Məhkəmə qərarları › İş №2-1(112)-418/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-418/2022

25.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-418/2022 25.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamın qəbul edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti, "xxxx" MMC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri İcra Hakimiyyəti başçısının 07.02.2018-ci il tarixli, 58 saylı sərəncamı ilə Nərimanov rayonu Təbriz, Ceyhun Hacıbəyli və Sahib Zeynalov küçələrinin kəsişməsindəki ünvanda yerləşən dövlət mülkiyyəti və Bakı şəhəri İcra Hakimiyyətinin balansında olan 0.74 ha torpaq sahəsinin "xxxx" MMC-yə 49 il müddətinə hündürmərtəbəli yaşayış binasının inşası üçün verilməsi barədə öhdəliyin pozulmasına görə Bakı şəhəri İcra Hakimiyyətinin "xxxx" MMC-yə həmin ölçülərdə torpaq sahəsinin verilməsi haqqında sərəncamın qəbul olunmasına məcbur edilməsi, "xxxx" MMC tərəfindən Nərimanov rayonu Təbriz, Ceyhun Hacıbəyli və Sahib Zeynalov küçələrinin kəsişməsindəki ünvanda yerləşən dövlət mülkiyyəti olan və Bakı şəhər İcra Hakimiyyəti balansında olan 0.74 ha torpaq sahəsi üzərində pilot layihə çərçivəsində aparılan tikinti işlərinin dayandırılması, cavabdeh Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti və üçüncü şəxs "xxxx" MMC-dən onların qanunsuz hərəkətləri nəticəsində vurulmuş 500.000 manat mənəvi ziyanın kompensasiya şəklində alınıb ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti cavabdeh kimi qalmaqla, Bakı şəhəri İcra Hakimiyyəti başçısının 07.02.2018-ci il tarixli 58 nömrəli Sərəncamı ilə Nərimanov rayonu Təbriz, Ceyhun Hacıbəyli və Sahib Zeynalov küçələrinin kəsişməsindəki ünvanda yerləşən dövlət mülkiyyəti olan və Bakı şəhəri İcra Hakimiyyətinin balansında olan 0.74 ha torpaq sahəsinin "xxxx" MMC-yə 49 il müddətinə hündürmərtəbəli yaşayış binasının inşası üçün verilməsi barədə öhdəliyin pozulmasına görə Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən "xxxx" MMC-yə həmin ölçülərdə torpaq sahəsinin verilməsi haqqında sərəncamın qəbul olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 07.02.2018-ci il tarixli, 58 saylı sərəncamı ilə Nərimanov rayonu Təbriz, Ceyhun Hacıbəyli və Sahib Zeynalov küçələrinin kəsişməsindəki ünvanda yerləşən dövlət mülkiyyəti olan və Bakı şəhər İcra Hakimiyyətinin balansında olan 0.74 ha torpaq sahəsi Torpaq Məcəlləsinin tələblərinə uyğun olaraq 49 il müddətinə hündürmərtəbəli yaşayış binasının inşası üçün "xxxx" MMC-nin icarəsinə verilmişdir. Qeyd olunan sərəncam əsasında Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 19.01.2018-ci il tarixli 18/038/150 saylı məktubla iddiaçının adına olan "Best Dizayn” MMC tərəfindən Nərimanov rayonu Təbriz, Ceyhun Hacıbəyli və Sahib Zeynalov küçələrinin əhatəsində hündürmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün nəzərdə tutulan torpaq sahəsinin ölçülərinə dair 0.7412 ha sahə üzrə 1:1500 miqyaslı cizgi tərtib və təsdiq edilmişdir. Bundan başqa, Ayrıc aktı təsdiq edilmiş, işıq, qaz, su və digər müvafiq təşkilatlardan razılıqların alınması ilə bağlı məsələlər həll edilmişdir. Sonra isə tikinti şəhərsalma əsaslandırılması və eskiz layihələrinə uyğun olaraq tikinti işlərinə başlanılmasına hazırlıqlar görülmüşdür. Eyni zamanda, ərazidə yaşayan mülkiyyətçilərlə qarşılıqlı anlaşma əsasında razılaşmalar əldə edilmişdir. Layihə axtarış, geodeziya və digər işlərə müəyyən dövlət rüsumları və xərclər ödənilmişdir. Lakin həmin dövrdə iddiaçıya məlumat verilmədən Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının 21.12.2017-ci il tarixli, 529 və 29.12.2017-ci il tarixli, 550 nömrəli Sərancamına əsasən Nərimanov rayonu Təbriz, Ceyhun Hacıbəyli və Sahib Zeynalov küçələrinin əhatəsində hündürmərtəbəli yaşayış binaların tikitisi üçün "xxxx" MMC-yə icazə verilmişdir. Hal-hazırda da həmin MMC tərəfindən tikinti işləri davam etdirilir. Bakı şəhər İcra Hakimiyyətinin 07.02.2018-ci il tarixli 58 №-li sərəncamının 2.6-cı bəndində göstərilmişdir ki, layihələndirmə işləri tam başa çatdıqdan sonra razılaşdırılmış və təsdiq edilmiş tikinti layihəsi tikintiyə icazə verilməsi barədə sərəncamın hazırlanması və tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişanın alınması məqsədilə Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim edilməli və həmin sərəncamın 3-cü bəndinə əsasən tikintiyə icazə üçün müraciətdən əvvəl Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66, 67 və 68-ci maddələrinin tələblərinə uyğun olaraq, Bakı şəhər İcra Hakimiyyəti nəzdində “İnterservis” müdiriyyəti sifarişçi ilə torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanmasını təmin etməlidir. Həmin bəndlər iddiaçı tərəfindən icra olunmuşdur. Lakin qeyd olunan torpaq sahəsi 49 il müddətinə hündürmərtəbəli yaşayış binasının inşası üçün "xxxx" MMCnin icarəsinə verilsə də, cavabdeh üzərinə götürdüyü, yəni layihələndirmə işləri tam başa çatdıqdan sonra tikintiyə icazə verilməsi barədə sərəncamın hazırlanması öhdəliyini pozmuşdur. “Best Dizayn" MMC şirkətinə ayrılmış həmin torpaq sahəsi əsassız və qanunsuz olaraq Nərimanov Rayon İcra Hakimiyyəti başçısının qərarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli 86 nömrəli qərarına istinadən “N-Turan" MMC-yə verilmişdir. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli 482 nömrəli qərarında 25.02.2016-cı il tarixli 86 nömrəli qərarla bağlı göstərilmişdir ki, 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə mülki və mənzil qanunvericiliklərinin tələblərinə əməl edilsin. Belə ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli 86 nömrəli “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2015-ci il 8 oktyabr tarixli 322 nömrəli, “Bakı şəhəri Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016cı il 22 yanvar tarixli 8 nömrəli və “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 25 fevral tarixli 86 nömrəli qərarlarının ləğv edilməsi haqqında” Qərarının 4-cü bəndinə göstərilmişdir ki, Bakı şəhərinin Sabunçu Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon İcra Hakimiyyəti, Qaradağ Rayon İcra Hakimiyyəti, Suraxanı Rayon İcra Hakimiyyəti, Nəsimi Rayon İcra Hakimiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Nərimanov Rayon İcra Hakimiyyəti, Nizami Rayon İcra Hakimiyyəti, Yasamal Rayon İcra Hakimiyyəti, Səbail Rayon İcra Hakimiyyəti, Pirallahı Rayon İcra Hakimiyyəti və Xəzər Rayon İcra Hakimiyyəti bu Qərarın 1-ci, 2-ci və 3-cü hissələrində göstərilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə mülki və mənzil qanunvericiliklərinin tələblərinə əməl etməklə aşağıdakıları həyata keçirsinlər: 4.1. mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını; 4.2. qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsini; 4.3. ərazidə sosial təyinatlı obyektlər mövcud olduqda, həmin obyektlərin yerləşdirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin təmin edilməsini. İddiaçıya Bakı şəhər İcra Hakimiyyəti başçısı tərəfindən Nərimanov rayonu Təbriz, Ceyhun Hacıbəyli və Sahib Zeynalov küçələrinin kəsişməsindəki ünvanda yerləşən dövlət mülkiyyəti olan və Bakı şəhər İcra Hakimiyyətinin balansında olan 0.74 ha torpaq sahəsi Torpaq Məcəlləsinin tələblərinə uyğun olaraq 49 il müddətinə hündürmərtəbəli yaşayış binasının inşası üçün Sərancam 07.02.2018-ci il tarixdə verilmişdir. Yəni Nərimanov rayonu Təbriz, Ceyhun Hacıbəyli və Sahib Zeynalov küçələrinin kəsişməsindəki ünvanda yerləşən torpaq sahəsində hündürmərtəbəli yaşayış binasının inşası üçün layihə işlərinin aparılmasına dair sərancam Bakı şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən 2018-ci il avqustun 1-dək olan müddətə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti başçısının 07.02.2018-ci il tarixli, 58 saylı sərəncamı Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən pozulmuş, "xxxx" MMC-yə Nərimanov rayonu Təbriz, Ceyhun Hacıbəyli və Sahib Zeynalov küçələrinin kəsişməsindəki ünvanda yerləşən dövlət mülkiyyəti olan və Bakı şəhər İcra Hakimiyyətinin balansında olan 0.74 ha torpaq sahəsində pilot layihəsi çərçivəsində tikinti işlərinin aparılmasına icazə verilmişdir. İddiaçı tərəfindən Bakı şəhəri İcra Hakimiyyətinə 21 avqust 2020-ci il tarixli 04/221 nömrəli ərizə ilə müraciət edilmişdir ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 07.02.2018-ci il tarixli, 58 saylı sərəncamı ilə Nərimanov rayonu Təbriz, Ceyhun Hacıbəyli və Sahib Zeynalov küçələrinin kəsişməsindəki ünvanda yerləşən dövlət mülkiyyəti və Bakı şəhər İcra Hakimiyyətinin balansında olan 0.74 ha torpaq sahəsi "xxxx" MMC-yə 49 il müddətinə hündürmərtəbəli yaşayış binasının inşası üçün verilməsi barədə öhdəliyin pozulmasına görə Bakı şəhəri İcra Hakimiyyəti "xxxx" MMC-yə həmin ölçülərdə torpaq sahəsinin verilməsi haqqında sərəncam qəbul olunması və yaxud bundan imtina olunması barədə xahiş olunmuşdur. Lakin həmin məktub Bakı şəhər İcra Hakimiyyətinə 21 avqust 2020-ci il tarixdə daxil olsa da, bundan sonra 35 gün keçsə də iddiaçıya məlumat verilməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti tərəfindən 23.06.2021-ci il tarixli və 01.12.2021-ci il tarixli məktublarla məhkəməyə təqdim edilmiş Bakı şəhər İcra Hakimiyyəti başçısının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə yaşayış binalarının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında” 07.02.2018-ci il tarixli 58 nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 01.02.2018-ci il tarixli, 02 saylı müraciəti nəzərə alınaraq, Nərimanov rayonu Təbriz, Ceyhun Hacıbəyli və Sahib Zeynalov küçələrinin kəsişməsində yerləşən 0,7412 ha torpaq sahəsində icarə əsasında yaşayış binalarının tikintisinin layihələndirilməsi uçun həmin MMC-yə icazə verilmişdir. Həmin məktuba əlavə edilmiş "xxxx" MMC tərəfindən Bakı şəhər İcra Hakimiyyəti başçısına ünvanlanmış 01.02.2018-ci il tarixli 02 saylı məktubdan görünür ki, Nərimanov rayonu Təbriz, C.Hacıbəyli və S.Zeynalov küçələrinin əhatəsində yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yaşayış binalarının tikintisinə sərəncam verilməsi xahiş edilmişdir. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışının təsdiq edilmiş surətindən görünür ki, "xxxx" MMC 07.11.2008-ci il tarixdə qeydiyyata alınmış (VÖEN **********), qanuni təmsilçi İddiaçıdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinə ünvanlanmış 20.02.2018-ci il tarixli 06 saylı məktubda qeyd edilir: Bakı şəhər İcra Hakimiyyəti Başçısının 07.02.2018-ci il tarixli, 58 saylı sərəncamı ilə Nərimanov rayonu Təbriz, Ceyhun Hacıbəyli və Sahib Zeynalov küçələrinin kəsişməsindəki ünvanda yerləşən dövlət mülkiyyəti olan və BŞİH-nin balansında olan 0,74 ha torpaq sahəsi Torpaq Məcəlləsinin tələblərinə uyğun olaraq 49 il müddətinə hündürmərtəbəli yaşayış binasının inşası üçün "Best Dizayn” MMC-nin icarəsinə verilmişdir. Qeyd olunan sərəncam əsasında torpaq sahəsinin Ayrıc aktı, cizgi planları təsdiq edilmiş, işıq, qaz, su və digər müvafiq təşkilatlardan razılıqların alınması ilə bağlı məsələlər həll edilmişdir. Hal-hazırda tikinti şəhərsalma əsaslandırılması və eskiz layihələrinə uyğun olaraq tikinti işlərinə başlanılmasına hazırlıqlar görülür. Eyni zamanda qeyd etmək istəyirik ki, ərazidə yaşayan mülkiyyətçilərlə qarşılıqlı anlaşma əsasında razılaşmalar əldə edilmişdir. Layihə axtarış, geodeziya və digər işlərinə müəyyən dövlət rüsumları və xərclər ödənilmişdir. Lakin bizdə olan məlumata əsasən qeyd olunan ərazidə pilot layihə çərçivəsində hər hansı işlər aparılmışdır. Yuxarıda göstərilənləri və Bakı şəhər İcra Hakimiyyəti Başçısının 07.02.2018-ci il tarixli, 58 saylı sərəncamı ilə həmin torpaq sahəsinin tikinti məqsədilə Cəmiyyətə ayrıldığını nəzərə alaraq, pilot layihə çərçivəsində sənədləşmə və hər hansı işlərin aparılmamasını, bu barədə bizə və Nərimanov rayon İcra Hakimiyyəlinə məlumat verilməsini Sizdən xahiş edirik. İş materiallarında olan "xxxx" MMC tərəfindən Nərimanov rayon İcra Hakimiyyətinin Başçısına ünvanlanmış 15.02.2018-ci il tarixli 04 saylı məktubda qeyd edilir: Bakı şəhər İcra Hakimiyyəti Başçısının 07.02.2018-ci il tarixli, 58 saylı sərəncamı ilə Nərimanov rayonu, Təbriz, Ceyhun Hacıbəyli və Sahib Zeynalov küçələrinin kəsişməsindəki ünvanda yerləşən dövlət mülkiyyəti olan və BŞİH-nin balansında olan 0,74 ha torpaq sahəsi Torpaq Məcəlləsinin tələblərinə uyğun olaraq 49 il müddətinə hündürmərləbəli yaşayış binasının inşası üçün "xxxx" MMC-nin icarəsinə verilmişdir. Qeyd olunan sərəncam əsasında torpaq sahəsinin Ayrıc aktı, cizgi planları təsdiq edilmiş, işıq, qaz, su və digər müvafiq təşkilatlardan razılıqların alınması ilə bağlı məsələlər həll edilmişdir. Hal-hazırda tikinti şəhərsalma əsaslandırılması və eskiz layihələrinə uyğun olaraq tikinti işlərinə başlanılmasına hazırlıqlar görülür. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalama Baş İdarəsi Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsi tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinə və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə ünvanlanmış 09.02.2018-ci il tarixli məktublarda qeyd edilir: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhər İcra Hakimiyyətinə müraciət edərək, Nərimanov rayonu, Təbriz, Ceyhun Hacıbəyli, və Sahib Zeynalov küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində yaşayış binalarının tikintisinin layihələndirilməsinə icazə verilməsini xahiş etmişdir. Xahiş olunur qeyd olunan məsələyə rəyinizi bildirəsiniz (cizgi əlavə edilmişdir). İş materiallarında olan Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti başçısı tərəfindən Vəkil ünvanlanmış 24.07.2020-ci il tarixli 1/409 saylı məktubda qeyd edilir: Nərimanov Rayon İcra Hakimiyyətinə ünvanladığınız sorğu məktubunuza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli, 86 saylı Qərarına, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 21.12.2017-ci il tarixli, 529 və 29.12.2017-ci il tarixli, 550 №-li Sərəncamlarına əsasən, C.Hacıbəyli və Təbriz küçələrinin kəsişməsində yerləşən köhnə, istismar müddəti bitmiş yaşayış evlərinin və qeyri-yaşayış sahələrinin sökülərək, yerində müasir hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının layihələndirilməsi və tikintisi üçün "xxxx" MMC-yə icazə verilmişdir. Nəzərinizə çatdırırq ki, yeni binanın layihə sənədləri aidiyyəti dövlət qurumları tərəfindən razılaşdırılmışdır. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 19.01.2018-ci il tarixli məktubda qeyd olunur: Sizin daxil olmuş 04.01.2018-ci il tarixli 1c saylı məktubunuzu nəzərə alaraq Nərimanov rayonu C.Hacıbəyli, Təbriz və S.Zeynalov küçələrinin əhatəsində yaşayış binalarının layihələndirilməsi üçün torpaq sahəsinin ölçülərinə dair hazırlanmış cizgi Sizə göndərilir. Qeyd olunan binaların ərazidə yerləşdirilməsinə dair işlənilmiş şəhərsalma əsaslandırılması Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim olunduqdan sonra tikintisi nəzərdə tutulan yaşayış binasının layihə sənədlərinə müvafiq qaydada baxılacaqdır (Cizgi məktuba əlavə edilmişdir). İş materiallarında olan Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən 23.11.2021-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti başçısının «Təbriz, Ceyhun Hacıbəyli, Ü.Bünyadzadə və S.Zeynalov küçələrinin əhatə etdiyi ərazi planlaşdırma sənədlərinin təsdiq edilməsi haqqında» 29.12.2017-ci il tarixli 550 nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 fevral 2016-cı ıl tarixli, 86 nömrəli qərarını rəhbər tutaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli, 6 nömrəli qərarı ilə təsdiqlənmiş «Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi qaydaları»nın 3.2-ci bəndinə uyğun olaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işlənərək, Təbriz 16, C.Hacıbəyli 2, 4, Ü.Bünyadzadə 1, 3 və S.Zeynalov 28 saylı ünvanlarda yerləşən, qəzalı vəziyyətdə olan bir, iki və üç mərtəbəli yaşayış binalarının sökülərək yerində yeni yaşayış binalarının tikintisi nəzərə alınmaqla Təbriz, Ceyhun Hacıbəyli, Ü.Bünyadzadə və S.Zeynalov küçələrinin ərazi planlaşdırma sənədləri təsdiq olunmuşdur. Həmin məktuba əlavə edilmiş Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti başçısının «Çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi haqqında» 21.12.2017-ci il tarixli 529 nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, rayonun Təbriz, Ceyhun Hacıbəyli, Ü.Bunyadzadə və C.Zeynalov küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə 0,92 ha torpaq sahəsi "xxxx" MMC-nin daimi istifadəsinə verilmişdir. Həmin məktuba əlavə edilmiş AZE seriyalı 002021 nömrəli Şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Ceyhun Hacıbəyli və Sahib Zeynalov küçələrinin kəsişməsində yerləşən 3 ədəd 1 girişli 16 mərtəbəli yaşayış binalarının tikintisi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən "xxxx" MMC-yə Tikintilərin Dövlət Reyestri Tikinti obyektlərinə verilən koda dair Şəhadətnamə verilmişdir. Həmin məktuba əlavə edilmiş 01.07.2019-cu il tarixli 6 saylı obyektin tikintisinə icazə sənədindən və 01.07.2019-cu il tarixli 6 nömrəli tikintiyə icazə barədə xüsusi nişandan görünür ki, "xxxx" MMC-nin daimi istifadəsində olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Ceyhun Hacıbəyli və Sahib Zeynalov küçələrinin kəsişməsində yerləşən 3 ədəd 1 girişli 16 mərtəbəli yaşayış binalarının tikintisinə icazə verilmişdir və tikintiyə icazə barədə xüsusi nişan tərtib edilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür; 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır; 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır; 45.2-ci maddəsinə əsasən inzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən: 45.2.1. sənədlərdən; 45.2.2. tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından; 45.2.3. şahid ifadələrindən; 45.2.4. müvafiq müayinələrin aparılmasından; 45.2.5. ekspert rəylərindən; 45.2.6 hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan; 45.2.7. işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər; 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir; 47.2-ci maddəsinə əsasən maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı "xxxx" MMC tərəfindən Bakı şəhər İcra Hakimiyyəti başçısına 01.02.2018-ci il tarixdə müraciət edilərək Nərimanov rayonu Təbriz, C.Hacıbəyli və S.Zeynalov küçələrinin əhatəsində yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yaşayış binalarının tikintisinə sərəncam verilməsi xahiş edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti başçısının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə yaşayış binalarının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında” 07.02.2018-ci il tarixli 58 nömrəli sərəncamına əsasən "xxxx" MMC-nin müraciəti nəzərə alınaraq, Nərimanov rayonu Təbriz, Ceyhun Hacıbəyli və Sahib Zeynalov küçələrinin kəsişməsində yerləşən 0,7412 ha torpaq sahəsində icarə əsasında yaşayış binalarının tikintisinin layihələndirilməsi uçun həmin MMC-yə icazə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 19.01.2018-ci il tarixli məktubla Nərimanov rayonu C.Hacıbəyli, Təbriz və S.Zeynalov küçələrinin əhatəsində yaşayış binalarının layihələndirilməsi üçün torpaq sahəsinin ölçülərinə dair hazırlanmış cizgi göndərilmiş, qeyd olunan binaların ərazidə yerləşdirilməsinə dair işlənilmiş şəhərsalma əsaslandırılması Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim olunduqdan sonra tikintisi nəzərdə tutulan yaşayış binasının layihə sənədlərinə müvafiq qaydada baxılacağı bildirilmişdir. Lakin sonra müəyyən edilmişdir ki, Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti başçısının «Çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi haqqında» 21.12.2017-ci il tarixli 529 nömrəli sərəncamına əsasən rayonun Təbriz, Ceyhun Hacıbəyli, Ü.Bunyadzadə və C.Zeynalov küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə 0,92 ha torpaq sahəsi "xxxx" MMC-nin daimi istifadəsinə verilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Ceyhun Hacıbəyli və Sahib Zeynalov küçələrinin kəsişməsində yerləşən 3 ədəd 1 girişli 16 mərtəbəli yaşayış binalarının tikintisi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən "xxxx" MMC-yə Tikintilərin Dövlət Reyestri Tikinti obyektlərinə verilən koda dair Şəhadətnamə, obyektin tikintisinə icazə sənədi və tikintiyə icazə barədə xüsusi nişan verilmişdir. Göründüyü kimi, cavabdeh Bakı şəhər İcra Hakimiyyəti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə yaşayış binalarının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında” 07.02.2018-ci il tarixli 58 nömrəli sərəncamına əsasən qeyd olunan ərazidə yerləşən torpaq sahəsində icarə əsasında yaşayış binalarının tikintisinin layihələndirilməsi uçun "xxxx" MMC-yə icazə verildiyi halda, Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti başçısının 21.12.2017-ci il tarixli 529 nömrəli sərəncamına əsasən həmin ərazidə yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə torpaq sahəsi "xxxx" MMC-nin daimi istifadəsinə verilmişdir. İddiaçı tərəfindən Bakı şəhəri İcra Hakimiyyətinə ərizə ilə müraciət edilərək Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən "xxxx" MMC-yə həmin ölçülərdə torpaq sahəsinin verilməsi haqqında sərəncam qəbul olunması barədə xahiş olunsa da, cavabdeh tərəfindən müraciət araşdırılmamış və iddiaçıya cavab verilməmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti əsasında inzibati icraat aparılmamış, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar tam və hərtərəfli araşdırılmamışdır. Nəticədə Bakı şəhər İcra Hakimiyyəti başçısının 07.02.2018-ci il tarixli 58 nömrəli sərəncamına əsasən Nərimanov rayonu Təbriz, Ceyhun Hacıbəyli və Sahib Zeynalov küçələrinin kəsişməsində yerləşən 0,7412 ha torpaq sahəsində icarə əsasında yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün iddiaçıya icazə verilsə də, həmin torpaq sahəsi digər MMC-nin daimi istifadəsinə verildiyi üçün sərəncamın icrası faktiki olaraq bugünədək mümkün olmamış, iddiaçının hüquqları pozulmuşdur. Məhkəmənin hüquqi mövqeyi ondan ibarətdir ki, yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün iddiaçıya icazə verilsə də, həmin torpaq sahəsi digər MMC-nin daimi istifadəsinə verildiyi üçün sərəncamın icrası faktiki olaraq bugünədək mümkün olmadığı üçün cavabdehin sərəncamında olan və digər şəxslərə məxsus olmayan, 07.02.2018-ci il tarixli 58 nömrəli sərəncamda göstərilən məqsədlər üçün ayrılan bilən digər torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsinin mümkünlüyü ilə əlaqədar məsələlər cavabdeh tərəfindən yenidən nəzərdən keçirilməlidir. Ona görə də məhkəmə hesab edir ki, yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün digər torpaq sahəsinin istifadəsinə verilməsi barədə iddiaçının müraciəti üzrə cavabdeh tərəfindən inzibati icraat yenidən aparılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.1, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün digər torpaq sahəsinin istifadəsinə verilməsi ilə əlaqədar iddiaçı "xxxx" MMC-nin müraciəti üzrə inzibati icraatın yenidən aparılması öhdəliyi cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinin üzərinə qoyulsun. İddia digər hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar