Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4147/2024 13.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X1 kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin 3-17-1(2-1)-251677/2023 saylı, 26 oktyabr 2023cü il tarixli imtina məktubu əsasında hərəkətsizliyinin qanunsuz hesab edilməsi, cavabdeh tərəfindən son üç il üzrə ümumilikdə 7919,84 manat əmək pensiyasına hesablanmış artıq ödəmənin silinməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” iddia tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ETDİ:
1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin 3-17-1(2- 1)-251677/2023 saylı, 26 oktyabr 2023-cü il tarixli imtina məktubu əsasında hərəkətsizliyinin qanunsuz hesab edilməsi, cavabdeh tərəfindən son üç il üzrə ümumilikdə 7919,84 manat əmək pensiyasına hesablanmış artıq ödəmənin silinməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
2. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7064/2022-saylı xx.xx.2022-cü il tarixli qərarına əsasən 2022-ci ilin fevral ayından azaldılmış əmək pensiyasının əvvəlki məbləğdə 529 manat məbləğində ödənilməsinin bərpa olunması və əmək pensiyasının 308 manata endirildiyi gündən bu günə qədər azaldılan məbləğin ödənilməyən hissələrinin ödənilməsi öhdəliyi cavabdeh AR-sı ƏƏSMN tabeliyində DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilmişdir. Hazirki qərar həm Apellyasiya Məhkəməsi instansiyası tərəfindən və həmçinin Ali Məhkəməsi tərəfindən qüvvədə saxlanılmışdır. Buna baxmayaraq qarşı tərəf son üç il üzrə ümumilikdə 7919,84 manat artıq ödəmə müəyyən edilmişdir deyə 26 oktyabr 2023-cü il tarixli məktubuna əsasən bildirilmişdir. İddiaçı cavabdeh inzibati orqanın məktubunu əsassız hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, iddiaçıya Fondun Nəsimi rayon şöbəsi tərəfindən 2 sentyabr 2003- cü il tarixindən çoxuşaqlı ana kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr sözügedən Qanunun 7- ci maddəsinə uyğun olaraq, pensiya yaşına çatmış (qadınlar üçün 1 yanvar 2007-ci il tarixində 57 yaş) və ya bu yaşa çatanadək İ dərəcəli əlil olmuş sabiq dövlət qulluqçularına təyin edilir. İddiaçının müraciətinə əsasən aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, Fondun Nəsimi rayon şöbəsi tərəfindən ona 1 yanvar 2007-ci il tarixindən “Əmək pensiyaları haqqında” Qanunun 8.1-ci maddəsinə əsasən çoxuşaqlı ana kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənilməli olduğu halda, sözügedən Qanunun 7-ci maddəsinə nəzərdə tutulmuş yaş həddinə çatmadığı halda (həmin tarixdə 57 yaş) 1 yanvar 2007-ci il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilib. Nəticədə iddiaçıya xx.xx.2007-xx.xx.2009-cu il tarixləri arasındakı dövr üçün ümumilikdə 2344,00 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, 4619,50 manat pul vəsaiti müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə ona 2275,50 manat məbləğində artıq pul vəsaiti ödənilib. Eyni zamanda, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində 6 iyun 2009-cu il tarixində nəzərdə tutulmuş yaş (qadınlar üçün 57 yaş) həddinə çatmağı ilə əlaqədar həmin tarixdən əmək pensiyası sözügedən Qanunun 20.1.7ci və 20.11-ci maddələrinə uyğun olaraq sabiq dövlət qulluqçusu kimi yenidən hesablanıb. Belə ki, 6 iyun 2009-cu il tarixində vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 213,00 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 21,30 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 71,00 manat olmaqla orta aylıq əmək haqqı 305,30 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 7 il 11 ay 17 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (305,30 manat) 47 faizi-143,49 manat məbləğində hesablanmalı olduğu halda, 228,62 manat məbləğində müəyyən edilməklə xx.xx.2009-xx.xx.2013-cü il tarixləri arasındakı dövr üzrə müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə iddiaçıya 4582,83 manat artıq pul vəsaiti ödənilib. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2008-31.01 2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 23432,33 manat artıq pul vəsaiti ödənilib. Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirilmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən İddiaçı əmək pensiyası 389,74 manat təşkil edib. Eyni zamanda, adıçəkilən şəxs əmək pensiyasının yenidən hesablanaraq artırılması və yaranmış fərq məbləğinin ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırıb. Məhkəmə çəkişmələri nəticəsində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin 1 sentyabr 2022-ci il tarixli 2-1(112)-7064/2022 nömrəli qərarı ilə iddia pensiya məbləğinin azaldılarkən inzibati icraatın düzgün aparılması əsas göstərilərək təmin edilib. Bununla əlaqədar, İddiaçı əmək pensiyası cari ilin avqust ayında yenidən hesablanaraq 667,62 manat məbləğində müəyyən edilib, həmçinin ötən dövr üzrə ona ödənilməli olan 4659,97 (maddi yardımla birgə) manat fərq məbləği hesablanıb. Həmin fərq məbləği hissə- hissə cari aydan adıçəkilən şəxsin müvafiq kart hesabına köçürülür.
5. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:
- 1.1. bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. - 2.2. inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);.. - 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yol veriləndir.
6. Məhkəmə məhkəmə iclasında iştirak edən iddiaçını dinlədikdən sonra iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, 8.4-cü bəndinə görə, mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir.”
7. İddiaçının hazırki tələbi 3-17-1(2-1)-251677/2023 saylı, 26 oktyabr 2023-cü il tarixli imtina məktubu əsasında hərəkətsizliyinin qanunsuz hesab edilməsi və cavabdeh tərəfindən son üç il üzrə ümumilikdə 7919,84 manat əmək pensiyasına hesablanmış artıq ödəmənin silinməsi vəzifəsinin cavabdehə həvalə edilməsindən ibarətdir. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli 2-1(112)-7064/2022 nömrəli qərarı ilə İddiaçı 2022-ci ilin fevral ayından azaldılmış əmək pensiyasının əvvəlki məbləğdə - 529 manat məbləğində ödənilməsinin bərpa olunması və əmək pensiyanın 308 manata endirildiyi gündən bu günə qədər azaldılan məbləğin ödənilməyən hissələrinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-941/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7064/2022 saylı, 01 sentyabr 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1410/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə, kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-941/2023 nömrəli iş üzrə 16 fevral 2023-cü il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Beləlikıə iddiaçının hal-hazırki iddiası Bakı İnzibati Məhkəməsinin 01 sentyabr 2022ci il tarixli 2-1(112)-7064/2022 nömrəli qərarının icra edilməsindən hər hansı bir üzrlü səbəb göstərilmədən DSMF publik hüquqi şəxs və onun filialları tərəfindən yayınmasından irəli gəlir.
8. İnzibati Prosessual Məcəlləsinin 45.5-ci maddəsinə əsasən, iddia ərizəsinin icraata qəbul edilməsi aşağıdakı hüquqi nəticələri doğurur: 45.5.1. iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz; Həmin Məcəllənin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.
9. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 15.6. bəndinə əsasən, İPM-nin 45.5.1-ci və 78-ci maddələrdə təsbit edilmiş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.
10. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
11. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir.
12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan tərəfə rəsmi təqdim olunduqdan sonra 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (ünvan ünvan 2əyova