Məhkəmə qərarları › İş №2-1(112)-4153/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4153/2022

26.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4153/2022 26.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə vurduğu mənəvi ziyana görə 50.000 (əlli min manat) alınaraq iddiaçıya verilməsi vəzifəsinin həvalə edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, cavabdehin keçmiş, həm də hazırkı rəhbərliyi uzun illərdir ki, iddiaçının vəkil olmağına süni maneələr yaradır. Bu qurum 3-cü dəfədir ki, iddiaçı test və şifahi müsahibə imtahanlarını uğurla versə və hətta adı icbari təlimə göndərilənlərin siyahısında çıxsa da, sonradan bu sənədləri saxtalaşdırıb iddiaçını vəkilliyə qəbul etmir. Bunun da nəticəsində iddiaçı hüquq ixtisası üzrə aldığı diplom üzrə çalışa bilmir. Faktiki olaraq cavabdeh iddiaçının Konstitusiyanın 35-ci maddəsində nəzərdə tutulmuş azad peşə seçmək hüququnu pozur. İddiaçı BDU- nun hüquq fakültəsinin məzunudur, faktiki olaraq 1993-cu ildən, rəsmi isə 1998-ci ildən məhkəmələrdə nümayəndəlik edir və 1998-cı ildən bu fəaliyyətinə görə vergi ödəyisi olmuşdur. 1993-2017-ci illər ərzində iddiaçıya müraciət edən insanlara həm mülki, həm də cinayət işləri üzrə 1300-dən çox məhkəmə və istintaq işlərinə çıxmışdır. 2017-ci ildə isə nümayəndəlik ləğv olundugundan iddiaçı fəaliyyətini dondurmuşdur. Hüquq sahəsində idarə və təşkilatlarda çalışmaqla bərabər iddiaçı, həm də ictimai işlərlə məşğul olmuşdur. 10 il (2010-cu ildən) heç bir maddiyyət güdmədən «Vəkilin səsi» ictimai-siyasi hüquq qəzetinin baş redaktoru kimi əhalinin hüquqi cəhətdən maariflənməsində xidməti olmuşdur. Bu qəzetin səhifələrində iddiaçı ən çox vəkillərin problemlərindən bəhs etmişdir. Bundan əlavə iddiaçı Azadlıq Radiostansiyasında «Vəkil saatı» verilişi ilə əməkdaşlıq etmişdir. Buna görə də cavabdehin rəhbərliyi iddiaçı ilə açıq düşmənçilik aparır və hər dəfə onu 2-ci imtahandan, yəni şifahi müsahibə imtahanından sonra növbəti mərhələyə buraxmır. Növbəti dəfə 31 oktyabr 2019-cu ildə test imtahanını keçəndən sonra 16 fevral 2021-ci ildə şifahi müsahibə imtahanını uğurla versə də, iddiaçıya aid imtahan sənədləri yenə də saxtalaşdırılaraq növbəti mərhələyə buraxılmamışdır. Belə ki, iddiaçı şifahi müsahibə imtahanı verəndən sonra ona İxtisas Komissiyasının tərtib etdiyi 6 saylı protokolu təqdim edilmiş və məlum olmuşdur ki, şifahi imtahandan yenə “məqbul” qiymətini almışdır. Bundan sonra iddiaçının adı icbari təlimlərə göndərilənlərin siyahısında dərc olunmuşdur. Amma həmin sənədlər “texniki səhv” kimi sonradan dəyişdirilmiş və iddiaçı növbəti mərhələyə buraxılmamışdır. Bu artıq 3-cü dəfədir ki, cavabdehin rəhbərliyi iddiaçıya qarşı bu oyunları açır. 11 mart 2021-ci il tarixdə Vəkillər Kollegiyasının ixtisas imtahanının məsul katibi Orxan Babayev keçirilmiş şifahi imtahanın iddiaçıya aid hissəsinə dair 6 saylı protokollardan “Çıxarışları” təsdiq olunmuş formada ona təqdim etmiş, bu protokollar rəsmən imza və ştamplarla təsdiq olunmuş, həmin protokollardan isə məlum olmuşdur ki, İxtisas Komissiyası iddiaçının imtahan nəticələrini “məqbul” qiymətlə qiymətləndirmişdir. İddiaçı imtahandan keçdiyinə tam əmin olandan sonra həmin protokol ilə sosial şəbəkə vasitəsi ilə dost və qohumlarını tanış etmiş, onu təbrik etmişlər. Lakin bir-iki gündən sonra cavabdeh yenidən bir oyun çıxarmağa başlamışdır. İddiaçıya zəng olunaraq bildirilmişdir ki, guya ona təqdim edilən 6 saylı protokol-rəy və oradakı “məqbul” sözü “texniki səhv”dir, əslində komissiya guya iddiaçıya “qeyri-məqbul” qiyməti vermiş, aparat işçilərindən biri guya protokolu tərtib edəndə səhv etmişdir. Əlbəttə, iddiaçı dərhal anlamışdır ki, cavabdehin rəhbərliyi növbəti dəfə bilə-bilə İxtisas Komissiyasının protokollarını saxtalaşdırmışdır. Bu pis xəbərdən və iddiaçıya qarşı haqsızlıqdan sonra iddiaçının vəziyyətini pisləşmiş, dərhal qan təzyiqi 180-ə qalxmış, şəkəri artmış, uzun müddət qan təzyiqi düşməmişdir. Ailəsində iddiaçı kimi hamı narahat olmuş, ailəvi olaraq böyük əsəbi stress keçirmişlər, insanlar arasına çıxmaq istəməmişdir. Hazırda ona vurulmuş mənəvi zərbədən heç bir yerdə işləmir. Cavabdehin iddiaçıya vurduğu maddi və mənəvi ziyanlar təkcə Orxan Babayev timsalında deyil, Vəkillər Kollegiyasının keçmiş rəhbərliyi, həmçinin də hazırki rəhbərliyi mütəmadi olaraq nümayəndə kimi vətəndaşlara etdiyi hüquqi xidmətinə görə və mətbuatdakı çıxışına görə iddiaçıdan qisas almışlar. Belə ki, 2014-2018-ci illər ərzində 5-6 nəfər vətəndaşları iddiaçıya qarşı qaldıraraq onlara Vəkillər Kollegiyasının üzvü olmadığını, əslində dələduz olduğunu bildirərək iddiaçıdan polisə şikayət etməyə sövq etmişlər. Halbuki, iddiaçı Vəkillər Kollegiyasının üzvü olmasa da, rəsmi olaraq vergi orqanlarında qediyyatdan keçməklə insanlara professional şəkildə pullu hüquqi yardım etmişdir. Vəkillər Kollegiyasının bu hərəkətindən sonra heç bir insan iddiaçının yanına hüquq məsləhətinə görə gəlmədiyindən işsiz qalmışdır. Daha sonra isə 2017-ci ilin sonunda ümumiyyətlə nümayəndəlik ləğv olunmuşdur. Hələ bu azmış kimi, Vəkillər Kollegiyasının rəhbərliyi “dələduz” kimi iddiaçının barəsində tərtib olunmuş ərizə və şikayətləri polisə göndərmiş, nəticədə Yasamal rayon prokurorlugunda ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.-ci maddəsi ilə cinayət işi başlanmış, polis müstəntiqi iddiaçını 48 saat kamerada saxlamış, təqribən bir ildən çox istintaq getdikdən sonra məlum olmuşdur ki, Vəkillər Kollegiyasının rəhbərliyi yalan deyirmiş, iddiaçı vəkillər kimi qanuni əsaslarla insanlara xidmət etmişdir. Bundan sonra iddiaçının barəsində bəraətedici əsaslarla cinayət işinə xitam verilmişdir. İddiaçı isə polis müstəntiqinin bu əməlinə görə Maliyyə Nazirliyini məhkəməyə vermiş, Nəsimi rayon məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçıya vurulmuş maddi və mənəvi zərərə görə 1000 manat pul ödənilmişdir. Bundan sonra Vəkillər Kollegiyası bu dəfə şifahi imtahanla bağlı iddiaçıya bu müsibətləri yaşatmışdır. İddiaçı 3 dəfə şifahi imtahanı uğurla verdiyi halda imtahan nəticələri saxtalaşdırılmışdır. Bütün bu hallar iddiaçıya verilmiş mənəvi işgəncədir. Hazırda isə həmin işlə bağlı məhkəmə gedir. Onu da qeyd edir ki, iddiaçı ilə cavabdehin arasında Bakı İnzibati Məhkəməsində keçirilən məhkəmə prosesi zamanı Vəkillər Kollegiyasının nümayəndəsi Orxan Babayev cəmiyyətin arasında elan etmişdir ki, guya iddiaçı dəfələrlə məhkum olunmuş və iddiaçının xeyli məhkumluğu var. Lakin bu iddiaçıya qarşı deyilən növbəti böhtan idi. Məqsəd yenə də iddiaçının şərəf və ləyaqətini bilə-bilə ləkələmək idi. İddiaçı artıq bu barədə Nəsimi, sonra isə Xətai rayon məhkəməsinə iddia vermişdir. Cavabdeh öz vəzifəsindən sui-etdiyindən iddiaçıya vurduğu maddi və mənəvi ziyanı ödəməlidir. Məhkəmə prosesi zamanı verilən izahatlarda və iş materiallarında olan sənədlərdən görünür ki, cavabdehin nümayəndəsi Orxan Babayev 11 mart 2021-ci il tarixdə İxtisas Komissiyasının 6 saylı protokolundan “Çıxarışını” həqiqətən iddiaçıya təqdim etmişdir. Həmin Çıxarışdan da məlum olur ki, komissiya iddiaçıya müsbət rəy vermiş, lakin nümayəndə Orxan Babayev sonradan iddiaçının barəsində özü tərəfindən verdiyi protokolun “texniki səhv” olduğunu bildirmişdir. Ən əsası isə odur ki, Orxan Babayev Vəkillər Kollegiyasının rəhbərliyini məsuliyyətdən yayındırmaq məqsədi ilə bildirir ki, guya bu texniki səhvləri o şəxsən etmişdir. Buna görə Vəkillər Kollegiyasının rəhbərliyi onu rəsmən “xəbərdarlıq” etməklə cəzalandırmışdır. Orxan Babayev isə təkcə İxtisas Komissiyasının katibi yox, həm də Vəkillər Kollegiyası aparatında insan resursları şöbəsinə rəhbərlik edir. Burada səbəbli əlaqə var. Orxan Babayevin bu hərəkətinə görə əlbəttə ki, onun çalışdığı qurum olan Vəkillər Kollegiyası cavab verməlidir. İddiaçının polisə verməkdən tutmuş, sənədlərini saxtalaşdıraraq ona yalan məlumat verənə qədər olan faktlardır. Bunlar iddiaçının insan və vətəndaş hüquqlarının pozulmasına yönəlmiş, həm də sağlamlığına olan qəsddir. İxtisas Komissiyasının iddiaçıya verdiyi rəy-protokolun iddiaçının əleyhinə saxtalaşdırılmasında təkcə Orxan Babayev yox, Vəkillər Kollegiyasının rəhbərliyi və Vəkillər X1 aparatında çalışan 21 nəfər əməkdaşın hamısı təqsirkardır. Onların hər biri Vəkillər Kollegiyası ilə əmək müqaviləsi bağlamış və Vəkillər Kollegiyasının aparatının rəsmi əməkdaşlarıdır. Bütün rəsmi sənədlərə görə cavabdehlik bilavasitə onların üzərinə düşür. Orxan Babayev iddiaçıya qarşı qanunsuz hərəkət etdiyini Bakı İnzibati Məhkəməsinə təqdim etdiyi “etirazında” və izahatında etiraf etmiş, onun bu qanunsuz hərəkəti Bakı İnzibati məhkəməsinin 06 avqust 2021 ci il tarixli 2-1(112)- 4999/2021 saylı qərarında da öz əksini tapmışdır. İddiaçı cavabdehə müraciət edərək Vəkillər Kollegiyasının şöbə müdiri Babayev Orxanın iddiaçıya qarşı törətdiyi delikt hadisəsinə görə 50.000 manat kompensasiya ödənilməsini xahiş etmiş, lakin cavabdeh heç bir araşdırma aparmadan iddiaçıya imtina məktubu göndərmişdir. Azərbaycan Respublikası İnzibati - Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş və cavabdehə iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur. Cavabdehin etirazında göstərilmişdir ki, iddiaçı xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanının yazılı test mərhələsində 61 bal toplayaraq şifahi müsahibədə iştirak etmək məqsədilə Vəkillər Kollegiyası Rəyasət Heyəti tərəfindən müəyyən olunmuş sənədlərinin qəbul edilməsini və ixtisas imtahanının şifahi müsahibə mərhələsinə buraxılmağını xahiş etmişdir. İddiaçı 16 fevral 2021-ci il tarixdə peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə ixtisas imtahanının şifahi müsahibə mərhələsində iştirak etmiş, onun imtahan nəticələri Vəkillərin İxtisas Komissiyasının üzvləri tərəfindən vəkilliyə namizədlə keçirilən şifahi imtahanın qiymətləndirmə cədvəlində yazılı şəkildə qiymətləndirilmiş, 16 fevral 2021-ci il tarixli 5 saylı şifahi imtahan iclas protokolu tərtib edilmişdir. Vəkillərin İxtisas Komissiyasının xx.xx.2018ci il tarixli iclas qərarı ilə vəkilliyə qəbulla bağlı ixtisas imtahanının şifahi müsahibə mərhələsinin müəyyən olunmuş dövriliyinə əsasən şifahi müsahibənin nəticələrinin elan olunması üçün müsahibələrdə azı 100 vəkilliyə namizəd iştirak etməlidir. İddiaçının iştirak etdiyi müsahibənin dövriliyi xx.xx.2021-ci il tarixdə baş tutan şifahi müsahibə ilə tamamlanmışdır. Vəkillərin İxtisas Komissiyası tərəfindən xx.xx.2021-ci il tarixdə baş tutmuş şifahi müsahibədə iddiaçıya ünvanlanmış suallara verdiyi cavablar İxtisas Komissiyasının üzvləri tərəfindən “qeyri-məqbul” qiymətləndirildiyindən iddiaçıya Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməsi üçün rəy verilməmiş və bu xx.xx.2021-ci il tarixli 6 saylı iclas protokolunda qeyd edilmişdir. xx.xx.2020-xx.xx.2021-ci il tarixlərdə şifahi müsahibə mərhələlərində iştirak edərək müvəffəqiyyət qazanmış namizədlərin nəticələri xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəsmi internet səhifəsində (https://barassociation.az/news/657) dərc edilmişdir. Bundan sonra iddiaçı Azərbaycan Respublikası Vəkillər X2 ərizə ilə müraciət edərək Vəkillərin İxtisas Komissiyası tərəfindən 16 fevral 2021-ci il tarixdə keçirilən şifahi müsahibə mərhələsinin qaydalara uyğun olmayaraq keçirildiyini əsas göstərərək imtahan nəticələrinin ona aid olan hissədə etibarsız hesab edilməsini xahiş etmişdir. İddiaçının şikayətinə xx.xx.2021-ci il tarixli Rəyasət Heyətinin iclasında baxılmış və əsas müəyyən edilmədiyindən, müraciəti təmin edilməmişdir. Bununla bağlı iddiaçıya xx.xx.2021-ci il tarixli 324 saylı məktubla cavab verilmişdir. Cavab məktubunda İddiaçı xx.xx.2021-ci il tarixdə keçirilən şifahi müsahibədə İxtisas Komissiyasının üzvləri tərəfindən ünvanlanan suallara verdiyi cavablar “qeyri-məqbul” qiymətləndirildiyi üçün barəsində Vəkillər X2 rəy verilmədiyi və növbəti mərhələyə buraxılmadığı izah edilmişdir. xx.xx.2021-ci il tarixli 324 saylı məktuba əlavə olaraq 18 fevral 2021-ci il tarixli iclas protokolundan çıxarış əlavə olunmuşdur. Çıxarış hazırlanan zaman texniki səhvə yol verilmiş və iddiaçıya təqdim olunmuş protokoldan çıxarışda “qeyri-məqbul” sözü əvəzinə “məqbul” sözü yazılmışdır. Bununla əlaqədar iddiaçıya xx.xx.2021-ci il tarixli 342 saylı məktub ünvanlanaraq protokoldan Çıxarışda yol verilmiş nöqsan qeyd edilmiş və ona xx.xx.2021-ci il tarixli iclas protokolunun Çıxarışı göndərilmişdir. Bundan sonra iddiaçı məhkəməyə müraciət etmişdir. İddiaçı ona təqdim olunmuş protokoldan “çıxarış”da qeyd olunmuş imtahanda suallara verdiyi cavabın “məqbul” qiymətləndirildiyi məlumatını aldıqdan sonra çox sevindiyini, hətta yaxınları tərəfindən təbriklər aldığını qeyd edir. Sonra isə bu “çıxarış”da texniki səhv olduğu ona rəsmi olaraq bildirildikdə guya mənəvi iztirab keçirmiş və səhəti pisləşmişdir. İddiaçının iddiası şəxsi mülahizə xarakteri daşıyır və əsassızdır. Belə ki, iddiaçı imtahanın nəticələri ilə bağlı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəsmi internet səhifəsində (https://barassociation.az/news/657) dərc edilmiş məlumatlarda artıq ixtisas imtahanının şifahi müsahibə mərhələsində müvəffəqiyyət qazana bilməməsi ilə bağlı İxtisas Komissiyasının qərarından xəbərdar idi. İddiaçı İxtisas Komissiyasının qərarını mübahisələndirmək üçün Vəkillər X2 müraciət etmişdir. Rəyasət Heyəti tərəfindən iddiaçının müraciətinə baxılaraq ona verilmiş xx.xx.2021-ci il tarixli 324 saylı cavab məktubunda, xx.xx.2021-ci il tarixdə keçirilən şifahi müsahibədə İxtisas Komissiyasının üzvləri tərəfindən iddiaçıya ünvanlanan suallara verdiyi cavablar “qeyri-məqbul” qiymətləndirildiyi üçün barəsində Vəkillər X2 rəy verilmədiyi və növbəti mərhələyə buraxılmadığı izah edilmişdir. İddiaçıya ünvanlanan cavab məktubundan o, aydın görə bilir ki, onun suallara verdiyi cavablar İxtisas Komissiyası tərəfindən “qeyri-məqbul” qiymətləndirilmişdir. Əlavə olaraq iddiaçı ilə telefon vasitəsi ilə xx.xx.2021-ci il tarixdə əlaqə saxlanılmış və cavab məktubuna əlavə edilmiş qoşmada texniki səhvə yol verildiyi bildirilmiş və iddiaçıya xx.xx.2021-ci il tarixli 342 saylı məktub ünvanlanaraq protokoldan çıxarışda yol verilmiş nöqsan qeyd edilərək ona xx.xx.2021-ci il tarixli iclas protokolunun çıxarışı göndərilmişdir. Göründüyü kimi iddiaçı artıq imtahanda müvəffəqiyyət qazanmadığını bilirdi və mənəvi iztirab keçirməsi üçün səbəb yox idi. Lakin, iddiaçı əsas cavab məktubunu gizlədərək texniki səhv nəticəsində qoşmaya əlavə olunmuş protokoldan “çıxarış”ı sosial şəbəkələrdə yayaraq imtahandan keçdiyini iddia etmiş, hətta bununla bağlı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı qaldırdığı mülki iddia çərçivəsində, ümumi olaraq sübut etmə vəzifəsini icra etməmiş, irəli sürülmüş dəlillər mülahizə və ehtimal xarakterli olmaqla əsassızdır. İddiaçının ona dəymiş mənəvi ziyana görə 50000 (əlli min) manat tələbi irəli sürməsi üçün ona həqiqətən mənəvi ziyan dəyməsi iddiasını sübut etməli idi. Qeyd olunanlardan aydın görünür ki, iddiaçı imtahanda müvəffəqiyyət qazanmadığını bilirdi. Ona təqdim olunmuş xx.xx.2021-ci il tarixli, 324 saylı məktubdan da aydın görünürdü ki, o imtahanda müvəffəqiyyət qazanmayıb. Lakin o, hətta qeyd olunan məktubu və xx.xx.2021-ci il tarixli, 342 saylı məktubu məhkəməyə təqdim etməmiş, əvəzinə 324 saylı məktuba əlavə olunmuş protokoldan “çıxarış”ı əlavə edərək məhkəmədə yanlış fikir formalaşdırmağa çalışmışdır. Göründüyü kimi iddiaçının istinad etdiyi faktın (halın) sübut edilməsi vəzifəsi məhz iddiaçının prosessual vəzifəsidir. İddiaçının iddia ərizəsində istinad etdiyi faktlar (hallar) mülahizə, fərziyyə və ehtimal xarakterli olduğundan, iddiaçı irəli sürdüyü tələblərini kifayət qədər ciddi, aydın və uzlaşan, təkzibolunmaz sübutlarla təsdiq edə bilməmişdir. Əksinə cavabdeh tərəf isə iddiaçının tələbini istisna edən konkret şərtlərin mövcudluğunu və iddianın əsassızlığını tam sübuta yetirmişdir. İş üzrə keçirilmiş məhkəmə hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçıları dəvət edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Vəkillərin İxtisas Komissiyasının 18 fevral 2021-ci il tarixli 6 saylı iclas protokolundan çıxarışdan görünür ki, Vəkillərin İxtisas Komissiyası xx.xx.2020-xx.xx.2021-ci il tarixlərdə keçirilmiş ixtisas imtahanlarının şifahi müsahibə mərhələsində iştirak edib cavabları “məqbul” qiymətləndirmiş adları çəkilən namizədlərin siyahısında iddiaçının adı 10-cu yerdə qeyd edilmişdir. - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Vəkillərin İxtisas Komissiyasının 18 fevral 2021-ci il tarixli 6 saylı iclas protokolundan çıxarışdan görünür ki, Vəkillərin İxtisas Komissiyası xx.xx.2020-xx.xx.2021-ci il tarixlərdə keçirilmiş ixtisas imtahanlarının şifahi müsahibə mərhələsində iştirak iştirak edib cavabları “qeyri-məqbul” qiymətləndirmiş adları çəkilən namizədlərin siyahısında iddiaçının adı 10-cu yerdə qeyd edilmişdir. - Azərbaycan Respublikası Vəkillər X1 10 saylı xx.xx.2021-ci il tarixli əmrindən görünür ki, əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə Vəkillər Kollegiyası Rəyasət Heyəti İnsan resursları şöbəsinin müdiri X4 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən xəbərdarlıq edilmişdir. - İddiaçının cavabdehə ünvanlanmış ərizəsindən görünür ki, iddiaçı ona dəymiş mənəvi ziyana görə 50.000 manat məbləğində təzminat ödənilməsini xahiş etmişdir. - Cavabdehin xx.xx.2021-ci il tarixli 980 saylı məktubundan görünür ki, iddiaçının hazırki iddia tələbi ilə bağlı cavabdehə müraciəti təmin edilməmişdir. - xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəsmi internet səhifəsində (https://barassociation.az/news/657) dərc edilmiş məlumatdan görünür ki, xx.xx.2020-xx.xx.2021-ci il tarixlərdə şifahi müsahibə mərhələlərində iştirak edərək müvəffəqiyyət qazanmış namizədlərin sırasından iddiaçının adı yoxdur. - Cavabdehin iddiaçıya ünvanlanan xx.xx.2021-ci il tarixli 324 saylı məktubunda iddiaçıya xx.xx.2021-ci il tarixdə keçirilən şifahi müsahibədə İxtisas Komissiyasının üzvləri tərəfindən ünvanlanan suallara verdiyi cavablar “qeyri-məqbul” qiymətləndirildiyi üçün barəsində Vəkillər X2 rəy verilmədiyi və növbəti mərhələyə buraxılmadığı bildirilmiş və məktuba əlavə olaraq 18 fevral 2021-ci il tarixli iclas protokolundan çıxarış əlavə olunmuşdur. - Cavabdehin iddiaçıya ünvanlanan xx.xx.2021-ci il tarixli 342 saylı məktubda protokoldan çıxarışda yol verilmiş nöqsan qeyd edilmiş və xx.xx.2021-ci il tarixli iclas protokolunun Çıxarışı göndərilmişdir. İnzibati Prosessual Məcəllənin 2.2.4 və 2.2.7 maddələrinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) və inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsini tələb edə bilər. Bu maddənin tələbinə uyğun olaraq, iddiaçı cavabdeh inzibati orqana münasibətdə pul tələbini irəli sürməklə inzibati iddianı qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə). 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 23.2. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. 23.3. Kütləvi informasiya vasitələrində hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş fiziki şəxsin həmin kütləvi informasiya vasitələrində öz cavabının dərc edilməsi hüququ vardır. 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. 23.5. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin. 23.6. Bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2.6. Başqa şəxsə zərər vurulması. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Vurulmuş ziyanın müəyyən edilməsi üçün (əsas meyarlardan biri kimi) inzibati orqanın müdaxilə etməyəcəyi təqdirdə maraqlı şəxsin əmlak vəziyyətinin perspektiv inkişaf meyarı, yəni onun malik olacağı gəlirlər də daxil olmaqla perspektiv əmlak vəziyyəti, eyni zamanda iddiaçının məhrum olduğu əmlakın real bazar dəyəri, habelə analoji əmlakın inşası, təmiri və müvafiq infrastrukturun qurulması, əmlakın yerləşmə ərazisi və sairlə bağlı xüsusatlar nəzərə alınmalıdır. Sadalanan maddi hüquq normalarının tələbinə görə delikt məsuliyyətinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulan şərtlər (Mülki Məcəllənin 1096.1-ci maddəsi) (ziyanın mövcud olması, ziyanın hüquqa zidd hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, hərəkət (hərəkətsizliklə) nəticə arasında səbəbli əlaqənin və ziyan vuran şəxsin təqsirinin mövcud olması) ümumi norma olduğundan qeyd edilən normanın tətbiqi zamanı da həmin şərtlər tam ödənməlidir. Lakin hazırki iş üzrə cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya mənəvi zərər dəyməsi sübuta yetirilmir. Belə ki, məhkəməyə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 16 fevral 2021-ci il tarixdə peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə ixtisas imtahanının şifahi müsahibə mərhələsində iştirak etmiş, onun imtahan nəticələri Vəkillərin İxtisas Komissiyasının üzvləri tərəfindən vəkilliyə namizədlə keçirilən şifahi imtahanın qiymətləndirmə cədvəlində yazılı şəkildə qiymətləndirilmiş, 16 fevral 2021-ci il tarixli 5 saylı şifahi imtahan iclas protokolu tərtib edilmişdir. Vəkillərin İxtisas Komissiyası tərəfindən xx.xx.2021-ci il tarixdə baş tutmuş şifahi müsahibədə iddiaçıya ünvanlanmış suallara verdiyi cavablar İxtisas Komissiyasının üzvləri tərəfindən “qeyri-məqbul” qiymətləndirildiyindən iddiaçıya Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməsi üçün rəy verilməmiş və bu xx.xx.2021-ci il tarixli 6 saylı iclas protokolunda qeyd edilmişdir. xx.xx.2020-xx.xx.2021-ci il tarixlərdə şifahi müsahibə mərhələlərində iştirak edərək müvəffəqiyyət qazanmış namizədlərin nəticələri xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəsmi internet səhifəsində (https://barassociation.az/news/657) dərc edilmişdir. Bundan sonra iddiaçı Azərbaycan Respublikası Vəkillər X2 ərizə ilə müraciət edərək Vəkillərin İxtisas Komissiyası tərəfindən 16 fevral 2021-ci il tarixdə keçirilən şifahi müsahibə mərhələsinin qaydalara uyğun olmayaraq keçirildiyini əsas göstərərək imtahan nəticələrinin ona aid olan hissədə etibarsız hesab edilməsini xahiş etmişdir. İddiaçının şikayətinə xx.xx.2021-ci il tarixli Rəyasət Heyətinin iclasında baxılmış və əsas müəyyən edilmədiyindən, müraciəti təmin edilməmişdir. Bununla bağlı iddiaçıya xx.xx.2021-ci il tarixli 324 saylı məktubla cavab verilmişdir. Cavab məktubunda iddiaçıya xx.xx.2021-ci il tarixdə keçirilən şifahi müsahibədə İxtisas Komissiyasının üzvləri tərəfindən ünvanlanan suallara verdiyi cavablar “qeyri-məqbul” qiymətləndirildiyi üçün barəsində Vəkillər X2 rəy verilmədiyi və növbəti mərhələyə buraxılmadığı izah edilmişdir. xx.xx.2021-ci il tarixli 324 saylı məktuba əlavə olaraq 18 fevral 2021-ci il tarixli iclas protokolundan çıxarış əlavə olunmuşdur. Çıxarış hazırlanan zaman texniki səhvə yol verilmiş və iddiaçıya təqdim olunmuş protokoldan çıxarışda “qeyri-məqbul” sözü əvəzinə “məqbul” sözü yazılmışdır. Bununla əlaqədar iddiaçıya xx.xx.2021-ci il tarixli 342 saylı məktub ünvanlanaraq protokoldan çıxarışda yol verilmiş nöqsan qeyd edilmiş və ona xx.xx.2021-ci il tarixli iclas protokolunun çıxarışı göndərilmişdir. İddiaçı cavabdehin imtahan nəticəsinin texniki səhv nəticəsində yanlış elan edilməsini ona dəyən mənəvi ziyanın əsası kimi qeyd etsə də, həmin mənəvi ziyanın və onun nəticələrinin nədən ibarət olması və onları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iddiaçı ona təqdim olunmuş protokoldan çıxarışda qeyd olunmuş imtahanda suallara verdiyi cavabın “məqbul” qiymətləndirildiyi məlumatını aldıqdan sonra çox sevindiyini, hətta yaxınları tərəfindən təbriklər aldığını, lakin bu çıxarışda texniki səhv olduğu ona rəsmi olaraq bildirildikdə mənəvi iztirab keçirdiyini, səhhətinin pisləşdiyini bildirsə də, məhkəmə bu dəlillərini əsassız hesab edir. Çünki, iddiaçı imtahanın nəticələri ilə bağlı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəsmi internet səhifəsində (https://barassociation.az/news/657) dərc edilmiş məlumatlarda artıq ixtisas imtahanının şifahi müsahibə mərhələsində müvəffəqiyyət qazana bilməməsi ilə bağlı İxtisas Komissiyasının qərarından xəbərdar olmuş, hətta həmin qərarı mübahisələndirərək Rəyasət Heyəti tərəfindən iddiaçının müraciətinə baxılaraq ona verilmiş xx.xx.2021-ci il tarixli 324 saylı cavab məktubunda, xx.xx.2021-ci il tarixdə keçirilən şifahi müsahibədə İxtisas Komissiyasının üzvləri tərəfindən ona ünvanlanan suallara verdiyi cavabların “qeyri-məqbul” qiymətləndirildiyi üçün barəsində Vəkillər X2 rəy verilmədiyi və növbəti mərhələyə buraxılmadığı izah edilmişdir. Lakin cavab məktubuna əlavə edilmiş qoşmada texniki səhvə yol verildiyindən bu barədə ona cavabdehin xx.xx.2021-ci il tarixli 342 saylı məktubu ünvanlanaraq protokoldan çıxarışda yol verilmiş nöqsan qeyd edilmiş və xx.xx.2021-ci il tarixli iclas protokolunun çıxarışı göndərilmişdir. Texniki səhv nəticəsində məktuba qoşmaya əlavə olunmuş protokoldan çıxarışın sosial şəbəkələrdə yayılması da cavabdehin hərəkəti ilə baş verməmiş, iddiaçıya məlum oldugu halda özünün hərəkəti ilə olmuşdur. Məhkəmə tərəfindən cavabdehin hərəkətləri ilə dəymiş mənəvi ziyanın səbəbli əlaqəsinin mövcud olmasını təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi iddiaçıya təklif edilsə də, iddiaçı tərəfindən məhkəməyə hərhansı mötəbər sübut təqdim edilməmiş və ya məhkəmə tərəfindən hər-hansı mənbədən əldə edilməsi üçün vəsatət verilməmişdir. İddiaçının qeydiyyatda oldugu poliklinikaya müraciət etməsi ilə baglı dəlili isə məhz bu səbəbli əlaqənin mövcud olmasını təsdiq edən sübut olmadıgından məhkəmə qeydiyyat kitabçasını tələb etməmişdir. Həmçinin də cavabdehin insan resursları şöbəsinin müdiri Orxan Babayevə əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə xəbərdarlıq edilməsi ilə baglı iddiaçının dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, yazışma məktubunda texniki səhvə yol verdiyinə görə məsul işçiyə intizam tənbehinin verilməsi əmək münasibətlərindən irəli gələn hal oldugundan, cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi üçün əsas deyil. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsi barədə” Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilir ki, “Mülki Məcəllənin 23-cü maddəsində mənəvi zərər adətən şəxslərin qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır. Mənəvi zərər qeyri-əmlak zərəri olub iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik və sair qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı və iztirab verir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 saylı Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə MMnin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Bununla yanaşı, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Sadalanan maddi hüquq normalarının tələbinə görə delikt məsuliyyətinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulan şərtlər (MM-in 1096.1-ci maddəsi) (ziyanın mövcud olması, ziyanın hüquqa zidd hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, hərəkət (hərəkətsizliklə) nəticə arasında səbəbli əlaqənin və ziyan vuran şəxsin təqsirinin mövcud olması) ümumi norma olduğundan qeyd edilən normanın tətbiqi zamanı da həmin şərtlər tam ödənməlidir. İddia tələbinin münasibətdə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “mənəvi zərərin ödənilməsi” barədə hüquqi mövqeyindən göründüyü kimi, sözügedən iddia o zaman təmin edilə bilər ki, cavabdehin hərəkət və ya hərəkətsizliyi ilə iddiaçıya vurulmuş mənəvi zərər arasında səbəbli əlaqə müəyyən edilmiş olsun. İşə məhkəmədə baxılarkən isə belə əlaqə müəyyən edilməmişdir. İddiaçı cavabdehin hərəkəti nəticəsində iztirab keçirdiyini, bu səbəbdən mənəvi zərər tələbinin əsaslı olduğunu qeyd etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Ali Məhkəmə Plenumunun göstərilən qərarında qeyd edilmişdir ki, şəxsin iztirab keçirməsi dedikdə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. İşin məhkəmədə araşdırılan hallarından isə cavabdehin hərəkət və ya hərəkətsizliyi səbəbindən iddiaçının sağlamlığının pozulması, bunun nəticəsində fiziki əzab çəkməsi öz təsdiqini tapmamışdır. Beləliklə də hazırki iş üzrə cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya mənəvi zərər dəyməsi sübuta yetmir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmur. İddiaçının cavabdehin qanunsuz hərəkətinə görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmır. Məhkəmə qeyd edir ki, iddia ərizəsində vurulduğu irəli sürülən mənəvi zərərin cavabdehin hərəkət, yaxud hərəkətsizliyi nəticəsində vurulması, iddiaçının vəziyyətinin cavabdehin öz vəzifəsini yerinə yetirməməsi ilə pisləşmiş olması, cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulduğu güman edilən zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması sübut olunmur. Məhkəmə sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, cavabdehin imtinası qanuni olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16-cı, 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilməsin. Qərardan inzibati rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2 Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar