Məhkəmə qərarları › İş №2-1(112)-4179/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4179/2021

12.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4179/2021 12.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdehin nümayəndəsi X3, 3-cü şəxsin nümayəndəsi və vəkili X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxslər X5, "xxxx" MTK cəlb olunmaqla) qarşı “çıxarışın ləğv edilməsi və mülkiyyət hüquqlarının qanunsuz hesab edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mübahisəyə dair iş üzrə iddianın mümkünlüyü məsələsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi 2942B ünvanında tikilən 16 mərtəbəli yaşayış binasının 7 mərtəbəsində, ümumi sahəsi 98,2 kv.m olan 1-ci blok mənzil 38-in X1 adına özəlləşdirilməsinin ləğvi və X1 adına verilmiş çıxarışın etibarsız hesab edilməsi və ləğvi, iddiaçının adına yeni çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadına əsasən X5, xx.xx.2021-ci il tarixli qərardadına əsasən "xxxx" MTK 3-cü şəxs qismində işə cəlb edilmişlər. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ünvan 1 ünvanında tikilən 16 mərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində, ümumi sahəsi 98,2 kv.metr olan 1-ci 38 ünvanda yerləşən mənzilin X1 adına verilmiş çıxarışın ləğv edilməsi və mülkiyyət hüquqlarının qanunsuz hesab edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı bildirir ki, o xx.xx.2009-cu il tarixində "xxxx" Mənzil Tikinti Kooperativi ilə Bakı şəhəri, Xətai rayonu. N.Tusi küçəsi 2942 B ünvanında tikilən 16 mərtəbəli yaşayış binasının 7 mərtəbəsində, ümumi sahəsi 98,2 kvm olan 1-ci blok mənzil 38-də 2 otaqdan ibarət olan mənzili bir pay olaraq ona verməyi “Tural-A" Mənzil Tikinti Kooperativi öhdəsinə götürmüşdür. Mənzilin ona verilməsi ilə bağlı aralarında 106 saylı müqavilə bağlanmışdır. Müqavilə bağlandıqdan sonra müqavilədə göstərilmiş şərtlərə uyğun olaraq müvafiq ödəniş etdikdən sonra mərhələli formada mənzilində müəyyən təmir işləri aparmağa başlamış və hal hazırda təmir işlərini davam etdirir. Lakin sonradan ona məlum olmuşdur ki, onun mənzilinə digər şəxslə müqavilə bağlanmış, həmin şəxs DƏDRX-nə müraciət edərək çıxarış almışdır. Bu şəxsin X5 olduğunu öyrənmişdir. Mənzilin digər şəxsin adına olmasından onun “mənzilin təhvil verilməsi və mənzilə köçürülmə" ilə bağlı Bakı şəhəri Xətai rayon məhkəməsində iddia qaldırıldıqdan və iddianın təmini tədbiri qismində təmir tikinti işlərinin həyata keçirilməsinin qadağan edilməsi barədə xx.xx.2021-ci il tarixli qərardad icraya yönəldikdən sonra xəbəri olmuşdur. Bu mənzil daşınmaz əmlakın dövlət reyestrində 11201 13307 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixliq qərardadı ilə AR MPM-nin 157.2-ci maddəsinə əsasən vətəndaş X1 ərizəsi qismən təmin edilmiş və iddiaçının və digər şəxslərin Bakı şəhəri. Xətai rayonu, N.Tusi küçəsi, 2942 B məhəllə, mənzil 38 (Yeni qaydalarla: AZ 1129, ünvan 2 ünvanında təmir-tikinti işlərinin həyata keçirilməsi qadağan edilməsi qərara alınmışdır. Bununla bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 3 ünvanında tikilən 16 mərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində, ümumi sahəsi 98,2 kvm olan 1-ci blok mənzil 38-in X1 adma özəlləşdirilməsinin ləğvini və çıxarışın etibarsız hesab edilməsi barədə ərizə ilə rəsmi qaydada cavabdehə müraciət etmişdir. Nəticədə cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtina səbəbi isə "‘Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələrində bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həlli ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Qeyd edilənləri nəzərə alaraq iddiaçı iddia tələbinin təmin olunması təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsinə dair etiraz təqdim edilmişdir. Etirazda göstərilmişdir ki, İddiaçı ünvan 1 ünvanında tikilən 16 mərtəbəli yaşayış binasının 7 mərtəbəsində, ümumi sahəsi 98,2 kv.m olan 1 -ci blok mənzil 38-in X1 adına özəlləşdirilməsinin ləğvini, onun adına yeni çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması ilə bağlı iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə xx.xx.2021-ci ildə 1 saylı Bakı Ərazi idarəsinə müraciət etmişdir. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüququn mübahisələndirilə bilməsi, eləcə də hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə qaydasında həll edilməsi ilə bağlı iddiaçıya **********74 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Bildirirlər ki, ünvan 4əhəllə, mənzil 38 (Yeni qaydalarla: AZ 1129, ünvan 7 266, M7, m3) "xxxx" MTK üzvlərinin ümumi yığıncağının xx.xx.2020-ci il tarixli, 84 №-li protokolundan çıxarış və xx.xx.2020-ci il tarixli 150 nömrəli maliyyə arayışına əsasən X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hal-hazırda onun mülkiyyətindədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi b nasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, cavabdeh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə edib, onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X7 etiraza uyğun olaraq iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi və vəkili X8 verdiyi izahatında bildirmişdir ki, "xxxx" MTK üzvlərinin ümumi yığıncağının xx.xx.2020-ci il tarixli, 84 №-li protokolundan çıxarış və xx.xx.2020-ci il tarixli 150 nömrəli maliyyə arayışına əsasən X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və halhazırda onun mülkiyyətindədir. Məhkəmə iddianın mümkünlüyü məsələsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qannsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Qeyd olunmalıdır ki, sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında da vurğulanmışdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 7.1-ci bəndində göstərilmişdir ki, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə tərəfindən iddiaçıya Azərbaycan Respublikası İPM-in 13-cü (Məhkəmənin yardım etmək vəzifəsi) maddəsini rəhbər tutaraq iddiaçıya hazırkı iddia tələbinin inzibati icraat qaydasında baxılmasının mümkün olmadığı məhkəmə iclasında izah edilmişdir. Lakin iddiaçı hazırkı iddia tələbinə hazırki məhkəmə icraatı qaydasında baxılmalı olduğunu qeyd etmişdir. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göründüyü kimi, iddiaçının tələbi ünvan 1 ünvanında tikilən 16 mərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində, ümumi sahəsi 98,2 kv.metr olan 1-ci 38 ünvanda yerləşən mənzilin X1 adına verilmiş çıxarışın ləğv edilməsi və mülkiyyət hüquqlarının qanunsuz hesab edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasında ibarətdir. Məhkəmə araşdırması zamanı ünvan 5 ünvanında yerləşən İ blok, 38 saylı mənzilin (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Əliağa Şıxlinski küçəsi 266, M7, m3) X1 adına verilmiş Çıxarışın və həmin çıxarışın verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surəti cavabdehdən tələb edilmişdir. Sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış sənədlərdən müəyyən edilir ki, ünvan 4əhəllə, mənzil 38 (Yeni qaydalarla: AZ 1129, ünvan 7 266, M7, m3) "xxxx" MTK üzvlərinin ümumi yığıncağının xx.xx.2020-ci il tarixli, 84 №-li protokolundan çıxarış və xx.xx.2020-ci il tarixli 150 nömrəli maliyyə arayışına əsasən X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilən 16 yanvar 2021-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışla rəsmiləşdirilmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi müvafiq çıxarışın ləğv edilməsindən ibarət olsa da, lakin mübahisənin kökündə mülki münasibətlər durmaqdadır. Belə ki, iş materiallarından və tərəflərin izahatlarından müəyyən olunur ki, ünvan 4əhəllə, 38 ünvanda yerləşən (Yeni qaydalarla: AZ 1129, ünvan 7 266, M7, m3) mənzilin özgəninkiləşdirilməsinin kökündə "xxxx" MTK ilə X5 arasında bağlanan mənzilin payçı olaraq ona verilməsi barədə müqavilə durur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Bütün göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddia tələbi inzibati mübahisəni (publik hüquq sahəsini) təşkil edən mübahisə ilə bağlı deyildir, mülki xarakterli iddia tələbi olmaqla cavabdeh hüquqi şəxsin ünvanının olduğu yer üzrə ümumi məhkəmədə baxılmalı olduğundan iddia mümkün sayılmamalıdır. Beləliklə işih araşdırılan halları ilə iddia tələblərinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən müəyyən edilmiş iddia tələblərindən hər hansı birinin təsirinin altına düşməsi müəyyən edilmir. Bu səbəbdən də, hazırki iddia tələblərinəinə inzibati icraat qaydasında baxılması mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iddianın inzibati məhkəmə icraatı çərçivəsində baxılması mümkün olmadığından, iddia mümkün sayılmamalı, iddiaçıya yuxarıda sadalanan qanunvericiliyin normalarına əsasən aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. “Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxslər X5, "xxxx" MTK cəlb olunmaqla) qarşı “çıxarışın ləğv edilməsi və mülkiyyət hüquqlarının qanunsuz hesab edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar