Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4193/2020 17.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı direktoru X2, nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı qərarın ləğv edilməsi barədə iddia tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) (bundan sonra mətndə Bakı şəhəri LGBİ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri LGBİ-nin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********198027 nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri LGBİ-nin xx.xx.2019-cu il tarixli **********174300 saylı qərarı ilə İddiaçı MMC-nin fəaliyyəti oktyabr 2017-noyabr 2018 vergi dövrlərini əhatə edən və xx.xx.2019-cu ildə başlayan növbəti səyyar vergi yoxlamasının nəticələri 1 dəfə yoxlama müddətinin 30 gün uzadılması (xx.xx.2019-cu il tarixli qərar), 7 dəfə yoxlama müddətinin 224 gün dayandırılması (xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019 və xx.xx.2019-cu il tarixli qərarlar) və 1 dəfə əlavə vergi yoxlamasının 30 iş günü ərzində keçirilməsindən (xx.xx.2019-cu il tarixli qərar), ümumilikdə, 369 gündən sonra xx.xx.2020-ci il tarixdə **********181802 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Ona cəmi 2.055.610,17 manat (2017: mənfəət vergisi 70.902,66 manat, əlavə dəyər vergisi 258.144,18 manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən 56.865,11 manat, məcburi dövlət sosial sığorta haqqı 61.875,15 manat, 2018: əlavə dəyər vergisi 1.052.560,76 manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən 269.804,93 manat, məcburi dövlət sosial sığorta haqqı 274.478,24 manat və işsizlik sığortası 10.979,13 manat) məbləğində vergidən yayınma məbləği hesablanmış, 1.027.805,11 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Əlavə vergi və sığorta məbləğlərinin hesablanmasına əsas xx.xx.2018-ci il tarixdə Cəmiyyətdə keçirilən operativ vergi nəzarəti tədbiri zamanı götürülmüş “sübutlar” olmuşdur. Bundan başqa qeyd edilir ki, səyyar vergi yoxlaması müddəti Azərbaycan Respublikası Vergi Məcəlləsinin ("VM") 38.2 və 38.7-ci maddələri ilə tənzimlənir. Cəmiyyətdə aparılan yoxlama zamanı bu maddələrin mahiyyəti və məzmunundan sui-istifadə olunaraq, təqvim günü iş günü kimi tətbiq edilmişdir. Belə ki, VM-nin 38.2-ci maddəsinin 2-ci abzasında qeyd edilmişdir ki, səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Göründüyü kimi VM-nin bəzi müddəalarından fərqli olaraq, bu maddədə iş günü ifadəsi işlədilməmişdir. Lakin səyyar vergi yoxlamasının təyini, müddətinin artırılması və əlavə vergi yoxlaması tədbirinin təyin olunması qərarlarında düzgün olmayaraq iş günü ifadəsi qeyd edilmişdir. Vergi orqanı bu yanaşmasını VM-nin 38.4-cü maddəsi ilə əlaqələndirməsi hüquqi məntiqdən kənar olmaqla yanaşı sözügedən maddənin məzmununu da təhrif edir. Aktın 1.9.4 və 1.9.5-ci bəndlərində mütəxəssis və ekspert rəyinə zərurətin olmadığı aydın şəkildə göstərildiyi və VM-nin 38.7-ci maddəsində sadalanan hallardan heç biri mövcud olmadığı halda, səyyar vergi yoxlaması 7 dəfə dayandırılmışdır (təxirə salınmışdır). Beləliklə, göründüyü kimi Cəmiyyətdə aparılan səyyar vergi yoxlaması qanunsuz, əsassız və lüzumsuz olaraq 365 gün ərzində aparılmışdır. Səyyar vergi yoxlaması müddətinin dayandırıldığı müddət ərzində vergi müfəttişi sənədləri tələb etməkdə davam etmiş, Cəmiyyət isə həmin sənədləri xx.xx.2019 və xx.xx.2019- cu il tarixlərdə vergi müfəttişinin rəsmi elektron poçtuna ünvanlamışdır. Bu hal isə bir daha onu təsdiq edir ki, səyyar vergi yoxlaması müddətinin dayandırılması formal xarakter daşımışdır. Digər qanun pozuntusu isə əlavə vergi yoxlaması tədbirinin təyin olunması zamanı baş vermişdir. Belə ki, Cəmiyyətin direktorunun xx.xx.2019-cu il tarixli akta etirazının xx.xx.2019-cu il tarixdə vergi idarəsində müzakirəsi ilə əlaqədar tərtib olunmuş protokolun nəticə hissəsində araşdırma zamanı vergi ödəyicisinin etirazının öz əksini tapmadığı qeyd edilsə də, vergi idarəsinin "Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında" xx.xx.2019-cu il tarixli Qərarının təsviriəsaslandırıcı hissəsində guya daxil olmuş sənədlərin düzgünlüyünün yerində araşdırılma zərurəti yarandığı göstərilmişdir. Göründüyü kimi yuxarıda göstərilən protokol və qərar birbirini təkzib etməkdədir. Cəmiyyətə əlavə olaraq hesablanan və tətbiq olunan maliyyə sanksiyalarının əsasını xx.xx.2018-ci il tarixdə operativ vergi nəzarəti tədbiri zamanı guya Cəmiyyətdən götürülmüş USB fləş-kartdakı məlumatlar təşkil etmişdir. İddia ərizəsinin “Operativ vergi nəzarəti" hissəsi § 2-də həmin "sübut"ların qanunsuzluğu ətraflı izah edilmişdir. Vergi idarəsi tərəfindən 17-xx.xx.2017-ci il tarixlərində Cəmiyyətdə aparılmış xronometraj metodu ilə müşahidə nəticəsində orta günlük satış dövriyyəsi 5.556,64 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli, 10 nömrəli Qərarı ilə təsdiq edilmiş "2017-ci il üçün iş vaxtının norması"na əsasən 2017-ci ildə beşgünlük iş həftəsində 241 iş günü təsbit edilmişdir. Sadə riyazi hesablama ilə 2017-ci il üçün təqribi dövriyyə 1.339.150 manat təşkil edəcəkdir. Vergi idarəsi ödənilməli olan verginin məbləğini VM-nin 67.1.8-ci maddəsi ilə təsbit edilmiş xronometraj müşahidənin nəticəsi barədə əlaqəli məlumatdan istifadə edərək hesablamaq hüququ olduğu halda, əsassız və həqiqəti əks etdirməyən "sübutlar”a istinad edərək hesablamışdır. Azərbaycan Respublikasının “İnzibati icraat haqqında" Qanununun ("Qanun") 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. VM-nin 50.2-ci maddəsində operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar təsbit edildiyi, həmçinin VM-nin 50.3-cü maddəsində operativ vergi nəzarətinin vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirildiyi qeyd edildiyi halda, xx.xx.2018-ci il tarixdə cəmiyyətə təyin edilən operativ vergi nəzarəti tədbirinin keçirilməsi haqqında qərarda heç bir əsas göstərilməmişdir. Cəmiyyətdən sənədlərin götürülməsi bir sıra qanun pozuntuları ilə müşayiət olunmuşdur. Eyni tarixdə və eyni vaxtda həm sənədlərin təqdim olunması haqqında tələbnamənin, həm də sənədlərin götürülməsi haqqında qərarın verilməsi vergi orqanının məramını bəlli edir. "Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2019-cu il tarixli Tələbnamənin 1-ci bəndində qeyd olunan sənədlərin 1 iş günü müddətində operativ vergi nəzarəti keçirən vəzifəli şəxslərə və ya Vergi X1 Departamentinə təqdim edilməsi göstərişinə əməl edərək, tələb olunan sənədlərə çıxış və tanış olmaq imkanı yaratmışlar. Lakin vergi müfəttişləri qanunu pozaraq və səlahiyyət hədlərini aşaraq, operativ vergi nəzarəti tədbrinin əhatə etdiyi məsələlərə, yəni: Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət edilməsi; Lisenziya tələb olunan fəaliyyət növləri ilə belə lisenziya olmadan məşğul olması; Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi; pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına və malların VM ilə müəyyən edilən qaimə-faktura və ya elektron vergi hesab-faktura əsasında alınmasına nəzarət edilməsinə heç bir aidiyyəti olmayan, 2014-2018-ci illəri əhatə edən bütün sənədləri (siyahı əlavə olunur) götürmüşlər. Halbuki, VM-nin 43.5, 50.5 və 50.6-cı maddələrinə görə zəruri olamayan sənədlərin və nümunə kimi əşyaların götürülməsi qadağandır. Sənədlərin əslini götürməklə, vergi müfəttişləri həm də VM-nin 43.3-cü maddəsinin tələblərini pozmuşlar. Həmin maddədə qeyd edilir ki, sənədlərin vergi ödəyicisi tərəfindən təsdiq edilmiş surətləri götürülür. Hazıradək götürülmüş sənədlərin yalnız bir hissəsi geri qaytarılmışdır. Aktda istinad edilən və əlavə vergi və sığorta ödənişlərinin hesablanmasına əsas olan və götürülməsi zamanı yol verilən ciddi qanun pozuntuları təsdiq edir ki, elektron sənədlər həqiqəti əks etdirmir və mötəbər deyil. Elektron sənədlərin götürülməsi zamanı Cəmiyyətin direktoru daxil digər məsul işçiləri, hətta müşahidəçilər belə qapı arxasında saxlanılmış və prosesin gedişatı barədə heç bir məlumatları olmamışdır. Elektron sənədləri özündə ehtiva edən və məlum olmayan USB fləş-kartın qablaşdırılmasında, autentikliyinin təmin olunmasında və tədqiqində də Cəmiyyətin heç bir əməkdaşı iştirak etməmişdir. Məlum olduğu kimi VM-nin 43.6, 50.5 və 50.6-cı maddələrinə əsasən sənədlərin və nümunə kimi əşyaların götürülməsi sənədləri və əşyaları götürülən şəxslərin və (və ya) nümayəndələrinin iştirakı ilə həyata keçirilir. Vergi orqanı elektron sənədlərin guya Cəmiyyətin baş mühasibinin və xəzinədarının iştirakı ilə götürüldüyünü və baş mühasibin və xəzinədarın imzalamaqdan imtina etdiyini əks etdirən, məlum olmayan "akt"la rəsmiləşdirmişlər. Digər qanunsuz "akt"la isə fləş-kartın açılmasında guya Cəmiyyətin direktoru və baş mühasibinin iştirakdan imtina etdiyini sənədləşdirmişlər. Göstərilən hallar ilk dəfə xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlaması aktının 5-ci səhifəsindən məlum olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Bakı şəhəri LGBİ məhkəməyə təqdim etdiyi xx.xx.2020-ci il tarixli **********611700 №li iddiaya dair yazılı etirazında göstərmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.3-cu maddəsilə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət va digər binalarında (ərazisində) qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxışın keçirilməsi vergi orqanlarının hüquqlarına aid edilmişdir. Eyni zamanda Vergi Məcəlləsinin 41.1 -ci maddəsinə əsasən, səyyar vergi yoxlamasını keçirən vergi orqanlarının vəzifəli şəxsinin yoxlamanın dolğun və obyektiv keçirilməsi üçün bütün halların ayırd edilməsi məqsədi ilə vergi yoxlaması keçirilən vergi ödəyicisinin ərazisinin, binalarının, habelə sənədlərinin və əşyalarının həmin orqanın əsaslandırılmış qərarı əsasında baxış keçirmək hüququ vardır. Ləğv olunmuş Vergilər Nazirliyi yanında Bakı şəhəri X3 “Səyyar vergi yoxlamasının keçirilməsi” haqqında xx.xx.2019-cu il tarixli **********174300 nömrəli qərarına əsasən İddiaçı MMC-də (VÖEN **********) səyyar vergi yoxlaması (yoxlanılan dövr-xx.xx.2017-xx.xx.2018) təyin edilmişdir. Səyyar vergi yoxlamasının nəticəsi üzrə xx.xx.2020-ci il tarixli **********181802 akt tərtib olunmuşdur. İddiaçı MMC yoxlanılan dövrdə AZ 1023, ünvan 1 ünvanında fiziki şəxsdən icarəyə götürülmüş 4706,2 kv.m qeyri yaşayış sahəsində xx.xx.2016-cı il tarixli, 200/2016 seriyalı, 088252 nömrəli lisenziya əsasında özəl tibb xidməti fəaliyyəti ilə məşğul olmuşdur. Vergilər Nazirliyinin Vergi X1 Baş İdarəsinin (VCİABİ) əməkdaşlar VCİABİ-nın “Sənədlərin və numunə kimi əşyaların ğötürülməsi haqqında” xx.xx.2018-ci il tarixli **********7433 saylı qərarına əsasən İddiaçı MMC-nin tibbi xidmətlər göstərdiyi AZ 1023, ünvan 2 ünvanında mühasibatlığın, xəzinədarlığın və qeydiyyat şöbəsinin kompyuterlərindən elektron fayllar fləşkarta yüklənərək götürülmüş və bu barədə xx.xx.2018-ci tarixli akt yazılmışdır. Bundan əlavə VCİABİ əməkdaşları tərəfindən müşahidəçilərin iştirakı ilə müəssisəyə məxsus sənədlər 2 karton qutuda qablaşdırılaraq götürülmüş və bu barədə akt tərtib edilmişdir. Vergi yoxlaması müəssisənin ilkin mühasibat sənədlərinə, müəssisədən VCİABİ əməkdaşları tərəfindən sənədlərin götürülməsi zamanı müəssisənin mühasibatlıq, xəzinədarlıq və qeydiyyat şöbəsinə məxsus kompüterlərdən fləşkarta yüklənərək götürülmüş elektron fayllarda (Kassa AYA adlı fayl) qeyd edilən satış əməliyyatlarından müəssisənin kassasına daxil olmuş pul vəsaitlərinə, müəssisənin faktiki gəlirlərinə, ƏDVnin depozit hesabı üzrə aparılmış əməliyyatlar barədə Vergilər Nazirliyinin baza məlumatlarına, müəssisə bank hesabları üzrə apardığı əməliyyatlar barədə hesabları yerləşdiyi banklardan alınmış məlumatlara əsasən aparılmışdır. Yuxarıda qeyd edildiyi kimi, Vergilər Nazirliyi yanında VCİABİ-nin əməkdaşları tərəfindən müəssisədən sənədlərin götürülməsi zamanı kompüterlərdən fləşkarta yüklənərək götürülmüş elektron fayllarda müəssisənin kassasına daxil olmuş pul vəsaitlərinin müəssisədə aparılan mühasibat uçotunda əks etdirilməməsi, həmin əməliyyatlar üzrə dövriyyələrin təqdim edilmiş vergi bəyannamələrində öz əksini tapmaması müəyyən edilmişdir. Həmin elektron faylların araşdırılması nəticəsində müəssisəyə 2.055,61 min manat əlavə vəsait hesablanmışdır. Müəssisənin mənfəət vergisi məqsədləri üçün ümumi gəlirin 2017-ci il üzrə 2230322,58 manat təşkil etdiyi müəyyən edilmişdir. Malların və xidmətlərin alış sənədləri təqdim edilmədiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək 70.902,67 manat əlavə mənfəət vergisi hesablanmışdır. Götürülmüş elektron fayllara əsasən vergi ödəyicisinin xəzinəsinə xx.xx.2017-xx.xx.2018-ci il tarixlərində 8534295,42 manat vəsait daxil olmuşdur (təsisçidən və bankdan daxil olmalar istisna olmaqla). Eyni zamanda yoxlanılan dövr ərzində müəssisənin banklarda olan hesablaşma hesablarına pos terminal vasitəsilə 174016,93 manat (ƏDV-li) və digər müəssisələrdən tibbi xidmətlərə görə 637005,67 manat (ƏDV-siz) vəsait daxil olmuşdur. Müəssisənin yoxlama ilə əhatə olunan xx.xx.2017xx.xx.2018-ci il tarixlərdə kassa və bankda olan hesablaşma hesabına 8534295,42+174016,93+751666,69 (637005,67+637005,67*18%)=9459979,04 manat (ƏDV-li) vəsait daxil olmuşdur. Müəssisə xx.xx.2017-xx.xx.2018-ci il tarixlərdə təqdim etdiyi hesabatlara əsasən dövriyyəsi 867,58 min manat (ƏDV ilə) olmuşdur. Vergi ödəyicisinin həmin dövr ərzində xəzinəsinə və bankda olan hesablaşma hesablarına daxil olmuş 9459979,04-867579,99=8592399,05 manat pul vəsaitləri təqdim olunmuş hesabatlarda əks etdirilməmişdir. Yoxlama ilə vergi ödəyicisi tərəfindən xx.xx.2017xx.xx.2018-ci il tarixlərdə bəyannamələrdə göstərilməyən 8592399,05 manat dövriyyədən 1310704,94 manat əlavə ƏDV (8592399,05:118x18) hesablanmışdır. Götürülmüş elektron fayllara (Kassa AYA adlı fayl) əsasən vergi ödəyicisi tərəfindən kassadan 2017-ci ilin oktyabr ayında 77274,88 manat, noyabr ayında 705988,65 manat, dekabr ayında 120107,06 manat, 2018-ci ilin yanvar ayında 125327,65 manat, fevral ayında 121906,33 manat, mart ayında 152711,99 manat, aprel ayında 184566,2 manat, may ayında 181043,98 manat, iyun ayında 158070,11 manat, iyul ayında 81061,57 manat, avqust ayında 162470,17 manat, sentyabr ayında 156002,44 manat, oktyabr ayında 162024,88 manat - ümumilikdə 1788555,91 manat həkimlərə əmək haqqı və faiz kimi ödənişlərin edildiyi müəyyən edildi. Kassadan həkimlərə ödənilmiş 1788555,91 manat əmək haqqından Vergi Məcəlləsinin 101.1 maddəsinə əsasən 338159,19 manat vergi hesablandı. Vergi ödəyicisi tərəfindən xx.xx.2017-ci ii tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrdə hesablanmış 11489,26 manat MÖMV nəzərə alınmaqla, əlavə 338159,30- 11489,26=326670,04 manat MÖMV hesablanmışdır. Yoxlama zamanı götürülmüş elektron fayllara (Kassa AYA adlı fayl) əsasən 2017-ci ilin 4-cü, 2018-ci ilin 1-ci, 2-ci və 3-cü rüblərində hesablanmış 1626531,03 manat əmək haqqı fondundan 25 faizlə 406632,78 manat sosial müdafiə fonduna ayırmalar hesablanmışdır. Ödəyici tərəfindən məcburi dövlət sosial sığorta üzrə 2017-ci ilin 4-cü, 2018-ci ilin 1-ci, 2-ci və 3-cü rübləri üzrə təqdim edilmiş hesabatlarda hesablanmış 70279,39 manat nəzərə alınaraq yoxlama ilə DSMF-yə 406632,78-70279,39=336353,39 manat əlavə məbləğ hesablanmışdır. Eyni zamanda yoxlama zamanı 2018-ci ilin 1-ci, 2-ci və 3-cü rüblərində 1323160,44*1 %=13231,6 manat işsizlikdən sığorta haqqı hesablanmışdır. Ödəyici tərəfindən təqdim edilmiş hesabatlarda hesablanmış 2252,47 manat işsizlikdən sığorta haqqı nəzərə alınmaqla, 13231,6- 2252,47=10979,13 manat əlavə işsizlikdən sığorta haqqı hesablanmışdır. Yoxlama zamanı bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən mənfəət vergisinin 70902,67 manat, əlavə dəyər vergisinin 1310704,94 manat, MÖMV-nin 326670,04 manat, məcburi dövlət sosial sığorta üzrə 336353,39 manat, işsizlikdən sığorta haqqı üzrə 10979,13 manat, ümumilikdə vergi məbləğinin 2055610,17 manat azaldılması müəyyən edilmiş, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50% miqdarında, yəni 1027805,11 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif olunmuşdur. Belə ki, yoxlamada vergilərin hesablanması üçün istifadə olunmuş, Vergilər Nazirliyi yanında Vergi X1 Departamentinin (hazırkı Vergilər Nazirliyinin Vergi X1 Baş İdarəsi) əməkdaşları tərəfindən sahibkardan götürülmüş aparılmış əməliyyatları əks etdirən “qara mühasibatlıq” sənədlərində sahibkarın yoxlanılan dövrdə real dövriyyəsinin ilkin mühasibat sənədlərində əks etdirilmiş analoji göstəricilərindən dəfələrlə artıq olduğu müəyyən edilmişdir. İddiaçı isə öz iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh əsassız və həqiqəti əks etdirməyən elektron sənədlərə aid sübutlara istinad edərək iddiaçıya əlavə vergiyə cəlb edilən dövriyyə müəyyən etmişdir. İddiaçının göstərdikləri ilə əlaqədar bildirilir ki, iddiaçının da qeyd etdiyi kimi, Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı- vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Həmin Məcəllənin 16.1.3-cü maddəsinə əsasən, qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. İddiaçının özü də iddia ərizəsində Vergi Məcəlləsinin və digər normativ hüquqi aktların bir sıra müddəalarına istinad etsə də, yoxlama ilə və iddiaçıdan götürülmüş “qara mühasibatlıq” sənədləri ilə müəyyən edilmişdir ki, o, öz gəlirlərinin və xərclərinin uçotunu məqsədli şəkildə həmin normaların tələblərinə uyğun aparmamışdır. Buna baxmayaraq, iddiaçı öz iddia ərizəsində vergilərin yalnız göstərilən normaların tələbləri əsasında rəsmiləşdirilən sənədlər əsasında hesablanmalı olmasını bildirərək, bu normaların tələblərinə riayət edilmədən gizlədilmiş əməliyyatlara dair vergilərin hesablanmasını əsassız hesab etmişdir. İddiaçının ikili mühasibatlıq aparması bir daha onu sübut edir ki, iddiaçının məqsədi vergidən yayınmaq olmuş, ona görə də yoxlama zamanı müəyyən edilmiş əməliyyatları qara mühasibatlıqda əks etdirərək uçotdan yayındırmış və həmin əməliyyatları bəyan etməməklə xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmışdır. Operativ vergi nəzarəti zamanı iddiaçıdan götürülmüş sənədlərlə müəyyən edilir ki, iddiaçının yoxlamanın əhatə etdiyi dövr üzrə vergi orqanına təqdim etdiyi bəyannamə məlumatları həqiqəti əks etdirməmişdir. İddiaçının ikili mühasibatlıq apararaq vergi tutulan əməliyyatları vergi orqanına bəyan etməməsi və əməliyyatların uçotunu “qara mühasibatlıq”da əks etdirməsi, iddiaçını həmin əməliyyatlara görə hesablanmalı vergiləri dövlət büdcəsinə ödəməsi vəzifəsindən azad edilməsi əsası kimi baxıla bilməz. İddiaçı iddia ərizəsində ikili mühasibatlıq aparmasının səbəblərini əsaslandıra bilməmiş, sadəcə əldə edilmiş qara mühasibatlıq sənədlərinin rəsmi sənəd olmamasını qeyd etməklə məsuliyyətdən yayınmağa çalışmışdır. Həmçinin iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, yoxlama bir sıra prosessual pozuntularla aparılaraq qaunvericilikdə nəzərdə tutulmuş müddətlərdən artıq müddətdə aparılmışdır. Qeyd olunanlarla bağlı bildirilir ki, Vergi Məcəlləsinin 70.3-cü maddəsinə görə, vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Bildirilir ki, yoxlama nəticəsində vergi ödəyicisinin hərəkətlərində (hərəkətsizliyində) Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayət xarakterli faktlar aşkar olunduğundan, iş üzrə materiallar müvafiq tədbirlər görülməsi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi X1 Baş İdarəsinə göndərilmiş və xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 213.3cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən, vergi orqanları bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququna malikdirlər. Vergi Məcəlləsinin 24.0.1 -ci maddəsinə əsasən, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Vergi Məcəlləsinin 70.3-cü maddəsinə görə, vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə görə, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci və 48-ci maddələrini nəzərə alaraq, məhkəmədən İddiaçı MMC-nin cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsinə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin direktoru X4 və iddiaçının nümayəndəsi və vəkili-Vəkil ayrı-ayrılıqda iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 iddia tələbinə dair yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). İş materialları ilə müəyyən edilir ki; İddiaçı MMC hüquqi şəxs kimi xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və ona bu barədə müvafiq Şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi X1 Departamentinin (bundan sonra mətndə VCİAD) xx.xx.2018-ci il tarixli **********7399 saylı “operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən İddiaçı MMC-də (VÖEN **********) Vergi Məcəlləsinin 23, 41 və 50-ci maddələrinə əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr əhatə olunmaqla operativ vergi nəzarəti təyin edilmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Çıxarış xx.xx.2018-ci ildə İddiaçı MMC-nin direktoru Vüsal Qarayevə xx.xx.2018-ci ildə rəsmi qaydada imza olunmaqla və cəmiyyətin möhürü vurulmaqla təqdim olunmuşdur. VCİAD-nin xx.xx.2018-ci il tarixli **********7433 saylı “sənədlərin və nümunə kimi əşyaların götürüməsi haqqında” Qərarına əsasən İddiaçı MMC-nin (VÖEN **********) “nəzarət kitabçası”nın, malların VM ilə müəyyən edilən QF və ya EQF və ya elektron VHF əsasında alınmasını təsdiq edən sənədlərin, şəxsiyyət vəsiqəsinin surətinin, fəaliyyətini həyata keçirdiyi obyekt barədə mülkiyyət və istifadə hüququnu təsdiq edən sənədlərin, gəlir və xərcin uçotuna dair mühasibatlıq sənədlərinin və həmin sənədlərin elektron daşıyıcıda surətlərinin, komputer prosessorlarının, notebookların, fiziki şəxslərlə bağlanmış əmək müqaviləsi bildirişlərinin ƏƏSMN-nin elektron informasiya sistemində qeydiyyatı barədə məlumatların, xidmət müqavilələrinin, digər zəruri sənədlərin və əşyaların götürülməsinin həyata keçirilməsi qərara alınmış, həmin tarixdə protokol tərtib olunaraq əmək müqavilələrinin bağlanması haqqında bildirişlərin, elektron məlumatların yaddaş qurğusu vasitəsilə götürülməsi həyata keçirilmişdir. VCİAD-nin xx.xx.2018-ci il tarixli **********7554 saylı “xronometraj metodu ilə müşahidə aparılması haqqında” qərara əsasən İddiaçı MMC-yə məxsus (VÖEN:**********) ünvan 3 mənzil F, G, H, A1, B1 ünvanında xx.xx.2018-ci il tarixindən 15 iş günündən çox olmayan müddətdə xronometraj metodu ilə müşahidə aparılması qərara alınmışdır. “Lisenziya tələb olunan fəaliyyət növləri ilə lisenziya olmadan məşğul olan şəxslərin aşkar edilməsi üzrə operativ vergi nəzarətinin nəticələri haqqında” xx.xx.2018-ci il tarixli VN-12 seriyalı 000065 saylı aktdan görünür ki, heç bir nöqsan aşkar edilməmişdir. “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (konrtaktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar olunması ilə bağlı operativ vergi nəzarətinin nəticəsi haqqında” VN-11 seriyalı 006416 saylı xx.xx.2018ci il tarixli aktdan görünür ki, işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 168 fiziki şəxsdən 108 nəfəri Azərbaycan Respublikasının Əmək Məcəlləsin 49-cu maddəsinin tələbləri pozularaq, əmək müqaviləsi (konrtaktı) hüquqi qüvvəyə minmədən həmin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. “Xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi” barədə VN-14 seriyalı 026695 saylı xx.xx.2018-ci il tarixli yekun aktdan görünür ki, uçot sənədlərinə əsasən müşahidə nəticəsində günlər üzrə xidmətlərin satış dövriyyəsi xx.xx.2018-ci ildə-7957,39 manat, xx.xx.2018-ci ildə-6151,60 manat, xx.xx.2018-ci ildə 8184,12 manat, xx.xx.2018-ci ildə 11876,46 manat, xx.xx.2018-ci ildə -8356,69 manat təşkiş etmiş, xidmətlərin orta günlük satış dövriyyəsi 42526,26/5=8505,25 manat təşkil etdiyi müəyyən edilmişdir. VCİAD-tinin əməkdaşları tərəfindən xx.xx.2018-ci ildə “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” **********7418 saylı tələbnamə xx.xx.2018-ci il tarixdə rəsmi qaydada imza olunmaqla İddiaçı MMC-nin direktoru Vüsal Qarayevə təqdim olunmuşdur. “Elektron fayların götürülməsinə dair aktın imzalanmasından imtina olunması barədə” xx.xx.2018-ci il tarixli aktdan görünür ki, akt İddiaçı MMC-də tərtib olunmuş, mühasibatlığın, xəzinədarlığın və qeydiyyat şöbəsinin komyuterlərindən elektron fayların flaskarta yüklənərək götürülməsi barədə aktı Cəmiyyətin baş mühasibi X9 və xəzinədar X13 imzalamaqdan imtina etmişlər. “Elektron fayların açılmasında iştirakdan imtina barədə” xx.xx.2018-ci il tarixli aktdan görünür ki, İddiaçı MMC-nin rəhbəri X4 və baş mühasib X9 flaskartın açılmasında iştirakdan imtina etmişlər. Bakı şəhəri LGBİ-nin xx.xx.2019-cu il tarixli **********174300 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarı ilə İddiaçı MMC (VÖEN **********) üzrə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanması məqsədi ilə oktyabr 2017-noyabr 2018-ci il dövrlər üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Çıxarışa əsasən qeyd edilən məlumatlar xx.xx.2019-cu ildə elektron sistemdə yerləşdirilmişdir. “Növbəti səyyar vergi yoxlamasının keçirilməsi haqqında” İddiaçı MMC-yə xx.xx.2019-cu ildə **********911600 saylı bildiriş göndərilmiş, həmin bildiriş xx.xx.2019-cu il tarixdə Cəmiyyətin sədri V.Qarayev tərəfindən imzalanaraq qəbul edilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər X3 xx.xx.2019-cu il tarixli **********180796 saylı “sənədlərin və nümunə kimi əşyaların götürüməsi haqqında” Qərarına əsasən İddiaçı MMC-dən (VÖEN **********) xx.xx.2017-xx.xx.2018-ci il tarixədək olan dövr üzlə bank və kassa sənədləri, NKA-“Z” çıxarışları, müvafiq lisenziya, sertifikat və icazələrin surətləri, əsas və sair fəaliyyətdən gəlirləri və onların əldə edilməsi ilə bağlı xərcləri (hər bir xərc maddəsi üzrə) təsdiq edən ilkin sənədlər (o cümlədən kalkulyasiyalar) və elektron fayllar (müqavilələr, vergi hesab fakturaları, təhvil-təslim aktları, ödəniş sənədləri, hesablamalar, material hesabatları, dövriyyə cədvəlləri, baş kitablar, bank və kassa sənədləri, debitor və kreditorlarla hesablaşmaların hərəkətini özündə əks etdirən mühasibat sənədləri, debitor və kreditor borcların siyahısı və s.), əsas vəsaitlərə hesablanmış amortizasiya və təmir normaları haqqında hesablamalar, aparılmış təmir işlərinin yerinə yetirilməsini təsdiq edən aktlar, digər təsdiqedici sənədlər və elektron fayllar, vergi ödəyicisinin balansında və istifadəsində olan torpaq sahələrinin, nəqliyyat vasitələrinin siyahısı, onların mədaxil və məxaricini təsdiq edən sənədlər, icarəyə götürülmüş və icarəyə verilmiş əsas vəsaitlər, əsas vəsaitlərin sığortalanması barədə müqavilələr; idxal-ixrac əməliyyatlarının aparılmasını təsdiq edən sənədlər (yük gömrük bəyannamələri, müqavilələr və digər sənədlər) və elektron fayllar; rezident və qeyrirezident şəxslərlə bağlanmış müqavilələr, ödəniş sənədləri, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin düzgünlüyünün yoxlanması üçün ştat cədvəlləri, əmək müqavilələri, əmək haqqı cədvəlləri, alınmış yardımlar, mükafatlar və sair təsdiqedici ilkin sənədlər və elektron fayllar; DSMF hesabatları və digər vergilərin hesablanmasının və ödəniməsinin düzgünlüyünün yoxlanılması üçün əsas olan ilkin sintetik və analitik uçot sənədləri və elektron faylların götürülməsi həyata keçirilmişdir. “Sənədlərin yoxlamaya tam təqdim olunmaması barədə” xx.xx.2019-cu il tarixli aktdan görünür ki, Bakı şəhəri LGBİ-nin Vergi Auditi idarəsinin təhsil, səhiyyə və mədəniyyət sahələri üzrə şöbəsinin böyük dövlət vergi müfəttişi X10 və iqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət idarəsinin ticarət sahəsi üzrə şöbəsinin dövlət vergi müfəttişi X6 bu aktı "İddiaçı" MMC-nin (VÖEN **********) direktoru X2 iştirakı ilə tərtib etmişlər ondan ötrü ki, Departamentin xx.xx.2019-cu il tarixli **********175436 saylı “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında”xxxx“İddiaçı'' MMC-dən (VÖEN **********) yoxlamanın predmetinə aid xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə müqavilələr, qaiməfakturalar, yük-gömrük bəyannamələri, vergi hesab-fakturaları, təhvil-təslim aktları, ödəniş sənədləri, kassa kitabı dövriyyə cədvəlləri və digər ilkin mühasibat sənədlərinin yoxlamaya təqdim olunması tələb olunmuşdur. Müəssisənin direktoru X4 yoxlamanın predmetinə aid olan sənədlərin VCİAD əməkdaşları tərəfindən xx.xx.2018-ci il tarixində götürüldüyündən, qeyd edilən sənədlərin müəssisədə olmadığını bildirərək yoxlamaya həmin sənədləri sənəd təqdim etməmişdir. Lakin müəssisə tərəfindən Elektron ünvan e-mail ünvanına 2017-2018-ci illər üzrə olan dövriyyələr, dövriyyə xərcləri, kassa və bank dövriyyələri, debitor və kreditorlar barədə məlumatları göndərmişdir. Bakı şəhəri LGBİ–nin xx.xx.2019-cu il tarixli **********182032 saylı qərarı ilə səyyar vergi yoxlaması xx.xx.2019-cu ildən xx.xx.2019-cu il tarixinədək müvəqqəti dayandırılmış; xx.xx.2019-cu il tarixli **********183994 saylı qərarı ilə səyyar vergi yoxlaması xx.xx.2019cu il tarixdən bərpa edilmiş, xx.xx.2019-cu il tarixli **********184062 saylı qərarla yoxlama xx.xx.2019-cu ildən xx.xx.2019-cu il tarixinədək müvəqqəti dayandırılmış, xx.xx.2019-cu il tarixli **********186049 saylı qərarla yoxlama xx.xx.2019-cu il tarixdən bərpa edilmiş, xx.xx.2019-cu il tarixli **********186078 saylı qərarla səyyar vergi yoxlaması xx.xx.2019-cu ildən xx.xx.2019-cu il tarixinədək müvəqqəti dayandırılmışdır. Bakı şəhəri LGBİ-nin xx.xx.2019-cu il tarixli **********187808 saylı qərarı ilə səyyar vergi yoxlaması xx.xx.2019-cu il tarixdən bərpa edilmiş, xx.xx.2019-cu il tarixli **********187819 saylı qərarla yoxlama xx.xx.2019-cu ildən xx.xx.2019-cu il tarixinədək, xx.xx.2019-cu il tarixli **********189392 saylı qərarla isə xx.xx.2019-cu ildən xx.xx.2019-cu il tarixinədək müvəqqəti dayandırılmış, xx.xx.2019-cu il tarixli **********191022 saylı qərarı ilə yoxlama xx.xx.2019-cu il tarixdən bərpa edilmiş, xx.xx.2019-cu il tarixli **********191038 saylı qərarla yoxlama xx.xx.2019-cu ildən xx.xx.2019-cu il tarixinədək müvəqqəti dayandırılmış, xx.xx.2019-cu il tarixli **********192687 saylı qərarla yoxlama xx.xx.2019-cu il tarixdən bərpa edilmiş, xx.xx.2019-cu il tarixli **********192703 saylı qərarla yoxlama xx.xx.2019-cu ildən xx.xx.2019-cu il tarixinədək müvəqqəti dayandırılmış, xx.xx.2019-cu il tarixli **********193476 saylı qərarla yoxlama xx.xx.2019-cu il tarixdən bərpa edilmişdir. “Səyyar vergi yoxlaması”nın nəticəsi xx.xx.2019-cu il tarixli **********181802 nömrəli aktla rəsmiləşdirilmişdir. Həmin aktdan görünür ki, Bakı şəhəri LGBİ-nin əməkdaşları tərəfindən xx.xx.2019-cu il tarixli **********174300 saylı qərara əsasən İddiaçı MMC-də Vergi Məcəllənin 38.2-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanması məqsədi ilə (2017-ci il üzrə əmlak vergisi, 2018-ci il üzrə torpaq vergisi, İV rüb 2017-İİİ rüb 2018-ci illər üzrə ödəmə mənbəyindən tutulan vergi, 2017-ci il üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, oktyabr 2017-ci il-noyabr 2018-ci illər üzrə mədən vergisi, 2017-ci il üzrə mənfəət vergisi, oktyabr 2017-ci il-noyabr 2018-ci illər üzrə aksiz vergisi, oktyabr 2017-ci il-noyabr 2018-ci illər üzrə əlavə dəyər vergisi, İV rüb 2017-ci il -İİİ rüb 2018-ci illər üzrə sadələşdirilmiş vergi üzrə) növbəti vergi yoxlaması aparılmışdır. Yoxlama xx.xx.2019-cu il tarixdə başlanıb, xx.xx.2019-cu il tarixdə başa çatdırılmışdır. “Səyyar vergi yoxlaması aktına baxılma haqqında” xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, xx.xx.2019-cu il tarixli **********181802 saylı səyyar vergi yoxlaması aktının əsassızlığı barədə vergi ödəyicisinin etirazı digər sənədlərlə araşdırılmış və araşdırma zamanı vergi ödəyicisinin etirazı öz əksini tapmamışdır. Bakı şəhəri LGBİ-nin xx.xx.2019-cu il tarixli **********195540 saylı qərarı ilə xx.xx.2019-cu il tarixli **********181802 saylı “əlavə vergi tədbirlərinin həyata keçirilməsi haqqında” qərarına əsasən səyyar vergi yoxlaması aktı üzrə hesablanmış vergilərin düzgünlüyünün daxil olmuş sənədlərlər əsasında yenidən araşdırılması qərara alınmışdır. Yenidən araşdırılmanın nəticəsi xx.xx.2020-ci il tarixli **********181802 nömrəli “səyyar vergi yoxlaması” aktı ilə rəsmiləşdirilmişdir. Həmin aktdan görünür ki, Bakı şəhəri LGBİ-nin əməkdaşları tərəfindən xx.xx.2019-cu il tarixli **********174300 saylı qərara əsasən İddiaçı MMC-də Vergi Məcəllənin 38.2-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanması məqsədi ilə (2017-ci il üzrə əmlak vergisi, 2018-ci il üzrə torpaq vergisi, İV rüb 2017-İİİ rüb 2018-ci illər üzrə ödəmə mənbəyindən tutulan vergi, 2017-ci il üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, oktyabr 2017-ci il-noyabr 2018-ci illər üzrə mədən vergisi, 2017-ci il üzrə mənfəət vergisi, oktyabr 2017-ci il-noyabr 2018-ci illər üzrə aksiz vergisi, oktyabr 2017-ci il-noyabr 2018-ci illər üzrə əlavə dəyər vergisi, İV rüb 2017-ci il -İİİ rüb 2018-ci illər üzrə sadələşdirilmiş vergi üzrə) növbəti vergi yoxlaması aparılmışdır. Yoxlama xx.xx.2019-cu il tarixdə başlanıb, xx.xx.2020-ci il tarixdə başa çatdırılmışdır. Yoxlama ilə müəyyən olunmuşdur ki; İddiaçı MMC yoxlanılan dövrdə ünvan 1 ünvanında fiziki şəxsdən icarəyə götürülmüş 4706,2 kv.m qeyri yaşayış sahəsində xx.xx.2016-cı il tarixli, 200/2016 seriyalı, 088252 nömrəli lisenziya əsasında özəl tibb xidməti fəaliyyəti ilə məşğul olmuşdur. Müəssisənin mənfəət vergisi məqsədləri üçün ümumi gəliri 2017-ci il üzrə 2230322,58 manat təşkil etmişdir. Malların və xidmətlərin alış sənədləri təqdim edilmədiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək 70.902,67 manat əlavə mənfəət vergisi hesablanmışdır. Vergi ödəyicisinin xəzinəsinə xx.xx.2017-xx.xx.2018-ci il tarixlərində 8534295,42 manat vəsait daxil olmuşdur (təsisçidən və bankdan daxil olmalar istisna olmaqla). Eyni zamanda yoxlanılan dövr ərzində müəssisənin banklarda olan hesablaşma hesablarına pos terminal vasitəsilə 174016,93 manat (ƏDV-li) və digər müəssisələrdən tibbi xidmətlərə görə 637005,67 manat (ƏDV-siz) vəsait daxil olmuşdur. Müəssisənin yoxlama ilə əhatə olunan xx.xx.2017-xx.xx.2018-ci il tarixlərdə kassa və bankda olan hesablaşma hesabına 8534295,42+174016,93+751666,69 (637005,67+637005,67*18%)=9459979,04 manat (ƏDV-li) vəsait daxil olmuşdur. Müəssisə xx.xx.2017-xx.xx.2018-ci il tarixlərdə təqdim etdiyi hesabatlara əsasən dövriyyəsi 867,58 min manat (ƏDV ilə) olmuşdur. Vergi ödəyicisinin həmin dövr ərzində xəzinəsinə və bankda olan hesablaşma hesablarına daxil olmuş 9459979,04-867579,99=8592399,05 manat pul vəsaitləri təqdim olunmuş hesabatlarda əks etdirilməmişdir. Yoxlama ilə vergi ödəyicisi tərəfindən xx.xx.2017xx.xx.2018-ci il tarixlərdə bəyannamələrdə göstərilməyən 8592399,05 manat dövriyyədən 1310704,94 manat əlavə ƏDV (8592399,05:118x18) hesablanmışdır. Vergi ödəyicisi tərəfindən kassadan 2017-ci ilin oktyabr ayında 77274,88 manat, noyabr ayında 705988,65 manat, dekabr ayında 120107,06 manat, 2018-ci ilin yanvar ayında 125327,65 manat, fevral ayında 121906,33 manat, mart ayında 152711,99 manat, aprel ayında 184566,2 manat, may ayında 181043,98 manat, iyun ayında 158070,11 manat, iyul ayında 81061,57 manat, avqust ayında 162470,17 manat, sentyabr ayında 156002,44 manat, oktyabr ayında 162024,88 manat - ümumilikdə 1788555,91 manat həkimlərə əmək haqqı və faiz kimi ödənişlər edilmişdir. 2017-ci ilin 4-cü, 2018-ci ilin 1-ci, 2-ci və 3-cü rüblərində hesablanmış 1626531,03 manat əmək haqqı fondundan 25 faizlə 406632,78 manat sosial müdafiə fonduna ayırmalar hesablanmışdır. Bəyannamədə göstərilən məbləğ, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən mənfəət vergisi 70902,67 manat, əlavə dəyər vergisi 1310704,94 manat, MÖMV 326670,04 manat, məcburi dövlət sosial sığorta üzrə 336353,39 manat, işsizlikdən sığorta haqqı üzrə 10979,13 manat, ümumilikdə 2055610,17 manat vergi məbləği azaldılmışdır. “Səyyar vergi yoxlaması aktına baxılma haqqında” xx.xx.2020-ci il tarixli 01 saylı protokoldan görünür ki, nəticə olaraq qəbul edilməsi üçün əhəmiyyətli olan bütün hallar, cəmiyyətin keçirilmiş səyyar vergi yoxlaması barədə etirazı, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan hallar aydınlaşdırıldıqdan sonra Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən vergi orqanının rəhbərinin həmin maddə üzrə göstərilən qərarlardan birini qəbul edəcəyi qərara alınmışdır. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətinə cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli, **********198027 №li qərarla İddiaçı MMC-yə 2.055.610,17 manat məbləğində əalvə vergi və qeyd olunan azaldılmasına görə 50 % miqdarında, yəni 1.027.805.11 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi qərara alınmış, həmin qərardan İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə şikayət vermiş, Xidmətin xx.xx.2020ci il tarixli **********492100 saylı qərarı ilə inzibati şikayət üzrə icraata xitam verilmişdir. “Vergi borcunun tərkibi haqqında” xx.xx.2020-ci il tarixli **********396200 saylı arayışdan müəyyən edilir ki, vergi ödəyicisi İddiaçı MMC-nin xx.xx.2020-ci il tarixinə şəxsi hesab vərəqəsi üzrə dövlət büdcəsinə ümumilikdə 3168778,18 manat (o cümlədən, əsas vergilər üzrə 1711237,35 manat, maliyyə sanksiyası üzrə 854138,84 manat, faiz üzrə 74797,79 manat, işsizlik sığortasına cəlb olunan hüquqi şəxslər üzrə 10979,12 manat, penya üzrə 5489,57 manat, işəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər üzrə 334406,25 manat penya üzrə 176396,58 manat, təsdiqlənməmiş azalmalar üzrə 1332,68 manat) borcu vardır. İddiaçıya “Vergi borcunun, fazilərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********987200 №li tələbnamə göndərilərək, büdcəyə ödənilməli olan cəmi 3083415,28 manat vəsaitin 5 gün müddətində ödənilməsi tələb olunmuşdur. Məhkəmə bildirir ki, hazırkı iddia, növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Mübahisəli inzibati aktın qanuniliyi formal-hüquqi baxımdan yoxlanılarkən müəyyən olunur ki, həmin aktda Vergi Məcəlləsinin 38-ci maddəsi və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58 və 61-ci maddələrinin icraatla bağlı tələblərinə əməl olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Həmin Məcəllənin 23.1.1-cü maddəsinə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüququdur. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərarlardan birini çıxarır. Həmin Məcəllənin 49.3-cü maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə çıxarılmış qərar əsasında 10 gündən gec olmayaraq vergi ödəyicisinə vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə tələbnamə göndərilir. Məhkəmə hesab edir ki, cavabddehin xx.xx.2020-ci il tarixli qərarı maddi-hüquqi baxımdan da qanuni olmuş, qəbul edildiyi dövrdə qüvvədə olan hüquq normalarının tələbləri inzibati orqan tərəfindən gözlənilmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin Vergi Məcəlləsinin 83.9-cu maddəsi ilə bu vəziyyətdə mənfəətin müəyyən olunması qaydaları müəyyən edilir. Həmin normada göstərilir ki, vergi ödəyicisinin mənfəətini birbaşa müəyyən etmək mümkün olmadığı halda, mənfəət müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Bu normada müəyyən olunmuş müvafiq icra hakimiyyəti olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı və xx.xx.2003-cü il tarixli 42 saylı qərarlarında isə müvafiq düstur əsasında 20% rentabellik dərəcəsi tətbiq olunmaqla mənfəət vergisinin hesablanma qaydası müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, iddiaçıya mənfəət vergisi cavabdeh tərəfindən Vergi Məcəlləsinin 83.9-cu maddəsinə uyğun hesablama aparılmaqla düzgün müəyyən edilmişdir. İddiaçıya keçirilmiş yoxlama ilə əlaqədar ƏDV-nin hesablanması ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əəsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən bu fəslin müddəalarına uyğun olaraq vergidən azad edilən malların göndərilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən başqa, müstəqil sahibkarlıq fəaliyyəti və ya hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti çərçivəsində malların göndərilməsi, işlər görülməsi və xidmətlərin göstərilməsi, onlar bu Məcəllənin 167-ci və ya 168-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyatlar sayılır. Vergi orqanı tərəfindən yoxlama ilə iddiaçı cəmiyyətə MÖMV-nin hesablanması ilə əlaqədar məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən bu Məcəllənin 101.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi tutulan aylıq gəlirin məbləği 2500 manatadək 14 faiz, 2500 manatdan çox olduqda isə 350 manat + 2500 manatdan çox olan məbləğin 25 faizi məbləğində təşkil edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında qeyd edilir ki, Konstitusiyanın 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə görə verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 24.0.1-ci maddəsinə əsasən, vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir. Vergi Məcəlləsinin 94.0.2-ci maddəsinə əsasən, vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi formal əsaslar hazırda mübahisələndirilən qərarın ləğvi üçün əsas ola bilməz və belə olan halda iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-4193/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4193/2020
17.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver