Məhkəmə qərarları › İş №2-1(112)-4183/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4183/2020

01.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4183/2020 01.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Miminat Tacib qızı Hacıbəyovanın sədrliyi, Mahmud Orxan Əlövsət oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı oğlunun cavabdeh Bakı Nəqliyyat Agentliyinə qarşı “BNA ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati qərarın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci, 135.1.2-ci və 135.1.3-cü və 135.1.4-cü maddələrində göstərilən əsaslarla ləğv edilməsi və BNA barəsində xüsusi qərar çıxarılaraq Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsinə dair iddia ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı oğlucavabdeh Bakı Nəqliyyat Agentliyinə qarşı BNA ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati qərarın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci, 135.1.2-ci və 135.1.3-cü və 135.1.4-cü maddələrində göstərilən əsaslarla ləğv edilməsi və BNA barəsində xüsusi qərar çıxarılaraq Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin nümayəndəsi məhkəməyə vəsatətlə müraciət edərək iddianın mümkün sayılmaması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. İddiaçının iddia ərizəsindən göründüyü kimi onun iddia tələbi törədilmiş inzibati xəta ilə əlaqədar cavabdehin çıxardığı qərarın ləğv edilməsindən ibarətdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibatiiqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir. İddiaçının iddia tələbi ilə bağlı işə baxılması zamanı tətbiq ediləcək hüquq isə publik hüququn nizamasalma predmetinə aid olmayacaqdır. Halbuki inzibati məhkəmə icraatı qaydasında inzibati orqanların yalnız publik hüquqdan irəli gələn hərəkətlərinin (hərəkətsizliyinin) qanuniliyi və əsaslılığı yoxlanılır. Məhkəmə onu da qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsinə əsasən isə bu Qanun inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Göstərilənlərə əsasən məhkəmənin gəldiyi nəticəyə görə İddiaçı oğlunun Cavabdeh Bakı Nəqliyyat Agentliyinə qarşı BNA ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati qərarın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci, 135.1.2-ci və 135.1.3-cü və 135.1.4-cü maddələrində göstərilən əsaslarla ləğv edilməsi və BNA barəsində xüsusi qərar çıxarılaraq Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsinə dair iddia ərizəsi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı oğlunun cavabdeh Bakı Nəqliyyat Agentliyinə qarşı BNA ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati qərarın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci, 135.1.2-ci və 135.1.3-cü və 135.1.4-cü maddələrində göstərilən əsaslarla ləğv edilməsi və BNA barəsində xüsusi qərar çıxarılaraq Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına(ünvan: ünvan 2 Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar