Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4158/2023 28.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı, Üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə (üçüncü şəxs: X7) qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: İşin halları
1. İddiaçı (bundan sonra – İddiaçı) ərizə ilə Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək, ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmasını xahiş etmişdir.
2. Cavabdeh xx.xx.2022-ci il tarixdə məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, müvafiq ünvana qeydiyyata alınma “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşadığı ünvanın mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsi, order, kirayə və icarə müqaviləsi, eləcədə qanunvericilikdə nəzərdə tutulan digər sənədləri təqdim etməklə qeydiyyat həyata keçirilə bilər. Qeyd olunan sənədləri təqdim edə bilmədiyi halda iddiaçıya aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir.
3. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanına pasport qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X7 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Tərəflərin əsaslandırması
5. İddia tələbi bununla əsaslandırılmışdır ki, o, ünvan 2nvanında anadan olmuşdur. Qeyd olunan ünvan paylı mülkiyyətdədir və atası X7 həmin əmlakın 1/4 hissəsinin mülkiyyətçisidir. 1993-cü ildə ailə həyatı qurmuş, atası Azərbaycan prospekti 14 ünvanında ona ev almış və anadan olduğu ünvan 2nvanından qeydiyyatdan çıxararaq həmin ünvana qeydiyyata salmışdır. 2003-cü ildə atası onu anadan olduğu İ.Əfəndiyev küçəsi, ev 10 ünvanına köçürmüş, aldığı mənzili isə özünə götürmüşdür. 2003-cü ildən ailə üzvləri ilə həmin ünvanda yaşayır. Sonradan ona məlum olmuşdur ki, atası onu ünvandan qeydiyyatdan çıxarmışdır. Atası eyni zamanda məhkəməyə ərizə ilə müraciət edərək onun istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılmağı barədə qətnamə çıxarılmasını xahiş etmiş, Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Məhkəmə qətnaməsi ilə onun Səbail rayonu, İ.Əfəndiyev küçəsi, ev 10 ünvanına istifadə hüququ əldə etdiyi müəyyən olunmuşdur. Bu baxımdan həmin ünvana qeydiyyata alınmağı əsaslıdır. Qeydiyyata alınmağı barədə Səbail rayon polis İdarəsinə ərizə ilə müraciət etmiş, lakin ona imtina edilmişdir. İmtinanı qanunsuz hesab edir, bu səbəbdən məhkəməyə müraciət etmişdir.
6. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir.
7. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.
8. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
9. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddia tələbinə etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin mövqeyi 10.Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. 11.Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. 12.İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 13.“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. 14.Hazırkı iddia iddiaçının qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir.
15. İddianın əsaslılığına gəldikdə, məhkəmə hesab edir ki, iddia həm də əsaslıdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir.
16. Qanunvericiliyin tələblərindən göründüyü kimi, şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas ola bilər və təqdim edilən sənədlər onlara müvafiq olaraq nəzərdə tutulmuşdurlar: - yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda - mülkiyyət hüququnu təsdiq edən sənəd; - yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda - icarə və ya kirayə müqaviləsi; - yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda - bu hüququn yaranmasına əsas olmuş sənədlər. Lakin eyni zamanda yuxarıda göstərilmiş 5-ci maddədə yaşayış yeri üzrə qeydiyyat üçün təqdim edilən sənəd kimi yaşayış sahəsinə köçmək üçün əsas verən sadalanan sənədlərin digər alternativ variantı kimi “vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” ifadəsi işlədilmişdir ki, bu ifadə yaşayış sahəsinə köçmək üçün 2-ci maddədə nəzərdə tutulmuş əsasın olmadığı halda, lakin buna hüququ çatan şəxsin ərizəsi əsasında qeydiyyata alınma prosedurunun mümkünlüyünü müəyyən etmişdir.
17. Beləliklə, qeydiyyat iki qaydada aparıla bilər: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olduqda və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olduqda.
18. Məhkəmə iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən aşağıdakı sübutlara əsasən hesab edir ki, iddiaçının mübahisəli yaşayış sahəsinə istifadə hüququ mövcud olduğundan iddia tələbi əsaslı olmuşdur.
19. Belə ki, işdə olan ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, İlyas Əfəndiyev küçəsində yerləşən 10 saylı ev paylı mülkiyyət hüququ üzrə (hər biri ¼ hissədə) X2, X3, X4 və X1 mülkiyyətindədir.
20. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli 18/2-2582/2023 nömrəli məktubundan görünür ki, xx.xx.1972-ci il təvəllüdlü İddiaçı xx.xx.2008-ci il tarixdən ünvan 4 ünvanında qeydiyyatdadır.
21. İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mənzil-kommunal və Təmir Xidmətinin 27 aprel 2023-cü il tarixli arayışında qeyd olunmuşdur ki, ətraf binalarda yaşayan qonşular X6 (4-cü Kiçik Qala 4, Ş/V-AZE N********), X8 (1-ci Qəsr döngəsi, ev 36, mənzil 6, Ş/V-AA4402351), X9 (1-ci Qəsr döngəsi, ev 40, Ş/V-AZE N********) tərəfindən İddiaçı, X14 və onların övladları X5 İlyas Əfəndiyev küçəsi, ev 10 ünvanında 2002-ci ildən qeydiyyatsız və hüquqmüəyyənedici sənəd olmadan yaşamaqları barəsində akt tərtib olunmuşdur, lakin MKTX-də onların həmin ünvanda daimi yaşamaları və qeydiyyatda olmaları barəsində heç bir rəsmi məlumat yoxdur.
22. İşdə olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1433/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X7 cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçı Bakı şəhəri, Səbail rayonu, İ.Əfəndiyev küçəsi,ev 10 ünvanında yerləşən mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmənin həmin qətnaməsi ilə iddia təmin edilməmişdir. Məhkəmə qətnaməsində qeyd etmişdir ki, “...cavabdeh iddiaçının oğludur, onun ailə üzvüdür, anadan olduğu vaxtdan 1993-cü ilə qədər və 2003-cü ildən hazırki vaxtadək mübahisəli evdə yaşayır... Məhkəmə hesab edir ki, cavabdeh 2003-cü ildən hazırki vaxtadək mübahisəli evdə yaşadığı üçün, o, qanunun yuxarıda göstərilən tələbləri baxımından həmin evə istifadə hüququ əldə etmişdir.”
23. Həmçinin Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1612/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X7 cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçı yaşadığı ona məxsus olan ünvan 6 ünvanında yerləşən mənzilinə olan yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmənin həmin qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin məhkəmə qətnaməsində göstərilmişdir ki, “Məhkəmə qeyd edir ki, hazırkı mübahisə üzrə tərəflər (iddiaçı X7 və cavabdeh İddiaçı) əvvəlki mülki işdə iştirak etmiş şəxslər olduğundan, yuxarıda göstərilən qanuni qüvvəyə minmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1433/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə hazırkı iddia tələbi ilə mübahisələndirilən məsələyə hüquqi qiymət verildiyindən, həmin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik olan akt kimi qəbul edilməlidir. Belə olan halda həmin qətnamə ilə müəyyən edilmiş hallar hazırkı işdə mübahisələndirilə bilməz və həmin halların təkrarən sübut edilməsinə heç bir əsas yoxdur. Belə ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1433/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, cavabdeh iddiaçının oğludur, onun ailə üzvüdür, anadan olduğu vaxtdan 1993-cü ilə qədər və 2003-cü ildən hazırki vaxtadək mübahisəli evdə yaşayır. Cavabdeh 2003-cü ildən hazırki vaxtadək mübahisəli evdə yaşadığı üçün, o, qanunun yuxarıda göstərilən tələbləri baxımından həmin evə istifadə hüququ əldə etmişdir. Cavabdehin mübahisəli mənzilə istifadə hüquqları yarandığından, həmin hüquqlar kompensasiya verilməsi yolu ilə itirilmədən onun mənzildən çıxarılması barədə tələb əsaslı hesab edilməmişdir. Lakin iddiaçı X7 - cavabdeh İddiaçı ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna kompensasiya verilməsi yolu ilə xitam verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməli olduğu halda, hazırda cavabdehin (kompensasiya verilmədən) istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında məhkəmə tərəfindən iddiaçıya cavabdehə kompensasiya verilməsi təklif edilmiş, lakin nə iddiaçı, nə də ki, cavabdeh buna razı olmamışlar.”
24. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 16 nömrəli, xx.xx.2023-cü il tarixli məktubuna əsasən Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1612/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi 11 oktyabr 2022-ci il tarixdə, 2(009)-1433/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi isə 12 iyul 2021-ci il tarixdə qanuni qüvvəsini almışdır.
25. Beləliklə, sadalananlara əsasən hazırkı iş üzrə iddiaçının yaşayış yeri üzrə qeydiyyatının aparılması üçün onun həmin sahə ilə bağlı hüququnun, yəni istifadə hüququnun mövcud olması iş materialları ilə tam təsdiq olunur.
26. Bu hüququ təsbit edən Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)- 1612/2022 nömrəli, xx.xx.2022-ci il tarixli və 2(009)-1433/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnamələri isə məhkəmə tərəfindən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsinə köçmək üçün əsas verən Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd kimi qiymətləndirilir.
27. Belə olan halda aydın olur ki, qanunvericiliklə tələb olunan bütün şərtlər ödənildiyindən iddiaçı istifadə hüququ olan yaşayış sahəsinə qeydiyyata alınmasını tələb etməkdə haqlı olmuşdur. Cavabdehin imtinası isə əsaslı olmamaqla qanunsuz olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.
28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
29. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə
qərara aldı: İddia təmin olunsun. İddiaçı ünvan 6 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova