Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4185/2020 30.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X3 (hüquqşünas, Bərdə rayonu, Qaradəmirçi kəndinə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, X4 3-cü şəxs qismində cəlb olunmaqla) qarşı qadağaların götürülməsi və əmlak üzərində ipotekanın əlavə qeydiyyatının aparılması tələbinə dair inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirovküçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı ASC cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, X4 3-cü şəxs qismində cəlb olunmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayonu, 9-cu Əhmədli küçəsində yerləşən 34 saylı fərdi yaşayış evinin üzərindən qadağaların götürülməsi və əmlak üzərində ipotekanın əlavə qeydiyyatının aparılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati məhkəmə icraatında məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən qətnamə deyil, qərar qəbul edildiyi iddiaçının nümayəndəsinin diqqətinə çatdırılaraq həmin hissədə iddia tələbini dəqiqləşdirmək təklif edilsə də, yazılı qaydada ərizə məhkəməyə təqdim edilməmişdir. İddiaçının nümayəndəsi şifahi qaydada məhkəmədən iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 “xxxx” İKB ASC-nə bank və xxxx MMCnə qarşı ipoteka müqaviləsinə xitam verilməsi, çıxarışın ləğv edilməsi və əmlakın girovdan azad olunması tələblərinə dair iddiası Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə təmin edilərək, iddiaçı və bank arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsinə xitam verilmiş, Bakı şəhəri, Xətai rayonu, 9cu Əhmədli küçəsində yerləşən 34 saylı fərdi yaşayış evinin yüklülüyünə dair çıxarış ləğv olunmuşdur. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə bankın apellyasiya şikayəti qismən təmin edilərək qətnamə ipoteka müqaviləsinə xitam verilməsinə dair hissədə ləğv olunmuş, xx xxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməklə qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə bankın kassasiya şikayəti qismən təmin olunaraq, apelyasiya instansiyasının qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Təkrar apellyasiya baxışı zamanı iddiaçı bankla razılıq əldə etdiyindən iddiadan imtina etmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(103)-1539/2019 saylı qərardadı ilə X1 iddiadan imtinası qəbul edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-8039/2017 saylı iş üzrə xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilərək mülki işin icraatına xitam verilmişdir. xx xxxxxx 2019-cu il tarixində “xxxx” İKB ASC ilə X4 arasında xx xxxxxx 2014-cü il tarixli, 19-S-18-0-212-14 saylı əsas kredit müqaviləsinə 01 saylı əlavə saziş, xx xxxxxx 2014-cü il tarixli 19-S-18-0-212-14 saylı sonrakı ipoteka müqaviləsinə 01 saylı əlavə saziş və xx xxxx 2014-cü il tarixli 19-S-18-0- 212-14 saylı əlavə kredit müqaviləsinə 01 saylı əlavə saziş bağlanılmışdır. xx xxxxxx 2019-cu il tarixində “xxxx” İKB ASC ilə X4 arasında xx xxxxxx 2014-cü il tarixli 19-S-18-0- 212-14 saylı əsas kredit müqaviləsinə 01 saylı əlavə sazişə əsasən kredit limitinin məbləği 50000 manat məbləğində müəyyən edilmişdir. Kredit limitinin qaytarılma müddəti xx.xx.2047-ci il tarixədək uzadılmışdır, kredit limitinin faiz dərəcəsi isə 3 % müəyyən olunmuşdur; xx xxxx 2014-cü il tarixli 19-S-18-0-212-14 saylı əlavə kredit müqaviləsinə 01 saylı əlavə sazişə əsasən müqavilənin predmeti kapitallaşdırılmaqla və konvertasiya edilməklə-45047.13 manat qalıq məbləğ ilə ifadə edilən pul öhdəliyi olaraq müəyyən edilmişdir; xx xxxxxx 2014-cü il tarixli 19-S- 18-0-212-140 saylı sonrakı ipoteka müqaviləsinə 01 saylı əlavə sazişə əsasən Bakı şəhəri Xətai rayonu, 9-cu Əhmədli küçəsində yerləşən 34 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. “xxxx” İKB ASCnin (İddiaçı) ASC 5 saylı filialın X2 məxsus Bakı şəhəri, Xətai rayonu, 9-cu Əhmədli küçəsində yerləşən 34 saylı fərdi yaşayış evi üzərində ipotekanın əlavə qeydiyyatının aparılması ilə bağlı xx.xx.2019-cu il tarixli, 16 saylı müraciətinin icra olunmasından imtina olunmuşdur. İmtinaya əsas kimi göstərilmiş səbəblərin aradan qaldırılmasına dair bütün sənədlərin əsilləri xx.xx.2019-cu il tarixli PAİHTD-8462 çıxış nömrəli məktuba əlavə edərək, qadağaların götürülməsi üçün tapşırıq verilməsindən ötrü 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunmuşdur. 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2019-cu il tarixli məktubu ilə qadağaların götürülməsindən yenidən imtina edərək müraciətə əlavə olunmuş məhkəmə aktlarının mütləq qaydada məhkəmə tərəfindən Ərazi İdarəsinə göndərilməli olduğunu əsas gətirmişdir. Halbuki Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli məktubundan müəyyən olunur ki, iddiaçı X1 cavabdeh xxxx İKB ASC-yə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə və “xxxx” MMC-yə qarşı ipoteka müqaviləsinə xitam verilməsi və sair tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(006)-8039/2017 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)- 1539/2019 saylı qərardadı ilə mülki işin icraatına xitam verilmişdir. Qeyd olunan mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-1539/2019 saylı qərardadı qanuni qüvvəsini almışdır. Həmin mülki iş üzrə Bakı şəhəri, Xətai rayonu, 9-cu Əhmədli küçəsində yerləşən 34 saylı fərdi yaşayış evinin üzərinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən həbs qoyulmamışdır. Bundan əlavə məktubda dörd məhkəmə icraatı 2(006)-8039/2017, 2(103)-2532/2018, 2(102)-7154/2018 və 2(103)- 14396/2018 iş nömrəsi qeyd olunmuşdur ki, həmin işlərdən üçü ilə bağlı aidiyyatı məhkəmələr tərəfindən verilmiş arayışın əsli, yaxud müvafiq məhkəmə aktı (qanuni qüvvəsini almasını təsdiq edən ikinci möhür vurulmaqla) təqdim edilmişdir. Məktubda qeyd olunmuş 2(103)-14396/2018 nömrəli məhkəmə işi isə ilin dəyişməsi ilə əlaqədər 2(103)- 1539/2019 saylı iş kimi nömrələnmişdir ki, bununla bağlı da Bakı Apelyasiya Məhkəməsi tərəfindən rəsmi arayış alınaraq Ərazi İdarəsinə təqdim olunmuşdur. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi verilmiş imtina məktubunda göstərilənlərə uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının və üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Lakin iddiaçı məhkəməyə məktub ünvanlayaraq, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında iddiaçının və üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını maddi və prosessual hüquq normalarına əsasən hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(103)-1539/2019 saylı qərardadından görünür ki, X1 iddiadan imtinası qəbul edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-8039/2017 saylı iş üzrə xx xxxxxx 2017ci il tarixli qətnaməsi ləğv edilərək mülki işin icraatına xitam verilmişdir. Həmin qərardad əsasında müəyyən edilənlərdən görünür ki, X1 “xxxx” İKB ASC-nə (bank) və “xxxx” MMC-nə qarşı ipoteka müqaviləsinə xitam verilməsi, çıxarışın ləğv edilməsi və əmlakın girovdan azad olunması tələbinə dair iddiası Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə təmin edilərək, iddiaçı ilə bank arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsinə xitam verilmiş, Bakı şəhəri, Xətai rayonu, 9-cu Əhmədli küçəsində yerləşən 34 saylı fərdi yaşayış evinin yüklülüyünə dair çıxarış ləğv olunmuşdur. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə bankın apelyasiya şikayəti qismən təmin edilərək qətnamə ipoteka müqaviləsinə xitam verilməsinə dair hissədə ləğv olunmuş, xx xxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməklə qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə bankın kassasiya şikayəti qismən təmin olunaraq apelyasiya instansiyasının qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşdə olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxxxx 2019cu il tarixli, 2(006)-8039/2017 saylı məktubdan görünür ki, İddiaçı ASC-nin əmlakın üzərində qadağa olub-olmaması ilə bağlı məlumatın verilməsinə dair ərizəsinə baxılmış və bildirilmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(103)- 1539/2019 saylı qərardadı qanuni qüvvəsini almışıdr. Həmin mülki iş üzrə Bakı şəhəri, Xətai rayonu, 9-cu Əhmədli küçəsində yerləşən 34 saylı fərdi yaşayış evinin üzərinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən həbs qoyulmamışdır. İşdə olan xx xxxxxx 2014-cü il tarixli, 19-S-18-0-212-140 saylı əsas kredit müqaviləsinə 01 saylı, xx xxxxxx 2019-cu il tarixli əlavə sazişdən görünür ki, “xxxx” İK ASC ilə X4 arasında bağlanmış kredit müqaviləsi üzrə kreditin limitinin qaytarılma müddəti xx.xx.2047-ci il tarixədək uzadılmış, kreditin limit məbləği 50000 manat təşkil edir. İşdə olan xx xxxxxx 2014-cü il tarixli, 19-S-18-0-212-140 saylı sonrakı ipoteka müqaviləsinə 01 saylı, xx xxxxxx 2019-cu il tarixli əlavə sazişdən görünür ki, X4 mülkiyyət hüququ ilə ona məxsus olan əmlakı xx xxxxxx 2014-cü il tarixli, 19-S-18-0-212-140 saylı əsas kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka saxlayan “xxxx” İKB ASC-nə sonrakı ipotekaya vermişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli, **********59 saylı imtina məktubundan görünür ki, iddiaçının ərizəsinə cavab olaraq bildirilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 9-cu Əhmədli küçəsində yerləşən 34 saylı fərdi yaşayış evi ilə bağlı məhkəmə mübahisəsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-8039/2017 saylı xx.xx.2017-ci il tarixli, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2532/2018 saylı xx.xx.2018-ci il tarixli, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-7154/2018 saylı xx.xx.2018-ci il tarixli, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-14396/2018 saylı xx.xx.2019-cu il tarixli məhkəmə bildirişlərinə əsasən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlər aparılmışdır. Həmçinin əlavə olaraq bildirilmişdir ki, ilkin ərizəyə əlavə edilən Bakı Apelyasiya Məhkəməsinin 6ÜŞ-3094 saylı, xx.xx.2019-cu il tarixli məktubu və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-8039/2017 saylı xx.xx.2019-cu il tarixli məktubu kserosurətdir, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1539/2019 saylı mülki iş üzrə qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı əlavə edilməmişdir. Odur ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1539/2019 saylı mülki işi üzrə yekun məhkəmə aktının və məlumatın rəsmi qaydada məhkəmədən 1 saylı Bakı Ərazi İdarəsinə daxil olacağı təqdirdə ərizəsinə yenidən baxıla bilər. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli, **********14 saylı imtina məktubundan görünür ki, iddiaçının Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 9-cu Əhmədli küçəsində yerləşən 34 saylı fərdi yaşayış evi üzərində ipotekanın əlavə qeydiyyatının aparılmasına mane olan qadağaların götürülməsi barədə məktubuna baxılmış və xx xxxxxx 2020-ci il tarixli, **********59 saylı məktubda göstərilənlərlə eyni məzmunda cavab verilərək, müraciətin təmin edilməsindən imtina edilmişdir. İşin hallarından göründüyü kimi iddiaçı ilə X4 arasında kredit münasibətləri mövcuddur. Həmin kreditin təminatı olaraq sonuncuya məxsus Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 9-cu Əhmədli küçəsində yerləşən 34 saylı fərdi yaşayış evi bank qarşısında öhdəliyin icrasının təmini məqsədilə ipotekaya qoyulmuşdur. Tərəflər arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixdə kredit müqaviləsinə əlavəyə əsasən kreditin limitinin qaytarılma müddəti xx.xx.2047-ci il tarixədək uzadılmış, həmçinin həmin tarixdə bağlanmış sonrakı ipoteka müqaviləsinə əlavə saziş əsasında ipoteka predmeti banka sonrakı ipotekaya verilmişdir. İddiaçı ipoteka predmeti olan əmlak üzərində ipotekanın əlavə qeydiyyatının aparılması ilə bağlı cavabdehə müraciət etsə də, lakin cavabdeh tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-8039/2017 saylı xx.xx.2017-ci il tarixli, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2532/2018 saylı xx.xx.2018-ci il tarixli, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-7154/2018 saylı xx.xx.2018-ci il tarixli, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-14396/2018 saylı xx.xx.2019-cu il tarixli məhkəmə bildirişlərinə əsasən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlər aparıldığı əsası ilə qeydiyyatın aparılmasından imtina edilmişdir. Halbuki qanuni qüvvəsini almış məhkəmə qərarlarından görünür ki, X4 “xxxx” İKB ASC-nə (İddiaçı ASC) və “xxxx” MMC-nə qarşı ipoteka müqaviləsinə xitam verilməsi, çıxarışın ləğv edilməsi və əmlakın girovdan azad olunması tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi tərəfindən tələbi təmin edilmiş, lakin mübahisəyə apelyasiya instansiyasında baxılarkən iddiaçı iddiasından imtina etdiyindən, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(103)-1539/2019 saylı qərardadına əsasən X1 iddiadan imtinası qəbul edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-8039/2017 saylı iş üzrə xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilərək mülki işin icraatına xitam verilmişdir. Həmin qərardad qanuni qüvvəsini almışdır. Məhkəmə hesab edir ki, cavabdehin məhdudiyyətin qoyulması barədə hərəkətləri qanuni olmamışdır və buna baxmayaraq iddiaçının çoxsaylı müraciəti nəzərə alınmadan məhdudiyyətin aradan qaldırılmasından imtina edilərək, ipotekanın əlavə qeydiyyatının aparılmasından imtina edilməsi barədə hərəkətləri əsassız olmuşdur. Belə ki, cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə istinad edərək daşınmaz əmlak üzərinə məhdudiyyətin qoyulmasını göstərmişdir. Halbuki “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən daşınmaz əmlaka dövlət qeydiyyatına alınmış hüquqlar barədə məhkəmədə mübahisə olduqda, bu barədə dövlət reyestrində iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi haqqında məhkəmənin arayışı əsasında müvafiq qeydlər edilir. Göründüyü kimi daşınmaz əmlaka dövlət qeydiyyatına alınmış hüquqlar barədə məhkəmədə mübahisə olduqda, bu barədə dövlət reyestrində iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi haqqında məhkəmənin arayışı əsasında müvafiq qeydlər edilir. Hazırki iş materialları ilə cavabdeh tərəfindən məhdudiyyət barədə qeydlərin məhkəmənin arayışı əsasında deyil, sadəcə məhkəmə mübahisəsinin olması barədə bildirişlər əsasında aparıldığı müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, əsassız qoyulmuş məhdudiyyətlər əsasında ipotekanın əlavə qeydiyyatından imtina edildiyindən, cavabdeh tərəfindən həmin məhdudiyyətlər aradan qaldırılaraq, qanunvericiliyin tələblərinə əsasən ipotekanın əlavə qeydiyyatı aparılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən daşınmaz əmlakın, o cümlədən tikintisi başa çatdırılmamış obyektin ipotekası haqqında müqavilənin dövlət qeydiyyatı zamanı ipotekanın predmeti, ipoteka ilə təmin edilmiş borcun (öhdəliyin) icra müddəti, ipotekasaxlayan və ipotekaqoyan barədə məlumat qeyd edilir. Həmin Qanunun 20.3-cü maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatı ərizənin qeydiyyat orqanına daxil edildiyi gündən 3 iş günü müddətində aparılır. Həmin Qanunun 20.5-ci maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatının digər xüsusiyyətləri, o cümlədən əlavə dövlət qeydiyyatının aparılması qaydası ipoteka haqqında qanunvericiliklə tənzimlənir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən ipotekanın əlavə dövlət qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində aşağıdakı hallarda aparılır: 14.1.1. ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə. Həmin Qanunun 14.5-ci maddəsinə əsasən ipotekanın əlavə dövlət qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrindən və daşınar əmlakın rəsmi reyestrindən çıxarışla, ipoteka kağızında isə müvafiq qeydin edilməsi ilə təsdiq edilir. Bütün göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 9-cu Əhmədli küçəsində yerləşən 34 saylı fərdi yaşayış evinin üzərindən qadağaların götürülməsi və əmlak üzərində ipotekanın əlavə qeydiyyatının aparılması öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 9-cu Əhmədli küçəsində yerləşən 34 saylı fərdi yaşayış evinin üzərindən qadağaların götürülməsi və əmlak üzərində ipotekanın əlavə qeydiyyatının aparılması öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-4185/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4185/2020
30.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver