Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4199/2020 20.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı14, cavabdehin nümayəndəsi X4 iştirakı ilə iddiaçılar İddiaçı1, X7, İddiaçı3, X1, X2, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «iddiaçılara kompensasiya ödənilməsi»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 və digərləri cavabdeh Bakı şəhəri Yasamal RİH-ə qarşı «iddiaçılara kompensasiya ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilmişdir ki, AR Nazirlər Kabinetinin 51 saylı xx xxxxxx 2018-ci il tarixli qərarı ilə Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus N.Aşurbəyova, S.Tağızadə, A.Şaiq və Ç.Mustafayev küçələri arasındakı ərazidə 1.130 ədəd, Nərimanov pr., İ.Qutqaşenli, B.Səfəroğlu və M.Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2.010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alan orqan Bakı şəhəri Yasamal RİH müəyyən edilmişdir. İddiaçıların mülkiyyətində (istifadəsində) olan daşınmaz əmlaklar AR Nazirlər Kabinetinin 51 saylı xx xxxxxx 2018-ci il tarixli qərarının təsiri altına düşmüşdür. Dövlət ehtiyacları üçün alınan əmlakların yenidən qiymətləndirilməsi məqsədi ilə Bakı şəhəri Yasamal RİH iddiaçılara məxsus olmuş həmin əmlaklarla bağlı təkliflə AR NK-ya müraciət etmiş və sözügedən təkliflər razılaşdırılmışdır. Bakı şəhəri, M.A.Əliyev küçəsi, 34 saylı evin 1/20 hissəsi İddiaçı1 xüsusi mülkiyyətində olmuşdur. xx xxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin əmlaka görə 33.685 manat kompensasiya ödənilmişdir. xx xxxxxx 2019-cu il tarixli “razılaşma”ya əsasən 10.537 manat əlavə kompensasiya ödənilmişdir. Daşınmaz əmlaka görə ümumilikdə 44.222 manat kompensasiya ödənilmişdir. Bakı şəhəri, Ç.Mustafayev küçəsi, 34 saylı evin 19.33 kv.m olan hissəsi İddiaçı2 məxsus olmuşdur. xx xxxxxx 2018-ci il tarixli "müqavilə”yə əsasən daşınmaz əmalaka görə 30.000 manat kompensasiya ödənilmişdir. xx xxxxxx 2019-cu il tarixli “razılaşma”ya əsasən 11.000 manat əlavə kompensasiya ödənilmişdir. Daşınmaz əmlaka görə ümumilikdə 41.000 manat kompensasiya ödənilmişdir. Bakı şəhəri, N.Nərimanov küçəsi, dalan 3, 9 saylı evin 1 y/otağı (16 kv.m) İddiaçı3 xüsusi mülkiyyətində olmuşdur. x xxxxxx 2018-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən daşınmaz əmalaka görə 46.335 manat kompensasiya ödənilmişdir. xx xxxxxx 2019-cu il tarixli “razılaşma”ya əsasən 13.033,50 manat əlavə kompensasiya ödənilmişdir. Daşınmaz əmlaka görə ümumilikdə 59.368,50 manat kompensasiya ödənilmişdir. Bakı şəhəri, A.Şaiq küçəsi, 37 saylı ev İddiaçı4 xüsusi mülkiyyətində olmuşdur. xx xxxxxx 2018-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən daşınmaz əmalaka görə 164.991 manat kompensasiya ödənilmişdir. xx xxxxxx 2020-ci il tarixli “razılaşma”ya əsasən 22.657 manat əlavə kompensasiya ödənilmişdir. Daşınmaz əmlaka görə ümumilikdə 187.648 manat kompensasiya ödənilmişdir. Bakı şəhəri, Ç.Mustafayev küçəsi, 37 saylı evin bir hissəsi İddiaçı5 xüsusi mülkiyyətində olmuşdur. xx xxxxxx 2018-ci il tarixli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən daşınmaz əmlaka görə 78.855 manat kompensasiya ödənilmişdir. xx xxxxxx 2020-ci il tarixli “razılaşma”-ya əsasən 17.103,50 manat əlavə kompensasiya ödənilmişdir. Daşınmaz əmlaka görə ümumilikdə 95.958,50 manat kompensasiya ödənilmişdir. Bakı şəhəri, M.A.Əliyev küçəsi, 44 saylı evin bir hissəsi İddiaçı6 xüsusi mülkiyyətində olmuşdur. xx xxxxxxx 2018-ci il tarixli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən daşınmaz əmlaka görə 93.554 manat kompensasiya ödənilmişdir. xx xxxxxx 2019-cu il tarixli “razılaşma"ya əsasən 14.962 manat əlavə kompensasiya ödənilmişdir. Daşınmaz əmlaka görə ümumilikdə 108.516 manat kompensasiya ödənilmişdir. Bakı şəhəri, M.A.Əliyev küçəsi, 44 saylı evin bir hissəsi İddiaçı7 xüsusi mülkiyyətində olmuşdur. xx xxxxxxx 2018-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən daşınmaz əmlaka görə 90.346 manat kompensasiya ödənilmişdir. xx xxxxxx 2019-cu il tarixli “razılaşma”ya əsasən 18.389 manat əlavə kompensasiya ödənilmişdir. Daşınmaz əmlaka görə ümumilikdə 108.735 manat kompensasiya ödənilmişdir. Bakı şəhəri, Vidadi küçəsi, 20 saylı ev İddiaçı8 Xahq qızının xüsusi mülkiyyətində olmuşdur. xx xxxx 2018-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən daşınmaz əmlaka görə 67.803 manat kompensasiya ödənilmişdir. xx xxxxxx 2019-cu il tarixli “razılaşma”ya əsasən 15.757,50 manat əlavə kompensasiya ödənilmişdir. Daşınmaz əmlaka görə ümumilikdə 83.560,50 manat kompensasiya ödənilmişdir. Bakı şəhəri, N.Aşurbəyova (M.Sübhi) küçəsi, 37 saylı evin 1/8 hissəsi İddiaçı9 xüsusi mülkiyyətində olmuşdur. xx xxxxxxxx 2019-cu il tarixli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən daşınmaz əmlaka görə 15.900 manat kompensasiya ödənilmişdir. Bağlanmış “razılaşma”-ya əsasən 14.100 manat əlavə kompensasiya ödənilmişdir. Daşınmaz əmlaka görə ümumilikdə 30.000 manat kompensasiya ödənilmişdir. Bakı şəhəri, Z.Adıgözəlov küçəsi, 20 saylı evin bir hissəsi İddiaçı10 xüsusi mülkiyyətində olmuşdur. xx xxxxxx 2018-ci il tarixli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi’nə əsasən daşınmaz əmlaka görə 61.900 manat kompensasiya ödənilmişdir. xx xxxxxx 2019-cu il tarixli “razılaşma”ya əsasən 14.896 manat əlavə kompensasiya ödənilmişdir. Daşınmaz əmlaka görə ümumilikdə 76.796 manat kompensasiya ödənilmişdir. Bakı şəhəri, Z.Adıgözəlov küçəsi, 20 saylı evin bir hissəsi İddiaçı11 xüsusi mülkiyyətində olmuşdur. xx xxxxxx 2018-ci il tarixli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən daşınmaz əmlaka görə 84.073 manat kompensasiya ödənilmişdir. xx xxxxxx 2019-cu il tarixli “razılaşma”ya əsasən 17.198 manat əlavə kompensasiya ödənilmişdir. Daşınmaz əmlaka görə ümumilikdə 101.271 manat kompensasiya ödənilmişdir. Bakı şəhəri, Z.Adıgözəlov küçəsi, 20 saylı evin bir hissəsi İddiaçı12 xüsusi mülkiyyətində olmuşdur. xx xxxxxx 2018-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən daşınmaz əmlaka görə 97.735 manat kompensasiya ödənilmişdir. xx xxxxxx 2019-cu il tarixli “razılaşma”ya əsasən 19.113,50 manat əlavə kompensasiya ödənilmişdir. Daşınmaz əmlaka görə ümumilikdə 116.848,50 manat kompensasiya ödənilmişdir. Bakı şəhəri, Şahbazi küçəsi, 53 saylı evin bir hissəsi İddiaçı13 məxsus olmuşdur. xx xxxxxx 2018-ci il tarixli “müqavilə”yə əsasən daşınmaz əmlaka görə 22.810 manat kompensasiya ödənilmişdir. xx xxxxxx 2019-cu il tarixli "razılaşma”ya əsasən 17.190 manat əlavə kompensasiya ödənilmişdir. Daşınmaz əmlaka görə ümumilikdə 40.000 manat kompensasiya ödənilmişdir. Bakı şəhəri, M.A.Əliyev küçəsi, 10 saylı evin bir hissəsi İddiaçı14 məxsus olmuşdur. xx xxxxxx 2018-ci il tarixli "Daşınmaz əmlakın alqısatqı müqaviləsi”nə əsasən daşınmaz əmlaka görə ümumilikdə 40.692 manat kompensasiya ödənilmişdir. Bakı şəhəri, M.A.Əliyev küçəsi, 10 saylı evin bir hissəsi İddiaçı15 məxsus olmuşdur. xx xxxxxx 2018-ci il tarixli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən daşınmaz əmlaka görə 40.692 manat kompensasiya ödənilmişdir. xx xxxxxx 2019-cu il tarixli “razılaşma”ya əsasən 17.453 manat əlavə kompensasiya ödənilmişdir. Daşınmaz əmlaka görə ümumilikdə 58.145 manat kompensasiya ödənilmişdir. Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 5 saylı evin 14 hissəsi İddiaçı16 Məmməd qızına məxsus olmuşdur. xx xxxx 2019-cu il tarixli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən daşınmaz əmlaka görə 215.214 manat kompensasiya ödənilmişdir. Bağlanmış “razılaşma”ya əsasən 24.321 manat əlavə kompensasiya ödənilmişdir. Daşınmaz əmlaka görə ümumilikdə 239.535 manat kompensasiya ödənilmişdir. Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 5 saylı evin 1/2 hissəsi İddiaçı17 məxsus olmuşdur. Xüsusi mülkiyyətdə olan ev sökülmüş, lakin hər-hansı kompensasiya ödənilməmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş bütün növ kompensasiyaların ödənilməsi ilə bağlı iddiaçılar tərəfindən ayrı-ayrı vaxtlarda cavabdeh təşkilata müraciətlər olmuş, lakin müraciətlərə cavab verilməmişdir. Bu səbəbdən kompensasiyaların tam şəkildə ödənilməsi məhkəmə qaydasında tələb edilir. "xxxx” MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin xx xxxxxx 2018-ci il tarixli məktubundan müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi və yaxın ətrafda yerləşən torpaq sahələrinin yerindən, quruluşundan və digər texniki göstəricilərindən asılı olaraq 0,01 ha (100 kv.m) torpaq sahəsinin orta bazar qiyməti 120.000 – 200.000 manat arasında dəyişir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin İ hissəsinə, AR Mülki Məcəlləsinin 246, 247, 1100-cu maddələrinə «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanununun 58, 66-cı maddələrinə, «Torpaq islahatı haqqında» AR Qanununun 9, 10-cu maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnaməyə, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixli. 689 saylı Fərmanının 2.3-cü bəndinə əsaslanaraq, iddiaçılara aşağıdakı kompensiya məbləğlərinin ödənilməsi tələb olunur: - İddiaçı1 qanuni istifadəsində olan 21,79 kv.m torpaq sahəsinə görə 43.580 manat (21.79 kv.m x 2.000 manat), müvafiq Fərmana görə 17.560,40 manat əlavə (144.222 manat + 43.580 manat) x 20%) və «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanununun 66.4,;66.4.6-cı maddəsinə əsasən 8.780,20 manat ((44.222 azn + 43.580 azn) x 10%) çətinliyə görə, ümumilikdə 69.920,60 manat kompensasiya, İddiaçı2 qanuni istifadəsində olan 19,33 kv.m torpaq sahəsinə görə 38.660 manat (19,33 kv.m x 2.000 manat), müvafiq Fərmana görə 15.932 manat əlavə ((41.000 manat + 38.660 manat) x 20%) və «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanununun 66.4, 66.4.6-cı maddəsinə əsasən 7.966 manat ((41.000 manat azn + 38.660 manat) x 10%) çətinliyə görə, ümumilikdə 62.558 manat kompensasiya, İddiaçı3 qanuni istifadəsində olan 30,17 kv.m torpaq sahəsinə görə 60.340 manat (30.17 kv.m x 2.000 manat), müvafiq Fərmana görə 23.941,70 manat əlavə ((59.368,50 manat + 60.340 manat) x 20%) və «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanununun 66.4, 66.4.6-cı maddəsinə əsasən 11.970,85 manat ((59.368,50 manat + 60.340 manat) x 10%) çətinliyə görə, ümumilikdə 96.252,55 manat kompensasiya, İddiaçı4 qızına qanuni istifadəsində olan 96,57 kv.m torpaq sahəsinə görə 193.140 manat (96,57 kv.m x 2.000 manat), müvafiq Fərmana görə 76.157,60 manat əlavə ((187.648 manat + 193.140 manat) x 20%) və «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanununun 66.4, 66.4.6-cı maddəsinə əsasən 38.078,80 manat ((187.648 manat + 193.140 manat) x 10%) çətinliyə görə, ümumilikdə 307.376,40 manat kompensasiya, İddiaçı5 qanuni istifadəsində olan 50.69 kv.m torpaq sahəsinə görə 101.180 manat (50,69 kv.m x 2.000 manat), müvafiq Fərmana görə 39.427,70 manat əlavə ((95.958,50 manat + 101.180 manat) x 20%) və «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanununun 66.4, 66.4.6-cı maddələrinə əsasən 19.713,85 manat ((95.958,50 manat + 101.180 manat) x 10%) çətinliyə görə, ümumilikdə 160.321,55 manat kompensasiya, İddiaçı6 qanuni istifadəsində olan 39.81 kv.m torpaq sahəsinə görə 79.620 manat (39.81 kv.m x 2.000 manat), müvafiq Fərmana görə 37.627,20 manat əlavə ((108.516 manat + 79.620 manat) x 20%) və «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanununun 66.4, 66.4.6-cı maddəsinə əsasən 18.813,60 manat ((108.516 manat + 79.620 manat) x 10%) çətinliyə görə, ümumilikdə 136.060,80 manat kompensasiya, İddiaçı7 qanuni istifadəsində olan 59.26 kv.m torpaq sahəsinə görə 118.520 manat (59.26 kv.m x 2.000 manat), müvafiq Fərmana görə 45.451 manat əlavə ((108.735 manat + 118.520 manat) x 20%) və «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanununun 66.4, 66.4.6-cı maddəsinə əsasən 22.725,50 manat ((108.735 manat + 118.520 manat) x 10%) çətinliyə görə, ümumilikdə 186.696,50 manat kompensasiya, İddiaçı8 qanuni istifadəsində olan 43.79 kv.m torpaq sahəsinə görə 87.580 manat (43.79 kv.m x 2.000 manat), müvafiq Fərmana görə 34.228,10 manat əlavə ((83.560,50 manat + 87.580 manat) x 20%) və «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanununun 66.4, 66.4.6-cı maddəsinə əsasən 17.114,05 manat ((83.560,50 manat + 87.580 manat) x 10%) çətinliyə görə, ümumilikdə 138.922,15 manat kompensasiya, İddiaçı9 qanuni istifadəsində olan 19.55 kv.m (0.01564 ha torpaq sahəsinin 1/8 hissəsi) torpaq sahəsinə görə 39.100 manat (19.55 kv.m x 2.000 manat), müvafiq Fərmana görə 13.820 manat əlavə ((30.000 manat + 39.100 manat) x 20%) və «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanununun 66.4, 66.4.6-cı maddəsinə əsasən 6.910 manat ((30.000 manat + 39.100 manat) x 10%) çətinliyə görə, ümumilikdə 59.830 manat kompensasiya, İddiaçı10 qanuni istifadəsində olan 39.48 kv.m torpaq sahəsinə görə 78.960 manat (39.48 kv.m x 2.000 manat), müvafiq Fərmana görə 31.151,2 manat əlavə ((76.796 manat + 78.960 manat) x 20%) və «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanununun 66.4, 66.4.6-cı maddəsinə əsasən 15.575,6 manat ((76.796 manat + 78.960 manat) x 10%) çətinliyə görə, ümumilikdə 125.686,8 manat kompensasiya, İddiaçı11 qanuni istifadəsində olan 51.32 kv.m torpaq sahəsinə görə 102.640 manat (51.32 kv.m x 2.000 manat), müvafiq Fərmana görə 40.782,2 manat əlavə ((101.271 manat + 102.640 manat) x 20%) və «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanununun 66.4, 66.4.6-cı maddəsinə əsasən 20.391,1 manat ((101.271 manat + 102.640 manat) x 10%) çətinliyə görə, ümumilikdə 163.813,3 manat kompensasiya, İddiaçı12 qanuni istifadəsində olan 64.09 kv.m torpaq sahəsinə görə 128.180 manat (64.09 kv.m x 2.000 manat), müvafiq Fərmana görə 49.005,7 manat əlavə ((116.813,5 manat + 128.180 manat) x 20%) və «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanununun 66.4, 66.4.6-cı maddəsinə əsasən 24.502,85 manat ((116.813,5 manat + 128.180 manat) x 10%) çətinliyə görə, ümumilikdə 201.688,55 manat kompensasiya, İddiaçı13 qanuni istifadəsində olan 15.04 kv.m torpaq sahəsinə görə 30.080 manat (64.09 kv.m x 2.000 manat). Müvafiq Fərmana görə 14.016 manat əlavə ((40.000 manat + 30.080 manat) x 20%) və «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanununun 66.4, 66.4.6-cı maddəsinə əsasən 7.008 manat ((40.000 manat + 30.080 manat) x 10%) çətinliyə görə, ümumilikdə 51.104 manat kompensasiya, İddiaçı14 qanuni istifadəsində olan 15.04 kv.m torpaq sahəsinə görə 30.080 manat (64.09 kv.m x 2.000 manat), müvafiq Fərmana görə 14.016 manat əlavə ((40.000 manat + 30.080 manat) x 20%) və «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanununun 66.4, 66.4.6-cı maddəsinə əsasən 7.008 manat ((40.000 manat + 30.080 manat) x 10%) çətinliyə görə, ümumilikdə 51.104 manat kompensasiya, İddiaçı15 qanuni istifadəsində olan 53.02 kv.m torpaq sahəsinə görə 106.040 manat (53.02 kv.m x 2.000 manat), müvafiq Fərmana görə 32.837 manat əlavə ((58.145 manat + 106.040 manat) x 20%) və «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanununun 66.4, 66.4.6-cı maddəsinə əsasən 16.418,5 manat ((58.145 manat + 106.040 manat) x 10%) çətinliyə görə, ümumilikdə 155.295,5 manat kompensasiya, İddiaçı16 Məmməd qızına qanuni istifadəsində olan 77.06 kv.m torpaq sahəsinə görə 154.120 manat (53.02 kv.m x 2.000 manat), müvafiq Fərmana görə 69.115 manat əlavə ((239.535 manat + 154.120 manat) x 20%) və «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanununun 66.4, 66.4.6-cı maddəsinə əsasən 34.557,5 manat ((239.535 manat + 154.120 manat) x 10%) çətinliyə görə, ümumilikdə 257.792,5 manat kompensasiya, İddiaçı17 daşınmaz əmlakına görə 79.845 manat kompensasiya ödənilməlidir. Belə ki, həmin evin 3/4 hissəsinin mülkiyyətçisinə 239.535 manat kompensasiya ödənilmişdir. Digər tərəfdən, qanuni istifadəsində olan 25.68 kv.m torpaq sahəsinə görə 51.360 manat (25.68 kv.m x 2.000 manat), müvafiq Fərmana görə 26.241 manat əlavə ((79.845 manat + 51.360 manat) x 20%) və «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanununun 66.4, 66.4.6-cı maddələrinə əsasən 13.120,5 manat ((79.845 manat + 51.360 manat) x 10%) çətinliyə görə, ümumilikdə 170.566,50 manat kompensasiya. Cavabdeh Bakı şəhəri Yasamal RİH-in nümayəndəsinin məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı münasibətində (etirazında) aşağıdakılar bildirilmişdir: - İddia mümkün sayılmamalıdır. Belə ki, Bakı şəhəri Yasamal RİH «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanunun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması Qrupu”nu təşkil etmiş və alınan əmlakın qiymətləndirilməsi üçün müstəqil qiymətləndirici cəlb etmişdir. Müstəqil qiymətləndirici “xxxx” MMC tərəfindən iddiaçılara məxsus Bakı şəhərinin Yasamal rayonunda “Sovetski” adlandırılan ərazidə yerləşən yaşayış sahələrinə yerində baxış keçirilən zaman həmin yaşayış sahələrinin faktiki yaşayış və köməkçi sahəsilərinə görə müqayisə metodu ilə aparılmış praşdırma nəticəsində müəyyən edilən mövcud bazar qiyməti və «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanunu və Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan bütün əlavələrlə, habelə köçmə ilə əlaqədar digər xərclər nəzərə alınaraq kompensasiya məbləğləri hesablanmışdır. Beləliklə, iddiaçılara aşağıda reyd edilən qaydada və məbləğlərdə kompensasiya ödənilmişdir: Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin Serya FM nömrə 011335 “Qeydiyyat vəsiqəsi”nə əsasən əsasən Bakı şəhəri, M.A.Əliyev küçəsi, 34 saylı ünvanda yerləşən əmlakın 1/20 hissəsi (1 otaq 10.2 kv.m) İddiaçı1 xüsusi mülkiyyətində olmuşdur. İddiaçı ilə Bakı şəhəri Yasamal RİH arasında bağlanmış xx xxxx 2018-ci il tarixli AN-İ seriyalı ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən İddiaçı1 Bakı səhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsi, 34 ünvanında yerləşən fərdi yaşayış evi onun faktiki sahələri də nəzərə alınaraq ümumi 21,79 kv.m sahə üçün 33.685 manat məbləğində kompensasiya almaqla Bakı şəhəri Yasamal RİH-in mülkiyyətinə vermişdir. Bundan başqa, iddiaçı ilə Bakı şəhəri Yasamal RİH arasında bağlanılmış xx xxxxxx 2019ci il tarixli maddi yardım ödənilməsi haqqında razılaşmaya əsasən iddiaçıya kompensasiya məbləğindən əlavə 10.537 manat məbləğində maddi yardım ödənilmişdir. Bakı şəhəri, Yasamal rayonu, Ç.Mustafayev küçəsi, 9 saylı ünvanda yerləşən əmlakın 19,33 kv.m hissəsi X7 faktiki istifadəsində və sahibliyində olmuşdur. İddiaçı ilə Bakı şəhəri Yasamal RİH arasında bağlanılmış xx xxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən X15 Bakı şəhəri, Yasamal rayonu. Ç.Mustafayev küçəsi. 9 ünvanında yerləşən fərdi yaşayış evinin ona məxsus 19,33 kv.m hissəsini 30.000 manat məbləğində kompensasiya almaqla Yasamal RİH-in mülkiyyətinə vermişdir. Bundan başqa, iddiaçı ilə Bakı şəhəri Yasamal RİH arasında bağlanılmış xx xxxxxx 2019-ci il'tarixli maddi yardım ödənilməsi haqqında razılaşmaya əsasən iddiaçıya kompensasiya məbləğindən əlavə 11.000 manat məbləğində maddi yardım ödənilmişdir. TİMHQ İdarəsinin Serya ÖM 088965 nömrəli “Qeydiyyat vəsiqəsi”nə əsasən Bakı şəhəri, N.Nərimanov küçəsi, dalan 3,9 saylı ünvanda yerləşən əmlakın bir otaqdan ibarət 16 kv.m hissəsi İddiaçı3 xüsusi mülkiyyətində olmuşdur. Lakin, İddiaçı3 faktiki sahibliyində və istifadəsində həmin ünvanda yerləşən əmlakın daha artıq sahəsi, yəni 30,7 kv.m olduğu üçün, onunla Bakı şəhəri Yasamal RİH arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli AN-İ№ ******* “Daşınmaz əmlakın alqısatqısı müqaviləsi”nə əsasən İddiaçı3 30,7 kv.m sahə üçün 46.335 manat məbləğində kompensasiya ödənilmişdir. Bundan başqa, iddiaçı ilə Bakı şəhəri Yasamal RİH arasında bağlanmış xx xxxxxx 2019-ci il tarixli maddi yardım ödənilməsi haqqında razılaşmaya əsasən ona kompensasiya məbləğindən əlavə 13.033,50 manat məbləğində maddi yardım ödənilmişdir. TİMHQ İdarəsinin Serya ÖM 257098 nömrəli “Qeydiyyat vəsiqəsi”nə əsasən Bakı şəhəri, A.Şaiq küçəsi, 37 saylı ünvanda yerləşən əmlakın iki otaqdan ibarət 33,5 kv.m hissəsi İddiaçı4 xüsusi mülkiyyətində olmuşdur. Lakin, İddiaçı4 faktiki sahibliyində və istifadəsində həmin ünvanda yerləşən əmlakın daha artıq sahəsi, yəni 131,29 kv.m olduğu üçün, onunla Bakı şəhəri Yasamal RİH arasında bağlanılmış xx xxxxxx 2018-ci il tarixli AN-İ№ ******* “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən ona 131,29 kv.m sahə üçün 164.991 manat məbləğində kompensasiya ödənilmişdir. Bundan başqa, iddiaçı ilə Bakı şəhəri Yasamal RİH arasında bağlanılmış xx xxxxxx 2020ci il tarixli maddi yardım ödənilməsi haqqında razılaşmaya əsasən ona kompensasiya məbləğindən əlavə 22.657 manat məbləğində maddi yardım ödənilmişdir. TİMHQ İdarəsinin Serya FM 037705 nömrəli “Qeydiyyat vəsiqəsi”nə əsasən Bakı şəhəri, Yasamal rayonu, Ç.Mustafayev küçəsi, 9 saylı ünvanda yerləşən paylı mülkiyyətin qalan hissəsi X2 xüsusi mülkiyyətində olmuşdur. İddiaçı ilə Bakı şəhəri Yasamal RİH arasında bağlanılmış xx xxxxxx 2018-ci il tarixli, AN-İ№ ******* “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən İddiaçı5 Bakı şəhəri, Yasamal rayonu, Ç.Mustafayev küçəsi, 9 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus qalan hissəni 78.855 manat məbləğində kompensasiya almaqla Bakı şəhəri Yasamal RİH-in mülkiyyətinə vermişdir. Bundan başqa, iddiaçı ilə RİH arasında bağlanılmış xx xxxxxx 2020-ci il tarixli maddi yardım ödənilməsi haqqında razılaşmaya əsasən ona kompensasiya məbləğindən əlavə 17.103,50 manat məbləğində maddi yardım ödənilmişdir. DƏDRX tərəfindən verilmiş Serya MA 03551687 nömrəli və Serya MA ******* nömrəli çıxarışlara əsasən Bakı şəhəri, M.A.Əliyev küçəsi, 44 saylı ünvanda yerləşən əmlakın bir otağı (34 kv.m) İddiaçı6 və 1 otağı (y/s 33.8 kv.m, k/s 6 kv.m.) İddiaçı7 xüsusi mülkiyyətlərində olmuşdur. İddiaçı6 və İddiaçı7 faktiki sahibliklərində və istifadələrində mülkiyyət sənədində qeyd olunan sahələrdən artıq sahələr və zirzəmilər də olmuşdur ki, kompensasiya hesablanarkən bunlar da nəzərə alınmışdır. İddiaçılarla Bakı şəhəri Yasamal RİH arasında bağlanılmış xx xxxxxxx 2018-ci il tarixli, AN-İ ******* və AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqavilələri”nə əsasən Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsi, 44 saylı ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyət üzrə mülkiyyətçisi İddiaçı7 90.346 manat və İddiaçı6 93.554 manat məbləğində kompensasiya almaqla Bakı şəhəri Yasamal RİH-in mülkiyyətinə özgəninkiləşdirmişlər. Budan başqa, RİH-lə bağlanılmış xx xxxxxx 2019-cu il tarixli maddi yardım ödənilməsi haqqında razılaşmaya əsasən İddiaçı7 kompensasiya məbləğindən əlavə olaraq 18.389 manat və İddiaçı6 14.962 manat məbləğində maddi yardım ödənilmişdir. TİMHQ İdarəsinin Serya ÖM 238439 nöömrəli “Qeydiyyat vəsiqəsi”nə əsasən Bakı şəhəri, Vidadi küçəsi, 20 saylı ünvanda yerləşən payı əmlakın 23 kv.m hissəsi İddiaçı8 xüsusi mülkiyyətində olmuşdur. Mülkiyyət sənədində əmlakın ümumi sahəsi 23 kv.m göstərilsə də, yerində baxış keçirilən zaman əmlakın faktiki ümumi ölçüsünün 49,24 kv.m olduğu müəyyən edilmişdir. İddiaçı ilə Bakı şəhəri Yasamal RİH arasında bağlanmış xx xxxx 2018-ci il tarixli AN-İ ******* saylı “Daşınmaz əmlakın alqısatqı müqaviləsi”nə əsasən mülikyyətində və faktiki istifadəsində olan sahələri 67.803 manat məbləğində kompensasiya almaqla RİH-in mülkiyyətinə özgəninkiləşdirmişdir. Bundan başqa, iddiaçı ilə RİH arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli maddi yardım ödənilməsi haqqında razılaşmaya əsasən iddiaçıya kompensasiya məbləğindən əlavə 15.757,50 manat maddi yardım ödənilmişdir. DƏDRX-in serya RX ******* nömrəli çıxarışına əsasən ünvan 11 saylı ünvanda yerləşən paylı əmlakın 1/8 hissəsi (10,6 kv.m.) İddiaçı9 xüsusi mülkiyyətində olmuşdur. İddiaçı ilə Bakı şəhəri Yasamal RİH arasında bağlanmış “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən mülikyyətdəki paylı əmlakın 1/8 hissəsinə görə ona 15.900 manat məbləğində ədalətli şəkildə kompensasiya verilmişdir. Bundan başqa, iddiaçı ilə RİH arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli maddi yardım ödənilməsi haqqında razılaşmaya əsasən iddiaçıya kompensasiya məbləğindən əlavə 24.100 manat maddi yardım ödənilmişdir. 1 saylı Bakı İnzibati-İnzibati Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2-1(81)-1597/2019 saylı qərarına əsasən ünvan 12 saylı ünvanda yerləşən evin dövlət ehtiyacları üçün alınması ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada həmin əmlakın dəyərinin Əkrəm Qurbanova 36.088 manat, Azər Qurbanova 40.750 manat, İddiaçı9 15.900 manat və X5 40.156 manat vəsaitin cavabdehlər arasında mübahisə həll olunanadək Bakı şəhəri Yasamal RİH-in depozit hesabına qoyulması nəzərə alınmaqla, cavabdehlər tərəfindən evin boşaldılması qərara alınmışdır. Qərardan İddiaçı9 apellyasiya şikayəti verməsə də, Qurbanov Azər və Qurbanov Əkrəm apellyasiya şikayəti vermişlər. Qeyd olunan qərar ləğv edilmiş və iş yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. DƏDRX tərəfindən verilmiş ********** saylı çıxarışa əsasən Bakı şəhəri, Z.Adıgözəlov küçəsi, 20 saylı ünvanda yerləşən, paylı əmlakın 1/8 hissəsinin 22,4 kv.m. olan 1 otağından 2/3 hissəsi İddiaçı10 xüsusi mülkiyyətində olmuşdur. İddiaçı ilə Bakı şəhəri Yasamal RİH arasında bağlanılmış xx xxxxxx 2018-ci il tarixli AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən paylı mülikyyətdəki 1/8 hissəsinin 22,4 kv.m. olan 1 otağından 2/3 hissəsini 61.900 manat məbləğində kompensasiya almaqla Bakı şəhəri Yasamal RİH-in mülkiyyətinə özgəninkiləşdirmişdir. Bundan başqa, iddiaçı ilə RİH arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli maddi yardım ödənilməsi haqqında razılaşmaya əsasən ona kompensasiya məbləğindən əlavə 14.896 manat məbləğində maddi yardım ödənilmişdir. DƏDRX tərəfindən verilmiş serya RX ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Z.Adıgözəlov küçəsi, 20 saylı, ünvanda yerləşən paylı əmlakın 1/8 hissədən 1 otağın 1/6 hissəsi İddiaçı11 xüsusi mülkiyyətində olmuşdur. İddiaçı ilə Bakı şəhəri Yasamal RİH arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən paylı mülikyyətdəki 1/8 hissədən 1 otağın 1/6 hissəsi 84.073 manat məbləğində kompensasiya almaqla RİH-in mülkiyyətinə özgəninkiləşdirmişdir. Bundan başqa, iddiaçı ilə RİH arasında bağlanılmış xx xxxxxx 2019cu il tarixli maddi yardım ödənilməsi haqqında razılaşmaya əsasən ona kompensasiya məbləğindən əlavə 17.198 manat maddi yardım ödənilmişdir. TİMHQ İdarəsinin Serya FM 010442 nömrəli “Qeydiyyat vəsiqəsi”nə əsasən Bakı şəhəri, Z.Adıgözəlov küçəsi, 20 saylı, ünvanda yerləşən paylı əmlakın 1/8 hissədən 1 otağın 1/6 hissəsi İddiaçı12 xüsusi mülkiyyətində olmuşdur. İddiaçı olan İddiaçı12, eyni zamanda digər paylı mülkiyyətçilər X24, X16, X12, X17 ilə Bakı şəhəri Yasamal RİH arasında bağlanmış xx xxxx 2018-ci il tarixli, AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən qeyd olunan şəxsləin hər birinin paylı mülikyyətdəki olan 1/8 hissədən 1 otağın 1/6 hissəsini ümumi 97.735 manat məbləğində kompensasiya almaqla Bakı şəhəri Yasamal RİH-in mülkiyyətinə özgəninkiləşdirmişlər. Bundan başqa, qeyd olunan şəxslərlə RİH arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli maddi yardım ödənilməsi haqqında razılaşmaya əsasən iddiaçıya və digər paylı mülkiyyətçilərə birlikdə kompensasiya məbləğindən əlavə ümumi 19.113,50 manat maddi yardım ödənilmişdir. ünvan 14 ünvanda yerləşən 14,54 kv.m sahəsi olan daşınmaz əmlak İddiaçı13 faktiki istifadəsində və sahibliyində olduğu üçün iddiaçı ilə Bakı şəhəri Yasamal RİH arasında bağlanmış x xxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən 22.810 manat məbləğində kompensasiya almaqla RİH-in mülkiyyətinə özgəninkiləşdirmişdir. Bundan başqa, onunla RİH arasında bağlanılmış xx xxxxxx 2019-cu il tarixli maddi yardım ödənilməsi haqqında razılaşmaya əsasən iddiaçıya 17.190 manat məbləğində əlavə maddi yardım ödənilmişdir. TİMHQ-nin seriya ÖM 192015 nömrəli və serya ÖM 192017 nömrəli “Qeydiyyat vəsiqələri”nə əsasən Bakı şəhəri, M.A.Əliyev küçəsi, 10 saylı ünvanda yerləşən paylı əmlakın 10,7 kv.m hissəsi (1 otaq) X3, 16,0 kv.m sahədən ibarət bir otağı və 3 kv.m k/s İddiaçı15 xüsusi mülkiyyətində olmuşdur. İddiaçılarla Bakı şəhəri Yasamal RİH arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli AN-İ ******* və AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqavilələri”nə əsasən X10 mülkiyyət üzrə ona məxsus 10,7 kv.m hissəsini 40.692,50 manat və İddiaçı15 paylı mülikyyətdəki 16,0 kv.m sahədən ibarət bir otağı və 3 kv.m k/s-ni 40.692 manat məbləğində kompensasiya almaqla Bakı şəhəri Yasamal RİH-in mülkiyyətinə özgəninkiləşdirmişdir. Bundan oaşqa, həmin iddiaçılarla (İddiaçı15 əvəzinə etibarnamə ilə İddiaçı14) Bakı şəhəri Yasamal RİH arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli maddi yardım ödənilməsi haqqında razılaşmaya əsasən onlara kompensasiya məbləğindən əlavə olaraq ümumilikdə 17.453 manat maddi yardım ödənilmişdir. DƏDRX tərəfindən verilmiş Serya MA ******* nömrəli çıxarışa əsasən ünvan 16 ünvanda yerləşən paylı əmlakın 3/4 hissəsi İddiaçı16 xüsusi mülkiyyətində olmuşdur. Onunla Bakı şəhəri Yasamal RİH arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən İddiaçı16 paylı mülkiyyət üzrə ona məxsus 3/4 hissəsinə görə 215.214 manat məbləğində kompensasiya almaqla ünvan 17 ünvanda yerləşən paylı mülkiyyətdəki hissəsini Bakı şəhəri Yasamal RİH-in mülkiyyətinə özgəninkiləşdirmişdir. Bundan başqa, İddiaçı16 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X6 ilə Bakı şəhəri Yasamal RİH arasında bağlanmış x xxxxxx 2019-cu il tarixli maddi yardım ödənilməsi haqqında razılaşmaya əsasən iddiaçıya kompensasiya məbləğindən əlavə olaraq 24.321 manat məbləğində maddi yardım ödənilmişdir. DƏDRX tərəfindən verilmiş Serya RX ******* nömrəli çıxarışa əsasən ünvan 16 ünvanında yerləşən paylı əmlakın 1/4 hissəsi (4,55 kv.m) İddiaçı17 xüsusi mülkiyyətində olmuşdur. İddiaçı ilə Bakı şəhəri Yasamal RİH arasında bağlanmış xx xxxx 2020-ci il tarixli AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən paylı mülikyyətdəki 1/4 hissə (4,55 kv.m) 6.825 manat məbləğində kompensasiya almaqla Bakı şəhəri Yasamal RİH-in mülkiyyətinə özgəninkiləşdirmişdir. Göründüyü kimi, iddiaçıların mülkiyyətində olmuş əmlaklara görə qanununamüvafiq ədalətli məbləğində kompensasiya ödənilmişdir. Buna baxmayaraq, iddiaçılar məhkəməyə müraciət edərək, əlavə kompensasiya məbləğlərinin onların xeyrlərinə tutulmasını məhkəmədən xahiş edirlər. İddiaçılar notarial qaydada verdikləri ərizələrinə əsasən dövlət ehtiyacları üçün alınanadək onların sahib olduqları yaşayış obyektləri ilə əlaqədar hər hansı digər tələblərinin olmayacaqlarını, həmin obyektlərlə bağlı məhkəmədə və digər dövlət qurumları qarşısında hər hansı iddia qaldırmayacaqlarını və bununla bağlı dövlət orqanlarına, mətbu orqanlarında, qeyri-hökümət təşkilatlarına və digər təşkilatlara heç bir şikayətlərinin olmayacqlarını və müraciət etməyəcəkləri barədə öhdəlik götürmüşdürlər. İddiaçılar mübahisəli sahələri müvafiq alqı-satqı müaqavilələri əsasında Bakı şəhəri Yasamal RİH-in xeyrinə özgəninkiləşdirmişlər. Tərəflər arasında əqd, yəni müqavilə münasibətləri yaranmış və bu münasibətlər alqı-satqının baş tutduğu və həmin müqavilə üzrə tərəflər öhdəliklərini yerinə yetirdiyi anda başa çatmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə görə əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Qanunvericiliyin norması onu deməyə tam əsas verir ki, məbləğindən asılı olmayaraq əqdi imzalanmış tərəf özünün iradəsini ifadə etmiş və bununla da onu mübahisələndirmək hüququnu itirmişdir. Digər tərəfdən əgər müqavilə (əqd) üzrə narazılığını ifadə edən şəxs həmin əqdin etibarsızlığını əvvəlcə mübahisələndirməli və həmin əqd məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında etibarsız hesab edildikdən sonra və bəzi hüquqi prosedurlardan sonra şəxs (iddiaçı) məsələni mübahisələndirə bilər. Bu zaman isə, hüquqi prosedur kimi əsas məqam Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinin tələbinə görə tərəflərin aldıqlarını bir-birinə tam qaytarılması prosedurudur. Başqa sözlə, işin bu halında iddiaçılar aldıqları pul məbləğlərini tam şəkildə geri qaytardıqdan sonra məsələni mübahisələndirməyə başlamalıdır. Hazırda isə belə hal baş verməmişdir. AR Nazirlər Kabinetinin 51 saylı xx xxxxxx 2018-ci il tarixli qərarı ilə torpağın alınması zəruri edən dövlət ehtiyacı və həmin torpağı alan orqan müəyyən edilmişdir. Qərara əsasən dövlət ehtiyacı üçün alınmanın təsirinə düşən ünvanlarda yerləşən daşınmaz əmlakların ərazisinin dövlət əhmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, dövlət ehtiyacları üçün alınması məqsədilə alan orqan kimi Bakı şəhəri Yasamal RİH müəyyən edilmişdir. Qərarın icrası məqsədi ilə Bakı şəhəri Yasamal RİH «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanununun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması Qrupu”nu təşkil etmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb etmişdir. Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşən mübahisə predmeti olan fərdi yaşayış evləri AR Nazirlər Kabinetinin 51 saylı xx xxxxxx 2018-ci il tarixli qərarının təsirinə düşür. AR Nazirlər Kabinetinin 572 nömrəli, xx xxxxxx 2018-ci il tarixli qərarı ilə Bakı şəhərinin Yasamal rayonunda “Sovetski” adlanan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektləri Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması layihəsi ilə bağlı keçirilmiş tenderdə qalib gəlmiş “xxxx” MMC-nin müstəqil qiymətləndirmə ekspertlərinin rəyi ilə müəyyən olunmuş mənzilin əsas və köməkçi sahələrinin hər kv.m üçün son hədd əlavələr də nəzərə alınmaqla 1.500 manatadək və digər sahələr üzrə isə bir kv.m üçün onların konstruksiyasından və təmir səviyyəsindən asılı olaraq 300 – 1.200 manat arasında qiymətləndirilir. Satınalma «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanununa uyğun həyata keçirilir. Göstərilənlərə və İPM-in 35.1, 48.2-ci maddələrinə, “İnzibati məhkəmə İcraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il 5 saylı qərarının müddəalarına, əsaslanaraq, iddianın mümkün sayılmaması məhkəmədən xahiş olunur. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı14 və cavabdehin nümayəndəsi gəlmişlər, digər iddiaçılar gəlməmişlər. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saydı. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı14 iddia ərizəsində göstərilənləri təsdilədiklərini, işə məhkəmədə baxılmalı olduğunu bildirdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X13 iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 89-cu maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia), 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İPM-in 30.2-ci maddəsinə əsasən mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2018-ci il tarixli 51 nömrəli qərarının 1-ci bəndinə görə Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzaga Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alan orqan Bakı şəhəri Yasamal RİH müəyyən edilmişdir. Qərarın 2-ci bəndində nəzərdə tutulmuşdur ki, Bakı şəhəri Cavabdehnə bu qərarın 1-ci hissəsində göstərilən torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirilməsi və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər təqdim edilməsi tapşırılsın. Məhkəmə qeyd edir ki, Bakı şəhəri, Yasamal rayonu ərazisində hazırkı iddiaçılara məxsus daşınmaz əmlakların hazırkı cavabdeh Bakı şəhəri Yasamal RİH tərəfindən AR Nazirlər Kabinetinin xx xxxxxx 2018-ci il tarixli 51 saylı qərarının icrası ilə əlaqədar sökülməsi və bu söküntü işləri çərçivəsində həmin daşınmaz əmlaklarla bağlı iddiaçılarla alqı-satqı müqavilələrinin bağlanması, habelə müqavilələr üzrə müvafiq məbləğlərin ödənilməsi işin mübahisə olunmayan hallarına aiddir. Məhkəmənin qənaətinə görə evin mülkiyyətçisi ilə söküntü işlərini aparan qurum arasında müvafiq müqavilə bağlandığından və bu müqavilə etibarsız sayılmadığından, eləcə də mübahisələndirilmədiyindən, iddiaçılar həmin evlərlə, o cümlədən onların altındakı torpaq sahəsi (torpaq sahələri onların mülkiyyəti kimi qeydiyyat alınmamışdır) ilə bağlı kompensasiya ödənilməsini tələb etmək üçün subyektiv hüquqa malik deyillər. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Məhkəmə həmçinin vurğulayır ki, iddiaçılar (İddiaçı1, X15, İddiaçı3, X8, X9, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16 və İddiaçı17) birlikdə bir iddia ərizəsi ilə məhkəməyə müvafiq tələblərlə müraciət etsələr də, hazırkı iş üzrə İPM-in 30.1 və 30.2-ci maddələrində təsbit olunmuş “həmiştirakçılıq” halı yolverilən deyil. Belə olan halda məhkəmənin qənaətinə görə cavabdeh Bakı şəhəri Yasamal RİH tərəfindən iddiaçılar İddiaçı1, X7, İddiaçı3, X1, X2, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16 və İddiaçı17 hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı mıəhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4199/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4199/2020
20.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver