Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4169/2023 17.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Babaşova Səbunə Firəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X6, Üçüncü şəxs X5 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti, X9 və X21) “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi, 24 saylı evin 48 saylı mənzilinə dair İddiaçı adına çıxarış verilməsi vəzifəsinin AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 sylı BakıƏrazi İdarəsi üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi, 24 saylı evin 48 saylı mənzili İddiaçı məxsusdur. Eyni zamanda Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş 12/14 nömrəli sərəncamdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi, 24 saylı evin 48 saylı mənzilinə İddiaçı adına kirayə müqaviləsi bağlanmışdır. İddiaçı 1999-cu ildən pasport qeydiyyatında olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi, 24 saylı evin, yaşayış sahəsi 35.94 kv.metr olan 2 otaqlı 48 saylı mənzilində 4 nəfər ailə üzvü ilə yaşayır. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Aparalı Mənzil Kommunal təsərrüfatı Departamenti 3 sayı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 137 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qara- Çuxur qəsəbəsi. Z.Şərifov küçəsi, 24 saylı binanın 48 saylı mənzili xx.xx.1998-ci il tarixində 17№-li order əsasında Dövlət Neft Şirkəti Dənizdə X13 Birliyi “Qum Adası” Neft- Qaz Çıxartma İdarəsinin Mənzil Kommunal Təsərrüfatı tərəfindən İddiaçı verilmişdir. xx.xx.2012-ci il tarixdə Z.Şərifov küçəsi, 24 saylı bina Dövlət Neft Şirkətinin balansından Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına keçdiyi müddətdən İddiaçı ailəsi ilə birlikdə 48, 49 saylı mənzillərdə yaşamış və hər iki mənzilin kommunal xərclərini ödəmişdir. Bununla əlaqədar Mənzil-Kommunal Təsərrüfatı Departamentinə müraciət etmişdir. İddiaçı müraciəti əsasında Qaraçuxur qəsəbəsi, 24 saylı binanın 49 saylı mənzili Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən xx.xx.2016-cı ıl tarixdə 12/14 saylı sərəncamla İddiaçı verilmişdir. İddiaçı həmin sərəncama əsasən 48, 49 saylı mənzilləri xx.xx.2016-cı il tarixdə özəlləşdirilmişdir. X9 cavabdeh İddiaçı və üçüncü şəxs ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəməyə üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi idarəsi tərəlindən verilmiş RX seriyalı, ******* saylı Çıxarışın ləğvini cavabdeh Azərbavcan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsi üzərinə öhdəlik qoyulmaqla onun (iddiaçının) mənzil hüquqlarının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Suraxanı rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(010)-190/2020 saylı qətnaməsi ilə iddiaçı İsayeva (Gülavatın Bayram qızının və müstəqil tələb irəli sürən üçüncü şəxs X10 iddiası təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Revestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı verilmiş RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi qət edilmişdir. İddiaçı X9, iddia ərizəsi ilə müraciət edərək, cavabdeh İddiaçı üzərinə mənzillər arasında olan yükgötürən divarda açdığı qapının öz hesabına ləğv edilməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X21 da iddia ərizəsi ilə müraciət edərək, cavabdeh İddiaçı ünvan 1 ünvanında yerləşən 49 saylı mənzildən çıxarılıması barədə qətnamə qebul edilməsini xahiş elmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə hər iki iddia təmin edilmişdir. Cavabdeh İddiaçı, apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələblərinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndələri, məhkəməyə tərəflər arasında notariaİ qaydada bağlanmış barışıq haqqında müqavilə təqdim edərək, bildirmişlər ki, həm iddiaçı, həm də müstəqil tələb irəli sürən üçüncü şəxslə cavabdeh arasında barışıq əldə olunmaqla aralarındakı mübahisə məhkəmədən kənar qaydada həll edilmiş və hazırkı iş üzrə hər iki iddiadan imtina olunmuşdur. Buna görə də məhkəmə kollegiyasından qətnamənin ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş edirlər. İddiaçı X11 və müstəqil tələb irəli sürən üçüncü şəxs X21 xx.xx.2021-ci il tarixdə cavabdeh İddiaçı ilə notarial qaydada razılığa gələrək (mübahisəli mənzil cavabdehin mülkiyyətində qalmaqla, hər birinə kompensasiya ödənilmişdir), ona qarşı hazırda baxılan 2(103)-46/2021 saylı iş üzrə iddia tələblərindən imtina etmişlər. Göründüyü kimi həm iddiaçının, həm də müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələblərindən imtina etmələri barədə iradə ifadələri yazılı formada – notarial qaydada təsdiq olunmuş sənəddə (xx.xx.2021-ci il tarixli “barışıq haqqında müqavilə”də) əks olunmuşdur, onların iddiadan imtina etmələri qanuna zidd deyil və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)- 46/2021 saylı qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli 2(010)-4364/2018 saylı qətnaməsi ləğv edilmiş, iddiaçı X5 cavabdeh İddiaçı qarşı “mənzillər arasında yükgötürən divarda açılmış qapının sökülməsi» tələbinə, həmçinin müstəqil tələb irəli sürən üçünçü şəxs X10 cavabdeh İddiaçı qarşı «mənzildən çıxarılma» tələbinə dair mülki iş üzrə icraata, hər iki iddiadan imtina olunması ilə əlaqədar xitam verilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixində AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi, 24 saylı evin 48 saylı mənzil üzərində mülkiyyət hüququnun bərpa edilməsi və mənzilə dair çıxarışın verilməsini xahiş etmişdir. AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi **********33 saylı xx.xx.2022-ci il tarxili imtina ilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi. Z.Şərifov küçəsi, 24 saylı evin 48 saylı mənzilə dair RX ******* nömrəli. xx.xx.2016-cı il tarixli çıxarışın Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(010)-190/2020 saylı qətnaməsi əsasında ləğv edildiyini bildirmişdir. İmtina əsassızdır. Belə ki, AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş xx.xx.2021-ci il tarixli barışıq haqqında müqavilədən də göründüyü kimi X9, X21 və İddiaçı öz aralarında müqavilə bağlamış, X9 və X21 cavabdeh İddiaçı qarşı hazırki iddia tələblərindən imtina etmiş və bununla bağlı gələcəkdə heç bir iddia qaldırmamaqlarını öhdələrinə götürmüşlər. Müqavilənin 1.2-ci bəndinə əsasən, cavabdeh İddiaçılar X9 və X21 tərəfindən ona (İddiaçı) qarşı irəli sürülmüş “çıxarışın ləğvi və yaşayış sahəsindən çıxarılma tələbinə dair” tərəflərlə razılığa gələrək mübahisə olunan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi. Z.Şərifov küçəsi, 24 saylı evin 48 saylı mənzilin onun (X3) mülkiyyətində qalması üçün 6000 (altı min) manat məbləğində pulu X9 və X14, hər birisində 3000 ((üç min) manat ödəmək öhdəliyini üzərinə götürmüşdür. Müqavilənin 1.3-cü bəndinə əsasən X11 və X21 barışıq müqaviləsinin müddəalarından irəli gələn vəzifələri yerinə yetirərkən İddiaçı məxsus ********** qeydiyyat nömrəli RX ******* nömrəli xx.xx.2016-cı il tarixli çıxarış qüvvədə qalmadığına etiraz elmədiklərini bildirmişlər. Göründüyü kimi İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi. Z.Şərifov küçəsi, 24 saylı evin 48 saylı mənzilə dair çıxarış veriliməsi vəzifəsi AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4169/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti, X9 və X21 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi, 24 saylı evin 48 saylı mənzili üzərində çıxarışın bərpa edilməsi məsələsinə münasibət bildirilməsi tələbi ilə xx.xx.2022-ci il tarixdə, ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Zaur Şərifov küçəsi, 24 saylı evin, 48 saylı mənzilinə dair iddiaçının adına verilmiş RX seriyalı ******* nömrəli, xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-190/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi əsasında ləğv edilmişdir. Bu səbəbdən müraciətin təmin olunması tərəfimizdən mümkün olmamış və bu barədə iddiaçıya **********33 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddələrini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs yekun olaraq izahatında iddiaçının sözügedən mənzillə bağlı 1000 manat məbləğində borcu ödənilmədiyi təqdirdə iddia tələbinin təmin edilməsinə etiraz etdiyini bildirdi. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında digər üçüncü şəxslərin iştirakları olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1961-ci il təvəllüdlü İddiaçı Bakı şəhəri, ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş ünvan 3nin xüsusi notarisu Ə.Y.Əliyev tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli barışıq haqqında birinci tərəf: X9, birinci tərəf: X21, ikinci tərəf: İddiaçı arasında bağlanmış barışıq müqaviləsinə əsasən Bakı Apelyasiya Məhkəməsinin hakimi Rafael Eyvazovun icraatında olan 2(103)-46/2021 saylı iş üzrə Tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı güzəşt yolu ilə həll edilməsi məqsədi ilə Tərəflər Razılaşdılar ki: 1.1. İddiaçılar X9 və X22 Cavabdeh İddiaçı qarşı hazırki iddia tələblərindən imtina edir və bununla bağlı gələcəkdə heç bir iddia qaldırmayacağını öhdələrinə götürür. 1.2 Cavabdeh İddiaçılar X9 və X21 tərəfindən ona qarşı irəli sürülmüş “çıxarışın ləğvi yə yaşayış sahəsindən çıxarılma” tələbinə dair tərəflərlə razılağa gələrək mübahisə olunan ünvan 4 ünvanında yerləşən 48 saylı mənzilin onun mülkiyyətində qalması üçün 6000 (altı min) manat məbləğində pulu iddiaçılara, hər birisinə 3000 (üç min) manat olmaqla ödəyir. Ödəniş notariusun depozit hesabı vasitəsilə həyata keçirilir. 1.3. İddiaçılar barışıq müqaviləsinin müddəlarından irəli gələn vəzifələri yerinə yetirərkən İddiaçı məxsus ********** qeydiyyat nömrəli Seriya RX ******* n-li xx.xx.2016-cı il tarixli çıxarışın qüvvədə qalmasına etiraz etmirlər. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)- 4364/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X5 cavabdeh İddiaçı qarşı «cavabdeh tərəfindən mənzil daxili quraşdırılmış qapının sökülməsi öhdəliyin qoyulması tələbinə dair» ilkin iddia ərizəsi və müstəqil tələb irəli sürən üçüncü şəxs X10 cavabdeh İddiaçı qarşı cavabdehin mənzildən çıxarılmasına dair iddia ərizəsi təmin edilərək, cavabdeh İddiaçı üzərinə ünvan 1 mənzil 49 və mənzil 48-in arasında olan yük götürən divarda açdığı qapının öz hesabına ləğv edilməsi öhdəliyi qoyulması və cavabdeh İddiaçı Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi, 24 saylı binadakı 49 saylı mənzildən çıxarılması qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli, 2(010)- 190/2020 nömrəli qətnaməsi ilə iddiaçı X5 və müstəqil tələb irəli sürən üçüncü şəxs X10 iddiaları təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı verilmiş RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)- 46/2021 nömrəli qərardadı ilə, iddiaçı X5 cavabdeh İddiaçı qarşı «mənzillər arasında yükgötürən divarda açılmış qapının sökülməsi» tələbinə, həmçinin müstəqil tələb irəli sürən üçünçü şəxs X10 cavabdeh İddiaçı qarşı «mənzildən çıxarılma» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli, 2(010)- 4364/2018 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti baxılmış, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli, 2(010)- 4364/2018 saylı qətnaməsi ləğv edilmiş, iddiaçı X5 cavabdeh İddiaçı qarşı «mənzillər arasında yükgötürən divarda açılmış qapının sökülməsi» tələbinə, həmçinin müstəqil tələb irəli sürən üçünçü şəxs X10 cavabdeh İddiaçı qarşı «mənzildən çıxarılma» tələbinə dair mülki iş üzrə icraata, hər iki iddiadan imtina olunması ilə əlaqədar xitam verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********18 nömrəli məktubunda bildirilmişdir ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(010)-190/2020 saylı qətnaməsi əsasında həmin mənzil üzərində olan hüquqları ləğv edilmişdir. Həmin məktubla göndərilmiş mənzilə dair hüquqmüəyyənedici sənədlərdən görünür ki: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsində yerləşən sahəsi 33.3 kv.m olan ev 24, mənzil 48 xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2016-cı il tarixli ünvan 5 ünvanına dair texniki pasporta əsasən binanın tikildiyi il 1980-ci il, 5-ci mərtəbə, yerləşdiyi mərtəbə 5, otaqların sayı 2, ümumi sahə 33.3 kv.m, yaşayış otağı 17.2 və 16.1 kv.m. - Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departameninin xx.xx.2016-cı il tarixli, 12/14 nömrəli sərəncamından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi, 24 saylı evin yaşayış sahəsi 33.94 kv.m olan 2 otaqlı 48 saylı mənzilinə 4 nəfər ailə üzvü ilə (özü, arvadı, oğlu və qızı) İddiaçı adına kirayə müqaviləsinin bağlanılması və onun həmin mənzilin kirayəçisi hesab olunması qərara alınmışdır. - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Dənizdə Neft-Qaz çıxarma İdarəsinin Mənzil Kommunal Təsərrüfatı tərəfindən verilmiş 17 saylı xx.xx.1998-ci il tarixli orderin surətindən görünür ki, verilir vət. İddiaçı ondan ötəri ki, o həqiqətən 4 nəfər ailə üzvü ilə birlikdə işlədiyi idarənin təqdimatına əsasən aşağıda göstərilmiş ünvandakı ailəvi yataqxanada yaşayış sahəsi verilir. Ünvan: Qaraçuxur qəsəbəsi, Razin küçəsi, 24 saylı binanın 48 saylı mənzili, 1 blok, 5 mərtəbə, 2 otaq, 33.94 kv.m sahədə order üzrə mənzilə köçən şəxslərin siyahısı: İddiaçı, X12, X15, X8. Əsası: xx.xx.1998-ci il tarixli 02c/933 saylı məktubu və Həmkarlar Komitəsinin protokolu xx.xx.1998-ci il 33 saylı qərarı. -X12, X15 və X8 xx.xx.2016-cı il tarixli Daşınmaz Əmlakın Reyestr Xidmətinə ünvanladıqları ərizələrində ünvan 6 ünvanında yerləşən 48 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə və çıxarış verilməsinə etirazlarının olmamasını bildirmişlər. -xx.xx.2012-ci il tarixli Yataqxana yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, bu müqavilə ARDNŞ Sİİ-nin Mənzil Kommunal Xidmətləri Departamentinin direktoru Natiq Şahverənov və İddiaçı arasında bağlanmışdır. Müqaviləyə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, Z.Şərifov küçəsi, 24 sayı evin, 48,49 nömrəli mənzildə yerləşən mənzil fonduna aid, ümumi sahəsi 33.94 kv.metrdən, yaşayış hissəsi kv.metrdən ibarət 2 otaqlı yaşayış sahəsinin haqqı ödənilməklə, müvəqqəti yaşamaq üçün Azərbaycan Respublikası Mənzil Məcəlləsi və bu Müqavilə ilə müəyyən edilmiş şərtlərlə, ARDNŞ-də işlədiyi müddətinə İddiaçı istifadəsinə vermişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 23 may 2023-cü il tarixli, 3-48- 2F/2-03548/2023 nömrəli məktubu ilə göndərilmiş Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departameninin xx.xx.2016-cı il tarixli, tarixli 12/14 nömrəli sərəncamının verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədlərdən görünür ki: - X12, X15, X4 xx.xx.2015-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizələrində ünvan 6 ünvanında yerləşən 48, 49 saylı mənzillərin icarə müqaviləsinin İddiaçı adına sərəncam verilməsinə etiraz etmədiklərini bildirmişlər. - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Dənizdə Neft-Qaz çıxarma İdarəsinin Mənzil Kommunal Təsərrüfatı tərəfindən verilmiş 17 saylı xx.xx.1998-ci il tarixli Orderin surətindən görünür ki, verilir vət. İddiaçı ondan ötəri ki, o həqiqətən 4 nəfər ailə üzvü ilə birlikdə işlədiyi iadrənin təqdimatına əsasən aşağıda göstərilmiş ünvandakı ailəvi yataqxanada yaşayış sahəsi verilir. Ünvan: Qaraçuxur qəsəbəsi, Razin küçəsi, 24 saylı binanın 48 saylı mənzili, 1 blok, 5 mərtəbə, 1 otaq, 16.71 kv.m sahədə order üzrə mənzilə köçən şəxslərin siyahısı: İddiaçı, X12, X15, X8. Əsası: xx.xx.1998-ci il tarixli 02c/933 saylı məktubu və Həmkarlar Komitəsinin protokolu xx.xx.1998-ci il 33 saylı qərarı. - 17 saylı MKİS tərəfindən tərtib və təsdiq edilmiş mənzilin sxemindən görünür ki, otaqlar: sahəsi 17,23 kv.m, 16,71 kv.m ibarətdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2023-cü il tarixli, 3-52- 13/2-349/1/2023 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsində yerləşən 24 saylı evin, 48 saylı mənzilinə dair kirayə müqaviləsinin İddiaçı adına bağlanması barədə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2016-cı il tarixli, 12/14 saylı sərəncamı qüvvədədir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd olunmuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsində yerləşən ev 24, mənzil 48 faktiki 2 otaq, yaşayış 33.3 kv.m, ümumi sahəsi vardır. Mənzil 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşir. İş materiallarına əlavə edilmiş Suraxanı rayonu 3 saylı MKTB 137 saylı MKİS-in şəxsi hesab vərəqində qeyd olunmuşdur ki, kirayəşin İddiaçı, Zaur Şərifov küçəsi, ev 24, mənzil 48, 49, ümumi sahəsi 33.94 kv.m. Yaşayanlar haqqında məlumat İddiaçı, X23 (həyat yoldaşı), X15 (oğlu), X8. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, **********33 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, Zaur Şərifov küçəsi, 24 saylı evin, 48 saylı mənzilinə dair adınıza verilmiş RX seriyalı ******* nömrəli, xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 190/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi əsasında ləğv edilmişdir. Bu səbəbdən müraciətinizin təmin olunması tərəfimizdən mümkün olmamışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. İşin yuxarıda sadalanan hallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Dənizdə Neft-Qaz çıxarma İdarəsinin Mənzil Kommunal Təsərrüfatı tərəfindən verilmiş 17 saylı xx.xx.1998-ci il tarixli orderinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Razin küçəsi, 24 saylı binanın 48 saylığ, 1 otaqlı 16.71 kv.m otağı İddiaçı 4 nəfər ailə üzvü ilə işlədiyi idarənin təqdimatına əsasən yaşaması üçün verilmişdir. Daha sonra Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departameninin xx.xx.2016-cı il tarixli, 12/14 nömrəli sərəncamı ilə iddiaçı həmin binanın əlavə 1 otağı- 49 nömrəli sahəsi 17.1 kv.m də daxil olmaqla ümumilikdə yaşayış sahəsi 33.94 kv.m olan 2 otaqlı 48 saylı otağın kirayəçisi hesab edilmiş, sonuncunun ailə üzvlərinin razılığı ilə onunla kirayə müqaviləsi bağlanmışdır. Bundan sonra sözügedən 2 otaqlı 33.3 kv.m ölçüdə mənzil xx.xx.2016-cı il tarixdə iddiaçının ailə üzvlərinin özəlləşməyə etiraz etməmələri barədə ərizələri, xx.xx.2016-cı il tarixli 12/14 nömrəli sərəncamı, Qum adası NQÇİ-nin 17 nömrəli xx.xx.1998-ci il tarixli (2 otağa dair) orderi, xx.xx.2012-ci il tarixli mənzil kirayə müqaviləsi əsasında özəlləşdirilmiş, mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşin məhkəmə qətnamələri ilə müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Dənizdə Neft-Qaz çıxarma İdarəsinin Mənzil Kommunal Təsərrüfatı tərəfindən 94 saylı xx.xx.1988-ci il tarixli order əsasında X14 5 nəfər ailə üzvü ilə birlikdə yaşamaq üçün Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi, 24 saylı binanın 49/51 saylı mənzilində (ailəvi yataqxana) 2 otaq verilmişdir. Order üzrə mənzilə X21, X9, X17, X24 və X2 və qeydiyyata düşmüşlər. X1 məhkum olunmuş, 2018-ci ildə azadlığa çıxmışdır. İddiaçı X9 və onun ailə üzvləri pasport qeydiyyatında olduğu Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi, 24 saylı evin 49 saylı mənzilində yaşamadığı dövrdə qonşusu X7 iddiaçı ilə öz mənzili arasında olan yük götürən divarda özünə qapı açaraq iddiaçının mənzil sahəsinin içərisindən öz mənzilinə keçid açaraq Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi, 24 saylı evin 48 və 49 saylı mənzillərini birləşdirmişdir. Eyni zamanda X9 və müstəqil tələb irəli sürən üçüncü şəxs X10 iddiaları əsasında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli, 2(010)-190/2020 nömrəli qətnaməsi ilə İddiaçı adına 2 otaqlı mənzilə dair verilmiş RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi qət edilmişdir. Həmin məhkəmə qətnaməsində qeyd edilmişdir ki, “İddiaçı çıxarışın verilməsinə əsas olmuş Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Dənizdə X13 Birliyi Qum Adası Neft-Qaz çıxartma İdarəsinin Mənzil Kommunal Təsərrüfatı tərəfindən İddiaçı adına verilmiş xx.xx.1998-ci il tarixli 17 saylı orderində “2(iki)” əlyazmanın yerində əvvəlcə “1 (bir)” əlyazısı olub, “33,94” rəqəmlərindən birinci “3” rəqəmin yerində əvvəlcə “1” rəqəmi, “4” rəqəminin yerində əvvəlcə “1” rəqəmi olub sonradan üzərinə mexaniki üsulla pozma aparılaraq və əlavə cizgi artırılaraq indiki yazılar icra edilmiş və həmin sənədlərdə edilmiş düzəlişlər razılaşdırılaraq aparılmamış və edilmiş düzəlişlər səlahiyyətli şəxs tərəfindən təsdiq edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı verilmiş RX seriyalı, ******* saylı çıxarış ləğv edilməlidir.” Məhkəmənin 18 fevral 2020-ci il tarixli, 2(010)-190/2020 nömrəli qətnaməsi qanuni qüvvəsini almış, nəticə etibarı ilə İddiaçı adına xx.xx.2016-cı il tarixində aparılmış qeydlər ləğv edilmişdir. Beləliklə, işdən müəyyən olunur ki, mübahisəli 2 otaqlı 48 nömrəli mənzillə bağlı iddiaçının adına aparılmış reyestr qeydləri hazırkı iş üzrə üçüncü şəxslər olan X9 və X10 iddiaları əsasında məhkəmə qətnaməsi ilə ləğv edilmişdir. Hazırkı halda İddiaçı yenidən həmin mənzil üzərində mülkiyyət hüquqlarının adına qeydiyyata alınmasını mübahisələndirir. Cavabdehin müraciətin təminindən imtina əsası kimi reyestr qeydlərinin ləğv edilməsi barədə məhkəmə qətnaməsinin olması çıxış edir. Məhkəmə hesab edir ki, icra olunmuş məhkəmə qətnaməsindən sonra hazırkı halda iddiaçının sözügedən mənzilə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasını istisna edən faktiki və hüquqi şərtlər mövcud deyildir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.11-ci maddələrinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. -2-ci maddəsinə görə bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. -4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. -5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. -6-cı maddəsinə əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər. -8-ci maddəsinə görə vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. -9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Yerli icra hakimiyyəti orqanı müvafiq mənzilin (evin) özəlləşdirildiyi barədə müvafiq icra hakimiyyəti orqanının məlumatını aldıqdan sonra həmin mənzili (evi) balansdan silir. Sadalanan normalardan müəyyən olunur ki, dövlət mənzil fondunun balansında olan dövlət mülkiyyətində olan yataqxanaların (təhsil müəssisəsi yataqxanaları istisna olmaqla) mənzillərinin özəlləşdirilməsi üçün mənzilə dair hüquqmüəyyənedici sənədlər aşağıdakılardan ibarətdir: mənzil fondunun mülkiyyətçisi olan müvafiq icra hakimiyyəti orqanının həmin mənzilə dair sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 709 nömrəli, xx.xx.2001-ci il tarixli sərəncamının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 113 saylı Qərarına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinə verilmiş sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər, habelə İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin xx.xx.2001-ci il tarixli 06 saylı sərəncamın 3-cü bəndinə əsasən Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin sərəncamı əsasında, adına yaşayış sahəsinin icarə müqaviləsi olan, keçmiş yataqxanalarda, özəlləşdirilən dövlət müəssisələri (birlikləri) və ləğv olunmuş nazirlik, dövlət şirkəti və konsernlər tərəfindən verilmiş xidməti mənzillərdə yaşayan vətəndaşların müraciətləri əsasında onların mənzillərinin özəlləşdirilməsini təmin etməsi qərara alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 435s saylı Sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələrinin Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilməsi qərara alınmışdır. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 029 nömrəli, xx.xx.2012-ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 435s saylı Sərəncamına əlavə edilmiş siyahı üzrə, Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələri, bu sərəncamın Əlavəsinə uyğun olaraq, qanunvericiliklə müəyyən edilmiş qaydada əvəzsiz olaraq Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansına və xidmət dairəsinə qəbul edilməsi qərara alınmışdır. Göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 435s saylı Sərəncamına və həmin sərəncamın icrası haqqında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 029 nömrəli, xx.xx.2012-ci il tarixli sərəncamına əsasən Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar, o cümlədən iddiaçının işlədiyi idarə tərəfindən verilmiş, əvvəllər DNŞ Dənizdə neft Qaz Çıxarma İdarəsinə məxsus olmuş ünvan 8 ünvanda yerləşən keçmiş yataqxana binası (idarə mənzil fondu) əvəzsiz olaraq Bakı şəhər İcra Hakimiyyətinin dövlət mənzil fonduna daxil edilməklə Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. Hazırda sözügedən ünvan 10 ünvanında yerləşən yaşayış binası yataqxana binası olmaqla dövlət mənzil fonduna aiddir. Başqa sözlə, iddiaçının iddia etdiyi mənzilin mülkiyyətçisi dəyişmiş, mənzil dövlət mülkiyyətinə keçməklə mənzilin balanssaxlayıcısı qismində Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti çıxış edir. Hazırkı mübahisə predmeti olan yataqxana binasının mənzilinə dair əmlak hüququ, o cümlədən istifadə hüququnu təsdiq edən sənəd qismində bilavasitə mənzilin mülkiyyətçisi (balanssaxlayıcısı) ilə bağlanmış mənzil kirayəsi müqaviləsi çıxış edir. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1 və 6-cı maddələri də məhz dövlət mənzil fonduna aid yataqxana binasının mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış vətəndaşın həmin binada yerləşən mənzili şəxsi mülkiyyətinə keçirmək hüququnun olduğunu birbaşa təsbit etmişdir. İddiaçı isə sözgedən yataqxana binasının hazırkı halda mülkiyyətçisi olan müvafiq icra hakimiyyəti orqanı ilə mənzil kirayə müqaviləsi bağlamışdır. Mənzilin balansaxlayıcısı olan Bakı şəhər MKTD xx.xx.2016-cı il tarixli 12/14 nömrəli sərəncamın özündə də qeyd edilmişdir ki, ünvan 11 ünvanda yerləşən keçmiş yataqxana binası da mənzil fonduna daxil edildiyindən, vət. İddiaçı 1999-cu ildən pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayış sahəsi 33.94 kvm olan 2 otaqlı 48 saylı mənzilində 4 nəfər ailə üzvü ilə yaşayır. Balansaxlayıcı iddiaçını məhz 2 otaqlı 33.94 kv.m olan mənzilin kirayəçisi hesab etmiş, mənzilin iki otaqdan ibarət sxemi MKİS tərəfindən tərəfindən tərtib edilmiş, iki otaq birlikdə ümumi sahəsi 33.94 kv.m (17.23 kv.m+16.71.kv.m) olmaqla 48 nömrəli mənzil olaraq balanssaxlayıcı tərəfindən qeydə alınmışdır. Sözügedən sərəncam qüvvədədir, üçüncü şəxslər tərəfindən mübahisələndirilməmiş, Departamentin özü tərəfindən ləğv edilməmiş və yaxud məhkəmə qaydasında etibarsız və ya ləğv edilməmişdir. Bakı şəhər MKTD-nin xx.xx.2023-cü il tarixli məhkəmə sorğusuna cavabda da sözügedən sərəncamın hazırda da qüvvədə olduğu bildirilmişdir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Məhkəmənin 18 fevral 2020-ci il tarixli, 2(010)-190/2020 nömrəli qətnaməsində mənzillə bağlı ilkin sənədəkeçmiş balansaxlayıcı DNŞ Mənzil Kommunal Xidmətləri departamenti tərəfindən verilmiş 1998-ci il tarixli orderə hüquqi qiymət verilmiş, həmin orderə dəyişiklik edildiyi ekspert rəyi ilə sübuta yetirildiyi nəzərə alınaraq reyestrdə aparılmış qeydlər ləğv edilmişdir. Məhkəmənin sözügedən qətnaməsində 2012-ci ildən sonra mənzilin balansaxlayıcısı olan, 2016-cı il tarixdə özəlləşdirmə zamanı yataqxana mənzilinə dair binanın mülkiyyətçisi Bakı şəhər MKTD xx.xx.2016-cı il tarixli 12/14 nömrəli sərəncamının hüquqi qüvvəsinə, həmin sərəncamın özəlləşməyə əsas verən sənəd olması baxımından əhəmiyyətinə hüquqi qiymət verməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, nə qədər ki, məhkəmə qətnaməsi ilə yalnız order əsasında qeydlərin əsassız olması qənaətinə gəlinərək çıxarış ləğv edilmiş, lakin özəlləşmə zamanı özəlləşməyə təqdim edilməsi zəruri olan sənədlərdən biri olan yeni balanssaxlayıcı ilə iddiaçı arasında mənzil kirayə müqaviləsinin bağlanılması barədə sərəncamına hüquqi qiymət verilməmiş, sözügedən sərəncam məhkəmə müstəvisində mübahisə predmeti olmamış, 2016-cı il tarixində də, bu gün də həmin sərəncam qüvvədədir, mənzilin balansaxlayıcısı mənzili kirayəçidən geri tələb etməmiş, mənzil 2 otaq olaraq iddiaçının faktiki və qanuni istifadəsindədir, bu halda həmin sərəncamdan irəli gələn hüquqların, o cümlədən sərəncamla kirayəçiyə keçən mənzilin özəlləşdirilməsi hüququnün realizə olunması qanunla istisna edilmir. Həmçinin, məhkəmə o halı da nəzərə alır ki, iddiaçı X9 və müstəqil tələb irəli sürən üçünçü şəxs X21 xx.xx.2021-ci il tarixdə cavabdeh İddiaçı ilə notarial qaydada təsdiq edilmiş xx.xx.2021-ci il tarixli barışıq haqqında müqavilədə hər birinə kompensasiya ödənildiyindən mübahisəli mənzilin İddiaçı mülkiyyətində qalmasına razılıq vermişlər. Məhz həmin barışıq sazişindən sonra X9 və X10 «mənzillər arasında yükgötürən divarda açılmış qapının sökülməsi» və «mənzildən çıxarılma» barədə iddia tələblərinin təmin edildiyi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli, 2(010)-4364/2018 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinə baxılan zaman iddialarından imtina etmələri barədə apellyasiya instansiyası məhkəməsinə ərizə təqdim etmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-46/2021 nömrəli qərardadı ilə iddiaçıların iddiadan imtinaları qəbul edilmiş, mülki iş üzrə icraata, hər iki iddiadan imtina olunması ilə əlaqədar xitam verilmişdir. Göründüyü kimi iddiaçının adına özəlləşmənin ləğvi ilə bağlı mülki məhkəmə icraatında qaldırılmış mübahisəyə əsas olan faktiki hallar aradan qalxmışdır. Hazırkı məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxs X21 mənzilə hüququn qeydiyyata alınmasına dair məhkəməyə şifahi və ya yazılı etirazını təqdim etməmişdir. Digər üçüncü şəxs X5 hazırkı məhkəmə icraatında iddiaçının ona mənzillə bağlı əlavə 1000 manat verəcəyi barədə razılığa gəldikləri, lakin iddiaçının sözügedən məbləği ödəməməsi ilə bağlı məhkəmə iclasında verdiyi şifahi izahatındakı etiraz dəlilini məhkəmə əsaslı qəbul etmir. Əvvəla, yuxarıda da qeyd edildiyi kimi tərəflər arasında İddiaçı tərəfindən ödənilmiş kompensasiya məbləği barədə notarial qaydada təsdiq edilmiş xx.xx.2021-ci il tarixli barışıq sazişi olmuş, həmin saziş hazırkı tarixədək ləğv edilməmiş, etibarsız hesab edilməmiş, məhkəmə qaydasında mübahisələndirilməmişdir. Əksinə, sözügedən barışıq sazişi və iddiaçıların məhkəmədə iddialarından imtina barədə verdikləri ərizə apellyasiya instansiyası məhkəməsi tərəfindən icraata qəbul edilmiş və tərəflər arasında olan mülki mübahisə üzrə icraata xitam verilmişdir. Adıçəkilən barışıq sazişində və yaxud hər hansı başqa mülki müqavilə üzrə iddiaçının üçüncü şəxsə əlavə kompensasiya məbləğinin ödəniləcəyi barədə razılığa gəldikləri də müəyyən olunmur. Belə olan halda məhkəmə üçüncü şəxsin qeyd etdiyi dəlili hüquqi əsası olmayan, hazırkı inzibati mübahisənin həllinə təsir edəcək əsas kimi qiymətləndirmir. Bundan əlavə, məhkəmə mənzilin faktiki vəziyyəti ilə bağlı o halı da nəzərə alır ki, mübahisəli mənzilin özəlləşdirildiyi, qeydiyyatının ləğv edildiyi tarixdəki faktiki vəziyyəti, ölçüsü, yerləşmə vəziyyəti ilə hazırkı faktiki vəziyyəti arasında hər hansı əhəmiyyətli fərq yoxdur. Cavabdehin mütəxəsəsisləri tərəfindən məhkəmə icraatı gedişində keçirilmiş yerində müayinəsi zamanı da mənzilin otaq sayı, ölçüsünün dəyişmədiyi, hər hansı yenidənqurma və ya yenidənplanlaşdırma işlərinin aparılmadığı müəyyən olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İş üzrə müəyyən olunur ki, iddiaçı mübahisəli mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birini, yəni kirayə müqaviləsinin bağlanması barədə müvafiq icra hakimiyyəti orqanının sərəncamını, eləcə də mənzilin kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışını təqdim etməsinə baxmayaraq cavabdeh əsassız olaraq iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində İnzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi, 24 saylı evin ümumi sahəsi 33.3 kv.m olan 48 saylı mənzilinə dair İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi, 24 saylı evin ümumi sahəsi 33.3 kv.m olan 48 saylı mənzilinə dair İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-4169/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4169/2023
17.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver