Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4181/2023 03.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “veteran adı və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “veteran adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “Veteran adının və müvafiq vəsiqənin” verilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Abşeron rayon Hərbi Komisarlığı tərəfindən iyul 1992-ci il tarixdən, həqiqi hərbi xidmətə çağırılmışdır. xx.xx.1992- ci il tarixdə döyüş şəraitində yerləşən və döyüş tapşırığını yerinə yetirərək N saylı hərbi hissə komandirinin N N-li əmri ilə şəxsi heyət siyahısına və bütün növ təminatlara qoyulmuş, daha sonra N saylı hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. Dah sonra N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il 148 nəmrəli əmri əsasında, “xüsusi” tapşırığı yerinə yetirmək üçün Füzuli rayonuna göndərilmişdir. xx.xx.1993-cü il tarixdə hərbi hissə komandirinin N nömrəli əmrilə Ağdərəyə döyüş əməliyyatları bölgəsinə göndərilmişdir. Hərbi hissəni xx.xx.1993-cü il tarixdən xx.xx.1993cü il tarixədək özbaşına tərk etməyinə baxmayaraq xx.xx.1993-cü il tarixdə, yenidən N saylı hərbi hissəyə xidmət etmək üçün qayıtmış və xidmətini davam etdirmişdir. Bir sözlə, xx.xx.1992-ci il tarixdən, 04. fevral 1994-cü il tarixədək Füzuli və Ağdərə rayonları uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Müxtəlif vaxtlarda həm N saylı hərbi hissədə, daha sonra N saylı hərbi hissədə hərbi hissə komandirinin əmrlərinə əsasən xidmətini davam etmişdir. xx.xx.1994-cü il tarixdən N saylı hərbi hissədə xidmətini baş atıcı kimi davam etmişdir. Qeyd edir ki, 4 il 6 ay xidmət keçmiş, Azərbaycanın rayonlarının işğaldan azad olunmasında, böyük döyüş yolu keçməsinə baxmayaraq bu gün ona “Veteran adı və müvafiq vəsiqənin” verilməsindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası 03.05. 2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının tələbinin mahiyyəti, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarətdir. Hesab edirlər ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin 1-ci bəndinə əsasən: “1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 12 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi İnzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılmasıdır. Normanı ümumiləşdirərək qeyd etmək istəyirəm ki, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən iki zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasinə daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X3 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı "Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə" ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Hazırki iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, iş materiallarında olan Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 4/2-168 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 79 nömrəli əmri ilə xidmət yerini özbaşına tərk etmiş şəxsi heyətin siyahısında İddiaçı adı qeyd edilmişdir. Həmçinin Abşeron RHK-dan çağnlmış, 1973-cü il təvəllüdlü, hərbi hissəni özbaşına tərk etmiş, sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1993- cü il tarixli N nömrəli əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılaraq xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərildiyi qeyd edilmişdir. Həmçinin rabitə bölüyünün sıravi əsgəri X11 hərbi hissəni özbaşına tərk etdiyinə görə N nömrəli hərbi hissə komandirinin xx.xx.N-cı il tarixli N nömrəli əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılaraq hərbi qeydiyyat sənədləri N nömrəli hərbi hissəyə göndərilmişdir. Bundan başqa N nömrəli hərbi hissə komandirinin sentyabrdekabr 1993-cü il, N nömrəli hərbi hissə komandirinin fevral N-cı il, yanvar 1997-ci il tarixli nizami hissi üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilmədiyi qeyd edilmişdir. Beləliklə iş materialına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı döyüş əməliyyatları gedən müddətdə xidmət yerini özbaşına tərk etmiş və qanuni əsaslarla ehtiyata buraxılmamışdır. Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının “Müharibə veteranı" adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. Hazırki inzibati iş üzrə təqdim edilmiş sənədlərdən sabit olur ki, iddiaçının ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur. Bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (İPM-14.3), cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1), imtina mövcud praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (İPM- 13.2 və 17). Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsindən və MPM-nin 81-ci maddəsinə görə qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin hallan başqa sübutlarla təsdiq oluna bilməz. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. «Veteranlar haqqındas Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli,396 nömrəli Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edən şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyun 2017-ci il tarixli 2-1 (102)-1161 /2017 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz". ((Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər «Müharibə veteranı» sayılmırlar.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
- Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli imtina məktubu; - xx.xx.2022-ci il tarixli Arxiv Arayışı; - iddiaçıya məxsus SX ******* nömrəli Hərbi Biletin notarial qaydada təsdiq edilmiş suəti; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 4/2-168 nömrəli məktubu. ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının ünvan 1 ünvanda qeydiyyatda olmasını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İPM-in 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəflərin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən)
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsassız olduğundan təmin edilməməlidir. İşin məhkəmə tərəfindən araşdırılan halları və iş materiallarından müəyyən olunur ki, iddiaçı hərbi xidmət zamanı döyüş əməliyyatlarında iştirak etməsinə görə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş edir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir: “Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2019-cu il tarixli 9/2-6759 nömrəli arayışına əsasən döyüş əməliyyatları apanlan dövrdə xx.xx.1993-cü ildə hərbi hissəni özbaşına tərk etdiyiniz və xx.xx.1993-cü il tarixdə fərarilikdən qayıtdıqdan sonra qanuni əsaslarla ehtiyata buraxılmağınız barədə məlumat olmadığına görə Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Əlavə olaraq bildiririk ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati qaydada və ya məhkəmə qaydasında şikayət vermək hüququna malikdir.” Məhkəmə aşağıda göstərilən qanunvericiliyin normalarına əsasən hesab edir ki, cavabdeh orqanın imtinası əsaslıdır və iddiaçının hər hansı hüququnu pozmur. Belə ki, iş materiallarından görünür ki, SX ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçının iyul 1992-ci il tarixdə hərbi xidmətə çağırılması və xx.xx.1997-ci il tarixdə hərbi xidmətdən ehtiyata buraxılmasına dair qeydlər var. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 4/2-168 nömrəli məktubu məktubunda aşağıdakılar qeyd edilmişdir: rayon hərbi komissarlığından çağırılmış, 1973-cü il təvəllüdlü X11 N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 21 B №-li əmrilə (əsas: bənd-1, səh-67, sıra-7, əmrdə adı “Etibar" yazılmışdır) hərbi hissənin şəxsi heyətinin siyahısına salınmışdır. N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 51 №-li əmrilə (əsas: bənd-1, səh-120, sıra-23, əmrdə adı “Ehtibar" yazılmışdır) X10 şəxsi heyətin siyahısından bütün növ təminatlardan çıxarılaraq xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilmişdir. Xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilmiş X11 N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 71 №-li əmrilə (əsas: bənd-1, səh-138, sıra-23, əmrdə adı “Etibar” yazılmışdır) hərbi hissənin şəxsi heyətin siyahısına salınmışdır. X11 N Ne-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 148 Ne-li əmrilə (əsas: §- 1, səh-117, sıra-9, əmrdə adı “Etibar” yazılmışdır) xüsusi tapşırığı yerinə yetirmək üçün Füzuli rayonuna ezamiyyətə göndərilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 27 №-li əmrilə (əsas: §-1, səh-37, sıra-12) sıravi Budayev X7, döyüş əməliyyatları bölgəsinə döyüş tapşırığını yerinə yetirmək üçün ezamiyyətə göndərilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 36 Ne-li əmrilə (əsas: §-3, səh-50, sıra-4, əmrdə soyadı “Buddayev”, adı “Etibar", atasının adı “Əlixan” yazılmışdır) sıravi X1, ezamiyyətdən qayıtmış hesab edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 79 №-li əmrində (əsas: §-4, səh-22, sıra-26) qeyd olunmuş hərbi hissəni özbaşına tərk etmiş şəxsi heyətin siyahısında sıravi İddiaçı adı vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 120 №-li əmrində (əsas: §-7, səh-100, sıra-1) İddiaçı fərarilikdən xidməti yerinə qayıtmış hesab edilərək qazan təminatına qoyulmuşdur. N Ne-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 1N №-li əmrilə (əsas: §-1, səh-133, sıra-9, əmrə adı “Ehtibar” yazılmışdır) sıravi X2, döyüş əməliyyatları bölgəsinə döyüş tapşırığını yerinə yetirmək üçün ezamiyyətə göndərilərək qazan təminatından çıxarılmışdır. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 162 №-li əmrilə (əsas: §-19, səh-187, sıra-6) Ağdərə rayonunda ezamiyyətdə olan sıravi İddiaçı xx.xx.1993-cü il tarixdən Füzuliyə ezamiyyətə göndərilmiş hesab edilmişdir. Abşeron RHK-nın çağırışçısı, 1973-cü il təvəllüdlü, hərbi hissəni özbaşına tərk etmiş, sıravi X4 N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 200 №-li əmrilə (əsas: §-7, səh-290, sıra-206, əmrdə soyadı "Butdayev” yazılmışdır) hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılaraq xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 19 №-li əmrində (əsas: §-1, səh-57, sıra-3, əmrdə adı "Etibar”, atasının adı “Alxan" yazılmışdır) N və N №-li hərbi hissələri özbaşına tərk etmiş, xx.xx.1994-cü il tarixdən müvəqqəti olaraq bütün növ təminatlara qoyulmuş və tək oğuldan ibarət, xidmətlərini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilərək bütün növ təminatlardan çıxarılan (əsas: §-2, səh-57, sıra-3, əmrdə adı “Etibar”, atasının adı “Alxan” yazılmışdır) əsgərlərin siyahısında, sıravi əsgər X6 adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 25 №-li əmrində (əsas: §-1, səh-79, sıra-3, əmrdə adı “Etibar”, atasının adı “Alxan” yazılmışdır) N və N №-li hərbi hissələri özbaşına tərk etmiş, N №-li hərbi hissəyə qəbul olunmadıqlarına görə, xx.xx.1994-cü il tarixdən hərbi hissənin bütün növ təminatlarına qoyulmuş və həqiqi hərbi xidmətlərini davam etdirmək üçün N №-li hərbi hissə komandirinin sərəncamına göndərilərək bütün növ təminatlardan çıxarılan (əsas: §-3, səh-80, sıra-3, əmrdə adı “Etibar", atasının adı “Alxan" yazılmışdır) əsgərlərin siyahısında, sıravi əsgər X6 adı qeyd olunmuşdur. Həqiqi hərbi xidmətini davam etdirmək üçün N №-li hərbi hissədən gəlmiş, İddiaçı N Ne-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 26 №-li əmrilə (əsas: §-1, sıra-3) hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınaraq 1-ci tağımın 1-ci manqasında atıcı vəzifəsinə təyin olunmuşdur. Həqiqi hərbi xidmətini davam etdirmək üçün N №-li hərbi hissədən gəlmiş, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 1 №-li əmrilə (əsas: §-137, sıra-12) hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınmışdır. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 7 №-li əmrində (əsas: §-5, sıra-12) hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq həqiqi hərbi xidmətlərini davam etdirmək üçün N №-li hərbi hissə komandirinin sərəncamına göndərilən hərbi qulluqçuların siyahısında İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 14 №-li əmrilə (əsas: §-5, səh-26, əmrdə adı “Etibar” yazılmışdır) N №-li hərbi hissədən gəlmiş, sıravi X11 hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınaraq baş atıcı vəzifəsinə təyin olunmuşdur. Rabitə bölüyünün sıravi əsgəri X11 hərbi hissəni özbaşına tərk etdiyinə görə N №-li hərbi hissə komandirinin xx.xx.N-cı il tarixli N №-li əmrilə (əsas: §-1, səh-32, sıra-2, əmrdə adı “Etibar” yazılmışdır) hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılaraq hərbi qeydiyyat sənədləri N №-li hərbi hissəyə göndərilmişdir. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin sentyabr-dekabr 1993-cü il, N №-li hərbi hissə komandirinin fevral N-cı il, yanvar 1997-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. N №-li hərbi hissə komandirinin mart 1994-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmamışdır. Göründüyü kimi, N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 79 №-li əmrində iddiaçının hərbi hissəni özbaşına tərk etməsinə dair qeyd var. Həmçinin, X11 hərbi hissəni özbaşına tərk etdiyinə görə N №-li hərbi hissə komandirinin xx.xx.N-cı il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılaraq hərbi qeydiyyat sənədləri N №-li hərbi hissəyə göndərilmişdir. Göstərilənlərə əsasən məhkəməsi hesab edir ki, iddiaçının hərbi xidmətdən qanuni əsaslarla təxris olunması hər hansı bir mötəbər sübutla təsdiq olunmur. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: .... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 14. Hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: Bənd 1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Yuxarıda qeyd edilən hüquq normalarının təhlili bu nəticəyə gəlməyə əsas verir ki, müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün şəxsin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) vacib şərtdir. Yəni, hərbi xidmətin başa çatması, hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması ilə şərtləndirilmişdir. İş materiallarından müəyyən edilir ki, iddiaçının hərbi xidmətə başlaması hərbi biletdə olan qeydlə təsdiq edilir. Qeydə görə iddiaçı iyul 1992-ci il tarixdə N saylı hərbi hissənin qeydiyyatına düşmüşdür. İddiaçının N №-li hərbi hissə özbaşına tərk etməsi həmin hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 79 №-li əmrində, daha sonra isə N №-li hərbi hissə özbaşına tərk etməsi həmin hərbi hissə komandirinin xx.xx.N-cı il tarixli N №-li əmrində öz əksini tapmışdır. Həmçinin, hərbi biletdə iddiaçının xx.xx.1997-ci il tarixdə N saylı hərbi hissədən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasına dair qeyd var. Lakin, iddiaçının N saylı hərbi hissənin qeydiyyata düşməsinə və həmin hərbi hissədən ehtiyata buraxılmasına dair arxiv sənədi mövcud deyildir. Cavabdehin dəlillərinə görə N №-li hərbi hissə komandirinin fevral N-cı il, yanvar 1997-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. İddiaçının hərbi hissənin şəxsi heyətin siyahısından çıxarılması barədə hərbi biletdə olan məlumat hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə təsdiq olunmur. Odur ki, iddiaçının N №-li və N №-li hərbi hissələri özbaşına tərk etməsi, həmçinin qanuni əsasla ehtiyata buraxılmasının arxiv sənədləri ilə təsdiq olunmaması barədə cavabdehin dəlili əsaslı olmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara müvafiq orqan tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı və vəsiqəsi verilir. İddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün hərbi bilet (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar olmalıdır. İddiaçı Əsasnamədə hərbi hissədə hərbi xidməti ilə bağlı qeyd edilən sənədlərdən hər hansı birini təqdim edə bilməmiş, qanuni əsasla hərbi xidmətdən ehtiyata buraxılmasını sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları, əmrlərdən çıxarışlar mövcud olmamışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə müəyyən edilmişdir və Əsasnamənin tələbinə görə iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində və Əsasnamədə göstərilən konkret rayonlarda aparılan döyüş əməliyyatlarında döyüş əməliyyatları aparan hərbi hissələrdə xidmət etməsi ilə yanaşı qanuni əsasla xidmətdən ehtiyata buraxılması şərtdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə görə, müharibə veteranı adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. Bu mənada, iddiaçının qanunla müəyyən edilmiş qaydada hərbi hissədən tərxis olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. Belə olan halda, cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə,habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir.İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “Veteran adının və müvafiq vəsiqənin” verilməsinə dair iddiası təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev