Məhkəmə qərarları › İş №2-1(112)-4160/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4160/2020

21.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4160/2020 21.05.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh ASC-nə qarşı “pul vəsaitinin geri qaytarılması, maddi ziyanın tutulması və digər tələblərə” dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-nin Baş ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AtaBank ASC-nin Nərimanov filialında 22.12.2017-ci il tarixdə depozit hesabına yerləşdiyi 30.000 (otuz min) manat məbləğində pul vəsaitinin Bankın əmanət müqaviləsinin şərtlərinə əsasən depozitdə saxlanılması müddətinin 22.12.2019-cu il tarixində bitməsinə baxmayaraq qaytarılmadığından həmin pul vəsaitinin iddiaçıya tam şəkildə geri qaytarılması və bundan başqa pul vəsaitinin Bank tərəfindən vaxtında qaytarılmaması nəticəsində məcbur olub başqa şəxslərin aldığı borc pulla dəyən zərərə görə 30.000 manat məbləğində təzminatın cərimənin də iddiaçıya adı çəkilən Bankın ödəməsi; AtaBank ASC-nin Nərimanov filialında iddiaçıya (yəni İddiaçı), iddiaçının bacısı İ.Səmədovaya və onun qızı P.Kazımovskaya məxsus depozitlərin dəfələrlə xahişlərə baxmyaraq ABŞ dollarına tam həcmdə konvertasiyanın aparılmadığından bu bankdan yuxarda göstərilən depozitlərdəki manatdakı pul vəsaitlərini ABŞ dollarına konvertasiyasının aparılmasının təmin edilməsinin tələb edilməsi; AtaBank ASC-nin Nərimanov filialı tərəfindən iddiaçıya (yəni İddiaçı), iddiaçının bacısı İ.Səmədovaya və onun qızı P.Kazımovskayaya məxsus depozitlərin ABŞ dollarına tam həcmdə edilmədiyi üçün həmin depozitlər bu bank tərəfindən və ya onun müflis olub ləğvi məsələsi meydana çıxarsa belə olduğu təqdirdə Əmanətlərin Sığortalanması Fondunun hesabına hazırda, yəni 18.03.2020-ci il tarixinə Azərbaycan Mərkəzi Bankının təyin etmiş valyuta məzənnələri nəzərə alınmaqla 1 ABŞ dollarının 1 manat 70 qəpiyə bərabər həcmdə mübadiləsi şərti ilə qaytarılmasının tələb edilməsi; Azərbaycan Mərkəzi Bankının əsas funksiyalarından biri ölkədəki bankların fəaliyyətə başlaması üçün lisenziya verilməsi, habelə fəaliyyətdə olduqları vaxt onların maliyyə vəziyyətinin auditi və monitorinqidir. Mərkəzi Bank 2019-cu il sentyabr ayından başlayaraq AtaBank ASC –nin əmanətçilərinin qarşısında öhdəliklərini yerinə yetirə bilməməsi barədə xəbəri olmasına baxmayaraq həmin bankın lisenziyasının ləğv etməməsi nəticəsində dolayısı ilə özü də pozuntuya yol vermiş kimi hesab edilməlidir. Bunu nəzərə alaraq ölkədə devalvasiya hadisəsi baş verərsə və bu vaxt AtaBank da müflis elan olunarsa belə olan təqdirdə Azərbaycan Mərkəzi Bankının təyin etmiş valyuta məzənnələri nəzərə alınmaqla 1 ABŞ dollarının 1 manat 70 qəpiyə bərabər həcmdə mübadiləsi şərti ilə qaytarılmasının tələb edilməsi; ölkəmizdə devalvasiya hadisəsi baş verərsə və iddia ərizənin 4-cü bəndi üzrə iddiaçıya, iddiaçının bacısına və onun qızına məxsus olan depozitlər üzrə əmanətlərinin 18.03.2020ci il tarixinə Mərkəzi Bankının təyin etmiş valyuta məzənnələri nəzərə alınmaqla 1ABŞ dollarının 1 manat 70 qəpiyə bərabər həcmdə mübadiləsi şərti ilə qaytarılması təmin edilməsə, belə olduğu təqdirdə AtaBank ASC-dən, onun fəaliyyətinə xitam verilərsə onda Əmanətlərin Sığortalanması Fondundan və ya Azərbaycan Mərkəzi Bankından iddiaçıya vurulan mənəvi zərərə görə 50 min manat təzminatının iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş üzrə məhkəmə hazırlıq icraatının iclası 21 may 2020-ci il tarixə təyin edilmişdir. Məhkəmə İPM-in 13-cü (Məhkəmənin yardım etmək vəzifəsi) maddəsini rəhbər tutaraq iddiaçıya “hüquqi yardım” məktubu göndərərək, iş üzrə 21.05.2020-ci il tarixə təyin edilmiş məhkəmə iclasında mümkünlük məsələsinin araşdırılacağını bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmunun uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb aşağdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh ASC-nin 22 dekabr 2017-ci il tarixli, 3-205978- 19 saylı bank əmanəti müqaviləsinin surətindən görünür ki, Cavabdeh ASC ilə İddiaçı arasında müqavilə münasibətləri mövcud olmuş, həmin münasibətlər zəminində “Bank” “Əmanətçi”yə Azərbaycan Respublikasının milli valyutasında və 3-cü maddədə nəzərdə tutulan istənilən xarici valyutada əmanət hesabı açmağı , açılmış hesaba əmanət məbləğini qəbul etməyi və əmanət məbləğini müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada “Əmanətçi”yə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, bu müqavilə üzrə “Bank” qəbul etdiyi 30.000 AZN əmanət üçün “Əmanətçi”yə illik 15 % faiz ödəyir. İş materiallarında olan Cavabdeh ASC-nin 12 fevral 2020-ci il tarixli, 3-205978-25 saylı bank əmanəti müqaviləsinin surətindən görünür ki, Cavabdeh ASC ilə İddiaçı arasında müqavilə münasibətləri mövcud olmuş, həmin münasibətlər zənnində “Bank” “Əmanətçi”yə Azərbaycan Respublikasının milli valyutasında və 3-cü maddədə nəzərdə tutulan istənilən xarici valyutada əmanət hesabı açmağı , açılmış hesaba əmanət məbləğini qəbul etməyi və əmanət məbləğini müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada “Əmanətçi”yə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, bu müqavilə üzrə “Bank” qəbul etdiyi 30.000 AZN əmanət üçün “Əmanətçi”yə illik 6 % faiz ödəyir. İş materiallarında olan Cavabdeh ASC-nin 10 fevral 2020-ci il tarixli, 3-261111-3 saylı bank əmanəti müqaviləsinin surətindən görünür ki, Cavabdeh ASC ilə X5 arasında müqavilə münasibətləri mövcud olmuş, həmin münasibətlər zənnində “Bank” “Əmanətçi”yə Azərbaycan Respublikasının milli valyutasında və 3-cü maddədə nəzərdə tutulan istənilən xarici valyutada əmanət hesabı açmağı , açılmış hesaba əmanət məbləğini qəbul etməyi və əmanət məbləğini müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada “Əmanətçi”yə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, bu müqavilə üzrə “Bank” qəbul etdiyi 30.000 AZN əmanət üçün “Əmanətçi”yə illik 6 % faiz ödəyir. İş materiallarında olan Cavabdeh ASC-nin 11 fevral 2020-ci il tarixli, 3-266167-2 saylı bank əmanəti müqaviləsinin surətindən görünür ki, Cavabdeh ASC ilə X2 arasında müqavilə münasibətləri mövcud olmuş, həmin münasibətlər zənnində “Bank” “Əmanətçi”yə Azərbaycan Respublikasının milli valyutasında və 3-cü maddədə nəzərdə tutulan istənilən xarici valyutada əmanət hesabı açmağı , açılmış hesaba əmanət məbləğini qəbul etməyi və əmanət məbləğini müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada “Əmanətçi”yə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, bu müqavilə üzrə “Bank” qəbul etdiyi 30.000 AZN əmanət üçün “Əmanətçi”yə illik 6 % faiz ödəyir. İş materiallarında olan Cavabdeh ASC-nin 12 fevral 2020-ci il tarixli, 3-266167-4 saylı bank əmanəti müqaviləsinin surətindən görünür ki, Cavabdeh ASC ilə X2 arasında müqavilə münasibətləri mövcud olmuş, həmin münasibətlər zənnində “Bank” “Əmanətçi”yə Azərbaycan Respublikasının milli valyutasında və 3-cü maddədə nəzərdə tutulan istənilən xarici valyutada əmanət hesabı açmağı , açılmış hesaba əmanət məbləğini qəbul etməyi və əmanət məbləğini müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada “Əmanətçi”yə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, bu müqavilə üzrə “Bank” qəbul etdiyi 840 AZN əmanət üçün “Əmanətçi”yə illik 6 % faiz ödəyir. Qeyd olunanlardan birmənalı olaraq göründüyü kimi, hazırki işin mübahisələndirilən halları iddiaçının, onun bacısının və bacısı qızının Cavabdeh ASC ilə bağlanmış bank əmanəti müqaviləsi əsasında əmanətlərin (pul vəsaitlərinin) geri qaytarılması və dəymiş mənəvi ziyanın geri qaytarılması ilə bağlıdır. Məhkəmə İPM-in 1.1-ci maddəsinin tələbi baxımından, ilk öncə onu qeyd edir ki, inzibati qaydada qaldırılan iddianın ilkin mümkünlük şərti inzibati hüquq münasibətlərindən yaranmasıdır. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. Məhkəmə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtləri yerinə yetirildiyi halda yolveriləndir. Hazırki iddia tələbi üzrə cavabdeh qismində göstərilmiş "xxxx" ASC Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na inzibati orqan kimi daxil edilməmişdir. Beləliklə, cavabdeh inzibati orqan deyil və iddiaçı ilə cavabdeh arasında yaranmış münasibətlər publik xarakter daşımır. Məhkəmə həmçinin, izah edir ki, Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli 2-3 (103)-129/2020 saylı qərarı ilə Cavabdeh ASC müflis elan edilmiş və iflas proseduruna başlanmış, Əmanətlərin Sığortalanması Fondu Cavabdeh ASC-nin ləğvedicisi təyin edilmişdir. “Banklar haqqında” qanunun 72.1.2 və 72.1.3-cü maddəsinə əsasən bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır; bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız “Banklar haqqında” qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 13 iyun 2017-ci il tarixli Pelnum Qərarında qeyd edilir ki, “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən icraata qəbul edilməsindən imtina olunmalıdır. Məhkəmə həmçinin, qeyd edir ki, tərəfə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Odur ki, Məhkəmə izah edir ki, iddiaçı tələbini Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən qeydə aldırdıqdan sonra hazırkı tələblə aidiyyəti üzrə müvafiq olaraq iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edə bilər. Bundan başqa Məhkəmə vurğulamağı zəruri hesab edir ki, iddiaçının hazırki iddia tələbi ilə X4 və X1 adına rəsmiləşdirilmiş müqavilə üzrə əmanətlərin geri qaytarılmasını tələb etmək hüququ yoxdur. Belə ki, X5 və X2 yetkinliş yaşına çatmış fiziki şəxslər olduğu halda və müqavilə münasibətlərinin məhz bank ilə onlar arasında bağlandığı təqdirdə, əmanətlərin geri qaytarılması ilə bağlı iddia irəli sürmək hüququ məhz onlara məxsusdur. Beləliklə, İPM-in 35.1-ci maddəsinin tələbinə görə Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “pul vəsaitinin geri qaytarılması, maddi ziyanın tutulması və digər tələbləri”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar