Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4151/2022 17.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək, İddiaçı pensiya hüququnun tanınmasına, güzəştli şərtlərlə pensiyanın təyin olunması, pensiyanın təyin olunduğu dövrdən qərarın qüvvəyə mindiyi dövrədək ödənilməmiş pensiya məbləğinin İddiaçı birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1980-xx.xx.1982-cü illərdə hərbi xidmətdə olmuşdur. xx.xx.1982-xx.xx.1983-cü illərdə keçmiş 19 nömrəli şəhər orta texniki peşə məktəbində “Qazmaçı” ixtisası üzrə əyani təhsil almışdır. xx.xx.1983-cü il tarixindən halhazıradək əmək fəaliyyəti ilə məşğuldur. Belə ki, İddiaçı xx.xx.1983xx.xx.1984-cü illərdə "xxxx" QSC-də yeraltı şəraitində “qazmaçı”, (2130100а-11292), xx.xx.1986-xx.xx.1988-ci illərdə neft və qaz çıxarma idarəsində “qazmaçı” (2130100а — 11292), xx.xx.1989-cu ildən- xx.xx.1990-cı ilə qədər, xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilədək neft və qaz çıxarma idarəsində “usta”, (2130200b-23187) xx.xx.1989-xx.xx.1989cu ilə qədər və xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilə qədər neft və qaz çıxarma idarəsində “mühəndis”, (2130100b-17541) xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilə qədər və xx.xx.1994-xx.xx.2006-cı ilə qədər neft və qaz çıxarma idarəsində “sex rəisinin müavini” vəzifələrində çalışmışdır. (2010100b-24125) Onun işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993- cü il tarixli, 320 saylı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007- ci il tarixli, 12 saylı qərarına əsasən güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin siyahısında qeyd olunmuşdur. İddiaçı oxuduğu peşə məktəbi və hərbi müddətdə xidmət etdiyi dövrlər də nəzərə alınaraq onun 2006-cı il tarixinədək, 25 il, 1 ay, 10 gün ümumi stajı, 18 il 2 ay,6 gün güzəştli şərtlərlə stajı vardır. İddiaçı əmək kitabçasında onun texniki peşə məktəbində oxuması artıq qeyd edilmişdir.
3. Cavabdeh orqanın məhkəməyə təqdim etdiyi (dəftərxana vasitəsilə) etirazda bildirilir ki, iddiaçı Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən İddiaçı verilmiş xx.xx.2021-ci il tarixli **********3 nömrəli cavab məktubunda xx.xx.1992-xx.xx.2010-cu illərdə Quyuların əsaslı təmir sexində rəis müavini və sex rəisi vəzifələrində işlədiyi dövr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda qeyd olunan vəzifələrə uyğun gəlmədiyindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-lll-QD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydaları barədə” Əsasnamənin 8-ci bəndinə əsasən ali, orta ixtisas və peşə texniki tədris müəssisələrində əyani təhsil müddəti ümumi iş stajına daxil edilir. Ə.M.X5 1982-ci ildən 1983-cü ilədək təhsil aldığı müddətin əyani olub-olmamasını təsdiq edən sənəd təqdim etməmişdir. Bundan başqa bildiririk ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il tarixli 11 dekabr 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə köçürülməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin (“Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısı”) 2.4-cü bəndinə görə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1 -ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsində (10) neft, qaz və qaz kondensatının hasilatı bəndində (10.2) rəhbərlər və mütəxəssislər yarımbəndində (b) neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ islehsalat xidmətlərinin rəisləri və onların müavinləri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən SOCAR-ın Baş Ofisinin Mərkəzi Arxivin 11 noyabr 2020-ci il tarixli SQCAR**********80020123X00256 nömrəli arayışında İddiaçı xx.xx.1992xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində Quyuların əsaslı təmir sexində rəis müavini və sex rəisi vəzifələrində işlədiyi qeyd edilmişdir. Lakin sözügedən arayışda işlədiyi vəzifələrin yuxarıda qeyd olunan Siyahı üzrə göstərilən neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ islehsalat xidmətlərinin rəisləri və onların müavinləri vəzifələrinə aid olub-olmaması barədə hər hansı məlumat qeyd edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh orqan qeyd olunanlar nəzərə alınaraq iddiaçının tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmənin sorğusuna cavab olaraq “Azneft” İB tərəfindən SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən xx.xx.1962-ci il təvəllüdlü X3 “Balaxanıneft” Neft və Qazçıxarma İdarəsinin (keçmiş “Leninneft” NQÇİ) Quyuların əsaslı təmiri sexində xx.xx.1984-cü il tarixdən xx.xx.1988-ci il tarixədək quyuların əsaslı təmiri üzrə qazmaçı köməkçisi, xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək quyuların əsaslı təmiri üzrə usta, 3 nömrəli neft və qazçıxarma sexində (neft mədənidə) xx.xx.1989-cu il tarixdən xx.xx.1989- cu il tarixədək neft və qazçıxarma üzrə mühəndis, Quyuların əsaslı təmiri sahəsində xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək, Quyuların əsaslı təmiri sexində xx.xx.1991 -ci il tarixdən xx.xx.1992-ci il tarixədək quyuların əsaslı təmiri usta, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək sex rəsinin müavini, xx.xx.1993-cü il tarixdən xx.xx.1994- cü tarixədək aparıcı mühəndis, həmin sexdə xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək və Quyuların əsaslı və yeraltı təmiri sexində xx.xx.1996-cı il tarixdən xx.xx.2006-cı il tarixədək sex rəisinin müavini, Quyuların əsaslı təmiri sexində xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək və Quyuların əsaslı və yeraltı təmiri sexində 01,06.2007-ci il tarixdən xx.xx.2010-cu il tarixədək sex rəisi vəzifəsində işləmişdir. X2 işlədiyi xx.xx.1984-cü il tarixdən xx.xx.1988-ci il (03 il 04 ay 10 gün) «quyuların əsaslı təmiri üzrə qazmaçı köməkçisi» peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №li Siyahısı»nın 12-ci (Xİİ) «Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı» bölməsinin 2-ci «Neft- qaz və qaz kondensatının hasilatı» yarımbölməsində 2130200а—11292 kodu ilə qeyd olunmuş «quyuların əsaslı təmirinin qazmaçıları» peşəsi ilə, xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək, 01,09.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək və xx.xx.1991- ci il tarixdən xx.xx.1992-ci il tarixədək (03 il 21 gün) işlədiyi «quyuların əsaslı təmiri usta» vəzifəsi isə 2130200b—23187 kodu ilə qeyd edilmiş «quyuların yeraltı və əsaslı təmiri işlərində ustalar» vəzifəsi ilə eynilik təşkil edir. Eyni zamanda sorğuda qeyd edilən quyuların əsaslı təmiri sexinin rəisi və rəis müavinin vəzifə təlimatlarının təqdim edilməsi ilə bağlı bildirilmişdir ki, “Balaxanıneft” Neft və Qazçıxarma İdarəsinin Quyuların əsaslı təmiri sexinin rəisinin və rəis müavinin vəzifə təlimatı SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərin siyahısında aşkarlanmadı (vəzifə təlimatlarının saxlanma müddəti 10 ildir və saxlanma müddəti başa çatmışdır). “Balaxanıneft” NQÇİ-nin Quyuların əsaslı təmiri sexinin rəisinin və rəis müavinin vəzifə təlimatının mövcud olmadığını nəzərə alaraq, oxşar iş yeri olaraq “Bibiheybətneft” NQÇİ-nin Quyuların əsaslı və yeraltı təmiri sahəsinin rəisinin və rəis müavinin vəzifə təlimatı təqdim edilmişdir.
5. İddiaçının nümayəndəsi (vəkili) xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək (elektron məhkəmə informasiya sistemi vasitəsilə) iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin baxılmadan geri götürülməsini xahiş etmişdir.
6. Məhkəmənin baxış iclasında iştirak edən cavabdeh orqanın nümayəndəsi işin geri götürülməsinə etiraz etmir.
II. İddianın geri götürülmüş sayılması
7. Məhkəmə qeyd edir ki, inzibati icraat qaydasında iddiaçının müraciəti əsasında iddia ərizəsinin geri qaytarılmasına dair birbaşa norma olmasa da, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsi halını müəyyən edir.
8. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
9. Qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı).
10. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.
11. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir, iddia ərizəsinin geri qaytarılmasına dair müraciət isə iddiaçının məhkəmə icraatından yayınmasının aktiv forması olmaqla iddiaçının iddiaya həmin ana prosessual marağının olmamasını ifadə edir. Odur ki, oxşar münasibət olduğundan həmin norma analogiya qaydasında tətbiq edilə bilər.
12. Bu səbəbdən məhkəmə hesab edir ki, oxşar münasibət İPM-lə tənzimlədiyindən Mülki Prosessual Məcəllənin iddianın baxılmamış saxlanmasına dair institutu tətbiq edilməməlidir. Belə ki, prorsessual qanunvericiliyin analogiyası ya normanın özündə göstərilmiş olduqda, ya da prosessual qanunvericilikdə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda tətbiq edilə bilər. Mülki Prosessual Məcəllənin 259-cu maddəsində nəzərdə tutulmuş iddianın baxılmamış saxlanmasına dair əsaslar inzibati icraatda bir qayda olaraq iddianın qeyri-mümkünlüyü üçün əsaslardır. İddia ərizəsinin qaytarılması MPM-in 152-ci maddəsi ilə tənzimlənir. İnzibati prosesdə isə həmin formal xətalar olduğu təqdirdə məhkəmə İPM-in 13-cü maddəsinə əsasən, hüquqi yardım göstərərək onların aradan qaldırılmasına kömək etməlidir. Belə ki, İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bu o deməkdir ki, iddia ərizəsinin qaytarılması və bu əsasla iddianın baxılmamış saxlanması inzibati icraat üzrə prosesə ziddir.
M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından
13. ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X4 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).
14. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).
15. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.
16. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...
17. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyrimümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...
18. ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.
19. Konstitusiya məhkəməsinin plenumunun qeyd edilən qərarına əsasən ifadə edilən hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsini müəyyən etdiyindən iddiaçının iddia ərizəsinin geri qaytarılmasına (bu əsasla baxılmamış saxlanmasına) dair müraciəti olduqda İPM-in 55.5-ci maddəsinə istinad etmədən məhkəmə tərəfindən məhz qeyd edilən məhkəmə aktı qəbul edilməlidir.
20. Məhkəmə hesab edir ki, iddiaçının iddiaya münasibətdə artıq prosessual marağı olmadığından prosessual qənaət prinsipindən çıxış edərək iddianın əsaslılığını yoxlamaq zərurəti mövcud deyildir.
21. İddianın geri götürülmüş sayılması barədə qərardadın qəbul edilməsi ilə məhkəməyə müraciət etmək hüququ məhdudlaşdırılmış olur. Həmin hüquq mütləq hüquq olmadığından (yəni məhdudlaşdırıla bilər) qərardadın (məhdudlaşdırmanın) legitim məqsəd daşıması və ağlabatan mütənasiblik əlaqəsinin mövcudluğu aydınlaşdırılmalıdır. Həmin mütənasiblik əlaqəsi qəbul edilən məhkəmə aktından şikayət verilməsi və yenidən iddia qaldırmaq imkanının mümkünlüyündə ifadə olunur. Hazırki iş üzrə icraata xitam verilmədiyindən (iddiaçı məhkəmədən yayınmadığı üçün iddiadan imtina etmiş sayılmır) iddiaçının yenidən iddia qaldırma imkanı istisna edilmir.
22. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia geri götürülmüş sayılsın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva