Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4157/2024 19.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Birgə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi X6 iştirakı ilə, Birgə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “yeni növ koronavirus (Covid-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak etdiyi üçün əməkhaqqına müddətli əlavənin ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. Birgə iddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı3, İddiaçı2, İddiaçı1 və İddiaçı4 qızma yeni növ koronavirus (Covid-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edildiklərindən həmin iştirak etdikləri (cəlb edildiyi) dövr üzrə əməkhaqqlarına əlavənin hesablanıb verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçılar oğlu İddiaçı3 2020- ci ilin mart ayından 2021ci ilin oktyabr ayınadək AR Müdafiə Nazirliyinin Mərkəzinin Hərbi Poliklinikası-Radialogiya bölməsində həkim vəzifəsində, İddiaçı2 2020-ci ilin mart ayından 2022-ci ilin dekabr ayınadək N saylı hərbi hissənin, AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası- Radiologiya bölməsində həkim vəzifəsində, İddiaçı1 2020-ci ilin mart ayından 2022-ci ilin fevral ayınadək AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası-infeksion xəstəliklər kabinetində həkim vəzifəsində, İddiaçı4 2020-ci ilin mart ayından 2023-cü ilin may ayınadək AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası-infeksion xəstəliklər kabinetində həkim vəzifəsində xidmət etmişlər. İddiaçılar həmin müddət ərzində “Yeni növ koronavirus (Covid-19)” infeksiyası ilə mübarizə tədbirlərinin həyata keçirilməsində iştirak etmişlər, infeksiyaya yoluxmuş xəstələr ilə birbaşa təmasda olmuşlar və öz həyatlarını riskə ataraq vəzifələrini layiqincə yerinə yetirmişlər. Belə ki, iddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı1 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə dəfələrlə müraciət edərək “Yeni növ koronavirus (Covid-19)” infeksiyası ilə mübarizə tədbirlərində iştirak etdikləri üçün, onların əmək şəraitlərinə görə (iş vaxtına mütənasib) əmək haqqlarına müddətli əlavənin hesablanıb ödənilməsini xahiş etmişlər. Həmçinin, bu məsələ ilə bağlı iddiaçılar və digər şəxslər tərəfindən kollektiv cavabdeh AR Müdafiə Nazirliyinə müraciət edilmişdir, lakin cavabdeh tərəfindən həmin müraciətə cavab verilməmişdir. Bu səbəbdən, iddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı1 və İddiaçı4 qızma yeni növ koronavirus (Covid-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edildiklərindən həmin iştirak etdikləri (cəlb edildiyi) dövr üzrə əməkhaqqlarına əlavənin hesablanıb verilməsi öhdəliyinin cavabdeh AR Müdafiə Nazirliyinin üzərinə qoyulması üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qeyd edilmişdir ki, cavabdeh tərəfindən iddiaçılara onların yeni növ koronavirus infeksiyası ilə mübarizə və profilaktika tədbirlərinə cəlb edilməkləri barədə və hansı müddət ərzində həmin vəzifələri icra etmələri barədə hər hansı bir sənəd təqdim edilməmişdir. Bu səbəbdən, məhkəmə tərəfindən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə iddiaçıların yeni növ koronavirus infeksiyası ilə mübarizə və profilaktika tədbirlərinə cəlb edilib-edilməmələri, edildikləri təqdirdə cəlb edilmələrinin tarixi və müvafiq məlumatların məhkəməyə təqdim edilməsinə dair sorğu verilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən işin həlli zamanı iddiaçı X4 cavabdeh AR Müdafiə Nazirliyinə qarşı “yeni növ koronavirus tədbirlərində iştirak etdiyi (cəlb edildiyi) bütün dövr üçün əməkhaqqında iş vaxtına mütənasib olaraq müddətli əlavənin hesablanın ödənilməsi” iddia tələbinə dair Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2245/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı nəzərə alınmalıdır. Həmin qərara əsasən, iddiaçı X4 iddia tələbi təmin edilərək ona işçi (baş sanitar həkim) olaraq tibbi müəssisəsində yeni növ koronavirus (Covid-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edildiyindən həmin iştirak etdiyi (cəlb edildiyi) dövrü üçün əməkhaqqına əlavənin hesablanıb verilməsinin təmin edilməsi vəzifəsi cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır.
3. Cavabdeh tərəfindən təqdim edilmiş vəsatətdə qeyd edilmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X7 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak etdiyi üçün əməkhaqqına müddətli əlavənin ödənilməsi” dair iddia ərizəsinə baxılır. İddia tələbində qeyd olunanlar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin səlahiyyətlərinə aid olmadığından əsl cavabdehlə əvəz olunmalıdır. Belə ki, AR NK xx.xx.2020-ci il tarixli 112 nömrəli Qərarının 1 -ci hissəsinə uyğun olaraq yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə Müdafiə Nazirliyinin tibb müəssisələrində həmin infeksiya ilə mübarizəyə cəlb edilmiş tibb işçilərinin əmək haqlarına müvafiq əlavələrin ödənilməsi məsələsinə baxması barədə Tibb İdarəsi tərəfindən Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət olunmuşdur. Həmçinin tərtib edilmiş cədvəllər də həmin quruma göndərilmişdir. Məktuba cavab olaraq tövsiyə olunmuşdur ki, həmin məsələlərin həlli ilə bağlı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət edək. Bununla bağlı həmin nazirliyə müraciət olunmuşdur (məktubların surətləri əlavə olunur). AR NK xx.xx.2020-ci il tarixli 112 nömrəli Qərarının 4cü hissəsində göstərilmişdir ki, AR Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi AR Maliyyə Nazirliyi ilə birlikdə həmin Qərardan irəli gələn digər məsələləri həll etsinlər. Yuxarıda qeyd olunanlardan aydın görmək olar ki, Müdafiə Nazirliyi siyahıları tərtib edərək aidiyyəti üzrə digər qurumlara müraciət edib, lakin həmin siyahıların təsdiq edilməsi və ödənişlərin həyata keçirilməsi Müdafiə Nazirliyinin səlahiyyətlərinə aid olmadığından üzərinə vəzifə qoyula bilməz, əsl cavabdeh müəyyən olunmalıdır. AR MPMnin 54.1-ci maddəsinə əsasən: “54.1. iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər.” AR İPM-nin 13-cü maddəsinə əsasən: “Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında ... proses iştirakçılarına yardım etməyə borcludur.” AR İPM-nin 35.1 -ci maddəsinə əsasən, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsalandırdığı hallarda iddia mümkün sayılır. Həmin Məcəllənin 28.2,-ci maddəsinə görə, Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Bunu nəzərə alaraq, Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyini məhkəmə icraatına cəlb edilməsi xahiş edilmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X7 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak etdiyi üçün əməkhaqqına müddətli əlavənin ödənilməsində” iddia tələbində əsl olmayan cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyini əsl cavabdehlə əvəz edilməsinə dair qərardad qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin vəsatəti təmin olunmadığı halda AR İPM-nin 35.1, 47.2-ci maddələrinə əsasən, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X7 iddia ərizəsinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir.
4. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliknikasının rəisinin xx.xx.2020-ci il tarixli 179 nömrəli əmrindən çıxarışa əsasən: “03 oktyabr 2020-ci il tarixdən getmiş hesab edilsinlər: 5.İddiaçı4, poliklinikanın Terapiya bölməsinin infeksion xəstəliklər kabinetinin həkiminfeksionisti, ezamiyyətə, Silahlı Qüvvələrin Baş klinik Hospitalına (Bakı şəhəri), 10 (on) gün müddətinə.”
5. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliknikasının rəisinin xx.xx.2020-ci il tarixli 179 nömrəli əmrindən çıxarışa əsasən: “03 oktyabr 2020-ci il tarixdən getmiş hesab edilsinlər: 2.Tibb xidməti kapitanı İddiaçı1, poliklinikanın Terapiya bölməsinin infeksion xəstəliklər kabinetinin ordinatoru, ezamiyyətə, Silahlı Qüvvələrin Baş Klinik Hospitalına (Bakı şəhəri), 10 (on) gün müddətinə.”
6. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliknikasının rəisinin xx.xx.2020-ci il tarixli 182 nömrəli əmrindən çıxarışa əsasən: “06 oktyabr 2020-ci il tarixdən getmiş hesab edilsinlər: 2.Tibb xidməti kapitanı İddiaçı3, poliklinikanın Radialogiya bölməsinin səyyar flüoroqrafiya kabinetinin ordinatoru, ezamiyyətə, Silahlı Qüvvələrin Baş Klinik Hospitalına (Bakı şəhəri), 30 (otuz) gün müddətinə.”
7. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliknikasının rəisinin xx.xx.2020-ci il tarixli 189 nömrəli əmrindən çıxarışa əsasən: “Xidməti zərurətlə əlaqədar olaraq Silahlı Qüvvələrin Baş Klinik Hospitalında ezamiyyətdə olan hərbi qulluqçuların və mülki işçilərin ezamiyət müddətləri xx.xx.2022-ci il tarixdən xüsusi göstəriş olanədək uzadılsın: 5.İddiaçı4, poliklinikanın Terapiya bölməsinin infeksion xəstəliklər kabinetinin həkiminfeksionisti.”
8. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliknikasının rəisinin xx.xx.2020-ci il tarixli 189 nömrəli əmrindən çıxarışa əsasən: “Xidməti zərurətlə əlaqədar olaraq Silahlı Qüvvələrin Baş Klinik Hospitalında ezamiyyətdə olan hərbi qulluqçuların və mülki işçilərin ezamiyət müddətləri xx.xx.2022-ci il tarixdən xüsusi göstəriş olanədək uzadılsın: 2.Tibb Xidməti kapitanı İddiaçı1, poliklinikanın Terapiya bölməsinin infeksion xəstəliklər kabinetinin ordinatoru.”
9. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliknikasının rəisinin xx.xx.2020-ci il tarixli 191 nömrəli əmrindən çıxarışa əsasən: “15 oktyabr 2020-ci il tarixdə gəlmiş və vəzifələrinin icrasına başlamış hesab edilsinlər: 7.İddiaçı4, poliklinikanın Terapiya bölməsinin infeksion xəstəliklər kabinetinin həkiminfeksionisti-ezamiyyətdən, Silahlı Qüvvələrin Baş Klinik Hospitalından (Bakı şəhəri).”
10. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliknikasının rəisinin xx.xx.2020-ci il tarixli 191 nömrəli əmrindən çıxarışa əsasən: “15 oktyabr 2020-ci il tarixdə gəlmiş və vəzifələrinin icrasına başlamış hesab edilsinlər: 4.Tibb xidməti kapitanı İddiaçı1, poliklinikanın Terapiya bölməsinin infeksion xəstəliklər kabinetinin ordinatoru-ezamiyyətdən, Silahlı Qüvvələrin Baş Klinik Hospitalından (Bakı şəhəri).”
11. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliknikasının rəisinin xx.xx.2020-ci il tarixli 191 nömrəli əmrindən çıxarışa əsasən: “15 oktyabr 2020-ci il tarixdə gəlmiş və vəzifələrinin icrasına başlamış hesab edilsinlər:
3. Tibb xidməti kapitanı İddiaçı3, poliklinikanın Radialogiya bölməsinin səyyar flüoroqrafiya kabinetinin ordinatoru-ezamiyyətdən, Silahlı Qüvvələrin Baş Klinik Hospitalından (Bakı şəhəri).”
12. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən İddiaçı2 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, müddətli əlavənin ödənilməsi ilə əlkaqədar müraciətin araşdırılması məqsədilə Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə məktub göndərilmişdir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən daxil olmuş məktubda Covid-19 infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində poliklinikanın tibb işçilərinə müddətli əlavələrin ödənilməsi nəzərdə tutulmamışdır.
13. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2024-cü il tarixli 4341 nömrəli məktubunda qeyd edilmişdir ki, Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisinin müvafiq telefonoqramına əsasən Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliknikasının hərbi qulluqçu və mülki işçiləri aşağıda göstərilən tarixdən Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına ezam olunmuşlar. xx.xx.2020-ci il tarixdən isə ezamiyyətdən qayıdaraq Mərkəzi Hərbi Poliklinikasına öz vəzifə borclarının icrası ilə məşğul olmuşlar:
1. Tibb xidməti kapitanı İddiaçı1, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək;
2. Tibb xidməti kapitanı İddiaçı3, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək;
3. Mülki işçi İddiaçı4, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Tibb xidməti kapitan İddiaçı2 barədə isə qeyd edilən tarixlərdə ezam olunması barədə əmr olmayıb.
14. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, tibb xidməti polkovnik-leytenantı X10 Azərbaycan Respublikası müdafiə nazirinin 22 avqust 2023-cü il tarixli müvafiq əmri ilə Azərbaycan Respublikasının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin V bəndinə əsasən (xəstəliyi ilə hərbi xidmətdən ehtiyata buraxılma) Azərbaycan Ordusundan ehtiyata buraxılmış və həmin şəxs Endokrinologiya bölməsinin rəisi olduğundan Yeni növ koronavirus (COVİD- 19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak etməmişdir. Bundan başqa iddia ərizəsində iddiaçılar tərəfindən məhkəmənin nəzərinə çatdırılmışdır ki, X3 növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə görə məhkəməyə müraciət etdikdən sonra məhkəmə onun xeyrinə qərar qəbul etmiş lakin, onu əlavə edilmişdir ki, Surxay Məmmədov Azərbaycan Ordusunun baş sanitar həkimi vəzifəsində xidmətdə olarkən koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə sanitariya-epidemioloji nəzarətin təşkili və yerinə yetirilməsinə, qoşunların sanitariya-epidemioloji salamatlığının təmin edilməsi çərçivəsində profilaktik tədbirlərdə iştirak etmiş və Tibb İdarəsi ona və digər həkimlərə müddətli əlvənin ödənilməsi üçün müvafiq tədbirlər görmüşdür. İddiaçılar iddia ərizəsində qeyd etmişlər ki, Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə görə əlavələrin ödənilməsi ilə əlaqədar Müdafiə Nazirliyinə müraciət etmələrinə baxmayaraq onların müraciətləri cavablandırılmamışdır. Lakin, o da qeyd edilmişdir ki, iddia ərizəsində qeyd edilənlər həqiqəti əks etdirmir belə ki, iddiaçıların kollektiv müraciətləri xx.xx.2023-cü il tarixdə Müdafiə Nazirliyin Katibliyinə daxil olmuş oradan icra olunması üçün Tibb İdarəsinə ünvanlanmış və xx.xx.2023- cü il tarixdə həmin müraciət Tibb İdarəsinə daxil olaraq icrası Rəşad Behbudova həvalə edilmişdir. R.Behbudov qeyd olunanlarla əlaqədar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müvafiq sorğu vermiş və 24 noyabr 2023-cü il tarixdə həmin sorğuya cavab verildikdən sonra elə həmin tarixdə vətəndaş İddiaçı2 ünvanına cavab məktubu göndərilmişdir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 24 noyabr 2023-cü il tarixdə vermiş olduğu cavab məktubunda müvafiq əlavələrin ödənilməsi üç kateqoriya üzrə bölünmüşdür. 1) Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə tibbi profilaktik tədbirlərin görülməsi ilə bağlı cəlb olunmuş tibb işçiləri tərəfindən xəstələrdən götürülən yaxma sayı, testlərin nəticələri barədə təsdiqedici sənədlər, ezam əmrləri, işədavamiyyət tabelləri, müddətli əlavələrin hesablanması cədvəlləri. 2) Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə stasionar şəraitdə cəlb olunmuş tibb işçilərinin ezam əmrləri, işədavamiyyət tabelləri, müddətli əlavələrin hesablanması cədvəlləri. 3) Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində təcili tibbi yardım xidməti göstərən tibb işçilərinin, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan baboratoriya işçilərinin ezam əmrləri, işədavamiyyət tabelləri, müddətli əlavələrin hesablanması cədvəlləri. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin qeyd olunan məktubunda ambulator qaydada xidmət göstərənlərə əlavələrin ödəniləsi nəzərədə tutulmamışdır.
15. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli raportunda qeyd edilmişdir ki, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına xidmət zərurətlə əlaqədar ezam olduqları dövrdə Yolxucu Xəstəliklər bölməsində (Covid-19) infeksiyalı xəstələrin müayinə və müalicəsi ilə məşğul olmamışdır.
16. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının xx.xx.2024-cü il tarixli 2993 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4, Baş klinik Hospitalında (Covid-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin siyahısına əlavə edilməməsinə dair, Müdafiə Nazirliyinin Tibb İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 17/1707 nömrəli məktubu Baş Klinik Hospitalında araşdırılmış və “Yeni növ koronavirus (Covid-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə X8 çalışanların əmək haqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli müvafiq Qərarına əsasən, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4, (Covid-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin siyahısına əlavə edilməsi qanunamüvafiq hesab edilməmişdir.
17. Məhkəmə iclasında iştirak edən birgə iddiaçıların nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmuna uyğun olaraq izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
18. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
II. İddianın növü və mümkünlüyü
19. İddianın növü öhdəliyin icrasında dair iddiadır.
20. İPM-dən: 30.1 Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. 30.4. İnzibati mübahisəyə dair bir vahid (eyni) qərarın bütün prosessual həmiştirakçılar haqqında qəbul edilməli olduğu hallarda və ya prosessual həmiştirakçılığın başqa əsaslara görə zəruri olduğu hallarda, prosessual həmiştirakçılardan hər hansı biri məhkəmə iclasına gəlmədikdə və ya müəyyən olunmuş prosessual müddəti buraxdıqda, məhkəmə iclasında iştirak edən və ya prosessual müddətə əməl edən digər həmiştirakçılar onları təmsil etmiş sayılır.
21. Məhkəmə iddiaçıların mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olduqlarında prosessual həmiştirakçılığı yolverilən hesab edir.
22. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
23. “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” 18 mart 2020-ci il tarixli 1947 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı: “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə və profilaktika tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə X8 çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3–5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. bu Sərəncamın 1-ci hissəsi ilə müəyyən edilən müddətli əlavənin şamil olunacağı tibb işçilərinin əhatə dairəsini, əlavənin ödənilmə müddətini və işin xüsusiyyətindən asılı olaraq miqdarını müəyyən etsin; 2.2. yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinin və könüllülərin əməyinin ödənilməsi şərtlərini müəyyən etsin; 2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.”
24. “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” 25 mart 2020-ci il tarixli 112 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 mart tarixli 1947 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə X8 çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği aşağıdakı kimi müəyyən edilsin: 1.1. tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə - aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində; 1.2. təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və X5 və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə - aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində; 1.3. pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə - aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində.
2. Bu Qərarın 1-ci hissəsində göstərilən müddətli əlavə iş vaxtına mütənasib olaraq 2020-ci il martın 1-dən 2024-cü il oktyabrın 1-dək olan müddət üçün ödənilir.
3. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə tapşırılsın ki, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələri işçilərinin və könüllülərin əməyinin ödənilməsi şərtlərinə, habelə tibbi profilaktik tədbirləri həyata keçirən işçilərin əhatə dairəsinin müəyyən edilməsinə dair təkliflərini 5 (beş) gün müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
4. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə bu Qərardan irəli gələn digər məsələləri həll etsinlər.”
25. Birgə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia tələbi yeni növ koronavirus (Covid-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak etdiyi üçün əməkhaqqına müddətli əlavənin ödənilməsindən ibarətdir.
26. İş materiallarına əlavə edilmiş İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 24 noyabr 2023-cü il tarixdə vermiş olduğu cavab məktubunda müvafiq əlavələrin ödənilməsi üç kateqoriya üzrə bölünmüşdür. 1) Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə tibbi profilaktik tədbirlərin görülməsi ilə bağlı cəlb olunmuş tibb işçiləri tərəfindən xəstələrdən götürülən yaxma sayı, testlərin nəticələri barədə təsdiqedici sənədlər, ezam əmrləri, işədavamiyyət tabelləri, müddətli əlavələrin hesablanması cədvəlləri. 2) Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə stasionar şəraitdə cəlb olunmuş tibb işçilərinin ezam əmrləri, işədavamiyyət tabelləri, müddətli əlavələrin hesablanması cədvəlləri. 3) Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində təcili tibbi yardım xidməti göstərən tibb işçilərinin, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan baboratoriya işçilərinin ezam əmrləri, işədavamiyyət tabelləri, müddətli əlavələrin hesablanması cədvəlləri. Odur ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin qeyd olunan məktubunda ambulator qaydada xidmət göstərənlərə əlavələrin ödənilməsi nəzərdə tutulmamışdır.
27. X19 Məhkəməsinin qərarlarında bildirilir ki: - ifadə edilən fikir ayrıca deyil, ümumi kontekstdə araşdıralaraq hərtərəfli qiymətləndirilməlidir (Bax: Yəhova şahidləri dini icmasının Azərbaycana qarşı iş üzrə X19 Məhkəməsinin qərarı ərizə 52884/09, xx.xx.2020-ci il tarixli qərar § 36-37). - istənilən sənəd tətbiq edilərkən onun hazırlanma məqsədi, eləcə də hazırlıq sənədləri (fransızca “travaux préparatoires”) nəzərə alınmalıdır (bax: Nolan Rusiyaya qarşı iş § 48, Marks Belçikaya qarşı iş § 63 və s.). - İstənilən hüquq sistemində norma nə qədər dəqiq tərtib olunsa da, məhkəmə şərhi qaçılmazdır. Anlaşılmayan məqamların izah olunmasına hər zaman ehtiyac olacaq. Müəyyənlik arzuedilən olsa da, bəzən lüzumsuz sərtliklə müşaiyət oluna bilər, halbuki hüquq dəyişən şəraitlə addımlamaq xüsusiyyətinə malik olmalıdır. Müvafiq olaraq bir çox qanunlar qaçılmaz terminlərin istifadəsi ilə tərtib olunmuşlar ki, onlar az və ya çox dərəcədə qeyri-müəyyəndir, onların şərhi və tətbiqi təcrübədən asılıdır. Hüquq müddəasının müxtəlif cür təfsir olunması özü-özlüyündə öncədən görmə tələbinin pozulmasına gətirib çıxarmır. İşlərə baxılarkən məhkəmələrin üzərinə qoyulmuş rol ondan ibarətdir ki, onlar bu cür şübhələri təfsirlə aradan götürsünlər. (Böyük Palatanın CentroEuropa 7 S.R.L. və X14rşı iş üzrə 7 iyun 2012-ci il tarixli Qərarı, §141; X11 və digərləri Polşaya qarşı iş üzrə 17 Fevral 2004-ci il tarixli Qərarı, § 65; X1rşı iş üzrə 20 May 1999-cu il tarixli Qərarı § 34). - Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93).
28. Məhkəmə hesab edir ki, normanın tətbiqi tək hərfi deyil, həmin normanın məqsədinə uyğun olmalıdır. Odur ki, yuxarıda qeyd olunmuş aktların tətbiqi zamanı düzgün təfsir olunması mühüm şərtdir. Belə ki, yuxarıda qeyd olunmuş aktda X8 çalışan (tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və X5 və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə) və əmək funksiyalarının icrası zamanı yeni növ koronavirus (Covid-19) infeksiyasına yoluxmuş xəstələrlə birbaşa təmasda olmuş tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi nəzərdə tutulmuşdur.
29. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli raportunda qeyd edilmişdir ki, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına xidmət zərurətlə əlaqədar ezam olduqları dövrdə Yoluxucu Xəstəliklər bölməsində (Covid-19) infeksiyalı xəstələrin müayinə və müalicəsi ilə məşğul olmamışdır.
30. Belə ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən müvafiq əlavə aşağıdakı kateqoriyaya aid tibb işçilərinə ödənilməlidir: - tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə; - təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə; - pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə.
31. Məhkəmə hesab edir ki, birgə iddiaçılar faktiki olaraq xx.xx.2020-ci il tarixdən xx.xx.2020ci il tarixədək Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına xidmət zərurətlə əlaqədar ezam olduqları dövrdə Covid-19 infeksiyalı xəstələrin müayinəsi və müalicəsi ilə məşğul olduqları müəyyən edilmədiyi üçün “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” 25 mart 2020-ci il tarixli 112 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının təsir dairəsi düşən tibb işçilərinin sırasına daxil deyildirlər.
32. Belə ki, birgə iddiaçıların iş şəraitinin ezam olunduqların müddət ərzində yeni növ koronavirus (Covid-19) infeksiyası ilə əlaqəli əmək şəraiti olması iş materialları ilə öz təsdiqini tapmır.
33. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
34. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
35. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
36. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.
37. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva