Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4198/2022 19.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, hərbçi), iddiaçının nümayəndəsi və vəkili Vəkil2 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, peşəsi vəkil),cavabdehin nümayəndəsi X3 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası:hüquqşünas, məhkəmə müdafiəsi şöbəsinin baş zabiti – şöbə rəisinin müavini) iştirаkı ilə, iddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Müdafiə Nazirliyinə qarşı «əmrin ləğv edilərək vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma dövrü üçün əmək haqqının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması bаrədə» iddiа ərizəsi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiаçı İddiaçı Bаkı İnzibаti Məhkəməsində cavabdeh Аzərbаycаn Rеspublikаsının Müdafiə Nazirliyinə qarşı iddia qaldıraraq Azərbaycan Respublikasının X4 müavini – SQnin Baş Qərargah rəisinin xx.xx.2021-ci il tarixli, 075gm nömrəli əmrinin ləğv edilməsi, iddiaçının N nömrəli hərbi hissənin məsul icraçısı vəzifəsinə bərpa olunması və iddiaçıya məcburi iş buraxdığı dövr üçün əmək haqqının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Аzərbаycаn Rеspublikаsının Müdafiə Nazirliyinin üzərinə qoyulmasına dair qərar qəbul еdilməsini хаhiş еtmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki,İddiaçı xx.xx.2016-ci ildən xx.xx.2018-ci ilə qədər, xx.xx.2018-ci ildən xx.xx.2021-ci ilə qədər N nömrəli hərbi hissədə nizami hissənin məsul icraçısı vəzifəsində, xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilə qədər N nömrəli hərbi hissədə məsul icraçı vəzifəsində xidmət etmişdir. İddiaçı xidmət etdiyi müddət ərzində komandirləri tərəfindən verilən tapşırıqları ən yüksək səviyyədə yerinə yetirmiş, xidmət etdiyi müddət ərzində Təşəkkürlər və Fəxri Fərmanlar almışdır. Verilən tapşırıqları layiqincə yerinə yetirdiyinə görə xx.xx.2019-cu ildə ƏBİ ŞHB rəisi tərəfindən, xx.xx.2019cu ildə Yeni il münasibəti ilə hərbi hissə komandiri tərəfində iddiaçıya Təşəkkürnamə verilmişdir. İddiaçı xx.xx.2021-ci ildə 183 nömrəli əmrlə 26 iyun Silahlı Qüvvələrin yaranmasının ildönümü münasibətilə, xx.xx.2021-ci ildə 191 nömrəli əmrlə Qurban bayramı münasibətilə Fəxri Fərmanla təltif olmuşdur. İddiaçının xidmət etdiyi müddət ərzində bəzi səhvləri də olmuşdur. Bununla bağlı lazımınca cəza tədbirləri görülmüşdür. xx.xx.2020-ci ildə xidməti otağında hərbi geyimdə qız övladının hadisə baş verən gün məktəbdə tədbiri olduğu üçün və iddiaçı xidmətdə olduğuna görə gələ bilmədiyini göstərmək məqsədilə çəkdiyi və iddiaçı tərəfindən azyaşlı qızına göndərilmiş şəkil, daha sonra Facebook sosial şəbəkəsində paylanmışdır. Bu paylaşma onun tərəfindən edilməmişdir. Şəkil çəkilən zaman İddiaçı məqsədi hər hansısa dövlət və hərbi sirri pozmaq olmamışdır. Bu məsələyə N nömrəli hərbi hissənin gizir və miçmanlarının şərəf məhkəməsində baxılmış, iddiaçının tutduğu əməldən peşman olduğu, himayəsində azyaşlı qız övladının olmasını və anasının xəstə olmasını nəzərə alaraq iddiaçı barəsində ictimai töhmət elan edilməsi barədə xx.xx.2020-ci il tarixli qərar qəbul edilmişdir. Bunun əsasında hərbi hissə komandiri tərəfindən ona şiddətli töhmət verilmişdir. xx.xx.2020-ci ildə İddiaçı N nömrəli hərbi hissə komandirinə raportla müraciət edərək, xidmət yerində mənzillə təmin edilmədiyinə görə özü ailə üzvlərinə müvəqqəti mənzil kirayəsi üçün pul kompensasiyasının verilməsini xahiş etmişdir. xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək aylıq 225 manat olmaqla, cəmi 2700 manat məbləğində pul vəsaitinin maaş kart hesabına ödənlməsinə nail olmuşdur. Bununla bağlı İddiaçı barəsində Müdafiə Nazirliyi tərəfindən araşdırma aparılmış, iddiaçı həmin məbləği tam ödədiyinə və cinayət tərkibi olmadığına görə cinayət işinin rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərar qəbul edilmişdir. Buna baxmayaraq xx.xx.2021-ci il tarixdə N nömrəli hərbi hissə komandiri tərəfindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə müvafiq olaraq, iddiaçı haqqında Аzərbаycаn Rеspublikаsının Müdafiə Nazirliyinə Təqdimat göndərilmiş, xx.xx.2021-ci ildə X4 müavininin 075gm nömrəli əmrilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.10-cu maddəsinə və Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 61-ci maddəsinin “ə” bəndinə əsasən İddiaçı ilə bağlaşma ləğv edilərək xidmət müddəti başa çatmamış həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Bunun əsasında N hərbi hissə komandirinin N nömrəli, xx.xx.2021-ci il tarixli əmri ilə İddiaçı xx.xx.2021-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılması haqqında göstəriş verilmişdir. Halbuki eyni əmələ görə iki dəfə cəza verilməsi yolverilməzdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh Аzərbаycаn Rеspublikаsının Müdafiə Nazirliyi məhkəməyə iddia tələbinə etirazını təqdim edərək göstərmişdir ki, iddiaçı xx.xx.2020-ci ildə hərbi hissədə xidməti otağında olduğu zaman fotokameralı telefon vasitəsi ilə hərbi geyimdə öz şəkilini çəkərək qohumlarına internet vasitəsilə göndərmiş və bu da onun hərbi geyimdə hərbi hissənin ərazisində çəkilən fotoşəkilinin sosial internet şəbəkəsində paylaşmasına səbəb olmuşdur. Halbuki, iddiaçı hərbi xidmətə qəbul olunarkən smartfon tipli telefondan istifadə olunması və sosial şəbəkələrdə hərbi geyimdə fotoşəkil video və digər yazıların paylaşmasının qadağan olunması barədə məlumatlı olduğu halda, xidmət yerinə smartfon tipli telefon gətirərək məxfilik rejimini kobud şəkildə pozmuşdur. Qeyd olunan məsələ ilə bağlı iddiaçı qizir və miçmanların şərəf məhkəməsində dinlənilmiş və ona ictimai töhmət elan edilmişdir. Bundan əlavə xx.xx.2021-ci ildə İddiaçı müvəqqəti mənzil kirayəsinə görə pul kompensasiyası verilməsi üçün raportla N nömrəli hərbi hissə komandirinə müraciət edərək xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək qanunsuz olaraq hər ay 225 manat olmaqla, cəmi 2700 manat kirayə pulu alaraq cinayət əməli törətməklə, dövlətə maddi ziyan vurmuşdur. İddiaçının dövlətə vurduğu maddi ziyan tam sübuta yetirilərək dövlətə dəymiş 2700 manat maddi ziyan iddiaçı tərəfindən tam şəkildə dövlət nəfinə ödənilmişdir. Bunlara görə İddiaçı ilə bağlaşma ləğv edilərək xidmət vaxtı başa çatmamış həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Cavabdeh Аzərbаycаn Rеspublikаsının Müdafiə Nazirliyi göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);.. 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdehin nümayəndəsi X5 iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının, iddiaçının vəkilinin və nümayəndəsinin, cavabdehin nümayəndəsinin çıxışlarını dinləyərək, iş materiallarını аrаşdırаrаq hеsаb еdir ki, iddiaçının iddia ərizəsi əsаslıdır. Belə ki, İddiaçı və cavabdeh Аzərbаycаn Rеspublikаsının Müdafiə Nazirliyi tərəfidən məhkəməyə iddia tələbinin və iddia tələbinə etirazın əsaslarını təsdiq edən sübut qismində Аzərbаycаn Rеspublikаsının X4 müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisinin 075gm nömrəli, xx.xx.2021-ci il tarixli əmrindən çıxarışın, N nömrəli hərbi hissə komandirinin N nömrəli, xx.xx.2021-ci il tarixli əmrindən çıxarışın, iddiaçı ilə aparılmış söhbət və tanış olma vərəqələrinin, 20505 nömrəli, xx.xx.2021-ci il tarixli arayışın, xidmət vərəqinin, xidməti və tibbi xasiyyətnamələrin, N nömrəli hərbi hissə komandirinin raportunun, N nömrəli hərbi hissə komandirinin təqdimatının, cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2021-ci il tarixli qərarın, N nömrəli hərbi hissə üzrə iddiaçı barədə xidmət vərəqəsinin, N nömrəli hərbi hissənin gizir və miçmanlarının şərəf məhkəməsinin protokollarından və qərarlarından çıxarışların (xx.xx.2020-ci il tarixli, 1 nömrəli, xx.xx.2020-ci il tarixli, 2 nömrəli), xx.xx.2019-cu il tarixli aktın, N nömrəli hərbi hissənin nizami hissə rəisinin raportunun, iddiaçının təltif olunduğu fəxri fərmanların, iddiaçının Аzərbаycаn Rеspublikаsının Müdafiə Nazirliyinin hüquq idarəsinin rəisinə ünvanlanmış izahatının surətləri təqdim edilmişdir. Məhkəmə iş materiallarından müəyyən etmişdir ki, İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, Azərbaycan Respublikasının Silahlı Qüvvələri Sırasında gizir rütbəsində xidmət etmişdir, hərbi hissə daxilində smartfon tipli mobil telefondan istifadə etdiyinə görə iddiaçıya xx.xx.2020-ci ildə “Şiddətli töhmət” intizam cəzası verilmişdir, Müdafiə Nazirliyinin Hüquq İdarəsinin Təhqiqat Şöbəsinin baş zabiti – təhqiqatçı X2 xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçının aldatma yolu ilə dövlətə məxsus 2700 manat pul vəsaitini ələ keçirərək dələduzluq etməsi faktı (qızı ilə birlikdə kirayədə yaşamasına dair yalan məlumat verib aldadaraq xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilə qədər dövlətdən ayda 225 manat olmaqla ümumilikdə 2700 manat pulu vahid niyyətlə ələ keçirərərk dələduzluq etməsi faktı üzrə) üzrə araşdırma aparılmış, lakin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işinin başlanması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1-ci (dövlətə dəymiş ziyanı tamamilə ödəməsi və zərərçəkmiş şəxslə barışması əsası ilə), Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.11 və 40.3-cü maddələrinə əsasən rədd edilmişdir, bundan sonra İddiaçı Аzərbаycаn Rеspublikаsının Silahlı Qüvvələri sırasında xidmətini davam etdirmiş və xx.xx.2021-ci ildə “26 iyun” Silahlı Qüvvələrin yaranmasının 103-cü ildönümü münasibətilə, xx.xx.2021-ci ildə “Qurban bayramı” münasibətilə xidmət etdiyi hərbi hissə rəhbərliyinin fəxri fərmanları ilə təltif olunmuşdur, xx.xx.2021-ci ildə X4 müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisinin, 075gm nömrəli əmrinə əsasən iddiaçı tərəfindən Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin tələblərini kobud şəkildə pozması əsası ilə 55-ci Əlahiddə Rabitə taborunun (N nömrəli hərbi hissə) nizami hissənin məsul icraçısı gizir İddiaçı ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun 41.0.10-cu maddəsinə və Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 61-ci maddəsinin “ə” bəndinə əsasən bağlaşma ləğv edilərək xidmət vaxtı başa çatmamış həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır və N nömrəli hərbi hissə komandirinin N nömrəli, xx.xx.2021-ci il tarixli əmri ilə xx.xx.2021-ci ildən bütün təminatlardan çıxarılmışdır, hazırda İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Müdafiə Nazirliyinin xx.xx.2021-ci il tarixli, 075gm nömrəli əmrini qanunsuz hesab edərək həmin əmrin ləğv edilməsini, iddiaçının N nömrəli hərbi hissənin məsul icraçısı vəzifəsinə bərpa olunması və iddiaçıya məcbiri iş buraxdığı dövr üçün əmək haqqının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə iddiaçının iddiasını aşağıda göstərilənlərə görə əsaslı hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada məhkəməyə şikayət edə bilər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: Həmin Qanunun 36.1.1-ci maddəsinə əsasən müddətdən artıq həqiqi hərbi xidmətə – ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar; Həmin Qanunun 37.1-ci maddəsinə əsasən aşağıdakı günlər həqiqi hərbi xidmətin başlanğıcı sayılır: 37.1.2. bağlaşma əsasında hərbi xidmətə könüllü daxil olanlar üçün – bağlaşmanın imzalandığı gün; Həmin Qanunun 41.0-cı maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar:.. 41.0.10. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 885 saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X1 61-ci bəndinə əsasən gizirlərə və miçmanlara:a) məzəmmət;b) töhmət;v) şiddətli töhmət;q) hauptvaxtda saxlanılmaqla 10 sutkayadək həbs;ğ) vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq;d) aşağı vəzifəyə keçirmə;e) gizir və miçmanların hərbi rütbələrini bir pillə aşağı salma (kiçik gizir və kiçik miçmanlardan başqa); ə) xidmət vaxtı başa çatmamış ehtiyata buraxma;z) gizir və miçmanları hərbi rütbələrindən məhrum edib, həqiqi hərbi xidmət vaxtı başa çatanadək müddətli xidmət hərbi qulluqçuları sırasına keçirmə;i) sülh dövründə gizir və miçman hərbi rütbələrindən məhrum edib, ehtiyata buraxma intizam cəzaları verilə bilər. Həmin Nizamnamənin 85-ci bəndinə əsasən hər bir intizam cəzası hərbi intizamın möhkəmləndirilməsi və hərbi qulluqçuların tərbiyə edilməsi tədbiri kimi törədilən nalayiq hərəkətin ağırlığına və təqsirin dərəcəsinə müvafiq olmalıdır. Cəzanın növü və dərəcəsi təyin edilərkən, nalayiq hərəkətin xarakteri, törədilmə şəraiti, təqsirkarın bundan əvvəlki davranışı, hərbi qulluqdakı xidmət müddəti və qulluq qaydası ilə tanışlıq dərəcəsi nəzərə alınır. Həmin Nizamnamənin 88-ci bəndinə əsasən eyni bir nalayiq hərəkət üçün bir neçə cəza vermək, cəzaları birləşdirmək, bilavasitə təqsirkarın əvəzinə bütün şəxsi heyəti cəzalandırmaq və həmçinin həbs müddətini müəyyənləşdirmədən həbs etmək qadağandır. Həmin Nizamnamənin 93-cü bəndinə əsasən hər bir intizam cəzası nalayiq hərəkətin törədilməsi barədə rəisin məlumat aldığı gündən — bu iş barəsində təhqiqat aparılırsa, təhqiqatın qurtardığı gündən — 10 sutka keçənə qədər verilməlidir. İnzibati iş materiallarından və cavabdeh Аzərbаycаn Rеspublikаsının Müdafiə Nazirliyinin məhkəməyə təqdim etdiyi iddiaya etirazından göründüyü kimi İddiaçı ilə cavabdeh Аzərbаycаn Rеspublikаsının Müdafiə Nazirliyi arasında imzalanmış müqavilənin (bağlaşma) ləğv edilməsi barədə hal-hazırda mübahisələndirilən əmrin verilməsi üçün əsas iddiaçının xx.xx.2020-ci ildə hərbi hissə ərazisində smartfon tipli telefondan istifadə etməsi və hər ay 225 manat olmaqla cəmi 2700 manat kirayə pulu alması olmuşdur, cavabdeh iddiaçının sonuncu hərəkəti ilə bağlı etirazında göstərmişdir ki, İddiaçı xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək qanunsuz olaraq hər ay 225 manat olmaqla, cəmi 2700 manat kirayə pulu alaraq cinayət əməli törətməklə, dövlətə maddi ziyan vurmuşdur. Məhkəmə ilkin olaraq qeyd edir ki, İddiaçı tərəfindən hərbi hissə ərazisində xx.xx.2020-ci ildə smartfon tipli telefon işlətməyinə görə xidmət vərəqəsinin “B.Cəzalar” bölməsindəki qeydə əsasən ona xx.xx.2020-ci ildə xidmət etdiyi N nömrəli hərbi hissənin rəhbərliyi tərəfindən 341 nömrəli əmrlə “Şiddətl töhmət” intizam cəzası verilmişdir. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 885 saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X1 88-ci bəndindən göründüyü kimi eyni bir nalayiq hərəkət üçün bir neçə cəza vermək qadağan olunmuşdur, lakin buna baxmayaraq iddiaçıya həmin xx.xx.2020-ci ildə smartfon telefon işlətməsinə görə ikinci dəfə də - artıq bu dəfə mübahisələndirilən əmrlə cəza verilmişdir. Bundan əlavə Аzərbаycаn Rеspublikаsının Müdafiə Nazirliyi Hüquq İdarəsinin Təhqiqat Şöbəsinin baş zabiti – təhqiqatçı X2 xx.xx.2021-ci il tarixli qərarından (cinayət işinin başlanmasının rədd edilməsi barədə) göründüyü kimi İddiaçı aldatma yolu ilə dövlətə məxsus 2700 manat pul vəsaitini ələ keçirərək dələduzluq etməsi faktı üzrə iddiaçı barəsində AR CM-nin 178.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikiasının Konstitusiyasının 63-cü maddəsində deyilir: İ.Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. İİ. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İİİ. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. V. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Hazırda isə iddiaçının cinayət məsuliyyətinə cəlb edilməsi barədə məhkəmə hökmü mövcud olmadığı üçün onun cinayət törətməsi barədə cavabdehin etirazında göstərilənlərin hüquqi əsası mövcud deyildir. Məhkəmə o halı da qeyd edir ki, yalan məlumat təqdim etməklə hər ay 225 manat olmaqla cəmi 2700 manat kirayə pulu iddiaçının alması və sonradan barəsində təhqiqat aparılan zaman dövlətə qaytarması faktı inzibati iş materialları ilə öz təsdiqini tapsa da iddiaçıya həmin hərəkətə görə intizam cəzası Azərbaycan Respublikası Silahlı X1 93-cü maddəsinə görə təhqiqatın qurtardığı gündən (xx.xx.2021-ci ildən) sonra 10 sutka keçənə qədər verilə bilərdi ki, həmin qaydaya da cavabdeh Аzərbаycаn Rеspublikаsının Müdafiə Nazirliyi tərəfindən əməl edilməmiş, təhqiqat qurtardığı gündən 4 ay keçdikdən sonra cavabdehin hazırda ləğv edilməsi tələb olunan xx.xx.2021-ci il tarixli, 075gm nömrəli əmri ilə İddiaçı xidmət vaxtı başa çatmamış ehtiyata buraxma növündə cəza verilmişdir. Halbuki təhqiqat başa çatdıqdan sonra mübahisələndirilən əmr verilənə qədər İddiaçı xidmətini davam etdirmiş, xx.xx.2021-ci ildə döyüş hazırlığı, ictimai-siyasi hazırlığının yüksəldilməsində, hərbi nizam-intizamın möhkəmləndirilməsində əldə etdiyi nailiyyətlərə görə “Fəxri fərman” ilə və xx.xx.2021-ci ildə “Döyüş və ictimai-siyasi hazırlıqda fərqləndiyinə görə “Fəxri Fərman” ilə təltif olunmuşdur. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1. –ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2. –ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Həmin Qanunun 10.3-cü maddəsinə əsasən bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Halbuki yuxarıda qeyd edilənlərdən göründüyü kimi cavabdehin hazırda mübahisələndirilən xx.xx.2021-ci il tarixli, 075gm nömrəli əmri ilə İddiaçı xidmət vaxtı başa çatmamış ehtiyata buraxma növündə cəza verilməsi zamanı Azərbaycan Respublikası Silahlı X1 88-ci və 93-cü maddələrinin tələbləri pozulmuşdur, habelə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmamış, iddiaçı barədə aparılmış sonuncu təhqiqat başa çatdıqdan sonra iddiaçının xidmətini davam etdirməsi zamanı xx.xx.2021-ci ildə döyüş hazırlığı, ictimai-siyasi hazırlığının yüksəldilməsində, hərbi nizam-intizamın möhkəmləndirilməsində əldə etdiyi nailiyyətlərə görə “Fəxri fərmn” ilə və xx.xx.2021-ci ildə “Döyüş və ictimai-siyasi hazırlıqda fərqləndiyinə görə “Fəxri Fərman” ilə təltif olunması kimi hallar (xidmətində dönüş yaratması) nəzərə alınmamışdır. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə yuxarıda sadalananlara məcmu şəkildə qiymət verərək hesab edir ki, İddiaçı iddiası əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikasının X4 müavini – SQ-nin Baş Qərargah rəisinin xx.xx.2021-ci il tarixli, 075gm nömrəli əmri ləğv edilməli, iddiaçı N nömrəli hərbi hissənin məsul icraçısı vəzifəsinə bərpa olunmalı və iddiaçıya məcburi iş buraxdığı dövr üçün əmək haqqının hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 2, 32, 34, 68, 69, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRАRА АLDİ: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikasının X4 müavini – SQ-nin Baş Qərargah rəisinin xx.xx.2021-ci il tarixli, 075gm nömrəli əmri ləğv edilsin, İddiaçı N nömrəli hərbi hissənin məsul icraçısı vəzifəsinə bərpa olunsun və İddiaçı məcburi iş buraxdığı dövr üçün əmək haqqının hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа
Məhkəmə qərarları › İş №2-1(112)-4198/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4198/2022
19.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver