Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4199/2023 03.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X16 üzrə Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X21 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X16 üzrə Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X16 üzrə Baş İdarəsinə qarşı cavabdeh tərəfindən qəbul dilmiş xx.xx.2022-ci il tarixli **********3387 saylı, xx.xx.2022-ci il tarixli **********3636 saylı və xx.xx.2022-ci il tarixli **********3391 saylı vergi ödəyicinin vergi qanunvericiliyinin pozulması barədə qərarlarının ləğv edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X16 üzrə Baş İdarəsi tərəfindən keçirlimiş operativ vergi nəzarətinin keçirilməsi barədə qərara əsasən yoxlama keçirilmiş və həmin yoxlamanının nəticəsində aşağıda göstərilən qərarlar qəbul edilmişdir: 1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1 -ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verildiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi barədə xx.xx.2022-ci il tarixli **********3387 saylı; 2. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.2-ci maddəsinə əsasən və 33.4-cü maddəsində göstərilən müddətdə vergi. orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi xx.xx.2022-ci il tarixli **********3636 saylı; Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 3 nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilməsi barədə məsuliyyətə cəlb edilməsi qərarları qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli **********3391 saylı Dövlət Vergi Xidmətinin X16 üzrə Baş İdarəsi 23 sentyabr 2022-ci il tarixində həm əhali ilə nağd hesablaşma qaydalarının pozulması haqqında akt tərtib etmiş, həmdə əmək müqaviləsiz işçi olması üzrə akt tərtib etmişdir. Lakin, bildirir ki, o, sahibkar olaraq bu obyektdə fəaliyyətə başlamamışdır. xx.xx.2022-ci il tarixində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Obyekti xx.xx.2022-ci il tarixində ünvan 2 ünvanda **********3 arayışla uçota alınıb, **********-15001 kod verilmişdir. **********4 saylı kassa qeydiyyat vərəqəsi xx.xx.2022 tarixində verilmiş və zavod nömrəsi vs43217s50262 Sunmi Vis NKA qeydiyyata alınmışdır. Onun heç bu obyektdə fəaliyyəti olmayan tarixə ona bir çox cərimə aktları yazılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 saylı fərmanı ilə təsdiq edilmiş sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında əsasnamənin: 1.5 bəndsahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız reyestrdən qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamanın hüquqi nəticəsi yoxdur. 3.4 reyestrə yoxlama ilə əlaqədar aşağıdakı məlumatlar daxil edilir: (....) Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 1720/2022 saylı qərarı 8-ci səhifə analoji olaraq qanunsuz yoxlama barədədir. Keçmiş sahibkarın işçilərini onun işçisi kimi rəsmiləşdirilərək, əmək müqaviləsiz işçi olması qeyd edib maliyyə sanksiyası yazılıbdır. Bundan əlavə sahibkar olaraq ona yoxlama keçirilməsi barədə hər hansı bir Ədliyyə Nazirliyi çıxarışı olmamış, operativ vergi nəzarətinin keçirilməsi barədə qərar mövcud olmamışdır. Ümumi 06 iyun 2022-ci il tarixində Bakı şəhər Nərimanov rayonu üzrə operativ vergi nəzarəti keçirilməsi haqqında ümumi qərar olmuşdur. Halbuki, həmin dövrdə o, ümumiyyətlə həmin ərazilərdə fəaliyyət göstərməmişdir. Keçirilmiş yoxlama tamamilə qanunsuzdur və ona aidiyyəti olmayan şəxslərə görə əmək müqaviləsiz işçi kimi cərimə yazılmışdır. 06 iyun 2022-ci il tarixində Bakı şəhər Nərimanov rayonu üzrə operativ vergi nəzarəti keçirilməsi haqqında ümumi qərar olmuşdur. Halbuki, həmin dövrdə o, ümumiyyətlə həmin ərazilərdə fəaliyyət göstərməmişdir. Keçirilmiş yoxlama tamamilə qanunsuzdur və ona aidiyyəti olmayan şəxslərə görə əmək müqaviləsiz işçi kimi cərimə yazılmışdır. Tərəflərindən dəfələrlə Dövlət Vergi Xidmətinə, Bakı Şəhəri X16 Üzrə Baş İdarəsinə şikayət məktubları ünvanlanmışdır. Lakin, bu şikayətlərinə cavab olaraq vergi orqanı tərəfindən aşağıdakı kimi cavablar verilmişdir. Sahibkarlıq fəaliyyəti göstərdiyi obyektdə keçirilmiş operativ vergi nəzarəti tədbirlərinin nəticəsindən narazılıq barədə müraciətinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılmışdır. Müraciətində göstərilənlərlə əlaqədar aparılmış araşdırma zamanı Dövlət Vergi Xidmətinin Bakı şəhəri X16 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********1253 nömrəli qərarına əsasən sahibkarlıq fəaliyyəti göstərdiyi ünvan 4 ünvanda yerləşən “EF Beauty” gözəllik salonunda operativ vergi nəzarəti tədbirlərinin həyata keçirildiyi müəyyən edilmişdir. Keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 33.4-cü maddəsində göstərilən müddətdə vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə, “Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması” və Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən tərəfindən 3 (üç) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunduğu faktları aşkar edilərək, barəsində xx.xx.2022-ci il tarixli aktlar tərtib edilmişdir. Eyni zamanda operativ vergi nəzarəti tədbiri zamanı lisenziya tələb olunan fəaliyyət növü ilə belə lisenziya olmadan fəaliyyət göstərdiyi müəyyən edilərək, İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən barəsində xx.xx.2022-ci il tarixli akt tərtib edilmişdir. İşin faktiki hallarına nəzər yetirdikdə müəyyən etmək olur ki, o, yoxlama keçirilən zaman həmin obyektdə vergi uçotunda olmamış və həmin obyektdə fəaliyyətə başlanılmamışdır. Həmin zaman obyektdə əvvəllər fəaliyyət göstərmiş şəxs ilə aralarında təhvil-təslim işləri aparılmışdır. Yəni həmin zaman onun obyektdə hər hansı bir fəaliyyəti olmamasına baxmayaraq vergi orqanı əməkdaşları tərəfindən qanunsuz olaraq vergi yoxlaması aparılmışdır. Nəzərə çatdırmaq istədikləri bir digər məqam isə bundan ibarətdir ki, vergi orqanı tərəfindən obyektlərdə yoxlama keçirilən zaman Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış alınmalıdır. Lakin bildirmək istəyir ki, vergi orqanının əməkdaşları tərəfindən vahid məlumat reyesterindən çıxarış alınmamışdır. Həmçinin reyesterdən çıxarış olmadığı üçün sahibkarlıq sahəsində operativ vergi yoxlamasının keçirilməsi barədə qərar mövcud olmamış və onlara təqdim edilməmişdir. Bu isə vergi orqanı əməkdaşları tərəfindən prosessual pozuntulara yol verilməsinə dəlalət edir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
4. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
5. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
6. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X16 üzrə Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********1253 nömrəli qərarına əsasən Bakı şəhər Nərimanov rayonu ərazisində keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı İddiaçı tərəfindən 3 (üç) nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, xx.xx.2022-ci il tarixli DVX seriyalı 005426 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirildiyi, İddiaçı aktı imza etməkdən və bir nüsxəsini qəbul etməkdən imtina etdiyi müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2022-ci il tarixli **********3391 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul olunaraq vergi ödəyicisinə 6000 (altı min) manat maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə" Təlabnamə vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda xx.xx.2022-ci il tarixli **********613600 nömrəli məktubun vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə saat 11:19:50-də oxunduğu müəyyən edilmişdir. O cümlədən, Nərimanov rayonu, Ağa Nemətulla 51 ünvanında yerləşən İddiaçı məxsus “EF” gözəllik salonunda nəzarət-kassa aparatı tətbiq edilmədən əhali ilə nağd pul hesablaşmalarının aparıldığı müəyyən edilərək “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında" xx.xx.2022-ci il tarixli DVX seriyalı 011415 nömrəli akt tərtib edildiyi, iddaçının operativ vergi nəzarəti tədbirinin nəticələrinə görə tərtib edilmiş aktı imza etməkdən və bir nüsxəsini qəbul etməkdən imtina etdiyi müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2022-ci il tarixli **********3387 nömrəli qərar qəbul edilərək, vergi ödəyicisinə 1000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda xx.xx.2022-ci il tarixli **********611200 nömrəli məktubun vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə saat 11:11:18-da oxunduğu müəyyən edilmişdir. Eyni zamanda keçirilmiş operativ vergi nəzarəti zamanı fiziki şəxin vergi uçotuna durmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu aşkar olunaraq, “Vergi Məcəlləsinin 33.4-cü və ya 34.3-cü maddələrində göstərilən müddətdə müvafiq ərizənin və ya məlumatın verilməməsinin aşkar edilməsi barədə" xx.xx.2022-ci il tarixli 001918 nömrəli və Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olduğu aşkar edilərək xx.xx.2022-ci il tarixli 000295 nömrəli akt tərtib edilmiş, İddiaçı aktın imzalanmasından və bir nüsxəsinin qəbul edilməsindən imtina edildiyi müəyyən olunmuşdur. Tərtib edilmiş xx.xx.2022-ci il tarixli 001918 nömrəli akta əsasən Baş İdarə tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2022-ci il tarixli **********3636 nömrəli qərar qəbul edilərək, vergi ödəyicisinə 40 (qırx) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə" Tələbnamə vergi Ödəyicilərinin vergi uçotu haqqında sənədlərində qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda xx.xx.2022-ci il tarixli **********231000 nömrəli məktubun vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə saat 11:21:13-də oxunduğu müəyyən edilmişdir. Bildirirlər ki, İddiaçı vergi orqanında uçota durmadan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla 51B ünvanında sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Belə ki, xx.xx.2022-ci il tarixində Bakı şəhəri Nərimanov rayonu, Ağa Nemətulla 51B ünvanında keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı İddiaçı məxsus "EF" Beauty salonda “Lisenziyalar və icazələr haqqında Qanun"un 4.3-cü maddəsinin tələbləri pozularaq, lisenziya alınmadan kosmetoloji xidmətlərin (lazer epilyasiya xidmətləri) göstərildiyi aşkar edilmişdir. Eyni zamanda operativ vergi nəzarəti tədbiri zamanı xx.xx.2022-ci il tarixində saat 12:30-da müştəri tərəfindən lazer xidmətinə görə 8 (səkkiz) manat ödəniş olunduğu, lakin ödəniş müqabilində NKA çeki və ya mədaxil qəbzi təqdim olunmadığı müəyyən olunmuşdur. NKA quraşdırılmadığından və mədaxil qəbzi olmadığından yayındırılmış məbləği bərpa etmək mümkün olmamışdır. İddiaçı ərizəsində əsassız olaraq bildirmişdir ki, yoxlama tamamilə qanunsuzdur və ona aidiyyəti olmayan şəxslərə görə əmək müqaviləsiz işçi kimi cərimə yazılmışdır. Qeyd olunanın əksinə bildirirlər ki, operativ vergi nəzarəti tədbiri zamanı işçi Həsənova Zenfira xx.xx.2022-ci il tarixli etirafedici izahat təqdim edərək, 2 gündür ki, İddiaçı tərəfindən manikur ustası vəzifəsinə işə qəbul olunduğunu, əlavə olaraq üz, qaş, saça dair də xidmətlər göstərdiyini, obyektdə özündən başqa işləyən işçilərdən Gülnarə və Bəstini tanıdığını, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. X4 xx.xx.2022-ci il tarixli etirafedici izahatında İddiaçı tərəfindən "EF" gözəllik salonunda dırnaq ustası vəzifəsinə işə götürüldüyünü, əmək haqqının göstərdiyi xidmətin həcminə uyğun olaraq İddiaçı tərəfindən ödənildiyini, obyektdə özündən başqa işləyən işçilərdən Zenfiranı və Gülnarəni tanıdığını, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. Digər işçi X2 heç bir səbəb göstərmədən obyekti tərk etdiyi üçün ondan izahat almaq mümkün olmamışdır. İddiaçı operativ vergi nəzarəti tədbiri zamanı təqdim etdiyi izahatında bildirmişdir ki, o, iki gündür ki, ünvan 7 ünvanında yerləşən “EF" gözəllik salonunda sahibkarlıq fəaliyyətinə başlamışdır. Yeni fəaliyyətə başladığı üçün vergi orqanında qeydiyyatdan keçməmiş, Obyekti vergi orqanında qeydiyyata qoymadığı üçün nəzarət-kassa aparatı quraşdırmamışdır. X6, X3, X1 işə cəlb etmişdir. İşçilərin hər birinin əmək haqqı göstərdiyi xidmətin həcminə görə müəyyənləşir. Ən qısa zamanda vergi orqanında uçota alınacaq və NKA quraşdıracaq. Xüsusilə vurğulamaq istəyirlər ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək müqaviləsi bildirişləri" bazasının məlumatlarına əsasən operativ vergi nəzarəti tədbirindən sonra İddiaçı X9 ilə xx.xx.2022-ci il tarixində əmək müqaviləsi bağlamış və həmin müqaviləyə xx.xx.2022-ci İl tarixində xitam vermiş, Həsənova Zenfira ilə İsə xx.xx.2022-ci il tarixində əmək müqaviləsi bağlanmış və bugünədək qüvvədədir. Göründüyü kimi, operativ vergi nəzarəti tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X16 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********3387 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarına əsasən İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. xx.xx.2022-ci il tarixədək 1000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır.
8. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X16 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********3391 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarına əsasən İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 3 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmiş, xx.xx.2022-ci il tarixədək 6000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır.
9. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X16 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********3636 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarına əsasən İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsini 58.2-ci maddəsinə əsasən və 33.4-cü maddəsində göstərilən müddətdə vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, xx.xx.2022ci il tarixədək 40 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır.
10. Cavabdeh tərəfindən təqdim edilmiş icraat materiallarına əsasən: - xx.xx.2022-ci il tarixli **********1253 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən Bakı şəhəri, Nərimanov rayonu ərazisində operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. - xx.xx.2022-ci il tarixli **********1605 nömrəli, xx.xx.2022-ci il tarixli **********2826 nömrəli, xx.xx.2022-ci il tarixli **********1974 nömrəli qərarlarla “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarlarla dəyişikliklər edilmişdir. - “Vergi Məcəlləsinin 33.4-cü və ya 34.3-cü maddələrində göstərilən müddətdə müvafiq ərizənin və ya məlumatın verilməməsinin aşkar edilməsi barədə” DVX 001918 nömrəli akta əsasən, xx.xx.2022-ci il tarixdə saat 12:30-da vergi orqanının əməkdaşları tərəfindən həyata keçirilmiş operativ vergi nəzarəti zamanı fiziki şəxs İddiaçı vergi orqanında uçota durmadan “EF” gözəllik salonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.2-ci maddəsinə əsasən fiziki şəxs İddiaçı Vergi Məcəlləsinin 33.4-cü maddəsində göstərilən müddətdə vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 40 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. - İddiaçı xx.xx.2022-ci il tarixli izahatında bildirmişdir ki, o, Ağa Neymətulla 51 b ünvanında yerləşən “EF” gözəllik salonunu 2 gündür icarəyə götürərək sahibkarlıq fəaliyyətinə başlamışdır. Yeni fəaliyyətə başladığı üçün vergi orqanında qeydiyyatdan keçməmişdir. Səbəbi odur ki, ayın axırına qədər təhvil təslim işləri aparılır. Gələn ayın 1dən vergi orqanında qeydiyyata durduqdan sonra rəsmi şəkildə fəaliyyətə başlayacaqdır. Vergi orqanında qeydiyyata durmamış, VÖEN əldə etməmişdir. Obyekti vergi orqanında qeydiyyatdan keçirməmiş və bu səbəbdən, kassa nəzarət aparatı quraşdırmamışdır. Fəaliyyət göstərdiyi dövr ərzində gəlir əldə etməmiş, eyni zamanda salonda xidmətlərin göstərilməsinə aşağıda adlarını qeyd etdiyi şəxsləri işə cəlb etmişdir: X10, X5, X2. Bu işçilərdən müvafiq olaraq ilk iki nəfər salon içisi, digər xanım isə lazer ustası qismində fəaliyyət göstərir. Onların hər birinin əmək haqqı göstərdikləri xidmətlərin həcmindən asılı olaraq müəyyənləşir. Ən qısa vaxtda vergi orqanında qeydiyyatda duracaq, obyektə NKA quraşdıracaq. İzahatı özü yazmış, əlavə olaraq bildirmişdir ki, lazer fəaliyyətində gəlir əldə etməmişdir. - “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” xx.xx.2022-ci il tarixli DVX 011415 nömrəli akta əsasən, xx.xx.2022ci il tarixdə saat 12:30-da müştəri tərəfindən lazer xidmətinə görə 8 AZN ödəniş olunmuş, lakin, ödəniş müqabilində NKA çeki və ya mədaxil qəbzi təqdim olunmamışdır. NKA quraşdırılmadığından və mədaxil qəbzi olmadığından yayındırılmış məbləği bərpa etmək mümkün olmamışdır. İddiaçı Azərbaycan Respublikası vergi Məcəlləsinin 16.1.8-16.1.9cu maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 8.3.16-cı bəndinin tələblərini pozmuş və buna görə də İddiaçı barəsində Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Əhali ilə nağd pul hesablaşmalarına düzgün əməl olunması tövsiyə olunmuşdur. - DVX-nin Bakı şəhəri KSİ üzrə Bİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, gözəllik salonunda işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 3 (üç) nəfər fiziki şəxsdən 1 (bir) nəfərinin – lazer epilyasiya xidməti göstərən (lazer epilyatorçu vəzifəsində işləyən) X2 (FİN KOD:49SRL79) hər-hansı əsaslı səbəb göstərmədən obyekti tərk etdiyindən onun yazılı izahatının alınması mümkün olmamışdır. - “Lisenziya tələb olunan fəaliyyət növlər ilə belə lisenziya olmadan məşğul olan şəxslərin aşkar edilməsi üzrə operativ vergi nəzarətinin nəticələri haqqında” xx.xx.2022-ci il tarixli DVX 000295 nömrəli akta əsasən İddiaçı tərəfindən lazer apellyasiya xidmətlərinin göstərildiyi aşkar edilmişdir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 4.3-cü maddəsinin tələbləri pozularaq özəl tibb fəaliyyəti (kosmetoloji fəaliyyəti ilə) üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunda görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən İddiaçı barəsində inzibati xəta haqqında protokol tərtib edilmədi. - Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” xx.xx.2022-ci il tarixli DVX 005426 nömrəli akta əsasən İddiaçı 3 (üç) nəfər gözəllik salonunda xidmətlərin yerinə yetirilməsinə cəlb olunmuş, onlardan 3 (üç) nəfər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin, (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Akta əlavə edilmiş siyahıda X2, X9 və Zenfira Həsənovanın adları qeyd edilmişdir. - X5 xx.xx.2022-ci il tarixdə izahat verərək izahatında bildirmişdir ki, yeni işə götürüldüyü üçün onunla əmək müqaviləsi bağlanmamış, ən qısa vaxtda əmək müqaviləsi bağlanacaqdır. Göstərdiyi xidmətlərin həcmindən asılı olaraq ona çatası əmək haqqının 60 % nisbətində müəyyənləşdirilməsi barədə şifahi qaydada razılaşmışlar, əmək haqqı almamışdır. - X9 xx.xx.2022-ci il tarixdə izahat verərək izahatında bildirmişdir ki, yeni işə götürüldüyünə görə əmək və ya xidmət müqaviləsi bağlanmamışdır. Əmək haqqı göstərdiyi xidmətin həcminə uyğun müəyyən olunur və M.Həsənova tərəfindən ödənilir.
11. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 öz ifadəsində bildirdi ki, o, salonun əvvəlki müdriyyəti ilə işləmiş, vergi yoxlaması gələn zaman salonda olma səbəbi, onu köhnə salon sahibinin təhvil-təslim üçün çağırması olmuşdur. Həmin vaxt o, İddiaçı tanımırdı, onun tərəfindən xidmətlərin yerinə cəlb edilməmiş, ondan əmək haqqı almamışdır. İzahatında yazdıqlarını vergi işçilərinin dedikləri əsasında yazmış, Bəsti İbrahimovanı da, köhnə salon müdiri ilə işlədiyindən tanıyır, Gülnarəni isə tanımır. Vergi orqanı əməkdaşları yoxlamaya gələn zaman Mirvari Hüseyova ümumiyyətlə obyektdə olmamışdır.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
12. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
13. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
14. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
15. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
16. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər
17. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək.
18. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir.
19. Hazırkı iş üzrə işin hallarından müəyyən edilir ki, cavabdehin xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəməyə şikayət ərizəsi ilə müraciət edilmişdir.
20. Məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş 30 günlük iddia müddətini ötürməmişdir. İddia mümkün iddiadır.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
21. Məhkəmə işdə iştirak edən proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
22. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərilən qanunvericiliyin normaları ilə əsaslandırır.
23. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir.
24. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.
25. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
26. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
27. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir.
28. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü maddəsinə (Vergi orqanlarının hüquqları) 23.1. Vergi orqanının hüquqları aşağıdakılardır: - 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; (...) Həmin Məcəllənin 50-ci maddəsinə (Operativ vergi nəzarəti) əsasən: - 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: - 50.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan, bu Məcəllənin 33.2-ci maddəsinə uyğun olaraq təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən "Fərqlənmə nişanı"nı almayan vergi ödəyicilərinin aşkar edilməsi; - 50.1.2. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi; - 50.1.2-1. nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyriqanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarət edilməsi; - 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; - 50.1.4. valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktlarının aşkar edilməsi; - 50.1.6. xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi; - 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; - 50.1.8. istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi; - 50.1.9. bu Məcəllənin 50-2.1-ci və 194.1-ci maddələrində nəzərdə tutulan qaydaların aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı tələblərinə əməl edilməsinə nəzarət edilməsi. - 50.1.10. bu Məcəllənin 221.8-ci maddəsinə əsasən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almayan vergi ödəyicilərinin aşkar edilməsi; - 50.1.11. nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi; - 50.1.12. pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi; - 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi; - 50.1.13-1. bu Məcəllənin 16.1.11-11-ci maddəsinə əsasən vergi ödəyicisinin idxal olunmuş mallarının saxlanıldığı (boşaldıldığı) yerə baxış keçirilməsi; - 50.1.14. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi. 50.2. Operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: - 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; - 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; - 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; - 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; - 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir.
29. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamə: Bənd 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bənd 3.1. Reyestrə yoxlayıcı orqan, sahibkarlıq fəaliyyəti subyektləri, habelə yoxlamalar və məhdudlaşdırıcı tədbirlər barədə məlumatlar daxil edilir. Bənd 3.4. Reyestrə yoxlama ilə bağlı aşağıdakı məlumatlar daxil edilir: 3.4.1. yoxlamanın kodu; 3.4.2. yoxlayıcı orqanın adı (birgə yoxlama həyata keçirilən zaman bütün yoxlayıcı orqanların da adları); 3.4.3. yoxlanılması nəzərdə tutulan sahibkarlıq subyektinin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi; 3.4.4. yoxlanılması nəzərdə tutulan sahibkarlıq fəaliyyəti subyektinin hüquqi ünvanı; 3.4.5. yoxlanılması nəzərdə tutulan sahibkarlıq subyektinin adı; 3.4.6. yoxlanılması nəzərdə tutulan sahibkarlıq subyekti barədə həmin yoxlayıcı orqan tərəfindən aparılan sonuncu yoxlama, onun kodu (əgər varsa), növü, dövrü və müddəti; 3.4.7. yoxlamanın hüquqi əsası, aid olduğu nəzarət sahəsi, vergi yoxlamasının və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi, habelə bu Əsasnamənin 1.5-2-ci bəndində nəzərdə tutulmuş halın araşdırılması ilə bağlı aparılan yoxlamaların predmeti; 3.4.8. yoxlanılacaq təsərrüfat obyektinin fəaliyyət növü, ünvanı və əgər varsa, vergi orqanları tərəfindən verilən kodu (bu Əsasnamənin 1.5-2-ci bəndində nəzərdə tutulmuş yoxlama üzrə isə fəaliyyət növü); 3.4.9. yoxlamanın növü (yoxlama, araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və s.); 3.4.10. yoxlanılan dövr (dövrün başlanğıc və son tarixləri göstərilməklə) və ya yoxlamanın xüsusiyyətlərindən asılı olaraq cari fəaliyyəti; 3.4.11. yoxlamanın müddəti (başlama və sona çatma tarixləri göstərilməklə); 3.4.12. yoxlama zamanı araşdırılacaq suallar (yoxlayıcı orqanlar tərəfindən Reyestrdə öncədən yerləşdirilmiş suallardan informasiya sistemi vasitəsilə avtomatlaşdırılmış rejimdə seçilir); 3.4.13. yoxlamanın keçirilməsi haqqında qərarı qəbul etmiş şəxsin və yoxlayıcının FİN-i, soyadı, adı, atasının adı və vəzifəsi; 3.4.14. yoxlamanın plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) olması (plandankənar (növbədənkənar) yoxlamadırsa, onun təyin edilməsi üçün əsaslar). Yoxlama hüquqi və fiziki şəxslərin, dövlət və yerli özünüidarəetmə orqanlarının müraciətlərinə, habelə mediada yayılan məlumatlara əsasən təyin olunduqda, həmçinin:
1. fiziki şəxsin FİN-i, soyadı, adı, atasının adı, əlaqə telefonu;
2. hüquqi şəxsin VÖEN-i, adı, ünvanı, əlaqə telefonu və müraciəti imzalayan şəxsin vəzifəsi, soyadı, adı, atasının adı;
3. dövlət və ya yerli özünüidarəetmə orqanının adı, ünvanı, müraciəti imzalayan şəxsin vəzifəsi, soyadı, adı, atasının adı;
4. media subyektinin adı, məlumatın yayılma tarixi;
5. məlumatın skan edilmiş surəti və ya elektron istinad mənbəyi (link);
6. Qanunun 16.7-ci maddəsinə uyğun təfərrüatlı əsaslandırma; 3.4.14-1. yoxlama enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı təyin edildikdə, enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələri ilə sahibkar arasında bağlanılmış müvafiq müqaviləyə və sayğaca dair məlumatlar (müqavilənin nömrəsi, tarixi, sayğacın markası və nömrəsi); 3.4.15. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli Fərmanında nəzərdə tutulmuş hallarda yoxlama aparılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin razılığı, əməkdaşının iştirakı tələb olunduqda isə onun FİN-i, soyadı, adı, atasının adı, vəzifəsi və əlaqə telefonu; 3.4.16. yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə); 3.4.17. yoxlamanın keçirilib-keçirilməməsi barədə məlumat (keçirilmədikdə, bunun səbəbləri); 3.4.18. yoxlamanın nəticəsi (yoxlama suallarının siyahısından (vergi yoxlamaları və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı aparılan, həmçinin bu Əsasnamənin 1.5-2-ci bəndində nəzərdə tutulmuş yoxlamalar istisna olmaqla) bu yoxlama üçün seçilmiş hər bir konkret suala münasibətdə qanun pozuntusunun aşkar olunub-olunmaması); 3.4.19. aşkarlanmış qanun pozuntusunun məzmunu, pozuntuda cinayət, inzibati xəta və ya digər əlamətlərin olması, tələbləri pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri; 3.4.20. qəbul edilmiş qərar və ondan asılı olaraq məsuliyyət tədbirlərinin görülübgörülməməsi, aşkarlanmış qanun pozuntusuna görə tətbiq olunmuş məsuliyyət tədbirlərinin təsviri (məbləğ və sair), məsuliyyətə cəlb edilmiş şəxslər (hüquqi şəxs olduqda, hüquqi şəxsin VÖEN-i, adı, ünvanı, vəzifəli şəxsin FİN-i, soyadı, adı, atasının adı, vəzifəsi), materialların göndərildiyi dövlət orqanları (məktubların tarixi və nömrəsi); 3.4.21. aşkarlanmış qanun pozuntusunun aradan qaldırılması üçün görülməli tədbirlər, bu tədbirlərin icrası üçün müəyyən olunmuş müddət və onların nəticələri. 3.4-1. Qanunun 28-ci maddəsində göstərilən, yoxlama ilə əlaqədar tətbiq olunan məhdudlaşdırıcı tədbirlər barədə aşağıdakılar tələb olunur: 3.4-1.1. məhdudlaşdırıcı tədbirin tətbiqi barədə aralıq aktın nömrəsi və tarixi; 3.4-1.2. məhdudlaşdırıcı tədbirin tətbiqinə səbəb olan tələbləri pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri; 3.4-1.3. məhdudlaşdırıcı tədbirin növü, tətbiq edilməsinin Qanunun 28-ci maddəsinə uyğun əsaslandırılması və tarixi; 3.4-1.4. məhdudlaşdırıcı tədbirin ləğv edilməsi üçün yerinə yetirilməli tədbirlər; 3.4-1.5. bu Əsasnamənin 3.4.15-ci yarımbəndinə müvafiq olaraq, məhdudlaşdırıcı tədbirin tətbiqinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin razılığının olubolmaması; 3.4-1.6. məhdudlaşdırıcı tədbirin tətbiqi barədə qərarın nömrəsi və tarixi; 3.4-1.7. məhdudlaşdırıcı tədbirin ləğv edilməsinin tarixi və səbəbləri.
30. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktların müddəalarından görünür ki, operativ vergi nəzarətini həyata keçirmək vergi orqanının hüququdur. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmçinin, reyestrə yoxlama ilə bağlı daxil edilməli olan məlumatların konkret dairəsi qanunvericiliklə müəyyən edilmişdir.
31. Hazırki işin hallarından isə görünür ki, vergi orqanı tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilməsinə baxmayaraq, həmin yoxlama sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan yoxlama kimi Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin tələblərinə zidd olaraq vergi orqanı tərəfindən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat Reyestrində qeydiyyata alınmamışdır. Belə olan halda, həmin yoxlamanın Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlama kimi hüquqi nəticəsi mövcud ola bilməz. Bu yoxlamanın hüquqi nəticəsi kimi isə cavabdehin qəbul etdiyi qərarlar əsaslı hesab edilə bilməz.
32. Məhkəmə eləcə də, qeyd edir ki, iş materiallarında olan vergi orqanı tərəfindən əmək müqaviləsi bağlanmadan xidmətlərin yerinə yetirilməsinə cəlb edildiyi bildirilən fiziki şəxslərin izahatlarından görünür ki, onlar da, bir daha İddiaçı izahatında göstərilənləri təsdiq edərək bildirmişlər ki, əmək haqqı almamışlar, aralarında işə götürülmə ilə bağlı razılıq yeni əldə olunduğundan müqavilə bağlanılmamışdır. Bunu həmçinin məhkəmə iclasında şahid qismində dindirilmiş X5 da, öz ifadəsində bir daha təsdiq etmişdir.
33. Digər fiziki şəxsdən isə ümumiyyətlə izahat alınmamışdır.
34. Həmçinin, vergi orqanı tərəfindən sözügedən salonda operativ vergi nəzarəti keçirilən vaxt lazer fəaliyyəti və digər xidmətlərin göstərilməsi iş materiallarında olan kifayət qədər mötəbər sübutlarla öz təsdiqini tapmır.
35. Məhkəmə qeyd edir ki, iş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-797/2023 saylı qərarından da görünür ki, iddiaçı barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X12” X20 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edərkən işin hallarını hərtərəfli araşdırmamış, sübut kimi təqdim edilmiş fotoşəkillərin həmin salona aid olub-olmaması məsələsi, həmçinin salonda yoxlama aparıldığı vaxtda lazer fəaliyyəti ilə bağlı xidmətlərin göstərilib-göstərilməməsi məsələsi araşdırılmamışdır.
36. Göründüyü kimi, cavabdehin yoxlama aparılan vaxtda iddiaçının lisenziya tələb olunan fəaliyyəti növü ilə (hazırki mübahisədə özəl tibb fəaliyyəti (lazer) fəaliyyəti) belə lisenziya olmadan məşğul olması ilə bağlı dəlilləri də, iş materiallarında olan sübutlarla tam həcmdə öz təsdiqini tapmır.
37. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
38. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
39. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
40. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
41. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğun təmin edilməlidir.
42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X16 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********3387 saylı, xx.xx.2022-ci il tarixli **********3636 saylı və xx.xx.2022-ci il tarixli **********3391 saylı qərarları ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva