Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4199/2022 10.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçının nümayəndəsi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayonu Qala Bələdiyyəsinə qarşı torpaq sahəsinin cizgisinin verilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayonu Qala Bələdiyyəsinə qarşı cavabdehin üzərinə Bakı şəhəri Xəzər rayou Qala Bələdiyyəsinin fərdi yaşayış einin tikintisi üçün ona ayırdığı 600 kv.m torpaq sahəsinin cizgisinin təqdim edilməsi öhdəliyinin qoyulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əzizbəyov rayonu Qala Bələdiyyəsinin 381 saylı, 24.10.2005-ci il tarixli Sərəncamına əsasən Bakı şəhəri 7-ci mkr., ev 5/34, mənzil 31-də yaşayan İddiaçı Qala qəsəbəsində ev tikmək üçün 600 kv.m. torpaq sahəsi ayrılmışdır. 24.10.2005-ci il tarixli Bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında alğısatqı müqaviləsinin 1.1.yarımbəndinə əsasən torpaq alğı-satqı müqaviləsi torpaq sahəsinin sərhədləri yerdə və xəritədə müəyyən etdildikdən, onun sahəsi ölçüldükdən və bələdiyyənin bu barədə müvafiq qərarı olduqdan sonra bağlanır. Müqavilənin 3.1. yarımbəndinə əsasən torpağın satış qiyməti 1 kv.m. üçün 13600 manat təşkil edir. İddiaçı tərəfindən Qala Bələdiyyəsinə torpaq sahəsinə görə seriya BFİ № 177840 24.08.2005-ci il tarixli kassa mədaxil orderi üzrə ******* manat məbləğində pul ödənilmişdir. 2014-cü ilin mayında o, fərdi yaşayış evinin tikintisinə başlamaq məqsədilə ona ayrılmış toıpaq sahəsinin sərhədlərinin dəqiqləşdirilməsi və yerləşdiyi sahənin cizgisinin alınması üçün Xəzər rayonu Qala Bələdiyyəsinə müraciət etmişdir. Ona verilmiş 23.05.2014-cü il tarixli, 79 nömrəli cavabdan görünür ki, Qala Bələdiyyəsinin 24.10.2005-ci il tarixli 381 saylı Qərarı əsasında İddiaçı 600 k.m.torpaq sahəsinin ayrılması vətəndaşlara torpaq sahəsinin ayrılmasına dair qeydiyyat kitabında qeydiyyatın olması ilə də, öz təsdiqini tapır. Lakin, sahənin cizgi-sxemi ona təqdim edilməmişdir. Yuxarıda göstərilənlər əsasında, fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış torpaq sahəsinin cizgisinin ona verilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən ona göndərilən 1-2/M36 saylı, 03.11.2021-ci il tarixli cavabda qeyd olunub ki, Qala bələdiyyəsinə aid torpaq sahələrinin yeni xəritəsinin bu günə qədər verilmədiyinə görə vətəndaş İddiaçı Qala qəsəbəsində ev tikmək məqsədilə ayrılmış 600 kv.m. torpaq sahəsinincizgisinin verilməsi bələdiyyənin səlahiyyəti xaricindədir. Cavabdeh məktubunda habelə qeyd edib ki, gələcəkdə yeni xəritə verildikdən sonra ərizəyə yenidən baxilacaqdır. 600 kv.m. torpaq sahəsi ona 2005-ci ildə cavabdehə ayrılmış torpaqların xəritəsi üzrə verilmişdir. Onun cavabdehdən sahənin cizgi-sxeminin yeni xəritəyə görə yox, cavabdehə əvvəllər ayrılmış torpaqların xəritəsinə əsasən təqdim edilməsi barədə xahişi təmin edilməmişdir. Ona ayrılmış torpaq sahəsinin yeni torpaq xəritəsinə heç bir aidiyyəti yoxdur. 2005-ci ildə fərdi yaşayış evinin tikintisi üçün onun sahəsinin yaxınlığında torpaq sahələri verilmiş bir çoxlarına sahənin cizgi-sxemi təqdim olunmuşdur və onlar həmin sahələri özəlləşdirmişlər. Cavabdehin onun ərizəsinə cavabı ərizəsinin məzmununa uyğun deyildir. Naməlum səbəbdən cavabdeh ərizənin mahiyyəti üzrə ona cavab verməkdən boyun qaçırmışdır. Habelə qeyd edir ki, torpaq sahəsi verilərkən cavabdeh ona torpağın ölçülərini və yerləşdiyi sahəsini göstərmişdir. Bundan sonra alğı-satq müqaviləsi bağlanılmışdır. Bu, 24.10.2005-ci il tarixli bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında alğı-satqı müqaviləsinin 1.1.yarımbəndi ilə təsdiq olunur. Cavabdeh ona verilən torpağın yerini göstərsə də, sahənin cizgi-sxemini ona təqdim etməmişdir. Cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, torpaq sahəsi ayrılarkən Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin rəyi alınmamışdır. 15 mart 2002-ci il tarixli, 274-İİQ nömrəli Azərbaycan Respublikası Qanununu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 7-ci bəndinə görə torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Həmin Əsasnamənin 19-cu bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü hazırlanmadığına və torpaq sahəsinin ayrıldığı tarixdən uzun müddət keçməsi səbəbindən sözügedən torpaq sahəsinin cizgisinin hal-hazırda hazırlanması və təqdim edilməsi mümkün deyildir. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan, hazırlıq icraatı mərhələsində məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işdə olan Əzizbəyov rayon Qala Bələdiyyəsinin sədrinin 381 nömrəli, 24 oktyabr 2005-ci il tarixli “Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” sərəncamının surətindən görünür ki, Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyətinin 15 avqust 2005-ci il tarixli, 595 saylı məktubu rəhbər tutularaq, Bakı şəhəri, 7 MKR, ev 5/34, mənzil 31-də yaşayan İddiaçı Qala qəsəbəsində ev tikməsk üçün 600 kv.m torpaq torpaq sahəsi ayrılmışdır. İşdə olan “Bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında” 24.10.2005-ci il tarixli alğı-satqı müqaviləsinin surətindən görünür ki, Müqavilənin predmetinə əsasən Qala Bələdiyyəsinin 381 saylı qərarı əsasında Bakı şəhəri Əzizbəyov şəhəri, Yeni Massiv küçəsində yerləşən ümumi sahəsi 600 kv.m olan torpaq sahəsi İddiaçı satılmışdır. İşdə olan BEİ seriyalı, 177840 nömrəli, 2.10.2006-ci il tarixli kassa mədaxil orderi qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən ******* (səkkiz milyon yüz altmış min manat məbləğində pul vəsaiti torpağın alğı-satqısı üçün ödənilmişdir. İşdə olan Bakı şəhəri Xəzər rayonu Qala Bələdiyyəsi tərəfindən Nümayəndə ünvanlanmış 1-2/M36 nömrəli, 03.11.2021-ci il tarixli məktubdan görünür ki, Qala bələdiyyəsinə aid torpaq sahələrinin yeni xəritəsi bugünə qədər verilmədiyinə görə Qala bələdiyyə sədrinin 381 saylı, 24.10.2005-ci il tarixli sərəncamı əsasında İddiaçı Qala qəsəbəsində ev tikmək məqsədilə ayrılmış 600 kv.m torpaq sahəsinin cizgisinin verilməsi səlahiyyətləri xaricindədir. Gələcəkdə yeni xəritə verildikdən sonra ərizəsinə yenidən baxılacaqdır. Məhkəmə tərəfindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxış keçirilərkən müəyyən edilmişdir ki, iddia ərizəsi Bakı şəhəri Xəzər rayonu Qala Bələdiyyəsi tərəfindən torpaq sahəsi İddiaçı ayrılmasına baxmayaraq, onun əvəzindən iddia ərizəsi 06.05.2014-cü il tarixdə verilmiş etibarnamə əsasında Nümayəndə tərəfindən imzalanmışdır ki, həmin etibarnamə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.1 və 69.1-1-ci, 74-cü və 150.1-ci maddələrinin tələblərinə uyğun olmamaqla, sözügedən iddianın səlahiyyətli şəxs tərəfindən imzalanması halını istisna edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.1-ci maddəsinə əsasən Hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Həmin Məcəllənin 69.1-1-ci maddəsinə əsasən Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 74.1-ci maddəsinə əsasən Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Həmin Məcəlləsinin 150.1-ci maddəsinin tələblərinə əsasən: 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.1. cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla); 150.1.2. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd; 150.1.3. iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla); 150.1.4. bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd; 150.1.5. iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri; 150.1.6. müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir); 150.1.7. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd. Qanunvericiliyin tələblərindən göründüyü kimi, qanunverici məhkəmə iclasında nümayəndə qismində iştirak edə biləcək səlahiyyətli şəxslərin dairəsini müəyyən edərək (MPM maddə 69.1-1) fiziki şəxsin nümayəndəsinin onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola biləcəyini təsbit etmişdir. Hazırki işin halları ilə isə Nümayəndə sözügedən şəxslərin siyahısına daxil olması müəyyən edilmir. İddia tələbinin özünə gəldikdə isə, məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbindən göründüyü kimi, hazırki iddia vasitəsilə iddiaçı keçmiş Bakı şəhəri Əzizbəyov rayonu Qala Bələdiyyəti tərəfindən 381 saylı, 24.10.2005-ci il tarixli sərəncamla ona ayrılış torpaq sahəsinə dair cizginin verilməsini xahiş edir. Cavabdeh isə iddiaçının tələbinin təmin edilməməsinin əsası kimi bələdiyyə aid torpaq sahələrinin yeni xəritəsinin bugünədək verilmədiyinə, verildikdən sonra ərizəsinə yenidən baxıla biləcəyinə istinad etmişdir. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin sözügedən normasının mənası baxımından, inzibati icraat qaydasında qaldırılan istənilən iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən və prosessual qanunvericiliyin tələblərinə uyğun qaydalar, o cümlədən iddia müddəti çərçivəsində, qanunla cavabdehliyi müəyyən edilən inzibati orqana qarşı verilməli və müvafiq sübutlar əlavə edilməklə qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayıla bilsin. Əks təqdirdə, məhkəmə İPM-in 35.3-cü maddəsinin tələbinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad çıxarır. Lakin konkret halda, iddiaçının tələbinin məhkəmə icraatının mümkün sayılması üçün faktiki şərtlərin mövcudluğu müəyyən edilmir. Belə ki, «Bakı şəhərində mühəndis-kommunikasiya təminatlı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 30.12.2016-cı il tarixli 1184 nömrəli Fərmanı ilə Bakı şəhərində bir sıra mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması məqsədi ilə qərara alınmışdır:
1. Yerli icra hakimiyyəti orqanları tərəfindən Bakı şəhərinin ərazisində Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 7-ci bəndinə uyğun olaraq bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin ayrılması ilə bağlı bələdiyyənin qərarı qəbul edilənədək torpaq sahəsinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma, ərazi planlaşdırılması sənədlərinə uyğunluğu baxımından rəy verilməsi 2017-ci il yanvarın 1-dən etibarən müvəqqəti dayandırılsın.
2. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, yerli icra hakimiyyəti orqanlarına tapşırılsın və Bakı şəhərinin inzibati ərazi vahidi hüdudlarında təşkil olunmuş bələdiyyələrə tövsiyə olunsun ki, Bakı şəhəri üzrə ərazi planlaşdırılması sənədlərinin sifarişi ilə bağlı verilən layihə tapşırıqlarında şəhərin ərazisinin baş və müfəssəl planlarında şəhərsalma məqsədləri baxımından tikintilərin növü və miqyası ilə bağlı torpaqlardan istifadəsi təsbit edilmiş ərazilərin zonalaşdırılması zamanı həyətyanı torpaq sahələri olan yaşayış evləri tikiləcək zonaların planlaşdırılmasına yol verilməsin.
3. "xxxx" Açıq Səhmdar Cəmiyyəti 2017-ci il martın 1-dək Bakı şəhərinin ərazisinin peyk təsviri vasitəsilə ortofotolarının hazırlanmasını təmin edib, bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. Göründüyü kimi, müvafiq icra hakimiyyəti orqanları tərəfindən bələdiyyə torpaqlarının ayrılması ilə bağlı 01.01.2017-ci il tarixindən rəy verilməsi və yaşayış evləri tikiləcək zonaların planlaşdırılmasına yol verilməsi dayandırıldığından, hazırki halda, cavabdeh Qala Bələdiyyəsi iddiaçının tələbi üzrə Qala Bələdiyyəsinin ərazisində yerləşən torpaq sahəsinin cizgisini vermək səlahiyyətinə malik deyil. Bütün bu qeyd olunanlar isə iddiaçının hazırkı iddia tələbinin məhkəmə icraatının mümkünlüyünü istisna edir. Belə olan halda da, İPM-in 35.1-ci maddəsinin tələbi baxımından, həmin iddia tələbi əsaslandırılmış iddia tələbi kimi qəbul edilə bilməz. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1, 80 və 85-cı maddələrini rəhbər tutaraq
QƏRARA ALDİ:
İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibatiMəhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər.
Hakim Aygün Abdullayeva