Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4171/2025 05.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X10 İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Sosial Xidmətlər Agentliyinə qarşı “mənzillə təmin olunma” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Sosial Xidmətlər Agentliyinə (bundan sonra - Cavabdeh) xx.xx.2024-ci il tarixli ərizə ilə müraciət edərək, onun və ailəsinin mənzil şəraitinin tam təmin edilməsinə kömək göstərilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərək, xx.xx.2024-cü il tarixli məktubla bildirmişdir ki, Nazirlik tərəfindən imtiyazlı şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü ii tarixıı 569 nömrəii və 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli sərəncamlarına əsasən həyata keçirilir və həmin sərəncamlarda 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq. Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Nazirliyə təqdim olunmuş növbəlilik siyahılarında iddiaçının 6 noyabr 2015-ci il tarixindən mənzil növbəsinə dayandığı qeyd edilmişdir. İddiaçıya Nazirlik tərəfindən ünvan 1 ünvanında inşa edilmiş binada mənzil təqdim edilmişdir. Əvvəllər mənzillə təmin edilmiş, yaşayış sahəsinin genişləndirilməsi məqsədi ilə rayon (şəhər) icra hakimiyyətlərində təkrar mənzil növbəsinə alınmış şəxslərin müraciətlərinə gələcəkdə baxılması nəzərdə tutulmuşdur. Bundan sonra İddiaçı Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi rayon İcra Hakimiyyətinin «Vətəndaş İddiaçı 1990-cı il 20 yanvar hadisələri ilə əlaqədar İİ qrup əlil kimi güzəştli əsaslarla» yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi barədə” 210 nömrəli, 06 noyabr 2015-ci il tarixli sərəncamına müvafiq olaraq «İddiaçı ailə tərkibi 4 nəfər (özü, arvadı, qızı və oğlu) nəzərə alınmaqla 1990-ci il 20 Yanvar hadisələri ilə əlaqədar İİ qrup əlil kimi mənzil verilməsi (mənzillə tam təmin olunması) öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ. Tərəflərin əsaslandırması: İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı 04 avqust 1974-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Valideynləri ilə birlikdə ünvan 2 ünvanında yaşamışdır. İddiaçı 20 Yanvar hadisələrinin iştirakçısı olmuşdur. Həkimlərin güclü səyi nəticəsində iddiaçı 20 Yanvar hadisələri zamanı sağ qalmış və ona 15 yaşından ikinci qrup əlillik dərəcəsi verilmişdir. 15 yaşından ömürlük ikinci qrup əlil olmuşdur. Əlillərə verilən bir çox imtiyazlardan istifadə edərək 1992-ci ildə Yasamal rayon İcra Hakimiyyətində mənzil növbəsinə dayanmışdır. Subay olduğu üçün Yasamal rayon İcra Hakimiyyəti Başçısının 1803 saylı, 05 noyabr 1997-ci il tarixli sərəncamı ilə ünvan 3 ünvanında yerləşən sahəsi 11,8 kv.m olan 1 otaqlı 57 saylı mənzilin iddiaçıya verilməsi qərara alınmışdır. Həmin qərar əsasında 05 noyabr 1997-ci il tarixdə göstərilən mənzilə dair iddiaçının adına 029973 nömrəli order verilmişdir. Orderə yalnız iddiaçının adı daxil edilmişdir. Həmin vaxtdan sonra, sonra nikaha daxil olmuşam və birgə nikahdan 23 fevral 2008-cü il tarixdə Nuray (X5) və 24 noyabr 2009-cu il tarixdə Firudin (X4) adlı uşaqları anadan olmuşdur. Hazırda 4 nəfər (özü, həyat yoldaşı, qızı və oğlu) ailə üzvü vardır. Buna görə də mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaş hesab edilmişdir. 4 nəfər (özü, həyat yoldaşı və eyni cinsdən olmayan iki uşağı) ailə üzünə malik olduğundan, verilmiş ünvan 3 ünvanında yerləşən 57 saylı mənzil isə 1 otaqlı olmaqla sahəsi 11,8 kvm olduğundan və beləliklə də mənzil sahəsi norması qanunla və normativ aktlarla müəyyən edilmiş sahədən az olduğundan mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəxs hesab edilmişdir. Buna görə də mənzil şəratini yaxşılaşdırmağa ehtiyacı olan şəxs kimi 4 nəfər ailə üzvləri, o cümlədən 9 yaşından yuxarı olan eyni cinsdən olmayan uşaqları nəzərə alınmaqla mənzillə təyin edilmə üçün uçota götürülməsi barədə Binəqədi rayon İcra Hmkimiyyətinə müraciət etmişdir. Binəqədi rayon İcra Hakimiyyətinin 210 nömrəli, 06 noyabr 2015-ci il tarixli sərəncamı ilə «İddiaçı ailə tərkibi 4 nəfərlə (özü, arvadı, qızı və oğlu) yaşayış yeri üzrə Binəqədi rayon İcra Hakimiyyətində 1990-ci il 20 Yanvar hadisələri ilə əlaqədar İİ qrup əlil kimi mənzil növbəsinə götürsün» qərara alınmışdır. Binəqədi rayon İcra Hakimiyyətinin 210 nömrəli, 06 noyabr 2015-ci il tarixli sərəncamı ilə mənzil növbəsinə götürüldükdən keçən bu müddət ərzində mənzillə təmin edilməmişdir. Cavabdeh iddiaya yazılı etirazında bildirmişdir ki, iddiaçı ünvan 3 ünvanında yerləşən 57 saylı mənzillə təmin olunmuş və hal-hazırda da həmin mənzildə qeydiyyatda olmaqla yaşayır, təkrarən eyni imtiyaza görə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 06 noyabr 2015-ci il tarixli 210 saylı sərəncamına əsasən 1990-cı il 20 yanvar hadisələri ilə əlaqədar İİ qrup əlil kimi 4 (dörd) nəfər ailə tərkibi ilə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”nın 26-cı bəndinə əsasən yaşayış sahəsi vətəndaşlara, bir qayda olaraq, bir ailə üçün ayrıca mənzil şəklində, Azərbaycan SSR Mənzil Məcəlləsinin müəyyən etdiyi mənzil sahəsi norması həddində, lakin hər adama 8 kvadratmetrdən az olmamaqla verilir. Bəzi xroniki xəstəliklərin ağır formalarını keçirən vətəndaşlar üçün, habelə gördükləri işin şəraitinə və xarakterinə görə belə sahə alması lazım olan vətəndaşlar üçün əlavə mənzil sahəsi artırıla bilər. yaşayış sahəsi adambaşına düşən ayrılma normasından iki dəfədən çox olmamaq şərti ilə artıq olan ümumi sahə kimi verilə bilər o şərtlə ki, belə yaşayış sahəsi bir otaqdan və bir otaqlı mənzildən ibarət olsun. Maddədən aydın olduğu kimi, adambaşı normadan artıq ölçüdə yaşayış sahəsi ancaq o halda verilə bilər ki, həmin mənzil bir otaqdan ibarət olsun. Konstitusiya Məhkəməsinin Plenumunun 1 dekabr 2010-cu il tarixli qərarına əsasən “şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır.” Belə olan halda ailə tərkibi 5 nəfərdən ibarət olan və normaya uyğun ölçüdə yaşayış sahəsi ilə təmin olunmuş vətəndaşa əlavə mənzilin verilməsi əsassız olmaqla yanaşı, həm də dövlət büdcəsinin və Dövlət Mənzil Fondunun imkanları xaricindədir.. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, iddiaçıya xx.xx.2003-cü il tarixdən 1990cı ilin yanvar hadisələri ilə əlaqədar səbəbi ilə “odlu silah yaralanmasından sonra, soltərəfli döş qəfəsinin orta 1/3-nin arxa, sol bazu oynağının ön, sağ sağrı, sağ qasıq nahiyyəsinin ön səthlərində çapıq toxuması, sol bazu sümüyünün bazunun bitişmiş sınığı, sol kürək sümüyünün oynaq kənarının bitişmiş sınığı, sol bazu oynağının lll-İV dərəcəli artrozu, yaxınlaşdırıcı kontrakturası (uzaqlaşma 20 dərəcə), əzələ atrofiyası, daimi ağrı sindromu ilə və sol yuxarı ətrafın funksiyasının pozulması” diaqnozu üzrə müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. İşdə olan 029975 nömrəli xx.xx.1997-ci il tarixli orderdən görünür ki, ünvan 4 ünvanında yerləşən 1 otaqlı 11.8 kv.m sahəsi olan 57 saylı mənzil İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 1803 sayıə qərarına əsasən İddiaçı istifadəsinə verilmişdir. RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 27.9 kv.metr olan 57 saylı mənzilə dair İddiaçı mülkiyyət hüququ qeydə alınmış və bu barədə xx.xx.2019-cu il tarixli çıxarış verilmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 210 nömrəli xx.xx.2015-ci il tarixli sərəncamından görünür ki, İddiaçı ailə tərkibi 4 nəfərlə (özü, arvadı, qızı və oğlu) yaşayış yeri üzrə Binəqədi Rayon İcra Hakimiyyətində 1990-cı il 20 yanvar hadisələri ilə əlaqədar İİ qrup əlil kimi mənzil növbəsinə götürülmüş və İddiaçı 1990-cı il 20 yanvar hadisələri ilə əlaqədar İİ qrup əlil olmasını nəzərə alaraq, mənzil növbəsi güzəştli əsaslarla yaşayış sahəsilə təmin olunacaq ailələrin siyahısına daxil edilmişdir. İddiaçı hazırda qeyd olunan sənədlərə istinad edərək, mülkiyyətində olan mənzilin sosial normaya uyğun olmadığını iddia edərək, onaun ailə üzvləri də nəzərə alınmaqla yenidən mənzillə təmin edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinin 3.1.16-cı yarımbəndinə əsasən dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək Agentliyin vəzifəsidir. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 saylı Fərmanının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirməsi qərara alınmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 saylı Fərmanının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirilməsi qərara alınmışdır: 1.1. 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020–2022-ci illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri. Həmin Fərmanının 2-ci hissəsinə əsasən yerli icra hakimiyyəti orqanlarının: 2.1. bu Sərəncamın 1.1-ci və 1.2-ci bəndlərində göstərilən şəxslər barədə məlumatların Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etmələri; 2.2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında bu Sərəncamın 1-ci hissəsində göstərilən məqsədlər üçün torpaq sahələrinin ayrılmasını təmin etmələri və hər il görülmüş işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermələri qərara alınmışdır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 492s saylı sərəncamından görünür ki, həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan gözdən əlilliyi olan şəxslərin və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulmuşdur. Göründüyü kimi, hazırkı qanunvericilik aşağıdakı kateqoriyadan olan şəxslərin Sosial Xidmətlər Agentliyi tərəfindən mənzillə təmin edilməsini nəzərdə tutmuşdur:
1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər;
2. şəhid ailələri;
3. Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər;
4. xx.xx.2021-ci il tarixədək uçotda olan gözdən əlilliyi olan şəxslər;
5. xx.xx.2021-ci il tarixədək uçotda olan uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunları. İstinad olunan normalardan görünür ki, həmin kateqoriyaya aid olan uçota alınmış şəxslər barədə məlumatı yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir və Nazirliyin Sosial Xidmətlər Agentliyi də həmin şəxslərin mənzillə təmin edilməsini həyata keçirir. İşdən görünür ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs, şəhid ailəsi, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olmamış, onun əlilliyi 1990-cı il 20 yanvar hadisələri ilə əlaqədar səbəbindən müəyyən edilmişdir. Bundan əlavə, işdən görünür ki, iddiaçı 1990-cı il 20 yanvar hadisələri ilə əlaqədar əlil olması səbəbindən artıq bir dəfə, 1997-ci il tarixdə mənzillə təmin edilmiş, həmin dövrdə qüvvədə olan Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota götürülməsi və yaşayış sahələrinin bölüşdürülməsi haqqında Nümunəvi qaydalar”ının 26-cı hissəsinə əsasən yaşayış sahəsinin vətəndaşlara, hər adama 8 kvadratmetrdən az olmamaqla verilməsi müəyyən edilmiş, iddiaçıya 5 nəfər ailə üzvü ilə birgə verilən mənzilin sahəsi 54,64 kv.metr olmaqla, həmin dövrün qanunvericiliyinə uyğun olmuşdur. İşdən görünür ki, cavabdeh iddiaçının müraciətinə baxarkən ona imtina verməmiş, Nazirlik tərəfindən 2025-ci ilə qədər mərhələlərlə mənzillə təmin edilmənin nəzərdə tutulduğu, hazırda ilk dəfə mənzillə təmin olunan şəxslərə münasibətdə yaşayış sahəsinin ayrıldığı, təkrar mənzillə təmin edilmə ilə bağlı müraciətlərə gələcəkdə baxılacağı bildirilmişdir. Məhkəmə qeyd edir ki, nəzərə alınmalıdır ki, sosial hüquqların məzmunu, həyata keçirilməsi və s. sosial-təminat xarakterli məsələlərlə bağlı qanunverici tərəfindən müvafiq tənzimlənmə müəyyən edilərkən, dövlətin iqtisadi vəziyyətinin, cəmiyyətin, yaxud onun müəyyən bir hissəsinin dövlət yardımına və dəstəyinə ehtiyacının olub-olmaması kimi məqamlar nəzərə alınır. Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli Fərmanından müəyyən edilir ki, 2014-cü ilədək müvafiq kateqoriyadan olan 4278 əlilliyi olan şəxs və şəhid ailəsi mənzillə təmin edilmiş, 5731 nəfər yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır, hansı ki, mənzillə təmin olunan şəxslərdən biri də iddiaçı olmuşdur. Cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatdan isə görünür ki, 2023-cü ilin sentyabr ayına 10102 nəfər yerli icra hakimiyyətində uçota alınmış və əvvəllər mənzillə təmin edilməmiş şəxs mövcuddur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) X1rşı iş üzrə 2011-ci il 7 iyul tarixli Qərarında aşağıdakılar qeyd olunmuşdur: Ayrı-seçkilik obyektiv və ağlabatan əsaslandırma olmadan eyni vəziyyətdə olan şəxslərə fərqli rəftar deməkdir. “Obyektiv və ağlabatan əsaslandırma olmadan” o deməkdir ki, sözügedən rəftarda fərqlilik “legitim məqsəd” daşımır və ya “istifadə olunan vasitələr və güdülən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi” yoxdur (§87). Avropa Məhkəməsi həm də onu göstərmişdir ki, iqtisadi və sosial strategiyaların ümumi tədbirlərinə gəldikdə, adətən Üzv Dövlətə mülahizə sərbəstliyi verilir. Dövlət hakimiyyəti orqanları cəmiyyət və onun ehtiyacları barədə bilavasitə biliyə malik olduqlarından, onlar sosial və ya iqtisadi sahədə ictimai maraqların qiymətləndirilməsində beynəlxalq hakimə nisbətən daha çox imkanlara malikdirlər və Məhkəmə “açıq-aydın ağlabatan əsaslandırma olmayan” hallardan başqa, adətən qanunverici orqanın siyasi seçiminə hörmət edir (Karson və digərləri Birləşmiş Krallığa qarşı iş üzrə Böyük Palatanın 2010-cu il 16 mart tarixli Qərarı, §61). Məhkəmə qeyd olunanları nəzərə alaraq, cavabdehin hazırkı mərhələdə ilk növbədə əvvəllər mənzillə təmin edilməmiş, yaşayış sahəsinə ehtiyacı olan uçota alnmış şəxslərin mənzillə təmin edilməsi, daha sonra isə mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə təkrar mənzil verilməsi barədə mövqeyini ağlabatan əsaslandırma kimi qəbul edərək hesab edir ki, bu hal, inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmaqla, uyğunluq, zərurilik və yararlılıq meyarlarına cavab verir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Hazırkı halda cavabdehin imtinasının qanuna zidd olması və bu imtina ilə iddiaçının hüquqularının pozulması müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın üzərinə iddia tələbinə uyğun inzibati aktın qəbul edilməsi öhdəliyi qoyula bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,
qərara aldı:
İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova