Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4191/2025 27.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X11 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 0.012350 ha torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla bu barədə çıxarış verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı daha sonra məhkəməyə ərizə təqdim edərək torpaq sahəsinin ölçüsünün 290 kv.m kimi nəzərə alınmasını xahiş etmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Bu barədə DƏDRX-dən iddiaçıya xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İddiaçı həmin fərdi yaşayış evini xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X3 almışdır. Lakin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətindədir və iddiaçıya istifadə hüququ verilmişdir. Hazırda isə iddiaçı həmin torpaq sahəsinin də xüsusi mülkiyyətinə verilməsini istəyir. İddiaçı bu məqsədlə torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliy i yanında X21 Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətə əsasən xx.xx.2024-cü il tarixində verilmiş imtina məktubunda bildirilmişdir ki, “qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evinin bir hissəsi 1 1.07.2003-cü il tarixli, 183318 nömrəli müqaviləyə əsasən X5 adma qeydiyyata alınmış, sonradan İddiaçı adına özgəninkiləşdirilmiş, həmin müqavilələrdə torpaq sahəsinin satılması qeyd edilməmişdir. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair əvvəlki mülkiyyətçinin adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-4912D nömrəli şəhadətnamə mövcuddur. Odıır ki, torpaq sahəsi üzərində hüquqların iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı notariat qaydasında təsdiq edilmiş müqavilə təqdim edilməlidir”. İddiaçı hesab edir ki, cavabdeh orqanın imtinası qanunsuz və əsassızdır.
4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evinin bir hissəsi xx.xx.2003-cü il tarixli, 183318 nömrəli müqaviləyə əsasən X5 adına qeydiyyata alınmış, sonradan sizin adınıza özgəninkiləşdirilmiş, həmin müqavilələrdə torpaq sahəsinin satılması qeyd edilməmişdir. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair əvvəlki mülkiyyətçinin adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN- 4912D nömrəli şəhadətnamə mövcuddur. Odur ki, torpaq sahəsi üzərində hüquqların İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı notariat qaydasında təsdiq edilmiş müqavilə təqdim edilməlidir. Bundan başqa, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsinin yaxınlığından yeraltı orta təzyiqli qaz xətti keçir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 88.3-cü maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri” qaydalarının 2.7-ci bəndinin tələblərinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir və boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.
5. Cavabdeh tərəfindən təqdim edilmiş yazılı etirazda qeyd olunmuşdur ki, İddiaçı “ünvan 1 ünvanında yerləşən 0,012350 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarış verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ********** ərizə ilə İdarəyə müraciət etmiş və **********79 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evinin bir hissəsi xx.xx.2003-cü il tarixli, 183318 nömrəli müqaviləyə əsasən X5 adına qeydiyyata alınmış, sonradan iddiaçının adına özgəninkiləşdirilmiş, həmin müqavilələrdə torpaq sahəsinin satılması qeyd edilməmişdir. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair əvvəlki mülkiyyətçinin adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-4912D nömrəli şəhadətnamə mövcuddur. Odur ki, torpaq sahəsi üzərində hüquqların iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı notariat qaydasında təsdiq edilmiş müqavilə təqdim edilməlidir. Bundan başqa, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsinin yaxınlığından yeraltı orta təzyiqli qaz xətti keçir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 88.3-cü maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri” qaydalarının 2.7-ci bəndinin tələblərinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir və boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsini xahiş edilir.
6. Reyestrdə 4Ə-472 nömrə ilə qeyd olunan xx.xx.2021-ci il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsinə əsasən satıcı X12 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X26 küçəsi, 11 ünvanında yerləşən ümumi sahəsi 200.08 kv.m, yaşayış sahəsi 136.85 kv.m, yardımçı sahəsi 63.23 kv.m olan 7 otaqlı fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus hissəsini – A tikilisi tam hissə 95.53 kv.m, 3 otaq alıcı İddiaçı mülkiyyətinə vermişdir.
7. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adına xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır.
8. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı adına xx.xx.2021-ci il tarixli Texniki Pasport tərtib olunmuşdur.
9. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xudat Məlik-Aslan küməsi, 11 ünvanına dair tərtib edilmiş bölgü sxeminə əsasən İddiaçı məxsus A tikilisinin və torpağın sahəsi 290 kv.mdir.
10. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) Aktına əsasən torpaq sahəsinin hüquq müəyyənedici sənəd üzrə ölçüsü 290 kv.m təşkil edir. Torpaq sahəsinin perimetrik ölçülərində fərq var, sahəsi 12,7 kv.m artıqdır. Həyətyanı sahədə St/a=9,0 kv.m mətbəx inşa edilmişdir.
11. Torpağın mülkiyyətə verilməsinə dair JN-4912D nömrəli Şəhadətnaməyə əsasən Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 1314 saylı Sərəncamı ilə 0.06 hektar fərdi yaşayış evi tikilməsi üçün Biləcəri qəsəbəsində yerləşən torpaq sahəsi X4 mülkiyyətinə verilmişdir.
12. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə X13 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
13. Məhkəmənin hazırki iş üzrə xx.xx.2025-ci il tarixli Qərardadı ilə X6 iş üzrə üçüncü şəxs qismində prosessual iştirakına xitam verilmişdir.
14. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin olunmasını xahiş etdi.
15. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin olunmamasını xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
16. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
17. İddia mümkündür.
III.Məhkəmənin mövqeyi
18. X23 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
19. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).
20. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
21. X28 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
23. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
24. Məhkəmə ilkin olaraq müəyyən edir ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə dair xüsusi mülkiyyət hüququnun İddiaçı adına qeydiyyata alınması işin mübahisəsiz halıdır. Belə ki: - Reyestrdə 4Ə-472 nömrə ilə qeyd olunan xx.xx.2021-ci il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsinə əsasən satıcı X12 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X26 küçəsi, 11 ünvanında yerləşən ümumi sahəsi 200.08 kv.m, yaşayış sahəsi 136.85 kv.m, yardımçı sahəsi 63.23 kv.m olan 7 otaqlı fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus hissəsini – A tikilisi tam hissə 95.53 kv.m, 3 otaq alıcı İddiaçı mülkiyyətinə vermişdir. - ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı adına xx.xx.2021-ci il tarixli Texniki Pasport tərtib olunmuşdur. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adına xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır.
25. İddia ərizəsinin məzmunundan aydın olur ki, İddiaçı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin altındakı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb edir.
26. Cavabdeh orqan imtinanın dəlili olaraq qeyd etmişdir ki, Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair əvvəlki mülkiyyətçinin adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-4912D nömrəli şəhadətnamə mövcuddur. Odur ki, torpaq sahəsi üzərində hüquqların iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı notariat qaydasında təsdiq edilmiş müqavilə təqdim edilməlidir.
27. Mülki Məcəllənin 243.2-ci maddəsinə əsasən, özgə torpaq sahəsində yerləşən daşınmaz əmlaka mülkiyyət hüququ başqa şəxsə keçərkən, o, torpaq sahəsinin müvafiq hissəsindən istifadə hüququnu daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi ilə eyni şərtlərlə və eyni həcmdə əldə edir. Torpaq sahəsinə mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisinin sahədən istifadə hüququnun xitamı və ya dəyişdirilməsi üçün əsas deyildir.
28. Torpaq Məcəlləsinin 88-ci maddəsinin 1-ci hissəsinə əsasən, tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir.
29. Məhkəmə nəzərə alır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini xx.xx.2021-ci il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsi əsasında X3 almışdır və hazırda fərdi yaşayış evinə dair İddiaçı xüsusi mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış mövcuddur. Odur ki, İddiaçı daşınmaz əmlakı (fərdi yaşayış evi) X2 aldığından fərdi yaşayış evinin altında yerləşən torpaq sahəsi üzərində hüquqlar da ona keçmişdir.
30. Məhkəmə nəzərə alır ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin bir hissəsi ilkin olaraq əvvəlki mülkiyyətçilər X9, X16, X20, X18, X19 tərəfindən xx.xx.2003-cü il tarixli, 183318 nömrəli müqaviləyə əsasən X1. Fərdi yaşayış evi X5 adına qeydiyyata alınarkən fərdi yaşayış evinin altında yerləşən torpaq sahəsinə dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Odur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvan 6 ünvanına dair tərtib olunmuş Bölgü Sxemində İddiaçı və əvvəlki mülkiyyətçilər X7, X10, X17, X14, X15 məxsus torpaq sahəslərinin bölgüsü təsvir edilmişdir (bölgü sxemində əvvəlki mülkiyyətçilərin və iddiaçının imzası mövcuddur).
31. Məhkəmə müəyyən edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvan 6 ünvanına dair tərtib olunmuş Bölgü Sxeminə əsasən İddiaçı məxsus torpaq sahəsinin ölçüsü 290 kv.m qeyd edilmişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) Aktına əsasən torpaq sahəsinin hüquq müəyyənedici sənəd üzrə ölçüsü 290 kv.m təşkil edir. İddiaçı ünvan 2 ünvanında yerləşən 290 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etmişdir. Odur ki, ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin ölçüsü ilə bağlı hər hansı mübahisə yoxdur.
32. Məhkəmə qeyd edir ki, mübahisələndirilən torpaq sahəsi xx.xx.2021-ci il tarixdən (ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi əsasında iddiaçıya satıldığı tarixdən) İddiaçı istifadəsinə olmuşdur, torpaq sahəsi ilə bağlı hər hansı mübahisə yaranmamışdır və ya torpaq sahəsinə dair hər hansı digər şəxsin tələbi olmamışdır.
33. Cavabdeh imtinanın digər dəlili olaraq qeyd etmişdir ki, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsinin yaxınlığından yeraltı orta təzyiqli qaz xətti keçir.
34. Məhkəmə bununla bağlı qeyd edir ki, cavabdeh orqan qeyd edilən halı təsdiqləyən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda mübahisələndirilən torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi uzun illər digər fiziki şəxslərin xüsusi mülkiyyətdə olmuş, sonradan iddiaçının adına özgəninkiləşdirilmişdir (qeyd edilən hal cavabdeh tərəfindən təsdiqlənmişdir).
35. Məhkəmə hesab edir ki, fərdi yaşayış evinə dair xüsusi mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı təqdirdə, həmin fərdi yaşayış evinin altındakı torpaq sahəsinə dair xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsi qanuni deyil.
36. Məhkəmənin hazırki iş üzrə mövqeyi “vahid daşınmaz əşya” və “vahid mülkiyyət obyekti” anlayışlarına əsaslanır.
37. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.
245. ...Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir.
38. Məhkəmə hesab edir ki, şəxsin fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları qeydə alındığı təqdirdə həmin evin altındakı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtina edilməsi qeyd edilən yanaşmaya (“vahid daşınmaz əşya” və “vahid mülkiyyət obyekti”) əsasən qanuni hesab edilə bilməz. Belə ki, şəxsin xüsusi mülkiyyətində olan fərdi yaşayış evi məhz onun isifadəsi üçün zəruri olan torpaq sahəsinin üzərində yerləşir və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) daşınmaz əşyadır. Eyni zamanda torpaq sahəsi üzərində hüquqlar qeydiyyata alınarkən torpaq sahəsinin üzərində yerləşən daşınmaz əmlak və həmin daşınmaz əmlakın istifadəsi üçün zəruri olan sahə nəzərə alınmaldır.
39. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X28 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.
40. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
41. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
42. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
43. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin altındakı 290 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınması və adına çıxarışın verilməsi öhdəliyin öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva