Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4190/2022 25.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh Bakı şəhəri Cavabdehin nümayəndəsi-X13 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı mənzil növbəsinə bərpa olunması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1991-ci ildə alındığı mənzil növbə siyahısından çıxarılmağı ilə əlaqədar (mənzil növbə siyahısından adının silinməsi ilə əlaqədar) mənzil üçün nəzərdə tutulmuş növbə siyahısına salınmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1990-cı illərdə “Baksamkomutrans” idarəsində “fəhlə” vəzifəsi üzrə çalışdığından ailə vəziyyətinin yaxşılaşdırılması məqsədilə Cavabdeh tərəfindən ona Nərimanov rayonu, Qarabağ küçəsi, ev 53 ünvanında yerləşən 15 kv. metr sahəyə malik olan 20 saylı xidməti mənzil verilmişdir. Qeyd edir ki, ailə tərkibi çoxaldığından sözü gedən 15 kv. metr sahəyə malik xidməti mənzil onlara kifayət etmirdi. O, və ailə üzvləri sözü gedən mənzildə hələ də qeydiyyatdadırlar. Buna görə də daha geniş sahəyə malik daimi mənzilin verilməsi üçün 1991-ci ildə yenidən Cavabdeh tərəfindən növbəyə alınmışdır. Lakin Cavabdeh tərəfindən qeydə alınmış növbə üzrə mənzil bu günədək ona verilməmiş, eyni zamanda mənzil üzrə növbə qeydiyyatı ona bildirilmədən səbəbi izah edilmədən silindiyi ona məlum olmuşdur. Məsələnin aydınlaşdırılması ilə bağlı dəfələrlə Cavabdehə müraciət edərək, xidməti mənzillə təmin olunmaq üçün qeydə alınmış növbənin çatmasına və ya növbənin silinməsi halında hansı hüquqi əsaslarla onu növbə siyahısından çıxarılmasına dair məlumatların verilməsi üçün ərizə göndərsə də, müraciətləri cavabdeh tərəfindən cavablandırılmamışdır. Uzun müddət ərzində Cavabdehə dəfələrlə müraciət edərək mənzilin təhvil verilməsini tələb etmişdir. Lakin hər dəfə fərqli bəhanələrlə mənzilin ona təhvil verilməsindən cavabdeh tərəf yayınmışdır. Sonuncu dəfə 11.10.2021-ci il tarixində ərizə ilə Cavabdeh tərəfindən xidməti mənzillə təmin olunmaq üçün qeydə alınmış növbə siyahısında olub-olmamağı barədə, növbə siyahısından adının silinməsi halında isə hansı əsaslarla onu xidməti mənzilin verilməsi siyahısından çıxarılmağı barədə geniş məlumatın verilməsini xahiş etsə də, qanunvericiliklə müəyyən olunmuş müddət ərzində onun müraciəti cavablandırılmamışdır Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın iddia ilə bağlı yazılı etirazı (mülahizə) məhkəməyə daxil olmamışdır. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın mümkün hesab olunmaqla, təmin olunmasını xahiş etdi. Cavabdeh Bakı şəhəri Cavabdehin nümayəndəsi-X18 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: iddiaçıya məxsus AA******* №-li şəxsiyyət vəsiqəsi və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1969-cu il təvəllüdülü İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 12.03.2017-ci il tarixli R-38- 67 saylı 27.10.2017-ci il tarixli R-38/3-071/3 saylı məktublarda qeyd olunmuşdur ki, onun Cavabdehə ünvanladığı, qeydiyyatda olduğu Qarabağ küçəsi 53 №-li evin 20 №-li mənzilinin "xxxx" MMC tərəfindən sökülərək, yerində yeni bina tikiləcəyi təqdirdə yeni mənzillə və ya kompensasiya ilə təmin olunmağına köməklik göstərilməsi barədə ərizəyə baxılmışdır. Bildirirlər ki, əldə etdiyi məlumata əsasən, onunla vətəndaş X14 arasında qeyd olunan mənzillə bağlı alqı-satqı olmuşdur. Bununla əlaqədar, qanunvericilikdə nəzərdə tutulmuş qaydada mülkün sahibi Mail Əsgərov ilə "xxxx" MMC arasında qarşılıqlı müqavilə imzalanmış, vətəndaş kirayə köçürülmüş və mənzil sökülmüşdür. Məhkəmənin müvafiq sorğularına cavab olaraq aşağıda qeyd olunan: Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş 3/129 saylı 01.04.2022-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, ünvan 5 ünvanında yaşayan İddiaçı yaşadığı mənzilə dair məlumatların verilməsi ilə bağlı məktub Nərimanov rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyində baxılmışdır. Ərazi üzrə 37 saylı Mənzil-Kommunal İstismar Sahəsinin verdiyi arayışa əsasən həmin şəxs yuxarıda qeyd olunan ünvanda qeydiyyatdadır və Əmlak Məsələləri Dövlət Xidməti yanında Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsindən verilmiş 16.08.2003-cü il tarixli, 30/17099 nömrəli qeydiyyat vəsiqəsinə əsasən X8 məxsusdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********23 saylı 11.04.2022-ci il tarixli və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfindən verilmiş **********59 saylı 21.04.2022-ci il tarixli eyni məzmunlu cavab məktublarında qeyd olunmuşdur ki, İddiaçı adına hazırda Bakı şəhərində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfindən verilmiş **********62 saylı 21.04.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən qeyd edilən ünvan X6 adına qeydiyyata alınmışdır, lakin ********** saylı 26.01.2021-ci il tarixli ərizəyə əsasən mənzil sökülərək, həmin əmlak üzərində olan mülkiyyət hüququ ləğv edilmişdir. Məktuba əlavə olunmuş Cavabdehin 25.12.1997-ci il tarixli 1152/3 saylı sərəncamında göstərilmişdir ki; Rüstəmov X4 rayon XDS İK-nin 25.10.1991-ci il tarixli 19 №li qərarı ilə 1 nəfər ailə tərkibi (özü) yaşayış yeri üzrə mənzil növbəsinə götürülmüşdür, ona xidməti yaşayış sahəsi kimi Qarabağ küçəsi 53 №li evin, sahəsi 15,0 kv. metr olan 1 otaqlı 20 № -li mənzili verilmişdir. Hal-hazırda (sərəncam verilən vaxt) 4 nəfər ailə tərkibi olmaqla, göstərilən mənzildə qeydiyyatdadır və yaşayır. 1994-cü ilin sentyabr ayında İddiaçı ona verilmiş xidməti mənzildən imtina etmişdir. Sonradan Cavabdeh Başçısının 03.10.1994-cü il tarixli 47№-li sərəncamı ilə qeyd olunan mənzil Baksankommunəqliyyat Birliyinin işçisi olmuş Q.Məmmədova xidməti yaşayış sahəsi kimi verilmişdir. Xidməti mənzil Q.Məmmədova verilməsinə baxmayaraq, o həmin mənzilə köçməmiş və qeydiyyata düşməmişdir. İcra hakimiyyətinin 1129/İ №li 15.12.1997-ci il qərarı ilə Q.Məmmədovaya verilmiş S/X-1994-cu 47№-li sərəncamı ləğv edilmişdir. Ərizə ilə rayon İcra Hakimiyyətinə müraciət edərək ona verilmiş xidməti mənzilə dair order verilməklə mənzil növbəsindən çıxarılmasını xahiş etmişdir. İddiaçı 1991-ci ildən icra hakimiyyətində mənzil növbəsinə olmasını mənzildə yaşamadığını nəzərə alaraq MMK-sə göstərilən mənzili ona verilməsini və mənzil növbəsindən çıxarılmasını xahiş edir. İddiaçı 1991-ci ildən icra hakimiyyətində mənzil növbəsində olmasını mənzildə yaşamadığını nəzərə alaraq MHK-sı göstərilən mənzilin ona verilməsini və mənzil növbəsindən çıxarlmasına razılığını bildirmişdir. İH-nin MHK-sı 24.12.1997-ci il tarixli 53 nömrəli qərarı ilə razılığını bildirmişdir. Sərəncama əsasən aşağıdakılar qərara alınmışdır: - İddiaçı yaşayış sahəsi kimi verilmiş Qarabağ küçəsi 53 №-li evin 20 №-li mənzilinə 4 nəfərdən ibarət ailə tərkibinə daimi order verilsin. - Orderdə yazılsın: İddiaçıS-1969-özü; Rüstəmova D.A.-1970- arvadı; Rüstəmli A.Q.-1992-qızı; Rüstəmova A.Q.-1995-qızı. - Mənzil növbəsindən çıxarılsın. Cavabdeh tərəfindən Cavabdehin 25.12.1997-ci il tarixli 1152/3 saylı sərəncamı əsasında verilmiş 25.12.1997-ci il tarixli 028546 №-li orderin surətindən müəyyən olunur ki, İddiaçı 4 (dörd) nəfər ailə üzvü ilə birlikdə Qarabağ küçəsi 53 N-li evin, sahəsi 15,0 kv. metr olan 1 otaqlı 20 №li mənzil ayrılmışdır. 17.07.1998-ci il tarixli 066878 №-li müqavilənin surətindən müəyyən olunur ki, İddiaçı ünvan 7 ünvanında yerləşən 15.0 kv. metr olan yaşayış sahəsi olan 1 otaqdan ibarət yaşayış evini X7 satmışdır. 29.12.2001-ci il tarixli 138349 nömrəli müqavilənin surətindən müəyyən olunur ki, X12 ünvan 8 ünvanında yerləşən (30/22322 “Qeydiyyat vəsiqəsi”) 1 otaqlı 15,0 kv. metr yaşayış sahəsini X3. 03.09.2002-ci il tarixli 162508 №-li müqaviləyə əsasən X15 (onun adından X16) ünvan 9 ünvanında yerləşən 1 bir otaqlı 15.0 kv. metr yaşayış sahəsindən ibarət yaşayış evini X1. 02.07.2003-cü il tarixli 191384 №-li müqaviləyə əsasən X9 ünvan 9 ünvanında yerləşən 1 bir otaqlı 15.0 kv.m yaşayış sahəsindən ibarət yaşayış evini X2. İddia tələbindən məlum olur ki, hazırda iddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən 1991-ci ildə alındığı mənzil növbə siyahısından çıxarılmağı ilə əlaqədar, yenidən daxil edilməsni məhkəmədən xahiş edir. Belə ki, işin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı yenidən daxil edilməsini tələb etdiyi mənzil növbəsindən cavabdeh inzibati orqanın yuxarıda qeyd olunan sərəncamı ilə çıxarılmasına baxmayaraq, həmin sərəncamı mübahisələndirmədən hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə hesab edir ki, iddiaçıya İPM-nin 13-cü maddəsinə əsasən yanlış iddia növünün münasibi ilə əvəz olunmasında hüquqi yardım göstərilmiş olsa da belə, hazırki iddia mümkün sayıla bilməz. Belə ki, “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.1-ci maddəsinin tələblərini (şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inizbati məhkəmə icraatı qaydasında baxılır) nəzərə aldıqda məlum olur ki, iddiaçının bu iddiası mübahisələndirmə haqqında iddialara aiddir. 2011-ci il yanvarın 1-dən qüvvəyə minmiş İPM-nin 38.1-ci maddəsinə əsasən isə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibti aktın təqdim olunduğu vaxtdan 30 gün müddətinə qaldırıla bilər. İnzibati mühakimə icraatı qaydasında baxılan mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. Mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. İddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. İddiaçının hüquqlarının pozulması əsaslandırılalı; 5. Qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır. İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71.1-ci maddəsinə əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 2.0.3-cü maddəsinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları ən əhəmiyyətli prosessual vasitələrdən biri iddia müddətidir. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki; iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İş materiallarından görünür ki, Bakı şəhər Cavabdeh Başçısının 1152/3 №-li 25.12.1997-ci il tarixli sərəncamının mövcudluğundan iddiaçının rəsmi qaydada 25.12.1997-ci il tarixdə məlumatı olmuşdur. Belə ki, iddiaçıya mübahisəli mənzilə köçmək üçün təqdim olunmuş orderdə həmin sərəncama istinad olunmuş və sərəncamda onun özünün müraciəti (ərizəsi) əsasında mənzil növbəsindən çıxarıldığı qeyd olunmuşdur. Beləliklə, işin hallarından və sadalan normaların tələblərindən məlum olur ki, iddiaçı hazırda tələb etdiyi mənzil növbəsinə bərpa olunması üçün mübahisələndirilməli olan sərəncamın ləğvi ilə əlaqədar müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etməkdən ötrü qanunla nəzərdə tutulmuş müddəti ötürmüş, yalnız sərəncamın qəbul edildiyi və iddiaçıya təqdim olunduğu vaxtdan (25 dekabr 1997-ci il) 23 ildən çox vaxt keçdikdən sonra, yəni 01.12.2021-ci il tarixdə hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkün sayılmamalıdır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı mənzil növbəsinə bərpa olunması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-4190/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4190/2022
25.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver