Məhkəmə qərarları › İş №2-1(112)-417/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-417/2022

05.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-417/2022 05.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi, Tərəflərin iştirakı olmadan, iddiaçı - İddiaçı cavabdeh - Cavabdehnə qarşı (üçüncü şəxs: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi, X1) “ayrılmış torpaq sahəsinin ölçülüb təqdim edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi, X1) “ayrılmış torpaq sahəsinin ölçülüb təqdim edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmışdır. İş üzrə növbəti məhkəmə iclası xx.xx.2022-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar olunmuş tərəflər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə Əzizbəyov XDS İK-nın xx.xx.1991-ci il tarixli 22 saylı qərarı ilə iddiaçıya ayrılmış 750 kv.m olan 3/980 nömrəli torpaq sahəsinin ölçülüb ona təqdim edilməsini xahiş edir. İş materiallarından görünür ki, məhkəminin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və iş ekspert rəyinin verilməsi üçün Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/2897 nömrəli Ekspert Rəyinin nəticə hissəsindən görünür ki, sözügedən torpaq sahəsinin yeni ünvan qaydalarına əsasən ünvan 1 ünvanında yerləşdiyi müəyyən edilmiş, həmçinin göstərilən torpaq sahəsinin ümumilikdə 750 m2 təşkil etdiyi, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş kadastr planı ilə mövcud hasar arasında perimetrik ölçü və konfiqurasiya fərqinin mövcud olduğu müəyyən olunmuşdur. Belə ki, torpaq sahəsi üzərində digər şəxslər tərəfindən iki yaşayış inşa evi nşa edildiyi və sözügedən torpaq sahəsindən İddiaçı istifadə etmədiyi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli yerində müayinə protokolundan görünür ki, iddiaçının nümayəndəsinin iştirakı ilə keçirilmiş yerində müayinə zamanı cavabdehin nümayəndəsi Əzizbəyov XDS İcraiyyə Komitəsinin 22 nömrəli xx.xx.1991-ci il tarixli qərarı ilə ayrılmış torpaq sahəsinin ekspert rəyində göstərilmiş ünvan 1 ünvanı ilə eyni ünvan olduğunu təsdiq etmişdir. Göründüyü kimi, iddiaçının tələbi Əzizbəyov XDS İK-nın xx.xx.1991-ci il tarixli 22 saylı qərarı ilə iddiaçıya ayrılmış 750 kv.m olan 3/980 nömrəli torpaq sahəsinin ölçülüb ona təqdim edilməsi təşkil edir və ekspert rəyi ilə, həmçinin yerində müayinə zamanı cavabdehin nümayəndəsi tərəfindən mübahisə predmeti olan torpaq sahəsinin ünvan 1 ünvanda yerləşməsi və ölçüsünün ümumilikdə 750 m2 təşkil etməsi təsdiq edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi, yəni Əzizbəyov XDS İK-nın xx.xx.1991-ci il tarixli 22 saylı qərarı ilə iddiaçıya ayrılmış 750 kv.m olan 3/980 nömrəli torpaq sahəsinin ölçülüb ona təqdim edilməsi təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığından, hazırkı iş üzrə icraata xitam verilməlidir. İPM-in 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. İPM-in 67.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən və İPM-nin 67 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi, X1) “ayrılmış torpaq sahəsinin ölçülüb təqdim edilməsi” tələbinə dair 2-1(112)-417/2022 saylı işi üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan:Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar