Məhkəmə qərarları › İş №2-1(112)-4179/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4179/2023

19.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4179/2023 19.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X3 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş məbləğin ödənilməməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasinin təyin edilməsi ilə bağlı ƏƏSMN-yi yanında DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etsə də, cavabdeh 13 oktyabr 2022-ci il tarixli **********8 nömrəli cavab məktubu ilə bundan imtina etmişdir. (İmtina məktubu xx.xx.2022-ci il tarixində poçt vasitəsilə təqdim edilmişdir). İmtinaya səbəb kimi cavabdeh aşağıdakıları göstərmişdir. Mərkəzi Filiala təqdim etdiyi xx.xx.1985-ci il tarixli ƏT- 10679138 nömrəli əmək kitabçasında xx.xx.1989-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Salyan rayon Mənzil-İstismar Hissəsində təmirçi-çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Əmək kitabçasının 6-7ci səhifələrində olan 5-6-cı qeydə sonradan düzəliş edilərək stajının artırılması ondakı məlumatların həqiqiliyinə əsaslı şübhələr yaratmışdır. Bununla əlaqədar adıçəkilən müəssisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi aparılaraq xx.xx.1989xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində deyil, xx.xx.1989-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə işlədiyi aşkar edilmişdir. Bu fakt Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Salyan rayon Mənzil-İstismar hissəsi”ndə 19 oktyabr 2021-ci il tarixli birgə Aktı ilə təsdiq edilmişdir. Bundan başqa əmək kitabçanın 2-3-cü səhifələrində 2-ci qeyddə sonradan düzəliş edilərək iş stajı artırılmışdır. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdehin gəldiyi bu nəticə əsasız və qeyri-qanuni olduğundan bununla heç cür razılaşmır. Odur ki, qanunvericiliyin tələblərini nəzərə alaraq aşğıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, cavabdehin də imtina məktubunda istinad etdiyi “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Odur ki, xronoloji ardıcıllığı nəzərə alaraq hərbi xidmət, müxtəlif peşə o cümlədən uzun müddət zərərli sahələrdə işlədiyi dövrləri aşağıda qeyd etməyi zəruri hesab edir. Belə ki, SOCAR “Azneft” İstehsalat Birliyi N. Nərimanov adına Neft və Qazçıxarma İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 36 nömrəli güzəştli arayışdan da, göründüyü kimi xx.xx.1990-xx.xx.1993-cü il və xx.xx.1993-xx.xx.2006-cı il tarixinə kimi güzəştli staj 15 il 11 ay 19 gün təşkil edir. Həmin güzəştli arayışı SOCAR “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahısına əsasən güzəştli hesab etmişdir. Bu da, öz növbəsində cavabdehin də, imtina məktubunda istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahısı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olmasını bir daha göstərir. Həmçinin, Müdafiə Nazirliyi Salyan rayon Mənzil- İstismar Hissəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 432 nömrəli arxiv arayışına əsasən xx.xx.1989-xx.xx.1989-cu il tarixləri arasındakı dövrlərdə təmirçi-çilingər vəzifəsində çalışmışdır. xx.xx.1985-xx.xx.1986-cı il tarixlərində (01 il, 04 gün) və xx.xx.1986-xx.xx.1986-cı il tarixlərində (02 ay, 26 gün) çalışmışdır. Həmçinin, xx.xx.1986xx.xx.1988-ci il tarixlərində (02 il, 01 ay) isə Sovet Ordusunda hərbi xidmətdə olmuşdur. Bir sözlə ümumilikdə 20 (iyirmi) ildən artıq ümumi iş stajına 10 (on) ildən artıq xüsusi güzəştli iş stajına malikdir. Eləcə də, cavabdehin iddia etdiyi birinci hal yəni “əmək kitabçası 2-3-cü səhifələrində 2-ci qeyddə sonradan düzəliş edilərək iş stajı artırılmışdır” qeyd etməklə münasibət bildirməsi də, həqiqəti əks etdirmir. Çünki, göstərilən məlumat cavabdeh tərəfindən təkzib də, olunmur. Bu halda, «İnzibati icraat haqqında» Qanunun 19.1-ci maddəsinin tələbinə əsasən təqdim olunmuş məlumatlar mötəbər hesab olunmalıdır. Həmçinin, cavabdehin iddia etdiyi ikinci hal görə isə “Əmək kitabçasının 6-7ci səhifələrində olan 5-6-cı qeydə sonradan düzəliş edilərək staj artırılmışdır. xx.xx.1989xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində deyil, xx.xx.1989-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə işlədiyi aşkar edilmişdir”. Halbuki, cavabdehin qənaətinə görə “xx.xx.1989-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində deyil, xx.xx.1989-xx.xx.1989-cu il tarixləri” arasındakı dövr arasında olan fərq 01 ay 19 günü nəzərə alınmasa belə tələb olunan iş stajı artıqlaması ilə toplanılmışdır. Beləliklə, yuxarıda qeyd edilən iş stajları əmək kitabçasında və arxiv arayışlarında bir daha rəsmi olaraq sübut olunduğundan mötəbər hesab edilməklə leyinə qərar qəbul edilməlidir. Belə ki, bütün bu qeyd edilənləri nəzərə alaraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin imtinası qanunvericiliyin tələbləri baxımından əsasız olduğuna görə hüquqlarımın pozulduğuna gətirib çıxarmış bu da, öz növbəsində qanuna ziddir. Bir sözlə həmin illərdə işləməsi isə əmək kitabçası ilə rəsmən təsdiq olunur. Cavabdeh isə buna baxmayaraq, həmin iş stajını təsdiq edən əlavə sübutlar tələb etmiş, bununla da, göstərilən normanın tələbini pozmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının iş № 2-1(102)-225/2019, 22 yanvar 2019-cu il tarixli qərarında qeyd edilir ki, məhkəmələr iddia tələbini pensiya təyin edilərkən yaranmış məbləğ fərqinin hesablanaraq birdəfəlik verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində də, haqlı olaraq təmin etmişlər. Çünki, iddiaçı pensiya hüququnun yarandığı dövrdə qüvvədə olan qanunvericiliyə istinadla belə bir tələblə çıxış edə bilər. Hazırki, işin halları baxımından kollegiya hesab edir ki, pensiya təyin edən orqanın təqsirindən düzgün pensiya təyinatının aparılmaması nəticəsində ödənilməli olan məbləğ daha sonra pensiyaçıya hissə-hissə ödənilməməlidir. Belə ki, həmin məbləğ iddiaçıya ödənilməli olan, lakin inzibati orqanın səhvi nəticəsində ödənilməmiş vəsait olmaqla iddiaçının mülkiyyətini təşkil edir. İddiaçı artıq əldə edilmiş hüquq kimi özünün mülkiyyəti olan həmin vəsaitin ona birdəfəlik ödənilməsini tələb etmək hüququna malikdir. Əks yanaşma, iddiaçının mülkiyyət hüquqlarının qanunsuz, əsassız və qeyri-mütənasib məhdudlaşdırılmasına səbəb olar. Belə ki, ödənilməmiş vəsait iddiaçının mülkiyyətidi. Əks yanaşma mülkiyyət hüquqlarının qanunsuz və əsassız məhdudlaşdırılmasına səbəb olar. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikasının və Beynəlxalq hüququn hamılıqla qəbul edilmiş bəzi normalarını qeyd etməyi zəruri hesab edir. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, ddiaçı İddiaçı cavabdehə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etmişdir. İddiaçı daha əvvəl xx.xx.2022-ci il tarixli ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2022 tarixli **********8 nömrəli məktubla iddiaçının güzəştli iş stajının olmadığını bildirmişdir. Bundan narazı qalan İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edirlər ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993- cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir, işçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “işçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 4.1 -ci bəndinə əsasən işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir, işəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. İddiaçının cavabdehə təqdim etdiyi xx.xx.1985-ci il tarixli ƏT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1989xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Salyan rayon Mənzil-istismar hissəsində təmirçi-çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Əmək kitabçasının 6-7-ci səhifələrində olan 5-6-cı qeydə sonradan düzəliş edilərək stajın artırılması ondakı məlumatların həqiqiliyinə əsaslı şübhələr yaratmışdır. Bununla əlaqədar səbəbdən adıçəkilən müəssisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi aparılaraq xx.xx.1989-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində deyil, xx.xx.1989-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə işlədiyi aşkar edilmişdir. Bu fakt Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Salyan rayon Mənzil-İstismar hissəsi”ndə 19 oktyabr 2021-ci il tarixli aktı ilə təsdiq edilmişdir (Akt Əlavə olunur). Bundan başqa əmək kitabçasının 2-3-cü səhifələrində 2-ci qeyddə sonradan düzəliş edilərək iş stajı artırılmışdır. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə və dəqiqləşmiş ərizəyə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. Azərbaycan Respublikası vətəndaşının AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1968-ci il təvəllüdlüdür.

9. İddiaçının müraciətinə cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********8 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” imtina məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bundan başqa həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirirlər ki, Azərbaycan Respublikası “Əmək Məcəlləsi”nin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 4.1-ci bəndinə əsasən işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. Mərkəzi Filiala təqdim etdiyi xx.xx.1985-ci il tarixli ƏT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1989-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Salyan rayon Mənzil-İstismar hissəsində təmirçi-çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Əmək kitabçasının 6-7-ci səhifələrində olan 5-6-cı qeydə sonradan düzəliş edilərək stajının artırılması ondakı məlumatların həqiqiliyinə əsaslı şübhələr yaratmışdır. Bununla əlaqədar adıçəkilən müəssisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi aparılaraq xx.xx.1989-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində deyil, xx.xx.1989-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə işlədiyi aşkar edilmişdir. Bu fakt Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Salyan rayon Mənzil-İstismar hissəsi”ndə 19 oktyabr 2021-ci il tarixli birgə Aktı ilə təsdiq edilmişdir. Bundan başqa əmək kitabçasının 2-3-cü səhifələrində 2-ci qeyddə sonradan düzəliş edilərək iş stajı artırılmışdır. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

10. İddiaçıya məxsus ЭТ-0679138 nömrəli xx.xx.1985-ci il tarixdə açılmış əmək kitabçasına əsasən iddiaçının əmək stajı aşağıdakı kimi olmuşdur: xx.xx.1985xx.xx.1986, xx.xx.1986-xx.xx.1986, xx.xx.1989-xx.xx.1989, xx.xx.1990-xx.xx.1993, xx.xx.1993-xx.xx.2006, xx.xx.2006-hal-hazıradək.

11. İddiaçıya məxsus НЗ seriyalı ******* nömrəli hərbi biletə əsasən xx.xx.1986xx.xx.1988-ci il tarixlərdə Sovet Ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur.

12. Sığortaolunanın ümumi iş (sosial sığorta) stajı barədə xx.xx.2021-ci il tarixli məlumat iş materiallarına əlavə edilmişdir.

13. SOCAR “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsi tərəfindən verilmiş 1036 nömrəli xx.xx.2021-ci il tarixli arayışa əsasən İddiaçı xx.xx.1990-cı ildən xx.xx.1993-cü ilə kimi N.Nərimanov adına 3 saylı NQÇS-də Neft və Qazçıxarma üzrə operator peşəsində işləmiş (əmr 168/k xx.xx.1990-cı il), Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş bu ixtisas 1100000a-15824 bəndinə əsasən güzəştli sayılır. Güzəştli stajı ixtisasa 3 il 2 ay 19 gün; xx.xx.1993-cü ildən xx.xx.2006-cı ilə kimi “Bulla-dəniz” NQÇİ-nin 2 saylı NQÇİ-də neft və qazçıxarma üzrə operator peşəsində işləmişdir (əmr 02/k xx.xx.1993-cü il) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş bu ixtisas 1100000a-15824 bəndinə əsasən güzəştli sayılır. Güzəştli staj ixtisasa əsasən 12 il 09 ay təşkil edir. Arayışa əsasən güzəştli əmək stajı 15 il 11 ay 19 gündür. Yuxarıda qeyd olunmuş bütün ixtisaslar dəniz şəraitində neft və qazçıxarma stasionar özül obyektləri ilə əlaqədardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş bu ixtisas 1 saylı Siyahıya əsasən güzəştli sayılır. Arayış müəssisədə T-2 şəxsi vərəqəsi və əmək kitabçasına əsasən yazılmışdır.

14. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Salyan rayon Mənzil-İstismar Hissəsi tərəfində nverilmiş xx.xx.2021-ci il tarixli 432 nömrəli arayışa əsasən İddiaçı həqiqətən xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixə kimi Qaradağ rayonu Ələt qəsəbəsində yerləşən Müdafiə Nazirliyinin Salyan rayon Mənzil-İstismar Hissəsinin sukanalizasiya təsərrüfatında təmirçi-çilingər vəzifəsində işləmişdir.

15. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 13 mart 2023-cü il tarixli 3-17-1/2-52753/2023 nömrəli məktubla İddiaçı Mərkəzi Filiala daxil olmuş müraciətinə dair inzibati icraat materiallarının təsdiq edilmiş surətləri təqdim edilmişdir.

16. Cavabdehin aidiyyəti qurumlarının mütəxəssisləri tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli akta əsasən, İddiaçı 01 mart 1989-cu il tarixində 19 nömrəli əmrlə su-kanalizasiya sistemləri üzrə təmirçi çilingər işinə qəbul edilmiş, xx.xx.1989-cu il tarixli 117 nömrəli əmrlə işdən azad edilmişdir. Araşdırma əmr kitabları əsasında aparılmışdır. Aktın qeyd hissəsində, əmək kitabçasının 6-7-ci səhifələrində 5-ci qeyddə işə daxil olduğu tarix düzəliş edilərək xx.xx.1989-cu il xx.xx.1989-cu ilə, xx.xx.1989-cu il xx.xx.1989-cu ilə düzəldilmişdir.

17. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Salyan rayon Mənzil-İstismar Hissəsi tərəfindən xx.xx.2023-cü il tarixli 474 nömrəli məktubla iddiaçının xx.xx.1985-xx.xx.1986-cı il tarixlərə dair təqdim edilmiş əmrlərdən çıxarışların və arayışlarına surətlərinə əsasən müəyyən edilmişdir ki, o, 15 iyul 1985-ci il tarixdən 19 may 1986-cı il tarixə kimi, xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək Salyan rayon Mənzil-İstismar Hissəsində su-kanalizasiya təsərrüfatında qəza-bərpa işləri üzrə çilingər vəzifəsində işləmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

18. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

19. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

20. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

21. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

22. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

23. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

24. Belə ki, cavabdehin imtinasında və etirazında iddiaçıya güzəştli şərtərlə pensiya təyin olunmasından imtina edilməsinin əsası kimi iddiaçının cavabdehə təqdim etdiyi xx.xx.1985-ci il tarixli ЭТ-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1989xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Salyan rayon Mənzil-İstismar Hissəsində təmirçi-çilingər vəzifəsində işlədiyinin qeyd olunmasına, əmək kitabçasının 6-7-ci səhifələrində olan 5-6-cı qeyd sonradan düzəliş edilərək stajın artırılmasının ondakı məlumatların həqiqiliyinə əsaslı şübhələr yaratmasına, bununla əlaqədar adıçəkilən müəssisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsinin aparılaraq xx.xx.1989-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində deyil, xx.xx.1989-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə işlədiyinin aşkar edilməsinə, bu faktın Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Salyan rayon Mənzil-İstismar Hissəsi”də 19 oktyabr 2021-ci il tarixli akt ilə təsdiq edilməsinə, bundan başqa əmək kitabçasının 2-3-cü səhifələrində 2-ci qeyddə sonradan düzəliş edilərək iş stajı artırılmasına istinad edilmişdir.

25. Məhkəmə cavabdehin dəlillərini aşağıda göstərilənlərə əsasən əsassız hesab edir:

26. Belə ki, işin hallarından göründüyü kimi, cavabdehin əsas dəlili iddiaçının əmək kitabçasına sonradan düzəliş edilərək iddiaçının iş stajının artırılmış olması qənaətinə gəlinməsidir.

27. Cavabdeh inzibati orqan həmin hala istinad edərək yuxarıda qeyd edilən həmin illəri nəzərə almayaraq ümumi iş stajına daxil etməmişdir.

28. Halbuki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

30. Beləliklə, məhkəmə tərəfindən mübahisəli dövrlər araşdırılaraq iddiaçının işlədiyi müəssisəyə aidiyyəti üzrə sorğular göndərilmiş, daxil olmuş cavab məktublarına və həmin məktublara əlavə edilmiş əmrlərə, eləcə də, cavabdehin aidiyyəti qurumlarının mütəxəssisləri tərəfindən tərtib edilmiş aktlara əsasən müəyyən edilmişdir ki, iddiaçının əmək kitabçasındakı qeydlərdə işə daxil olma və işdən xaric olma barədə əmrlərin tarixlərində yanlışlıq olsa da, o, həqiqətən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Salyan Rayon Mənzil-İstismar Hissəsində işləmiş və onun işlədiyi dövrlər aşağıdakı kimi olmuşdur: xx.xx.1985-xx.xx.1986; xx.xx.1986-xx.xx.1986 və xx.xx.1989-xx.xx.1989. Arxiv arayışlarında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar müəyyən edilməmişdir.

31. Bununla bağlı cavabdehin əsas dəlili ondan ibarətdir ki, iddiaçının əmək kitabçasındakı qeydlər mötəbər hesab olunmadığından həmin illər onun sosial sığorta stajına daxil edilə bilməz.

32. Məhkəmə aşağıda göstərilənlərə əsasən sözügedən dəlilləri əsassız hesab edir.

33. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir.

34. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.

35. Bu mənada, iddiaçının 1985-1986, 1989-cu illərdə işlədiyi illərdə qüvvədə olan qanunvericilik normaları arxiv arayışları əsasında iş stajının təsdiq edilməsinin mümkünlüyünü birmənalı nəzərdə tuturdu. Ona görə də, həmin dövrə aid iş stajı onun işlədiyi müəssisə tərəfindən verilmiş arxiv arayışları ilə təsdiqləndiyindən və müvafiq olaraq sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir.

36. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarında “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutulmamışdır.

37. Həmin Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı, həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir.

38. Beləliklə, qeyd edilən müddəaları hazırkı işin hallarına tətbiq etdikdə müəyyən olunur ki, iddiaçının əmək kitabçasında olan qeydlərində yanlışlıq olsa da, iddiaçının həmin müəssisədə işlədiyi illəri təsdiq edən sənədləri başqa qaydada, yəni işəgötürənin arayışı və arayışdakı məlumatların mötəbərliliyini təsdiq edən əmrlər əsasında təsdiq etmək mümkündür. Bu hal, işəgötürən tərəfindən verilmiş arayış və ona əlavə edilmiş əmrlərlə təsdiqlənmişdir. 39.Göründüyü kimi, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alına bilər.

40. Məhkəmə eləcə də, qeyd edir ki, iddiaçının hərbi xidmətdə olduğu dövrdə qüvvədə olan (xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş) “Dövlət pensiyaları” haqqında SSRİ Qanunun 1-ci maddəsinin v) bəndində qeyd olunmuşdur ki, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər.

41. Eyni zamanda, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin üçüncü bəndinin v) yarımbəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və prezidentin mühafizə orqalarında xidmət müddəti iş stayına daxil edilir.

42. Göründüyü kimi, iddiaçının hərbi xidmətdə olduğu müddətinin onun əmək stajına daxil edilməsi hərbi xidmətdə olduğu dövrün qanunvericiliyində nəzərdə tutulmuşdur.

43. Məhkəmə hesab edir ki, hansı vaxtdan pensiya təyin edilməsindən və pensiya hüququ yaranmasından asılı olmayaraq, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə əldə edilmiş Qanunun 67-ci maddəsinin üçüncü bəndinin v) yarımbəndində sadalanan hərbi xidmət müddəti şəxsin iş stajına daxil edilməldir.

44. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.

45. Məhkəmə eləcə də, qeyd edir ki, iddiaçının güzəştli stajı mübahisə predmeti deyil və bu işdə olan SOCAR “Azneft” İB N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsi tərəfindən verilmiş 1036 nömrəli, xx.xx.2021-ci il tarixli güzəştli arayışla da, təsdiqini tapır. Həmin arayışa əsasən İddiaçı xx.xx.1990-cı ildən xx.xx.1993-cü ilə kimi N.Nərimanov adına 3 saylı NQÇS-də Neft və Qazçıxarma üzrə operator peşəsində işləmiş, həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş həmin peşə 1100000a-15824 kodu ilə güzəştli sayılır. Güzəştli stajı həmin peşədə 3 il 2 ay 19 gün; xx.xx.1993-cü ildən xx.xx.2006-cı ilə kimi “Bulladəniz” NQÇİ-nin 2 saylı NQÇİ-də neft və qazçıxarma üzrə operator peşəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş həmin peşə 1100000a-15824 kodu ilə güzəştli sayılır. Həmin arayışa əsasən xx.xx.2006-cı il tarixinə iddiaçının güzəştli əmək stajı 15 il 11 ay 19 gün təşkil edir.

46. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı xx.xx.1968-ci il tarixdə anadan olmuşdur. Onun xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 20 ildən çox (xx.xx.1985-xx.xx.1986; xx.xx.1986-xx.xx.1986 və xx.xx.1989-xx.xx.1989, 18 oktyabr 1986-ci il tarixdən 18 noyabr 1988-ci il tarixinədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçməsi dövrü, xx.xx.1990-xx.xx.1993, xx.xx.1993-xx.xx.2006-cı il dövrü) təşkil edir, eləcə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli 320 saylı qərar ilə təsdiq edilmiş siyahısına əsasən xx.xx.2006-cı il tarixinə iddiaçının güzəştli əmək stajı 15 il 11 ay 19 gün təşkil edir. Onun xx.xx.2006-cı il tarixədək 20 ildən artıq ümumi, 10 ildən artıq xüsusi əmək stajı vardır. Bu səbəbdən də, məhkəmə hesab edir ki, ona 52 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir.

47. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

48. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» bəndinə və həmin maddəyə xx.xx.1997-ci il tarixli, 321-İQD Qanunun 1-ci hissəsinin 1-ci bəndi ilə (xx.xx.1997-ci il tarixli 321 İQD Qanunun 1-ci hissəsinin 1-ci bəndinə əsasən «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-ci maddələrində və 90-cı maddəsinin 3-cü, 4-cü, 5-ci abzaslarında nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il 6 ay artırılır) edilmiş dəyişikliyə əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

49. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 21 avqust 1997-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə «Azərbaycan Respublikası Qanununun tətbiqi barədə izahat”ında bildirilir: 13-cü maddə üzrə: «a» bəndində nəzərdə tutulmuş iş stajı olan aşağıdakı şəxslər güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər: - 01 avqust 1997-ci ildən kişilər 50 yaş 6 ayda, qadınlar 45 yaş 6 ayda; - 01 avqust 1998-ci ildən kişilər 51 yaşda, qadınlar 46 yaşda; - 01 avqust 1999-cu ildən kişilər 51 yaş 6 ayda, qadınlar 46 yaş 6 ayda; - 01 avqust 2000-ci ildən kişilər 52 yaşda, qadınlar 47 yaşda.

50. Azərbaycan Respublikası Mülki Məcəllənin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz.

51. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində göstərilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

52. "Hərbi qulluqçuların pensiya təminatı haqqında" və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublika Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair" Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 27 mart 2014-cü il tarixli qərarına əsasən, xidmət illərinə görə pensiyanın məqsədi belə şəxsləri əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar öz əvvəlki işini davam etdirmək zərurətindən azad etməkdir.

53. Xüsusi əmək stajının əldə edilməsi ilə bağlı hüquq münasibətləri, bir qayda olaraq, şəxs pensiya yaşına çatmasından daha əvvəl başa çatır.

54. Xidmət illərinə görə pensiya hüququndan istifadə etmək barədə qərar qəbul edərkən şəxs xüsusi əmək stajının müddətini və zəruri staja malik olmanın hüquqi nəticələrini müəyyən edən həmin dövrdə qüvvədə olan qanunvericilik normalarının tələblərini nəzərə alır.

55. Bu səbəbdən iddiaçıya münasibətdə onun iş stajı topladığı dövrdə qüvvədə olan norma tətbiq edilməlidir. Belə ki, iddiaçının xx.xx.2006-cı il tarixə kimi 20 ildən artıq əmək stajı olduğundan və həmin stajın 10 ildən artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə işlədiyindən, həmçinin xx.xx.2020-ci il tarixdə 52 yaşı tamam olduğuna görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci bəndinə əsasən həmin tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir.

56. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar.

57. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının 20 il sığorta stajı, eləcə də, 10 ildən çox xüsusi iş stajı olduğundan, iddiaçının həmin xüsusi iş stajı işlədiyi İdarə tərəfindən verilmiş arayışa əsasən müəyyən edildiyindən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən yaş həddi 01 avqust 1997-ci il tarixdən başlayaraq hər il 6 ay olmaqla 01 avqust 2000-ci ilədək artırılmasını nəzərə alınaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən təyin edilməlidir.

58. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

59. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

60. Əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olan və Konstitusiyada təsbit edilmiş digər hüquqların təminatı kimi çıxış edən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

61. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir.

62. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

63. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

64. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı 52 yaşından, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar