Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4167/2025 17.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “sağlamlıq imkanlarının 61-80% pozulmasının müəyyən edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xəstəlik haqqında 3955 nömrəli xx.xx.2024-ci il tarixli şəhadətnamə əsasında hazırda qüvvədə olan meyarlara əsasən orqanizin funksiyalarının pozulması nəzərə alınaraq müharibə əlili kimi orqanizm funksiyalarının pozulmasının 61-80% dərəcəsi ilə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir.
2. İddiaçı daha sonra məhkəməyə ərizə təqdim edərək sağlamlıq imkanlarının 61-80% pozulmasının xx.xx.2024-cü il tarixdən təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1998-ci il tarixdə anadan olmuşam. xx.xx.2018-xx.xx.2023-ci illər ərzində Azərbaycan Respublikasının Silahlı Qüvvələrində motaatıcı olaraq xidmətdə olmuşdur. Xidmətdə olduğu dövr ərzində xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının müdafiəsi zamanı mövcud bədən xəsarəti almışdır. Belə ki, Mərkəzi Hərbi Həkim Komissiyasının qərarına əsasən də qeyd edilmişdir ki, travma “Hərbi travmadır, Azərbaycan Respublikası müdafiəsi zamanı alınmışdır”. Bununla bağlı iddiaçıya 3955 nömrəli 01 may 2024-cii il tarixli xəstəlik haqqında şəhadətnamə də təqdim edilmişdir. Qeyd olunmalıdır ki, iddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh qurum ərizəyə xx.xx.2024-cii il tarixli imtina ilə cavab vermişdir. Belə ki, imtina məktubunda qeyd olunmuşdur ki, iddiaçıya qoyulan diaqnoz əlillik səbəbi təyin etmir. Bu məktub iddiaçıya xx.xx.2024 tarixdə təqdim edilmişdir. Lakin qeyd olunmalıdır ki, cavabdehin bu imtinası tamamilə qanunsuz və əsassızdır. Hansı ki, döyüş tapşırığını yerinə yetirərkən alınmış əlilliyi təyin etmək üçün qanunvericiliyin tələb etdiyi bütün hüquqi sənədlər cavabdehə təqdim olunmuşdur. Lakin cavabdeh qanunsuz olaraq iddiaçıya əlilliyin təyin edilməsindən imtina edir. Bu səbəbdən də cavabdehin bu hərəkətindən məhkəməyə müraciət olunması zərurəti yaranmışdır.
4. Cavabdeh tərəfindən təqdim olunmuş yazılı etirazda qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Bakı 2 nömrəli psixiatriya xəstəxanası tərəfindən rəsmiləşdirilmiş xx.xx.2024-cü il tarixli göndəriş əsasındda əyani müayinəsi həyata keçirilməklə qiymətləndirilmişdir. Əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2024-cü il tarixli 3955 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması (xx.xx.2020) keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı kobud davranış pozuntuları və funksional tutmalarla müşayiət olunan ağır (kəskin) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, intihar cəhdləri ilə. Fəlakət (müharibə) keçirtdikdən sonrakı şəxsiyyətin ağır (kəskin) dərəcədə ifadə olunmuş davamlı dəyişikliyi. Partlayış travması (xx.xx.2020) keçirilmiş qapalı kəlləbeyin travması, baş-beyin silkələnməsi, tez-tez təkrarlanan qıcolma tutmaları ilə təzahür edən posttravmatik ensefalopatiya ilə nəticəsi. Qarnın ön divarının sol yarısının toxunubkeçən güllə yaralanmasından sonrakı dəri çapığı” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Sol böyrəyin sadə kistası” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 2667 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozuntusu, depressiv epizodlar, epileptiform qıcolma tutmaları, anamnezində intihar cəhdləri ilə” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 1 il müddətinə qüvvədədir) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X1 PHŞ xx.xx.2023-xx.xx.2024-cü il tarixli 12620/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Baş-beyin üzvi xəstəliyi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, depressiv daxilolmalarla, epileptiform qıcolma tutmaları ilə. Anamnezində intihar cəhdləri” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozuntusu, depressiv epizodlar, epileptiform qıcolma tutmaları, anamnezində intihar cəhdləri” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X1 PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli 3415/24 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Baş-beyin üzvi xəstəliyi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, depressiv daxilolmalarla, epileptiform qıcolma tutmaları ilə. Anamnezində intihar cəhdləri” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X1 PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli 12903098 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrı, qıcolmalardan şikayətlənmişdir. Müayinəyə çəkingən davranışlarla daxil olmuş, ünsiyyətdə alçaq səs tonu ilə çoxsözlü olmuşdur. Qıcolmasını bədənində istilik hissi kimi izah etmiş, astenonevrotik əlamətlər daha aktual olmuşdur. Emosiyaları canlı, situasiyaya adaptiv, əhval-ruhiyyə fonu normal diapazonda izlənilmişdir. Mühakimə və analiz qabiliyyəti adaptiv müəyyən edilmişdir. Psixi vəziyyəti səbəbi ilə kənar şəxsin nəzarəti və ya qulluğuna ehtiyac yaradan ağırlaşmalar müşahidə edilməmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli yüngül ifadəli şəxsiyyət pozuntusu. Kompensasiya. Nevroloji müayinə və müalicəyə ehtiyac var” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən dekompensasiya halları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrıayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənlər nəzərə alınaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul etməyinizi xahiş edilir.
5. Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-18570/2023 nömrəli Qərarında qeyd olunmuşdur ki, Bakı şəhər sakini xx.xx.1998-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli 9663 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması (xx.xx.2020). Keçirilmiş qapalı kəllə-bevin travması, baş-beyin silkələnməsindən sonrakı kəskin (ağır) dərəcədə ifadə olunmuş üzvi affektiv pozuntu, ənamnezində intihar cəhdləri ilə. Orta (mülayim) dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, funksional tutmalar və kobud davranış pozuntuları ilə. Partlayış travması (xx.xx.2020) keçirilmiş qapalı kəllə-bevin travması, baş-beyin silkələnməsi, tez-tez təkrarlanan qıcolma tutmaları ilə təzahür edən posttravmatik ensefalopativa ilə nəticəsi. Qarnın ön divarının sol yarısının toxunub-keçən gülə yaralanmasından sonrakı dəri çapığı” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir; “Sol böyrəyin sadə kistası. Burun arakəsməsinin əyriliyi, burun tənəffüsünün mülayim dərəcədə pozulması diaqnozlu ilə” xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X1 PHŞ xx.xx.2023xx.xx.2023-cü il tarixli 2768/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi manı alınmış qapalı kəllə-bevin travması nəticəsində) dissosiativ pozuntu, kobud davranış pozuntuları ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 10685938 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X1 PHŞ xx.xx.2023xx.xx.2023-cü il tarixli 6524/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Baş-beynin üzvi xəstəliyi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-bevin travması) nəticəsində affektiv pozuntu, depressiv epizod, kobud davranış pozuntuları, Anamnezində epileotiform qıcolma tutmaları və intihar cəhdləri” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, əsəbilikdən, qıcolma tutmalarından, intihar fikirlərindən, ətrafa xəsarətdən, yuxunun və yaddaşın pozulmasından şikayətlənmişdir. Düşüncəsi aydın, zahirən sakit, ünsiyyətə həvəssiz qoşulmuş, suallara cavab verməkdən yayınmış, bələdliliyi və özünə qarşı tənqidi tam olmuşdur. Agentliyin həkim-ekspert travmatoloqun əyani müayinəsi zamanı qarnın sol tərəfində 1 (bir) sm diametrində çapıq izlənilmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi nevrozabənzər sindrom, dissosiativ daxilolmalarla" kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən tez-tez baş verən dekompensasiya halları, kobud davranış ıczuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
6. Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-6246/2024 nömrəli Qərarında qeyd olunmuşdur ki, Bakı şəhər sakini xx.xx.1998-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində xx.xx.2023cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindəndən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2024-cü il tarixli 3955 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması Ç '"1.2020) keçirilmiş qapalı kəlləbeyin travması, baş-beyin silkələnməsindən sonrakı kobud davranış pozuntuları və funksional tutmalarla müşayiət olunan ağır (kəskin) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, intihar cəhdləri ilə. Fəlakət (müharibə) keçirtdikdən sonrakı şəxsiyyətim ağır (kəskin) dərəcədə ifadə olunmuş davamlı dəyişikliyi. Partlayış travması (xx.xx.2020) keçirilmiş qapalı kəllə-beyin travması, bas-beyin silkələnməsi, tez-tez varlanan gıcolma tutmaları ilə təzahür edən posttravmatik ensefalopativa ilə nəticəsi. Qarnın ön divarının sol yarısının toxunub-keçən güllə yaralanmasından sonrakı dəri çapığı” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Sol böyrəyin sadə kistası" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 2667 nömrəli Tibbi rəyində diaqnoz "Üzvi mənşəli şəxsiyyət pozuntusu, depressiv epizodlar, epileptiform gıcolma tutmaları, anamnezində intihar cəhdləri ilə” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 1 il müddətinə qüvvədədir) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X1 PHŞ xx.xx.2023xx.xx.2024-cü il tarixli 12620/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Bas-beyin üzvi xəstəliyi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları. depressiv daxilolmalarla, epileptiform gıcolma tutmaları ilə. Anamnezində intihar cəhdləri” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozuntusu, depressiv epizodlar, epileptiform gıcolma tutmaları, anamnezində intihar cəhdləri” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X1 PHŞ xx.xx.2024xx.xx.2024-cü il tarixli 3415/24 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Bas-beyin üzvi xəstəliyi (İİ Qarabağ Müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, depressiv daxilolmalarla, epileptiform gıcolma tutmaları ilə. Anamnezində intihar cəhdləri” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X1 PHŞ xx.xx.2024xx.xx.2024-cü il tarixli 12903098 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrı, qıcolmalardan şikayətlənmişdir. Müayinəyə çəkingən davranışlarla daxil olmuş, ünsiyyətdə alçaq səs tonu ilə çoxsözlü olmuşdur. Qıcolmasını bədənində istilik hissi kimi izah etmiş, asteno-nevrotik əlamətlər daha aktual olmuşdur. Emosiyaları canlı, situasiyaya adaptiv, əhval-ruhiyyə fonu normal diapazonda izlənilmişdir. Mühakimə və analiz qabiliyyəti adaptiv müəyyən edilmişdir. Psixi vəziyyəti səbəbi ilə kənar şəxsin nəzarəti və ya qulluğuna ehtiyac yaradan ağırlaşmalar müşahidə edilməmişdir. Hazırki psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli yüngül ifadəli şəxsiyyət pozuntusu, Kompensasiya. Nevroloji müayinə və müalicəyə ehtiyac var” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən dekompensasiya halları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə Azərbaycan Republikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
7. TSEK-Müayinələr: - xx.xx.2023-cü il tarixində baş beynin üzvi xəstəliyi (2-ci Qarabağ Müharibəsi zamanı alınmış QKBT) nəticəsində affektiv pozuntu depressiv epizod kobud davranış pozuntuları. Anemnezində epileptiform qıcolma tutmaları və intihar cəhdləri diaqnozun mətni ilə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbilə imtina edilmişdir. - xx.xx.2024-cü il tarixində baş beynin üzvi xəstəliyi (2-ci Qarabağ Müharibəsi zamanı alınmış QKBT) nəticəsində nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, depressiv daxilolmalarla, epileptiform qıcolma tutmaları ilə. Anamnezində intihar cəhdləri diaqnozun mətni ilə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbilə imtina edilmişdir.
8. TSEK-ə göndəriş zamanı diaqnoz: Diaqnoz XBT 10 kodu Xəstəliyin adı Əsas diaqnoz F07.0 Üzvi mənşəli şəxsiyyət pоzuntusu, Baş beyin üzvi xəstəliyi (İİ Qarabağ müharibəsi zamanı alınmış QKBT) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, depressiv daxilolmalarla, epileptiform qıcolma tutmaları ilə. Anamnezində intihar cəhdləri Ağırlaşma F07.8 Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pоzuntuları, İİ Qarabağ müharibəsi zamanı alınmış QKBT şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, depressiv daxilolmalarla, epileptiform qıcolma tutmaları ilə. Anamnezində intihar cəhdləri Ağırlaşma F06.3 Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu, Kobud davranış pozuntuları, depressiv daxilolmalarla, epileptiform qıcolma tutmaları. Anamnezində intihar cəhdləri. Ağırlaşma G40.3 Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, epileptiform qıcolma tutmaları ilə.
9. Xəstəliyə görə ambulator müraciətlər: F07.0 Üzvi mənşəli şəxsiyyət xx.xx.2024 xx.xx.0001 01.01.001 pozğunluğu F07.0 Üzvi mənşəli şəxsiyyət xx.xx.2024 xx.xx.0001 01.01.001 pozğunluğu F07.0 Üzvi mənşəli şəxsiyyət xx.xx.2024 xx.xx.0001 01.01.001 pozğunluğu
10. Stasionar müalicə aldığı müəsisələr: 2 nömrəli X5 xx.xx.2024 xx.xx.2024 7 F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu Respublika Psixiatriya xx.xx.2024 xx.xx.2024 29 F07.0 Üzvi mənşəli şəxsiyyət Xəstəxanası pozğunluğu M.Ə.Əfəndiyev ad. X11 xx.xx.2024 xx.xx.2024 12 T90 Başın travmalarının nəticələri Bakı Psixi Sağlamlıq xx.xx.2023 xx.xx.2023 0 F07.0 Üzvi mənşəli şəxsiyyət Mərkəzi pozğunluğu 2 nömrəli X5 xx.xx.2023 xx.xx.2024 31 F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu 2 nömrəli X5 xx.xx.2023 xx.xx.2023 21 F06.3 Əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu Respublika Psixiatriya xx.xx.2023 xx.xx.2023 17 F06.3 Əhvalın üzvi mənşəli Xəstəxanası (affektiv) pozğunluğu 2 nömrəli X5 xx.xx.2023 xx.xx.2023 21 F06.5 Üzvi dissosiativ pozğunluq M.Ə.Əfəndiyev ad. X11 xx.xx.2023 xx.xx.2023 11 T90.5 Kəllədaxili travmaların nəticələri M.Ə.Əfəndiyev ad. X11 xx.xx.2023 xx.xx.2023 9 T90.5 Kəllədaxili travmaların nəticələri MN BKH xx.xx.2022 xx.xx.2022 11 T90.5 Kəllədaxili travmaların nəticələri MN BKH xx.xx.2024 xx.xx.2024 0 T90.5 Kəllədaxili travmaların nəticələri
11. Həkim müayinələrinin nəticələri: Müayinənin adı Müayinənin tarixi Nəticə Həkim xx.xx.2024 F07.0 Üzvi mənşəli şəxsiyyət pоzuntusu, Baş müayinəsi beyin üzvi xəstəliyi (İİ Qarabağ müharibəsi zamanı alınmış QKBT) nəticəsində nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, depressiv daxilolmalarla, epileptiform qıcolma tutmaları ilə. Anamnezində intihar cəhdləri
12. “Respublika Psixiatriya Xəstəxanası” X10 Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli, 2667 nömrəli Rəyinə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə" əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi mənşəli şəxsiyyət pozuntusu, depressiv epizodlar, epileptiform qıcolma tutmaları, anamnezində intihar cəhdləri F07.0
13. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2024-cü il tarixli, 3955 nömrəli Xəstəlik haqqında Şəhadətnamədə qeyd olumuşdur ki, “Xəstəliklər cədvəli”nin 14a, 18a, 23a maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il. 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. Müşayiətçiyə zərurət var. Diaqnoz: “F07.0. Partlayış travması (xx.xx.2020) keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı kobud davranış pozuntuları və funksional tutmalarla müşayiət olunan ağır (kəskin) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, intihar cəhdləri ilə. F062.0 Fəlakət (müharibə) keçirtdikdən sonrakı şəxsiyyətin ağır (kəskin) dərəcədə ifadə olunmuş davamlı dəyişikliyi. Partlayış travması (xx.xx.2020) keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, tez-tez təkrarlanan qıcolma tutmaları ilə təzahür edən posttravmatik ensefalopatiya ilə nəticəsi. Qarının ön divarının sol yarısının toxunub-keçən güllə yaralanmasından sonrakı dəri çapışı müəyyən edilmişdir. Hərbi hissədə davamlı olaraq əsəbilik, ətraf qıcıqlara dözümsüzlük, mübahisə və münaqişələrə meyilli olması, həyəcan, yaddaşın zəifləməsindən, başında olan ağrılardan, yuxusunun pozulmasından və döyüş səhnələrini təkrar-təkrar yaşaması kimi narahatçılıqları davam edib. Hərbi hissədən təqdim olunan xidməti xasiyyətnamədən aydın olur ki, səhhətində olan problemlərlə bağlı xidmət etməkdə çətinlik çəkdiyini bildirmişdir. Bununla əlaqədar olaraq hərbi hissə komandanlığı tərəfindən ixtisaslı müayinə və müalicə üçün MN BKH-nın psixiatrın baxışına göndərilmiş, xx.xx.2022-xx.xx.2022-ci il tarixədək MN'BKH-nın psixiatriya bölməsində “Partlayış travması (xx.xx.2020). Keçirilmiş qapalı kəllə-beyı'n travması, baş beyin silkələnməsindən sonrakı funksional tutmalarla müşayiət olunan mülayim dərəcədə ifadə olunmuş üzvi dissosiativ pozuntu, postkommosion sindrom və davranış pozuntuları ilə müşayiət olunan nəticəsi. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Qamın ön divarının sol yarısının toxunub-keçən güllə yaralanmasına görə (xx.xx.2020) aparılmış^ "yaraların birincili cərrahi işlənməsi əməliyyatından sonrakı (xx.xx.2020) bərkimiş dəri çapığı diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur (əsas: 8812 nömrəli çıxarış epikrizi). xx.xx.2023- cü il tarixdə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilərək "Xəstəliklər cədvəli"nin 14b, 17b maddəsinin İİİ qrafasma əsasən "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarı verilmişdir (əsas: 469 nömrəli xəstəlik haqqında şəhadətnamə). xx.xx.2023-cü il tarixdə xəstəliyə görə hərbi xidmətdən ehtiyata buraxılmışdır. xx.xx.2023xx.xx.2023-cü il tarixədək M.Ə. Əfəndiyev adına X8 “Keçirilmiş qapalı kəllə-beyin travmasının nəticələri. Posttravmatik ensefalopatiya. Təkrarlanan toniko-klonik qıcölma tutmaları, (ayda 6-7 dəfə). Posttravmatik stress pozuntusu. Arterial hipertenziya, İİ dərəcə" diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur (əsas: 617 nömrəli xəstəlik tarixindən çıxarış). xx.xx.2023-xx.xx.2023-cü il tarixədək 2 nömrəli X2 "Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) dissosiativ pozuntu, kobud davranış pozuntuları" diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur (əsas: 2768/23 nömrəli xəstəlik tarixindən çıxarış). xx.xx.2023- xx.xx.2023-cü il tarixədək. M.Ə. Əfəndiyev adına X8 "Keçirilmiş qapalı kəllə- beyin travmasının nəticələri. Posttravmatik ensefalopatiya. Təkrarlanan toniko-klonik qıcolma tutmaları, (ayda 6-7 dəfə). Posttravmatik stress pozuntusu" diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur (əsas: 2261 nömrəli xəstəlik tarixindən çıxarış). xx.xx.2023-xx.xx.2023-cü il tarixədək Respublika Psixiatriya Xəstəxanasında “Üzvi (qapalı kəllə-beyin travması) affektiv pozuntu, depressiv epizod, epileptiform qıcolma tutmaları və anamnezində intihar cəhdləri ilə" diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur (əsas: 10685938, 6462/23 nömrəli xəstəlik tarixindən çıxarışlar). xx.xx.2023-xx.xx.2023-cü il tarixədək 2 nömrəli X2 "Baş beyinin üzvi xəstəliyi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması) nəticəsində affektiv pozuntu, depressiv epizod, kobud davranış pozuntuları. Anamnezində epileptiform qıcolma tutmaları və intihar cəhdləri" diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur (əsas: 6524/23 nömrəli xəstəlik tarixindən çıxarış). xx.xx.2023-cü il tarixdə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilərək “Xəstəliklər cədvəli”nin 14a, 23a, 17b maddəsinin İİİ qrafasma əsasən “Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır” qərarı verilmişdir (əsas: 9663 nömrəli xəstəlik haqqında şəhadətnamə)
14. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə iş üzrə məhkəməpsixiatrik ekspertizası təyin edilmişdir. Ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ekspertin qarşısında aşağıdakı suallar qoyulsun: xx.xx.1998-ci il təvəllüdlü İddiaçı canlı müayinə olunmaqla;
1. L00210136DGY nömrəli, xx.xx.2024-cü il tarixli göndərişdə İddiaçı qoyulmuş diaqnoz və ağırlaşmalar onun hazırkı sağlamlıq vəziyyətinə uyğundurmu?
2. İddiaçı hazırda göndərişdə qeyd edilməyən hər hansı başqa əqli (psixi) xəstəlik və qüsurlar aşkar olunurmu?
3. L00210136DGY nömrəli, xx.xx.2024-cü il tarixli göndərişdə İddiaçı qoyulmuş diaqnoz və ağırlaşmalar öz təsdiqini tapdığı halda, həmin diqanoz və ağırlaşmalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarında göstərilən xəstəliklərin əhatə dairəsinə düşürmü (XBT-10 kodu qeyd olunmaqla), düşürsə Meyarların hansı bəndinə aiddir?
15. “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, 45 saylı Rəyinə əsasən: İ. Motivləşdirici hissə. Yoxlanılan şəxs İddiaçı hal-hazırda “ÜZVİ (TRAVMA MƏNŞƏLİ) ŞƏXSİYYƏT POZUNTUSU, DEPRESSİV DAXİLOLMALARLA” (F07.0) aşkar edilir. Bunu anamnestik məlumatlar (kəllə-beyin travması alması, bundan sonra əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ‘Respublika Psixiatriya Xəstəxanası’da ona “Üzvi mənşəli şəxsiyyət pozuntusu. Depressiv epizodlar. Epileptiform qıcolma tutmaları. Anamnezində intihar cəhtləri F07.0" diaqnozu təyin olunması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanasıda Əhvalın üzvi mənşəli affektiv pozğunluğu” diaqnozu ilə həmin müəssisədə stasionar müalicədə olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 saylı “X6’da “Baş beyinin üzvi xəstəliyi. (İİ Qarabağ müharibəsi zamanı alınmış QKBT nəticəsində) affektiv pozuntu. Depressiv epizodlar. Kobud davranış pozuntuları. Anamnezində epileptik qıcolma tutmaları və intihar cəhdləri ilə” diaqnozu ilə həmin müəssisədə stasionar müalicədə olması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (təfəkkürünün bir qədər ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. İİ. Yekun hissəsi: İnzibati işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəməpsixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: L00210136DGY nömrəli, xx.xx.2024-cü il tarixli göndərişdə İddiaçı qoyulmuş diaqnoz və ağırlaşmalar onun hazırkı sağlamlıq vəziyyətinə uyğundurmu? Cavab: Yoxlanılan şəxs İddiaçı hazırda “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla” (F07.0) müəyyən edilir. İddiaçı müəyyən edilən diaqnoz ona əvvəllər təyin edilmiş diaqnoza uyğundur. 2-ci sual: İddiaçı hazırda göndərişdə qeyd edilməyən hər hansı başqa əqli (psixi) xəstəlik və qüsurlar aşkar olunurmu? Cavab: Yoxlanılan şəxs İddiaçı üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla” aşkar olunur. 3-cü sual: L00210136DGY nömrəli, xx.xx.2024-cü il tarixli göndərişdə İddiaçı qoyulmuş diaqnoz ve ağırlaşmalar öz təsdiqini tapdığı halda, həmin diqanoz və ağırlaşmalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarında göstərilən xəstəliklərin əhatə dairəsinə düşürmü (XBT-10 kodu qeyd olunmaqla), düşürsə Meyarların hansı bəndinə aiddir? Cavab: Yoxlanılan şəxs İddiaçı “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla” (F07.0) müəyyən edilir. Bu sualı cavablandırmaq məhkəmə-psixiatik ekspertizasının səlahiyyətlərinə aid deyil.
16. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.
17. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmamasını xahiş etdi.
İİ. İddianın növü və mümkünlüyü
18. İddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir.
19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır.
20. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.
21. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.
22. Hazırki iddia məcburetməyə dair iddiadır.
23. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.
24. İddianın mümkünlüyünə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının əlillik vəziyyəti sonuncu xx.xx.2024-cü il tarixli göndəriş əsasında xx.xx.2024-cü il tarixdə aparılmış əlilliyin təyinindən imtina edilmişdir (diaqnoz əlillik təyin etmir), lakin nəticəsinin iddiaçıya nə zaman təqdim edildiyi müəyyən olunmur və iddiaçıya hüquqi müdafiə vasitələri izah edilmir. İddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir.
25. İddia mümkündür.
İV. Məhkəmənin mövqeyi
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: - 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.
27. TSEK Müayinələrə əsasən İddiaçı xx.xx.2023-cü il tarixində baş beynin üzvi xəstəliyi (2-ci Qarabağ Müharibəsi zamanı alınmış QKBT) nəticəsində affektiv pozuntu depressiv epizod kobud davranış pozuntuları. Anemnezində epileptiform qıcolma tutmaları və intihar cəhdləri diaqnozun mətni ilə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbilə imtina edilmişdir; xx.xx.2024-cü il tarixində baş beynin üzvi xəstəliyi (2-ci Qarabağ Müharibəsi zamanı alınmış QKBT) nəticəsində nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, depressiv daxilolmalarla, epileptiform qıcolma tutmaları ilə. Anamnezində intihar cəhdləri diaqnozun mətni ilə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbilə imtina edilmişdir;
28. Əlilliyin təyininə dair sonuncu forma 88 arayışına əsasən (xx.xx.2024-cü il tarixdə müayinə olunmuşdur): - (status localis) xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Şuşa şəhəri istiqamətində gedən döyüşlər zamanı döyüş tapşırığını yerinə yetirərkən "Partlayış travması nəticəsində keçirilmiş qapalı kəllə- beyin travması, baş beyin silkələnməsindən sonrakı vəziyyət. Qarnın ön divarının sol yarısının toxunub keçən güllə yaralanması" xəsarətini almışdır (esas: N nömrəli hərbi hissənin təqdim etdiyi xx.xx.2024cü il tarixli 172 nömrəli travma haqqında arayış). Aldığı xəsarətlə əlaqədar olaraq deməsinə əsasən ilkin tibbi yardım döyüş meydanında göstərildikdən sonra N nömrəli hərbi hissəyə göndərilmiş, müvafiq yardım göstərilmişdir. xx.xx.2021-ci il tarixdə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilərək xəstəliyinə görə 15 (on beş) gün müddətinə məzuniyyət verilmişdir (əsas: 225 nömrəli arayış). xx.xx.2022-ci il tarixdə X9 müayinə olunmuş, "Partlayış travması nəticəsində keçirilmiş qapalı kəllə- beyin travması (xx.xx.2020). Baş beyin silkələnməsi" diaqnozu təyin olunmuşdur (əsas: ambulator kitabçadan çıxarış). xx.xx.2022-ci il tarixdə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müayinə olunub, "Dəqiqləşdirilməmiş qıcolma tutmaları" diaqnozu təyin olunmuşdur (əsas: 18468 nömrəli məsləhət vərəqi). Bələdliyi bütün növlər üzrə saxlanılıb. Ünsiyyətə həvəssiz daxil olur. Əhval- ruhiyyəsi dəyişkəndir. Emosional labildir. Zahirən narahatdır. Davranışı qeyriadekvatdır. Maraq dairəsi məhduddur. Yaddaşı zəifləmişdir. Bir neçə dəfə özünə qəsd cəhdi etmişdir. Tez- tez əsəbi aqressiv olur. Münaqişə yaradır. Yuxusu pozulub. Baş ağrılarından, baş gicəllənməsində şikayətlənir. Özünə qapanıqdır. Tənqidi formaldır. - Əsas diaqnoz. F07.0. Üzvi mənşəli şəxsiyyət pоzuntusu, Baş beyin üzvi xəstəliyi (İİ Qarabağ müharibəsi zamanı alınmış QKBT) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, depressiv daxilolmalarla, epileptiform qıcolma tutmaları ilə. Anamnezində intihar cəhdləri. - Ağırlaşma. F07.8. Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pоzuntuları, İİ Qarabağ müharibəsi zamanı alınmış QKBT şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, depressiv daxilolmalarla, epileptiform qıcolma tutmaları ilə. Anamnezində intihar cəhdləri. - Ağırlaşma. F07.8. Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pоzuntuları, Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları. - Ağırlaşma. F06.3. Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu, Kobud davranış pozuntuları, depressiv daxilolmalarla, epileptiform qıcolma tutmaları. Anamnezində intihar cəhdləri.. - Ağırlaşma. G40.3. Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, epileptiform qıcolma tutmaları ilə. - Həkim müayinəsi nəticəsində F07.0 Üzvi mənşəli şəxsiyyət pоzuntusu, Baş beyin üzvi xəstəliyi (İİ Qarabağ müharibəsi zamanı alınmış QKBT) nəticəsində nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, depressiv daxilolmalarla, epileptiform qıcolma tutmaları ilə. Anamnezində intihar cəhdləri.
29. “Respublika Psixiatriya Xəstəxanası” X10 Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli, 2667 nömrəli Rəyinə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə" əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi mənşəli şəxsiyyət pozuntusu, depressiv epizodlar, epileptiform qıcolma tutmaları, anamnezində intihar cəhdləri F07.0
30. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2024-cü il tarixli, 3955 nömrəli Xəstəlik haqqında Şəhadətnamədə İddiaçı “F07.0. Partlayış travması (xx.xx.2020) keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı kobud davranış pozuntuları və funksional tutmalarla müşayiət olunan ağır (kəskin) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, intihar cəhdləri ilə” diaqnozunun aşkar edildiyi təsdiq edilmişdir. Müvafiq diaqnozla əlaqədar “Xəstəliklər cədvəli”nin 14a, 18a, 23a maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il. 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab olunmuşdur.
31. “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, 45 saylı Rəyinə əsasən: İ. Motivləşdirici hissə. Yoxlanılan şəxs İddiaçı hal-hazırda “ÜZVİ (TRAVMA MƏNŞƏLİ) ŞƏXSİYYƏT POZUNTUSU, DEPRESSİV DAXİLOLMALARLA” (F07.0) aşkar edilir. Bunu anamnestik məlumatlar (kəllə-beyin travması alması, bundan sonra əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ‘Respublika Psixiatriya Xəstəxanası’da ona “Üzvi mənşəli şəxsiyyət pozuntusu. Depressiv epizodlar. Epileptiform qıcolma tutmaları. Anamnezində intihar cəhtləri F07.0" diaqnozu təyin olunması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanasıda Əhvalın üzvi mənşəli affektiv pozğunluğu” diaqnozu ilə həmin müəssisədə stasionar müalicədə olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 saylı “X6’da “Baş beyinin üzvi xəstəliyi. (İİ Qarabağ müharibəsi zamanı alınmış QKBT nəticəsində) affektiv pozuntu. Depressiv epizodlar. Kobud davranış pozuntuları. Anamnezində epileptik qıcolma tutmaları və intihar cəhdləri ilə” diaqnozu ilə həmin müəssisədə stasionar müalicədə olması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (təfəkkürünün bir qədər ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. Yoxlanılan şəxs İddiaçı hazırda “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla” (F07.0) müəyyən edilir. İddiaçı müəyyən edilən diaqnoz ona əvvəllər təyin edilmiş diaqnoza uyğundur. Yoxlanılan şəxs İddiaçı “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla” aşkar olunur.
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 7.6.2. üzvi mənşəli şəxsiyyət pozuntusu (F07.0) Qiymətləndirmə 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) - orqanizmin funksiyalarının pozulmasının 35-60 faizi ilə 2 il müddətinə əlillik təyin edilir. 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti - orqanizmin funksiyalarının pozulmasının 65-80 faizi ilə 2 il müddətinə əlillik təyin edilir. 33.Odur ki, iddiaçının qeyd edilən əlillik təyin edən xəstəlikdən (üzvi mənşəli şəxsiyyət pozuntusu (F07.0)) əziyyət çəkməsi tibbi göndərişlə (forma 88) və ekspert rəyi ilə təsdiqini tapmış, həmin tibbi göndəriş həkim müayinəsinə əsaslanmışdır. İddiaçı qeyd edilən xəstəliklərlə bağlı illər ərzində (2022-2024) mütəmadi olaraq ixtisaslaşmış səhiyyə müəssisələrində müayinə və müalicələrdə olmuş, həmin müayinənin nəticəsi digər tibb müəssisələri tərəfindən də (2 nömrəli X6, Respublika Psixiatriya Xəstəxanası, Bakı Psixi Sağlamlıq Mərkəzi, MN MHP) təsdiqlənmişdir. İddiaçının həmin xəstəlikdən 4 ildən artıqdır ki, əziyyət çəkməsi işin mübahisəsiz halıdır. Belə ki, xəstəliyi xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Şuşa şəhəri istiqamətində gedən döyüşlər zamanı döyüş tapşırığını yerinə yetirərkən “Partlayış travması nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı vəziyyət”in nəticəsidir. 34.Məhkəmə qeyd edir ki, təqdim edilən müayinə sənədlərinə və ekspertiza rəylərinə əsasən qeyd edilən xəstəliklə bağlı illər ərzində (2022-2024) mütəmadi olaraq ixtisaslaşmış səhiyyə müəssisələrində (2 nömrəli X6, Respublika Psixiatriya Xəstəxanası, Bakı Psixi Sağlamlıq Mərkəzi, MN MHP) müayinə və müalicələrdə olmasına və həmin xəstəlik qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları”na əlilliyin təyin olunmasına əsas verməsinə baxmayaraq, əlilliyin təyin olunmaması (diaqnozun əlillik təyin etməməsi barədə qərarı) iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. 35.Məhkəmə nəzərə alır ki, İddiaçı əlillik təyin edilməsi üçün əsas olan xəstəlikdən (üzvi mənşəli şəxsiyyət pozuntusu (F07.0)) 2 ildən artıq müddətdir (2022-ci ildən bəri olan müayinə sənədləri ilə təsdiq olunur) əziyyət çəkir və daimi müşahidə zərurəti var. Qeyd edilən hal Xəstəlik haqqında şəhadətnamədə təsdiqini tapmışdır. 36.Qeyd edilənlərə əsasən məhkəmə işin hallarına məcmu halda qiymət verərək nəzərə alır ki, əlillik təyinatı zaman məhz yuxarıda qeyd edilən Qaydaların 7.6.2.2.-ci bəndinə əsaslanmaqla orqanizmin funksiyalarının pozulmasının 65-80 faizi ilə əlillik təyin edilməlidir.
37. Qeyd edilənlərə əsasən məhkəmə işin hallarına məcmu halda qiymət verərək nəzərə alır ki, əlillik təyinatı zaman məhz yuxarıda qeyd edilən Qaydaların 7.6.2.2.-ci bəndinə əsaslanmaqla orqanizmin funksiyalarının pozulmasının 65-80 faizi ilə 2 il müddətinə əlillik təyin edilməlidir. 38.“Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasından: 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra dərhal qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 39.Göründüyü kimi iddiaçıya münasibətdə göndəriş xx.xx.2024-cü il tarixli olmasına baxmayaraq o, qeyd edilən müddətdə deyil, xx.xx.2024-cü il tarixdə qiymətləndirilmişdir. Ona görə məhkəmə hesab edir ki, iddiaçıya müvafiq dərəcə əlillik təyinatı məhz göndərişin verildiyi tarixdən aparılmalıdır. 40.Odur ki, cavabdeh iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə ki, İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
41. Cavabdeh bildirir ki, diaqnoz əsasında şəxsin əlil olub-olmamasınıın (əlillik dərəcəsinin) müəyyən edilməsi cavabdehin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.
42. Bununla bağlı məhkəmə qeyd edir ki, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyət kimi nəzərdə tutulmuşdur.
43. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilmiş hər iki halda, yəni həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
44. Belə yanaşma bu qərarın yuxarıda istinad olunan normaların mahiyyətindən və kompleks təfsirindən irəli gəlir. Belə ki, həmin normalara görə, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir (sağlamlıq vəziyyətinin qiymətləndirilməsi mərhələsi). Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir (əlilliyin təyini mərhələsi).
45. Bu mənada etirazın cavabdehin diskresion səlahiyyətə malik olması ilə bağlı dəlilləri də əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.
46. Həmçinin qeyd edilməlidir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə inzibati orqanın əvəzinə qərar qəbul etmir, əksinə inzibati orqanın üzərinə belə qərarın qəbul edilməsinə dair öhdəlik qoyur və bu yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır.
47. Beləliklə, mübahisəyə dair işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən halları nəzərə almamış və nəticədə iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb olan qərar qəbul etmişdir.
48. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
49. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
50. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı orqanizmin funksiyalarının 65-80% pozulmasının göndərişin verildiyi xx.xx.2024-cü il tarixdən 2 il müddətinə təyin edilməsi) öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır.
51. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı orqanizmin funskiyalarının 65-80% pozulmasının göndərişin verildiyi xx.xx.2024cü il tarixdən 2 il müddətinə təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva