Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4160/2021 30.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun kаtibliyi, cavabdehin nümayəndəsi, vəkili Əliyev Samir Süleyman oğlunun (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, vəkil) iştirakı ilə, iddiаçı İddiaçı Səfərəli oğlunun cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçularına qulluq stajına görə əmək pensiyasına əlavələr nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və yaranmış fərqin məbləğinin ödənilməsi” barədə iddia tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: İddiaçı Səfərəli oğlu cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya 16.03.2017-ci ildə təyin olunmuş yaşa görə əmək pensiyasının “Əmək pensiyası haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsində nəzərdə tutulmuş dövlət qulluqçularına qulluq stajına görə əmək pensiyasına əlavələr nəzərə alınmaqla yenidən hesablanması və yaranmış pensiya məbləğinin fərqinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1954-cü ildə Bakı şəhərində doğulmuşdur. 11.09.1972-ci ildən 27.08.1973-cü ilədək Sumqayıt Boru Prokat zavodunda işləmişdir, Azərbaycan SSR Xilasetmə xidmətində 13.06.1974-cü ildən 01.09.1974-cü ilədək, 17.06.1975-ci ildən 01.09.1975-ci ilədək matros xilasedici, Sumqayıt şəhər Mənzil İdarəsində 27.10.1977-ci ildən 18.03.1978-ci ilədək mühəndis, 21.03.1978-ci ildən 23.06.1978-ci ilədək SSRİ Balıq Təsərrüfatı Nazirliyinin nəzdində “CənubXəzərbalıq” İdarəsinin 7 nömrəli balıq mühafizə müfəttişliyinin “Molniya” gəmisində 1-ci dərəcəli matros, 23.06.1978-ci ildən 19.11.1980-ci ilədək həmin müfəttişlikdə kiçik müfəttiş,19.11.1980-ci ildən 18.10.1982-ci ilədək 7 nömrəli balıq mühafizə müfəttişliyində sahə dövlət müfəttişi, 18.10.1982-ci ildən 05.07.1983-cü ilədək 9 nömrəli balıq mühafizə müfəttişliyində sahə dövlət müfəttişi, 05.07.1983-cü ildən 05.04.1991-ci ilədək 7 nömrəli balıq mühafizə müfəttişliyində sahə müfəttişi, 05.04.1991-ci ildən 28.06.1994-cü ilədək 11ci rayon üzrə balıq mühafizə müfəttişliyində müfəttiş, 28.06.1994-cü ildən 22.12.1995-ci ilədək 12-ci rayon balıq mühafizə müfəttişliyində baş dövlət müfəttişi, 01.03.1996-cı ildən 11.04.1997-ci ilədək 7-ci rayon balıq mühafizə müfəttişliyində böyük dövlət müfəttişi, 01.10.1997-ci ildən 22.01.1999-cu ilədək “AzərBalıq” Dövlət Konserninin “Balıqartırma” İdarəsinin 11-ci rayon balıq mühafizə müfəttişliyində dövlət müfəttişi, 22.01.1999-cu ildən 25.10.2001-ci ilədək 1-ci rayon balıq mühafizə müfəttişliyində dövlət müfəttişi, 29.05.2003cü ildən 02.07.2007-ci ilədək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Balıqtutma” İdarəsinin Xəzər dənizi və daxili suların bioloji sərvətlərin mühafizəsi xidmətinin Lənkaran- Astara regionu üzrə bölməsində aparıcı mütəxəssis, 02.07.2007-ci ildən 02.04.2012-ci ilədək Lənkəran-Astara və Səlyan-Neftçala regionu üzrə aparıcı müfəttiş, 02.04.2012-ci ildən 07.12.2018-ci ilədək Sumqayıt-Xaçmaz regionu üzrə aparıcı müfəttiş vəzifəsində işləmişdir. DSMF-nin Sumqayıt şəhər şöbəsində iddiaçıya 16.03.2017-ci ildə 63 yaşı tamam olması ilə əlaqədar yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin pensiya hesablanması zamanı 1978-ci ildən 2018-ci ilədək işlədiyi dövrlərdə dövlət qulluğunda olmasına baxmayaraq pensiya təyin olunan zaman ona qulluq stajına görə əlavələr nəzərə alınmamışdır. Onun dövlət qulluğunda iş stajı 38 il 02 ay 11 gün təşkil edir. Bununla əlaqədar iddiaçı 23.12.2020-ci ildə ərizə ilə DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin müraciətə rədd cavabı verilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərinin yerinə yetirilməsidir. Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli fərmanı ilə “Əmək pensiyası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrinin təsnifat toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısı” təsdiq edilmişdir. Lakin iddiaçının iddia ərizəsində göstərdiyi vəzifələr Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli fərmanı ilə təsdiq edilmiş siyahıda sadalanan vəzifələr sırasına aid deyillər və bu səbəbdən həmin vəzifələr dövlət qulluğuna aid olan vəzifələr kimi qəbul edilə bilməzlər. Cavabdeh göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, iddiaçı cavabdehə müraciət etmiş, imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışınа gəlməmiş, öz nümаyəndəsini göndərməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili S.Əliyev iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır. İş materiallarına əlavə edilmiş: İddiaçının şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı xx.xx.1954-cü il təvəllüdlü Azərbayacn Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin 18/Ə-349 №li, 07.10.2020-ci il tarixli arayışına əsasən iddiaçı “Cənub Xəzərbalıq” İdarəsinin 7 və 9 saylı balıq mühafizə müfəttişliklərində, 11-ci,12-ci,7ci,1-ci rayon balıq mühafizə müfəttişliklərində 22.03.1978-ci ildən 22.12.1995-ci ilə qədər, 01.03.1996-cı ildən 25.10.2001-ci ilə qədər matros, kiçik müfəttiş, sahə dövlət müfəttişi, baş dövlət müfəttişi, böyük dövlət müfəttişi, 29.05.2003-cü ildən 02.07.2007-ci ilə qədər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Balıqartırma” İdarəsinin Xəzər dənizi və daxili suların bioloji sərvətlərinin mühafizəsi Xidmətinin Lənkəran-Astara regionu üzrə bölməsində aparıcı mütəxəssis vəzifələrndə işləmişdir, 02.07.2007-ci ildən Lənkaran- Astara və Salyan-Neftçala regionu üzrə aparıcı mütəxəssis keçirilmişdir. İddiaçının əmək kitabçasına əsasən İddiaçı 11.09.1972-ci ildən 27.08.1973-cü ilədək Sumqayıt Boru Prokat zavodunda elektrik çilingəri, laborant işləmişdir, Azərbaycan Xilasetmə Suları Cəmiyyətinin Xilasetmə Xidməti Sumqayıt xilasetmə stansiyasında 13.06.1974-cü ildən 01.09.1974-cü ilədək, 17.06.1975-ci ildən 01.09.1975-ci ilədək matros xilasedici, Sumqayıt şəhər Evləri İdarəsində 2 saylı Mənzil İstehsalat İstismar Trestində 27.10.1977-ci ildən 18.03.1978-ci ilədək mühəndis, 21.03.1978-ci ildən 23.06.1978-ci ilədək X3 Balıq mühafizəsi 7-ci müfəttişliyində “Molniya” gəmisində 1-ci dərəcəli matros, 23.06.1978-ci ildən 19.11.1980-ci ilədək 7 nömrəli balıq mühafizə müfəttişliyində kiçik müfəttiş,19.11.1980-ci ildən 18.10.1982-ci ilədək 7 nömrəli balıq mühafizə müfəttişliyində sahə dövlət müfəttişi, 18.10.1982-ci ildən 05.07.1983-cü ilədək 9 nömrəli balıq mühafizə müfəttişliyində sahə dövlət müfəttişi, 05.07.1983-cü ildən 05.04.1991-ci ilədək 7 nömrəli balıq mühafizə müfəttişliyində sahə müfəttişi, 05.04.1991-ci ildən 28.06.1994-cü ilədək 11ci rayon üzrə balıq mühafizə müfəttişliyində müfəttiş, 28.06.1994-cü ildən 22.12.1995-ci ilədək 12-ci rayon balıq mühafizə müfəttişliyində baş dövlət müfəttişi, 01.03.1996-cı ildən 11.04.1997-ci ilədək 7-ci rayon balıq mühafizə müfəttişliyində böyük dövlət müfəttişi, 01.10.1997-ci ildən 22.01.1999-cu ilədək “AzərBalıq” Dövlət Konserninin “Balıqartırma” İdarəsinin 11-ci rayon balıq mühafizə müfəttişliyində dövlət müfəttişi, 22.01.1999-ci ildən 25.10.2001-ci ilədək 1-ci rayon balıq mühafizə müfəttişliyində dövlət müfəttişi, 29.05.2003cü ildən 02.07.2007-ci ilədək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Balıqtutma” İdarəsinin Xəzər dənizi və daxili suların bioloji sərvətlərin mühafizəsi xidmətinin Lənkaran- Astara regionu üzrə bölməsində aparıcı mütəxəssis, 02.07.2007-ci ildən 02.04.2012-ci ilədək Lənkaran-Astara və Səlyan-Neftçala regionu üzrə aparıcı müfəttiş, 02.04.2012-ci ildən 07.12.2018-ci ilədək Sumqayıt-Xaçmaz regionu üzrə aparıcı müfəttiş vəzifəsində işləmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 22.01.2021-ci il tarixli məktubunda iddiaçıya bildirilmişdir ki, onun vaxtilə işlədiyi vəzifələr dövlət qulluğu vəzifələri hesab edilmədiyindən, həmçinin qanunla nəzərdə tutulmuş dövlət qulluğu stajı olmadığından iddiaçıya sabiq dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması mümün deyildir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, əmək pensiyaçısıdır, hazırda iddiaçı 1978-ci ildən 2018-ci ilədək işlədiyi dövrlərdə dövlət qulluğunda işlədiyini bildirərək dövlət qulluqçularına qulluq stajına görə əmək pensiyasına əlavələr nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və yaranmış pensiya məbləğinin fərqinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda sadalananlara görə əsaslı hesab etmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 20.1.-ci maddəsinə əsasən, qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); Həmin Qanunun 20.11.-ci maddəsinə əsasən, bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1.-ci maddəsinə əsasən dövlət qulluğu vəzifəsində 15 il qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun yuxarıda qeyd edilmiş normalarda dövlət qulluqçusunun statusunun tənzimlənməsinin “Dövlət qulluğu haqqında” Qanunla müəyyən edilməsi göstərilmişdir. Belə ki, “Dövlət qulluğu haqqında” Qanunla Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında münasibətlər və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələlər tənzimlənir. İddiaçının iddid tələbi ilə bağlı öncədən, onun dövlət qulluqçusu statusuna malik olub-olmaması,yəni əmək kitabçasına əsasən tutduğu vəzifələrin inzibati və ya yardımçı vəzifələrin olub-olmaması müəyyən edilməlidir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. Həmin Qanunun 2.5-ci maddəsinə əsasən bu Qanun müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan müəssisələrin işçilərinə şamil edilmir. Bu işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının və işsizlikdən sığorta fondunun büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Həmin Qanunun 10.1.-ci maddəsinə əsasən, dövlət orqanlarında vəzifələr həmin vəzifələrin funksiyalarının məzmunundan, səlahiyyətlərinin mənbəyindən və tutulması üsullarından asılı olaraq inzibati və yardımçı vəzifələrə bölünür. Həmin Qanunun 11.4.-ci maddəsinə əsasən, dövlət orqanlarının aparatları (və ya onların fəaliyyətini təmin edən qurumlar) və onların bölmələri Ali - 5-ci kateqoriya dövlət orqanlarının Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilmiş funksiya və səlahiyyətləri, habelə onların həyata keçirilməsi xüsusiyyətləri nəzərə alınaraq, təminedici və yardımçı kimi təsnifləşdirilir.Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.Qeyd: 11-ci maddədə “dövlət orqanlarının aparatı (və ya onların fəaliyyətini təmin edən qurumlar)” dedikdə, dövlət orqanının vəzifə, funksiya və səlahiyyətlərinin həyata keçirilməsini təmin edən dövlət qulluqçularından ibarət ixtisaslaşdırılmış bölmələrini özündə birləşdirən dövlət orqanının struktur vahidi nəzərdə tutulur. Həmin Qanunun 12-ci maddəsində göstərilmişdir: ”12.1. İnzibati və yardımçı vəzifələrin təsnifat toplusuna vəzifələrin təsnifatları və adları, ixtisas dərəcələri və vəzifələrin tutulması şərtləri haqqında məlumatlar daxil edilir. 12.2. İnzibati və yardımçı vəzifələrin təsnifat toplusu dövlət orqanlarının ştat cədvəllərinin yaradılması və dövlət qulluqçularının vəzifə təlimatlarının hazırlanması üçün əsasdır. İnzibati və yardımçı vəzifələrin təsnifat toplusu Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.” “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 29.12.2000-ci il tarixli 435 nömrəli Fərmanının 3.1-ci bəndinə əsasən, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli 911 nömrəli Fərman ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusu” –nun 1.1. – ci bəndinə əsasən, inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusuna “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə uyğun olaraq dövlət qulluqçularının inzibati və yardımçı vəzifələrinin təsnifatları və adları, ixtisas dərəcələri və vəzifələrin tutulması şərtləri haqqında məlumatlar daxildir. Bundan əlavə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısı” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 may tarixli 77 nömrəli qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı” təsdiq edilmişdir. Lakin işin faktiki hallarına əsasən iddiaçının işlədiyi qurumlar dövlət orqanlarının tabeliyində olsalar da “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 2.2ci maddəsinə əsasən icra hakimiyyətləri orqanlarının aparatı olmadığına görə həmin qanun iddiaçıya şamil edilmir, bundan başqa iddiaçının işlədiyi vəzifələrin(o cümlədən müfəttiş vəzifəsi) dövlət qulluğu vəzifəsinə uyğunlaşdırılması yuxarıda qeyd edilən Azərbaycan Respublikasının Prezidentinin Fərmanları ilə təsdiq edilmiş siyahılarda nəzərdə tutulmamışdır ki, bu da iddiaçının dövlət qulluqçusu olmadığını təsdiq edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Səfərəli oğlunun cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiaçıya 16.03.2017-ci ildə təyin olunmuş yaşa görə əmək pensiyasının “Əmək pensiyası haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsində nəzərdə tutulmuş dövlət qulluqçularına qulluq stajına görə əmək pensiyasına əlavələr nəzərə alınmaqla yenidən hesablanması və yaranmış pensiya məbləğinin fərqinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddiası qanunauyğun olmadığına görə rədd edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34-cü, 68-ci, 69-cu, 85-ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Səfərəli oğlunun cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiaçıya 16.03.2017-ci ildə təyin olunmuş yaşa görə əmək pensiyasının “Əmək pensiyası haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsində nəzərdə tutulmuş dövlət qulluqçularına qulluq stajına görə əmək pensiyasına əlavələr nəzərə alınmaqla yenidən hesablanması və yaranmış pensiya məbləğinin fərqinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddiası rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-4160/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4160/2021
30.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver