Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-416/2023 07.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı «Azərbaycan Əczaçılar İttifaqı» cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə və Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı (üçüncü şəxs X19) “daşınmaz əmlakın dövlət reystrində aparılmış qeydin, xx.xx.2007-ci il tarixli, 000246 nömrəli şəhadətnamənin və xx.xx.2016-cı il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışın qismən ləğv edilməsi” tələbinə dair GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Üçüncü şəxsin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı «Azərbaycan Əczaçılar İttifaqı» cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə və Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı (üçüncü şəxs X19) “daşınmaz əmlakın dövlət reystrində aparılmış qeydin, xx.xx.2007-ci il tarixli, 000246 nömrəli şəhadətnamənin və xx.xx.2016-cı il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışın qismən ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı «Azərbaycan Əczaçılar İttifaqı» cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X17) iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, X10 adına ünvan 1 ünvanında yerləşən, 3024,2 kv.metrdən ibarət qeyri-yaşayış binası üzərində, Daşınmaz əmlakın dövlət reystrində aparılmış qeydin və xx.xx.2016-cı il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışın qismən, yəni 549 kv.m. hissəsində (X5 09 mart 2021-ci il tarixli 22 saylı mütəxəssis rəyindəki ortofoto görüntülərlə müəyyən olunmuş 208 kv.m («Ülvi» şadlıq sarayına aid hissəsində) + 341 kv.m. («Ülvi» şadlıq sarayının arxasında inşa edilmiş qeyriyaşayış sahəsinə aid hissəsində) ləğv olunması və həmin hissədə Daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydin çıxarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının «Torpaq sahəsinin ayrılması haqqında» 904 №-li, xx.xx.1994-cü il tarixli Sərəncamı ilə Azərbaycan Əczaçılar İttifaqına Bakıxanov qəsəbəsinin şimal-qərb hissəsində «Dərman bitkilərinin tədarükü və istehsalı» üçün zavod layihələşdirilməsinə və tikintisinə 10 000 kv.metr torpaq sahəsi ayrılmışdır. Bakı şəhər, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin şimal-qərb hissəsində yerləşən Dərman Bitkilərinin tədarükü və istehsalı zavodu üzərində Azərbaycan Əczaçılar İttifaqının mülkiyyət hüquqları Dövlət reyestrində qeydə alınmış və Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən xx.xx.2002-ci il tarixli Mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. 3-cü şəxs X17 tərəfindən inşa olunmuş «Ülvi» şadlıq evinin müəyyən hissəsi, İddiaçının mülkiyyətində olan əmlakının yerləşdiyi torpaq sahəsinə müdaxilə olunmaqla inşa olunduğundan, tərəflər arasında məhkəmə mübahisəsi yaranmışdır. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-222\2017 saylı, xx.xx.2017- ci il tarixli qətnaməsi ilə-iddiaçı “Azərbaycan Əczaçılar İttifaqı”nın cavabdehlər X17 və X13 qarşı 3-cü şəxslər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X7 Agentliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və "xxxx" Firması olmaqla cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi, iddiaçının qanuni istifadəsində olan torpaq sahəsində qanunsuz tikililərin sökülməsi, özbaşına tutulmuş torpaq sahəsinin boşaldılması və torpaq sahəsinin qeyd-şərtsiz təhvil verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə- Apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-222/2017 saylı iş üzrə 14 dekabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)- 5699M9 №-li Qərarı ilə iddiaçı Azərbaycan Əczaçılar İttifaqının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 mart 2019-cu il tarixli, 2(103)-1478/2019 saylı qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Ali Məhkəmənin hüquqi mövqeyi aşağıdakılardan ibarət olmuşdur: Məhkəmə kollegiyası həmçinin, qeyd etməyi zəruri hesab edir ki, cavabdeh X11 nümayəndəsi həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiyası məhkəməsində iddia tələbinin dəlillərinin əsassız olması ilə əlaqədar göstərmişdir ki, “iddiaçı tikintiyə mülkiyyət hüququnu təsdiq edən sənəd olaraq xx.xx.2002-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamə təqdim etsə də, cavabdehin də həmin əraziyə mülkiyyət hüququnu təsdiq edən çıxarışı mövcuddur. Lakin hər iki sənəd hər hansı bir formada məhkəmə mübahisəsinin predmeti deyildir.” Bununla əlaqədar işə yenidən apellyasiya qaydasında baxılarkən nəzərə alınmalıdır ki, torpaq sahəsinə (daşınmaz əmlaka) mülkiyyət hüququnun əldə edilməsi üzrə əqdlər “mücərrəd" əqdlərə aid olmayıb,"hüquqi əsası olan” əqdlərə aiddir. Buna görə iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahəsinə sonradan hüquqi əsas olmadan həmin torpaq sahəsinin bir hissəsinə başqa şəxsin adına qeydiyyatı təsdiq edən çıxarış verilməsi həmin hissədə öz-özlüyündə etibarsız olduğundan onun məhkəmə qaydasında mübahisələndirilməsinə zərurət yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Buna görə işə yenidən baxılarkən iddiaçının iddia tələbinə Mülki Məcəllənin 157-ci və digər maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-193/2021 №-li, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Azərbaycan Əczaçılar İttifaqının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-222/2017 saylı iş üzrə 14 dekabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilmiş, iddiaçı Azərbaycan Əczaçılar İttifaqına məxsus olan Bakı şəhər, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən 10 000 kv.metr torpaq sahəsindən cavabdeh X17 tərəfindən zəbt olunmuş 472 kv.metr torpaq sahəsi cavabdeh X17 tərəfindən boşaldılaraq iddiaçı Azərbaycan Əczaçılar İttifaqına təhvil verilməsi və qalan hissədə iddia təmin edilməmişdir. Apellyasiya instansiya məhkəməsi tərəfindən aşağıdakılar müəyyən edilmişdir: Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Torpaq sahəsinin ayrılması haqqında” 904 nömrəli xx.xx.1994-cü il tarixli sərəncamı ilə Azərbaycan Əczaçılar İttifaqına Bakıxanov qəsəbəsinin şimal-qərb hissəsində “Dərman bitkilərinin tədarükü və istehsalı" üçün zavod layihələşdirilməsinə və tikintisinə 10.000 kv.metr torpaq sahəsi ayrılmışdır. 25 avqust 1994-cü il tarixdə Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin Şəhər Ərazisinin Tikinti Planlaşdırma İdarəsi tərəfindən Sabunçu rayonu Bakıxanov qəsəbəsinin şimal qərb hissəsində Dərman bitkilərinin tədarük və istehsal zavodu tikintisi üçün torpaq sahəsi ayrılmasına dair 9373 nömrəli inşaat pasportu təsdiq edilmişdir. xx.xx.2002-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin Əmlakın İnventarlaşdırma Bürosu tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin şimal-qərb hissəsi, Y.Əliyev küçəsində yerləşən Azərbaycan Əczaçılar İttifaqına məxsus qeyri-yayış sahəsinə dair texniki pasport tərtib edilmişdir. Həmin texniki pasportda torpaq sahəsinin ölçüsü 10.000 kv.m və ümumi tikinti altı sahənin 1619,1 kv.m təşkil etməsi göstərilmişdir. xx.xx.2002-ci il tarixdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin şimal-qərb hissəsində yerləşən Dərman Bitkilərinin tədarük və istehsalı zavodunun Azərbaycan Əczaçılar ittifaqının mülkiyyətində olması barədə mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 115 nömrəli sərəncamı ilə Sabunçu rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 5/23 saylı razılıq məktubu nəzərə alınaraq, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində məişət evinin layihələşdirilməsi və tikintisi üçün 0,15 ha torpaq sahəsi icarə əsasında X10 istifadəsinə verilmiş, xx.xx.2004-cü il tarixli 11463 saylı inşaat pasportu əsasında xx.xx.2004-cü il tarixdə onunla 0370 saylı icarə müqaviləsi bağlanmışdır. xx.xx.2004-cü il tarixdə Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsində həmin 0,15 ha (1500 kv.m) ölçüdə olan torpaq sahəsində inşa edilməsi nəzərdə tutulan məişət evinin eskiz layihəsi razılaşdırılmışdır. xx.xx.2006-cı il tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 115 nömrəli sərəncamı və xx.xx.2004-cü il tarixdə onunla 0370 saylı icarə müqaviləsi ilə X14 məişət evinin tikintisi üçün 49 illik müvəqqəti istifadəyə ayrılan 1590 kv.m torpaq sahəsi ilə bağlı kadastr planı tərtib edilmişdir. ünvan 1 ünvanında yerləşən, 3024,2 kv.metrdən ibarət qeyri-yaşayış binası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi idarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən X10 xüsusi mülkiyyətinə verilmişdir. X5 09 mart 2021-ci il tarixli 22 saylı mütəxəssis rəyindən isə daha dəqiq müəyyən edilmişdir ki, cavabdeh X14 məxsus tikilinin 549 kv.m. (208 kv.m. + 341 kv.m = 549) sahəsi, o cümlədən 472 kv.m yola düşən sahə iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşür. Həmçinin nəzərə almır ki, cavabdeh X17 faktiki isifadəsində olan torpaq sahəsinin ölçüsü 0,15 ha (1500 kv.m) deyil, 3860 kv.m təşkil edir. Beləliklə, müəyyən olunur ki, iddiaçıya məxsus torpaq sahəsinin cəmi 1021 kv.m hissəsi cavabdeh X17 tərəfindən zəbt edilib, həmin sahənin 549 kv.m hissəsində həmin cavabdehə məxsus qeyri-yaşayış sahəsi yerləşir, 472 kv.m hissəsindən isə yol kimi istifadə olunur. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 157.2-ci maddəsi və Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən cavabdeh X17 tərəfindən zəbt olunmuş və onun qanunsuz sahibliyində olan 472 kv.m olan torpaq sahəsinin boşaldılaraq ona təhvil verməsini tələb etməkdə haqlıdır. Bununla yanaşı kollegiya hesab edir ki, qalan hissədə iddia təmin edilə bilməz. Belə ki, cavabdeh X17 tərəfindən inşa olunmuş tikili (şadlıq sarayı) onun mülkiyyətindədir və həmin tikili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdiyinə görə Mülki Məcəllənin 180.4-cü maddəsinin mənasında özbaşına tikili hesab edilə bilməz. Eyni zamanda həmin tikiliyə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat inzibati qaydada mübahisələndirilməyib və bu məsələyə hüquqi qiymət verilməsi hazırki məhkəmənin səlahiyyətinə aid deyil. Bu baxımdan kollegiya hesab edir ki, cavabdeh X17 tərəfindən inşa edilən və hazırda onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinin (şadlıq sarayının) 549 kv.m hissəsinin qanunsuz olaraq iddiaçıya məxsus torpaq sahəsində yerləşməsi müəyyən edilsə də, hazırki işdə həmin tikilinin sökülməsi iddiası təmin edilə bilməz. Eyni zamanda kollegiya izah edir ki, qeyd olunan nəticə iddiaçı tərəfindən cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin inzibati məhkəmə icraatı qaydasında mübahisələndirməsi və həmin iddia təmin olunduğu təqdirdə yeni əsasla hazırki iddianın irəli sürməsinin qarşısını almır. İddiaçı hazırkı iş üzrə 3-cü şəxs X10 adına ünvan 1 ünvanında yerləşən, 3024,2 kv.metrdən ibarət qeyri-yaşayış binası üzərində, Daşınmaz əmlakın dövlət reystrində aparılmış qeydin və xx.xx.2016-cı il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışın qismən, yəni 549 kv.m. hissəsində (X5 09 mart 2021-ci il tarixli 22 saylı mütəxəssis rəyindəki ortofoto görüntülərlə müəyyən olunmuş 208 kv.m («Ülvi» şadlıq sarayına aid hissəsində) + 341 kv.m. («Ülvi» şadlıq sarayının arxasında inşa edilmiş qeyri-yaşayış sahəsinə aid hissəsində) ləğv olunması və həmin hissədə Daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydin çıxarılması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə aşağıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-222/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı “Azərbaycan Əczaçılar İttifaqının” cavabdehlər X17 və X13 qarşı 3-cü şəxslər Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Tikintidə X7 Agentliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və "xxxx" Firması olmaqla cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi, iddiaçının qanuni istifadəsində olan torpaq sahəsində qanunsuz tikililərin sökülməsi, özbaşına tutulmuş torpaq sahəsinin boşaldılması və torpaq sahəsinin qeydşərtsiz təhvil verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1478/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-222/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5699/2019 saylı xx.xx.2019-cu l tarixli qərarı ilə İddiaçı “Azərbaycan Əczaçılar ittifaqının” kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 mart 2019-cu il tarixli, 2(103)-1478/2019 saylı qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-193/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-222/2017 saylı mülki iş üzrə qəbul etdiyi 14 dekabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmişdir. İddia qismən təmin edilmişdir. İddiaçı Azərbaycan Əczaçılar İttifaqına məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən 10.000 kv.metr torpaq sahəsindən cavabdeh X17 tərəfindən zəbt olunmuş 472 kv.metr torpaq sahəsi cavabdeh X17 tərəfindən boşaldılaraq iddiaçı Azərbaycan Əczaçılar İttifaqına təhvil verilməsi qət olunmuşdur. Qalan hissədə iddia təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4731/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçı “Azərbaycan Əczaçılar İttifaqı” tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, cavabdeh X18 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 mart 2019-cu il tarixli, 2(103)-193/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10022/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçı Azərbaycan Əczaçılar İttifaqının iddiası mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti vermiş və iş baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(112)-807/2022 saylı xx.xx.2022-ci il tarixli qəraddadı ilə Azərbaycan Əczaçılar İttifaqının şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10022/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ləğv edilərək inzibati iş sonrakı prossesual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6063/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə üçüncü şəxsin vəsatəti təmin edilmiş və iş üzrə icraat Bakı Apellyasiya Məhkəməsinin icraatında olan “Azərbaycan Əczaçılar İttifaqı”nın cavabdehlər X14 və X13 qarşı (üçüncü şəxslər: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 Agentliyi, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti və "xxxx" firması) “qanunsuz tikililərin sökülməsi özbaşına tutulmuş torpaq sahəsinin boşaldılması tələbinə dair iş üzrə yekun məhkəmə qərarı qəbul edilərək qanuni qüvvəyə minənədək dayandırılmışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti vermiş və iş baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(112)-1904/2022 saylı xx.xx.2022-ci il tarixli qəraddadı ilə Azərbaycan Əczaçılar İttifaqının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6063/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilərək inzibati iş sonrakı prossesual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6063/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə X18 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında üçüncü şəxs X10 məhkəmə icraatında prosessual iştirakına xitam verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6063/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının “X10 adına ünvan 1 ünvanında yerləşən, 3024,2 kv.metrdən ibarət qeyri-yaşayış binası üzərində, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin, xx.xx.2007-ci il tarixli, 000246 nömrəli şəhadətnamənin və xx.xx.2016-cı il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışın qismən, 549 kv.m. hissəsində, yəni 208 kv.m «Ülvi» şadlıq sarayına aid hissəsində və 341 kv.m «Ülvi» şadlıq sarayının arxasında inşa edilmiş qeyri-yaşayış sahəsinə aid hissəsində, eləcə də hazırkı məhkəmə icraatı zamanı qeyd olunan daşınmaz əmlak üzərində cavabdeh tərəfindən aparılmış hərəkətlərin əsassız olmaqla, aparılmış sənədləşdirilmələrin ləğv olunması və həmin hissədə daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydin çıxarılmasına dair qərar çıxarılması” barədə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6063/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə Əmlak Məsələləri Dövlət Xidməti birgə cavabdeh qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6063/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-416/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X10 adına ünvan 1 ünvanında yerləşən, 3024,2 kv.metrdən ibarət qeyri-yaşayış binası üzərində, Daşınmaz əmlakın dövlət reystrində aparılmış qeydin, xx.xx.2016-cı il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışın qismən, 549 kv.m. hissəsində, yəni 208 kv.m «Ülvi» şadlıq sarayına aid hissəsində və 341 kv.m. «Ülvi» şadlıq sarayının arxasında inşa edilmiş qeyri-yaşayış sahəsinə aid hissəsində, eləcə də hazırkı məhkəmə icraatı zamanı qeyd olunan daşınmaz əmlak üzərində cavabdeh tərəfindən aparılmış hərəkətlərin əsassız olmaqla, aparılmış sənədləşdirilmələrin ləğv olunması və həmin hissədə daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydin çıxarılmasına dair qərar çıxarılması hissəsində iddia mümkün sayılmamışdır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilmiş cavabdeh inzibati orqanının nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddia tələbinin əsassız olduğunu və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 tərəfindən xx.xx.2022-ci il tarixli **********29 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, iddiaçı Azərbaycan Əczaçılar İttifaqı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Xidmətin tabeliyində olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, X10 adına ünvan 1 ünvanında yerləşən, 3024.2 kv.metrdən ibarət qeyriyaşayış binası üzərində daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin, xx.xx.2007-ci il tarixli, 000246 nömrəli şəhadətnamənin və xx.xx.2016-cı il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışın qismən, 549 kv.m hissəsində, yəni 208 kv.m “Ülvi" şadlıq sarayına aid hissəsində və 341 kv.m “Ülvi” şadlıq sarayının arxasında inşa edilmiş qeyri-yaşayış sahəsinə aid hissəsində ləğv olunması və həmin hissədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin çıxarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bildiririk ki, iddia əsassızdır və rədd edilməlidir. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının “torpaq sahəsinin ayrılması haqqında” xx.xx.1994-cü il tarixli, 904 nömrəli sərəncamı ilə "Azərbaycan Əczaçılar İttifaqına" dərman bitkilərinin tədarük və istehsalı məqsədilə Bakıxanov qəsəbəsinin şimal-qərb hissəsində zavod layihələndirilməsi və tikintisinə torpaq sahəsi ayrılmışdır. Daha sonra Azərbaycan Əczaçılar İttifaqı tərəfindən ayrılmış torpaq sahəsində tikinti işlərinin başa çatdırılmasından sonra, birlik müvafiq sənədlər əsasında Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin şimal- qərb hissəsində yerləşən dərman bitkilərinin tədarük və istehsalı zavoduna “Mülkiyyət hüququ haqqında" şəhadətnamə verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli, 001261 nömrəli şəhadətnaməyə əsasən “Dərman bitkilərinin tədarük və istehsal zavodu" üzərində Azərbaycan Əczaçılar İttifaqı mülkiyyət hüququ qeydə alınmışdır. Eyni zamanda, Bakı Şəhəri İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli, 115 nömrəli sərəncamı ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində məişət evinin layihələndirilməsi və tikintisi üçün 0.15 ha torpaq sahəsi vətəndaş X10 istifadəsinə verilmişdir. X17 tərəfindən ona ayrılmış torpaq sahəsində tikinti işlərinin başa çatdırılmasından sonra Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə müvafiq sənədlərlə müraciəti əsasında, Komitə tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, 000246 nömrəli şəhadətnamə ilə Əvəz Hüseynovun əmlak üzərində hüquqları qeydə alınmışdır. Belə ki, qeyd olunan şəhadətnamə Əvəz Hüseynovun qeyriyaşayış sahəsi üzərində hüquqlarının qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması məqsədilə verilmişdir. Bildiririk ki, Əvəz Hüseynovun ünvan 2 ünvanında yerləşən Məişət evi (ümumi sahəsi - 3024.1 kv.m) üzərində hüquqları ilkin torpaqayırma barədə müvafiq sənədlər, həmçinin aidiyyəti qurumlarla razılaşdırılmış layihə sənədləri və obyektin istismara qəbul aktı əsasında Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş şəhadətnamə əsasında rəsmiləşdirilmişdir və bu zaman qanunvericiliyin hər hansı tələbi pozulmamışdır. Belə ki, iddiaçı “Azərbaycan Əczaçılar lttifaqı"nın iddiasının əsası kimi Əvəz Hüseynov tərəfindən inşa edilmiş mübahisəli qeyri-yaşayış sahəsinin istismara qəbul edilməsi barədə müvafiq icra hakimiyyəti orqanının “istismara qəbul aktı" olmadığı halda, cavabdeh qurum tərəfindən sonuncunun hüquqlarının qanunsuz olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığını bildirmişdir. Bununla bağlı bildiririk ki, Əvəz Hüseynov tərəfindən inşa edilmiş mübahisəli tikili səlahiyyətli dövlət qurumu tərəfindən qəbul edilmiş 26 sentyabr 2006-cı il tarixli akt əsasında istismara qəbul edilmişdir. Göründüyü kimi, mübahisəli sahəyə dair Əvəz Hüseynovun adına aparılmış ilkin və sonrakı qeydiyyat qanunvericiliyin tələblərinə uyğun olmuş, bu zaman qanunvericiliyin hər hansı tələbləri pozulmamışdır. Mülki Məcəllənin 139-1.1.12-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 8.0.12-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Bakı Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən «Torpaq sahəsinin ayrılması haqqında» 904 nömrəli, xx.xx.1994-cü il tarixli Sərəncamın surətindən görünür ki, Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli 5/58 nömrəli məktubunu nəzərə alınaraq, Azərbaycan Əczaçılar İttifaqının Bakıxanov qəsəbəsinin şimal-qərb hissəsində «Dərman bitkilərinin tədarükü və istehsalı» üçün zavod layihələşdirilməsinə və tikintisinə torpaq sahəsi ayrılmışdır. - Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən 001261 nömrəli, xx.xx.2002-ci il tarixdə verilmiş “Mülkiyyət hüququ haqqında şəhadətnamə”nin surətindən görünür ki, “Dərman bitkilərinin tədarük və istehsalı zavodu” Azərbaycan Əczaçılar İttifaqının mülkiyyətindədir. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 115 nömrəli sərəncamının surətindən görünür ki, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli, 5/23 saylı razılıq məktubu nəzərə alınaraq, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində məişət evinin layihələşdirilməsi və tikintisi üçün 0,15 ha torpaq sahəsi icarə əsasında X10 istifadəsinə verilmişdir. - Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 000246 nömrəli xx.xx.2007-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, X17 ünvan 1 ünvanında yerləşən məişət evi (ümumi sahəsi 3024,2 kv.metr) üzərində mülkiyyət hüquqlarını əldə etmişdir. - Məhkəmənin sorğusu əsasında əldə edilmiş və iş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən X10 adına tərtib edilmiş reyestr nömrəsi **********64-06301 olan, xx.xx.2016-cı il tarixli Texniki Pasportun surətindən görünür ki, qeyri-yaşayış binası-məişət binasının yerləşdiyi torpaq sahəsinin ünvanı ünvan 3ir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 3024,2 kv.metrdən ibarət qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında X14 məxsusdur. - Bakı şəhəri 16 saylı notarial ofisin xüsusi notariusu trəfindən təsdiq edilmiş, xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X10 vərəsələri X18 və X15r. Şəhadənamə verilən miras əmlak ünvan 1 ünvanında istifadədə olan 0,09186 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 3024,2 kv.metrdən ibarət qeyri-yaşayış (məişət binası) binasından ibarətdir. - Bakı şəhəri 16 saylı notarial ofisin xüsusi notariusu tərəfindən təsdiq edilmiş, “Miras payın bölüşdürülməsi” Müqaviləsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 3024,2 kv.metrdən ibarət qeyri-yaşayış binası (qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən) X2. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixdə verilmiş **********64-06301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 3024,2 kv.metrdən ibarət qeyri-yaşayış binası X11 xüsusi mülkiyyətindədir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş sənədlərdə olan, “X1 fərdi yaşayış evini tikmək üçün ayrılmış torpaq sahəsi qohumu X4 adına qanunləşdirilməsi haqqında” Azərbaycan Respublikası Sabunçu rayon icra Hakimiyyəti Başçısının sərəncamı 1454 nömrəli xx.xx.1997-ci il tarixli sərəncamı əsasında Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 843 nömrəli fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılması haqqında sərəncamı ləğv olunmuş, Bakıxanov qəsəbəsi, Gürcüstan qəsəbəsində 31 saylı yerdə 780 kv.m fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi vətəndaş X4 adına qanuniləşdirilmişdir. - Azərbaycan Respublikası Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 395 nömrəli xx.xx.2003-cü il tarixli sərəncamı əsasında ünvan 1 ünvanında vətəndaş X6 tərəfindən tikilmiş üç mərtəbəli yaşayış evinə ünvan 4 ünvan verilməklə hüquqi qeydiyyata alınmasına sərəncam verilmişdir. - JN-1288H KOD 00500016 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, 0,078 hektar sahəsi olan Bakıxanov qəsəbəsi, Gürcüstan küçəsində yerləşən 31 saylı torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün X4 mülkiyyətinə verilmişdir. - ******* nömrəli AN-İ xx.xx.2004-cü il tarixli “Daşınmaz Əmlakın Alqı-Satqısı” Müqaviləsindən görünür ki, ümumi sahəsi-582,3 kv.m yaşayış sahəsi-163,1 kv.m olan 7 otaqlı ünvan 1 ünvanında yerləşən faktiki 782,60 kv.m torpaq sahəsində yerləşən evi satıcı- X6, alıcı- X3 mülkiyyətinə vermişdir. - X14 Bakıxanov qəsəbəsi,Y.Əliyev küçəsində məişət evinin tikintisi üçün 0,15 ha torpaq sahəsinin ayrılmasına dair Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2004-cü il tarixli 11463 nömrəli İnşaat pasportu verilmişdir. İnşaat pasportundan görünür ki, ayrılan sahəni əhatə edən ərazi şimaldan və şərqdən boş sahə ilə, cənubdan Y.Əliyev küçəsi ilə, qərbdən isə “Qaraxan” firması ilə əhatə edildiyi göstərilmişdir. - Bakı Şəhər İcra hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 115 saylı sərəncamı ilə məişət evinin layihələndirilməsi və tikintisi üşün X14 Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi ünvanında 0,1500 hektar torpaq sahəsinin verilməsinə dair Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2004-cü il tarixli 161 nömrəli Ayrıc Aktı tətib edilmişdir. - iş üzrə təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/3397 nömrəli ekspert rəyi.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianın qaldırılması üçün inzibatiprosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtlərinə, o cümlədən prosessual müddətə əməl etmişdir. Məhkəmə hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olduğunu və iddiaçının ünvanını nəzərə alaraq işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalı olduğunu qeyd edir. Məhkəmə, məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəflərin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən) Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki mahiyyəti baxımından iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə hazırki iddia tələbi ilə ağaşıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan, Bakı Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən «Torpaq sahəsinin ayrılması haqqında» 904 nömrəli, xx.xx.1994-cü il tarixli Sərəncamın surətindən görünür ki, Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli 5/58 nömrəli məktubunu nəzərə alınaraq, Azərbaycan Əczaçılar İttifaqının Bakıxanov qəsəbəsinin şimal-qərb hissəsində «Dərman bitkilərinin tədarükü və istehsalı» üçün zavod layihələşdirilməsinə və tikintisinə torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən 001261 nömrəli, xx.xx.2002-ci il tarixdə verilmiş “Mülkiyyət hüququ haqqında şəhadətnamə”nin surətindən görünür ki, “Dərman bitkilərinin tədarük və istehsalı zavodu” Azərbaycan Əczaçılar İttifaqının mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 115 nömrəli sərəncamının surətindən görünür ki, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli, 5/23 saylı razılıq məktubu nəzərə alınaraq, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində məişət evinin layihələşdirilməsi və tikintisi üçün 0,15 ha torpaq sahəsi icarə əsasında X10 istifadəsinə verilmişdir. Sərəncamın 1.1-ci bəndində qeyd edilmişdir: Sabunçu rayonu, Y.Əliyev (keçmiş Gürcüstan) küçəsi, 2595-ci məhəllədə "xxxx" firmasına avtomobil dayanacağının təşkili üçün 0,79 ha torpaq sahəsinin ayrılmasına dair Bakı Şəhər İcra Hakimiyyəti başçısının 06.05.93-cü il tarixli, 818 saylı bəndi ləğv edilsin. Göründüyü kimi 3-cü şəxsin mülkiyyətində olan torpaq sahəsinə dair torpaq ayırma ilə bağlı ilkin hüquq müəyyənedici sənəd Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 818 saylı sərəncamı olmuşdur. İddiaçı “Əczaçılar İttifaqı”na ayırılmış torpaq sahəsi isə xx.xx.1994-cü il tarixli, 904 nömrəli Sərəncamla rəsmiləşdirilmişdir. Qeyd edilən sənədlərə əsasən torpaq sahəsi 3-cü şəxslərə iddiaçı “Əczaçılar İttifaqı”ndan əvvəl ayrıldığı müəyyən olunur. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bak Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktub ilə ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış binasına dair arxiv qovluğunda aşkar edilən sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Məhkəmənin sorğusu əsasında əldə edilmiş və iş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 000246 nömrəli xx.xx.2007-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, X17 ünvan 1 ünvanında yerləşən məişət evi (ümumi sahəsi 3024,2 kv.metr) üzərində mülkiyyət hüquqlarını əldə etmişdir. Məhkəmənin sorğusu əsasında əldə edilmiş və iş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən X10 adına tərtib edilmiş reyestr nömrəsi **********64-06301 olan, xx.xx.2016-cı il tarixli Texniki Pasportun surətindən görünür ki, qeyri-yaşayış binası-məişət binasının yerləşdiyi torpaq sahəsinin ünvanı ünvan 3ir. xx.xx.2016-cı il tarixli Texniki Pasportun tərtib edilməsi üçün təqdim edilmiş sənədlər kimi - xx.xx.2007-ci il tarixli, 002949 nömrəli Tekniki Pasport və xx.xx.2007-ci il tarixli, 000246 nömrəli Şəhadətnamə qeyd olunmuşdur. Məhkəmənin sorğusu əsasında əldə edilmiş və iş materiallarına əlavə edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 3024,2 kv.metrdən ibarət qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında X14 məxsusdur. İş materiallarında olan, Bakı şəhəri 16 saylı notarial ofisin xüsusi notariusu trəfindən təsdiq edilmiş, xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin surətindən görünür ki, 1xx.xx.2021-ci il tarixdə vəfat etmiş X10 vərəsələri X18 və X15r. Şəhadənamə verilən miras əmlak ünvan 1 ünvanında istifadədə olan 0,09186 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 3024,2 kv.metrdən ibarət qeyriyaşayış (məişət binası) binasından ibarətdir. İş materiallarında olan, Bakı şəhəri 16 saylı notarial ofisin xüsusi notariusu tərəfindən təsdiq edilmiş, “Miras payın bölüşdürülməsi” Müqaviləsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 3024,2 kv.metrdən ibarət qeyri-yaşayış binası (qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən) X2. Məhkəmənin sorğusu əsasında əldə edilmiş və iş materiallarına əlavə edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixdə verilmiş **********64-06301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 3024,2 kv.metrdən ibarət qeyri-yaşayış binası X11 xüsusi mülkiyyətindədir. Məhkəmənin sorğusuna cavab olaraq, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş sənədlərdə olan, “X1 fərdi yaşayış evini tikmək üçün ayrılmış torpaq sahəsi qohumu X4 adına qanunləşdirilməsi haqqında” Azərbaycan Respublikası Sabunçu rayon icra Hakimiyyəti Başçısının sərəncamı 1454 nömrəli xx.xx.1997-ci il tarixli sərəncamı əsasında Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 843 nömrəli fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılması haqqında sərəncamı ləğv olunmuş, Bakıxanov qəsəbəsi, Gürcüstan qəsəbəsində 31 saylı yerdə 780 kv.m fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi vətəndaş X4 adına qanuniləşdirilmişdir. Təqdim edilmiş sənədlərdə olan, Azərbaycan Respublikası Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 395 nömrəli xx.xx.2003-cü il tarixli sərəncamı əsasında ünvan 1 ünvanında vətəndaş X6 tərəfindən tikilmiş üç mərtəbəli yaşayış evinə ünvan 4 ünvan verilməklə hüquqi qeydiyyata alınmasına sərəncam verilmişdir. Təqdim edilmiş sənədlərdə olan, JN-1288H KOD 00500016 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, 0,078 hektar sahəsi olan Bakıxanov qəsəbəsi, Gürcüstan küçəsində yerləşən 31 saylı torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün X4 mülkiyyətinə verilmişdir. Təqdim edilmiş sənədlərdə olan, ******* nömrəli AN-İ xx.xx.2004-cü il tarixli “Daşınmaz Əmlakın Alqı-Satqısı” Müqaviləsindən görünür ki, ümumi sahəsi-582,3 kv.m yaşayış sahəsi-163,1 kv.m olan 7 otaqlı ünvan 1 ünvanında yerləşən faktiki 782,60 kv.m torpaq sahəsində yerləşən evi satıcı- X6, alıcı- X3 mülkiyyətinə vermişdir. Məhkəmənin sorğusu əsasında əldə edilmiş və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, X14 Bakıxanov qəsəbəsi,Y.Əliyev küçəsində məişət evinin tikintisi üçün 0,15 ha torpaq sahəsinin ayrılmasına dair Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2004-cü il tarixli 11463 nömrəli İnşaat pasportu verilmişdir. İnşaat pasportundan görünür ki, ayrılan sahəni əhatə edən ərazi şimaldan və şərqdən boş sahə ilə, cənubdan Y.Əliyev küçəsi ilə, qərbdən isə “Qaraxan” firması ilə əhatə edildiyi göstərilmişdir. Məhkəmənin sorğusu əsasında əldə edilmiş və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Bakı Şəhər İcra hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 115 saylı sərəncamı ilə məişət evinin layihələndirilməsi və tikintisi üşün X14 Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi ünvanında 0,1500 hektar torpaq sahəsinin verilməsinə dair Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2004-cü il tarixli 161 nömrəli Ayrıc Aktı tətib edilmişdir. İş materiallarına əsasən müəyyən olunur ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının “Torpaq sahəsinin ayrılması haqqında” 904 nömrəli xx.xx.1994-cü il tarixli sərəncamı ilə Azərbaycan Əczaçılar İttifaqına Bakıxanov qəsəbəsinin şimal-qərb hissəsində “Dərman bitkilərinin tədarükü və istehsalı” üçün zavod layihələşdirilməsinə və tikintisi üçün torpaq sahəsi ayrılmışdır. xx.xx.2002-ci il tarixdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin şimal-qərb hissəsində yerləşən Dərman Bitkilərinin tədarük və istehsalı zavodunun Azərbaycan Əczaçılar İttifaqının mülkiyyətində olması barədə mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 115 nömrəli Sərəncamı ilə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 5/23 saylı razılıq məktubu nəzərə alınaraq, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində məişət evinin layihələşdirilməsi və tikintisi üçün 0,15 ha torpaq sahəsi icarə əsasında X10 istifadəsinə verilmişdir. X14 ünvan 1 ünvanında yerləşən məişət evi (ümumi sahəsi 3024,2 kv.metr) üzərində mülkiyyət hüquqlarını əldə etdiyinə dair Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 000246 nömrəli xx.xx.2007-ci il tarixli şəhadətnamə verilmiş və Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırması İdarəsi tərəfindən X14 ünvan 8 ünvanında yerləşən qeyri-yaşayış binası-məişət binasına dair xx.xx.2016-cı il tarixli Texniki Pasport tərtib edilmişdir. Eyni zamanda ünvan 1 ünvanında yerləşən 3024,2 kv.metrdən ibarət qeyri-yaşayış binası X10 adına rəsimləşdirilərək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıda olan sənədlərdən hər hansı birinin mövcudluğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsasdır. Mülkiyyət hüququnun qeydə alınması məqsədilə qeydiyyat orqanına verilən ərizəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə olan əsaslardan biri əlavə edilməlidir. İşin hallarından müəyyən edilir ki, hazırkı iş üzrə mübahisəli torpaq sahəsi üzərində üçüncü şəxs X10 mülkiyyət hüququ Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 115 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 000246 nömrəli xx.xx.2007-ci il tarixdə verilmiş şəhadətnamə əsasında qeydə alınmışdır. Məhkəmə tərəfindən mövcud sualların cavablandırılması və ziddiyyətli halların aradan qaldırılması üçün 2-1(112)-6063/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırki iş üzrə məhkəmə tikiti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. xx.xx.2007-ci il qeydiyyat tarixli, 000246 qeydiyyat nömrəli Şəhadətnamə ilə X14 ayrılmış torpaq sahəsi ilə xx.xx.2002-ci il qeydiyyat tarixli, 001261 qeydiyyat nömrəli Şəhadətnamə ilə “Azərbaycan Əczaçılar İttifaqı”na ayrılmış torpaq sahəsi üst-üstə düşürmü? Düşürsə hansı hissədə düşür?
2. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli, 115 saylı Sərəncamı ilə X14 ayrılmış torpaq sahəsi ilə, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 904 saylı Sərəncamı ilə “Azərbaycan Əczaçılar İttifaqı”na ayrılmış torpaq sahəsi üst-üstə düşürmü? Düşürsə hansı hissədə düşür?
3. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 904 saylı Sərəncamı ilə “Azərbaycan Əczaçılar İttifaqı”na ayrılmış torpaq sahəsi ilə xx.xx.2007-ci il qeydiyyat tarixli, 000246 qeydiyyat nömrəli Şəhadətnamə ilə X14 ayrılmış torpaq sahəsi üst-üstə düşürmü? Düşürsə hansı hissədə düşür?
4. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli, 115 saylı Sərəncamı ilə X14 ayrılmış torpaq sahəsi ilə, xx.xx.2002-ci il qeydiyyat tarixli, 001261 qeydiyyat nömrəli Şəhadətnamə ilə “ Azərbaycan Əczaçılar İttifaqı”na ayrılmış torpaq sahəsi üst-üstə düşürmü? Düşürsə hansı hissədə düşür? İş üzrə təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/3397 nömrəli ekspert rəyində tədqiqatın nəticəsi olaraq qeyd edilmişdir: Qərardadın birinci sualı üzrə xx.xx.2007-ci il qeydiyyat tarixli, 000246 qeydiyyat nömrəli Şəhadətnamə ilə X14 ayrılmış torpaq sahəsi ilə xx.xx.2002-ci il qeydiyyat tarixli, 001261 qeydiyyat nömrəli Şəhadətnamə və xx.xx.2002-ci il tarixli, 001722 nömrəli texniki pasporta əsasən “Azərbaycan Əczaçılar İttifaqı”na ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmür.(ara sərhəddi daş hasarlıdır). Qərardadın ikinci sualı üzrə Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli, 115 saylı Sərəncamı ilə X14 ayrılmış torpaq sahəsi ilə, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 904 saylı Sərəncamı ilə “Azərbaycan Əczaçılar İttifaqı”na ayrılmış torpaq sahəsi yuxarıda qeyd olunan texniki pasporta nəzərən üst-üstə düşmür (“Azərbaycan Əczaçılar İttifaqı”na ayrılmış torpaq sahəsinə dair tərtib edilmiş xx.xx.1994-cü il tarixli 94/347 nömrəli AKT-da (cizgidə) dəqiq istinad nöqtələri və məsafələri qeyd olunmamışdır). Qərardadın üçüncü sualı üzrə Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 904 saylı Sərəncamı ilə “Azərbaycan Əczaçılar İttifaqı”na ayrılmış torpaq sahəsi ilə xx.xx.2007-ci il tarixli, 000246 qeydiyyat nömrəli Şəhadətnamə ilə X14 ayrılmış torpaq sahəsi üst- üstə düşmədiyi müəyyən edilmişdir. Qərardadın dördüncü sualı üzrə Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli, 115 saylı Sərəncamı ilə X14 ayrılmış torpaq sahəsi ilə, xx.xx.2002-ci il tarixli, 001261 qeydiyyat nömrəli Şəhadətnamə ilə “Azərbaycan Əczaçılar İttifaqına ayrılmış torpaq sahəsi üst-üstə düşmədiyi müəyyən edilmişdir. Ekspert rəyində qeyd edildiyi kimi Azərbaycan Əczaçılar İttifaqı”na ayrılmış torpaq sahəsi ilə X14 ayrılmış torpaq sahəsi üst- üstə düşmədiyi müəyyən edilmişdir. Hazırki iş üzrə iddiaçı tərəfindən göstərilən ekspert rəyinin mötəbərliyini şübhə altına alacaq hər hansı sübut təqdim etməmişdir. Bununla bağlı olaraq məhkəmə qeyd edilən ekspert rəyini mötəbər sübut hesab edərək qeyd edilən torpaq sahələrinin üst-üstə düşməməsi barədə qənaətə gəlmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur. Belə ki, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə, hüquqi nəticələrinə iş üzrə riayət olunmuş və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Beləliklə, məhkəmə qeyd edir ki, 3-cü şəxs X11 mülkiyyətində olan torpaq sahəsi iddiaçı “Azərbaycan Əczaçılar İttifaqı”dan daha əvvəl ayrıldığından, ekspert rəyinə əsasən hər iki şəxsə məxsus daşınmaz əmlakların yerləşdiyi torpaq sahələri üst-üstə düşmədiyindən, 3-cü şəxsə müvafiq şəhadətnamə verilərkən cavabdeh inzibati orqan tərəfindən maddi hüquq normalarının tələblərinin pozulduğu məhkəmə tərəfindən müəyyən olunmadığından iddia əsassızdır və təmin edilə bilməz. İPM-in 1.2-ci maddəsinə əsasən həmin məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu məcəllə ilə nəzərdə tutulmuş prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 140.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqlar müvafiq icra hakimiyyəti orqanının tərtib etdiyi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır. Həmin Məcəllənin 146-cı maddəsinə əsasən daşınmaz əmlaka hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat tarixindən əmələ gəlir. Qeydə alınmış hüququn məzmunu sənədlərlə və ya başqa şəkildə təsdiqlənə bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında qeyd olunmuşdur ki, bu Qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 4.1-ci maddəsinə müvafiq olaraq qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0 maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Həmin Qanunun 8.0.1 maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Həmin Qanunun 8.0.5. maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Həmin Qanunun 8.0.9. maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 23.1 maddəsinə əsasən Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrindədaşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2 maddəsinə əsasən Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Həmin Qanunun 23.3 maddəsinə əsasən Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Cavabdeh1 Əsasnaməsi”nə əsasən 3.0.4 dövlət əmlakının idarə edilməsini və özəlləşdirilməsini, onun barəsində sərəncam verilməsini, qeydiyyatının aparılmasını, özəlləşdirilən dövlət müəssisələrinə investisiyaların cəlb olunmasını təmin etmək; 3.0.18. daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; 3.0.19. daşınmaz əmlakın kadastr uçotuna alınmasını təmin etmək, daşınmaz əmlakın vahid dövlət kadastrını, dövlət torpaq kadastrını və onun tərkib hissəsi olan torpaq reyestrini tərtib etmək və aparmaq, daşınmaz əmlakın kadastr qiymətinin müəyyən edilməsi sahəsində tədbirlər görmək, 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq 3.0.27. dövlət və yerli özünüidarəetmə orqanlarının, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara müəyyən edilmiş qaydada daşınmaz əmlakın (torpaqların) elektron kadastr uçotu informasiya sistemindən yerquruluşu planına və kadastr məlumatlarına dair elektron və (və ya) kağız formatlarında çıxarışların verilməsini təmin etmək xidmətin vəzifələridir. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-cimaddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.11-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir: “Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar).” İnzibati Prosessual Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı «Azərbaycan Əczaçılar İttifaqı» cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı X10 adına ünvan 1 ünvanında yerləşən məişət evinə (ümumi sahəsi 3024,2 kv.metr) dair Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 000246 nömrəli xx.xx.2007-ci il tarixli şəhadətnamənin ləğv olunmasına dair iddia təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ: Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı «Azərbaycan Əczaçılar İttifaqı» cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı X10 adına ünvan 1 ünvanında yerləşən məişət evinə (ümumi sahəsi 3024,2 kv.metr) dair Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 000246 nömrəli xx.xx.2007-ci il tarixli şəhadətnamənin ləğv olunmasına dair iddia təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev