Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4174/2020 17.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X5 X4 İdarəsi) qarşı «yenilənmiş məlumat vərəqəsinin göndərilməsi» tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun aldığı pensiyanın yenidən hesablanması üçün yenilənmiş məlumat vərəqəsinin cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X5 X4 İdarəsinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X5 X4 İdarəsi üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli 1207 saylı Fərmanı tətbiq edilməklə yeni məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X5 X4 İdarəsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, xx xxxxxx 1993-cü il tarixdən xx xxxxxx 2015-ci il tarixə kimi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin “SınıqKörpü" gömrük postunda Baş inspektor vəzifəsində işləmişdir. xx xxxxxx 2015-ci il tarixdən pensiyaya çıxmışdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli 1207 saylı Fərmanında göstərilən büdcədənkənar əlavə yığımların 60%-i Gömrük əməkdaşlarının əmək haqlarına əlavə edilməsi onun aldığı pensiyasında öz əksini tapmamışdır, yəni onun aldığı pensiya puluna əlavə olunmamışdır. O, bu haqda bir neçə dəfə, hətta axırıncı dəfə xx xxxxxx 2020-ci ildə məktubla Dövlət Gömrük Komitəsinə müraciət etmiş, onun aldığı pensiyanın yenidən hesablanması üçün yenilənmiş məlumat vərəqəsinin Dövlət X5 X4 İdarəsinə göndərilməsini xahiş etmiş, lakin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi onun bu xahişini yerinə yetirməmişdir.Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli 768- İQ №-li Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə"nin 113-cü maddəsinə əsasən gömrük orqanlarında xidmət etmiş vəzifəli şəxslərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.Həmin Əsasnamənin 93-cü maddəsinə əsasən gömruk orqanlarının vəzifəli şəxslərinin əmək haqqı vəzifə maaşlarından, xüsusi rütbələrə, fasiləsiz xidmət illərinə, elmi dərəcəyə görə əlavələrdən, habelə natural şəkildə verilməyən ərzaq payının dəyərindən və qanunvericilikdə nəzərdə tutulan digər əlavələrdən ibarətdir.“Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 388 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 25 faizinin (sonradan xx.xx.2016-cı il tarixli 810 nömrəli Fərmanla 50 faizinin və 24.01 2017-ci il tarixli 1207 nömrəli Fərmanla isə 60 faizinin) Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına nəzərdə tutulmuş əlavələr yuxarıda qeyd olunan Əsasnamədə nəzərdə tutulan digər əlavələrə daxildir. Həmin Fərmanın 1-ci bəndinə əsasən Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 60 faizinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunması nəzərdə tutulmuşdur.Yuxarıda qeyd olunan Fərmanın 4.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1997-ci il tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının gömrük sisteminin büdcədənkənar inkişaf fondu haqqında Əsasnamə və fondun vəsaitinin xərclənməsi Qaydaların bu Fərmana uyğunlaşdırmaq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır.Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1997-ci il tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının gömrük sisteminin büdcədənkənar inkişaf fondu haqqında Əsasnamə və fondun vəsaitinin xərclənməsi Qaydaları"na müvafiq əlavə və dəyişikliklər edilərək büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 60 faizinin Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə yönəldilməsi nəzərdə tutulmuşdur.Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 437 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydasının 1.1-ci bəndinə əsasən bu Qayda Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 334-cü maddəsinə əsasən hazırlanmışdırHəmin Qaydanın 1.2-ci bəndinə əsasən vəsait Komitənin işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə, gömrük orqanlarının, Komitənin tabeliyində olan qurumların madditexniki və sosial bazasının möhkəmləndirilməsinə, habelə gömrük işi sahəsində elmitexniki potensialın artırılmasına, elmi tədqiqat işlərinin, o cümlədən gömrük tənzimlənməsi vasitələrinin tətbiqi ilə bağlı tədqiqatların aparılmasına, beynəlxalq təcrübədə qəbul edilən yeni metod və üsulların öyrənilməsinə sərf olunması məqsədi ilə Komitənin hesabına köçürülür.Həmin Qaydanın 1.3-cü bəndinə əsasən vəsaitin 60 (altmış) faizi Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilir.Həmin Qaydanın 5.1-ci bəndinə əsasən mükafatdan və aylıq vəzifə maaşına əlavədən gəlir vergisi və məcburi dövlət sosial sığorta haqqı Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tutulur.Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 437 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydasına əsasən Azərbaycan Respublikası DövlətGömrük Komitəsinin xx.xx.2018-ci il tarixli 100/123 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2011-ci il tarixli 002 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin büdcədənkənar inkişaf fondundan xüsusi rütbəsi olan əməkdaşlarına və mülki işçilərinə əlavənin ödənilməsi haqqında” Təlimat ləğv edilmiş və "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitdən xüsusi rütbəsi olan əməkdaşlarına və mülki işçilərinə əlavənin ödənilməsi haqqında Təlimat” təsdiq edilmişdir.Təlimat Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitdən xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin ödənilməsi şərtlərini və qaydasını müəyyən edir. Həmin Təlimatın 1.4-cü bəndinə və bu Təlimata əsasən aylıq vəzifə maaşlarına ödənilən əlavə "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.5-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları"nın 2-ci bəndinə uyğun olaraq təminat xərcliyinə daxil edilir. Əmək haqqına əlavələrin hesablanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 437 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası"na əsasən Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərin həcminə uyğun həyata keçirilir və həmin vəsaitlərin həcmi idxal-ixrac əməliyyatlarının həcmindən asılı olduğu üçün hər ay dəyişir, tətbiq olunan əmsal stabil olmur.Göründüyü kimi qeyd olunan Təlimata əsasən aylıq vəzifə maaşlarına ödənilən əlavə əmək haqqı barədə məlumatın, yəni Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 810 nömrəli Fərmanı ilə 50 faizinin və xx.xx.2017-ci il tarixli 1207 nömrəli Fərmanı ilə isə 60 faizinin sabiq əməkdaş İddiaçı təminat xərcliyinə daxil edilməsi qeyri-mümkündür.Beləliklə, İddiaçı təqaüdə çıxarkən yuxarıda qeyd olunan Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 810 nömrəli və 24 01.2017ci il tarixli 1207 nömrəli Fərmanlarından əvvəl xidmətinə xitam verilmiş və təminat xərcliyinə daxil olan nəzərdə tutulmuş (müvafiq olaraq 50 faiz və 60 faiz) vəzifə maaşına yuxarıda qeyd olunan sonrakı artımları xidmətdən buraxıldığı gün almamış və eyni zamanda qanunvericiliklə nəzərdə tutulmuş sığorta ödənişləri Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyi yanında Dövlət X6 köçürülməmişdir.Belə ki, "Əmək Pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin 1992-ci ilin yanvarın 1-dək qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği, habelə bu Qanunun 19-cu və 20-ci maddələrində nəzərdə tutulan əlavələr dövlət büdcəsinin, digər bütün məbləğləri isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir. Qeyd olunan mənbələrin birində vəsait çatışmazlığı olduqda, müvafiq xərclər digər mənbə hesabına maliyyələşdirilir. İddiaçı xidmətinə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 810 nömrəli və 24.01 2017-ci il tarixli 1207 nömrəli Fərmanlarından əvvəl xitam verildiyindən, o, pensiyaya çıxdığı gün həmin Fərmanlarla müəyyən edilmiş (müvafiq olaraq 50 faiz və 60 faiz) əlavələri almadığından onun pensiyasının qeyd edilən Fərmanlara əsasən yenidən hesablanması üçün yeni məlumat vərəqəsinin verilməsi mümkün deyildir.Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli 1000-210/2xx-xx/005124 saylı məktubda qeyd olunur: Sizin xx.xx.2020-ci il tarixli müraciətinizə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən baxılmışdır. Müraciətinizə cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyi yanında Dövlət X8 haqqında Əsasnamə»nin 1.1-ci bəndinə əsasən Dövlət X8 məcburi dövlət sosial sığortası, əhalinin əmək pensiyaları, sosial müavinətlər, təqaüdlər, kompensasiyalar və sosial yardımlarla təmin edilməsi, ahılların, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası, çətin həyat şəraitində olan şəxslərə sosial xidmət sahəsində tədbirləri həyata keçirən icra hakimiyyəti orqanıdır. Eyni zamanda müraciətinizdə qeyd olunan məsələlər «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli 54-İİİQ nömrəli Qanununun 5.3-cü maddəsinə (Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir) və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bır növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli Qərarının 2.1-ci bəndinə (Əmək pensiyası hüququ olan şəxslər bu hüququn yarandığı gündən sonra istənilən vaxt əmək pensiyasının təyin olunması, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün kağız üzərində və ya elektron qaydada Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyi yanında Dövlət X6 yaxud Fondun şəhər (rayon) şöbələrinə və ya X4 İdarəsinə müraciət edə bilərlər) əsasən tənzimlənir. Yuxarıda göstərilən qanunvericilik normalarının tələblərindən görünür ki, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyi yanında Dövlət X5 səlahiyyətlərinə aid edilmişdir. Bu səbəbdən də Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyi yanında Dövlət X6 müraciət etməyinizi məqsədəmüvafiq hesab edirik. İş materiallarında olan İddiaçı məxsus pensiya işində olan Azərbaycan Respublikası DSMF-nin HQXRŞİD əmək pensiyası təyin edən komissiyanın xx.xx.2015-ci il tarixli qərarından görünür ki, İddiaçı xx.xx.2015-ci ildən «Əmək pensiyaları haqqında» Qanunun 20.14.1-ci maddəsinə müvafiq olaraq yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin pensiya işində olan məlumat vərəqəsindən görünür ki, İddiaçı xüsusi rütbəsi gömrük xidməti mayoru, tutduğu vəzifə Tovuz Gömrük İdarəsi «Sınıq Körpü» gömrük postunda baş inspektor vəzifəsidir, onun pul təminatında 25% digər növ əlavələr də nəzərə alınmışdır. “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli 388 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 25 faizinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunması qərara alınmışdır. “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 25 fevral tarixli 388 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2016-cı il tarixli 810 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 25 fevral tarixli 388 nömrəli Fərmanının 1-ci hissəsində “25” rəqəmləri “50” rəqəmləri ilə əvəz edilmişdir. “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 25 fevral tarixli 388 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli 1207 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 25 fevral tarixli 388 nömrəli Fərmanının 1-ci hissəsində “50” rəqəmləri “60” rəqəmləri ilə əvəz edilmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı dövlət gömrük orqanlarında xidmət etmiş, ona xx.xx.2015-ci ildən «Əmək pensiyaları haqqında» Qanunun 20.14.1-ci maddəsinə müvafiq olaraq yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin pensiya işində olan məlumat vərəqəsinə əsasən iddiaçının xüsusi rütbəsi gömrük xidməti mayoru, tutduğu vəzifə Tovuz Gömrük İdarəsi «Sınıq Körpü» gömrük postunda baş inspektor vəzifəsidir, onun pul təminatında 25% digər növ əlavələr də nəzərə alınmışdır. Qeyd olunan əlavə “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli 388 nömrəli Fərmanı ilə müəyyən edilmiş Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 25 faizidir. Qeyd olunan Fərmana Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2016-cı il tarixli 810 nömrəli Fərmanı ilə dəyişiklik edilərək “25” rəqəmləri “50” rəqəmləri ilə, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli 1207 nömrəli Fərmanı ilə dəyişiklik edilərək “50” rəqəmləri “60” rəqəmləri ilə əvəz edilmişdir. Hazırda iddiaçı həmin Fərman tətbiq edilməklə Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 60 faizi nəzərə alınmaqla yeni məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X5 X4 İdarəsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçıya xx.xx.2015-ci ildən pensiya təyin edilmişdir və həmin tarixdə iddiaçının aldığı əlavə (25%) ona pensiya təyin edilərkən nəzərə alınmışdır. Lakin Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 50 faizinin, daha sonra isə 60 faizinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavə edilməsi ilə əlaqədar olan dəyişiklik isə müvafiq olaraq xx xxxxxx 2016cı və xx xxxxxx 2017-ci il tarixlərdə edilmişdir. İddiaçıya isə həmin tarixdən əvvəl pensiya təyin edilmişdir və iddiaçı işlədiyi dövrdə 60 faiz əlavəni almamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2020-ci il tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı pensiyasının hesablanması zamanı nəzərə alınmasını tələb etdiyi 60 faiz əlavəni işlədiyi dövrdə almadığı üçün həmin əlavə iddiaçıya təyin edilmiş pensiyanın yenidən hesablanması zamanı nəzərə alına bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X5 X4 İdarəsi) qarşı «yenilənmiş məlumat vərəqəsinin göndərilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-4174/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4174/2020
17.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver