Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4163/2023 25.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “(e-sosial) xx.xx.2020-ci il tarixli (kargüzarlıq nömrəsi **********9) əlilliyə görə Əmək pensiyası ilə bağlı sənədin icra edilib kimi göstərilən və əslində icra edilməyən inzibati aktın məcburi icrasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel 175 nömrəli qərarı ilə təsdiqlənmiş qərarına əsasən, Azərbaycan Respublikası İnzibati - Prosesual Məcəlləsinin məcburi icraat haqqında 33.1 və 33.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması” barədə iddia tələbinə dair işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq müəyyən etdi: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia qaldıraraq (e-sosial) xx.xx.2020-ci il tarixli (kargüzarlıq nömrəsi **********9) əlilliyə görə Əmək pensiyası ilə bağlı sənədin icra edilib kimi göstərilən və əslində icra edilməyən inzibati aktın məcburi icrasının - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel 175 nömrəli qərarı ilə təsdiqlənmiş qərarına əsasən - Azərbaycan Respublikası İnzibati - Prosesual Məcəlləsinin məcburi icraat haqqında 33.1 və 33.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsində 2-1(112)-10084/21 saylı iş üzrə məhkəmə prosesi keçirilmiş və hakim xanım Mehriban Qarayevə iddianın cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 17 oktyabr tarixli 235 nömrəli qərarı ilə təsdiq olunmuş elektron xidmətlər siyahısında 2 nömrəli əlavədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 9.33 və 9.34-cü maddələrinə əsasən xx.xx.2020-ci il tarixli (kargüzarlıq nömrəsi **********9) əlilliyə görə əmək pensiyası ilə bağlı sənədin icra edilib kimi göstərilən və əslində icra edilməyən inzibati aktın məcburi icrası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulsun" tələbinə dair iddia üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1 2022-ci il 01 avqust tarixində onlayn qaydada (konfrans) şəklində Azərbaycan Respublikası Prezident Adminstrasiyasında məsul şəxsin qəbulunda olmuşdur. 17 oktyabr 2022-ci il tarixində emailinə DSMF-nin Pensiya təminatı departamentinin müdiri X1 məktubu daxil olmuş və Prezident Adminstrasiyasından daxil olan məktuba cavab olaraq bildirmişdir ki, xx.xx.2020-ci il tarixli sənədləri DTSERA-nə göndərilmişdir. Prezident Adminstrasiyasında qəbulla bağlı müraciətinə cavab olaraq DTSERA-nin İdarə Heyətinin sədr müavini xanım Mətanət Məmmədova 30 Avqust 2022-ci il tarixdə ona verdiyi cavab məktubunda qeyd olunan məsələlərlə əlaqədar aidiyyəti üzrə Dövlət Sosial Müdafiə Fonduna müraciət etməyini bildirmişdir. Bu sübut məhkəmə prosesindən sonra ona agah olduğu üçün Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 100-cü maddəsinə əsasən işə yenidən açılmış hal, sübut kimi kimi baxılmaq üçün əsasdır. Çünki, məhkəmənin bu məsələylə əlaqədar hara müraciət etməli olduğunu göstərdiyi orqan olan DTSERA, bu məsələnin cavabdeh orqan olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fonduna aid olduğunu bildirir. Bu isə bir daha Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 100-cü maddəsinə əsasən yeni açılmış hal üçün əsasdır. 09 dekabr 2021-ci ildə hakim xanım Mehriban Qarayevanın 2-l(112)-10084/2021 saylı iş üzrə məhkəmə prosesi keçirilmiş, məsələnin mahiyyətinə varmadan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin xx.xx.2016-cı ildə ona təyin olunmuş və müddəti xx.xx.2021-ci il başa çatmış ümumi əlillikdən İİ qrup əlilliyə görə əmək pensiyası qarışdırılmışdır. Azərbaycan Respublikası vətəndaşı İddiaçı 2004-cü ildə N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olmuş və sağlamlığını həqiqi hərbi xidmətdə itirmişdir. Bununla əlaqədar xx.xx.2004-cü il tarixində 2308 nömrəli Xəstəlik haqqında şəhadətnamə verilmişdir. Xəstəliyin səbəb əlaqəsi isə Miokarditik kardioskleroz tez-tez əmələ gələn mədəcik ekstrasistolaları tipli ürək ritminin davamlı pozulması ilə QDÇ-İ. Vegetativ-damar distoniyası dioqnozu ilə müddətli həqiqi hərbi xidmətdən tərxis olunmuşdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsini dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);.. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yol veriləndir. İddia tələbindən göründüyü kimi, İddiaçı (e-sosial) xx.xx.2020-ci il tarixli (kargüzarlıq nömrəsi **********9) əlilliyə görə Əmək pensiyası ilə bağlı sənədin icra edilib kimi göstərilən və əslində icra edilməyən inzibati aktın məcburi icrasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel 175 nömrəli qərarı ilə təsdiqlənmiş qərarına, Azərbaycan Respublikası İnzibati - Prosesual Məcəlləsinin məcburi icraat haqqında 33.1 və 33.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulmasını tələb edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.5-ci maddəsinə əsasən, iddia ərizəsinin icraata qəbul edilməsi aşağıdakı hüquqi nəticələri doğurur: 45.5.1. iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz; İş materiallarına əlavə edilmiş İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı (e-sosial) xx.xx.2020-ci il tarixli (kargüzarlıq nömrəsi **********9) əlilliyə görə Əmək pensiyası ilə bağlı sənədin icra edilib kimi göstərilən və əslində icra edilməyən inzibati aktın məcburi icrasının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması barədə iddia ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10084/2021 nömrəli iş üzrə qəbul edilmiş qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən məhkəmə tərəfindən müəyyən olundu ki, iddiaçı eyni tələb üzrə məhkəməyə daha öncə müraciət etmişdir. Belə ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10084/2021 saylı xx.xx.2021-ci il tarxili qərardadı ilə mümkünsüz hesab edilmiş –“(e-sosial) xx.xx.2020-ci il tarixli (kargüzarlıq nömrəsi **********9) əlilliyə görə Əmək pensiyası ilə bağlı sənədin icra edilib kimi göstərilən və əslində icra edilməyən inzibati aktın məcburi icrasının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması” tələbi ilə hal-hazırkı iddia tələbi - “(e-sosial) xx.xx.2020-ci il tarixli (kargüzarlıq nömrəsi **********9) əlilliyə görə Əmək pensiyası ilə bağlı sənədin icra edilib kimi göstərilən və əslində icra edilməyən inzibati aktın məcburi icrasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel 175 nömrəli qərarı ilə təsdiqlənmiş qərarına, Azərbaycan Respublikası İnzibati - Prosesual Məcəlləsinin məcburi icraat haqqında 33.1 və 33.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması” - eyni tələbdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 1.4-cü bəndində göstərilmişdir ki, ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüququ dəyərləndirmədir, 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır, 4.2ci bəndinə əsasən hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar, 8.4-cü bəndinə görə, mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. Eyni zamanda, İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə hüququ yardım etmək məqsədi ilə iddiaçıya ünvanladığı 22 noyabr 2022-ci il tarixli məktubunda izah etmişdir ki, oxşar tələb üzrə məhkəmə aktı mövcud olduğundan, hal-hazırda iddia tələbinə yenidən baxılması üçün isə iş materiallarında yeni əsaslar müəyyən edilmədiyindən, iddia tələbinin dəqiqləşdirilməsi zəruridir. Məhkəmə işin hallarını və mübahisənin vəziyyətini müzakirə (izah) etmək məqsədi ilə məhkəmə iclaslarını xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərə təyin etmiş, iddiaçı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edildiyinə baxmayaraq iclaslarda hər hansı üzürlü səbəb göstərmədən iştirak etməmişdir. Beləliklə, məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “(e-sosial) xx.xx.2020-ci il tarixli (kargüzarlıq nömrəsi **********9) əlilliyə görə Əmək pensiyası ilə bağlı sənədin icra edilib kimi göstərilən və əslində icra edilməyən inzibati aktın məcburi icrasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel 175 nömrəli qərarı ilə təsdiqlənmiş qərarına, Azərbaycan Respublikası İnzibati - Prosesual Məcəlləsinin məcburi icraat haqqında 33.1 və 33.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması” barədə iddiası mümkünlük şərtlərinə cavab vermir. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: İddiаçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “(esosial) xx.xx.2020-ci il tarixli (kargüzarlıq nömrəsi **********9) əlilliyə görə Əmək pensiyası ilə bağlı sənədin icra edilib kimi göstərilən və əslində icra edilməyən inzibati aktın məcburi icrasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel 175 nömrəli qərarı ilə təsdiqlənmiş qərarına, Azərbaycan Respublikası İnzibati - Prosesual Məcəlləsinin məcburi icraat haqqında 33.1 və 33.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmasın. Qərardaddan tərəfə rəsmi təqdim olunduqdan sonra 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (ünvan ünvan 3əyova
Məhkəmə qərarları › İş №2-1(112)-4163/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4163/2023
25.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver