Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4175/2021 02.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, cavabdehin nümayəndəsi və vəkili X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X10 Xüsusi Şərtlərlə X1rşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X10 Xüsusi Şərtlərlə Təyinat X9 (bundan sonra Filial) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hüququn yarandığı tarixdən, yəni 17.03.2015-ci ildən verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1958-ci il tarixdə Yevlax rayonu, Xanabad kəndində anadan olmuş, 1975-80-cı illərdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda ali təhsil almış və 03.11.1980-cı il tarixdən əmək fəaliyyətinə başlamışdır. 03.11.1980-12.05.1997 və 02.06.2003-18.08.2006-cı il tarixlərdə xxxxnda, 08.04.2003-29.05.2003-cü il tarixlərdə “xxxx” MMC Mingəçevir Ərazi Elektrik Şəbəkəsində, 21.08.2006-cı il tarixdən hal-hazıradək Mingəçevir “X3 Şəbəkəsi” MMC-də müxtəlif peşə və vəzifələrdə çalışır. 16.12.1980-cı il tarixli, MT-1 ******* nömrəli əmək kitabçasından göründüyü kimi, 17.03.2015-ci il tarixə azı 25 il ümumi iş stajı vardır. 06.05.2019-cu il tarixli arxiv arayışından müəyyən edilmişdir ki, 03.11.1980 - 01.11.1981-ci il tarixlərdə (11 ay 28 gün) Elektrosexdə növbə rəisi NK-nin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarının 2 №-li “Siyahısı”nın “Xİİİ. Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı” bölməsinin “1.Yeraltı istilik elektrik stansiyaları” yarımbölməsində “elektrik sexlərinin növbə rəisləri” bəndi 2140100b—24043 koduna; 01.11.1981-01.09.1982-ci il tarixlərdə (10 ay) Böyük növbətçi-elektrik montyoru “qazanxanaların, turbin (buxar-qaz turbini) avadanlığının və yanacaqötüriicü avadanlığın xidməti və təmiri ilə məşğul olan bütün adlarda elektrik montyorları” bəndi 2140100a—19820 koduna; 01.09.1982- 01.04.1986-cı il tarixlərdə (03 il 07 ay) Elektrostansiyanın növbə rəisi “elektrik stansiyalarının növbə rəisləri ” bəndi 2140100lı—24043 koduna; 08.09.1987-06.02.1995-ci il tarixlərdə (07 il 04 ay 28 gün) Elektrik sexin elektrotexniki laboratoriyasında usta “avadanlığın təmiri üzrə ustalar, böyük ustalar” bəndi 2140100b—23362 koduna aiddir. İşlədiyi peşə və vəzifələr NK-nin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Siyahı”nın “24.1 Yeraltı istilik elektrik stansiyaları” yarınıbölməsinə də uyğundur. Odur ki, 16.12.1980-ci il tarixli, MT-İ ******* nömrəli əmək kitabçasından və 06.05.2019-cu il tarixli arxiv arayışından göründüyü kimi 17.03.2015-ci il tarixə 25 ildən artıq ümumi, 12 il 09 ay 26 gün isə güzəştli iş stajı vardır. Bundan əlavə, “xxxx” MMC-nin istehsalat fəaliyyəti haqqında arayışında qeyd olunmuşdur ki, “o, işlədiyi müddətdə 8 saatlıq iş günü ərzində enerji bloklarında, 1 və 2 saylı Qazan-Turbin sexlərində, 330/500 kv-luq APQ-də elektrik avadanlıqlarının sazlanması, təmiri və sınağı zamanı müxtəlif zərərli faktorların (hava axını, titrəmə, sahə gərginliyi və s.) təsirinə məruz qalmışdır.” “xxxx” MMC-nin arxivində, Kadrlar şöbəsində və mühasibatlığında saxlanılan sənədlərə əsasən verilən arayışa əsasən xxxxnın Tikintisinin direksiyası - 26.11.1981-ci il tarixdə xxxx, 25.04.2003-cü il tarixdə “xxxx” MMC, 05.01.2006-cı il tarixdə “xxxx” MMC adlandırılmışdır. 11.03.2020-ci il tarixdən cavabdeh orqana ünvanladığı müraciətlərə baxmayaraq, o, 22.03 və 19.06.2020ci il tarixli cavab məktubları ilə güzəştli şərtlərlə pensiya hüququnu təmin etməkdən imtina etmişdir. Sonuncu müraciətə NK-nin 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Siyahı”nın “24.1 Yeraltı istilik elektrik stansiyaları” yarımbölməsinə istinad edilmədən, yalnız “24. Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” bölməsinin “b” bəndindəki vəzifələr sadalanaraq, 1980-2006-cı illərdə işlədiyi sahənin Siyahıda qeyd olunan sahəyə uyğun olmadığı və bu səbəbdən də güzəştli iş stajının 12 il 6 aydan az təşkil etdiyi barədə cavab verilmişdir. Cavabdeh iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının dəlili yersizdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 01.07.2017-ci il tarixədək olan redaksiyası iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixinə qüvvədə olan redaksiyasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, “ƏPQ”-nin 9.1-ci maddəsinin iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 57 yaşı tamam olduğu 17.03.2015-ci il tarixinədək güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: iddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması və iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarında göstərilməsi. Hazırkı iş üzrə 2 və 3-cü şərtlərə əməl edilməmişdir. Belə ki, iddiaçının 16.12.1980-ci il tarixli, HT-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı 03.11.1980-18.08.2006-cı illər ərzində xxxxnın Tikintisinin direksiyasınm Elektrik sexində və Elektrotexniki laboratoriya sahəsində növbə rəisi, usta və böyük mühəndis peşələrində işləmişdir. Lakin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 24-cü bölməsində (“Elektrik stansiyaları, enerji qatarlan, buxar və güc təsərrüfatı") göstərilən sahələr ilə iddiaçının işləmiş olduğu sahələr uyğun deyildir. Belə olan halda iddiaçının qeyd edilən peşələrdə işlədiyi müddətlər güzəştli iş stajına hesablanmamalıdır. Göründüyü kimi iddiaçı tələb edilən 12 il 6 ay güzəştli iş stajını tamamlamamışdır. Bu səbəbdən də qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. Qeyd olunanları nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəməyə gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X7 iddia tələbinə etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə doğulmuşdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, 01.07.2019-cu il tarixli arayışından görünür ki, Quliyev X5 şəhəri, A.S.Puşkin küçəsi, ev 62 ünvanında qeydiyyatdadırlar. - İddiaçı Mabud oğluna məxsus NZ 062596 №-li hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 06.07.1980-ci ildən 15.02.1982-ci ilə qədər (1 il 7 ay 10 gün) Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. - İddiaçı məxsus əmək kitabçasının notarial qaydada surətindən görünür ki, iddiaçı 1975-1980-ci il tarxədək Azərbaycan İnstitunda təhsil almışdır (05 il), 03.11.1980-cı ildən 01.11.1981-ci ilədək xxxx Tikintisindin direksiyasında Elektrik sexinə növbə rəisi (11 ay 29 gün), 01.11.1981-ci ildən 01.09.1982-ci ilədək Elektrik sexində X8 montyoru (10 ay 01 gün), 01.09.1982-ci ildən 01.04.1986-cı il tarixədək Elektrik sexində növbə rəisi (03 il 07 ay 01 gün), 01.04.1986-cı ildən 08.09.1987-ci il tarixədək Elektrik sexində Elektrotexniki laboratoriyada böyük mühəndis (01 il 05 ay 08 gün), 08.09.1987-ci ildən 06.02.1995-ci il tarixədək Elektrik sexində Elektrotexniki laboratoriyada usta (07 il 04 ay 29 gün), 06.02.1995-ci ildən 12.05.1997-ci il tarixədək Elektrik sexində elektrotexnik (02 il 03 ay 07 gün), 29.05.2003-cü ildən 02.06.2003-cü il tarixədək Azərbaycan Dövlət Rayon X2 sexinin Elektrotexniki laboratoriyasına “Yüksək gərginliklərin sınaq və profilaktikası” qrupuna mühəndis (4 gün), 02.06.2003-cü ildən 18.08.2006-cı il tarixədək Elektrik sexində elektrotexnik laboratoriyasında mühəndis (03 il 02 ay 17 gün), 21.08.2006-cı ildən 23.06.2010-cu il tarixədək “xxxx” MMC-də avtomatika xidmətinin rəisi və baş mühəndis (03 il 10 ay 03 gün) vəzifələrində işləmiş, 24.06.2010-cu ildən hal-hazıradək “xxxx” MMCdə işləyir. - “xxxx” ASC “xxxx” MMC-nın 201-06 №-li, 06.05.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı Mabud oğlu həqiqətən 03.11.1980 - cı il tarixində xxxxnın Tikintisinin direksiyasında Elektrik sexinə növbə rəisi vəzifəsinə işə qəbul edilmişdir (03.11.1980-cı il. Əmr №211). 01.11.1981-ci ildə həmin sexdə X8 montyoru vəzifəsinə keçirilmişdir (27.10.1981 -ci il. Əmr №394). 01.09.1982-ci ildə Elektrik sexinə növbə rəisi vəzifəsinə keçirilmişdir (11.09.1982-ci il. Əmr № 202/ K). 01.04.1986-cı ildə Elektrotexniki laboratoriyaya böyük mühəndis vəzifəsinə keçirilmişdir (04.04.1986-ci il. Əmr №48). 08.09.1987-ci ildə Elektrotexniki laboratoriyaya usta vəzifəsinə keçirilmişdir (21.01.1988-ci il. Əmr №04). 06.02.1995-ci ildə Elektrolaboratoriyanın rəisi vəzifəsinə təyin edilmişdir. (17.02.1995-ci il. Əmr № 35/K). 12.05.1997-ci ildə Azərbaycan Respublikası ƏQM-nin 37ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad olmuşdur (16.05.1997-ci il. Əmr № 35/K). 02.06.2003-cü ildə Azərbaycan Dövlət Rayon Elektrik stansiyasfnda Elektrik sexinin Elektrotexniki laboratoriyasına “Yüksək gərginliklərin sınaq və profilaktikası” qrupuna mühəndis vəzifəsinə işə qəbul olunmuşdur (06.06.2003-cü il. Əmr № 682/K). 18.08.2006cı ildə Azərbaycan Respublikası ƏQM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz xahişi ilə) işdən azad olmuşdur (16.08.2006-ci il. Əmr № 275/K). Zərərli iş şəraitində işlədiyi üçün 01.03.1990-31.02.1997-ci il tarixədək 12%, 02.06.2003-18.08.2006-ci il tarixədək 8% miqdarında əlavə əmək haqqı ödənilmişdir. Məlumat üçün bildirilmişdir ki, “xxxx”-nin 26.11.1981-ci il tarixli 420 saylı əmrinə əsasən xxxxnın Tikintisinin direksiyası xxxx adlandırılmışdır. “xxxx” ASC-nin 25.04.2003-cü il tarixli, AÜ/091 saylı əmrinə əsasən İdarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar “xxxx'1 “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. “xxxx” ASC-nin 05.01.2006-cı il tarixli, AÜ/002 saylı əmrinə əsasən idarəetrns strukturunun təkmilləşdirilməsi ilə əlaqədar “xxxx” MMC “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. - “xxxx” MMC tərəfindən İddiaçı Mabud oğluna verilmiş istehsalat fəaliyyəti haqqında arayışdan görünür ki, İddiaçı Mabud oğlu 03.11.1980-ci ildə xxxxnın Tikintisinin direksiyasında Elektrik sexinə növbə rəisi vəzifəsinə işə qəbul edilmişdir. 01.11.1981-ci ildə həmin sexdə X8 Montyoru, 01.09.1982-ci ildə həmin sexdə növbə rəisi, 01.04.1986-cı ildə Elektrotexniki Laboratoriyada böyük mühəndis, 08.09.1987-ci ildə usta, 06.02.1995-ci ildə Elektrotexniki Laboratoriyanın rəisi vəzifəsində işləmişdir. 02.06.2003-cü ildən 18.08.2006ci il tarixədək Elektrotexniki Laboratoriyanın “Yüksək gərginliklərin sınaq və profilaktikası” qrupunda mühəndis işləmişdir. O, işlədiyi müddətdə 8 saatlıq iş günü ərzində enerji bloklarında, 1 və 2 saylı Qazan - Turbin sexlərində, 330/500 kv - luq APQ - də elektrik avadanlıqlarının sazlanması, təmiri və sınağı zamanı müxtəlif zərərli faktorların (hava axını, titrəmə, sahə gərginliyi və s.) təsirinə məruz qalmışdır. - “xxxx” ASC “xxxx” MMC tərəfindən məhkəməyə ünvanlanmış 100/01-07-72 №-li, 09.03.2021-ci il tarixli məktuba əlavə edilmiş 07-14 №-li, 09.03.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı 03.11.1980-cı il tarixdə xxxx Tikintisinin direksiyasında Elektrik sexinə növbə rəisi vəzifəsinə işə qəbul edilmişdir (Əmr 211, 03.11.1980). 01.11.1981-01.09.1982ci il tarixədək Elektrik sexində X8 montyoru vəzifəsinə işləmişdir (Əmr 394, 27.10.1981). 01.04.1986-cı il tarixədək Elektrik sexində növbə rəisi vəzifəsində işləmişdir (Əmr 202/k, 11.09.1982). 08.09.1987-ci il tarixədək Elektrik sexində, Elektrotexniki laboratoriyada böyük mühəndis vəzifəsində işləmişdir (Əmr 48, 04.04.1986). 06.02.1995-ci il tarixədək Elektrik sexində, Elektrotexniki laboratoriyada Usta vəzifəsində işləmişdir (Əmr 04, 21.01.1988). 12.05.1997-ci il tarixdə Azərbaycan Respublikası ƏQM-nin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad olmuşdur (Əmr 35/k, 16.05.1997). 02.06.2003-cü il tarixdə Azərbaycan Dövlət Rayon X2 sexinin Elektrotexniki laboratoriyasına “Yüksək gərginliklərin sınaq və profilaktikası” qrupuna mühəndis vəzifəsinə işə qəbul olmuşdur (Əmr 682/k, 06.06.2003). 18.08.2006-cı il tarixdə Azərbaycan Respublikası ƏQM-nin 69cu maddəsinə əsasən (öz xahişi ilə) işdən azad olmuşdur (Əmr 275/k, 16.08.2006). İş şəraitinin ağır və zərərli olduğuna görə İddiaçı 01.03.1990-31.02.1997-ci il tarixədək 12 % miqdarında, 02.06.2003-18.08.2006-cı il tarixədək 8% miqdarında əlavə əmək haqqı ödənilmişdir. Zərərli iş şəraitində işlədiyinə görə əmək qanunvericiliyinə əsasən onun əmək məzuniyyətinə əlavə 06 təqvim günü məzuniyyət günü verilmişdir. “Azərbaşenerji”nin 26.11.1981-ci il tarixli, 420 saylı əmrinə əsasən xxxxnın Tikintisinin direksiyası - xxxx adlandırılmışdır. “xxxx” ASC-nin 25.04.2003-cü il tarixli, AÜ/091 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar “xxxx”- xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. “xxxx” ASC-nin 05.01.2006-cı il tarixli, AÜ/002 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqər “xxxx" MMC “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. İddiaçı işlədiyi illər ərzində 03.11.1980-ci il tarixdən 01.04.1986-cı il tarixədək və 08.09.1987-ci il tarixdən 12.05.1997-ci il tarixədək tutduğu növbətçi elektrik montyoru, usta və növbə rəisi vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli Qərarının 2 nömrəli siyahısının 13-cü bölməsinin “a” bəndində vəzifə kodu ******* a-18455 və “b" bəndində vəzifə kodu ******* b- 23362 (avadanlığın qoyulmuş yerlərdə təmiri üzrə ustalar və böyük ustalar) vəzifə kodu ******* b-24043 (növbə rəisi) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin, vəzifələrin və göstəricilərin siyahı”sının 24-cü bölməsinin “a” bəndində 330 KV-luq və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və profilaktikası üzrə elektrik montyorları və “b" bəndində avadanlığın yerində təmiri üzrə ustalar və böyük ustalar vəzifəsinə uyğundur. - Filialın iddiaçının 08.06.2020-ci il tarixli ərizəsinə cavab olaraq verdiyi 19.06.2020-ci il tarixli, **********7 №-li məktubdan görünür ki, idarəyə təqdim etdiyi 16 dekabr 1980-ci il tarixli, MT-İ ******* nömrəli əmək kitabçasında 03.11.1980-18.08.2006-cı il tarixləri arasındakı dövr ərzində xxxxnın Tikintisinin direksiyasının Elektrik sexində və Elektrotexniki laboratoriya sahəsində növbə rəisi, usta və böyük mühəndis peşələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi işlədiyi sahə siyahıda qeyd olunan sahəyə uyğun deyil. Bu səbəbdən onun güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq onu güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyib, təqdim edilmiş sübutları araşdıraraq aşağdakı hüququ əsaslara görə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçı İddiaçı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element mövcud olmalıdır:
1. İddiaçının 57 yaşının tamam olması;
2. İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;
3. İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı Məbdud oğlunun 03.11.1980-18.08.2006-cı il tarixləri arasındakı dövr ərzində xxxxnın Tikintisinin direksiyasının Elektrik sexində və Elektrotexniki laboratoriya sahəsində işlədiyi növbə rəisi, usta və böyük mühəndis peşələri həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahısında, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin, vəzifələrin və göstəricilərin siyahı”sında nəzərdə tutulmamışdır. Belə olan halda İddiaçı 01.01.2006-cı ilə qədər 12 il 6 ay güzəştli iş stajı yaranmır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Məbdud oğlu qanunla tələb olunan güzəştli iş stajına malik olmadığından cavabdeh tərəfindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər.
Hakim Şəlalə Həsənova