Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-417/2021 21.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil Amil oğlunun (Bakı şəhərində qeydiyyatdadır, vəkil),cavabdehin nümayəndəsi Yeganlı Tovuz Valeh qızının (Bakı şəhərində qeydiyyatdadır, hüquq şöbəsində hüquq məsləhətçisi işləyir) iştirakı ilə, iddiaçı Hacıyev Səlahəddin İbadulla oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə çıxarışın,plan-ölçünün və ünvan verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə üçüncü şəxs qismində X11 cəlb edilməklə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Hacıyev Səlahəddin İbadulla oğlu Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsi, 321L ünvanda yerləşən bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, hüquqlara dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi, həmin sahəyə aid plan və ölçünün tərtib edilməsi və daşınmaz əmlaka ünvan verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçıya 05.08.1994-cü ildə Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ Evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsinin Göradil Bağlar sahəsindəki 89 nömrəli kooperativinin 27 nömrəli orderi əsasında 0,12 ha torpaq sahəsində olan 321L nömrəli bağ ayrılmışdır. Qeyd olunan bağ sahəsi üçün iddiaçı tərəfindən Bağlar Təsərrüfatı İdarəsinə ümumilikdə 7440 rubl ödəniş edilmişdir. 25.09.2006-cı ildə Bakı şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin 2043 nömrəli məktubu ilə həmin bağ sahəsinin hasarlanmasına icazə verilmiş və bağ sahəsi tamamilə hasara alınmışdır. İddiaçı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlak qismində qeydə alınması və həmin bağ sahəsinə plan və ölçünün tərtib olunması ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş və qeyd olunan müraciətinə cavab olaraq 06.11.2009-cu il tarixli, **********604 nömrəli imtina bildirişi alınmışdır. İddiaçının sözügedən bağa aid olan sənədlərindən aydın olur ki, bağ sahəsi iddiaçının faktiki qanuni istifadəsindədir və sərhədləri məlumdur. İddiaçıya ayrılmış bağ sahəsi naturada ayrılaraq ona təhvil verilmişdir, döngə nöqtələri bəllidir, hüquqların qeydə alınması üçün lazımi sənədlər mövcuddur ki, iddiaçı bu sənədlər əsasında cavabdehə müraciət etmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, bağ sahəsinin naturada yerləşməsi ilə sxematik xəritə arasında uyğunsuzluq olduğundan, həmçinin bağ nömrəsi sxematik xəritədə öz əksini tapmadığından ərizənin icrası mümkün olmamış və iddiaçıya 06.11.2019-cu ildə cavab məktubu ünvanlanmışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil Amil oğlu iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi Yeganlı Tovuz Valeh qızı iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiaçının vəkilinin və nümayəndəsinin, cavabdehin nümayəndəsinin çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin Göradil bağlar sahəsindəki 89 №li kooperativin 27 nömrəli orderinə əsasən Hacıyev Səlahəddin İbadulla oğluna sahəsi 0,12 ha olan 321L nömrəli bağ ayrılmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının H-520-112 nömrəli, 10.10.2019-cu il tarixli sərəncamından çıxarışa əsasən siyahıda 27-ci göstərilən Hacıyev Səlahəddin İbadulla oğluna Göradil 89 nömrəli BTK nəzdində 321L nömrəli bağ ayrılmışdır. Cavabdehin iddiaçıya ünvanlanmış 06.11.2019-ci il tarixli imtina məktubuna əsasən bağ sahəsinin naturada yerləşməsi ilə sxematik xəritə arasında uyğunsuzluq olması, həmçinin bağ nömrəsinin sxematik xəritədə öz əksini tapmaması əsası ilə Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivi ünvandakı 321L saylı bağ sahəsinin iddiaçının adına sənədləşdirilməsindən imtina edilmişdir. Cavabdehin məhkəməyə ünvanlanmış 06.03.2020-ci il tarixli məktubuna əsasən 89 nömrəli BTK-ya dair yerləşmə planı məhkəməyə göstərilmişdir, həmin BTK-ya dair sxematik plan cavabdehdə aşkar edilməmişdir. Cavabdehin məhkəməyə ünvanlanmış 06.08.2021-ci il tarixli məktubuna əsasən Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsi, bağ 321 L ünvanda yerləşən, yerləşdiyi koordinatları 400585.77-4490739.67, 400613.87 – 4490735.30, 400601.71-4490693; 400575.15 – 4490695.98 olan torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. 12 iyul 2021-ci il tarixli Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsi, 321L saylı bağ sahəsinə yerində müayinə protokoluna əsasən bağ sahəsi üç tərəfdən qonşu ilə əhatə olunaraq boş vəziyyətdədir, bağ sahəsinin müəyyən hissəsi qonşu tərəfindən hasara alınaraq onun ərazisinin hüdudları daxilində qalmışdır, Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsi, 321L saylı bağ sahəsinin Osmanlı Nailə Bahadinovnaya məxsus bağ sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Hazırki iş üzrə təyin edilmiş məhkəmə qərardadı əsasında aparılmış ekspertizaya dair X2 12.02.2021-ci il tarixli, 435 nömrəli ekspert rəyinin nəticəsi hissəsində göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsi bağlar massivində yerləşən 321 L nömrəli bağ torpaq sahəsi ilə Göradil bağ massivində yerləşən, yaşıllaşdırma və abadlaşdırma məqsədi ilə X4 icarəyə verilmiş 1200 kv.m. torpaq sahəsinin (sonradan 900 kv.m. X6 və qalan 300 kv.m. X1 adına icarə müqaviləsi bağlanmışdır) üst-üstə düşmədiyi müəyyən edilir. Bakı şəhəri İcra Hakimiyyətinin 05.08.1994-cü il tarixli, 1085 nömrəli sərəncamına əsasən Binəqədi rayonu Göradil bağlar sahəsindəki 89 nömrəli kooperativ tərəfindən Bağlar Təsərrüfatı İdarəsinin nəzdində olan 27 orderlə verilmiş ümumi sahəsi 0,12 ha olan 321 L nömrəli bağ torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və sərhədləri dəqiqləşdirilərək, həmin bağ torpaq sahəsinin 900 kv.metrlik hissəsinin üç tərəfdən qonşu ilə əhatə olunaraq boş vəziyyətdə olduğu, 300 kv.metrlik hissəsinin isə qonşu bağ torpaq sahəsinin hasara alınmış ərazinin hüdudları daxilində qaldığı müəyyən edilir. 321 L nömrəli bağ torpaq sahəsinin döngə nöqtələrinin koordinatları rəyin tədqiqat hissəsində və rəyə əlavə edilmiş sxemdə göstərilmişdir. İddiaçının səlahiyyətli nümayəndəsi Nümayəndə 14.10.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsində göstərilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ Evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsi Göradil Bağlar sahəsindəki 89 nömrəli kooperativdən 27 nömrəli order əsasında ona ayrılmış 0,12 ha ölçüdə olan 321L nömrəli bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində faktiki mövcud ölçüdə, yəni 0,09 ha ölçüdə qeydiyyata alınmasına etiraz etmir və gələcəkdə bununla bağlı qeydiyyat orqanına qarşı hər hansı bir iddia və ya tələbi olmayacaqdır. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, iddiaçıya 89 №li BTK tərəfindən kooperativə ayrılmış torpaq sahəsində - Bakı şəhəri, Göradil bağlar sahəsində 321L nömrəli bağ sahəsi ayrılmışdır, bu barədə qərar qəbul edilmiş və müvafiq order verilmişdir, iddiaçı həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir. Odur ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçını aşağıda göstərilənlərə görə öz tələbində haqlı, cavabdehin imtinasını isə əsassız hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:..8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;.. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir...Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. İşin faktiki hallarına əsasən həqiqətən də 89 nömrəli BTK Bakı şəhəri, Göradil bağlar sahəsində 321L nömrəli bağ sahəsini iddiaçıya ayırmışdır və iddiaçıya bu barədə 27 nömrəli order verilmişdir.İddiaçı həmin orderi cavabdehə təqdim edərək həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etsə də müraciəti təmin edilməmişdir, bağ sahəsinin naturada yerləşməsi ilə sxematik xəritə arasında uyğunsuzluq olması, həmçinin bağ nömrəsinin sxematik xəritədə öz əksini tapmaması imtinanın əsası kimi göstərilmişdir. Məhkəmə cavabdehin qeyd edilən əsasla imtinasını əsassız hesab edir ki, belə ki, cavabdehin imtinasında istinad etdiyi sxematik xəritənin məhkəməyə təqdim edilməsi barədə sorğu versə də cavabdeh belə bir sxematik xəritənin onda olmamasını bildirmiş və cavabdeh tərəfindən məhkəməyə 33 nömrəli BTK-ya ayrılmış ərazidəki bağ sahələrinin sxematik xəritəsi təqdim edilməmişdir, belə olan halda cavabdehin onda mövcud olmayan sxematik xəritəyə istinadən hansısa uyğunsuzluq barədə bildirdiklərinin heç bir əsası yoxdur. Bundan başqa cavabdehin məhkəməyə təqdim etdiyi məktuba əsasən iddiaçıya ayrılmış bağ sahəsi digər bir şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamamışdır. Məhkəmə onu da qeyd edir ki, iddiaçıya məxsus torpaq sahəsi orderlə rəsmiləşdirildiyindən və order torpaq sahəsinə hüququn dövlət qeydiyyatına alınması üçün əsas olduğundan order olduğu halda onun verilməsinə əsas olan başqa sənədlərin tələb edilməsinə əsas yoxdur.Bu mövqe Azərbaycan Respublikasının Ali Məhkəməsinin iddiaçı Ağayeva Əminə Məhərrəm qızının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin Ləhiş bağlar sahəsindəki 60 nömrəli kooperativin 47 nömrəli orderinə əsasən Ləhiş bağlar sahəsində 60 nömrəli BTK nəzdində 0,13 ha torpaq sahəsi olan 69/70 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın qeydə alınması barədə iddiası üzrə qəbul edilmiş 2-1(102)-174/2020 nömrəli, 14.01.2020-ci il tarxli qərarında öz əksini tapmışdır, belə ki, həmin qərarda qeyd edilmişdir ki, bağın ayrılmasına dair order olduğu halda həmin bağın ayrılmasına dair qərarın tələb edilməsi əsassızdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Cavabdeh qeyd edilən əsasların mövcud olmasına dair halları məhkəməyə bildirməmişdir. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsi, 321L ünvanda yerləşən bağ sahəsi üzərində (faktiki ölçülərə uyğun) mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, hüquqlara dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi, həmin sahəyə aid plan və ölçünün tərtib edilməsi və daşınmaz əmlaka ünvan verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yannda Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə -vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı prosessual xərclərin onun özünə aid edilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,34, 68,69, 85,110cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsi, 321L ünvanda yerləşən bağ sahəsi üzərində (faktiki ölçülərə uyğun) mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, hüquqlara dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi, həmin sahəyə aid plan və ölçünün tərtib edilməsi və daşınmaz əmlaka ünvan verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-417/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-417/2021
21.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver