Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4157/2021 29.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X10 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil və Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin N saylı hərbi hissəsinə qarşı “N4 iyul N0N0-ci il tarixli N gm nömrəli əmrin ləğv edilməsi,vəzifəsinə bərpa edilməsi və kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin N saylı hərbi hissəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xidmətdən xaric olmağına səbəb olmuş əmrin ləğvi və işə bərpa olunmağı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, N007-ci il yanvar ayının 16-da Azərbaycan Respublikası Silahlı X8 Mərkəzinin nəzdində “X9 Hərbi Xidmət Qulluqçu” kursuna daxil olmuşdur. N007-ci ilin aprel ayında həmin kursu bitirib, N saylı hərbi hissənin X7 Xüsusi Təyinatlı Gəmiləri Divizionunun H 511 X1 manqa komandiri vəzifəsinə təyin olunmuşdur. N010-cu ilin mart ayında Azərbaycan Respublikası Silahlı X8 Mərkəzinin nəzdində “Gizir hazırlığı” kursuna daxil olmuşdur. N010-cu ilin sentyabr ayında həmin kursu bitirb, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin nəzdindəki “Miçman hazırlığı” kursuna daxil olmuşdur. N011-ci ilin yanvar ayında həmin kursu bitirmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmri ilə 600 saylı hərbi hissənin X7 X3 D 431 X11 şturman, rabitə və radiotexnika döyüş hissəsinin komanda baş çavuşu vəzifəsində xidmət edir.N0N0-ci ilin iyunun NN-i tarixində hərbi hissədə kazarma rejimi elan olunmuşdur. Həmin gün o, dostu olan XN evdən ona paltar, aptekdən mədə ağrısı dərmanı və mağazadan bir az şirniyyat alıb gətirməsini xahiş etmişdir. Həmin gün saat N1:00 radələrində dostu olan şəxs Maqsudov Nahid həmin çantayla xidmət etdiyi N №-li hərbi hissənin nəzarət buraxılış məntəqəsinin qarşısında olduğunu ona demiş və getmək üçün tələsdiyini söyləmişdir. Ona çantanı NBM növbətçisinə verməsini söyləmişdir. Cavabında ona NBM növbətçisini qəbul etmədiyini demişdir. Bu zaman ona həmin çantanı hərbi hissənin hasarının çöl tərəfdə bir yerdən asmağını və onun gedib ordan götürəcəyini söylədi. 10-15 dəqiqə sonra çantanın dalınca getmiş, hasara qalxmış və çantanın çöl tərəfdən yerə düşdüyünü görmüş və hasarı aşıb həmin çantanı götürüb, yenidən hərbi hissənin içərisinə daxil olmuşdur.Səhəri gün saat 9:00 radələrində gəmi komandiri kapitanleytenant Səmədov Toğrul onu yanına çağıraraq hərbi hissə komandiri N-ci dərəcəli kapitan Xamraz Qurbanovun hər ikisinin də onun yanına çağırıldığını dedi. X6 hərbi hissə komandirinin otağına getmişlər. Bu zaman onlarla gəmidə mexanik kimi xidmət edən Əliyev Elçin də var idi. Hərbi hissə komandiri ona axşam çantanın götürülmə hadisəsini soruşdu. O da cavabında olanları demişdir. Gəmi komandiri onda özü aşkar etmiş kimi raport yazmışdı. N5.06.N0N0-ci ildə 3-cü dərəcəli kapitan İmanov Vüsal Eldar oğlunun sədrliyi ilə “Şərəf məhkəmə”si keçirilmişdir. “Şərəf məhkəmə”sində ictimai töhmət verilməsi təklif olundu. Lakin hərbi hissə komandiri Xamraz Qurbanov bu qərarla razılaşmayıb, onu ordu sıralarından ehtiyata buraxılması üçün yuxarı komandanlığa vəsatət qaldırdı. Bütün bu hadisələr hərbi hissə komandiri Xamraz Qurbanovun onla şəxsi münasibətlərinə söykənirdi. Xidmət etdiyi dövrdə o, dəfələrlə mükafatlandırılmış, N017-ci ildə “qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalla təltif olunmuşdur. Lakin bir xətaya görə onu işdən qovub, ailəsini acınacaqlı vəziyyətə saldılar. N4.07.N0N0-ci il tarixdə N nömrəli hərbi hissənin komandanının N nömrəli əmri ilə onu “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156 “e” (xidməti uyğunsuzluq) vəzifədən azad olunmuşdur.Dəfələrlə müraciət etsə də, əmrin surətini yaxud çıxarışını ala bilməmişdir. Ona bildirilmişdir ki, hərbi sirr olduğundan əmrdən çıxarış verilə bilməz.O, xidmətə qəbul olunduğu vaxtdan xaric olunduğu vaxtadək hər hansı intizam pozuntusu törətməmiş, cəza almamış, həmişə özünü nümunəvi aparmışdır. Qeyd edilənlərə əsaəsn iddia tələbinin təmin edilməsi, işə bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İ ddiaçı N9.09.N0N1-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində Azərbaycan Respublikası Hərbi X4 N4 iyul N0N0-ci il tarixli N gm nömrəli əmrinin ləğv edilməsi, qeyd olunan vəzifəsinə bərpa olunması və buna müvafiq kompensasiya almağı barədə qərar çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilmiş və iş materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili iş üzrə iddianın mümkün sayılaraq, təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi təqdim edilmiş etirazın dəlilləri üzrə izahat verərək, iddia tələbinin mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianın mümkün sayılmaması barədə vəsatət təqdim edərək, bildirdi ki, iddiaçı xidmət dövründə mütəmadi ciddi intizam pozuntularına yol verdiyinə görə aidiyyəti, buna səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmaya təqdim edilmiş və N nömrəli hərbi hissə komandirinin müvafiq əmrinə əsasən ehtiyata buraxılmışdır. Ehtiyata buraxıldıqdan sonra iddiaçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq bölməsində qeydiyyata durmuşdur, ehtiyata buraxılmağı ilə əlaqədar müəyyən edilmiş çıxış müavinəti almışdır. N №-li hərbi hissə komandirinin N4.07.N0N0-ci il tarixli N gm nömrəli əmri iddiaçıya elan edilmiş və o əmrlə tanış olmasını öz imzası ilə təsdiq etmişdir.Ordu sıralarından ehtiyata buraxılması ilə əlaqədar iddiaçı ilə söhbət aparılmışdır. Söhbət vərəqələrində ona verilən intizam cəzəlarına, ehiyata buraxılmağa təqdim edilməsinə rəsmi münasinətin bildirilməsi üçün ona lazımi şərait yaradılmışdır. İddiaçı ehtiyata buraxılmasından, ondan əvvəl intizam məsuliyyətinə cəlb olunaraq intizam qaydasında cəzalandırılmasından, barəsində şərəf məhkəməsinin keçirilməsindən məlumatlı olmuşdur. Belə olan halda iddiaçı həmin dövrdə barəsində qəbul edilmiş qərarlardan narazı qaldığına görə şikayət instansiyalarına müraciət etmək hüququndan istifadə edə bilərdi və bunun üçün bütün imkanlara malik olmuşdur. Lakin iddiaçı bunu etməmiş və 5 aydan çox vaxt keçdikdən sonra barəsində qəbul edilmiş qərarı mübahisələndirir. Qeyd olunanlara əsasən iddiaçı qüvvədə olmuş mülki-prosessual və qüvvədə olan inzibati-prosessual qanunvericiliklə nəzərdə tutulmuş 30 günlük müddəti ötürmüşdür. Odur ki, iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 1N.1-ci maddəsinə görəməhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 3N.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının 9 dekabr N014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun N8 dekabr N015-ci il tarixli qərarında göstərilir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. İş materialında olan SQ ******* nömrəli şəxsi vəsiqənin surətindən görünür ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin N gm N4.07.N0N0-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və qeydiyyat üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsinə göndərilmişdir. İş materialında olan N nömrəli hərbi hissə komandirinin N avqust N0N0-ci il tarixli NN4 nömrəli nizami hissə üzrə əmrindən çıxarışdan görünür ki, miçman İddiaçı, Hidroqrafiya gəmiləri divizionunun Böyük hidroqrafiya gəmisinin (H567) baş bosmanı, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə müvafiq olaraq, Hərbi X4 N4 iyul N0N0-ci il tarixli N gm nömrəli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilmiş, N0N0-ci ilin hesabından qalan N5 (iyirmi beş) gün müddətinə məzuniyyət verilməklə 1N sentyabr N0N0-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan (Böyük hidroqrafiya gəmisinin (567) qazan (ərzaq) təminatından) çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ Rayon Şöbəsinə göndərilmişdir. Miçman İddiaçı, Azərbaycan Respublikası nazirinin 19 oktyabr N017-ci il tarixli NN nömrəli qərarına əsasən, N0N0-ci ilin yanvar-avqust aylarındakı xidmətlərinə görə birdəfəlik pul mükafatını almağa layiq deyil. N0N0-ci il üçün maddi yardım və məzuniyyətə görə pul müavinəti ödənilib. Miçman İddiaçı ehtiyata buraxılması ilə əlaqədar iki aylıq maaş miqdarında birdəfəlik pul müavinəti ödənilmişdir. (Əsas: Hərbi X4 N4 iyul N0N0-ci il tarixli N gm nömrəli əmri (d/ol-33N,). Göründüyü kimi iddiaçının iddia tələbi iki hissədən ibarətdir: 1)N gm N4.07.N0N0-ci il tarixli əmrinin ləğv edilərək işə bərpa olunması; N)Müvafiq kompensasiyanın ödənilməsi bağlıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin N gm N4.07.N0N0-ci il tarixli əmrini 05.0N.N0N1-ci il tarixdə məhkəməyə müraciət edərək mübahisələndirmiş, bununla da qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Belə ki, iddiaçının hazırki iddia tələbi ilə mübahisələndirildiyi N nömrəli hərbi hissə komandiri tərəfindən qəbul edilən əmr N4.07.N0N0-ci il tarixə aiddir. Cavabdeh tərəfindən təqdim olunmuş sənəddə iddiaçının əmrdən çıxarışla tanış olduğu tarix 11.08.N0N0-ci il qeyd edilmişdir. Həmçinin iddiaçı N gm N4.07.N0N0-ci il tarixli əmrlə ehtiyata buraxıldıqdan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsinə qeydiyyata göndərilmiş və ona ehtiyata buraxılması ilə əlaqədar iki aylıq maaş miqdarında birdəfəlik pul müavinəti ödənilmişdir. Belə ki, iddiaçı iddia ərizəsində ona əmrin surətinin təqdim edilmədiyini, lakin ehtiyata buraxıldıqdan sonra qeydiyyat yeri üzrə hərbi qeydiyyata alınmalı olduğunu bildirdiklərini qeyd etmişdir. Göründüyü kimi, iddiaçı N nömrəli hərbi hissə komandiri tərəfindən qəbul edilən N gm N4.07.N0N0-ci il tarixli əmrindən ən geci 11 avqust N0N0-ci il tarixdə xəbərdar olduğu təqdirdə, o həmin əmri mübahisələndirmək hüququnun 30 günlük müddətini ötürmüşdür. Həmçinin nəzərə almaq lazımdır ki, İPM-in 38.1-ci maddəsi yalnız "təqdim olunma" ifadəsindən deyil, həm də "elan olunma" ifadəsindən istifadə edir. Buna görə, "elan olunma" eynilə "təqdim olunma"ya bərabər hüquqi nəticələr doğurur. "Elan olunma" isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Bu mövqeyinə uyğun olaraq Məhkəmə hesab edir ki, işin halları iddiaçının 30 günlük iddia müddətini ötürdüyünü mübahisəsiz təsdiq edir. “Hərbi Xidmətkeçmə Haqqında Əsasnamə”-nin 165-ci maddəsinə əsasən ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarına və işin hallarına istinad edərək hesab edir ki, iddiaçı mübahisələndirmə haqqında iddia növü üzrə prosessual müddəti ötürdüyündən, həmçinin iddia müddətinin bərpa edilməsi barədə vəsatət təqdim etmədiyindən, iddia müddətə dair mümkünlük şərti ödənilməməsi səbəbi ilə mümkünsüz sayılmalıdır. Məhkəmə iddiaçının iddia tələbinin məcburi işburaxma müddəti ərzində əmək haqqının hesablanaraq ödənilməsi ilə bağlı hissəsinə münasibət bildirərək qeyd edir ki, hazırki mərhələdə iddiaçının irəli sürdüyü məcburi iş buraxma dövründə əmək haqqının hesablanaraq ödənilməsi bağlı tələbinin baxılmasının mümkün olmaması səbəbi odur ki, iddiaçının xidməti uyğunsuzluğuna görə hərbi xidmətdən ehtiyyata buraxılması barədə əmr hazırki iddia ilə mübahisələndirilmiş və məhkəmənin mövqeyinə əsasən həmin hissəyə baxılması mümkünsüz sayılmışdır. İnzibati Prosessual Məcəlləsinin 3N.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə iddiaçının müvafiq kompensasiyanın ödənilməsi ilə bağlı tələbinə münasibətdə qeyd edir ki, iddiaçı bu hissədə tələbini dəqiq qeyd etmədiyindən hesab edilir ki, iddiaçı məcburi işburaxma müddəti ərzində ona əmək haqqının ödənilməsini tələb edir. İddia tələbinin buı hissəsinə baxılması, yalnız həmin əmr üzrə mübahisə yekunlaşdığı təqdirdə mümkündür. Odur ki, iddia tələbi həmin hissədə də mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel N015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (N.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (N.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in N.N-ci, N3-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim : Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-4157/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4157/2021
29.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver