Məhkəmə qərarları › İş №2-1(112)-4168/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4168/2024

15.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4168/2024 15.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Sevda Rövşən qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı əmək kitabçasında göstərilmiş xx.xx.1974-cü il tarixdən xx.xx.2007-ci il tarixə qədər olan dövrün sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilə kimi Sumqayıt Kompresor Zavodunda, xx.xx.1975-ci ildən xx.xx.1975-ci ilə kimi Ağac Emalı Zavodunda, xx.xx.1975-ci ildən xx.xx.1976-cı ildək Sumqayıt Ticarət İdarəsində, xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilə kimi hərbi xidmətdə olmuş, xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilə kimi Sumqayıt Ticarət İdarəsində, xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilə kimi Bakı Meyvə Tərəvəz Kontorunda, xx.xx.1980-ci ildən xx.xx.1981-ci ilə kimi Bakı şəhəri Kooperativ Ticarəti, xx.xx.1981-ci ildən xx.xx.1981-ci ilə kimi Sumqayıt şəhər ərzaq malları ticarəti, xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilə kimi Bakı şəhər Kooperativ Ticarəti, xx.xx.1983-cü ildən xx.xx.1993-cü ilə kimi Azərbaycan Respublikası Ticarət Sənaye Palatasında, xx.xx.1993-cü ildən xx.xx.1995-ci ilə kimi Bakı Baş Gömrük İdarəsində, xx.xx.1995-ci ildən xx.xx.2001-ci ilə kimi "xxxx" Firmasında müdür vəzifəsində, xx.xx.2001-ci ildən xx.xx.2002-ci ilə kimi Bakı şəhər İstehlak Bazarı və Xidmət Departamentində, xx.xx.2004-cü ildən xx.xx.2007-ci ilə kimi Abşeron Səhmdar Sığorta Şirkətinin Bakı Filialında, xx.xx.2007-ci ildən xx.xx.2007-ci ilə kimi "xxxx" Səhmdar Sığorta Şirkətinin Bakı Filialında işləmişdir. 2007-ci ildən etibarən heç bir yerdə işləməmişdir. Beləliklə, onun ümumi iş stajı 25 ildən çox təşkil edir. O, yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, onun əmək stajı 17 ildir, yəni 25 ildən azdır. İmtina məktubunda qeyd edilmişdir ki, əmək kitabçasında qeyd olunan iş yerlərindən bəzilərinin ünvanını tapmaq mümkün olmamışdır. Bəzilərində əmək haqqı alıb-almaması, bəzilərində isə ümumiyyətlə həmin dövrdəki əmək haqqı cədvəlinin tapılması mümkün olmamışdır. Hesab edir ki, cavabdeh orqanın verdiyi imtina cavabı əsassızdır. Çünki, orqanların imtinasında göstərilən əsasların heç bir onun ümumi əmək stajını azaltmır.

3. Sonradan iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək xx.xx.1995-ci ildən xx.xx.2001-ci il tarixə kimi "xxxx" Firmasında, xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixə kimi Bakı İstehlak Bazarı və Xidmət Departamentində, xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixə kimi Abşeron Səhmdar Sığorta Şirkətinin Bakı Filialında işlədiyi illərin sığorta stajına daxil edilməklə İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, İddiaçı cavabdeh Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək, ona yaşa görə əmək pensiyası təyin edilməsini tələb etmişdir. Lakin, iddiaçının təqdim etdiyi sənədlərə əsasən, qanunvericiliklə müəyyən edilmiş sosial sığorta stajı və ya pensiya kapitalı toplanılmadığı üçün ona yaşa görə əmək pensiyası təyin edilməsi qanunazidd hesab olunmuşdur. Belə ki. iddiaçının mübahisələndirilməyən sosial sığorta stajı əmək kitabçasına əsasən 17 il 09 ay 2 gün təşkil edir. Əmək kitabçasının qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1995-ci il tarixdən xx.xx.2001-ci il tarixədək, xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixədək və xx.xx.2004-cü il tarixdən xx.xx.2006 cı il tarixədək əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Belə ki, Mərkəzi Filial tərəfindən aparılmış monitorinqin nəticəsinə əsasən iddiaçının əmək kitabçasında qeyd olunmuş xx.xx.1995-ci il tarixdən xx.xx.2001ci il tarixədək "xxxx" firmasının və xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" SSŞ-nın Bakı şəhər Filialının faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin müəssisələrdən əməkhaqqı alıb-almadığını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda, Bakı şəhər Ticarət və Xidmət Departamentinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Bakı şəhər İstehlak Bazarı və Xidmət Departamentinin həmin dövrə aid əməkhaqqı cədvəllərini əldə etmək mümkün olmadığından sözügedən dövrlər sosial sığorta stajına daxil edilməmişdir. Qeyd olunan dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmayacağı bildirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan - pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. (Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Qanunvericiliyin tələblərinə riayət edildiyi təqdirdə, iddiaçının yasa görə pensiya hüququ xx.xx.2022-ci il tarixdən yaranacaqdır. Lakin, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq Filiala verdiyi ərizəsinə və təqdim etdiyi sənədlərə əsasən müəyyən olunmuşdur ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan pensiya kapitalına və ya 25 illik sosial sığorta stajına malik deyil. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Yuxarıda da, qeyd edildiyi kimi, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1.-ci maddəsində əmək pensiyası anlayışının açıqlaması verilir. Belə ki, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. İddiaçının əməkhaqqı alması sübuta yetirilmədiyindən, həmin illərin iş stajına daxil edilərək iddiaçıya DSMF tərəfindən əmək pensiyasının təyin edilməsinin heç bir hüquqi əsası yoxdur. Son olaraq qeyd etməyi zəruri hesab edirlər ki, Qanunun 22-1-ci maddəsinə əsasən İddiaçı xx.xx.2006-ci il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığı üçün avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilməsi mümkün olmamışdır.

6. İddiaçının nümayəndəsi və vəkili tərəfindən etiraza qarşı mülahizə təqdim edilərək bildirilmişdir ki, cavabdeh orqanın verdiyi etiraz əsassızdır. Çünki, sözügedən əsasların heç biri müvəkkilinin ümumi əmək stajını azaltmır. Bununla yanaşı, iddiaçı yaşa görə əmək pensiyası almaq üçün qanunvericilikdə müəyyən edilmiş yaş həddinə çatmışdır. Belə ki, iddiaçının yaşa görə pensiya hüququ xx.xx.2023-cü ildə (63 yaş) yaranmışdır. Hazırkı halda isə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş iki şərtdən biri olmalıdır: fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olmalıdır. Belə ki, müvəkkili İddiaçı xx.xx.1957-ci il tarixdə doğulmuşdur və hazırda 67 yaşı vardır və ümumi iş stajı 25 ildən çoxdur. Sözügedən aşkarlanmamış hallar ilə əlaqədar olaraq bildirmək istəyirilər ki, bu hallar iddiaçının hərəkət və hərəkətsizliyinin nəticəsi ilə əlaqədar olmadığından və qeyd edilənlər iddiaçının məsuliyyət sferasına aid edilmədiyindən, həmin illərlə bağlı iddiaçının stajının hesablanmaması onun hüququnun əsassız olaraq pozulması ilə nəticələnir. Eyni zamanda iş materiallarında olan əmək kitabçası ilə müəyyən edilir ki, iddiaçı sözügedən müəssisələrdə qeyd edilmiş müddətdə işləmişdir. Bunun əksi olaraq, yəni iddiaçının işləməməsi barədə inzibati orqan tərəfindən hər hansı mötəbər sübut təqdim etməmişdir. İddiaçıya yaşa görə əmək pensiyası təyin olunması üçün 25 il sığorta stajı tələb olunur ki, cavabdeh inzibati orqan tərəfindən qəbul edilən və mübahisələndirilən sığorta stajı nəzərə alındıqda onun ümumilikdə 25 ildən çox sığorta stajı yaranmış olur. “Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşma çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş. hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. "Əmək pensiyaları haqqında" Qanun qəbul edilənədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanunu (2007- ci il 6 mart tarixli, 260-111Qİ) nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olınadıqda və ya həmin sənədi bərpa etmək mümkün olınadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əınək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasının Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamə 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olınadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. "İnzibati icraat haqqında" Qanunun 19.1-ci maddəsinə əsasən. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. X3 İ9.2ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası" 4.1.20-ci bəndi Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017- ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək. qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il altı ay artırılmaqla müəyyənləşdirilir. Qənaətlərinə görə, yuxarıda istinad olunan normaların müddəaları baxımından, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən iş stajı onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir. Bundan əlavə qeyd etməyi zəruri hesab edirlər ki, məhkəmənin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, sənədlərinin arxivdə olmadığına görə əldə edilməməsi və ya qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı və ya müəssisə tərəfindən verilmiş əmək fəaliyyətini təsdiq edən digər sənəddəki qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də cavabdehin üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır (bax: Ali Məhkəmənin 2-1(102)1735/23, 2-1(102)- 2760/2023, 2-1(102)-1897/2023, 2-1(102)-558/2023, 2-1(102)-582/2023, 2-1(102)- 919/2023, 2-1(102)-1960/22 nömrəli qərarları).

7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə və dəqiqləşmiş ərizəyə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

8. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

9. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür.

10. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 29 noyabr 2022-ci il tarixli **********7 nömrəli “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması barədə” məktuba əsasən bildirilmişdir ki, təqdim etdiyi əmək kitabçasının surətinə əsasən sığorta stajı 17 il 9 ay 2 gün təşkil edir. Həmçinin, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunmuş mütəbərliliyinə əsaslı şübhələr olan xx.xx.1995-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək, xx.xx.2001-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək və xx.xx.2004-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək əmək fəaliyyəti dövlərinin araşdırılmasına zərurət yaranmışdır. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın monitorinqin nəticəsinə əsasən əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1995-ci il tarixindən xx.xx.2001ci il tarixinədək "xxxx" firmasının və xx.xx.2004-cü il tarixinədn xx.xx.2006-cı il tarixinədək "xxxx" SSŞ-nin Bakı şəhər Filialının faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün sözügedən müəsissələrdən əmək haqqı alıb-almadığını müəyyən etmək mümkün olmamışdır. Bakı şəhər Ticarət və Xidmət Departamentinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən xx.xx.2001-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək Bakı şəhəri İstehlak Bazarı və Xidmət Departamentinin həmin dövrə aid əmək haqqı cədvəllərini əldə etmək mümkün olmayıb. Bu səbəbdən həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasının surətində göstərilən müvafiq dövrlər sığorta stajı kimi öz təsdiqini tapmadığı, sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2022-ci il tarixindən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin olunmuşdur. Əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pesiya təminatı hüququna yenidən baxıla bilər.

11. İddiaçıya məxsus НЗ seriyalı ******* nömrəli hərbi biletə əsasən iddaçı 11 may 1976-cı il tarixdən 23 iyun 1978-ci il tarixədək hərbi xidmətdə olmuşdur.

12. İddiaçının adına 20 oktyabr 1974-cü il tarixdə açılmış əmək kitabçasının notarial qaydada tərcümə və təsdiq edilmiş surətinə əsasən o, xx.xx.1974-cü il tarixdə Sumqayıt Kompresor Zavoduna alətlər sexinə 2-ci dərəcəli kəsici qəbul edilmiş xx.xx.1975-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1975-ci ildə Azərbaycan SSR Sənaye-Tikinti Nazirliyinin 1 nömrəli Ağac Emalı Zavoduna sexə 2-ci dərəcəli fəhlə qəbul edilmiş xx.xx.1975-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1975-ci ildə Sumqayıt Ticarət İdarəsinə 23 nömrəli mağazaya kiçik satıcı qəbul edilmiş, xx.xx.1975-ci ildə 219 nömrəli mağazaya köçürülmə yolu ilə kiçik satıcı qəbul edilmiş, xx.xx.1976-cı ildə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1978-ci ildə Sumqayıt Ticarət İdarəsi 67 nömrəli mağazaya kiçik satıcı qəbul edilmiş, xx.xx.1979-cu ildə 140 nömrəli mağazaya köçürülmə yolu ilə kiçik satıcı qəbul edilmiş, xx.xx.1979-cu ildə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.1979-cu ildə 26 Bakı Komissarları adına Bakı şəhər meyvə-tərəvəz kontoru 1 nömrəli mağazaya kiçik satıcı qəbul edilmiş xx.xx.1980-ci il tarixdə öz xahişi ilə tutduğu vəzifədən azad edilmiş, xx.xx.1980-ci ildə Bakı şəhər Kooperativi 37 nömrəli mağazaya kiçik satıcı qəbul edilmiş, xx.xx.1981-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1981-ci ildə 60 nömrəli təsərrüfat hesablı mağaza 60 nömrəli Sumqayıt şəhər ərzaq malları ticarət mağazasına kiçik satıcı qəbul edilmiş, xx.xx.1981-ci ildə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.1981-ci ildə Bakı şəhər Kooperativi 37 nömrəli mağazaya mağaza müdürü təyin edilmiş, xx.xx.1981-ci ildə Sumqayıt şəhər ərzaq malları ticarət mağazasına kiçik satıcı qəbul edilmiş, xx.xx.1982-ci ildə həmin mağzaya baş satıcı vəzifəsinə köçürülmə yolu ilə qəbul edilmiş, xx.xx.1982-ci ildə 1 nömrəli mağazaya həmin vəzifəyə təyin edilmiş, xx.xx.1983-cü ildə öz xahişi ilə tutduğu vəzifədən azad edilmiş, xx.xx.1983cü ildə Ticarət-Sənaye Palatası Ticarət-Sənaye Bürosuna ştatdankənar ekspert təyin edilmiş, xx.xx.1983-cü ildə həmin büroya ekspert vəzifəsinə köçürülmə yolu ilə təyin edilmiş, xx.xx.1989-cu ildə Bakı Şöbəsi "xxxx" Firmasına, ticarət-sənaye bürosu-ticarət və sənaye şöbəsinə çevrilmişdir. xx.xx.1993-cü ildə öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1993-cü ildə Azərbaycan Respublikası Bakı Baş Gömrük İdarəsinə müfəttiş vəzifəsinə təyin edilmiş, xx.xx.1993-cü ildə Maliyyə-iqtisadiyat şöbəsinin rəhbəri vəzifəsinə keçirilmiş, xx.xx.1995-ci ildə GK-nin Mühasibat və uçot şöbəsinə böyük müfəttiş vəzifəsinə keçirilmiş, xx.xx.1995-ci ildə öz ərizəsinə əsasən işdən azad edilmişdir. xx.xx.1995-ci ildə "xxxx" firmasına müdir vəzifəsinə təyin olunmuş, xx.xx.2001-ci il tarixdə işdən azad olunmuşdur. xx.xx.2001-ci il tarixdə Bakı şəhər İstehlak Bazarı və Xidmət Departamentinə “Qərb” İdarəsinin bütün növ xidmətləri tənzimlənməsi şöbəsinə müdir qəbul edilmiş, xx.xx.2002-ci il tarixdə istehlaçıların və hüquqlarının müdafiəsi şöbəsinə aparıcı mütəxəsiss keçirilib, xx.xx.2002-ci ildə öz xahişi ilə tutduğu vəzifədən azad edilmiş, xx.xx.2004-cü ildə "xxxx" SSŞ-nin Bakı şəhər Filialına rəis müavini təyin edilmiş, xx.xx.2007-ci ildə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2007-ci il tarixdə "xxxx" Sığorta ASC-nin Bakı filialının direktor müavini vəzifəsinə təyin edilmiş, xx.xx.2007-ci ildə "xxxx" Sığorta ASC-nin Bakı Fililaının direktor müavini vəzifəsindən ərizəsinə əsasən azad edilmişdir.

13. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 22 fevral 2024-cü il tarixli 3-48-2F/2-502/2024 nömrəli məktubla bildirilmişdir ki, "xxxx" Firmasının, Abşeron Səhmdar Sığorta Şirkətinin Bakı Filialının, Bakı şəhər İstehlak Bazarı və Xidmət Departamentinin arxiv sənədləri Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir.

14. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli **********020600 nömrəli məktubla bildirilmişdir ki, vergi ödəyicilərinin dövlət reyestrində “Bakı şəhər Ticarət və Xidmət Departamenti”nin (əvvəlki “Bakı şəhər İstehlak Bazarı və Xidmət Departamenti”) xx.xx.2000-ci il tarixdə 9 rəqəmli (1********) VÖEN-lə vergi uçotuna alınması, xx.xx.2004-cü il tarixdə inventarlaşmadan keçərək yeni ********** nömrəli VÖEN alması və hazırda fəaliyyətinin aktiv olması barədə məlumat mövcuddur. Dövlət reyestrində "xxxx" Firmasının xx.xx.1995-ci il tarixdə 27139 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. 2004-cü ildən hal-hazıradək həmin hüquqi şəxs adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır. X2 Sığorta Şirkətinin Bakı Filialının vergi uçotuna alınması barədə məlumat mövcud deyildir.

15. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 28 fevral 2024-cü il tarixli 3- 21-3/2-3272/2024 nömrəli məktubla bildirilmişdir ki, məktubda qeyd olunan "xxxx" Firmasının, Bakı şəhər İstehlak Bazarı və Xidmət Departamentinin və Abşeron Səhmdar Sığorta Şirkətinin Bakı Filialının fəaliyyətləri ilə əlaqədar sorğuda qeyd olunan hallarla bağlı Əmlak Məsələləri Dövlət Xidmətində hər hansı bir məlumat yoxdur.

16. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 06 aprel 2024-cü il tarixli məktuba əsasən xx.xx.1993-cü il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" Səhmdar Sığorta Şirkəti (VÖEN **********) xx.xx.1992-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" Səhmdar Sığorta Şirkətinin hüquqi varisidir. "xxxx" Səhmdar Sığorta Şirkətinin ləğv olunması barədə məlumat aşkar edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, hüquqi şəxsin fəaliyyəti barədə məlumat “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən kommersiya hüquqi şəxslərin dövlət reyestr məlumatlarına aid deyildir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

17. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

18. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

19. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

20. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

21. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

22. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

23. Belə ki, məhkəmə işin faktiki halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir:

24. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən ümumi iş stajının 25 ildən az təşkil etməsinə istinad edilməklə imtina edilmişdir.

25. Cavabdeh tərəfindən iddiaçının sığorta stajına daxil edilməyərək mübahisələndirilən dövrlər isə iddiaçının təqdim etdiyi əmək kitabçasında qeyd edilmiş xx.xx.1995-ci il tarixdən xx.xx.2001-ci il tarixədək "xxxx" Firmasında, xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" SSŞ-nın Bakı şəhər Filialında və xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Bakı şəhər İstehlak Bazarı və Xidmət Departamentində işlədiyi dövrlər olmuşdur. Sözügedən dövrlərlə bağlı cavabdehin dəlili o olmuşdur ki, əmək kitabçasında qeyd olunmuş xx.xx.1995-ci il tarixdən xx.xx.2001-ci il tarixədək "xxxx" Firmasının və xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" SSŞ-nın Bakı şəhər Filialının faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin müəssisələrdən əmək haqqı alıb-almadığını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda, Bakı şəhər Ticarət və Xidmət Departamentinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Bakı şəhər İstehlak Bazarı və Xidmət Departamentinin həmin dövrə aid əmək haqqı cədvəllərini əldə etmək mümkün olmadığından sözügedən dövrlər sosial sığorta stajına daxil edilməmişdir.

26. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını, həmçinin mübahisəli dövrün iddiaçının xx.xx.2006-cı il tarixədək qeydə alınmış sığorta stajı ilə bağlı olmasını nəzərə alaraq hesab edir ki, işin yuxarıda qeyd edilən halları nəzərə alınmaqla həmin dövrlər iddiaçının sığorta stajına mübahisəsiz daxil edilməlidir.

27. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.

28. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Maddə 3.11. Əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

30. Həmçinin məhkəmə qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir.

31. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.

32. Bu mənada, qüvvədə olan qanunvericilik normaları iddiaçının xx.xx.2006-cı il tarixədək fəaliyyətini əmək kitabçası əsasında iş stajı kimi təsdiq edilməsinin mümkünlüyünü birmənalı nəzərdə tutur.

33. Eyni zamanda, hazırda qüvvədə olan və iddiaçının vəziyyətini yaxşılaşdıran Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel 175 saylı qərarı ilə təsdiq olunmuş Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir.

34. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, iddiaçının 2006-cı ilə qədər olan sığorta stajı, əmək kitabçasına, əmək kitabçası olmadıqda işəgötürənin və ya dövlət arxivinin arayışlarına əsasən hesablanır.

35. Bundan əlavə məhkəmə araşdırması zamanı mübahisəli dövrlərdə iddiaçının işlədiyi müəssisələrinin dövlət qeydiyyatından keçməsi aidiyyəti qurumlara göndərilmiş sorğulara daxil olmuş cavab məktublarına əsasən təsdiq edilmişdir.

36. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

37. Beləliklə hazırki işin hallarından müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1957-ci il təvəllüdlü olmaqla qanunvericiliklə müəyyən edilmiş pensiya yaşı həddinə 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdə çatmışdır. İddiaçının cavabdeh tərəfindən mübahisələndirilməyən əmək stajı son olaraq məhkəmə araşdırması dövründə 17 il 09 ay 2 gün təşkil etmiş, cavabdeh tərəfindən sonuncu mübahisələndirilmiş sosial sığorta stajına daxil edilməli hesab edilən dövr isə (xx.xx.1995-xx.xx.2001, xx.xx.2001xx.xx.2002, xx.xx.2004-xx.xx.2006 – cəmi 7 il 7 ay 25 gün olmaqla) 25 il 3 ay 27 gün təşkil etməklə, ümumilikdə iddiaçının 25 ildən çox əmək stajı olmuşdur. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının 25 ildən çox iş stajının olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından iddiaçının tələbi əsaslı hesab edilməklə iddia tələbi təmin edilməlidir.

38. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

39. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatın nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

40. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

41. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. xx.xx.1995-ci ildən xx.xx.2001-ci il tarixə kimi "xxxx" Firmasında, xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixə kimi Bakı İstehlak Bazarı və Xidmət Departamentində, xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixə kimi Abşeron Səhmdar Sığorta Şirkətinin Bakı Filialında işlədiyi illərin sığorta stajına daxil edilməklə İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar