Məhkəmə qərarları › İş №2-1(112)-4176/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4176/2023

22.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4176/2023 22.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyata alınma” tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə (bundan sonra mətndə Nərimanov RPİ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Nərimanov RPİ-nin üzərinə onun ünvan 1 ünvanına qeydiyyata alınması öhdəliyinin qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsində texniki yalnışlıq olaraq qeydiyyata alınmaq istədiyi ünvan kimi ünvan 2miş və hazırda onun, yəni İddiaçı ünvan 3 ünvanına qeydiyyata alınması barədə öhdəliyin cavabdeh Nərimanov RPİ-nin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2019-cu ildən ünvan 12 ünvanında qeydiyyatsız yaşayır. Həmin ünvana qeydiyyata alınmaq üçün o, ərizə ilə Nərimanov RPİ-yə müraciət etmiş, lakin polis idarəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla onun ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2022-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Nərimanov RPİ-nin xx.xx.2022-ci il tarixli, 078-37047 nömrəli iddia tələbinə dair yazılı münasibətdən görünür ki, İddiaçı ünvan 8 ünvanına qeydiyyata alınma barədə müraciəti onlara daxil olmuşdur. Vətəndaşa cavab olaraq, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşadığı evin müvafiq sənədini (dövlət reyestrindən çıxarış, icarə-kirayə müqaviləsi, yaşayış sahəsi verən şəxsin razılıq ərizəsi və s.) təqdim etmək tələb olunur. Əks təqdirdə qeydiyyata alınmanın tərəflərindən mümkün olmadığı və bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etməsinin məqsədəmüvafiq hesab edildiyi qeyd edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh inzibati orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məktubla məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı X12 məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. İddianın növü və mümkünlüyü. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İşin halları: İş materiallarında olan: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1975-ci il təvəllüdlü İddiaçı ünvan 9 ünvanında qeydiyyatdadır. 5 saylı Bakı “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışdan müəyyən olunur ki, X6 ailə tərkibi aşağıdakı qeyd olunan şəxslərdən ibarətdir: əri-X13 (xx.xx.1947) (ölüb); oğlu- X22 (xx.xx.1970); qızı – X14 (xx.xx.1972); oğlu – İddiaçı (xx.xx.1975). “Asan 3” tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li arayışdan görünür ki, ünvan 11 ünvanında X15, X7, X2, X5, X16, X17, X21, X8, X1 və X18 qeydiyyatdadırlar. X6 xx.xx.2023-cü il tarixdə notarial qaydasında təsdiq olunmuş ərizəsindən görünür ki, o, ünvan 12 ünvanında yerləşən fərdi yaşayış evinə İddiaçı qeydiyyata alınmasına etiraz etmir. Məhkəmənin müvafiq sorğularına cavab olaraq verilmiş: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********93 nömrəli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası, 120 “A” saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 18/2- 9227/2023 nömrəli məktubuna qoşma kimi əlavə edilmiş siyahıdan görünür ki, X2, X7, X5 və X16 ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. - xx.xx.1975-ci il təvəllüdlü İddiaçı xx.xx.2018-ci il, xx.xx.1960-cı il təvəllüdlü X3 xx.xx.2022-ci il və xx.xx.1985-ci il təvəllüdlü X4 xx.xx.2021-ci il tarixdən ünvan 13 ünvanında qeydiyyatdadırlar. Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 3/145 nömrəli, xx.xx.2023cü il tarixli məktubunda göstərilmişdir ki, 18 saylı Mənzil-Kommunal İstismarı Sahəsinin verdiyi arayışa əsasən ünvan 15 ünvanında yerləşən fərdi evdə X19 4 nəfər ailə üzvü ilə birlikdə qeydiyyatdadır və yaşayır. Onlar həmin ünvana xx.xx.1989-cu il tarixli, 11 saylı Sərəncam əsaslnda qeydiyyata alınmışlar. Məktuba qoşma kimi əlavə edilmiş 18 saylı Mənzil-Kommunal İstismarı Sahəsinin xx.xx.2023-cü il tarixli, 18/1 nömrəli arayışından görünür ki, ünvan 16 ünvanında X15 və ailə üzvləri – X14, X22, X18 və X17 pasport qeydiyyatındadırlar. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 18 aprel 2023-cü il tarixli məktubu ilə məhkəmyə təqdim olunmuş Nərimanov rayon xalq deputatları sovetinin 11, § İ-Q №-li, xx.xx.1989-cu il tarixli “Ermənistan SSR-dən gəlmiş azərbaycanlı vətəndaşların qeydiyyata alınması” barədə Qərarı ilə MİS-ə və rayon polis şöbələrinə Ermənistan SSRdən gəlmiş azərbaycanlı vətəndaşların məskunlaşdıqları yaşayış sahələrinin texniki vəziyyətindən, ölçüsündən və yerləşmə ərazisindən asılı olmayaraq özbaşına inşa edilmiş yaşayış sahələrində daimi qeydiyyata alınmasının həvalə edilməsi qərara alınmışdır. Qərara əlavə olunmuş “Ermənistan SSR-dən gəlmiş dəyişdirmə yolu ilə özbaşına tikililərdə yaşayan azərbaycanlı vətəndaşların siyahısı”ndan N.T. Əhmədovun 6 (altı) ailə üzvü ilə birgə qeydiyyata alınmaları nəzərdə tutulmuşdur. Hazırkı tələblə bağlı iddiaçının ərizəsinə cavab olaraq Nərimanov RPİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 078-30565Ə №li cavab məktubunda qeyd edilmişdir ki, onun Nərimanov rayonunda yerləşən mənzilə pasport qeydiyyatına alınması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinə əsasən yaşadığı evin müvafiq sənədini (dövlət reyestrindən çıxarış, icarəkirayə müqaviləsi, yaşayış sahəsi verən şəxsin razılıq ərizəsi və s) təqdim etməlidir. Əks təqdirdə qeydiyyata alınması tərəflərindən mümkün deyildir. Bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunmuşdur. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir; 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən, hamı qanun və inzibati orqan qarşısında bərabərdir; inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır; inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır; inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddiaçının ailə üzvlərinin (anası və s.) qeydiyyatda olduğu yaşayış yeri üzrə ünvana qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh əsassız olaraq iddiaçını həmin ünvana qeydiyyata almaqdan imtina etmişdir. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının yaşadığı tikili vahid ünvan göstəricilərinə də (fərdi yaşayış evinin fərdiləşdirilməsini təmin edən rəqəm və hərflərdən və (və ya) işarələrdən ibarət ünvan nömrəsi) malikdir. Məhkəmə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, iddiaçı sözügedən mübahisəli fərdi yaşayış evində yaşayır və evdə qeydiyyatda olan digər şəxslər onun həmin evə qeydiyyata alınmasına etiraz etmədiklərindən, cavabdeh inzibati orqanın iddiaçının faktiki yaşadığı və başqa şəxslərin də qeydiyyatda olduğu həmin ünvana qeydiyyata alınma barədə müraciətinin təmin edilməsindən imtina etməsi əsassız, qanunsuz və “bərabərlik” prinsipinə zidd olmaqla, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının tələbi əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməli, iddiaçı xx.xx.1975-ci il təvəllüdlü İddiaçı ünvan 3 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyi Nərimanov RPİ-yə həvalə edilməlidir. Şərh edilənlərə əsasən və İPM-nin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1975-ci il təvəllüdlü İddiaçı ünvan 3 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyi Bakı şəhər Nərimanov rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar