Məhkəmə qərarları › İş №2-1(112)-418/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-418/2024

23.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-418/2024 23.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi Cəfərova Yasəmən Fərman qızının katibliyi ilə İddiaçı cavabdeh Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinə qarşı (üçüncü şəxs: X2 və Binəqədi rayonu Binəqədi Bələdiyyəsi) "qərarın dəyişdirilməsi" tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1əyyən etdi: İddiaçı cavabdeh Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinə qarşı (üçüncü şəxs: X2) Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin inzibati ərazi hüdudları daxilində yerləşən 500 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə iddiaçının mülkiyyətinə verilməsi barədə Binəqədi rayon Binəqədi bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 372 saylı qərarının dəyişdirilərək həmin torpaq sahəsinin Cavabdeh tərəfindən vətəndaş X1 adına rəsmiləşdirilməsi ilə bağlı qərar qəbul olunması vəzifəsinin M.Ə.Rəsulzadə bələdiyyəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsi tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 iyul 2014-cü il tarixli 2inz(81)- 2866/2014 saylı qərarı ilə iddia təmin edilərək, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin inzibati ərazi hüdudları daxilində yerləşən 500 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə iddiaçının mülkiyyətinə verilməsi barədə Binəqədi rayon Binəqədi bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 372 saylı qərarının dəyişdirilərək həmin torpaq sahəsinin vətəndaş X1 adına rəsmiləşdirilməsinin Bakı şəhəri M.Ə.Rəsulzadə bələdiyyəsinə həvalə edilməsi qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 iyul 2014-cü il tarixli 2inz(81)- 2866/2014 saylı qərarı qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinə göndərilmişdir. xx.xx.2022-ci il tarixdə Binəqədi rayon Binəqədi bələdiyyəsi Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək, onun qeyd olunan iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunması, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 iyul 2014-cü il tarixli 2inz(81)-2866/2014 saylı qərarının ləğv olunması və icraatın təzələnməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 15 iyul 2014-cü il tarixli 2inz(81)-2866/2014 saylı qərarı ləğv edilmiş, Bakı şəhəri Binəqədi rayon Binəqədi bələdiyyəsi zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş, iş üzrə icraat təzələnərək hazırlıq icraatı ilə bağlı məhkəmə iclası xx.xx.2022-ci il tarixə saat 11:30-a təyin edilmişdir. Daha sonra tərəflərin iştiraklarının təmin edilməsi məqsədilə məhkəmə iclasları müvafiq olaraq xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixlərinə təxirə salınmışdır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı həmin tarixlərə təyin edilmiş məhkəmə iclaslarına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. İş materiallarına əlavə edilmiş bildirişlərdən görünür ki, onlar “bina sökülüb” qeydi ilə geri qaytarılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı təyin edilmiş məhkəmə iclaslarında iştirak etməməklə üzrsüz səbəblərdən məhkəmə icraatından yayınmış və bu səbəbdən də iş üzrə yekun məhkəmə qərarının çıxarılması mümkün olmamışdır. Eyni zamanda elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, iş üzrə üçüncü şəxs X2 xx.xx.2023-cü il tarixində vəfat etmişdir. Beləliklə ehtimal oluna bilər ki, iddiaçı artıq hazırkı işin nəticəsində maraqlı deyildir. Odur ki, iddia geri götürülmüş hesab edilməli və bu əsasla da inzibati iş üzrə icraata xitam verilməlidir. İPM-də göstərilmişdir ki, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir (55.3.). İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz (55.5.). “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinin mənasına uyğun olaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinin “Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz” müddəası həmin Məcəllənin 55.3-cü maddəsi əsasında qəbul edilən qərardaddan apellyasiya şikayətinin verilməsi hüququnu məhdudlaşdıran norma kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 80 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinə qarşı "qərarın dəyişdirilməsi və digər” tələbinə dair iddiası geri götürülmüş hesab edilsin və bu əsasla iş üzrə icraata xitam verilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar