Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-420/2021 16.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi, cavabdeh 16 saylı Şəhər Poliklinikasının vəkili Əliyeva Nurlana Tofiq qızının (Ağdam rayonunda qeydiyyatdadır, ixtisası hüquqşünas, peşəsi vəkil), üçüncü şəxsin nümayəndəsi Hacıyev Tural Zakir oğlunun (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquq şöbəsinin aparıcı mütəxəssisi) iştirakı ilə, iddiaçılar Baqvanova Şövkət Həsənağa qızının (Bakı şəhərində qeydiyyatdadır, işləmir), İddiaçı2 (Bakı şəhərində qeydiyyatdadır, işləmir) cavabdeh 16 saylı Şəhər Poliklinikasına qarşı 88 formalı göndərişin göndərilməsi öhdəliyinin qoyulması tələbi barədə inzibati işə üçüncü şəxs qismində “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” Publik Hüquqi Şəxsi cəlb edilməklə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar Baqvanova Şövkət Həsənağa qızı və İddiaçı2 məhkəmədə cavabdehlər 16 saylı Şəhər Poliklinikasına, Bakı şəhəri Baş Səhiyyə İdarəsinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə qarşı iddia qaldıraraq 16 saylı Şəhər Poliklinikası tərəfindən iddiaçılara xəstəlikləri ilə bağlı tibbi-sosial ekspertiza müayinəsinə göndərişin (forma 88) verilməsi vəzifəsinin həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçılar Baqvanova Şövkət Həsənağa qızı və İddiaçı2 iddia tələbini onunla əsaslandırmışlar ki, İddiaçı1 2-ci tip şəkərli diabet,ürək xəstəliyi,yüksək qan təzyiqi, nevrologiya,böyrək xəstəliyi,nevropatiya,onurğa disk yırtığı,artroz,karpal tunel sindromu və s. və İddiaçı2 2-ci tip şəkərli diabet orta-ağır forma,anadangəlmə travmatik ensefalopatiya, gözündə anadangəlmə astiqmatizm,onurğanın skaliozu,miokardiodistrofiya xəstəliklərindən əziyyət çəkir,ikinci iddiaçı həm də uşaqlıqdan nevroloji dispanser qeydiyyatındadır, iddiaçıların hər ikisi xəstə kimi 16 saylı Şəhər Poliklinikasında qeydiyyatdadırlar. Bütün qeyd edilən xəstəliklərlə yanaşı şəkərli diabetin fəsadları da onlarda özünü günbəgün göstərməkdədir.Xəstəliklərilə əlaqədar iddiaçılar 16 saylı Şəhər Poliklinikasına onlara tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsi ilə bağlı 30 mart 2019-cu il tarixdə ərizə ilə müraciət etmişlər. Lakin iddiaçıların xəstəliklərilə bağlı funksional, diaqnostik, laborator, ambulator, stasionar müayinələrlə bağlı lazımı arayışların poliklinikada qeydiyyat kartlarında olmasına baxmayaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli, 140 nömrəli qəran ilə təsdiq edilmiş “Tibbisosial ekspertiza müayinəsinə göndərişin verilməsi qaydaları”na riayət edilməyərək iddiaçılara göndərişin verilməsindən qanunsuz olaraq imtina edilmişdir.İddiaçıların xəstəliklərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının müəyyən olinması meyarlarına dair əsasnamə”nin 2.2.1; 2.2.6; 2.2.7; 2.2.9; 2.2.11 bəndlərinə tam uyğun olmasına baxmayaraq 16 saylı şəhər poliklinikasının qanuna zidd hərəkətlərindən problem öz həllini tapmamışdır. İddiaçılar göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh 16 saylı Şəhər Poliklinikası iddia tələbinə təqdim etdiyi etirazında göstərmişdir ki, Yasamal rayonu, H.Cavid prospekti, 558-ci məh., ev 30, mən. 5-də yaşayanlar: Baqvanova Şövkət Həsənağa qızı və övladı Baqvanov Tamerlan İsmayıl oğlu 16 saylı Şəhər Poliklinikasında qeydiyyatdadırlar.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli, 413 nömrəli qərarına əsasən 16 saylı Şəhər Poliklinikasının həkimlərinin rəyində və xəstəxananın yazdığı çıxarışlarda göstərilən diaqnoza əsasən xəstəliyin ağırlaşması və fəsadlaşması olmadığı üçün 16 saylı Şəhər Poliklinikasının Həkim Məsləhət Komissiyası tərəfindən iddiaçılara Tibbi Sosial Ekspert Komissiyasına göndəriş verilməsi əsassız hesab edilmişdir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçılar məhkəmə bахışınа öz nümаyəndələrini göndərməmişlər.İddiaçılar məhkəməyə müraciət edərək səhhətləri ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmişlər və təyin edilmiş məhkəmə iclasında işə baxılaraq mahiyyəti üzrə qərar qəbul edilməsini xahiş etmişdir.Odur ki, məhkəmə işə iddiaçıların iştirakı olmadan baxmışdır. Cavabdeh 16 saylı Şəhər Poliklinikasının vəkili Əliyeva Nurlana Tofiq qızı iddia ərizəsinə etirazda göstərilən məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” Publik Hüquqi Şəxsin nümayəndəsi Hacıyev Tural Zakir oğlu iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək, cavabdeh 16 saylı Şəhər Poliklinikasının və üçüncü şəxsin vəkil və nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İddiaçılar tərəfindən məhkəməyə iddianı təsdiq edən sübut qismində cavabdeh 16 saylı Şəhər Poliklinikasına 30.03.2019-cu ildə təqdim etdikləri ərizələrin surətlərini, Bakı şəhər Baş Səhiyyə İdarəsinin 25.06.2019-cu il, 30.10.2019-cu il tarixli məktublarının surətlərini, öz şəxsiyyət vəsiqələrinin surətlərini, şəhər endokrinoloji dispanserə göndərişlərin surətlərini, xəstənin tibb kartından çıxarışların surətlərini, aparılmış müayinələrn nəticələrinə dair Elmi-Tədqiqat Kardiologiya İnstitutunun 22.09.2020-ci il tarixli sənədinin, Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun 18.09.2020-ci il tarixli arayışının, Neyrocərahiyyə Xəstəxanasının müayinə protokolunun,qanın biokimyəvi analizlərinin surətlərini təqdim etmişlər. Məhkəmə tərəfindən iddiaçılarda hansı xəstəliklərin və qüsurların aşkar olunması, bu xəstəliklərin və qüsurların onlara hər hansı qrup əlillik dərəcəsi verilməsinə əsas olmasının müəyyən edilməsi üçün iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmişdir, həmin ekspertizanın nəticələrinə dair daxil olmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE VƏ PAB” PHŞ-nın T 36/2021 nömrəli ekspert rəyində İddiaçı1 və 1982-ci il təvəllüdlü İddiaçı2 adlarına tərtib edilmiş sənədlərə, özlərinin məhkəmə-tibbi müayinələrinə və qərardadda göstərilən suallara uyğun komissiya aşağıda göstərilən nəticəyə gəlmişdir: vətəndaş İddiaçı1 tibb sənədlərinə əsasən o, “şəkərli diabet İİ tip, arterial hiperteniya İİ dərəcə, xroniki hepatopankreatit, kalkulyoz, xolesistit, sağ diz oynağının artrozu, L5-S1 disk degenerativ dəyişikliyi, L5 S1 radikulopatiya ağrı sindromu ilə, sidik ləngiməsi, diabetik sidik kisəsi” xəstəliklərindən, İddiaçı2 isə “şəkərli diabet İİ tip, orta ağır forma, postravmatik ensefalopatiya, hər iki gözdə miopik astiqmatizm, onurğanın skaliozu, hepatoz, kalkulyoz xolesistit, miokardiodistrofiya” xəstəliklərdən əziyyət çəkirlər. Qeyd edilən xəstəliklərin fəsadları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 nömrəli, 30.12.2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyyarlarına dair” əsasnaməyə uyğun gəlmədiyindən əlilliyin təyininə imkan vermir. Beləliklə, iş materiallarından məhkəmə müəyyən etmişdir ki, iddiaçılar Azərbaycan Respublikasının vətəndaşlarıdırlar, İddiaçı1 şəkərli diabet İİ tip, arterial hiperteniya İİ dərəcə, xroniki hepatopankreatit, kalkulyoz, xolesistit, sağ diz oynağının artrozu, L5-S1 disk degenerativ dəyişikliyi, L5 S1 radikulopatiya ağrı sindromu ilə, sidik ləngiməsi, diabetik sidik kisəsi xəstəliklərindən, İddiaçı2 isə şəkərli diabet İİ tip, orta ağır forma, postravmatik ensefalopatiya, hər iki gözdə miopik astiqmatizm, onurğanın skaliozu, hepatoz, kalkulyoz xolesistit, miokardiodistrofiya” xəstəliklərindən əziyyət çəkirlər. İddiaçılar cavabdeh 16 saylı Şəhər Poliklinikasına iddiaçıların əlillik dərəcəsinin müəyyən edilməsi məqsədilə Tibbi Sosial Ekspert Komissiyasına Forma 88 göndərişin verilməsi barədə müraciət etsələr də müraciətləri təmin edilməmişdir. Odur ki, iddiaçılar hazırki iddia ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iddiaçıların iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. Həmin Qaydanın 1.4-cü bəndinə əsasən göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Həmin Qaydanın 1.5-ci bəndinə əsasən göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi;1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçılara əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi üçün yuxarıda qeyd edilmiş əsaslardan heç biri mövcud deyil. Bundan başqa məhkəmə ekspertiza rəyinə görə də, iddiaçılarda olan yuxarıda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE VƏ PAB” PHŞ tərəfindən təqdim edilmiş T 36/2021 nömrəli ekspert rəyinə əsasən iddiaçıda Ş.H.Bağvanovanın şəkərli diabet İİ tip, arterial hiperteniya İİ dərəcə, xroniki hepatopankreatit, kalkulyoz, xolesistit, sağ diz oynağının artrozu, L5-S1 disk degenerativ dəyişikliyi, L5 S1 radikulopatiya ağrı sindromu ilə, sidik ləngiməsi, diabetik sidik kisəsi xəstəliklərindən, İddiaçı2 isə şəkərli diabet İİ tip, orta ağır forma, postravmatik ensefalopatiya, hər iki gözdə miopik astiqmatizm, onurğanın skaliozu, hepatoz, kalkulyoz xolesistit, miokardiodistrofiya xəstəliklərindən əziyyət çəkirlər, lakin qeyd edilən xəstəliklərin fəsadları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 nömrəli 30.12.2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” əsasnaməyə uyğun gəlmədiyindən əlilliyin təyininə imkan vermir. Göründüyü kimi işin faktiki hallarına əsasən iddiaçıların xəstəlikləri və xəstəliklərinin fəsadları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 nömrəli 30.12.2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyyarlarına dair” əsasnaməyə uyğun gəlmədiyindən əlilliyin təyininə imkan vermir və belə olan halda cavabdeh 16 saylı Şəhər Poliklinikasının iddiaçılara əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməməsi hərəkətləri ilə iddiaçıların hüquqlarının pozulması halı baş verməmişdir. Azərbaycan Respublikasının İPM-nin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar Baqvanova Şövkət Həsənağa qızının və İddiaçı2 cavabdeh 16 saylı Şəhər Poliklinikasının üzərinə iddiaçılara xəstəlikləri ilə bağlı tibbi-sosial ekspertiza müayinəsinə göndərişin (forma 88) verilməsi vəzifəsinin həvalə edilməsi barədə iddiaları əsaslı olmadığı üçün təmin edilməməlidir. Məhkəmə onu da qeyd edir ki, cavabdehlər Bakı şəhəri Baş Səhiyyə İdarəsinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə qarşı olan hissədə məhkəmə hazırki iş üzrə qəbul edilmiş qərardadla iddianı mümkünsüz hesab etmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2-ci, 34cü, 68-ci,69-cu, 85-ci,110-cu mаddələrini rəhbər tutаrаq QƏRARA ALDİ: İddiaçılar Baqvanova Şövkət Həsənağa qızının və İddiaçı2 cavabdeh 16 saylı Şəhər Poliklinikasının üzərinə iddiaçılara xəstəlikləri ilə bağlı tibbi-sosial ekspertiza müayinəsinə göndərişin (forma 88) verilməsi vəzifəsinin həvalə edilməsi barədə iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-420/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-420/2021
16.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver