Məhkəmə qərarları › İş №2-1(112)-4164/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4164/2021

27.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4164/2021 27.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, məhkəmə iclas katibi Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi X7 və cavabdeh Azərbaycan X19 Agentliyinin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdehlər Azərbaycan X19 Agentliyinə və Bakı şəhəri, Cavabdeh2nə qarşı kompensasiya kimi verilməmiş torpaq sahəsinin verilməsi tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan X19 Agentliyinə və Bakı şəhəri, Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan X19 Agentliyi tərəfindən ona kompensasiya kimi verilməmiş 8 sot torpağın verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 30 noyabr 2007-ci il tarixdə “1610a” saylı müqaviləyə əsasən Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinin cənub hissəsində yerləşən 12 sot torpağı 10 (on) il müddətinə icarəyə götürmüşdür. 2012-ci ildə Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi layihəsi çərçivəsində yuxarıda qeyd etdiyi torpaq layihə altına düşmüşdür. Layihəyə düşən torpağının üzərində yol tikiləndən sonra 2018-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Bilgəh-Nardaran-Kürdəxanı şossesi, 14-cü km., sol tərəf, “18” ünvanında 4 sot torpağın onun mülkiyyətinə verilməsinə dair seriya RX №-li ******* saylı çıxarış verilmişdir. O, 12 sota əvəzinə 4 sot torpağın verilməsi ilə bağlı razı olmadığını dəfələrlə bildirsə də ona rəsmi cavab verilməmişdir. Sonuncu dəfə Azərbaycan X19 Agentliyinə 09 oktyabr 2019-cu il tarixli ərizə ilə 12 sot ölçüdə olan torpağın əvəzinə verilməmiş əlavə 8 sot torpağın verilməsini xahiş etmişdir. Qeyd etdiyi ərizəsinə cavab olaraq X19 Agentliyi 24 oktyabr 2019-cu il tarixdə, i-3/16-7992 saylı məktubla tələb etdiyi torpaq sahəsinin tikinti altına düşmədiyindən qeyd olunan torpaq sahəsinin ona verilməsindən imtina olunmuşdur. Ona məxsus olmuş 12 sot torpa sahəsi tamamilə yol tikintisi altına düşmüşdür. Cavabdeh Azərbaycan X19 Agentliyi iddia tələbinə qarşı etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, İddiaçı iddia tələbində qeyd etmişdir ki, 30 noyabr 2007-ci il tarixdə 1610a sayli Müqaviləyə əsasən Kürdəxanı qəsəbəsinin cənub hissəsində 12 sot torpağı 10 il müddətinə icarəyə götürmüşdür. Azərbaycan X19 Agentliyi tərəfindən həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” zamanı ona məxsus torpaq sahəsi tam yol tikinti altına düşmüş, lakin 12 sot torpaq sahəsi əvəzinə Kürdəxanı qəsəbəsində 4 sot torpaq sahəsi mülkiyyətinə verilmişdir. Bu iddia ilə razı deyillər və aşağıdakı sadalanan qanunda olan müddəalara və işdə olan sübutlara əsasən etirazlarını bildirmişlər. İlk növbədə qeyd etmişlər ki, Azərbaycan X19 Agentliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2008-ci il tarixli, 2930 saylı Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2007-2013-cü illər üçün əlavə Tədbirlər Plan”nın müvafiq bəndinə əsasən həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində Kurdəxanı-Pirşağı hissəsinin tikintisi ilə əlaqədar olaraq həmin ərəfədə tikinti planına düşən icarə müqaviləsi ilə vətəndaşlara verilmiş sahələr, o cümlədən iddiaçının da icarəsində olan torpaq sahəsi tikinti altına düşdüyünə görə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa 10.1-ci maddəsinə əsasən bütün məlumatları toplanmışdır. İddiaçı Bakı şəhəri, Kürdəxanı Bələdiyyəsi tərəfindən 30 noyabr 2007-ci il tarixli, 1610a saylı müqaviləyə əsasən icarəyə verilmiş 12 sot torpaq sahəsinin 4 sotu X19 Agentliyi tərəfindən həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində yeni tikilən yolun Kürdəxanı qəsəbəsi ərazisində yolun tikintisi altına düşmüşdür. Qeyd olunan layihə çərçivəsində yolun tikinti planına düşən icarə müqaviləsi ilə vətəndaşlara verilmiş sahələrin ölçüləri və sahibləri barədə qanunvericilikdə müəyyən edilmiş qaydada həmin “Tədbirlər Plan”nın bəndinə əsasən Bakı şəhəri və digər müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilmişdir. Beləliklə Sabunçu rayonun Pirşağı Bələdiyyəsi və Cavabdeh2 tərəfindən birgə verdiyi yol tikinti altına düşən sahələrin ölçüləri və sahibləri barədə tərtib olunmuş siyahi Nazirlər Kabinetinə təhvil verilmişdir. Təqdim olunmuş siyahı əsasında Nazirlər Kabinetinin 09.2014 tarixli, 274s saylı sərəncamı ilə plana düşmüş torpaq sahiblərinə Sabunçu rayonu ərazisində bağçılıq məqsədilə yol tikinti altına düşən ölçülərdə torpaq sahələrinin ayrılmasi ilə bağlı müvafiq qurumlara göstəriş verilmişdir və həmin Sərəncama əsasən İddiaçı icarəsində olan və tikinti altına düşmüş 4 sot torpaq sahəsi əvəzinə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində 4 sot torpaq sahəsi mülkiyyətinə verilmiş və ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ******* nömrəli 21.02.2018-ci il tarixli çıxarışla qeydiyyata alınmışdır. Sözü gedən tədbirlər icra olunduqdan sonra Azərbaycan X19 Agentliyi tərəfindən avtomobil yol tikintisi həyata keçirilmişdir. Beləliklə layihə çərçivəsində yol tikinti planına düşən sahələrin ölçüləri və sahibləri barədə siyahı qanunla yerli icra hakimiyyətinin və ya bələdiyyənin üzərinə qoyulmuşdur. Bundan əlavə Azərbaycan X19 Agentliyi tərəfindən Kürdəxanı qəsəbəsində avtomobil yolunun tikinti işləri aparıldığı çərçivəsində yol tikinti altına düşən tikililərin və torpaqların, o cümlədən iddiaçının iddia ərizəsində qeyd etdiyi torpaq sahəsi ilə bağlı Maliyyə Nazirliyi tərəfindən kompensasiya Agentliyə ayrılmamışdır. İddiaçı tələbinin təmin edilməsini zəruri edən faktiki şərtlərin mövcud olduğunu təsdiq edən sübutlar iş materiallarında müəyyən edilmir. İddiaçının iddiada göstərdiyi hüquqlarının pozuntusuna Azərbaycan X19 Agentliyi tərəfindən yol verilməyib və Agentliyin işçilərinin təqsirli hərəkətləri nəticəsində iddiaçıya ziyan vurulmayıbdır. Göstərilənlərə əsasən hesab edirlər ki, İddiaçı vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbi cavabdeh Azərbaycan X1rşı əsassız olduğundan mümkün sayılmamalı və təmin edilməməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X15 iddia tələbin müdafiə edərək onun məzmununa uyğun izahat verib iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan X19 Agentliyinin nümayəndəsi X8 iddia tələbinə etirazın məzmununa uyğun izahat verərək iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Bakı şəhəri Cavabdeh2 lazımi qaydada xəbərdarlıq edilmiş, lakin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir Məhkəmə işə cavabdeh Bakı şəhəri Cavabdeh2 səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası Vətəndaşının seriya AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1989-cu ildə Naxçıvan şəhərində doğulmuşdur. - Bakı şəhəri, Səbail rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 24.12.2014-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə X9 arasında 24 dekabr 2014-cü ildə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə İskəndərli, arvada İskəndərli soyadı verilmişdir. - Bakı şəhəri, Sabunçu rayon Kürdəxanı Bələdiyyəsinin “Torpağın icarəyə verilməsinə dair” 1610 A nömrəli, 30.11.2007-ci il tarixli qərarının surətindən görünür ki, Kürdəxanı qəsəbəsi, Cənub hissəsində yerləşən 1200 kvm. torpaq sahəsi vətəndaş X4 icarəsinə verilməsi qərara alınmışdır. - İcarəyə verən Bakı şəhəri, Sabunçu rayonu X11 əvəzi X5 ilə icarəçi X9 arasında bağlanmış 30.11.2007-ci il tarixli, 1610 A saylı torpaq icarəsi müqaviləsinin surətindən görünür ki, icarəyə verən Bakı şəhəri, Sabunçu rayon X14nin 12.11.2007-ci il tarixli, 18 saylı protokolu əsasında Cənub hissəsində yerləşən ümumi sahəsi 1200 kvm. olan torpaq sahəsinin 10 il müddətinə icarəçinin icarəsinə vermişdir. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 274s №-li, 01.09.2014-cu il tarixli sərəncamının surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” 1999-cu il 4 avqust tarixli 176 nömrəli Fərmanının 2-ci hissəsinin ikinci abzasına və “Azərbaycan Respublikasının 1999cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” 2000-ci il 6 mart tarixli 291 nömrəli Fərmanının 1-ci hissəsinin üçüncü abzasına əsasən Bilgəh-Sumqayıt avtomobil yolunun Kürdəxanı Pirşağı hissəsinin tikintisi üçün tələb olunan 38,3 hektar (o cümlədən meşə fondundan 13,01 hektar və Kənd Təsərrüfatı Nazirliyinin X24 X22 İstehsalı Müəssisəsinin ərazisindən 7,60 hektar (bundan 4,5 hektar dəmiyə əkin yeri), 73 nəfər Kürdəxanı qəsəbə sakinin istifadəsində olan 8,23 hektar və 143 nəfər Pirşağı qəsəbə sakinin istifadəsində olan 9,46 hektar) torpaq sahəsinin təyinatı dəyişdirilərək nəqliyyat təyinatlı torpaqlar kateqoriyasına keçirilməklə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin daimi istifadəsinə verilməsi, habelə Kürdəxanı və Pirşağı qəsəbələrinin qeyd edilən sakinlərinin yolun tikinti zolağına düşən və yolun tikintisi ilə əlaqədar hissələri bölünən torpaqlarının əvəzləşdirilməsi üçün X24 X22 İstehsalı Müəssisəsinin ərazisindən əlavə 25,0 hektar (15,71 hektar dəmyə əkin yeri, 9,29 hektar kənd təsərrüfatına yararsız) torpaq sahəsinin yaşayış məntəqələri torpaqları kateqoriyasına keçirilməklə Cavabdeh2 İdarəçiliyinə verilməsi barədə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin və Bakı şəhər İcra Hakimiyyətinin razılaşdırılmış təklifi qəbul edilmiş, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyininə Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 102-ci maddəsinin tələblərinə uyğun olaraq bu sərəncamın 1-ci hissəsində göstərilən 20,21 hektar əkin sahəsinin ayrılması ilə əlaqədar kənd təsərrüfatı itkilərinin kompensasiya üçün 6732,0 (altı min yeddi yüz otuz iki) manat vəsaitin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli xəzinədarlıqda olan hesabına və 13,01 hektar meşə fondu torpağının ayrılması ilə əlaqədar meşə təsərrüfatı itkilərinin kompensasiyası üçün 114270,00 (bir yüz on dörd min iki yüz yetmiş) manat vəsaitin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli xəzinədarlıqda olan cari hesabına köçürülməsinin təmin etməsi tapşırılmışdır. - Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatı tərəfindən Bakı şəhəri, Cavabdeh2nə ünvanlanmış 25/3-36 nömrəli, 16.10.2014-cü il tarixli məktubun surətindən və Bilgəh-Sumqayıt istiqamətində avtomobil yolunun tikintisi ilə əlaqədar yolun Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisindən keçən hissəsində təhkim sahəsinə düşən (km 16+500- km 18+500) torpaq sahələri barədə məlumatın surətindən görünür ki, Cavabdeh2 2014-cü il 10 sentyabr tarixli, 14uy-57 nömrəli müraciətinə əsasən Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi ilə əlaqədar təsdiq edilmiş Nazirlər Kabinetinin 2014-cü il 01 sentyabr tarixli, 274 s nömrəli sərəncamına əlavə edilmiş sənədlərdəki xəritələrin və torpaq sahəsli yolun tikintisi altına düşmüş bir qrup Kürdəxanı və Pirşağı qəsəbə sakinlərinin siyahısı göndərilmişdir. Həmin siyahıda X4 adı və yolun təhkim sahəsinə düşən torpaq sahəsinin 400 kvm. olması qeyd edilmişdir. - Bakı şəhəri, Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi altına düşən X6 məxsus 400,0 kvm. torpaq sahəsinin əvəzləşdirilməsinə dair” 12 may 2015-ci il tarixli, 282 nömrəli sərəncamının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, vətəndaş X2 rayon İcra Hakimiyyəti Başçısına ərizə ilə müraciət edərək Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi altına düşən ona məxsus 400,0 kv.m. torpaq sahəsinin əvəzləşdirilməsini xahiş etmişdir. İşdə olan sənədlərdən görünür ki, Bilgəh-Sumqayıt avtomobil yolunun Kürdəxanı-Pirşağı hissəsində 73 nəfər Kürdəxanı və 143 nəfər Pirşağı qəsəbə sakinin istifadəsində olan və yolun tikintisi zolağına düşən, habelə yolun tikintisi ilə əlaqədar hissələrə bölünən torpaqların əvəzləşdirilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 sentyabr 2014-cü il tarixli, 274 s saylı sərəncamı ilə 25 hektar torpaq sahəsi Cavabdeh2 idarəçiliyinə verilmişdir. Nazirlər Kabinetindən Cavabdeh2nə daxil olmuş 16 oktyabr 2014-cü il tarixli, 25/3-36 saylı siyahıda S.Ş.Babayeva Kürdəxanı qəsəbəsi üzrə 6-cıdır və onun yolun tikintisi altına düşən torpaq sahəsi 400 kv.m. təşkil edir. Cavabdeh2 başçısının 15 sentyabr 2014-cü il tarixli, 519 saylı sərəncamı ilə yaradılmış komissiyanın S.Ş.Babayevaya məxsus torpaq sahəsinin əvəzləşdirilərək ona 400,0 kvm. torpaq sahəsinin verilməsinə dair aktı var. Qeyd olunanları nəzərə alaraq Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi altına düşən S.Ş.Babayevaya məxsus 400,0 kv.m. torpaq sahəsinin əvəzləşdirilərək ona 400,0 kv.m. torpaq sahəsinin verilməsi, S.Ş.Babayevaya ayrılmış torpaq sahəsinin yerləşmə sxeminin tərtib edilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********04 №-li, 05.05.2021-ci il tarixli məhkəməyə ünvanladığı məktubuna əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX, ******* №-li çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Bilgəh- Nardaran-Kürdəxanı şossesi, 14-cü km, sol tərəf “18C” ünvanında yerləşən 0,04 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə 21.02.2018-ci tarixdən İddiaçı məxsusdur. - Bakı şəhəri, Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış 63 nömrəli, 21.06.2021-ci il tarixli məktubdan görünür ki, iddiaçı İskəndərli (Babayeva) Sevinə Şəmsəddin qızı ilə Kürdəxanı Bələdiyyəsi ilə arasında bağlanmış 30.10.2007-ci il tarixli, 1610 A saylı torpağın icarəyə verilməsinə dair müqavilənin və ona əlavə olunmuş sənədlərin, həmçinin plan sxemin yalnız kserosurətləri 02.05.2012-ci il tarixdə Kürdəxanı Bələdiyyəsinin əməkdaşları tərəfindən aktlaşdırılaraq Kürdəxanı Bələdiyyəsinin arxivinə təhvil verilmişdir. Bundan başqa bildirilir ki, 1610 A saylı müqavilənin bağlanmasına səbəb kimi göstərilən Bələdiyyənin 12.11.2007-ci il tarixli, 18 saylı protokolunda X4 adı aşkar olunmamışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzi tərəfindən məhkəməyə ünvanlanmış 09/3-98 nömrəli, 15.06.2021-ci il tarixli məktubdan görünür ki, 30.10.2007-ci il tarixli, 1610 A saylı müqavilə Bələdiyyələrlə iş mərkəzində aşkar olunmamışdır. - Azərbaycan X19 Agentliyi tərəfindən iddiaçıya ünvanlanmış 24.10.2019-cu il tarixli, İ-3/16-7992 nömrəli məktubdan görünür ki, ona məxsus torpaq sahəsi ilə bağlı müraciətinə aidiyyəti üzrə baxılmışdır. Ərizəsində qeyd etdiyi məsələ ilə əlaqədar bildirilir ki, Bakı şəhəri, Kürdəxanı bələdiyyəsi tərəfindən 30 noyabr 2007-ci il tarixli, 1610a saylı müqaviləyə əsasən ona icarəyə verilmiş 12 sot torpaq sahəsinin 4 sotu X19 Agentliyi tərəfindən həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində yeni tikilən yolun Kürdəxanı qəsəbəsi ərazisində yolun tikintisi altına düşmüşdür. Bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən onun icazəsi olan və tikinti altına düşmüş 4 sot torpaq sahəsi əvəzinə 4 sot torpaq sahəsi mülkiyyətinə verilmişdir. Eyni zamanda bildirilir ki, qalan 8 sot torpaq sahəsi Azərbaycan X19 Agentliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində tikinti altına düşmür. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, ilkin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı Babayeva (İskəndərli) Sevinə Şəmsəddin qızı ilə X14 arasında bağlanmış 30 noyabr 2007-ci il tarixli, 1610 A nömrəli torpaq icarəsi müqaviləsinə əsasən Kürdəxanı qəsəbəsinin cənub hissəsində 12 sot torpaq sahəsi 10 il müddətinə iddiaçıya icarəyə verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 274s №-li, 01.09.2014-cu il tarixli sərəncamı ilə Bilgəh- Sumqayıt avtomobil yolunun Kürdəxanı Pirşağı hissəsinin tikintisi üçün tələb olunan 38,3 hektar torpaq sahəsinin təyinatı dəyişdirilərək nəqliyyat təyinatlı torpaqlar kateqoriyasına keçirilməklə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin daimi istifadəsinə verilmiş, habelə Kürdəxanı və Pirşağı qəsəbələrinin qeyd edilən sakinlərinin yolun tikinti zolağına düşən və yolun tikintisi ilə əlaqədar hissələri bölünən torpaqlarının əvəzləşdirilməsi üçün X24 X22 İstehsalı Müəssisəsinin ərazisindən əlavə 25,0 hektar torpaq sahəsinin yaşayış məntəqələri torpaqları kateqoriyasına keçirilməklə Cavabdeh2 idarəçiliyinə verilmişdir. Nazirlər Kabinetindən Cavabdeh2nə daxil olmuş 16 oktyabr 2014-cü il tarixli, 25/3-36 saylı siyahıda S.Ş.Babayevanın Kürdəxanı qəsəbəsi üzrə 6-cı olması və onun yolun tikintisi altına düşən torpaq sahəsinin 400 kv.m. olması müəyyən edilmişdir. Həmin siyahı əsas götürülməklə Bakı şəhəri, Cavabdeh2 Başçısının 12 may 2015-ci il tarixli, 282 nömrəli sərəncamı ilə Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi altına düşən S.Ş.Babayevaya məxsus 400,0 kv.m. torpaq sahəsi əvəzləşdirilərək ona 400,0 kv.m. torpaq sahəsi verilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Bilgəh-Nardaran- Kürdəxanı şossesi, 14-cü km, sol tərəf “18C” ünvanında yerləşən 0,04 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə 21.02.2018-ci tarixdən İddiaçı məxsusdur. Hazırda İddiaçı Azərbaycan X19 Agentliyi tərəfindən ona kompensasiya kimi verilməmiş 8 sot torpağın verilməsini məhkəmə qaydasında mübahisələndirir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qonunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İnzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Göründüyü kimi İddiaçı tələbini iki cavabdeh inzibati orqana qarşı yönəldir. Cavabdehdən biri Bakı şəhəri, Sabunşu rayon İcra Hakimiyyətidir ki, hazırki məhkəmə icraatında həmin qurumun iddia edilən əvəzləşdirlilməmiş 8 sot torpaq sahəsinə münasibətdə hər hansı hərəkəti və qərarının mövcudluğu müəyyən edilmir. İddiaçının tələbinin əsaslandırdığı dəlilləri də həmin cavabdehə qarşı yönəlməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhəri, Cavabdeh2 iddiaçı tərəfindən cavabdeh qismində gösətrilməsi formal xarakterlidir və iddia həmin cavabdehə münasibətdə mümkün sayıla bilməz. İş üzrə digər cavabdeh Azərbaycan X19 Agentliyinə münasibətdə isə məhkəmə qeyd edir ki, həmin qurum Azərbaycan Respublikasının avtomobil yolu təsərrüfatı sahəsində xidmət göstərilməsi, balansında olan avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, tikilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılması və onların vəziyyətinə nəzarət edilməsi, habelə yol infrastrukturunun inkişafı ilə bağlı digər işlərin kompleks şəkildə aparılmasının təmin edilməsi sahəsində fəaliyyətlə məşğul olan publik hüquqi şəxs olsa da iddiaçının icarəsinə verilmiş və əvəzəlləşdirilməmiş torpaq sahəsi ilə bağlı hər hansı qərar qəbul etmək səlahiyyətinə malik deyil və məhkəmə araşdırılması zamanı həmin orqan tərəfindən iddia edilən torpaq sahəsi ilə bağlı iddiaçının qanunla qorunan hüquqlarına toxunan hərəkət və ya hərəkətsizliyə yol verilməsi də müəyyən edilməmişdir. Bundan əlavə “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunun: - 1-ci maddəsinə əsasən torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. - 3-cü maddəsinə əsasən icarəyəverənlə icarəçi arasında yaranan hüquqi və iqtisadi əlaqələr torpaq üzərində icarə münasibətləridir. - 11-ci maddəsinin 1-ci hissəsinə əsasən icarəyəverənlə icarəçinin münasibətləri torpaq icarəsi müqaviləsi ilə tənzimlənir. - 16-cı maddəsinə əsasən hüquqi və ya fiziki şəxslərə icarəyə verilmiş torpaqların dövlət ehtiyacları üçün alınması halları və şərtləri Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Torpaq dövlət ehtiyacları üçün alındıqda, onun əvəzində icarəçiyə eyni ölçüdə və keyfiyyətdə başqa torpaq verilə bilər. Hazırki iş üzrə isə cavabdeh qismində göstərilmiş orqanlar 30.10.2007-ci il tarixli, 1610 A saylı torpağın icarəyə verilməsinə dair müqavilədə icarəyeverən qurum kimi çıxış etmirlər. Beləliklə məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən iddiaçının hüquqlarına və qanunla qorunan maraqlarına toxunan hər hansı hallara yol verilmədiyindən, bununla da iddianın mümkünlük şərtləri yerinə yetririlmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar