Məhkəmə qərarları › İş №2-1(112)-420/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-420/2024

02.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-420/2024 02.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona İİ qrup əillik dərəcəsinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddianın dəqiqləşdirlməsi barədə ərizə təqdim edərək ona 0053003AAFK7 saylı xx.xx.2021-ci il tarixli göndəriş əsasında əlilliyin qiymətləndirildiyi xx.xx.2021-ci il tarixdən əlillik dərəcəsinin müəyyən edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən xx.xx.2016-cı il tarixdə onurğanın ostreoxandrozu, bel fəqərələrinin osteoxandrozu, radikulopatiya, diskogen iki tərəfli radikulit (daha çox solda) residiv gedişli ağrı sindromu, hərəki hissi pozğunluqlarla, stenokrdiya, onikibarmaq bağırsağın xorası dioqnozu ilə xəstəliyi TSEK tərəfindən müəyyən edilərək xx.xx.2021-ci il tarixədək hərbi xidmət dövrü ilə əlaqədar İİ qrup əlillik dərəcəsi təyin edilmişdir. Xəstəliyə görə dəfələrlə xəstəxanaya müraciət edib müayinə və müalicə almışdır. Növbəti müayinə vaxtı cavabdeh orqan tərəfindən ona imtina verilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Xəstənin əsas diaqnozun ağırlaşması reyestr məlumatı aktiv sürücü vəsiqəsi ilə uyğunsuzluq yaradır. Cavabdeh orqanının imtinası tamamilə qanunsuz və əsassızdır. İddiaçı hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Ali Nəzarət Komissiyası tərəfindən ekspertiza keçirilməli və qeyd olunan xəstəliklər üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” nin bəndlərinə uyğun olaraq qeyd edilmiş diaqnozun ikinci dərəcə əlilliyin təyininə əsas veribvermədiyi ətraflı araşdırılmalıdır. Göründüyü kimi, iddiaçının xəstəliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” nin bəndlərinə uyğun olaraq qeyd edilmiş ikinci dərəcə əlilliyin təyininə əsas verib-vermədiyi məhkəmənin öz təşəbbüsü ilə təyin etdiyi ekspert rəyindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Həmin Qərarın 2.2-ci bəndində ikinci dərəcə əlilliyin təyin edildiyi 15 hal sadalanmışdır. İddiaçıda aşkar olunan xəstəliklər “Əsasnamə”nin qeyd olunan 2.2-ci bəndinin müddəalarında təsbit olunan İİ qrup əlilliyə aid xəstəliklərlə müqayisəli şəkildə araşdırılmamış, xəstəliyinin həmin qrupa aid xəstəliklər sırasında olduğu aşkar olduğu halda cavadeh orqan əsassız olaraq əlilliyi müəyyən etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək aşağıdakıları bildirmişdir. “Müəyyən olunmuşdur ki, iddiaçının əlillik vəziyyəti 29 saylı Birləşdirilmiş Şəhər Xəstəxanasının xx.xx.2010-cu il tarixli göndərişi əsasında əsasında baxılmış, "Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar, X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M53 - Başqa rubrikalarda təsnif olunmayan digər dorsopatiy..., Diaqnozun mətni: Bel fəq osteoxondrozu-diskogen 2 tərəfli.L5 radikuliti.residiv gedişlio\ağrı sindromu ilə.hərəkət məhdudluğu ilə." “Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: bel fəq osteoxondrozu” səbəbi ilə bir il müddətinə verilmişdir. 29 saylı Birləşdirilmiş Şəhər Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında "Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar, X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M53 - Başqa rubrikalarda təsnif olunmayan digər dorsopatiy..., Diaqnozun mətni: Bel fəq osteoxondrozu-diskogen 2 tərəfli.L5 radikuliti.residiv gedişli-o\ağrı sindromu ilə.hərəkət məhdudluğu ilə., Meyar: 2.2. ikinci dərəcə əlillik => DİGƏR: bel fəq osteoxondrozu;" səbəbi ilə 1 il müddətinə əlillik verilmişdir. 29 saylı Şəhər Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında əsasında baxılmış, Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar "X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M40-M43 - Deformasiyaedən dorsopatiyalar => M42 - Onurğanın osteoxondrozu => M42.0 - Onurğa..., Diaqnozun mətni: Onurğanın osteoxondrozu, Bel fəqərələrinin osteoxondrozu. Radikulopatiya, Diskogen 2 tərəfli radikulit (daha çox solda) residiv gedişli orta agrı sindromu, hərəki hissi pozğunluqlarla. Stenokardiya [döş inağı] Onikibarmaq bağırsağın xorası., Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Onurğanın osteoxondrozu, Bel fəqərələrinin osteoxondrozu. Radikulopatiya, Diskogen 2 tərəfli radikulit(daha çox solda) residiv gedişli orta agrı sindromu, hərəki..." səbəbi ilə 1 il müddətinə əlillik verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında əsasında baxılmış, Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar “X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M40-M43 - Deformasiyaedən dorsopatiyalar => M42 - Onurğanın osteoxondrozu => M42.0 - Onurğa..., Diaqnozun mətni: Onurğanın osteoxondrozu, Bel fəqərələrinin osteoxondrozu. Radikulopatiya, Diskogen 2 tərəfli radikulit(daha çox solda)residiv gedişli orta agrı sindromu, hərəki hissi pozğunluqlarla. Stenokardiya [döş inağı] Onikibarmaq bağırsağın xorası, Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Onurğanın osteoxondrozu, Bel fəqərələrinin osteoxondrozu. Radikulopatiya, Diskogen 2 tərəfli radikulit(daha çox solda)residiv gedişli orta agrı sindromu, hərəki..." səbəbi ilə 5 il müddətinə əlillik verilmişdir. 29 saylı Şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış, “X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54-Dorsopatiyalar =>M40 M43 Deformasiyaedən dorsopatiyalar => M42 - Onurğanın osteoxondrozu => M42.0 - Onurğa..., Diaqnozun mətni: Əsas diaqnoz M42 Onurğanın osteoxondrozu, Onurğanın yayılmış osteoxondrozu bel fəqərələrinin üstünlüyü ilə Ağırlaşma R26.8 Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, Hərəki hissi trofiki pozulmalar Ağırlaşma M62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, . Ağırlaşma G83.1 Aşağı ətrafların monoplegiyası, Sol pəncənin parezi Ağırlaşma M51.1 Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, İkitərəfli L5 diskogen radikulopatiyası.residiv gedişli .davamlı kökçük sindromu ilə Yanaşı xəstəliklər 111.9 [Durğunluq] ürək çatmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], Hipertoniya xəstəliyi İİİ dərəcə Yanaşı xəstəliklər 120.1 Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya, ÜİX.Stabil gərginlik stenokardiyası f.s.ll, Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: -Xəstənin laborator,instrumental müayinələri, əsas diaqnozun ağırlaşmalarına görə dəiqləşdirilsin. -Xəstənin əsas diaqnozun ağırlaşmasi reyestr məlumati aktiv sürücülük vəsiqəsi ilə uyğunsuzluq yaradır (sürücülük vəsiqəsi 2013 BCD) dəqiqləşdirilsin." səbəbi ilə imtina verilmişdir. İddiaçının əlillik vəziyyətinə xx.xx.2021-ci il tarixli göndəriş əsasında baxıldıqdan sonra xx.xx.2021-ci il tarixdə verilən əlillik təyinatından imtina qərarından iddiaçının 30 gün, inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o 2022-ci ilin sentyabr ayında, yəni 1 il 4 ay sonra xx.xx.2021-cİ il tarixli göndəriş əsasında verilən əlillik təyinatından imtina qərarından məhkəməyə şikayət etmişdir. AR İPM-nin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsində əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Göründüyü kimi, iddiaçı iddia ərizəsində prosessual müddətin buraxılmasına əsas olan halları əsaslandırmamışdır... Həmçinin bildirilmişdir ki, göründüyü kimi İddiaçı sonuncu göndəriş əsasında imtina verilməsinin səbəbi - “Göndərişin natamam doldurulması - Səbəb: - Xəstənin laborator, instrumental müayinələri, əsas diaqnozun ağırlaşmalarına görə dəiqləşdirilsin. - Xəstənin əsas diaqnozun agirlaşmasi reyster məlumati aktiv sürücülük vəsiqəsi ilə uyğunsuzluq yaradır. (sürücülük vəsiqəsi 2013 BCD) dəqiqləşdirilsin.” olmuşdur. İddiaçı sözügedən aidiyyəti sənədləri təqdim edərək dövlət tibb müəssisəsi tərəfindən sənədləri düzgün doldurduğu təqdirdə və müvafiq qanunvericiliyin tələblərinə cavab verdiyi halda ona uyğun əlillik dərəcəsi verilə bilər. Bu səbəbdən iddiaçının iddia tələbi əsassız və qanunsuzdur. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi xahiş edilmişdir. Cavabdeh iddiaya dair təqdim etdiyi digər yazılı münasibətdə əlavə olaraq bildirmişdir ki, iddiaçının əlillik vəziyyəti 29 saylı Şəhər Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış, “X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri =>M40-M54-Dorsopatiyalar =>M40-M43 Deformasiyaedən dorsopatiyalar => M42 - Onurğanın osteoxondrozu => M42.0 - Onurğa..., Diaqnozun mətni: Onurğanın osteoxondrozu. Onurğanın yayılmış osteoxondrozu bel fəqərələrinin üstünlüyü ilə. Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, İkitərəfli L5 diskogen radikulopatiyası, residiv gedişli. Davamlı kökçük sindromu ilə., Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi- Səbəb: Diaqnoz əlillik təyin etmir barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. İddiaçı 25 yanvar 2023-cü il tarixdə 3-17-4/3-1848/2023 saylı qərara əsasən əyani müayinə olunmuş və diqanoz əlillik əlamətini təyin etmir barədə qərar qəbul edilmişdir. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizəni müdafiə edərək tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. İddianının mümkünlüyü ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən xx.xx.2021-ci il tarixli göndəriş əsasında iddiaçının əlillik vəziyyəti qiymətləndirildikdən sonra nəticəsi üzrə qəbul edilmiş inzibati aktın iddiaçıya nə zaman təqdim edilməsi və ona hüquqi müdafiə vasitələrinin izah edilməsi müəyyən olunmur. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi tələb olunan mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyətinə gəldikdə isə məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfoindən tədqiq edilmiş: -xx.xx.2011-ci il tarixdə Xəzər RPİ tərəfindən verilən şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Azərbaycan Respublikasının vətəndaşıdır. -TSEK müayinələrinə dair Əlillik altsistemindən çıxarışlara əsasən İddiaçı barəsindəki: xx.xx.2010-cu il tarixli xxxxxxx0002 saylı göndəriş xx.xx.2010-cu il tarixdə qiymətləndirilmiş və "Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar, X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M53 - Başqa rubrikalarda təsnif olunmayan digər dorsopatiy..., Diaqnozun mətni: Bel fəq osteoxondrozu-diskogen 2 tərəfli.L5 radikuliti.residiv gedişlio\ağrı sindromu ilə.hərəkət məhdudluğu ilə." “Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: bel fəq osteoxondrozu” səbəbi ilə bir il müddətinə verilmişdir. xx.xx.2014-cü il tarixli xxxxxxx0001 saylı göndəriş xx.xx.2014-cü il tarixdə qiymətləndirilmiş və "Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar, X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M53 - Başqa rubrikalarda təsnif olunmayan digər dorsopatiy..., Diaqnozun mətni: Bel fəq osteoxondrozu-diskogen 2 tərəfli.L5 radikuliti.residiv gedişlio\ağrı sindromu ilə.hərəkət məhdudluğu ilə., Meyar: 2.2. ikinci dərəcə əlillik => DİGƏR: bel fəq osteoxondrozu;" səbəbi ilə 1 il müddətinə əlillik verilmişdir. xx.xx.2015-ci il tarixli xxxxxxx0003 saylı göndəriş xx.xx.2015-ci il tarixdə qiymətləndirilmiş və Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar "X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M40-M43 - Deformasiyaedən dorsopatiyalar => M42 - Onurğanın osteoxondrozu => M42.0 - Onurğa..., Diaqnozun mətni: Onurğanın osteoxondrozu, Bel fəqərələrinin osteoxondrozu. Radikulopatiya, Diskogen 2 tərəfli radikulit (daha çox solda) residiv gedişli orta agrı sindromu, hərəki hissi pozğunluqlarla. Stenokardiya [döş inağı] Onikibarmaq bağırsağın xorası., Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Onurğanın osteoxondrozu, Bel fəqərələrinin osteoxondrozu. Radikulopatiya, Diskogen 2 tərəfli radikulit(daha çox solda) residiv gedişli orta agrı sindromu, hərəki..." səbəbi ilə 1 il müddətinə əlillik verilmişdir. xx.xx.2016-cı il tarixli xxxxxxx0004 saylı göndəriş xx.xx.2016-cı il tarixdə qiymətləndirilmiş və Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar “X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M40-M43 - Deformasiyaedən dorsopatiyalar => M42 – Onurğanın osteoxondrozu => M42.0 - Onurğa..., Diaqnozun mətni: Onurğanın osteoxondrozu, Bel fəqərələrinin osteoxondrozu. Radikulopatiya, Diskogen 2 tərəfli radikulit(daha çox solda)residiv gedişli orta agrı sindromu, hərəki hissi pozğunluqlarla. Stenokardiya [döş inağı] Onikibarmaq bağırsağın xorası, Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Onurğanın osteoxondrozu, Bel fəqərələrinin osteoxondrozu. Radikulopatiya, Diskogen 2 tərəfli radikulit(daha çox solda)residiv gedişli orta agrı sindromu, hərəki..." səbəbi ilə 5 il müddətinə əlillik verilmişdir. xx.xx.2021-ci il tarixli xxxxxxx0005 saylı göndəriş xx.xx.2021-cı il tarixdə qiymətləndirilmiş və “X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54-Dorsopatiyalar =>M40-M43- Deformasiyaedən dorsopatiyalar => M42 - Onurğanın osteoxondrozu => M42.0 - Onurğa..., Diaqnozun mətni: Əsas diaqnoz M42 Onurğanın osteoxondrozu, Onurğanın yayılmış osteoxondrozu bel fəqərələrinin üstünlüyü ilə Ağırlaşma R26.8 Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, Hərəki hissi trofiki pozulmalar Ağırlaşma M62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, . Ağırlaşma G83.1 Aşağı ətrafların monoplegiyası, Sol pəncənin parezi Ağırlaşma M51.1 Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, İkitərəfli L5 diskogen radikulopatiyası.residiv gedişli .davamlı kökçük sindromu ilə Yanaşı xəstəliklər 111.9 [Durğunluq] ürək çatmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], Hipertoniya xəstəliyi İİİ dərəcə Yanaşı xəstəliklər 120.1 Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya, ÜİX.Stabil gərginlik stenokardiyası f.s.ll, Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: -Xəstənin laborator,instrumental müayinələri, əsas diaqnozun ağırlaşmalarına görə dəiqləşdirilsin. -Xəstənin əsas diaqnozun agirlaşmasi reyster məlumati aktiv sürücülük vəsiqəsi ilə uyğunsuzluq yaradir. (sürücülük vəsiqəsi 2013 BCD ) dəqiqləşdirilsin." səbəbi ilə imtina verilmişdir. xxxxxxx0006 saylı göndəriş əsasında xx.xx.2023-cü il tarixdə müayinə edilmiş və “X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54- Dorsopatiyalar =>M40-M43- Deformasiyaedən dorsopatiyalar => M42 - Onurğanın osteoxondrozu => M42.0 - Onurğa..., Diaqnozun mətni: Onurğanın osteoxondrozu, Onurğanın yayılmış osteoxondrozu bel fəqərələrinin üstünlüyü ilə Ağırlaşma R26.8 Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, Hərəki hissi trofiki pozulmalar Ağırlaşma M62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi. Ağırlaşma G83.1 Aşağı ətrafların monoplegiyası, Sol pəncənin parezi Ağırlaşma M51.1 Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, İkitərəfli L5 diskogen radikulopatiyası.residiv gedişli .davamlı kökçük sindromu ilə səbəbi ilə imtina verilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının 25 yanvar 2023-cü il tarixli 3-17-4/3-3-347/2023 saylı qərarında aşağıdakılar qeyd edilmişdir: Bakı şəhər sakini xx.xx.1961-ci il təvəllüdlü İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin 0053003AAEK7 nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və göndəriş natamam doldurulduğundan müvafiq qeyd olunaraq geriyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Həkim Ekspertiza komissiyası tərəfindən xx.xx.2009-cu il tarixli 158 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Diskogen iki tərəfli Lv radikulit, residivli gedişli, davamlı ağrı sindromu ilə, hərəki, hissi pozğunluqlarla. Onurğanın bel-oma nahiyəsinin yayılmış osteoxondrozu. Aşadı ətrafın atrofiyası, diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd olunmuş “Onurğanın yayılmış osteoxondrozu bel fəqərələrinin üstünlüyü ilə. Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, hərəki hissi trofiki pozulmalar. Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, Aşağı ətrafların monoplegiyası, Sol pəncənin parezi. Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, ikitərəfli L5 diskogen radikulopatiyası, residiv gedişli davamlı kökçük sindromu ilə (Durğunluq) ürək çatmamazlığı olmadan, Hipertoniya xəstəliyi İİİ dərəcə. Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya, ÜİX. Stabil gərginlik stenokardiyası f.s.ll." diaqnozu araşdırılmışdır. Xəstənin müayinəsi zamanı sol aşağı ətrafa irradiasiya edən bel ağrısından şikayətlənmişdir. Müayinə zamanı aşağı ətraflarda əzələ inkişafı paralel, hərəkətlər sərbəst, diz və axil refleksiərı canlı çağırılmış, S=D, əzələ gücü və tonusu normal olmuş, hipotrofiya, atrofiya, parez aşkar edilməmişdir. Gündəlik qəbul etdiyi medikamentoz oreparatlar olmadığını bildirmişdir. Arterial təzyiqin yüksəlməsi və ürəklə bağlı narahatlıq, şikayət bildirməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Neyrocərrahiyyə Xəstəxanası xx.xx.2021-ci il tarixli “Qeyd edilən fəqərəarası disklərin, fəqərə cisimlərinin degenerativ dəyişiklikləri yə Şmorl düyünləri. L4-L5. L5-S1 fəqərəarası diskin arxa median bağaltı yırtığı dural kisənin və sinir kökcüklərinin sıxılması. L5-S1 səviyyəsində stabilliyin pozulması. L5 fəqərəsinin retrospondilolistezi” kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 3 saylı Şəhər Klinik Xəstəxanası xx.xx.2021-xx.xx.2021-ci il tarixli Çıxarışda diaqnoz “Radikulopativa. Onurğa sütununun poliseqmentar osteoxondrozu. Diskoqen iki tərəfli L5 radikulit, residivli gediş, davamlı ağrı sindromu ilə hərəki hissi pozğunluqlarla. Sol pəncənin parezi. Hipertenziva xəstəliyi. //-/// mərhələ. Ürəyin işemik xəstəliyi. Stabil gərginlik stenokardivası İ f.s" kimi qeyd olunmuşdur. Verdiyi anamnestik məlumatlarda və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə’’yə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyası tərəfindən qəbul edilən 22 sentyabr 2023-cü il tarixli 3-17-4/3-3-17557/2023 saylı Qərarında aşağıdakılar qeyd edilmişdir:.....Bakı şəhər sakini xx.xx.1961-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti xx.xx.2023-cü il tarixdə DTSERA-da əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS 3-17-4/3-1848/2023). Vətəndaş 3-17-4/2-R-22577/2023 nömrəli məktub əsasında əyani müayinəyə dəvət olunmuşdur. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Həkim Ekspertiza komissiyası tərəfindən xx.xx.2009-cu il tarixli 158 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Diskogen iki tərəfli Lv radikulit, residivli gedisli, davamlı ağrı sindromu ilə, hərəku hissi pozğunluğlarla. Onurğanın bel-oma nahivvəsinin yayılmış osteoxondrozu. Aşağı ətrafın atrofivası” diaqnozlu travmanın səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin müayinəsi zamanı sol aşağı ətrafa irradiasiva edən bel ağrısından şikayətlənmişdir. Müavinə zamanı aşağı ətraflarda əzələ inkişafı paralel, hərəkətlər sərbəst, diz və axil refleksləri canlı çağrılmış, S=D, əzələ gücü və tonusu normal olmuş, hipotrofiva, atrofiva, parez aşkar edilməmişdir. Gündəlik gəbul etdiyi medikamentoz preparatlar olmadığını bildirmişdir. Arterial təzyigin yüksəlməsi və ürəklə bağlı narahatlığ, şikayət bildirməmişdir.” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı bel nahiyəsində, sağ aşağı ətrafda ağrılardan, ödemdən şikayətlənmişdir. Müayinə zamanı vətər və sümüküstü refleksləri canlı və bərabər alınmış D=S, əzələ gücü və tonusu normal, hərəkətlər sərbəst, əzələlər simmetrik olmuş, atrofiya, parez aşkar edilməmişdir. Ekspertiza üçün əhəmiyyətli olan instrumental müayinə (KT, MRT) nəticələri təqdim edilməmişdir. Anamnestik məlumatlarda və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verə biləcək patofunksional pozuntular aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. xx.xx.1961-ci il təvəllüdlü İddiaçı canlı müayinə olunmaqla xəstəlik (xəstəliklər) diaqnozun müəyyən edilsin.

2. İddiaçı canlı müayinə olunmaqla, ona əlillik dərəcəsinin təyin olunması üçün Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilmiş 0053003AAEK7 saylı, xx.xx.2021-ci il tarixli Forma 88 göndərişində qeyd olunmuş xəstəliklər müəyyən olunurmu? ekspertiza tədqiqatının iddiaçının şəxsən müayinəsi və tibbi sənədlər əsasında aparılmaqla ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyinə tapşırılmış, ekspertiza tədqiqatının iddiaçının ilkin müayinəsində iştirak etmiş DTSERA-nın həkimlərinin (mütəxəssislərinin) iştirakı olmadan keçirilməsi həvalə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 tərəfindən verilmiş T 312/2023 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyinin nəticə hissəsindən görünür ki, idiaçının adına tərtib edilmiş sənədlərə özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya İddiaçı tibbi sənədlərinə əsasən onun hazırda “Onurğanın osteoxondrozu, Onurğanın yayılmış osteoxondrozu bel fəqərələrinin üstünlüyü ilə bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, İkitərəfli L5 diskogen radikulopatiyası, residiv gedişli, davamlı kökçük sindromu ilə” diaqnozundakı əsas xəstəlik və onun ağrlaşmalarından əziyyət çəkdiyi, diaqnozda qeyd olunmuş xəstəliklərin ona əlillik dərəcəsinin təyin olunması üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilmiş 0053003AAEK7 saylı xx.xx.2021-ci il tarixli Forma 88 göndərişində müəyyən olunmuş əsas xəstəlik və ağırlaşmaları ilə eynilik təşkil edir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı əlilliyinin müəyyən edilməsi üçün onun müraciətinə 10 gün müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 0053003AAEK7 nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixində Agentlikdə qəbulda olmuşdur. Keçirilən qəbulda təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq diaqnozun əlillik əlamətinin təyin etməməsi barədə qərarın qəbul edilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Həmin Qanunun 3.4-cü maddəsinə əsasən, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdqi edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və Agentliyinin” Nizamnaməsinin: -1.1-ci bəndinə əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində (müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir; -2.1-ci bəndinə əsasən strukturuna daxil olan tibbi-sosial ekspert komissiyaları vasitəsilə əlilliyin qiymətləndirilməsini həyata keçirmək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin fəaliyyət istiqamətlərinə daxildir; -3-cü bəndinə əsasən müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin dərəcəsini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək, fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: -1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. -1.6-cı bəndinə əsasən, əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. -1.8-ci bəndinə əsasən, əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. -2.1-ci bəndinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra- Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. -2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.9-cu bəndinə əsasən, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçıya sonuncu dəfə xx.xx.2016-cı il tarixdə 5 il müddətinə olmaqla 2010-cu ildən başlayaraq İİ dərəcə əlillik təyin edilmişdir. Əlillik müddəti bitdikdən sonra iddiaçının əlilliyi 29 nömrəli Şəhər Xəstəxanasının 0053003AAFK7 saylı, xx.xx.2021-ci il tarixli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə yenidən qiymətləndirilmiş, lakin “Göndərişin natamam doldurulması - Səbəb: -Xəstənin laborator,instrumental müayinələri, əsas diaqnozun ağırlaşmalarına görə dəiqləşdirilsin. - Xəstənin əsas diaqnozun ağırlaşmasi reyestr məlumatı aktiv sürücülük vəsiqəsi ilə uyğunsuzluq yaradır (sürücülük vəsiqəsi 2013 BCD ) dəqiqləşdirilsin." səbəbi ilə imtina verilmişdir. Hazırda iddiaçı həmin imtınanı mübahisələndirir. Məhkəmə iş üzrə toplanmış sübutları nəzərdən keçirərək hesab edir ki, cavabdehin imtinası qanunazidd olmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı təyin edilmiş müvafiq ekspert rəyi ilə iddiaçının tibbi sənədlərinə və əyani müayinəsinə əsasən xəstəliklərinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilmiş 0053003AAEK7 saylı xx.xx.2021-ci il tarixli Forma 88 göndərişində göstərilmiş əsas xəstəlik və ağırlaşmaları ilə eynilik təşkil etdiyi müəyyən edilmiş və həmin xəstəliklərin kodları- əsas diaqnoz: M42 Onurğanın osteoxondrozu, Onurğanın yayılmış osteoxondrozu bel fəqərələrinin üstünlüyü ilə, Ağırlaşma: R26.8 Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, Hərəki hissi trofiki pozulmalar. Ağırlaşma: M62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi. Ağırlaşma: G83.1 Aşağı ətrafların monoplegiyası, Sol pəncənin parezi Ağırlaşma M 51.1 Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, İkitərəfli L5 diskogen radikulopatiyası,residiv gedişli, davamlı kökçük sindromu ilə mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qəran ilə ləğv edilmişdir) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»də şəxsə əlillik dərəcəsinin təyin edilməsi üçün əsaslar kimi nəzərdə tutulmamışdır. Bu isə əlilliyin təyininə əsas verən xəstəliyin iddiaçıda mövcud olmaması deməkdir. Göstərilən xəstəliklər qeyd olunan Əsasnamədə göstərilən xəstəliklərin əhatə dairəsinə düşmədiyindən hazırkı iş üzrə iddianın təmini üçün əsas yoxdur. Məhkəmə bir məqamı da qeyd edir ki, iddiaçıya əvvəlki dövrlərdə, yəni 2010-2016-cı illərdə tibb müəssisəsinin göndərişləri əsasında ikinci dərəcə əlillik təyin edilməsi xüsusatı nə işin halları, nə də cavabdehin özü tərəfindən təkzib edilmir. Lakin nəzərə almaq lazımdır ki, hazırkı mübahisənin əsasında iddiaçının xx.xx.2021-ci il tarixdə qiymətləndirilməsi nəticəsində ona əlilliyin təyin edilməsindən imtina dayanır. Məhkəmə hesab edir ki, şəxsə onun barəsində təyin olunmuş diaqnoz əsasında əvvəllər əlilliyin müəyyən edilməsi faktı növbəti müayinədə də əlillik dərəcəsinin təyin edilməsinə birbaşa əsas ola bilməz. Belə ki, şəxsə əlilliyin təyin edildiyi müddətin sonunda orqanizmin xəstəlik və ya zədə nəticəsində pozulmuş funksiyalarının bərpası istisna edilmədiyindən yalnız şəxsin sağlamlıq vəziyyətinin cari qiymətləndirilməsi nəticəsində ona əlillik təyin edilməsi üçün əsas verən xəstəliklərin olub-olmaması müəyyən edilməlidir. Bu mənada indiki halda iddiaçıya yenidən əlillik təyin edilməsi üçün əsaslar mövcud olmamışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər Həmin Qanunun 15.1-ci maddəsinə əsasən, Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsəsən, Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə bu qənaətə gəlir ki, cavabdeh inzibati orqanın imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır, odur ki, iddia təmin edilməməlidir. İPM-in: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər.

Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar