Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4201/2021 27.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “məhkəmə qərarı əsasında təyin edilmiş pensiyanın dayandırılmasına dair cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və dayandırılmış pensiya ödənişinin bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati məhkəmə icraatının mümkünlüyünün müəyyənləşdirilməsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “məhkəmə qərarı əsasında təyin edilmiş pensiyanın dayandırılmasına dair cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və dayandırılmış pensiya ödənişinin bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3431/2015 saylı, 05 noyabr 2015-ci il tarixli qərarı ilə onun Dövlət X2 rayon şöbəsinə qarşı iddia tələbi təmin edilərək 1978-ci ilin yanvar ayından 1989-cu ilin fevral ayınadək “Arpa-Sevan” Yeraltı Tunel Tikinti İdarəsində yeraltı işlərdə şpur qazmaçısı işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarla təsdiq edilmiş, “Güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”na uyğun olaraq, kod 1010300a-11295, xx.xx.2007-ci il tarixdən, 50 yaş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun 2004-2005-ci illərin əmək haqqı əsas haqqın götürülməklə təyin edilməsi və keçmiş dövr üçün yaranmış pensiya məbləğindəki fərqinin birdəfəlik ödənilməsi vəzifəsi cavabdeh Azərbnaycan Respublikası Dövlət Sosial X2 rayon şöbəsinin üzərinə qoyulmuşdur. Cavabdeh Dövlət Sosial X2 rayon şöbəsinin həmin qərardan verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-359/2016 saylı, 16 fevral 2016-cı il tarixli qərarı ilə qismən təmin edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 3431/2015 saylı, xx.xx.2015-ci il tarixli qərarı qismən – “Yaranmış pensiya məbləği fərqinin birdəfəyə ödənilməsi” hissəsində ləğv edilmiş, iddia həmin hissədə təmin edilməmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qərarın icra qaydası və müddəti müəyyən edilərək hesablanacaq pensiya fərqinin 1 il müddətinə hissəhissə ödənilməsi müəyyən edilmişdir. Cavabdehin Bakı Apellyasiya Məhkəmsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-359/2016 saylı, 16 fevral 2016-cı il tarixli qərarından verdiyi kassasiya şikayəti təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qərar qanuni qüvvəyə minmiş və iddiaçıya pensiya təyin edilmişdir. Lakin 2020-ci ilin iyun ayından ona təyin edilmiş pensiyanın verilməsi dayandırılmışdır. O, dəfələrlə müxtəlif orqanlara, o cümlədən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Dövlət Sosial Müdafiə Fonduna, məhkəməyə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi Mərkəz Filialına pensiya ödənişinin bərpa edilməsi ilə əlaqədar müraciət etmişdir. Onun müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2021-ci il tarixli məktubla cavab verilmişdir. İddiaçıya bu günə kimi pensiya ödənişinin dayandırılmasının səbələri barədə rəsmi məlumat verilməmişdir. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə qərarı icra olunmur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya dair etirazında bildirmişdir ki, iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunğuğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Daxili nəzarət və audit şöbəsi tərəfindən araşdırılır. Həmin araşdırma ilə əlaqəli xx.xx.2021-ci il tarixində nazirlik tərəfindən Azərbaycan Respublikası Baş Prokurorunun yanında Korrupsiyaya qarşı Mabarizə Baş İdarəsinə müraciət edilmişdir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya əmək pensiyasının ödənişi dayandırılmışdır. Göstərilənlərə əsasən cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 1.1ci bəndinə əsasən inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri olan ilkin şərt onun mümkün olmasıdır, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 2.3-cü bəndinə əsasən ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə iclasları xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərə təyin etmiş, bu haqda iddia ərizəsində göstərilmiş ünvana məhkəmə bildirişləri göndərmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı və ya onun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə bildirməmişdir. İş materiallarına əlavə edilmiş “AZE MİS” elektron məhkəmə sistemindən çıxarışa əsasən məhkəmə müəyyən etdi ki, İddiaçı xx.xx.2021 -ci il tarixdə ölmüşdür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “məhkəmə qərarı əsasında təyin edilmiş pensiyanın dayandırılmasına dair cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və dayandırılmış pensiya ödənişinin bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” haqqında” tələbinə dair iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “məhkəmə qərarı əsasında təyin edilmiş pensiyanın dayandırılmasına dair cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və dayandırılmış pensiya ödənişinin bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” haqqında” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2 Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-4201/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4201/2021
27.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver