Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4193/2024 25.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi ilə, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs X4) “sərəncamların ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İ.Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh xx.xx.2008-ci il tarixli 793 nömrəli və Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinin 30 dekabr 1999-cu il tarixli 1712 nömrəli sərəncamlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmənin qərardadı ilə X4 üçüncü şəxs qismində inzibati iş ürrə məhkəmə icraatına cəlb edilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ƏMDX İdarəsinə (bundan sonra cavabdeh) qarşı ******* nömrəli qeydiyyat vəsiqəsinin ləğv edilməsi və bunun icraasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi üçün 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə X1 adına verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsi məsələsinə yenidən baxılması və İddiaçı qanuni istifadəsində olan torpaq sahəsinə dair hüquqların təmin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş İddiaçı məxsus olan torpaq sahəsində X1 adına verilmiş qeydiyyat vəsiqəsi ləğv edilmiş və icrası cavabdehə həvalə edilmişdir. Hesab edir ki, yeni araşdırmada torpağın İddiaçı məxsus olması sübuta yetiriləcəkdir. İddiaçı və 2 qardaşına hazırkı mübahisəli ərazidə Əzizbəyov rayon XDS nin 1991-ci il tarixli qərarı sahəsi 750 kv.m olmaqla 3/979, 3/980, 3/981 sıra sayı ilə torpaq sahələri ayrılmışdır. Bundan əlavə, həmin ərazidə ancaq Əzizbəyov XDS-nin qərarı ilə sahəsi 750 kv.m olan torpaqlar ayrılmışdır. X6 və onun ailə üzvlərini iddia etdiyi torpaq sahəsi 30 dekabr 1999-cu il tarixli Əzizbəyov rayon İH -nin sərəncamı ilə torpağın verilməsini bildirmiş və sahəsi 0.12 ha-dır, buna dair xx.xx.2005-ci il tarixli JN- 23098D nömrəli şəhadətnamə verildiyi qeyd etmişdir, onun əsasında isə xx.xx.2010-cu il tarixli ********** nömərli çıxarış Mirzəyev Samir və digərləri əldə etdiklərini qeyd edirlər. Bundan başqa, həmin 3/979 nömrəli torpaq sahəsinin yanında 3/980 nömrəli torpaq sahəsi vardır, ona dair 2 dəfə ekspertiza keçirilmişdir, bundan başqa torpaq sahəsinin plan və ölçüsü DTXK tərəfindən xx.xx.2007-ci ildə verilmişdir həmin plan ölçüsü mövcuddur. Əlavə olaraq hazırki mübahisəli torpaq sahəsinin daxilində iddiaçıya məxsus olan 22 nömrəli 1991-ci il tarixli Əzizbəyov XDS nin qərarı ilə ayrılmış 3/979 saylı 750 kv.m torpaq sahəsi vardır. ƏMDX DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi Bakı Apellyasiya Məhkəməsinin (Pərviz Hüseynov) sorğusu əsasında cavab verərək Mirzəyev Samirə aid sənədləri məhkəməyə təqdim etmişdir. Həmin sənədləri rəsmi olaraq xx.xx.2023-cü il tarixində qəbzə imza ataraq apellyasiya məhkəməsinin inzibati binasından əldə etmiş və ərizə ilə müraciət edir ki, 1999-cu il və 2008 ci il tarixli sərəncamı ləğv edəsiniz. Cavabdeh bundan imtina etmişdir. İddiaçı həmin vaxt bilmişdir ki, belə bir sərəncam vardır və sərəncama dair İcra hakimiyyəti tərəfindən qanunsuz cizgi Mirzəyev Samirə verilmişdir.
4. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, iddia ərizəsindən göründüyü kimi, Cavabdeh xx.xx.2008-ci il tarixli, 793 nömrəli və Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 1712 nömrəli sərəncamları ilə ayrılmış torpaq sahələrinə vətəndaşların mülkiyyət hüququ dövlət tərəfindən tanınmış və Çıxarış verildiyi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Əzizbəyov rayon X5 İcraiyyə Komitəsinin “Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” 22 saylı xx.xx.1991-ci il tarixli qərarından görünür ki, həmin qərar əsasında İddiaçı və X2 Mərdəkan (Şağan) qəsəbəsində 3/979 və 3/981 nömrəli sahələrdə fərdi ev tikmək üçün 750 kv.m torpaq sahəsi ayrılmışdır. Qərarda evin tikintisinin qərarın çıxarıldığı tarixdən bir il ərzində başlanılması və üç il müddətində qurtarması nəzərdə tutulmuşdur. İşin hallarından görünür ki, Əzizbəyov rayon X5 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli qərarında iddiaçıya fərdi yaşayış evinin tikintisinə başlanması və bitməsi müddətləri konkret olaraq nəzərdə tutulmuşdur. İddiaçı həmin müddətlər ərzində torpaq sahəsindən təyinatı üzrə istifadə etməmiş və həmin sahədə fərdi yaşayış evi inşa etməmişdir. İddiaçıya torpaq sahəsi ayrılması barədə qərar 1991-ci ildə qəbul edildiyindən mübahisə həmin dövrdə qüvvədə olmuş Torpaq Məcəlləsinin normalarına istinad edilməklə həll edilməli idi. 1970-ci ildə qüvvəyə minmiş və xx.xx.1991ci il taixədək qüvvədə olmuş Azərbaycan SSR Torpaq Məcəlləsinin 23-cü maddəsinə əsasən torpaq sahəsinin ayrılması o deməkdir ki, naturada (yerində) sahənin hüdudları müəyyən edilir, həmin sahə digər sahələrdən mərzlə və başqa sərhəd nişanları ilə ayrılır. Həmin Məcəllənin 26-cı maddəsinə əsasən verilmiş torpaq sahəsinin naturada (yerində) hüdudları müvafiq yer quruluşu orqanları tərəfindən müəyyən edilməmişsə və torpaqdan istifadə hüququnu təsdiq edən sənəd verilməmişsə, həmin sahədən istifadəyə başlamaq qadağandır. İstinad edilən normaların tələbindən görünür ki, fərdi yaşayış evinin tikintisi məqsədilə torpaq sahəsinin ayrılması prosesi sahənin naturada (yerində) hüdudlarının müəyyən edilməsi, mərzlə ayrılaraq təhvil verilməsi, bundan sonra dövlət kadastrında qeydiyyatı ilə başa çatmalı idi. Torpaq sahəsinin naturada (yerində) hüdudlarının müvafiq yer quruluşu orqanları tərəfindən müəyyən edilməməsi torpaq sahəsi üzərində istifadə hüququnun yarandığını istisna edir. Bundan əlavə, iddiaçının 1991-ci ildən istifadələrində olduğunu iddia etdiyi torpaq sahəsinin məhz Əzizbəyov rayon X5 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli qərarı əsasında ayrılmış torpaq sahəsi olduğuna dair mötəbər sübut mövcud deyildir. Hesab edirik ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə Əzizbəyov rayon X5 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli qərarı əsasında torpaqayırma prosesi qanunla nəzərdə tutulmuş qaydada tamamlanmadığından və torpaq sahəsindən nəzərdə tutulmuş müddət ərzində təyinatı üzrə istifadə edilmədiyindən həmin qərarın hazırda hüquqi qüvvəsi yoxdur. İddiaçı torpaq mübahisəsi ilə bağlı iddiası üzrə işlərə müxtəlif məhkəmə instansiyalarında baxılmış və təmin olunmamışdır. Qeyd olunanlara əsasən İddiaçı Cavabdehnə qarşı “Cavabdeh xx.xx.2008-ci il tarixli, 793 nömrəli və Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 1712 nömrəli sərəncamlarının ləğv edilməsi” tələbinə dair iddiasının mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilir.
5. İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək buraxılmış müddətin üzrlü hesab edilərək müddətin bərpa edilməsi və işə mahiyyəti üzrə baxılaraq müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.
6. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı ƏMDX DƏDRX-nin Bakı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı ******* nömrəli qeydiyyat vəsiqəsinin ləğv edilməsi və bunun icraasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə X1 adına verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsi məsələsinə yenidən baxılması və İddiaçı qanuni istifadəsində olan torpaq sahəsinə dair hüquqların təmin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati -İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş İddiaçı məxsus olan torpaq sahəsində X1 adına verilmiş qeydiyyat vəsiqəsi ləğv edilmiş və icrası cavabdehə həvalə edilmişdir. Sonradan 3-cü şəxslər Bakı Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət edərək işə cəlb edilmələrini xahiş etmişdirlər. Bakı Apellyasiya Məhkəməsininin (sədrlik edən və məruzəçi Pərviz Hüseynov) qərardadı həmin şəxslər işə cəlb edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin icraatında olan vaxt iş yenilənmiş və müvafiq olaraq sorğular verilmişdir. ƏMDX DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsi Bakı Apellyasiya Məhkəməsinin sorğusu əsasında cavab verərək Mirzəyev Samirə aid sənədləri məhkəməyə təqdim etmişdir. Həmin sənədləri iddiaçı rəsmi olaraq xx.xx.2023-cü il tarixində qəbzə imza ataraq apellyasiya məhkəməsinin inzibati binasından əldə etmişdir. Ərizə ilə hazırki Cavabdehnə müraciət edərək, xahiş etmişdir ki, 1999-cu il və 2008 ci il tarixli sərəncamı ləğv etsinlər, ancaq cavabdeh bundan imtina etmişdir. Bakı şəhər Cavabdeh xx.xx.2008-ci il tarixli 793 nömrəli və Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinin 30 dekabr 1999-cu il tarixli 1712 nömrəli sərəncamlarının qanunsuz və əsassızdır və buna görə də ləğv olunmalıdır. Yuxarıda mübahisələndirilən sərəncamlardan Bakı Apellyasiya Məhkəməsində iş icraatda olan vaxt məlumatlı olmuş və dərhal ərizə verərək Cavabdeh xx.xx.2008-ci il tarixli 793 nömrəli və Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinin 30 dekabr 1999-cu il tarixli 1712 nömrəli sərəncamları və iş materiallarının surətlərini istəmişdir. xx.xx.2023-cü il tarixində qəbzə imza ataraq almış, bundan sonra Cavabdehnə müraciət etmiş və icra hakimiyyəti bundan imtina etmişdir, dərhal iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, buraxılması üzrlü olmuşdur, mübahisələndirilən sərəncamlardan onun məlumatı 2023-cü ilin oktyabr ayında olmuş və xx.xx.2023-cü ildə də rəsmi olaraq qəbz imzalayaraq Bakı Apellyasiya Məhkəməsinin inzibati binasından əldə etmişdir (məhkəmə tərəfindən sorğu verilərsə həmin hallar öz təsdiqini tapacaqdır). Buraxılan müddətlər üzrlü olmuşdur, ona görə də xahiş edir ki, buraxılmış müddətləri üzrlü hesab edilsin və müddəti bərpa edərək mahiyyəti üzrə işə baxılsın.
7. İş materiallarında olan: Xəzər rayon Məhkəməsinin 2(003)-7004/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdeh X3 qarşı “tikililərin özbaşına tikinti hesab edilərək zəbt edilmiş torpaq sahəsinin geri qaytarılması” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 may 2017-ci il tarixli 2(103)- 3717/2017 saylı qətnaməsinə əsasən Xəzər rayon Məhkəməsinin 2(003)-7004/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 oktyabr 2017-ci il tarixli 2(102)- 7475/17 saylı qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 may 2017-ci il tarixli 2(103)-3717/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarlarda Cavabdeh xx.xx.2008-ci il tarixli 793 nömrəli və Əzizbəyov rayon İcra Hakimiyyətinin 30 dekabr 1999-cu il tarixli 1712 nömrəli sərəncamları göstərilərək münasibət bildirilmişdir. Həmçinin qeyd edilmişdir ki, iddiaçı torpaq sahəsinin cavabdehə ayrılmasına, həmin torpaq sahəsinin və üzərindəki tikilinin cavabdehlə birgə ailə üzvlərinin adına qeydə alınmasına əsas olmuş Əzizbəyov rayon İcra Hakimiyyətinin 1712 saylı 30 dekabr 1999-cu il tarixli və 793 saylı xx.xx.2008-ci il tarixli sərəncamlarını qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə mübahisələndirməmiş, həmin qərarlar hazırda da qüvvədədir.
8. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın mümkünlüyü
11. İddia tələbindən görünür ki, iddiaçı Cavabdeh xx.xx.2008-ci il tarixli 793 nömrəli və Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyətinin 30 dekabr 1999-cu il tarixli 1712 nömrəli sərəncamlarının ləğv edilməsini tələb edir.
12. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
13. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
14. İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu.
15. Bu baxımdan mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.
16. Bununla əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarına əsasən: “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.
17. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.
18. Hazırkı işdən iddiaçının 2011-ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində iddia etdiyi tələb ilə məhkəməyə müraciət etməsi müəyyən olunmur. Belə olan halda inzibati orqanın 01 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır.
19. İddia mümkün sayılmadığından iş üzrə prosessual müddətin bərpa edilməsi ilə bağlı məsələlərə baxılmasına zərurət qalmamışdır.
20. Məhkəmə qeyd edir ki, məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyildir və hazırki işin hallarına uyğun olaraq həmin hüququn məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinə xidmət etməklə qarşıya qoyulan məqsədə uyğundur.
21. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
22. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva