Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4196/2021 09.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (oğlu) X2, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı “təqaüdün ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək İddiaçı 2019-cu ilin aprel ayından 26.10.2020-ci il tarixədək hər ay üçün ödənilməli olan 100 manat təqaüdün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.1942-ci ildə Bakı Şəhərində anadan olub. Hal-hazırda ünvan 1 ünvanında öz ailəsilə birlikdə yaşayıram. Bildiririr ki, xroniki böyrək xəstəliyindən əziyyət çəkdiyi üçün 16.11.2017-ci il tarixdən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında” 1-ci qrup əlil xəstə kimi qeydiyyatdadır. Yeni qərara əsasən onun kimi xəstələrə 2019-cu il aprel ayından 100 manat təqaüd verilir. Bu səbəbdən də, o, 2019-cu ilin aprel ayında cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fonduna ona verilməli olan 100 manat təqaüdü tələb etmişdi. Lakin ona təqaüd verilmədi. Lakin 2019-cu ilin aprel ayından müraciət etməsinə baxmayaraq, nəhayət 26.10.2020-ci il tarixdən ona 1-ci qrup əlil kimi 100 manat təqaüd verilməyə başladı. 13.11.2020-ci il tarixdə pensiyasının yenidən hesablanması və 2019cu ilin aprel ayından 26.10.2020-ci il tarixədək ona verilməli olan 100 manat təqaüdünün alınması üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fonduna ərizə ilə müraciət etmişdi. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı Operativ Sosial Təminat Agentliyinin 2 saylı “DOST” Mərkəzi 15.01.2021-ci il tarixli **********8 saylı məktubla ona imtina edilmişdir. İmtina məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesablarının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təmin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır, (kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021- ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1- dək hər il 6 ay artırılır). 2020-ci ilin 1 iyul tarixindən kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq ona 38 il sığorta stajına əsasən 15.04.20074-cü il tarixində yaşa görə əmək pensiyası təyin edilmişdir. Hesab edir ki, 2019-cu ilin aprel ayından 26.10.2020-ci il tarixədək mənə verilməli olan 100 manat təqaüdü verilməmişdir. O isə ona ödənilməli olan təqaüdünü tələb edir və bu səbəbdən də məhkəməyə müraciət edir.
3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 15.01.2021-ci il tarixli məktubla bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesablarının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır, (kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). 2020-ci ilin 1 iyul tarixindən kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq sizə 38 il sığorta stajına əsasən 15.04.2004-cı il tarixində yaşa görə əmək pensiyası təyin edilmişdir. Ona yaşa görə əmək pensiyası təyin edilən zaman təhsil müddəti sığorta stajınıza əlavə edilmişdir. Qanunun 34-cü maddəsinə əsasən əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. Qeyd olunanlara əsasən bildirilmişdir ki, onun yaşa görə əmək pensiyasından qanunvericiliyin tələblərinə uyğun olaraq əlilliyə görə əmək pensiyasına geçməyi qanunun tələblərinə uyğun deyildir.
4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Akademik M.Ə Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 25.03.2020-ci il tarixli arayışa əsasən xəstə - İddiaçı, 1942-ci il təvəllüdlü, 16.11.2017-ci il tarixdən xəstəxananın hemodializ şöbəsində “XBX V mərhələ. Nefrogen hipertoniya. Renal anemiya. Proqramlı hemodializ” diaqnozu ilə həftədə 3 dəfə 4 saatlıq hemodializ seansları alır.
5. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Akademik M.Ə Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxs tərəfindən bildirilmişdir ki, 1942-ci il təvəllüdlü, 16.11.2017-ci il tarixindən xəstəxananın hemodializ şöbəsində hemodializ seansları alır.
6. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Akademik M.Ə Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxs tərəfindən bildirilmişdir ki, şəxsin əlilliyinin qiymətləndirilməsi üçün qeydiyyatda olduğu sahə üzrə poliklinikada həkim məsləhət komissiyasında iştirak etdikdən sonra müalicə həkimi tərəfindən forma 88 tərtib olunaraq Tibbi-Sosial Ekspertiza və X4 daxıl edilir "Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsində şəxsin əlilliyinin qiymətləndirilməsi üçün forma 88 tərtib olunmur.
7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən, İddiaçı “Xroniki böyrək xəstəliyi, Həftədə üç dəfə 4 saatlıq HD siyansları alır. Dializsiz yaşaması mümkün deyil” diaqnozu ilə 26.10.2020-ci il tarixdən birinci dərəcə əlillik təyin edilmişdir.
8. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən bildirilmişdir ki, X1 Sisteminin Sosial Ödənişlər Alt Sisteminə əsasən vətəndaş İddiaçı (xxxxxxx) 26.10.2020-ci il tarixidən etibarən aylıq 100 manat məbləğində (01.01.2021-ci il tarixindən etibarən 130 manat) olmaqla Azərbaycan Respublikası Prezidentinin təqaüdü (İ qrup əlilliyə görə əmək pensiyası almaq hüququ olan bəzi kateqoriya şəxslərə) təyin edilərək ödənilir.
9. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi dinləmələr zamanı iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin məzmununa uyğun izahat verərək bildirdi ki, iddiaçı hazırda Prezident təqaüdünü alır, həmin təqaüdün təsis olunduğu tarixdən olan fərqin ödənilməsini, iddianın təmin olunmasını məhkəmədən xahiş edir.
10. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında cavabdeh iddiaya yazılı etiraz təqdim edərək etirazın məzmununa uyğun izahat verərək iddiaya yazılı etiraz təqdim etdi və bildirdi ki, iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: İddiaçı 26.10.2020-ci il tarixdə xroniki böyrək çatmamazlığı diaqnozuna əsasən 1-ci dərəcə əlillik dərəcəsi almışdır. Daha sonra 13.11.2020-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə pensiyanın yenidən hesablanması və 01.04.2019cu il tarixdən 26.10.2020-ci il tarixədək aylıq 100 manat məbləğində Prezident təqaüdünün ödənilməsini tələbinə dair ərizə ilə müraciət etmişdir. Lakin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququnun olması qeyd olunur. (Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Həmin maddənin tələblərinə uyğun olaraq iddiaçının 38 il təşkil edən sığorta stajına (təhsil müddəti daxil) əsasən 15.04.2007-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 34-cü maddəsinə əsasən əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmağla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2ci maddəsinə uyğun aparılır. Beləliklə də, iddiaçının yaşa görə əmək pensiyası növündün əlilliyə görə əmək pensiyası növünə keçid etməsi qanunvericiliyin tələblərinə uyğun olmadığından, iddiaçının müraciətinin müsbət həlli mümkün olmamışdır. Bu barədə iddiaçıya 15.01.2021-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 2 saylı “DOST” Mərkəzi tərəfindən **********8 nömrəli məktubla məlumat verilmişdir. Əlavə olaraq qeyd etmək istərdi ki, “Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə İ qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 mart tarixli 128 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli 642№-li Fərmanının 1.2-ci bəndinə əsasən ümumi xəstəliklə, hərbi xidmət dövründə xəstələnmə ilə, əmək zədəsi və peşə xəstəliyi ilə, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə bağlı səbəblardən İ qrup əlilliyi olan şəxslərə aylıq 100 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. İddiaçıya da onun 1-ci dərəcəli əlil olduğu 26.10.2020-ci il tarixdən həmin təqaüd ödənilməkdədir. Yuxarıda adı çəkilən Fərmanın 01.04.2019-cu il tarixdən tətbiq edilməsinə baxmayaraq, iddiaçının Prezident təqaüdü almaq hüququ 1-ci dərəcə əlil statusu aldığı 26.10.2020-ci il tarixdən yaranmışdır. Həmin tarixdən təqaüdünün təyin olunması səbəbindən, həmçinin Azərbaycan Respublikası Prezidentinin təqaüdünün əvvəlki dövr üçün ödənilməsi qaydası qanunvericilikdə nəzərdə tutulmadığından hesab edilir ki, hazırki iş üzrə iddiaçının 01.04.2019-cu il tarixdən 26.10.2020-ci il tarixədək təqaüd almaq hüququnun olması istisna edilir. Çünki təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır. Hazırki iş üzrə iddiaçıya 26.10.2020-ci il tarixdən ödənilən Prezident təqaüdünün məbləği Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli 1228 nömrəli Fərmanına əsasən 100 manatdan 130 manatadək artırılaraq ödənilməkdədir. Beləliklə, yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərini rəhbər tutaraq və işin faktiki hallarını nəzərə alaraq hesab edilmişdir ki, İddiaçı iddia tələbinin qanuni əsası yoxdur və buna görə də iddiası rədd edilməməlidir.
11. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi dinləmələr zamanı iştirak edən cavabdehin nümayəndəsi iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
12. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
13. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).
14. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).
15. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
16. İddiaçıya əlillik təyin olunan dövrdən əvvəlki dövr üçün Prezident təqaüdünün verilməsindən imtina edilmişdir.
17. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
18. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
19. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
20. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.
21. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
22. “Sosial müavinətlər haqqında” Qanunundan: -Maddə 1.0.1. sosial müavinətlər – bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. -Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. -Maddə 9.1. ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir.
23. Məhkəmə ilki olaraq müəyyən etməlidir ki, iddiaçının qeyd edilən pul tələbinə dair “qanuni gözləntisi” varmı? Belə ki, X5 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
24. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic );
25. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05)
26. Məhkəmə cavabdehin təqdim etdiyi iddiaya yazılı etirazın dəlilləri ilə razılaşaraq qeyd edir ki, “Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə İ qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 mart tarixli 128 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli 642№-li Fərmanının 1.2-ci bəndinə əsasən ümumi xəstəliklə, hərbi xidmət dövründə xəstələnmə ilə, əmək zədəsi və peşə xəstəliyi ilə, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə bağlı səbəblərdən İ qrup əlilliyi olan şəxslərə aylıq 100 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. İddiaçı (nümayəndəsi) 2017-ci il tarixdən əlil olduğunu bildirsə də, ona 26.10.2020-ci il tarixdə İ dərəcə əlillik təyin edilmişdir və həmin tarixdən təqaüdün ödənilməsi işin mübahisəsiz halıdır. Yuxarıda adı çəkilən Fərmanın 01.04.2019-cu il tarixdən tətbiq edilməsinə baxmayaraq, iddiaçının Prezident təqaüdü almaq hüququ 1-ci dərəcə əlil statusu aldığı 26.10.2020-ci il tarixdən yaranmışdır. Məhkəmə araşdırmasının nəticəsində həmin tarixdən əvvəlki tarixdə iddiaçıya İ qrup əlilliyinin təyin edilməsi müəyyən edilməmişdir. Həmin tarixdən (26.10.2020-ci il) Prezident təqaüdünün təyin olunması səbəbindən, həmçinin Azərbaycan Respublikası Prezidentinin təqaüdünün əvvəlki dövr üçün ödənilməsi və qaydası qanunvericilikdə nəzərdə tutulmadığından iddiaçının 01.04.2019-cu il tarixdən 26.10.2020-ci il tarixədək təqaüd almaq hüququ yoxdur. Çünki təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı müddəa nəzərdə tutulmamışdır.
27. Odur ki, məhkəmə iddiaçının 01.04.2019-cu il tarixdən 26.10.2020-ci il tarixədək təqaüd almağa dair hüquqi müddəaya və ya hüquqi akta əsaslanan “qanuni gözləntisi” olduğunu müəyyən etmir və cavabdeh qurumun imtinası hazırki tələblə bağlı iddiaçının qanunla qorunan hüquqlarını pozmur.
28. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
29. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva