidai sinif və məktəbəqədər ixtisası üzrə təhsil hüququnun və iddiaçının 2021-cil ildə başlayan dərslərə həmin kollecdə göstərdiyi ixtisas üzrə təhsil hüququnun təmin edilməsini; bu ilin fevral ayında elektron ərizənin şəxsi kabinetinin yerləşdirilməsi, təsdiqi və yeni imtahanda iştirakına imkan verilməsinin və mənəvi zərərin 8500 manat məbləğində, əgər iddiaçı kollec təhsili üzrə bir itirmiş olduğu təqdirdə 17000 manat məbləğində zərərin tutulmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” formasında icraata qəbul edilməsi qərara almışdır. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmiş və qeyd etmişdir ki, N.Z.Məmmədovun qızı X8 2020/2021-ci tədris ili üçün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında iştirak etmiş və toplanması mümkün olan maksimum 300 baldan 122 bal toplamışdır. A.S.İmanovanın ümumi 9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında əldə etdiyi nəticə ilə tibb kollecinə qəbul olmaq və orada təhsil almaq hüququna malik olması ilə iddiasına dair bildirilir ki, ümumi (9 illik) ora təhsil bazasında orta ixtisas təhsili müəssisəsinin (kolleclərin) tibb ixtisasları üzrə qəbul həyata keçirilmir. 2021/2022 tədris iliüzrə Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbə qəbulu üzrə ərizələrin qəbulu 14-29 iyun 2021-ci il tarixlərində (16 gün müddətində) internet vasitəsilə aparılmışdır. Bu məqsədlə abiturientlər X4 İnternet saytının ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə X4 müvafiq internet səhifəsinə daxil olun, “Abituriyentin elektron ərizəsi” formasını doldurumalı və ərizəni təsdiq etməli(etdirməli) idilər. Bununla bağlı elan X4 internet saytında linkində yerləşdirilmişdir. Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsil müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün ixtisas seçimi 27 avqust -8 sentyabr (saat 09:00-dək) 2021-ci il tarixlərində (13 gün müddətində aparılmışdır). Qeyd edilən müddətdə 14-29 iyun 2021-ci il tarixlərində “Abituriyentin elektron ərizəsi” doldurulmamış və ərizə təsdiq edilməmiş, şəxslərə yenidən imkan yaradılmış və bununla bağlı elan yerləşdirilmişdir.Digər tərəfdən qeyd olunmalıdır ki, iddiada 146 nömrəli qaynar xətt ilə əlaqə saxlandığı göstərilsə də,qeyd edilən qaynar xətt X5 fəaliyyət göstərmir. X1ynar xətt nömrəsi 1653-dür və qeyd edilən məsələlərlə bağlı iddiaçı məhz bu nömrə ilə əlaqə saxlayaraq, onu maraqlandıran suallara cavab ala bilərdi. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4146/2022 saylı, 28.01.2022-ci il tarixli qərardadı ilə iddiaçı X6 cavabdeh Azərbaycan Respublikası X2rşı “mənəvi zərərin ödənilməsi və bu ilin fevral ayında elektron ərizənin şəxsi kabinetinin yerləşdirilməsi, təsdiqi və yeni imtahanda iştirakına imkan verilməsi” hissəsində iddia mümkün sayılmamışdır. Göründüyü kimi hazırda mahiyyəti üzrə baxılan iddia müvafiq tədris ilində (iyun 2021-ci il üzrə) ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında əldə etdiyi nəticə (122 bal) əsasında qazanmış Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəznində Azərbaycan Dövlət Pedaqoji Kollecində ibtidai sinif və məktəbəqədər ixtisası üzrə təhsil hüququnun təmin edilməsinin cavabdehə həvalə edilməsi ilə bağlıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Bu zaman, iddiaçının yetkinlik yaşına çatmayan şəxs olması, onun valideynin isə qanuni nümayəndə qismində iştirakı ilə bağlı da subyektiv hüququn mövcudluğu baxımından da iddia üzrə mümkünlük şərtinin yerinə yetirilməsinə münasibətdə də xüsusi olaraq aşağıdakıların qeyd edilməlidir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 26-cı, Mülki Prosessual Məcəllənin 49.3cü və Mülki Məcəllənin 28-ci maddəsinin tələblərini sistemli şəkildə təhlil edərək göstərir ki, hazırkı halda yetkinlik yaşına çatmayan şəxs olan iddiaçı məhdud fəaliyyət qabiliyyətli hesab edildiyindən onun ümumi, yəni publik hüquq normalarından irəli gələn məsələlər üzrə inzibati məhkəmə icraatında iştirakı mülki prosessual qanunvericiliyində nəzərdə tutulmuş qayadada təmsil olunmaqla həyata keçirilməlidir. Nəzərə alınmalıdır ki, yetkinlik yaşına çatmayan şəxslərin mənafeyi onların qanuni nümayəndələri tərəfindən qorunmalıdır. İddia tələbinə münasibətdə bu müddəaların tətbiqi isə o anlamı yaradır ki, yetkinlik yaşına çatmayan şəxs publik hüquqdan irəli gələn onun hüquqlarına bilavasitə aid olan məsələnin həll edilməsi üzrə inzibati icraatda iddiaçı qismində çıxış edə bilər, lakin məhkəmə icraatı zamanı o, qanuni nümayəndəsi tərəfindən təmsil olunmalıdır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu zaman qeyd olunmalıdır ki, bu təcrübənin formalaşdırılmasında Ali Məhkəmənin mövqeyinin nəzərə alınmasının əhəmiyyəti prosessual normaların düzgün tətbiqi üzrə də əhəmiyyət kəsb edən haldır ki, məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-2114/2020 nömrəli işi üzrə qəbul etdiyi 25 noyabr 2020-ci il tarixli qərarında da anoloji yanaşmanın hazırkı mübahisə üzrə də düzgün iddiaçının müəyyən edilməsi baxımından nəzərə alınmalı olması qənaətindədir. Belə ki, adıçəkilən kassasiya instansiya məhkəməsi qərarından da göründüyü kimi, məhkəmə övladlarına məcburi köçkün statusu verilməsi ilə bağlı valideyn tərəfindən qaldırılan iddiaya mahiyyəti üzrə baxarkən əsl iddiaçıların valideyn yox, məhz uşaqların özü olması, həmin şəxslərin publik hüquq münasibətlərinin tərəfi olması, valideynin isə qanuni təmsilçi olması ilə bağlı mövqe nümayiş etdirmişdir. Hazırkı iddia üzrə də oxşar mübahisə vardır. Belə ki, ilkin iddiaçı əsl iddiaçının valideyni olmaqla onun təhsil hüququnun təmin edilməsinə iddialıdır ki, konstitusion hüququn ehtimal olunan pozuntusuna münasibətdə əsl zərərçəkən bu növ iddialarda məhkəmə hesab edir ki, inzibati hüquq mübahisələrində məhz yetkinlik yaşına çatmasa da həmin şəxsin özü olmalıdır. Onun hüquq və mənafelərinin müdafiəsi isə təbii haldır ki, qanuni təmsilçisi vasitəsi ilə həyata keçirilməlidir. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırkı halda iddiaçının X8, yəni yetkinlik yaşına çatmayan şəxs olması, onun qanuni nümayəndəsi qismində isə valideyni İddiaçı Zakir qızının tanınması subyektiv hüquqlar bağlı mümkünlük şərtlərinin tələblərinə tam uyğundur. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikasının Konstitusiyasının 42-ci maddəsinə əsasən: İ. Hər bir vətəndaşın təhsil almaq hüququ vardır. İİ. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. İİİ. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. İV. Maddi vəziyyətdən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. V. Dövlət minimum təhsil standartlarını müəyyən edir. Azərbaycan Respublikasının Təhsil haqqında Qanunun: -1.0.1. Abituriyent - ali təhsil və ya orta ixtisas təhsili müəssisəsinə qəbul olunmaq üçün müvafiq sənədləri təqdim etmiş şəxs; -1.0.29.Kollec-orta ixtisas proqramları əsasında təhsil xidmətləri göstərən və subbakalavr peşə-ixtisas dərəcəsi vermək hüququ olan təhsil müəssisəsi -14.5.5.Orta ixtisas təhsili müəssisələri (kolleclər) təhsil müəssisəsinin növüdür. -21.1. Orta ixtisas təhsili cəmiyyətin və əmək bazarının tələbatına uyğun olaraq, ümumi orta təhsil və tam orta təhsil bazasında ayrı-ayrı fəaliyyət sahələri üçün müxtəlif ixtisaslar üzrə orta ixtisas təhsilli mütəxəssis hazırlığını təmin edir. -21.2. Orta ixtisas təhsili kolleclərdə və ali təhsil müəssisələrinin müvafiq struktur bölmələrində həyata keçirilir və subbakalavr peşə-ixtisas dərəcəsinin verilməsi ilə başa çatır. Ümumi orta təhsil bazasında orta ixtisas təhsili almaq üçün qəbul olunanlar həm də tam orta təhsil alırlar. -26.1. Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun olan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, bu Qanunun 26.5-ci və 26.5-3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir. -26.1-1. Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə isə müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin öz arzusu ilə orta ixtisas təhsili müəssisələrinə köçürülməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 38 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nın -1.5. Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun olan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında müsabiqə yolu ilə həyata keçirilir. -1.6. Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu müvafiq tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verən abituriyentlərin buraxılış imtahanında, digər abituriyentlərin isə müvafiq tədris ilində keçirilən qəbul imtahanında əldə etdikləri nəticələrə (300 ballıq şkala üzrə topladıqları bala) əsasən Azərbaycan Respublikasının X7 (bundan sonra – Mərkəz) tərəfindən həyata keçirilir. -2.1. Ümumi orta təhsil səviyyəsini Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində 2013-cü ildə və sonrakı illərdə bitirən abituriyentlər ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün Mərkəzin rəsmi internet saytında “Abituriyentin elektron ərizəsi”ni doldurmalı və elektron ərizə səhifəsindəki müvafiq düyməni basmaqla özləri təsdiq etməlidirlər. -4.1. İxtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra həyata keçirilir. İxtisas seçiminə imtahan nəticələri Mərkəz tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilmiş müsabiqə şərtlərinə uyğun olan abituriyentlər buraxılırlar. Abituriyentlər orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçir, onları istədikləri ardıcıllıqla elektron ixtisas seçimi ərizə formasına daxil edir və təsdiqləyirlər. -5.1. Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqə abituriyentin qəbul (buraxılış) imtahanında topladığı ümumi bal əsasında aparılır. “X7 publik hüquqi şəxsin” Nizamnaməsinin: -1.1. Azərbaycan Respublikasının X7 (bundan sonra – Mərkəz) dövlət qulluğu sahəsində fəaliyyəti, ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini (attestasiyasını) həyata keçirən, dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə, bakalavriat səviyyəsində hazırlıq qruplarına tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir. -2.1.3. Orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) səviyyələrinə ixtisaslar üzrə qəbul imtahanları keçirilən fənləri və keçid ballarını, bakalavriat səviyyəsində hazırlıq qruplarına keçid ballarını, o cümlədən ümumi təhsil müəssisələrində buraxılış imtahanları keçirilən fənləri Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırmaqla, müəyyən etmək Mərkəzinin əsas vəzifələrindən biridir. -2.1.9. Təhsil müəssisələrinin qəbul göstəricilərini və ixtisaslarını elan etmə, sənədlərin qəbulu və imtahanların keçirilməsi haqqında qərarlar qəbul etmək, sənədlərin qəbulunu təşkil etmək Mərkəzinin əsas vəzifələrindən biridir. -3.1.2-7. Mərkəz öz vəzifələrini yerinə yetirmək üçün dövlət qulluğu və tələbə qəbulu məsələləri üzrə beynəlxalq və qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və müstəqil ekspertlərlə əməkdaşlıq etmək hüququna malikdir. Sadalanmış qanunvericiliyin müddəalarından göründüyü kimi, hər bir vətəndaş konstitusiya hüququ baxımından təhsil almaq hüququna malikdir. Təhsil qanunvericiliyində təhsilin formaları və növləri müəyyən edilmişdir ki, onlardan biri də orta ixtisas təhsili hesab olunur. Bu təhsil pilləsində abituriyent müvafiq olaraq orta təhsil bazasında aldığı biliklər sayəsində həyata keçirilir. Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu müvafiq tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verən abituriyentlərin buraxılış imtahanında, digər abituriyentlərin isə müvafiq tədris ilində keçirilən qəbul imtahanında əldə etdikləri nəticələrə əsasən Azərbaycan Respublikasının X7 tərəfindən həyata keçirilir. Nəzərə alınmalıdır ki, təhsil müəssisələrinin qəbul göstəricilərini və ixtisaslarını elan etmə, sənədlərin qəbulu və imtahanların keçirilməsi haqqında qərarlar qəbul etmək, sənədlərin qəbulunu təşkil etmək Mərkəzinin əsas vəzifələrindən biri hesab olunur. Hazırki işin araşdırılmış hallarından da göründüyü kimi, iddiaçı hazırki iddia ilə kollecdə təhsil hüququnun təmin edilməsini xahiş edir və bu halı onunla əsaslandırır ki, o ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında 122 bal toplamışdır ki, bu da onun pulsuz kollecdə oxumaq imkanını yaradır. Təkzib olunmaz haldır ki, iddiaçı buraxılış imtahanında iştirak etmiş və 122 bal toplmışdır. Lakin, nəzərə alınmalıdır ki, tərəflər arasında yaranmış mübahisənin əsası balın toplanıb-toplanmaması ilə bağlı deyil, ixtisas seçimi zamanı onun “Abituriyentin elektron ərizəsi" nin olmaması ilə bağlıdır. Məhkəmə diqqətə çatdırır ki, hər nə qədər də iddiaçı və onun qanuni nümayəndəsi (anası) “Abituriyentin elektron ərizəsi" nin olmamasının əsası kimi ixtisas seçimi haqqında xəbərdar olmadıqlarını bildirsələr də, bu hal hazırki iddia üzrə onların xeyrinə şərh edilmir. Belə ki, X4 fəaliyyətini təsdiqləyən Nizamnamənin tələblərindən də göründüyü kimi, Mərkəz təhsil müəssisələrinin qəbul göstəricilərini və ixtisaslarını elan etmə, sənədlərin qəbulu və imtahanların keçirilməsi haqqında qərarlar qəbul etmək vəzifəsinə malikdir. Nizamnamədə də göstərildiyi kimi bu vəzifələrin icrası ilə əlaqədar olaraq Mərkəz kütləvi informasiya vasitələri ilə əməkdaşlıq etmək hüququna malikdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası 10.000.000 çox əhalisi olan ölkədir ki, hər il ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsil müəssisələrinə (kolleclərə) sənəd qəbulunda iştirak edən abituriyentlərin sayının kifayət qədər yüksək olduğu istisna olunmur. (cavabdehin qeyd etdiyinə görə 33.088 abituriyent) Əlbəttə kimi, abituriyentlərin hər biri ilə əlaqə saxlamaq, onları qəbul imtahanı və ixtisas seçimi tarixləri ilə bağlı şəxsən məlumatlandırmaq resurs baxımından qeyri mümkündür. Digər tərəfdən isə ümumiyyətlə bu növ məlumatlandırma hərəkətlərin (əlaqə saxlamaq) həyata keçirilməsi X4 vəzifəsi deyildir. Əksinə, X3 verilmiş hüquqa əsasən təhsil müəssisələrinin qəbul göstəricilərini və ixtisaslarını, eyni zamanda sənədlərin qəbulu və imtahanların keçirilməsi haqqında qərarları kütləvi informasıya vasitələri ilə ictimaiyyətin diqqətinə çatdırır. Bu səbəbdəndir ki, yuxarıda adıçəkilən Qayda ilə konkret müəyyən edilmiş müvafiq bal toplamış şagirdlərin Mərkəzin rəsmi internet saytında “Abituriyentn elektron ərizəsi”ni doldurması və elektron ərizə səhifəsində müvafiq düyməni basmaqla təsdiq etməsi ilə bağlı konkret müddəanın pozulması cavabdehin sonradan etdiyi müraciətlər, qaynar xəttə müraciət etməsi, inzibati binada olması və s kimi hərəkətlərlə kompensasiya edilmir. Müvafiq diskresion səlahiyyətə malik olan inzibati orqan elektron ərizənin doldurulması və təsdiq edilərək elektron sistemə yerləşdirilməsi ilə bağlı konkret müddətlər müəyyən etmişdir ki, iddiaçı və onun qanuni nümayəndəsi nə 14-29 iyun 2021-ci il tarixlərində, nə də ki ikinci dəfə 27 avqust-8 sentyabr tarixlərində həmin qaydanın tələblərini yerinə yetirməmiş, əsassız olaraq cavabdehi hazırkı məsələdə günahlandırmışdır. Halbuki, adıçəkilən qaydalarda elektron ərizənin doldurulması və təsdiqi ilə bağlı müddəaların tələbləri konkretdir və həmin tələblərin bütün abituriyentlərə münasibətdə cavabdehin əməkdaşları tərəfindən yerinə yetirilməsinin gözlənilməsi həm əsassız, həm də qanunsuzdur. Belə ki, inzibati icraat üçün inzibati orqanın inzibati icraatın iştirakçısına inzibati icraat çərçivəsində yardımetmək vəzifəsi qeyri-məhdud xarakter daşımır. Buna misal olaraq inzibati icraatda iştiraka cəlb etmə dedikdə təbii haldır ki, inzibati icraatın aparıldığı inzibati binaya ərizəçinin gətirilməsinin əməkdaş tərəfindən ərizəçinin yaşadığı yerə gəlməklə yolnəqliyyat vasitəsi və ya yol xərci vasitəsi ilə həyata keçirilməsinin təmin edilməsinin inzibati orqandan gözlənilməsindən söhbət gedə bilməz. 10.000.000 çox əhalisi olan ölkədə abituriyent statusunda olan övladları olan valideynlərin elektron poçt, sms və ya kağız məktublar formasında da xəbərdar edilməsi, elektron ərizələrin doldurulması ilə bağlı şəxsən həmin vasitələrlə məlumatlandırmanın aparılmasının da gözlənilməsi resurs baxımından cavabdehdən gözlənilə bilməz. Məhkəmə hesab edir ki, həmin hallar inzibati icraatda nəzərə tutulmuş yardımetmənin mahiyyətinə uyğun deyildir. Qeyd olunan məlumatlandırmanın həyata keçirilməsi baxımından cavabdeh ən effektiv vasitə kimi rəsmi saytında müvafiq elanlar vermək, xəbərdarlıq etməklə zəruri tədbirlər görülmüşdür ki, abituriyentlər və abutiryentə malik valideynlər üçün burada edilməli olan hərəkət abituriyentlərlə bağlı məlumatların mütəmadi izlənilməsidir. İddiaçı tərəf isə elektron ərizənin doldurulması ilə bağlı nəinki birinci dəfə, növbəti dəfə də həmin ərizənin doldurulması ilə bağlı hərəkət etməmiş, qaydalarda nəzərdə tutulmasa belə ikinci dəfə ərizənin doldurulması ilə bağlı verilən imkandan cavabdehin təqsiri olmadan istifadə etməmişdir. Həmçinin qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı verilmiş 18 yanvar 2022-ci il tarixdə cavabdehin verdiyi cavab məktubu ilə də müəyyən edilmişdir ki, əlaqəlli məsələ ilə bağlı iddiaçının qanuni nümayəndəsinin şəxsən müraciəti yalnız 13 oktyabr 2021-ci il tarixdə olmuş, bu zaman ona elektron ərizənin doldurulması və s ilə bağlı da qanunvericiliyin tələbləri geniş formada izah edilmişdir ki, yenə də müəyyən edilir ki, iddiaçının qeyd etdiyi mobil və şəhər telefonlarından çağrı mərkəzinə müraciətləri ya olmamış, ya da digər məsələrlə bağlı olmuşdur. Halbuki, həmin zənglərin olması halı belə, iddiaçının elektron ərizəni şəxsən doldurması və təsdiq etməsi ilə bağlı konkret müddəanın pozulmasını onun xeyrinə dəyişdirilən hal hesab edilməməlidir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi inzibati orqanın köməklik göstərilməsi ilə bağlı inzibati icraatla bağlı qanunvericilikdə nəzərdə tutulmuş öhdəliyinin müəyyən bir çərçivəsi mövcuddur ki, cavabdeh də həmin çərçivəyə uyğun hərəkət edərək kütləvi informasiya vasitələri və rəsmi internet saytı vasitəsi ilə öz üzərinə düşən öhdəliyi icra etmiş və əsaslı olaraq abituriyentlərdən və ya onların qanuni nümayəndələrindən də öz üzərlərinə düşən öhdəliyini icra etməsinə etibar etmişdir. Məhkəmə qeyd edir ki, 2021/2022 tədris ili üçün Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) ortatəhsil bazasında tələbə qəbulu üzrə ərizələrin qəbulu 14-29 iyun tarixlərində, ixtisas seçimi isə 27 avqust-08 sentyabr tarixlərində aparılmışdır. Bu məlumat müvafiq olaraq X4 rəsmi internet saytında əks olunmuşdur. (https://dim.gov.az/news/6758; https://dim.gov.az/news/7095/) Həmin məlumatlara nəzər yetirdikdə isə görünür ki, X7 abituriyentlərin ixtisas seçiminin hansı tarixdə və qaydada həyata keçirildiyini, abituriyentin elektron ixtisas seçimi ərizəsinin daxil edib təsdiq etməli olduğunu nəzərə çatdırmışdır. Bu məlumatların ümumiyyətlə əl çatan olmamasından isə söhbət gedə bilməz. Əksinə, həmin məlumat hətta hazırki günədək rəsmi internet saytında saxlanılmışdır. Məhkəmə hesab edir ki, iddiaçının və onun qanuni nümayəndəsi olan anasının ixtisas seçimi ilə bağlı tarixlərdən məlumatlı olmaması, həmçinin ixtisas seçimi ilə bağlı abituriyentin elektron ixtisas seçimi ərizəsinin daxil edilərək təsdiq olunmaması cavabdehin təqsirli hərəkəti ilə bağlı olmamışdır. Cavabdeh öz səlahiyyətləri çərçivəsində tarixlər və ixtisas seçimi qaydası barədə məlumatları kütləvi informasiya vasitəsi ilə ictimaiyyətinin diqqətinə çatdırmışdır. Beləliklə, Məhkəmə hesab edir ki, iddiaçının ixtisas seçimi ilə bağlı elektron ixtisas seçimi barədə ərizəsi olmadığından və bu hal X4 təqsirli hərəkəti nəticəsində yaranmadığından, hazırki tədris ili üzrə onun kollecdə hüququnun təmin edilməsi mümkün deyildir. Digər tərəfdən nəzərə alınmalıdır ki, İddiaçı ilə X7 arasında ixtisas seçimi ilə bağlı aparılan telefon danışıqları yalnız 13.10.2021-ci il tarixdə həyata keçirilmişdir ki, həmin tarixdə artıq 2021/2022-ci tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsil müəssisələrinə qəbul prosesi yekunlaşmışdır. Məhkəmə hesab edir ki, işin faktiki halları nəzərə alındığında hazırkı iş üzrə diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdir ki, bu da müvafiq olaraq yuxarıda səciyyələnmiş bütün hallarda öz əksini tapmışdır. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-4146/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4146/2022
28.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver