Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-416/2021 27.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, məhkəmə iclas katibi X19, iddiaçının nümayəndəsi və vəkili X6, cavabdehin nümayəndəsi X11, üçüncü şəxs X3, onun nümayəndəsi və vəkili X7 iştirakları ilə İddiaçı Ramazanovnanın cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, X5rşı üçüncü şəxslər X8 və X23 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla sərəncamın etibarsız hesab edilməsi tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Ramazanovna cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, X5rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin X4 və X14 adına verilmiş 29 noyabr 2007-ci il tarixli, 2230 və 2231 saylı sərəncamlarının etibarsız hesab edilməsini xahiş etmişdir. Məhkəmənin 24.12.2019-cu il tarixli, 2-1(81)-5218/2019 nömrəli qərardadı ilə X9 və X23 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X20 məhkəməyə cavabdehin 29 iyun 2021-ci il tarixli, 06 nömrəli qərarını təqdim edərək mübahsiləndirilən sərəncamların ləğv edildiyini bildirdi və iş üzrə müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X16 iddia tələbi üzrə mübahisənin məhkəmədən kənar qaydada cavabdeh orqan tərəfindən həllini tapdığından iş üzrə müvafiq qərarın qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X8, onun nümayəndəsi və vəkili X17 cavabdehin 29 iyun 2021-ci il tarixli, 06 nömrəli qərarından məlumatlarının olmadıqlarını bildirərək qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirdilər. İş üzrə üçüncü şəxs X23 məhkəmə iclasının yeri və vaxtı barədə lazım qaydada məlumatlandırılsa da məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə üçüncü şəxs X14 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - Bakı şəhəri, Binəqədi rayonu, X10 “X2 torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması haqqında” 01.07.2005-ci il tarixli, 1509 nömrəli sərəncamının surətindən görünür ki, X10 17 iyun 2005-ci il tarixli, 90 saylı ümumi iclasının qərarına əsasən Binəqədi rayonu, Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində Binəqədi qəsəbə ərazisindən 600 kvm. boş torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün vətəndaş X12 alqı-satqı qaydasında mülkiyyətinə ayrılmışdır. - Bakı şəhəri, Binəqədi rayonu, X10 “Torpaq sahəsinin sahiblik və ondan istifadə hüquqlarının keçməsi qaydasında vətəndaş X14 adına və istifadəsinə verilməsi haqqında” 29 noyabr 2007-ci il tarixli, 2230 nömrəli sərəncamının surətindən görünür ki, X10 ərazi hüdudlarında Bakı şəhər sakinləri X12 və X14 razılıq ərizələri və müraciətləri nəzərə alınaraq birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulmuş 600 kvm. torpaq sahəsinin 200 kvm.-nin sahiblik və ondan istifadə hüquqları Bakı şəhər sakini X14 adına keçirilmişdir. - Bakı şəhəri, Binəqədi rayonu, X10 “Torpaq sahəsinin sahiblik və ondan istifadə hüquqlarının keçməsi qaydasında X1 adına və istifadəsinə verilməsi haqqında” 29 noyabr 2007-ci il tarixli, 2231 nömrəli sərəncamının surətindən görünür ki, X10 ərazi hüdudlarında Bakı şəhər sakinləri X12 və X4 razılıq ərizələri və müraciətləri nəzərə alınaraq birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulmuş 600 kvm. torpaq sahəsinin 400 kvm.-nin sahiblik və ondan istifadə hüquqları Bakı şəhər sakini X4 adına keçirilmişdir. - Bakı şəhəri, Binəqədi rayonu, X10 “X1 və X14 adına X10 uyğun olaraq 2231 və 2230 saylı 29.11.2007-ci il tarixli sərəncamı ilə rəsmiləşdirilmiş 400 kvm. və 200 kvm. torpaq sahələrinin ləğv edilməsi haqqında” 29 iyun 2021-ci il tarixli, 06 nömrəli qərarının surətindən görünür ki, X1 və X14 adlarına rəsmiləşdirilmiş 2231 və 2230 saylı, 29.11.2007-ci il tarixli sərəncamlar vətəndaş İddiaçı ərizəsinə əsasən ləğv edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının tələbi cavabdeh inzibati orqan tərəfindən təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. - 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67, 80-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Ramazanovnanın cavabdeh Bakı şəhəri Binəqədi rayonu X13 qarşı üçüncü şəxslər X8 və X23 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla sərəncamın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-416/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-416/2021
27.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver