Məhkəmə qərarları › İş №2-1(112)-4155/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4155/2023

24.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4155/2023 24.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “kompensasiyanın ödənilməsi öhdəliyinin qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşmiş ümumi paylı mülkiyyətdə olmuş yaşayış evinin Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli Qərarı əsasında cavabdeh icra hakimiyyəti tərəfindən sökdürülməsi ilə əlaqədar həmin binada yerləşmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən X19nun adına qeydiyyata alınmış, (ümumi mülkiyyətin 2/3 hissəsindən ibarət) mənzilin söküntüyə məruz qaldığı üçün kompensasiyanın məbləği 92000 (doxsan iki min) manat olmaqla ona ödənilməsinin təmin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli qərarı ilə Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alan orqan Bakı şəhəri Cavabdeh (bundan sonra cavabdeh) müəyyən edilmiş və cavabdehə tapşırılmışdır ki bu qərarın 1-ci hissəsində göstərilən torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə uyğun olaraq həyata keçirsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər təqdim etsin. ünvan 1 ünvanında yerləşmiş ümumi paylı mülkiyyətdə olmuş yaşayış evi də Nazirlər Kabinetinin həmin xx.xx.2018-ci il tarixli Qərarının təsirinə düşüb. Yaşayış evinin, (10,7+11)= 21,7 kv metr ölçüdə 2 (iki) yaşayış otağından və (7,4+8,5)=15,9 kv.metr ölçüdə köməkçi sahədən ibarət 2/3 hissəsi DƏDRX-nin HDQ haqqında daşınmaz əmlakın dövlət reyestrində, 08 iyul 2006-cı il tarixdə, **********22-010301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, 11 nömrəli reyestr kitabının 1294 nömrəli vərəqində iddiaçının X19nun adına qeydiyyata alınıb. Bakı şəhəri, 12 saylı Notariat Kontorunda isə atası ilə iddiaçı arasında bağlanmış, 2017-ci il tarixli, seriyası AN-İ, №-si ******* olan daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən iddiaçıya həmin 2/3 hissə satılıb. Lakin ona satılan hissənin də yerləşdiyi, ümumi paylı mülkiyyətdə olan yaşayış binasının dövlət ehtiyacları üçün sökülməsinə qərar verildiyindən alqı-satqı müqaviləsinə əsasən iddiaçıya satılmış hissəni adına keçirməsi mümkün olmamışdır. X19 27 may 2021-ci il tarixdə vəfat edib. Mülkiyyətlərində olan payın kompensasiya dəyəri, mülkiyyətin bazar dəyəri və "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Qanunla müəyyən edilmiş bütün kompensasiya növləri nəzərə alınmaqla, AR Prezidentinin "Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə" 2007-ci il 07 dekabr tarixli, 506- İ1İQD nömrəli Qanunun tətbiq edilməsi haqqında" 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20% və digər əlavələr nəzərə alınmaqla, iddiaçının mülkiyyətində olmuş ümumi mülkiyyətdəki payının ölçüsünün bazar qiymətinin hasilidən alınan nəticəsinə görə müəyyən edilməlidir. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X27 adına qeydiyyata alınmış, (ümumi mülkiyyətin 2/3 hissəsindən ibarət) mənzilin ümumi sahəsi ((10,7+11)= 21,7 kv iki yaşayış otağı + (7,4+8,5)=15,9 kv.metr olan köməkçi sahə)=) 37,6 kv. metr olub. Bu rəqəmin üzərinə onun 20 faizi qədər (7.6 kv.metr) əlavəni etdikdə iddiaçıya düşən kompensasiyanın hesablanması üçün müəyyən edilməli ölçü 46 kv.metr edir. Bakı şəhəri Yasamal rayonunda torpaqların dövlət ehtiyacları üçün alınması barədə inzibati məhkəmə icraatında baxılmış işlərdə əmlakın dəyəri mövcud inzibati praktikaya əsasən hər kv.m-ə görə 1.500-2000 manat müəyyən edildiyindən iddiaçıya ödənilməli olan kompensasiyanın məbləği də onun mülkiyyəti olan (ümumi mülkiyyətin 2/3 hissəsindən ibarət) hissənin 20 faiz əlavəsi ilə birlikdə 46 kv. metrlik ölçüsünün 2000 manata hasilindən alınan nəticə olaraq müəyyən olunmalıdır. Həmin məbhğ isə 92000 (doxsan iki min) manat edir. İddiaçıya satılmış hissəsi də daxil olan, ünvan 1 ünvanında yerləşmiş ümumi paylı mülkiyyətdə olmuş yaşayış evi Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli Qərarı əsasında cavabdeh icra hakimiyyəti tərəfindən sökdürülmüş, lakin əmlakının kompensasiya dəyəri iddiaçıya ödənilməmişdir. O, bu barədə cavabdeh icra hakimiyyətinə rəsmi müraciət etsə də, bu günə kimi hər hansı cavab verilməmişdir. İcra hakimiyyətində təkrar olduğu vaxt rəsmən təqdim edilən cavabdan dolayısı yolla, şifahi olaraq bildirilənlərdən isə aşkar surətdə tələbindən imtina olunduğu ona bildirilmişdir. Ona görə də, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılaraq iddia tələbinə münasibət bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə göndərilmişdir. Cavabdeh Bakı şəhəri Cavabdeh iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Mirzəağa Əliyev küçəsi, 26 ünvanında yerləşən yaşayış evinin Dövlət qeydiyyatına alınıb-alınmaması və hüquq sahibi barədə məhkəmə tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşımaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi idarəsinə sorğu göndərilmişdir. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 14 aprel 2023-cü il tarixli cavab məktubuna əsasən ünvan 3 ünvanında yerləşən yaşayış evi dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin fərdi yaşayış evi bölünərək ünvan 4 ünvanlar alınmışdır. Bundan əlavə, Mirzəağa Əliyev küçəsi 26 saylı fərdi yaşayış evinin sonuncu mülkiyyətçisi X28 məxsus hissəsinə dair hüquqları isə Yasamal rayon İHB-nın 308/g-12 nömrəli xx.xx.2019-cu il tarixli məktubuna əsanən ləğv edildiyi qeyd edilmişdir. Daha sonra qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(103)-4673/2009 nömrəli qətnaməsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Mirzəağa Əliyev küçəsi, 26 saylı evin 2/3 hissəsi üzrə X21 adınaa daşınmaz əmlakın dövlət reyestrində aparılmış mülkiyyət hüququ barədə qeyd xx.xx.2006-cı il tarixdə etibarsız hesab edilmişdir. Eyni zamanda X30 ilə İddiaçı arasında mübahisəli evin 2/3 hissəsinin bir hissəsinə (2 otaq, ya 1,7+11,0 kv.m, köməkçi sahəsi 7,4+8,5 kv.m) dair Bakı şəhəri 12 saylı DNK-da bağlanılmış xx.xx.2007-ci il tarixli AN-İ seriyalı alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında dövlət reyestrində İddiaçı adına mülkiyyət hüququ barədə xx.xx.2007-ci il tarixli ********* nömrəli qeyd etibarsız hesab edilmişdir. İş materiallarında olan “İcraata başlamaq haqqında” 18 may 2010-cu il tarixli qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(103)- 4673/2009 nömrəli qətnaməsi icra olunması üçün Nərimanov rayon İcra şöbəsinə göndərilmiş, həmin şöbəsinin böyük məhkəmə icraçısı tərəfindən 18 may 2010-cu il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmiş və məhkəmənin icra vərəqəsi icra olunmuşdur. Bundan başqa, Bakı şəhəri 12 saylı Notariat ofisinin 15 fevral 2023-cü il tarixli cavab məktubundan görünür ki, İddiaçı adına Bakı şəhəri 12 saylı Notariat ofisində alqı-satqı müqaviləsi üzrə notariat hərəkətinin aparılması elektron notariat sistemində aşkar edilməmişdir. Bundan əlavə, 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 12 aprel 2023-cü il tarixli cavab məktubunda ünvan 5 ünvanında yerləşən yaşayış evinin kimlərin mülkiyyətində olması barədə məlumat var. Sözügedən məktubdan görünür ki, iddiaçının həmin ünvanda yerləşən evə dair mülkiyyət hüquqları qeydiyyata alınmamışdır. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl ünvan 6 ünvanında yerləşən yaşayış evinə görə ona kompensasiya ödənilməsi ilə bağlı Cavabdehnə müraciət etmiş və imtina cavabı almışdır. Lakin iddia tələbi ünvan 3 saylı evlə bağlıdır. Belə ki, Bakı şəhəri, Mirzəağa Əliyev küçəsi, ev 26 və 26 A ayrı-ayrı evlər olmuşdur. Məhkəmə sorğularına verilmiş cavab məktublarından və təqdim edilmiş sənədlərdən də aydın olur ki, Bakı şəhəri, Mirzəağa Əliyev küçəsi, ev 26 və ev 26 A iddiaçının nə mülkiyyətində, nə də ki, istifadəsində və sahibliyində olmamışdır. Qeyd olunanlara əsasən iddiaçının inzbati məhkəmə icraatı qaydasında iddia qaldırmaq üçün subyektiv hüququ mövcud deyil. Belə olan halda İddiaçı Cavabdehnə qarşı kompensasiya tələbi əsassız olduğu üçün iddia tələbi mümkünsüz hesab edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmənin dəftərxanası vasitəsilə teleqram ünvanlayaraq təyin olunmuş məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdehin nümayəndəsi isə hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı hazırkı iddianı irəli sürmək üçün subyektiv hüquqa malik olmadığından iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, ünvan 8 ünvanı sökülən zaman İddiaçı və onun ailə üzvləri həmin ünvanda yaşamadığından, həmçinin qeyd olunan ünvana dair hər hansı hüquqmüəyyənedici (çıxarış) sənədlər təqdim etmədiyindən ona müvafiq kompensasiyanın ödənilməsi barədə xahişinin yerinə yetirilməsi mümkün olmamışdır. İddiaçıya Yasamal rayonu, M.A.Əliyev küçəsi, 26 A ünvanına dair müvafiq sənədlər rayon İcra Hakimiyyətinə təqdim edildikdən sonra müraciətinə yenidən baxılacağı bildirilmişdir. ünvan 8 ünvanında yaşayan, pay hüququna malik olan və hüquqmüəyyənedici sənədlər təqdim etmiş sakinlərlə Cavabdeh arasında razılıq əldə olunmuş, yaşayış sahələrinin alınmasına dair notarial qaydada ayrı-ayrılıqda alqı-satqı müqavilələri imzalanmış və müvafiq kompensasiya ödənildiyi bildirilmişdir. Əlavə olaraq ünvan 9 ünvanına dair hüquqmüəyyənedici (çıxarış) sənədləri rayon İcra Hakimiyyətinə təqdim etmədiyi təqdirdə İddiaçı kompensasiyanın ödənilməsi mümkün olmadığı qeyd edilmiş, ona müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. -Bakı şəhəri 12 saylı dövlət notariat kontorunda bağlanmış xx.xx.2007-ci il tarixli, ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, alıcı İddiaçı Bakı şəhəri, Yasamal rayonu, X47 küçəsində yerləşən 2/3 hissədən iki otaq sahəsi № 12 və 13 sahəsi 10.7+11.0 kv.m, köməkçi sahə №№ 14,15 və 18 sahəsi 7.4+8.5+7.4 kv.mdən ibarət 26 nömrəli fərdi yaşayış evini etibarnamə əsasında satıcı X20 əvəzinə hərəkət edən X24 almışdır. Həmin müqavilənin 1-ci bəndindən görünür ki, satılan daşınmaz əmlak Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların X33 daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2006-cı il tarixdə, **********22- 01301 reyestr nömrəsi ********* qeydiyyat nömrəsi olan 11 nömrəli reyestr kitabının 1294 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışlar əsasında satıcılara məxsusdur. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsi, 26A saylı fərdi yaşayış evi aşağıda qeyd olunan şəxslərin adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir: X15 - 2 otaq (y/s 21,7kv.m.; k/s 15.9kv.m.)-dən 1/6 hissə, X3 - 2 otaq (y/s 21.7kv.m.; k/s 15.9kv.m.)-dən 1/6 hissə, X16 - 2 otaq (y/s 21.7kv.m.; k/s 15.9kv.m.)dən 1/6 hissə, X11 - 2 otaq (y/s 21.7kv.m.; k/s 15.9kv.m.)-dən 7/36 hissə, X8 - 2 otaq (y/s 21.7kv.m.; k/s 15.9kv.m.)-dən 7/36 hissə, X6 - 2 otaq (y/s 21.7kv.m.k/s 15.9.m. 0-in 1/6 hissəsindən 4/36 hissə. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, ünvan 1 saylı yaşayış evi dövlət reyestrində qeydiyyata alınmışdır. Sözügedən fərdi yaşayış evi bölünərək ünvan 10 ünvanları almışdır. ünvan 11ış evinin sonuncu mülkiyyətçilərindən X28 məxsus hissəsinə dair hüquqları isə Yasamal rayon İHB-nin 308/g-12 nömrəli 21,05.2019-cu il tarixli məktubuna əsasən ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(103)-4673/2009 nömrəli qətnaməsinə əsasən ünvan 1 saylı evin 2/3 hissəsi üzrə X21 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış mülkiyyət hüququ barədə xx.xx.2006-cı il tarixli qeyd etibarsız hesab edilmişdir. X30 ilə İddiaçı arasında mübahisəli evin 2/3 hissəsinin bir hissəsinə (2 otaq, yaşayış sahəsi 10,7+11,0 kv.m, köməkçi sahəsi 7,4+8,5 kv.m) dair Bakı şəhəri 12 saylı DNK-da bağlanmış xx.xx.2007-ci il tarixli AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsi, həmin müqavilə əsasında dövlət reyestrində İddiaçı adına mülkiyyət hüququ barədə xx.xx.2007-ci il tarixli ********* nömrəli qeyd etibarsız hesab edilmişdir. Sözügedən əmlakın sonuncu mülkiyyətçilərindən X17 hüquqları Yasamal İHB-nın 34659/11 saylı xx.xx.2019-cu il tarixli məktubuna əsasən ləğv edilmişdir. Hazırda Bakı şəhəri, Yasamal rayonu, Mirzağa Əliyev küçəsi, ev 26 a saylı fərdi yaşayış evinin 2 otaq (y/s 21.7kv.m.; k/s 15.9kv.m.)-dən 1/6 hissəsi X9; 2 otaq (y/s 21.7kv.m.; k/s 15.9kv.m.)-dən 1/6 hissəsi X1; 2 otaq (y/s 21.7kv.m.; k/s 15.9kv.m.)-dən 1/6 hissəsi X10; 2 otaq (y/s 21.7kv.m.; k/s 15.9kv.m.)-dən 7/36 hissəsi X7; 2 otaq (y/s 21.7kv.m.; k/s 15.9kv.m.)-dən 7/36 hissəsi X4; 2 otaq(y/s 21.7kv.m.k/s 15.9.m.0-in 1/6 hissəsindən 4/36 hissəsi X2 mülkiyyətlərindədir. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X33 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın (xx.xx.2006-cı il tarixli, reyestr nömrəsi **********22-10301, qeydiyyat nömrəsi 1********) surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsində istifadədə olan 0,0393 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 9 otaqlı, 114,4 kv.m yaşayış, 68.5 kv.m köməkçi sahədən ibarət 26 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X21-2/3 hissə, Xankişi Qulam oğlunun-1/3 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli reyestr kitabının 1294 nömrəli vərəqində qeydiyyata alınmışdır. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 11/12774 nömrəli, xx.xx.2006-cı il tarixli daşınmaz əmlakltəsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X48 küçəsi ünvanında yerləşən 26 nömrəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində paylı mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. Mülkiyyətçilər: X30, 2/3 pay, Qeydiyyat nömrəsi, **********, tarixi xx/xx/2006, Reyestr kitabı 11, səhifə 1294. xxx Xankişi Qulam oğlu, 1/3 hissə, Qeydiyyat nömrəsi, tarixi xx.xx.2006, Reyestr kitabı 11, səhifə 1294. -Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(103)-4673/2009 nömrəli qətnaməsindən görünür ki, iddiaçılar X15 və qeyrilərinin cavabdehlər X35, İddiaçı, X25 və qeyrisinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi, vərəsəlik hüququnun tanınması, ləyaqətsiz vərəsə hesab olunma, mülkiyyət hüququ barədə qeydin və alqı-satqı müqavilələrinin etibarsız hesab olunması” tələbi barədə iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsindən iddiaçıların nümayəndəsi X37 və iddiaçı Şükufə Həmid qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək X18, X3, X16, X8, X11 və Şükufə Həmid qızının Bakı şəhəri, M.A.Əliyev küçəsi, 26 saylı evin X5 və Məşədi X13 məxsus 2/3 payın ½ hissəsinə, yəni ümumilikdə evin 1/3 hissəsinə vərəsəlik hüquqları tanınmış, həmin hissədə Bakı şəhəri, M.A.Əliyev küçəsi, 26 saylı evin 2/3 hissəsi üzərində X21 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış mülkiyyət hüququ barədə xx.xx.2006-cı il tarixdə qeyd etibarsız hesab edilmiş, X30 (adından etibarnamə əsasında hərəkət edən X36) ilə İddiaçı arasında mübahisəli evin 2/3 hissəsinin bir hissəsinə (2 otaq, yaşayış sahəsi 10,7+11,0 kv.m, köməkçi sahəsi 7,4+8,5 kv.m.) dair Bakı şəhəri, 12 saylı DNK-da bağlanmış xx.xx.2007-ci il tarixli, AN-1 seriyalı, ******* saylı alqı-satqı müqaviləsi, həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına mülkiyyət hüququ barədə xx.xx.2007-ci il tarixli, ********* qeyd etibarsız hesab edilmişdir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı məhkəmə, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Sözügedən Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Həmin Qərarın 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Eyni Qərarın 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin, iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İstinad olunan normaların tələbinə əsasən, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Hazırkı işin hallarından müəyyən edildi ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(103)-4673/2009 saylı qətnaməsi əsasında ünvan 1 saylı evin 2/3 hissəsi üzrə X21 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış mülkiyyət hüququ barədə xx.xx.2006-cı il tarixli qeyd və X30 ilə İddiaçı arasında mübahisəli evin 2/3 hissəsinə dair Bakı şəhəri 12 saylı DNK-da bağlanmış xx.xx.2007-ci il tarixli AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsi, habelə həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına mülkiyyət hüququ barədə aparılmış qeydiyyat etibarsız hesab edilmişdir. İddiaçının tələb hüququnun əsası kimi çıxış edən daşınmaz əmlakın alqısatqısına dair müqavilə və həmin müqavilə əsasında müvafiq reyestrdə aparılmış qeydiyyata dair verilmiş çıxarış etibarsız hesab edildiyindən iddiaçı cavabdehə qarşı kompensasiya ödənilməsini tələb etmək üçün subyektiv hüquqa malik deyildir. Belə olan halda məhkəmənin qənaətinə görə, iddiaçını subyektiv hüququn sahibi kimi qəbul edə bilmək üçün o, cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən hərəkət və ya hərəkətsizliyin edildiyinə dəlalət edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən, cavabdeh Bakı şəhəri Yasamal RİH tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, iddia mümkün sayılmamalıdır. Ali Məhkəmənin istinad olunan Plenum Qərarının 8.3-cü bəndində göstərilir ki, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar