Məhkəmə qərarları › İş №2-1(112)-4165/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4165/2021

31.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4165/2021 31.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X12 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı və 3-cü şəxs qismində X5 iştirаkları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsinə qarşı Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti və X9 məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “doğum haqqında akt qeydinin uşaq bəndində adın düzəliş edilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh 1 saylı Bakı “ASAN Xidmət” X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04.04.2019-cu il təvəllüdlü X11 adının “Bədr”-dən “Badr”a dəyişdirilərək qeyd edilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdeh 1 saylı “ASAN Xidmət” X8 həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmiş, lakin cavabdeh iddia ərizəsinə yazılı münasibətini təqdim etməmişdir. Bakı İnzibati Məhkəməsinin 08 aprel 2021-ci il tarixli 2-1(112)-4165/2021 saylı qərardadı ilə Binəqədin Rayon İcra Hakimiyyəti məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilmişdir. İddiaçı 20.05.2021-ci il tarixdə ərizə təqdim edərək, iş üzrə cavabdeh 1 saylı Bakı “ASAN Xidmət” X2 əsl cavabdeh Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsi ilə əvəz edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 20 may 2021-ci il tarixli 2-1(112)-4165/2021 saylı qərardadı iş üzrə cavabdeh 1 saylı Bakı “ASAN Xidmət” X6 əsl cavabdeh Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsi ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin 31 may 2021-ci il tarixli 2-1(112)-4165/2021 saylı qərardadı ilə X9 məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə 31 may 2021-ci il tarixli ərizə ilə müraciət edərək, övladı X11 doğum haqqında akt qeydində adının “Bədr”-dən “Badr”a dəyişdirilərək yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Binəqədi rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsini xahiş etmiş, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçı rəsmi nikahda olduğu inzibati məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilmiş X9 31 may 2021-ci ildə ərizə ilə müraciət edərək iş üzrə iddia tələbinin təmin edilməsini xahiş etmiş və uşağının adının dəyişdirilməsinə etiraz etmədiyini bildirmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 11.04.2019-cu il tarixdə 1 saylı “Bakı Asan xidmət” X4 müraciət edərək 04.04.2019-cu il tarixdə doğulmuş övladının doğum haqqında şəhadətnaməsini almışdır. Uşağın adını qeyd edilərkən ərizədə o, “Badr” kimi yazsa da, lakin şöbənin doğum haqqında akt qeydində ad “Bədr” yazılmışdır və iddiaçıya AZ İV seriyalı 269436 saylı doğum haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamədə adın dəyişdirilməsi ilə bağlı Asan xidmətə dəfələrlə müraciət etsə də, bu sənədə daha sonra baxılacağı ona bildirilmiş və şifahi düzəlişdən imtina etmişdirlər. Ədliyyə Nazirliyinə elektron məktub vasitəsi ilə şikayət etmiş və ona düzəliş ilə bağlı Binəqədi rayon İcra Hakimiyyətinə müraciət etməyi bildirilmişdir. Binəqədi rayon İcra Hakimiyyətinə müraciət etmiş, ordan da inzibati və ya məhkəmə qaydasında iddia qaldırılması ona məsləhət görülmüşdür. İddiaçı qeyd edilənlərə əsasən, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bu barədə məlumat verməkdən imtina etmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs iddia tələbi ilə razı olduğunu və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının və 3-cü şəxsin izahatlarını dinləyərək, iş materiallarında olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: - AA ******* saylı şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1980-ci il təvəllüdlüdür. - AZE 17991694 saylı şəxsiyyət vəsiqəsinə əsasən 3-cü şəxs qismində X10 Azərbaycan Respublikasının vətəndaşıdır, 29.04.1983-cü il təvəllüdlüdür, Şabrah şəhəri, T.İsmayılov küçəsi, ev 42 ünvanında qeydiyyatdadır. - Nikah haqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və X10 01 may 2017-ci ildə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2017-ci ilin 05 ayının 01 günündə 1092 № ilə qeyd edilmişdir. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 04 aprel 2019-cu il tarixdə anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 2019-cu ilin aprel ayının 11 günündə 1911 № ilə qeyd edilmişdir. Valideynlər bölməsində atası İddiaçı, anası qismində X10 göstərilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsinin 06 fevral 2021-ci il tarixli, 05/Q-129/1/13 saylı məktubuna əsasən, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161ci maddəsinə əsasən valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur və İcra Hakimiyyətinə müraciət edilməsi tövsiyə olunmuşdur. - Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 05 fevral 2021-ci il tarixli 04/06-11-11/Y-5-164 saylı məktubuna əsasən, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, iddiaçının övladının doğum haqqında şəhadətnaməsinin ad qrafasında edilmiş səhvin düzəldilməsi üçün şəhadətnaməni vermiş Qeydiyyat şöbəsində edilmiş səhvin düzəlişi ilə əlaqədar müraciət edilməli, narazı qaldıqları halda inzibati qaydada və ya məhkəməyə şikayə edə bilərlər. - 1 saylı Bakı “ASAN Xidmət” X3 25 fevral 2021-ci il tarixli 05/Q-238/13 saylı sorğuya cavab məktubu ilə X11 doğum haqqında akt qeydinin surəti təqdim edilmiş, akt qeydində uşağın adı “Bədr” kimi qeyd olunmuşdur. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, iddiaçı hazırki iddia tələbi ilə 04 aprel 2019-cu il tarixdə anadan olmuş övladı X11 adını “Bədr”-dən “Badr” adına dəyişdirilməsini xahiş edir. İddiaçı övladının adının “Bədr”-dən “Badr” adına dəyişdirilməsi ilə bağlı yaşadığı yer üzrə qeydiyyat orqanı - Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinə müraciət etmiş, inzibati orqan isə 06 fevral 2021-ci il tarixli, 05/Q-129/1/13 saylı imtina məktubu ilə müraciəti təmin etmkdən imtina etmişdir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən uşağın soyadı bir qayda olaraq valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, atasının adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 79 №-li Qərarı ilə «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları» təsdiq edilmişdir. Həmin Qaydaların 6.1-ci maddəsinə də əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Həmin Məcəllənin 25.4-cü maddəsinə əsasən fiziki şəxs hüquq qabiliyyətindən məhrum edilə bilməz. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Həmin Məcəllənin 28.3-cü maddəsinə əsasən 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. Qanunun mənasına görə, tam fəaliyyət qabiliyyəti 18 yaşa çatmaqla əldə olunur. Məhz 18 yaşa çatdıqdan sonra şəxs müstəqil surətdə mülki hüquq müqavilələri bağlaya bilər, əmlakı üzərində sərəncam verə bilər, hüquqi əhəmiyyətli başqa hərəkətlər edə bilər və bu hərəkətlərin nəticələrinə görə müstəqil surətdə əmlak məsuliyyəti daşıya bilər. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə yalnız 18 yaşına çatdıqdan sonra yol verilir. Lakin, nəzərə almaq lazımdır ki, vətəndaşın mülki hüquq fəaliyyət qabiliyyəti o, yetkinlik yaşına çatdıqda tam əmələ gəlir. Həmin vaxta qədər, onu təmsil etmək hüququ məhz onun valideynlərinə, övladlığa götürənlərə və ya himayəçiyə məxsusdur. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin İİ bəndinə əsasən hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın 8.1-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Beləliklə, iş üzrə araşdırmadan aydın göründüyü kimi, iddiaçı övladının adının dəyişdirilməsini xahiş edərək, məhkəmə iclasında izahatında da bildirdi ki, özü “avar”dır, baba adı Badri olmuş, adın mənası “badrlənmiş ay” deməkdir, hazırda da övladının adının baba adına oxşar olmasını xahiş edir. Belə ki, uşağın ilk dəfə doğum haqqında aktda qeydləri aparılan zamanı adı fərqli yazılmış, lakin sonradan babasının adına uyğunlaşdırılması üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının uşağına «Badr» adının verilməsi İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyasına, Azərbaycan Respublikası Konstitusiyasına, Ailə Məcəlləsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 79 №li Qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»na, ictimai qaydaya, əxlaqa zidd deyildir və ona münasibətdə adın dəyişdirilməsini istisna edən müvafiq hallar mövcud olmamışdır. Həmçinin, övladının adının dəyişdirilməsində hər iki valideynin razılığı olmuşdur. Bundan əlavə “Badr” adı müəyyən mənalara (adın mənaları: Ciddi, Temperamental, Yaradıcı, Səlahiyyətli, Dost, Səxavətli, Uçucu, Aktiv, Şanslı, Diqqətli, Müasir, Şən) malik olan addır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikahın bağlanmasının, doğumun və ölümün qeydiyyatı üzrə rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) qeydiyyatdan keçirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müəddəalar”-ın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin Müəddəaların 3-cü bəndinə görə isə vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik edilir. Həmin Müddəaların 8-ci bəndinə görə şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Sözügedən Müddəaların 10-cu bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində düzəldilən səhvlər və edilən dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə, vətəndaşlıq vəziyyəti aktının qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir və ya yeni şəhadətnamələrin ərizə verən şəxslərə təqdim olunması üçün rəyi qəbul edən qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir. Məhkəmə iş üzrə sübutları məcmu halda qiymətləndirərək belə qənaətə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, iddiaçının övladının doğum haqqında akt qeydində adın “Bədr” adından “Badr” adına dəyişdirilərək yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati məhkəmə vasitəsi ilə verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı övladı 04.04.2019-cu il təvəllüdlü X11 doğum haqqında akt qeydində adının “Bədr”-dən “Badr”a dəyişdirilərək yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Binəqədi rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar